KONFEDERASİYA

[ lat. ]
1. Müxtəlif təşkilatların birləşməsi, ittifaqı. Latın Amerikası zəhmətkeşlərinin konfederasiyası.
2. Ümumi bir məqsədi həyata keçirmək üçün (öz müstəqilliklərini saxlamaq şərtilə) birləşmiş dövlətlərin ittifaqı.

Etimologiya

  • KONFEDERASİYA lat. con – birlikdə + lat. foederare – ittifaq
KONDUKTORSUZ
KONFERANSYÉ
OBASTAN VİKİ
Konfederasiya
Konfederasiya — müstəqil qurumlar və təşkilatlar tərəfindən, suverenliklərini mühafizə etmək şərtiylə, ortaq və məhdud mənfəətlərini təmin etmək məqsədilə müəyyən müqavilə ilə qurulan birliklər. Konfederasiyada təşkilat və qurumlar ancaq müəyyən və məhdud məqsədlərlə birləşirlər. Konfederasiyanı meydana gətirən konfederasiyon təşkilat və quruluşların xüsusiyyətləri, konfederasiya halında da davam edər. Ortaq mənfəətlərini reallaşdırmağa yarayacaq nisbətdə bir əməkdaşlıq edirlər; bunun xaricində müstəqil təşkilat və quruluşlar kimi sifətlərini, hüquq və vəzifələrini bütünlüklə qoruyurlar. Konfederasiyaya daxil konfederasiyon təşkilat və quruluşlar istər xarici, istərsə də daxili baxımdan tam mənasıyla öz hakimiyyətlərinə sahibdir. Üzv təşkilat və quruluş dövlət isə digər dövlətlərlə hər cür diplomatik münasibətlərdə ola bilirlər. Konfederasiyon dövlətlər konfederasiyaya daxil dövlətləri heç bir təəhhüd altına soxmadan başqa dövlətlərlə döyüşə girişdikləri kimi, eyni konfederasiyada üzv olan bir dövlət ilə döyüş etdiyi zaman, bu beynəlxalq hüquq baxımından bir vətəndaş müharibəsi hesab olunmur; iki dövlətin müharibəsi sayılır. Konfederasiyada üzv dövlətlərin nümayəndələrindən meydana gələn bir məclisi vardır. Bu məclis tərəfindən alınan qərarları üzv dövlətlərin də tətbiq edə bilməsi üçün hər dövlətin ayrı-ayrı şəxsən səlahiyyətli orqanın tərəfindən mənimsənərək təsdiq edilməsi lazımdır. Konfederasiya dövlət birliyi bir andlaşma ilə meydana gəldiyi üçün üzv dövlətlər istədikləri zaman konfederasiyon dövlətdən ayrıla bilərlər.
Konfederasiya Veteranlarının Oğulları
Tekumse Konfederasiya
Tekumse Konfederasiyası — ABŞ-nin şimal-qərbində 19-cu əsrin əvvəlində mövcud olmuş hindu qəbilələrinin birliyi. Konfederasiyanın hədəfi ABŞ istilasına qarşı mübarizə idi. Şimal-Qərb müharibəsi nəticəsində Qrinvill anlaşması imzalanır. Bu anlaşmadan müharibədə iştirak edən qəbilələr bölgəni tərk edirlər. Bir çoxu isə Mayami ərazisinə köçərək burada yeni məskənlər salırlar. 1806-cı ildə şauni qəbiləsində Lalaventika adlı birisi özünü peyğəmbər elan edir. Onun dini baxışlarına görə hindu qəbilələri öz aralarında toqquşmalara son qoymalı, ağlarla heç bir əlaqə saxlamamalı idilər. Belə ki, o, bütün bəlaların ağlardan gəldiyini bildirirdi. Üstəlik ağlardan spirtli içki, paltar və ərzaq almağa qadağa qoyur. O öz adını dəyişərək Tenskvatava adlandırır.
