turist

İstirahət, sağlamlaşdırma, tanış olma, idraki (tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə və sair), iş-peşə (vəzifə borclarının icra edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə getdiyi ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərtilə, 24 saatdan 12 ayadək müddətdə müvəqqəti olan şəxs

turagentlik
turist xidmətlərinin göstərilməsinə dair müqavilə
OBASTAN VİKİ
Turist
Turizm (fransız sözü olub, gəzinti, səfər deməkdir) — fəal istirahətin geniş yayılmış və ən kütləvi növüdür. 1954-cü ildə BMT-nin yığıncağında "Turizm" sözü müzakirə olunmuş, onun beynəlxalq mahiyyəti, kulturoloji və sosial-iqtisadi əhəmiyyəti müəyyənləşdirilmişdir. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və getdikcə turizm daha geniş vüsət alır. Turizm son 20–25 ildə insanların vərdiş etdikləri həyati təlabatdır. Turizm xidmətlərinin və turist tələbatlı malların reallaşdırılması ilə məşğul olan istehsal, ticarət və nəqliyyat müəssisələrinin məcmusu turizm sənayesini yaranır Bura mehmanxanalar, iaşə obyektləri, sənaye və ekskursiya büroları aiddir. Turist — ölkə daxilində, yaxud xaricində müxtəlif məqsədlər üçün 24 saatdan 6 aya qədər müddətə səfər edən şəxsdir. Tur– konkret müddətdə konkret marşrut üzrə fərdi və ya qrup halında səfərdən ibarət olan turizm məhsulunun vauçer şəklində satılan formasıdır. Turizm məhsulu isə turistlərə göstərilən xidmətlər kompleksidir. Son onilliklər ərzində insanların həyat şəraiti yaxşılığa doğru xeyli dəyişilmişdir. Bununla yanaşı, mədəni inkişafın kölgəli tərəfləri də özünü büruzə verməyə başlamışdır.
Kosmik turist
Kosmik turizm (ing. Space tourism) — əyləncə, elmi-tədqiqat və ya biznes məqsədləri ilə kosmik səyahət. == Tarixi == İlk kosmik turist – amerikalı Denis Tito olmuşdur. Belə ki, D. Tito 2001-ci ildə Rusiyaya məxsus olan "Soyuz TM-32" kosmik gəmisində demək olar ki, 8 sutka qalmışdır. Ümumiyyətlə isə, Beynəlxalq Aeronaftika Federasiyasının verdiyi məlumata görə, bütün bəşər tarixi boyu kosmosda dünyanın 37 ölkəsindən 467 nəfər olmuşdur. Azərbaycanda potensialı olmayan hələ ki, kosmik turizmdir. Çünki bu, yeni bir turizm növüdür və ondan yalnız Rusiya yararlanır. Amerika və Böyük Britaniya bu yöndə işlər görürlər, atmosfer qatından yüksəyə qalxa bilən gəmilərin hazırlanması üzərində iş gedir. Bu gün kosmik turizm təxminən 10 milyon dollara başa gəlir. Amma mütəxəssislər hesablayıblar ki, hardasa 200–250 min dollar civarında xərclə bunu təşkil etmək olar.
Turist (Xaçmaz)
Turist — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. Turist qəsəbəsi düzənlikdədir. Yaşayış məntəqəsi 1965-ci ildə burada turist bazasının yaranması ilə əlaqədar belə adlandırılmışdır.
Turist mehmanxanası
Qarabağ mehmanxanası və ya Turist mehmanxanası — bir vaxtlar Bakıda mövcud olmuş mehmanxana. Şəhərin təpəlik hissəsində yerləşdiyi üçün şəhərin bir çox yerindən görünürdü. Mehmanxananın binası 1974-cü ildə tikilib. Binanın memarları B. Şulgin və E. Melxisedekov, konstruktorları K. Kərimov, Q. Şamilov idi. Binanın layihəsi Bakı Dövlət Layihə İnstitutunda tərtib edilmişdi. Mehmanxana 1976-cı ildə istismara verilmişdir. 1989-cu ilə qədər "Turist" adını daşıyan mehmanxanaya sonralar "Qarabağ" adı verilmişdi. Qayalı təpənin üzərində tikilmiş "Qarabağ" 1978-ci ildə Nyu-Yorkda nəşr edilmiş "Dünyanın Memarlıq Ensiklopediyasına" daxil olmuşdu. Binanın layihəsi isə 1979-cu ildə "Le Korbyuze" mükafatını almışdı. "Qarabağ" mehmanxanası Bakı amfiteatrının daha yüksək hissəsində qayalı təpənin üzərində yerləşirdi və şəhərin bir çox nöqtələrindən aydın görünürdü.
