Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lonardo Şaşa
Lonardo Şaşa (it. Leonardo Sciascia; 8 yanvar 1921[…], Rakalmuto[d], Siciliya – 20 noyabr 1989[…], Palermo) — italyan ədəbiyyatında mahir detektiv ustası. == Həyatı == Lonardo Şaşa 8 yanvar 1921- ci ildə Siciliyanın Racalmuto şəhərində, qulluqcu ailəsində anadan olmuşdur. Yazıçının 1961- ci ildə işıq üzü görmüş “Bayquşun günü” romanı indiyədək də onun ən güniş yayılmış, ən şox satılan və xaricdə çap olunmuş ilk əsəri kimi, böyük ədəbi uguru sayılır. Romanda ilk dəfə olaraq italya mafiyasının kəndlərdəki hökümranlığının şəhərlərə sirayət etməsindən bəhs olunur. Həmin ildə Lonardo Şaşa görkəmli həmyerlisi L. Pirandellaya hər olunmuş “Pirandello və Siciliya” adlı elmi- tənqidi esselər toplusunu da çap etdirir. Lonardo Şaşa ziddiyatlı şəxsiyyət idi. Ötən əsrin 60- 80- ci illərində İtalyanın mürəkkəb ictimai- siyasi həyatında fəal iştirak edən bütün yaradıcı ziyalılar kimi, o da siyasi dilemmalardan, mənəvi böhranlardan azad deyildi. Bu baxımdan, yazıçını 1979- cu ildə çap olunmuş gündəlikləri onun bir sənətkar kimi formalaşması, şəxsi həyatı, ədəbi- ictimai kredosu və siyasi baxışları ilə daha yaxından tanış olmağa imkan verir. Lonardo Şaşa tez- tez qeyd edirdi: “Boynuma alıram ki, mənə yersiz görünməmək, münasib olmaq, müdriklik qabiliyəti verməyib, ancaq hər şey necə olubsa, necə varsa, elədir...” Lonardo Şaşa 9 noyabr 1989-cu ildə Siciliyanın Palermo şəhərində vəfat edib.
Sadaa
Sadaa (ərəb. صعدة‎) — Yəməndə şəhər.
Sasha Grey
Saşa Qrey (14 mart 1988[…]) — ABŞ aktrisası, modeli, yazıçısı, ifaçısı və keçmiş pornoaktrisası. 2006–2011-ci illərdə pornoqrafik filmlərdə iştirak etmişdir.
Ayşe Şasa
Ayşe Şasa(d. 1 yanvar 1941, İstanbul, Türkiyə Respublikası - 16 iyun 2014, İstanbul, Türkiyə Respublikası) — çərkəz əsilli türkiyəli senarist və yazıçı. == Həyatı == Çərkəz əsilli ana və yarı çərkəz əsilli atanın övladı olaraq dünyaya gələn Ayşe Şasa 1 yanvar 1941-ci ildə İstanbulda anadan olmuşdu. Babası Bəkir Şasa Meşə İdarələrində müdirlik etmişdir. Ankaranın Əskişəhər çıxışında onun xatirəsinə həsr edilmiş meşə sahəsi mövcuddur. 3 evliliyi olmuşdur. İkinci evliliyi məşhur rejissor Atıf Yılmaz ilə olmuşdur. Atıf Yılmaz öz dövrünün məşhur rejissoru, senaristi və film prodüseri olmuşdur. 16 iyun 2014-cü ildə bir müddət müalicə aldığı ağciyər iltihabından vəfat etmişdir. Sahrayıcedid məzarlığında dəfn edilmişdir.
Saşa Klement
Saşa Nikol Klement (ing. Sasha Nicole Clements; d. 14 mart 1990, Toronto, Ontario, Kanada) aktrisa və model.