Konfederasiya dövrü
Konfederasiya dövrü (ing. Confederation period) — ABŞ İstiqlal müharibəsindən sonra və ABŞ Konstitusiyasının ratifikasiyasından əvvəl 1780-ci illərdə ABŞ tarixinin dövrü. ABŞ 1781-ci ildə Konfederasiya məqalələrini ratifikasiya etmiş və ABŞ İstiqlal müharibəsində ingilis və amerikan qüvvələri arasındakı sonuncu döyüş olan Yorktaunun mühasirəsində qalib gəlmişdi. ABŞ-nin müstəqilliyi 1783-cü ildə imzalanan Paris sülh müqaviləsi ilə rəsmiləşdi. Yeni qurulmuş ABŞ mərkəzi hökumətin və vahid siyasi mədəniyyətin olmaması daxil bir sıra problemlərlə qarşılaşdı. Bu dövr 1789-cu ildə yeni federal hökumət quran ABŞ Konstitusiyasının ratifikasiyasından sonra başa çatdı.
Konfederasiya maddələri
Konfederasiya məqalələri (ing. Articles of Confederation) — On üç koloniya arasında hazırlanmış və ölkənin ilk hökumət çərçivəsi kimi xidmət etmiş müqavilə. 1776-ci ilin iyulundan 1777-ci ilin noyabrına qədər Filadelfiyada keçirilən İkinci Kontinental Konqresdə müzakirə edilmiş və 15 noyabr 1777-ci ildə Konqres tərəfindən dərc edilmişdir. Məqalələr 13 koloniya tərəfindən ratifikasiya edildikdən sonra 1 mart 1781-ci ildə qüvvəyə minmişdir. Məqalələrin əsas prinsiplərindən biri ştatların müstəqillik və suverenliyinin qurulması, həmçinin qorunması idi.
Konfederasiya məqalələri
Konfederasiya məqalələri (ing. Articles of Confederation) — On üç koloniya arasında hazırlanmış və ölkənin ilk hökumət çərçivəsi kimi xidmət etmiş müqavilə. 1776-ci ilin iyulundan 1777-ci ilin noyabrına qədər Filadelfiyada keçirilən İkinci Kontinental Konqresdə müzakirə edilmiş və 15 noyabr 1777-ci ildə Konqres tərəfindən dərc edilmişdir. Məqalələr 13 koloniya tərəfindən ratifikasiya edildikdən sonra 1 mart 1781-ci ildə qüvvəyə minmişdir. Məqalələrin əsas prinsiplərindən biri ştatların müstəqillik və suverenliyinin qurulması, həmçinin qorunması idi.
Konfederasiya qızılı
Konfederasiya qızılı — ABŞ-də vətəndaş müharibəsindən sonra gizli itirilmiş qızılın anbarları. Müharibədən sonra milyonlarla dollar dəyərində qızıl itmiş və ya yoxa çıxmışdır. Onun potensial yeri bir çox tarixçilərin və xəzinə ovçularının fərziyyələrinin mənbəyi olmuşdur. İddialara görə, Konfederasiya xəzinəsinin bir hissəsi cənub ştatlarının yenidən yüksəlişini gözləmək və başqa vaxtlarda sadəcə olaraq İttifaqın ona sahib çıxmaması üçün gizlədilmişdir. == Mənşəyi == İttifaq qoşunları Nyu-Orleanı işğal etmək ərəfəsində olan zaman Konfederasiya səlahiyyətliləri sürətlə milyonlarla dollarlıq qızılı "daha təhlükəsiz" bir yerə, Corciya ştatının Kolumbus şəhərinə aparmışdılar. Qızıl müvəqqəti olaraq Vilyam H. Yanq tərəfindən "Iron Bank"da saxlanılırdı. 11 oktyabr 1862-ci ildə general Pyer Qustav Tutan Boregar Kolumbusdakı bankdan qızılların götürülməsini tapşırmışdı. Yanq onu çıxarmaqdan imtina etmişdi, lakin zorla bunu etməyə məcbur olmuşdur. Boregarın bioqrafiyasında qeyd edilmişdir ki, "o qızıla nə olduğu sirr olmuşdur".