Turist tələsi
Turist tələsi (ing. Tourist trap) — Bir çox turisti cəlb edən və mal və xidmətlərin normaldan daha bahalı olan bir yer.
Turist (dəqiqləşdirmə)
Turist — gəzinti, səfər edən şəxs. Turist (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. Turist (film, 2010) — rejissor Florian Henkel fon Donnersmarkın filmi. Turist tələsi — Bir çox turisti cəlb edən və mal və xidmətlərin normaldan daha bahalı olan bir yer.
Turist attraksionu
Turist attraksionu — turistlərin adətən özünəməxsus və ya nümayiş etdirilən təbii və ya mədəni dəyəri, tarixi əhəmiyyəti, təbii və ya tikilmiş gözəlliyi, istirahət və əyləncə təklif etdiyi maraq doğuran yer. Çimərliklər, tropik ada kurortları, milli parklar, dağlar, səhralar və meşələr kimi təbii gözəlliklərə malik yerlər insanların ziyarət edə biləcəyi ənənəvi turistik yerlərə misaldır. Mədəni turistik yerlərə tarixi yerlər, mühüm tarixi hadisənin baş verdiyi yerlər, abidələr, qədim məbədlər, zooparklar, akvariumlar, muzeylər və incəsənət qalereyaları, botanika bağları, bina və tikililər aid edilə bilər. Zavod turları, sənaye irsi, yaradıcı incəsənət və sənətkarlıq emalatxanaları sənaye turizmi və yaradıcı turizm obyektidir. Müəyyən bir yerə səfər edərkən turistlərin gözləntiləri seçilmiş destinasiyanın bir sıra xüsusiyyətləri ilə bağlıdır: mədəniyyət, memarlıq, qastronomiya, infrastruktur, landşaft, tədbirlər, alış-veriş və s. Bu xüsusiyyətlər insanları təyinat yerinə cəlb edir və səyahətin ümumi təcrübəsinə töhfə verir. Attraksionların əsas məqsədi müştərinin diqqətini cəlb etməkdir ki, onlar müəyyən bir yerə gəlib tətildə müxtəlif attraksionları araşdıra bilsinlər. Səyahət və turizm sənayesində attraksionlar xüsusilə mühüm rol oynayır, çünki bu, dünyanın hər yerindən turistləri cəlb edir. ABŞ-də attraksionların sahibləri və marketoloqları, xüsusən də ucqar ərazilərdə magistral yolların və yolların kənarındakı reklam lövhələrində turistik yerləri reklam edirlər. Turist attraksionları tez-tez istirahət zonalarında, məlumat mərkəzlərində, fast food restoranlarında və motel otaqlarında və ya lobbilərində nümayiş etdirilmək üçün pulsuz tanıtım broşürləri paylayır.
Beynəlxalq turist marşrutları
İstənilən hər hansı bir səyahətin (müvəqqəti qalma, turlar) ön­cədən seçilmiş marşrutu, gecələmək proqramı, müəyyən davamiy­yət və məqsədi olur. Marşrut - siyahı üzrə qeyd olunmuş bütün coğrafi məntəqələrə və yerlərə gedilməsi nəzərdə tutulan və səyahət müddətində dayanacaqdan-dayanacağa qədər turistlər tərəfindən gedilən yoldur. Səyahətin başlanğıcı və sonu marşrutun çıxış və son nöqtələri hesab olunur. Marşrutun başlanğıcı - müqavilədə nəzərdə tutulduğu kimi, turistə ilk, sonu isə axıncı turist kimi xidmət göstərən məntəqədir. == Marşrut növləri == Marşrut üzrə gedilən istiqamətdə yerdəyişmədən asılı olaraq, marşrutun xətti, dairəvi, radial (radius istiqamətli) və kombinasiyalı (quraşdırılmış) növləri vardır. Xətti marşrut - başlanğıcı və sonu müxtəlif coğrafi məntəqə­lərdə olan marşrut, məsələn, Bakı-Şəki-Sumqayıt-Tiflis. Dairəvi marşrut - başlanğıcı və sonu eyni coğrafi məntəqədə olan marşrut, məsələn «Türkiyə turu» (İstanbul - İzmir - Quşadası - Patnakqala - İstanbul). Dairəvi marşrutdan fərqli olaraq, başlanğıc nöqtəsində yerləşən turist, həmin nöqtədən müxtəlif istiqamətlərə səyahət edərək yenidən başlanğıc nöqtəsinə qayıdır. Məsələn, Bakı-Şamaxı-Bakı, Bakı-Gəncə-Bakı, Bakı-Şəki-Bakı, Bakı-Nabran-Bakı. Kombinasiyalı marşrut - xətti, dairəvi və radial marşrut elementinin ixtiyari kombinasiyasım' özündə birləşdirən marşrut.