Saşa Pivovarova
Aleksandra İqoryevna Pivovarova (doğ. 21 yanvar 1985, Moskva, SSRİ) — tanınmış rus Top-Model. O yeganə modeldir ki, Prada brend şirkətinin reklam çəkilişlərində 6 sezon müddətində aramsız çəkilib. Saşanı "yadplanetli-model" adlandırırlar, çünki onun üz quruluşu və üz cizgiləri qeyri-standartdır; dolu dodaqları və hündür almacıq sümükləri var. Saşa Pivovarova ən məşhur və tələbolunan rus top-modellərindəndir. == Bioqrafiya == 21 yanvar 1985-ci ildə Moskva şəhərində anadan olmuşdur. Uşaqlıqdan onun yeganə arzusu rəsm çəkmək idi və bu istəyi valideynləri tərəfindən aktiv dəstəklənirdi. Saşa anası ilə birgə paytaxtın bütün muzeylərini və sərgilərini gəzmişlər, məktəbi bitirdikdən sonra isə RDHUnin mədəniyyət tarixi fakültəsinə daxil oldmuşdu. Məhz burada o fotoqraf İqor Vişnyakov ilə tanış olmuş və ona ərə getmişdi. Saşa heç bir zaman model olmağı arzulamamışdı, yalnız 2005-ci ildə həyat yoldaşı İqor onun şəkillərini model agentliyinə verəndən sonra , bu Saşanın model həyatına start verilmişdi.
Saşa Qrey
Saşa Qrey (14 mart 1988[…]) — ABŞ aktrisası, modeli, yazıçısı, ifaçısı və keçmiş pornoaktrisası. 2006–2011-ci illərdə pornoqrafik filmlərdə iştirak etmişdir.
Saşa Son
Saşa Son (18 sentyabr 1983, Vilnüs) — Litva'lı müğənnidir.2009 Avroviziya Mahnı Müsabiqəsi'ndə ölkəsini Love adlı mahnı ilə təmsil etmişdir.
Saşa Stamenkoviç
Saşa Stamenkoviç (serb. Саша Стаменковић / Saša Stamenković; 5 yanvar 1985, Leskovats, Yuqoslaviya) — serb futbolçu, Neftçi Bakı futbol klubunun qapıçısı. == Karyerası == Saşa Stamenkoviç 1985-ci ildə Yuqoslaviyada anadan olub. Karyerasının ilk illərində Dubočica, Napredak və Radnički klublarında oynayıb. 2008-ci ildə Srvena Zvezda klubuna keçib və 2009-2010 mövsümündə bu komanda ilə Serbiya kubokunu qazanıb. 2011-ci ildə Saşa Stamenkoviç Neftçi klubuna keçib və 2011/2012 mövsümündə Azərbaycan Premyer Liqasının çempionu olub. Hal-hazırda Stamenkoviç Neftçi Bakı klubunun əsas qapıçısıdır.
Saşa Yunisoğlu
Saşa Yunisoğlu (d. 18 dekabr 1985, Nikolayev, Ukrayna SSR, SSRİ) — Azərbaycan futbolçusu. Müdafiəçi mövqeyində çıxış edir. == Həyatı == Saşa Yunisoğlu 18 dekabr 1985-ci ildə Ukrayna SSR-in Nikolayev şəhərində anadan olmuşdur. == Karyerası == Saşa Yunisoğlu ölkəsində dövrünün ən istedadlı müdafiəçilərindən biri hesab edilir. === Klub karyerası === O, peşəkar futbola 2000-ci ildə "Şərur"da başlamışdır. Karyerası ərzində Azərbaycan, Polşa və Türkiyə klublarının heyətində çıxış etmişdir. === Milli komanda karyerası === 2007-ci ildə Azərbaycan milli futbol komandasına dəvət olunmuş və indiyə kimi 28 oyunda meydana çıxmışdır. İlk oyununu 2007-ci ildə Portuqaliya yığmasına qarşı keçirmişdir. == Karyera statistikası == === Millidə === 7 oktyabr 2011 tarixinə aid bu statistik məlumatlar dəqiqdir.