Tələbə Turizmi üzrə Beynəlxalq Konfederasiya
Tələbə Turizmi üzrə Beynəlxalq Konfederasiya və ya qısaca İSTC — beynəlxalq turizm təşkilatıdır. Təşkilat 1981-ci ildən Ümumdünya Turizm Təşkilatının üzvü statusuna malikdir. Əsas məqsədi turizmin inkişafı və tələbə, gənclər və akademik birlik mübadiləsi vasitəsilə beynəlxalq qarşılıqlı anlaşmanı genişləndirməkdir. Onun vəzifələri sırasında inzibati və maliyyə yardımının göstərilməsi, marketinq xidmətlərinin həyata keçirilməsi və s. göstərmək olar. Mənzil-qərargahı Niderlandın paytaxtı Amsterdam şəhərində yerləşir.
Finlandiya Əməkçilərinin Konfederasiyası
Finlandiya Əməkçilərinin Konfederasiyası (fin Toimihenkilökeskusjärjestö, isv. Tjänstemannacentralorganisationen) — Finlandiyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Baş qərargahı Helsinki şəhərində yerləşir. == Tarixi == Konfederasiyanın iki yaranma tarixi var: Birinci dəfə 1946-cı ildə yaranıb. Təşkilat uzun illər fəaliyyət göstərsə də, bir o qədər də nüfuza sahib ola bilməyib və fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Bu vəziyyəti həm də İkinci dünya müharibəsindən sonra ölkədə iqtisadi, siyasi və sosial sahələrdə yaşanan çətinliklərlə əlaqələndirirdilər. İkinci dəfə isə 1993-cü ildə bir qrup Finlandiya əməkçisi bir araya gələrək təşkilatı yenidən yaradıblar. == Tərkibi == İlk dövrdə Konfederasiyaya yalnız qeyri-formal iqtisadiyyatda çalışanlar və muzdlu işçilər üzv idi. Zaman keçdikcə bir-birinin ardınca digər sektorlarda fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatları da konfederasiyanın tabeçiliyinə keçirlər. Hazırda 650 min üzvü olan və 18 təşkilatı özündə cəmləşdirən təşkilat ölkədə fəaliyyət göstərən üç ən irimiqyaslı həmkarlar ittifaqı təşkilatından biridir.
FİFA Konfederasiyalar Kuboku
FİFA Konfederasiyalar Kuboku (ing. FIFA Confederations Cup) — Hər 4 ildən bir FİFA tərəfindən təşkil olunan beynəlxalq futbol turniri. == Tarixi == 1992 və 1995-ci ildə keçirilmiş ilk iki kubok Kral Fəhd Kuboku adı ilə təşkil olunmuş, 1997-ci ildəki 3-cü turnirdən etibarən FİFA tərəfindən tanınmış və turnirin adı FİFA Konfederasiyalar Kuboku olaraq dəyişdirilmişdir.