Turist (film, 2010)
Turist (ing. Tourist) — rejissor Florian Henkel fon Donnersmarkın filmi. Conni Deppin rolunu Sem Uorqtinqton oynamalıydı. Ancelina Colinin rolunu Şarliz Teron oynamalıydı. Filmdəki banditlər Belarus dilində danışırlar.
Dyatlovun turist qrupunun həlak olması
Dyatlov keçidi insidenti — 1–2 fevral 1959-cu il tarixində Ural dağlarında 9 xizəkçinin müəmmalı şəkildə öldüyü hadisə. Hadisə Xolat-Syaxıl (rus. Холат-Сяхыл) dağının şərqində yerləşən aşırımda baş vermışdir. Bu hadisədən sonra aşırım qrupun lideri olan İqor Alekseyeviç Dyatlovun soyadı ilə adlandırılmağa başlanmışdır. Tədqiqatçılar xizəkçilərin hadisə gecəsi bilinməyən bir səbəblə çadırlarını cırmaq məcburiyyətində qaldıqlarını, yalın ayaqla −30 ° C-də və güclü qar yağışında çadırdan kənarda tapıldıqlarını demişdilər. Tapılan cəsədlərin ikisinin kəlləsində; digər ikisinin qabırğalarında sınıqlar müəyyən edilmişdir. == Hadisənin zəmini == 1959-cu ildə Sovet İttifaqının Sverdlovsk vilayətindəki Ural dağları boyunca xizək ekspedisiyası üçün bir qrup yaradıldı.23 yaşlı radio mühəndisi olan İqor Dyatlov qrupun lideri seçildi. Səkkiz kişi və iki qadından ibarət qrupun hər bir üzvü xizək turu təcrübəsi olan təcrübəli II dərəcəli yürüşçülər idi və geri qayıtdıqdan sonra III dərəcəli sertifikat alacaqdılar. O vaxt Sovet İttifaqında mövcud olan ən yüksək sertifikat bu idi və namizədlərdən 300 kilometr (190 mil) keçməsini tələb olunurdu. == Ekspedisiya == === Heyət üzvləri === Georgy Krivonischenkoy (13 yanvar 1936) Yuri Doroshenkoy (29 yanvar 1938) Zinaida Kolmogorov (12 yanvar 1937) Rüstəm Slobodin (7 fevral 1935) Alexandr Zolotaryov (2 fevral 1921) Alexandr Kolevatov (16 noyabr 1934) Ludmilla Dubinina (12 may 1938) Nicolay Vladimiroviç (5 iyun 1935) İqor Dyatlov (13 yanvar 1936) Yuriy Yudin (19 iyul 1937) 25 yanvar 1959-cu il səhərin erkən saatlarında Sverdlovsk vilayətinin şimal əyalətinin mərkəzində yerləşən şəhərə İvdel (Ивдель) qatarı ilə gəldi.
Turistik
Turizm (fransız sözü olub, gəzinti, səfər deməkdir) — fəal istirahətin geniş yayılmış və ən kütləvi növüdür. 1954-cü ildə BMT-nin yığıncağında "Turizm" sözü müzakirə olunmuş, onun beynəlxalq mahiyyəti, kulturoloji və sosial-iqtisadi əhəmiyyəti müəyyənləşdirilmişdir. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və getdikcə turizm daha geniş vüsət alır. Turizm son 20–25 ildə insanların vərdiş etdikləri həyati təlabatdır. Turizm xidmətlərinin və turist tələbatlı malların reallaşdırılması ilə məşğul olan istehsal, ticarət və nəqliyyat müəssisələrinin məcmusu turizm sənayesini yaranır Bura mehmanxanalar, iaşə obyektləri, sənaye və ekskursiya büroları aiddir. Turist — ölkə daxilində, yaxud xaricində müxtəlif məqsədlər üçün 24 saatdan 6 aya qədər müddətə səfər edən şəxsdir. Tur– konkret müddətdə konkret marşrut üzrə fərdi və ya qrup halında səfərdən ibarət olan turizm məhsulunun vauçer şəklində satılan formasıdır. Turizm məhsulu isə turistlərə göstərilən xidmətlər kompleksidir. Son onilliklər ərzində insanların həyat şəraiti yaxşılığa doğru xeyli dəyişilmişdir. Bununla yanaşı, mədəni inkişafın kölgəli tərəfləri də özünü büruzə verməyə başlamışdır.

Digər lüğətlərdə