Saşa Zvereva
Saşa Zvereva (1 mart 1981, Potsdam) — rus müğənnisi, tele aparıcı, Demo qrupunun solisti. == Həyatı == Aleksandra (Saşa) Zvereva 1 mart 1981-ci ildə Potsdam şəhərində anadan olub. Saşa Moskvada yaşayır - onun iki uşağı var: qızı Vasilisa (2003) və oğlu Makar (2008). Saşa motosportla maraqlanır. == Diskoqrafiya == === Demo qruppasının diskoqrafiyasına daxil olmuş mahnılar === Солнышко (1999) DJ Remix 2000 (2000) Выше неба (2001) До свидания, лето (2002) Радуга (2004) Это шоу-бизнес, baby (2005) Запрещённые песни (2007) === Single === Солнышко (1999) 2000 лет (1999) Я не знаю… (1999) Я делаю вдох (2000) Всё просто!… (2000) Выше неба (2000) Давайте петь! (2000) Странные сны (2001) Улыбните ваши лица (совместно с Братьями Улыбайте) (2001) Последняя песня (2002) Желание (2002) До свидания, лето! (2002) До утра (2002) Попала (2003) Новый год идёт… (2003) Радуга (2004) Тайна (2004) Супермама (2004) Не с тобой (2004) Не думай, не гадай (2005) Всё нормально (2005) Нежность (2006) Соседи (2006) Это небо (2007) Точка (2009) Первый поцелуй (2009) Создай движение (2010) Расплетает косы весна (2010) === Solo single'lar === Остаться (single) (2010) Как прежде (single) (El Ray ilə birgə) (2011) Схожу с ума (single) (2011) Супербой (single) (Sasha Dith & Steve Modana birgə) (2012) == Videokliplər == === «Demo» qrupun tərkibində === 1999 — Солнышко (rejissor Aleksandr İqudin) 1999 — Я не знаю… (rejissor Vlad Opelyants) 2000 — Я делаю вдох 2000 — Выше неба 2000 — Всё просто!
Saşa Əliyev
Əliyev Saşa Əli oğlu (1951-2017) — ATU əsaslı kitabxanası direktorunun elmi işlər üzrə müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Saşa Əliyev 1951-ci il noyabrın 5-də Göyçə mahalının Basarkeçər rayonunun Qanlı kəndində anadan olub. Valideynlərini çox erkən itirən Saşa dayısı Əli Əliyevin himayəsində qalıb. 1958-ci ildə Torf 8 illik məktəbin 1-ci sinfinə daxil olur. 1968-ci ildə isə Çaxırlı kənd orta məktəbini bitirmişdir. 1971-ci ildə BDU-nun kitabxanaçılıq fakültəsinə daxil olur. 1977-ci ildə həmin fakültəni bitirir. 1972-ci ildən 1988-ci ilədək kənd klubunun müdiri işləyib. Eyni zamanda Şəfəq kənd orta məktəbində tarix və erməni dilindən dərs deyib. Rayonda dərc olunan “Vardenis” qəzetində məqalələri dərc olunub.
Başad
Başad və ya Başat — öndə gələn, öndə bulunan, sevilən mənasındadır. Bu termin XI əsrdə Mahmud Qaşqarlı tərəfindən yazılmış "Divanü Lüğat-it-Türk" əsərində qeyd edilmişdir. Bu sözün açılımı, bənzərləri arasında güc və önəm baxımından başda gedən, hakim, dominant, üstün mənasını daşıyır. Dünya Alpaqut Federasiyasının Prezidenti Başad rütbəsini daşıyır.
Başqa
Başqa — fəlsəfənin əsas kateqoriyalarından biri.. Başqa — Mən olmayan, mənə əks olan, mənim dünyamdan kənarda yerləşən. Başqası da mənim xüsusiyyətlərimə malikdir : mövcuddur, düşünür, hərəkətdə və inkişafdadır. Başqa anlayışı materiyanın cansız hissələrinə də aiddir. == Həmçinin bax == Fəlsəfə Şəxsiyyət Təfəkkür == Ədəbiyyat == Бахтин М. М. К философии поступка // Философия и социология науки и техники. Ежегодник. 1984—1985. М., 1986. Бахтин М. М. Проблемы поэтики Достоевского. 4-е изд.
Daşca
Daşca — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Daşca adı bəzi məlumatlara görə bu oykonim öz adını dağ çayının gətirdiyi xırda daş və çınqıllardan almışdır. Ərazinin 30-40 sm dərinliyindəki torpaq qatı xırda daşlıqla örtülüdür. Daşlıca “daşlı yer” deməkdir. == Coğrafiyası == Meyvə bağları, tərəvəz sahələri əhalinin məşğuliyyətidir. Mal-qara saxlayan sakinlər taxıl əkininə də üstünlük verirlər. Heydər Əliyev fondunun vəsaiti hesabına kənddə müasir standartlara uyğun orta məktəb binasının tikilməsi uşaqların yüksək səviyyədə təhsilinə real imkan yaradıb. == Toponimikası == Qəbələ r-nunun Zarağan i.ə.v.-də kənd. Qaraqobu çayı sahilində, dağətəyi ərazidədir. Çox vaxt Daşca variantında işlənir.