FİFA Konfederasiyalar Kuboku 1992
== İştirakçılar ==
FİFA Konfederasiyalar Kuboku 1995
== İştirakçılar ==
FİFA Konfederasiyalar Kuboku 1997
== İştirakçılar ==
FİFA Konfederasiyalar Kuboku 1999
== İştirakçılar ==
FİFA Konfederasiyalar Kuboku 2001
== İştirakçılar ==
FİFA Konfederasiyalar Kuboku 2003
== İştirakçılar ==
FİFA Konfederasiyalar Kuboku 2005
== İştirakçılar ==
FİFA Konfederasiyalar Kuboku 2009
CAR-da təşkil olunan turnirdə 8 komanda mübarizə aparacaq. Meydan sahibləri, həmçinin, yığmalar səviyyəsində planetin ən nüfuzlu 7 yarışının qalibi öz aralarında ənənəvi kubokun qalibini müəyyənləşdirəcək. Belə ki, FİFA-ya daxil olan regional konfederasiyaların ən yaxşısı ilə yanaşı, dünya çempionu da mükafat iddiasındadır. Turnir artıq üçüncü dəfədir qarşıdakı dünya çempionatının təşkilatçısına tapşırılıb. Həm 2002, həm də 2006-cı il dünya birinciliklərinin meydan sahibi bir il əvvəl nisbətən kiçik məsul yarış keçirməklə hazırlığını yoxlamışdı. Əslində isə 8-ci dəfə baş tutacaq Konfederasiyalar Kuboku sonradan dünya tərəfindən belə tanınıb. Əvvəl ərəb şeyxlərinin "oyuncağı"nı xatırladan "Kral Fəhd" Kuboku daim Səudiyyə Ərəbistanında keçirilmək üçün təsis edilmişdi. Qitə çempionlarını bir araya gətirən ərəblərin turniri o qədər maraqlı alındı ki, sonda FİFA bu "oyuncağı" tanıyıb ələ keçirdi və adını dəyişməklə "özəlləşdirdi". Ümumiyyətlə, Konfederasiyalar Kuboku ilk növbədə faciə ilə yaddaşlara həkk olunub. Çünki məhz 2003-cü ildə keçirilən turnir zamanı Kamerun yığmasının oyunçusu Mark Vivyen Foe elə meydanda yıxılaraq ölmüşdü.
FİFA Konfederasiyalar Kuboku 2013
FİFA Konfederasiyalar Kuboku 2013 — 2013-cü ildə Braziliyada keçirilmiş yarış Kubok 15–30 iyun tarixlərində keçirilib. 2013-cü ilin futbol üzrə əsas yarışıdır. Turnir 2014-cü il dünya çempionatının keçiriləcəyi Braziliyada təşkil olunub. Qələbə uğrunda 8 milli komanda mübarizə apardı. Bunlar meydan sahibi Braziliya, dünya və Avropa çempionu İspaniya, AVRO-2012-nin finalçısı İtaliya, həmçinin Yaponiya, Meksika, Uruqvay, Taiti və Afrika Millətlər Kuboku-2013-ün qalibi olacaq komandadır.
Gürcüstan Türkləri Konfederasiyası
Honkonq Həmkarlar İttifaqları Konfederasiyası
Honkonq Həmkarlar İttifaqları Konfederasiyası — Honkonqun ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. == Tarixi == Konfederasiya 1990-cı ilin iyul ayında yaradılıb. O dövr ölkədə işçilərin hüquqlarını qoruyan 80 xırda təşkilat fəaliyyət göstərirdi. Eyni məqsəd və prinsip uğrunda mübarizə aparan bu qurumlar vaxt keçdikcə birgə işin daha effektiv olacağı qərarına gəlirlər və birləşərək sözügedən qurumu yaradırlar. Konfederasiyanın tarixində iki irimiqyaslı etiraz aksiyası olub. Onlardan biri 2003-cü ildə ölkənin aparıcı mədən şirkəti işçilərinin 5 günlük tətilidir. Səbəb işçlərin bir neçə ay müddətində maaşlarının yalnız 70 faizini almaları olub. Belə ki, həmkarlar ittifaqı və müəssisə rəhbərliyi arasında danışıqlar zamanı mədən rəsmiləri maaşın yarı faizini növbəti dəfə alacaqlarını deyib, lakin bu sözə əməl etməyib. Etirazlarını bir neçə saatla başlayan işçilər nəticə əldə etmədiklərini görüb uzunmüddətli tətil keçirmək qərarına gəliblər. Mədən işçiləri öz etirazlarını 5 gün ərzində işə çıxmamaqla bildiriblər.
