KRİTİSİZM
[alm. Kritizismus; fr. Critisisme; ing. Critisism; osm. tr. intikadiye, tenkidiye]. İnsan biliyinin sərhəddi üzərində fəlsəfi şüuru və bu şüurun oyanıq tutulması. Kantda əql və biliyin sərhəddini və imkanlarını təyin etmək şərtilə doqmaçılığın və şübhəçiliyin qarşısına qoyduğu fəlsəfə metodu. Kantın və onun məktəbinə daxil olanların fəlsəfi metodudur.