Daşqa
Daşqa – qədim nəqliyyat vasitəsidir. == Ümumi məlumat == Daşqa (daşka) - iki təkərli, dayaq təkərləri olmayan eşşək arabası - nəqliyyаt və dаşımа vаsitəsi kimi xüsusi ilə kəndlilərin gündəlik həyatında və kənd təsərrüfatı işlərinin görülməsində əvəzsiz rоl оynamışdır.
Kaşan
Kaşan — İranın İsfahan ostanının şəhərlərindən və Kaşan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 248,789 nəfər və 67,464 ailədən ibarət idi.
MAŞAV
MAŞAV - ibri dilində Beynəlxalq Əməkdaşlıq üzrə Mərkəz adının qısaltmasıdır. İsrail Xarici İşlər Nazırliyi çərçivəsində fəaliyyət göstərən bu proqram bir çox ölkələrin, eləcə də ABŞ, Böyük Britaniya, Avropa Birliyi ölkələri, Türkiyə və digərlərinin də həyata keçirdikləri beynəlxalq təcrübə mübadiləsi üzrə proqramlardan biridir. 1958-ci ildən fəaliyyətə başlayan bu proqram çərçivəsində indiyə qədər 140 ölkədən 200 mindən artıq şəxsin təcrübə keçdiyi məlumdur. Proqram üzrə təcrübə mübadiləsi İsrailin ayrı-ayrı elmi və akademik mərkəzləri ilə əməkdaşlıq çərçivəsində aparılır. Proqramın əsas fokus sahələri kənd təsərrüfatı, elm və texnologiya, idarəetmə və sahibkarlıq, təhsil kimi istiqamətlərdə İsrailin qabaqcıl təcrübəsini yaymaqdır. Eyni zamanda qısamüddətli pilot layihələri həyata keçirmək, kiçik biznes üzrə davamlı inkişafa nümunə olacaq layihələrə dəstəyi ehtiva edir. == Mənbə == MAŞAV NƏDİR?
Paşan
Paşan — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. == İnfrastruktur == 2015-ci ilin iyun ayının 17-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.
Qaşqa
Qaşqa — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 45 km məsafədə, Ağdərə dərəsində, Çalaxçı çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1831-ci ildə 8 nəfər azərbaycanlı yaşamışdır. == Toponimi == Toponim qədim türk tayfalarından biri olan qaşqay etnonimi əsasında əmələ gəlmişdir. "Qaşqa" qaşqay etnoniminin fonetik formasıdır. 1728-ci ilə aid mənbədə Kaşka kimidir [170, 15]. Ehtimal ki, İranda yaşayan Kaşkay türk tayfasının adını əks etdirir. Kaşkayların mənşəyi qaranlıqdır. Ehtimal ki, xakaslarda Kaska və Aq Kaska tayfaları tayfaları ilə eyni mənşəlidir.
Vaşaq
Vaşaq (lat. Lynx) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi. Təhlükə həddinə yaxınlaşır, yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. Geniş yayılmış, bəzi yerlərdə adi, lakin antropogen təsir altında sayı azalan həssas növdür. == Xarici görünüşü == Bədəninin uzunluğu 82-109 sm, quyruğunun uzunluğu 20-24 sm, çəkisi 8-21 kq olur. Ayaqları qüvvətli, nisbətən uzun, pəncələri çox enlidir. Qulaqlarında fırçayabənzər uzun tüklər var. Açıq-sarı, kürən və ya xallı olur. == Yayılması == Avropa, Qafqaz, Sibir, Orta Asiya, Uzaq Şərq, Şimali Himalayda yayılmışdır. Azərbaycanda tarixi arealı bütün dağların meşə qurşağını, dağətəyi alçaqdağlı silsilələri, Naxçıvanı və Zuvand yaylasını əhatə edirdı.