Kanada Konfederasiyası
Kanada Konfederasiyası (ing. Canadian Confederation, fr. Confédération canadienne) — Britaniya Şimali Amerikasının əyalətlərinin, müstəmləkələrinin və ərazilərinin yeni federal dövləti, Britaniya İmperiyası, Kanada hökmranlığı yaratmaq üçün müttəfiq olduqları 1 iyul 1867-ci ildə sona çatan proses. İndi Kanadanı mücərrəd şəkildə təsvir etmək üçün "konfederasiya" sözü tez-tez istifadə olunur və "Konfederasiya ataları" ifadəsi bu istifadəyə nümunədir. Bu arada, daha spesifik olaraq, ifadə ümumiyyətlə ölkənin siyasi quruluşuna deyil, 1860-cı illərdə müstəmləkələri birləşdirən siyasi prosesə aiddir. Kanada tarixini iki dövrə bölmək üçün də istifadə olunur: "Konfederasiya öncəsi" və "Konfederasiya sonrası" (sonuncusu bu günə qədər davam edir). "Konfederasiya" ifadəsi tez-tez Kanadaya istinad etmək üçün istifadə olunsa da, Kanada daha çox federasiya təşkil edir. Konfederasiyanın yaranmasına səbəb olan 1860-cı illərdə baş tutan konfransların bütün iştirakçıları Konfederasiyanın Ataları hesab olunurlar. Lakin 1867-ci ildə hökmranın ərazi bölgüsü müasir Kanada xəritəsindən xeyli dərəcədə fərqlənir. Konfederasiya qurulduqdan sonra (XIX əsrin sonlarından XXI əsrin əvvəllərinə qədər) sərhədlərin və Kanada federalizminin formalaşmasında iştirak edən siyasətçilər onun qurucuları hesab olunurlar.
Kaya konfederasiyası
Qaya krallığı — Koreyanın cənubunda yerləşmişdir və 42-562-ci illərdə mövcud olmuşdur. == Tarix == Qaya konfederasiyası 391-412-ci illərdə Goguryeo krallığının təsiri altında zəiflədi. Ancaq krallıq 562-ci ildə Şila krallığı tərəfindən işğal edilənə qədər müstəqilliyini saxladı. İşğalın səbəbi Qaya krallığının Şila krallığı əleyhinə Bekçe krallığı ilə ittifaqda olması idi.
Konfederasiyalar kuboku
FİFA Konfederasiyalar Kuboku (ing. FIFA Confederations Cup) — Hər 4 ildən bir FİFA tərəfindən təşkil olunan beynəlxalq futbol turniri. == Tarixi == 1992 və 1995-ci ildə keçirilmiş ilk iki kubok Kral Fəhd Kuboku adı ilə təşkil olunmuş, 1997-ci ildəki 3-cü turnirdən etibarən FİFA tərəfindən tanınmış və turnirin adı FİFA Konfederasiyalar Kuboku olaraq dəyişdirilmişdir.
Koreya Həmkarlar İttifaqları Konfederasiyası
Koreya Həmkarlar İttifaqları Konfederasiyası (kor. 민주노총) — Koreya Respublikasının ən böyük milli həmkarlar ittifaqları birliyi. Mərkəzi ofisi Seul şəhərində yerləşir. == Tarixi == 13 yanvar 1993-cü ildə yaranmışdır. Təşkilatın yaranması zamanı qarşıya bir sıra çətinliklər çıxmışdır. Belə ki, Koreya Həmkarlar İttifaqları Konfederasiyasının yaranma tarixçəsi geyim əşyalarının istehsalı edən müəssisə işçilərinin mübarizəsi və onlardan birinin – Cun Tae-ilinin 13 noyabr 1970-ci ildə bu mübarizədə özünü qurban verməsi ilə bağlıdır. Bu müəssisənin qadın işçilərinin əzmkar mübarizəsi isə ölkədə müasir əmək hərəkatının əsasını qoymuşdur. 1980-ci illərdən etibarən ağır sənayenin inkişafı bu mübarizəyə irimiqyaslı sənaye işçi qüvvələrini cəlb edir. Nəticədə 1987-ci ildə İşçilərin Böyük Mübarizə Mərkəzinin yaranır. Bu mərkəz yalnız iri sənaye müəssisələrini və korporasiyaları deyil, bütün cəmiyyəti silkələyir.