Yaşma
Yaşma — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Yaşma Xızı rayonunun Şuraabad inzibati ərazi vahidində qəsəbə, Bakı-Xaçmaz dəmiryolu xəttində stansiya. XIX əsrdə dəmiryolu xəttinin çəkilişi ilə əlaqədar stansiya kimi salınmış, Böyük Vətən müharibəsindən (1941-1945) sonra ətraf kəndlərin əhalisi hesabına yaşayış məntəqəsinə çevrilmişdir. Yerli tələffüz variantı Eşmə olan bu oykonim türk dillərindəki "əyri-üyrü çay yatağı", "qumsallıqda su mənbəyi", "qumluqda çeşmə" mənalarını bildirən əşnid sözü ilə əlaqələndirilir. Yerli məlumata görə, bu ərazinin keçmiş adı Eşməyeri olmuşdur. Tədqiqatçılara görə, bu termin eşilmək sözündən olub, dəniz sularının sahili yuması nəticəsində yaranmış sahəyə deyilir. Bu coğrafi termin qazaxlarda espe, qırğızlarda eşme variantında işlənir.
Şaban
Şaban — Hicri təqviminin 8-ci ayı.
Şadara
Şadara - taxılın həşəmdən təmizlənməsi üçün istifadə edilən alət. == Quruluşu == Bir üzünə tor çəkilmiş dairəvi taxtadan ibarət idi. == İstifadə == Şadaranın toru nisbətən böyük gözlü olduğundan, taxıl əvvəl şadarada, sonra isə xəlbirdə təmizlənirdi.
Şahab
Şahab — İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 3 km məsafədə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1728-ci ilə aid mənbədə Şahab Əsli Şahab. == Toponimi == Toponim şahablı nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 11. IV.1940-cı il fərmanı ilə adı dəyişdirilib Mayakovski qoyulmuşdur. İlk dəfə 1590-cı ildən və sonra 1728-ci ildən mə’lumdur XVIII əsrin əvvəllərinə aid ermənicə mənbədə Şaab kimidir 1728-ci ilə aid mə’lumatda sahibkar (bəy) kəndi ("timari Bəkir vələdi Ibrahim") kimi qeyd olunurYerli tələffüz forması Şaab.
Şalya
Şalya (slovak. Šaľa, alm. Schelle‎, mac. Vágsellye) — Slovakiyanın cənubunda, Vaq çayının sahilində şəhər. Əhalisi 25 min nəfərə yaxındır. == Tarix == Şalyanın adı ilk dəfə 1002-ci ildə qeyd olunur. 1252-ci ildə Şalyanı monqol-tatar ordusu talan edərək yandırır. Elə həmin ildə də macar kralı IV Bela Şalyaya şəhər statusu verir. XVI-XVII əsrlərdə şəhəri bir neçə dəfə Osmanlı ordusu ələ keçirmək istəyir, lakin buna nail ola bilmir. XVII əsrdə burada qala tikilir.
Şamaş
Şamaş— Assuriya və Babil mifologiyasında Günəş tanrısının akkadca adı. Şumer mifologiyasındakı Utudan törəmişdir. Atası Sin (Nanna - Ay), əkiz bacısı ise İştardır (Şumerdə İnanna - Dünya).Ərəblər şəms-günəş adını bu tanrıdan götürüblər.
Şanas
Şanas (fr. Chanas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russiyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38072. Kommunanın 1999-cu il üçün əhalisi 1931 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 142 ilə 223 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub, Qrenobldan 75 km qərbdə yerləşir.
Şapar
Şapar (çuvaş Шӑпӑр, rus. Шапар), Şabr (çuvaş Шӑбр, rus. Шабр), Şıbır (çuvaş Шыбыр) və ya Puzır (rus. Пузырь) — türkdilli çuvaşlara məxsus tuluq zurnası. Müasir dövrlərə qədər şapardan sadəcə toy mərasimlərində istifadə edilirdi.
Şaqah
Şahyeri (əvvəlki adı: Şaqax) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Dərəkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Şaqax kəndi Şahyeri kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Şahyeri kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Qarabağ mahalından gəlmiş ermənilərin burada məskunlaşması nəticəsində Şaqax (fars dilində şah yeri) şəklində düşmüşdür. Əslində oykonim şah və yer sözlərinin birləşməsindən yaranıb, yüksək yer dəməkdir. == Tarixi == === Tarixi abidələri === Şahyeri kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Şasta qraflığı (Kaliforniya)
Şasta — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 177,223 nəfər olmuşdur. Mərkəzi Reddinq şəhəridir.
Şaban oğlu Şaban
Şaban oğlu Şaban — Kamal Sunalın canlandırdığı "Şaban" obrazı üzərində 1977-ci ildə yazılan və çəkilən türk filmi. Rejissoru Ertem Əyilməzdir. Film 1977-ci ilin dekabrında nümayiş olundu. == Mövzu == Şaban komandiri Hüsaməddini tez-tez yaralayan və orduda hər cür yöndəmsizlik edən əskərdir. Əskərlikdən sonra əskər yoldaşı Ramazanla birlikdə əyləncə məkanında çalğıçılıq edir. Sonrasında Şabanla Ramazan işlədikləri əyləncə məkanında kanto çalan Nigara aşiq olurlar. Bundan xəbər tutan Nigarın məşuqu Kadırqalı Əşrəflə böyük problem yaşayırlar. Amma təsadüfən onun öhdəsindən gəlirlər. Mülki həyatda polis olan Hüsaməddinin və polis təşkilatının aylardır tuta bilmədikləri Kadırqalı Əşrəfi tutduqları üçün Hüsaməddinin qayınatası olan Nazır paşanın gizli polisi olurlar. Sonrasında Nazır paşa onlara bacısının itən almazını tapma işini tapşırır.
I Am... Sasha Fierce
I Am… Sasha Fierce – Beyonce'nin üçüncü studio albomudur. I Am… Sasha Fierce, Amerikalı R&B müğənnisi Beyoncé'nin üçüncü solo albomudur. Amerika Birləşmiş Ştatlarında "Columbia Records" və "Music World" etiketləriylə 18 noyabr 2008 tarixində buraxılmış albom, bu günə qədər bütün dünya daxilində yeddi milyondan çox satılıb. Beyoncé bu albomla birlikdə 52. Grammy Mükafatlarında "Ən Yaxşı Müasir R&B Albomu" mükafatını aldı. Ayrıca bu mükafat mərasimində sənətçi, layiq görüldüyü altı mükafatla birlikdə bir gecədə ən çox Grammy mükafatı alan qadın sənətçi rekordunu qıraraq tarixə keçdi.
Sasna Tsrer Ümumerməni Partiyası
== Adı == Partiyanın adı erməni qəhrəmanlıq dastanı «Sasunlu igidlər»poemasından götürülmüşdür. == Təşkilat; == Partiyaya yeddi nəfərdən ibarət katiblik rəhbərlik edir: Qaregin Çuqasyan, Aleksandr Yenikomşıyan, Gevorq Səfəryan, Vaaqn Avaqyan, Arek Kyuregyan, Ruzan Yeqnukyan və Varujan Avetisyan. == Tarixi == "Sasna Tsrer" əvvəllər Serj Sarkisyanın və onun Ermənistan Respublikaçı Partiyasının rusiyayönlü hakimiyyətinə radikal müxalifətdə idi, lakin bu fəaliyyət 2016-cı ildə İrəvan girov böhranı ilə yekunlaşmışdı. Partiya daha sonra zorakılıqdan imtina etmişdir. Birinci Qarabağ müharibəsi iştirakçısı Jirair Sefilian partiyanın əsas simalarından biridir. == İdeologiya == Sasna Tsrer ifrat milliyətçi hərəkatdır. De-fakto partiyanın lideri Jirayr Səfilyan Vahid Ermənistanın yaradılmasının tərəfdarıdır. Onlar açıq şəkildə Qondarma Dağlıq Qarabağ Respublikasını Ermənistana birləşdirməyə çağırırdılar. Sasna Tser Ermənistanın keçmiş hakim Respublikaçılar Partiyasına qəti şəkildə qarşı çıxmışdır. Partiyanın strateji məqsədi Ermənistandakı və xaricdəki erməniləri birləşdirmək, erməni millətinin davamlılığını və onun qlobal təsirini təmin etməkdir.Partiya ABŞ və İran ilə strateji ittifaqlar qurmağı, Avropa İttifaqı, Ukrayna, Gürcüstan, Çin və Hindistanla daha sıx əməkdaşlıq qurmağı müdafiə edir.