Litva Həmkarlar İttifaqları Konfederasiyası
Litva Həmkarlar İttifaqları Konfederasiyası və ya qısaca LHİK (lit. Lietuvos profesinių sąjungų konfederacija - LPSK) — Litvanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. Qurumun baş qərargahı Vilnüsdə yerləşir. == Tarixi == Konfederasiya 2002-ci il may ayının 1-də Litva Həmkarlar İttifaqları Birliyi və Litva Ticarət Mərkəzi Şurasının birləşməsi nəticəsində yaranmışdır. == Tərkibi == Hazırda təşkilatın tabeçiliyində 26 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Konfederasiya 124 min üzvü özündə cəmləşdirir. == Rəhbərləri == Hazırda təşkilata Artur Çerniauskas sədrlik edir. == Siyasəti və məqsədi == LHİK ölkədə ictimai hərəkatın lideridir. Təşkilat siyasətini demokratik əsaslar üzərində qurub. Demək olar ki, bütün ictimai təşkilatlarla əməkdaşlıq əlaqələri qurub.
Livoniya konfederasiyası
Livoniya konfederasiyası — bu ittifaqa Livoniya ordeni, Riqa arxiyepiskopluğu, Derpt, Ezel və Kurlandiya yepiskopluqları daxil idilər. == Ədəbiyyat == Kasekamp A. Characteristics of Warfare in the Times of Henry of Livonia and Balthasar Russow, Lithuanus // The Lithuanian Quarterly, Vol. 36, № 1, 1990. Plakans A. The Latvians. A Short History. Stanford: Hoover Institution Press, Calif, 1995.
Macarıstan Milli Həmkarlar İttifaqı Konfederasiyası
Macarıstan Milli Həmkarlar İttifaqı Konfederasiyası (mac. Magyar Szakszervezetek Országos Szövetsége) — Macarıstanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. Baş qərargahı Budapeştdə yerləşir. == Tarixi == 1990-cı ilin martında yaranmışdır. == Tərkibi == Konfederasiyanın 465.000 fəal və 250.000 pensiyaçı və tələbə üzvü var. Konfederasiya ətrafında bir neçə sahə həmkarlar ittifaqını birləşdirir. == Fəaliyyəti == Əsas prinsipləri demokratiya, həmrəylik, bərabərlik, öz müqəddəratını təyin etmək, azlığın hüquqlarını qorumaq, müxtəlif fikirlərin ifadəsi, dürüst demokratik seçkilərin təmin olunmasıdır. Konfederasiya siyasi təşkilatlardan asılı deyil. Müəyyən məqamlarda onların siyasətinə qarşı çıxır. Lakin nizamnaməsi onun siyasi qurumlarla əməkdaşlıq etməsinə də qadağa qoymur.
Norveç Həmkarlar İttifaqları Konfederasiyası
Norveç Həmkarlar İttifaqları Konfederasiyası və ya qısaca NHİK (norv. Landsorganisasjonen i Norge - LO) — Norveçin ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. Hazırda Norveçdə ən irimiqyaslı ictimai qurumdur. Konfederasiyanın baş qərargahı Osloda yerləşir. Konfederasiya 1899-cu ildə yaranıb. 1957-ci ilədək qurum Əməkçilərin Milli Həmkarlar İttifaqı adlanıb. Həmin vaxtdan indiki adı daşıyır. 1920-1930-cu illər Konfederasiyanın tarixində ən fəal dövr kimi yadda qalıb. Həmin dövrdə ölkədə əmək münaqişələri və kəskin iqtisadi mühit hökm sürürdü. Xüsusilə də almanların müvəqqəti olaraq Norveçi işgal etməsindən sonra ölkə iqtisadiyyatı çox gərgin dövrünü yaşayırdı.