Azad Yaşar
== Həyatı == Azad Yaşar (Fərəcov Azad İlyas oğlu) 10 aprel 1961-ci ildə Bakıda anadan olub. Əli Bayramlı şəhərində böyüyüb, orada orta təhsilini başa vurub. Ali təhsilini Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsində alıb. Əli Bayramlı şəhərində baş memar, baş rəssam və zavodda dizayn qrupunun rəhbəri vəzifələrində işləyıb. 1993–2001-ci illərdə Rusiyada fəaliyyət göstərən türk inşaat firmasında memar və müdir yardımçısı vəzifələrində çalışıb. 2002–2004-cü illərdə "Space" telekanalında yayınlanan "Gecə kanalı" proqramının bədii redaktoru, 2004–2016-cı illərdə isə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbu orqanı "PENSİYAÇI" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır.2016–2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Sosial həyat" jurnalında məsul katib kimi fəaliyyət göstərmişdir. 1976-cı ildən bədii yaradıcılıqla və tərcümə işi ilə məşğul olur. "Gözlərimin günahı" adlı ilk mətbu şeiri 1980-ci ildə sonralar müasir dövr Azərbaycan demokratik mətbuatının banisi olacaq görkəmli ziyalı Nəcəf Nəcəfovun tövsiyəsi ilə "İnşaatçı" qəzetində çap olunub. Dünya ədəbiyyatını təmsil edən 800-ə yaxın yazarın ən müxtəlif janrlardakı əsərlərini uğurla dilimizə çevirmişdir. Bunların təxminən yarısı ilə Azərbaycan oxucusu ilk dəfə tanış olub.
Aşağı Daşar
Aşağı Daşarx — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası == Arpaçayın sahilindədir. Oykonim "Daşarx yaşayış məntəqəsinin aşağı hissəsi" deməkdir. Kəndi keçmiş Daşarx (indiki Yuxarı Daşarx) kəndindən çıxmış ailələr kollektivləşmə illərində (XX əsrin 30-cu illəri) salmışlar. == Əhalisi == Əhalisi 641 nəfərdir.
Aşağı daşma
Aşağı daşma (ing. underflow) – sürüşkən nöqtə ilə əməliyyat zamanı yaranan xətalardan biri nəzərdə tutulur. Belə ki, nəticə o qədər kiçik ola bilir ki, kompüterin mövcud mərtəbə şəbəkəsində onu təqdim etmək mümkün olmur. Məsələn, birqat dəqiqlikli hesabda (ən kiçik ədədi 1.210-38 olan) 10−20•10−30 = 10−50 əməli mərtəbənin itməsinə səbəb olur. Belə əməlin nəticəsini 0 hesab etmək olar, ancaq bu arzuolunmaz hallar, məsələn, sıfra bölmə ilə nəticələnə bilər. Köklənmədən asılı olaraq sistem belə halda ya xəta haqqında məlumat verə bilər, ya da aşağı daşmaya məhəl qoymadan nəticə olaraq 0 qaytara bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Başab (Kəleybər)
Başab (fars. بشاب‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 455 nəfər yaşayır (112 ailə).
Hacı Sasan mirzə Qovanlı-Qacar
Hacı Sasan mirzə Bəhmən mirzə oğlu Qovanlı-Qacar (1832-1905) — Qacar şahzadəsi, vali. == Həyatı == Sasan mirzə Bəhmən mirzə oğlu 1832-ci ildə Tehran şəhərində dоğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı. Bəhaüddövlə ləqəbini daşıyırdı. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət еtmişdi. Nasirəddin şahın оğullarından Sultan Mоinəddin mirzənin və Sultan Hüsеyn mirzə Cəlalüddövlənin lələsi оlmuşdu. Hacı Sasan mirzə 1868-ci ildə Təbrizin valisi оlmuşdu. 1889-cu ildə Hüsеyn xan Mötəmidülməlik Yəhya xan Müşirüddövlə оğlunun əvəzinə Ərak (İranın mərkəzi hissəsinin) qоşunun başçısı təyin еdilmişdi. Hacı Sasan mirzə Bəhaüddövlə 1905-ci ildə vəfat еdib. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
ASALA
ASALA (erm. Hayastani Azatagrut'yan Hay Gaghtni Banak) — 1975–1991-ci illərdə fəaliyyət göstərmiş erməni terror təşkilatı. Türkiyə Cümhuriyyəti Təhlükəsizlik xidməti tərəfindən terror təşkilatı kimi tanınmışdır."Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" adlanan bu təşkilatın adının abreviaturası ingiliscə"Armenian Secret Army for the Liberation of Armenia" kimidir. Təşkilat müstəqil Ermənistan dövlətinin qurulması və 1915-ci ildə baş verdiyi iddia edilən "erməni soyqırımının" dünya ölkələri tərəfindən tanınması üçün çalışmışdır. ASALA-nın yaranma tarixi və fəaliyyəti ilə bağlı saysız-hesabsız məqalələr, yazılar, faktlar qəzetimizdə dərc edilib. 1970-ci illərin ortalarında daşnaklar bir sıra müstəqil terrorçu təşkilatlar yaradıblar və onların arasında "Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" ("Armenian Secret Armi for the Liberation of Armenia"- ASALA") fəallığı ilə diqqəti cəlb edir. Təşkilatın qurucuları Akop Akopyan və Akop Tarakçıyandır Təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir[mənbə göstərin]. ASALA-nın əsas məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Qarabağ bölgələrinin də daxil olduğu bir ərazidə "Böyük Ermənistan" dövləti qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilatın "Əbu Nidal", "Qara sentyabr" kimi terror qrupları ilə əlaqələrinin yaradılmasında onun lideri Akop Akopyanın böyük rolu olmuşdur.