Qafqaz Konfederasiyası
Qafqaz Konfederasiyası — Qafqaz xalqlarını Rusiya-bolşevik əsarətinə qarşı mübarizədə birləşdirməyə və vahid Qafqaz Konfederasiyası dövləti yaratmağa çalışan siyasi mübarizə cərəyanı. 1918-1920- ci illərdə müstəqil Qafqaz respublikaları bolşevik işğalı nəticəsində süquta uğradıqdan sonra siyasi mühacirətdə olan qafqazlı istiqlal mübarizləri tərəfindən formalaşdırılmışdır. Qafqaz birliyi məsələsi I Dünya müharibəsindən əvvəl Türkiyədə yaşayan qafqazlıların yaratdıqları Qafqaz Komitəsi dövründən aktual olmuşdur. Bu məsələ Zaqafqaziya seymində, Trabzon konfransında (1918) və “Müsavat” partiyasının ikinci qurultayında (1919) da müzakirə edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin bir çox dövlət xadimləri Qafqaz respublikalarının birliyi və konfederasiya formasında birləşməsi məsələsində fəal mövqe tutmuşlar. Ermənilər Qafqaz Konfederasiyası ideyasının reallaşması məsələsində daim pozuculuq mövqeyi tutmuşlar. Cənubi və Şimali Qafqazın birləşməsi məsələsinə münasibətdə də müəyyən fikir ayrılıqları olmuşdur. Gürcüstan dövlətinin başçıları Şimali Qafqazla ittifaq məsələsinə ehtiyyatla yanaşır, dağlı liderlərinin təbliğ etdikləri Qafqaz Konfederasiyası ideyasını isə, ümumiyyətlə dəstəkləmirdilər. Qafqaz respublikalarının Tiflis konfransında (9 aprel 1920) Azərbaycan nümayəndə heyətinin (Həsən bəy Ağayev – sədr, O.Kriçinski, F.Vəkilov) təşəbbüsü ilə Qafqaz Cümhuriyyətləri Şurası yaratmaq barədə razılaşma əldə olundu. Bu Şuranın yaradılması haqqında Azərbaycan ədliyyə nazirinin müavini O.Kriçinski tərəfindən 24 maddədən ibarət layihə də hazırlandı.
Qafqaz Konfederasiyası Paktı
Qafqaz Konfederasiyası Paktı — Bolşevik işğalından sonra Avropada fəaliyyət göstərən qafqazlı mühacirlərin Qafqaz Konfederasiyası yaratmaq məqsədilə imzaladığı sənəd. 1934-cü il iyulun 14-də Brüsseldə imzalanmışdır. “Qafqaz Konfederasiyası Paktı” adlanan 14 iyul anlaşmasında Azərbaycan, Gürcüstan və Şimali Qafqaz Milli Mərkəzləri “Bir millətin tam inkişafının ancaq tam bir istiqlal şərtilə mümkün olacağını, təkmil Qafqaz qüvvələrinin vahid və müştərək sərhədlər daxilində birləşmədən bu məqsədə çatmasının son dərəcə çətin olacağını, Qafqaz millətlərinin xarici siyasət və milli müraciətlərinin müştərək bir tərzdə ifadə edilməsinin zəruriliyini, Qafqaz Cümhuriyyətləri Konfederasiyasının məmləkətin siyasi və iqtisadi birliyindən irəli gələn bir forma olduğunu” nəzərə alaraq, Qafqaz Konfederasiyasının əsaslarını elan etdilər. Sənəddə göstərilirdiki, Qafqaz Konfederasiyası xaricdə tərkibinə qatılmış Cümhuriyyətlərin adından çıxış edəcək; yaradılacaq Qafqaz Konfederasiyası müştərək gömrük sərhədinə malik olacaq; konfederasiyaya daxil olan Cümhuriyyətlərin xarici siyasəti qurumun səlahiyyətli nümayəndələri tərəfindən birgə həyata keçiriləcək; konfederasiyanın sərhədləri Cümhuriyyətlərin ordularından təşkil edilən və vahid komandanlıq altında fəaliyyət göstərən konfederasiya ordusu tərəfindən müdafiə olunacaq; konfederasiyadaxili mübahisəli məsələlərə ali konfederasiya məhkəməsində baxılacaqdır. “Qafqaz Konfederasiyası Paktı”nı Azərbaycan adından Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Şimali Qafqaz adından Məmməd Girey Sunc, İbrahim Çulik, Tausultan Şakman, Gürcüstan adından N.jordaniya, A.Çxenkeli imzalamışdır.

Digər lüğətlərdə