Asama
Asama (yap. 浅間山) — Yaponiyanın Honşu adasının mərkəzi hissəsnidə yerləşən fəaliyyətdə olan vulkan. Hündürlüyü — 2568 metrdir. 2 fevral 2009-cu ildə vulkanın oyanması başlandı və nəticədə Tokionun bir hissəsinə kül töküldü..
Asara
|status = Şəhər }} Asara— İranın Əlburz ostanının Kərəc şəhristanının Asara bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,030 nəfər və 282 ailədən ibarət idi. Asara şəhəri,Asara,Rey Zəmin, Sira, və Pol Xab kəndlərinin birləşməsindən yaranıb.
Assam
Assam (assam. অসম, benq. আসাম) — Hindistan respublikasını təşkil edən ştatlardan biri. == Coğrafiyası == Qərbdən Banqladeş dövləti ilə Qərbi Benqal əyaləti, şimaldan Butan dövləti ilə Arunaçal-Pradeş Birliyi, şərqdən Nagaland və Manipur, cənubdan də Meqalaya, Tripura əyalətləri və Mizoram Birliyi ilə əhatə olunmuşdur. Şimalda Himalay dağları, cənubda Şillong yaylası arasında 78.500 km²lik bir sahəni əhatə edən Assam, Brahmaputra və qollarının suladığı geniş bir vadi üzərində qərar tutur; mərkəzi Qevhatidir. Himalayın ətəklərində yer alan dar bir boğazla şimali-qərbdən Hindistan yarımadasına bağlanır. == Tarixi == Qədim çağlarda önəmli bir yerləşmə bölgəsi olan Assam vadisi, müsəlmanların bölgəni fəthindən öncə iki önəmli Hind krallığının hakimiyətində idi. Biri qərb bölgəsindəki Kamta krallığı (Fars dilli qaynaqlarda Kamrup), digəri isə şimal-şərqdəki Ahum krallığı idi. Ayrıca yörədə, öz bölgələrində müstəqil yaşayan və “buyan” deyilən rəislər vardı. XIII və XIV əsrlərdə Əl-Biruni, Cuzcani və İbn Bətutə tərəfindən qələmə alınan İslam qaynaqlarında bölgənin adı Kamrun, Kamru və Kamrud şəkillərində keçir.
Basat
Basat — Dastanda işlənən antroponimlərdən biri. Daş Oğuz bəyi. Aruzun kiçik oğlu, Qiyan Selciyin qardaşı. Təpəgözü öldürən qəhrəman. Eposun "Basat Təpəgözü öldürdüyü boy"u Basatın adı ilə bağlıdır. "V.V.Bartoldun tərcüməsində bu ad "Bisat" kimi verilmişdir. Lakin D-də sözün yazılışı da, Aruz qocanın itmiş oğlu haqqında ilxıçının verdiyi məlumat da ("At basubən qan sümürər") göstərir ki, həmin adı "Basat" kimi oxuyub-yazmaq doğrudur". Müasir Azərbaycan antroponimləri sistemində işlənməyən "Basat" antroponimi Türkiyə antroponimləri sistemində işlənməkdədir. Orxon Şaiq Gökyay Ali Rza Yalmanın "Türkmən oymakları" kitabına əsaslanaraq göstərir ki, "Basat" Güney Anadoluda "Busat" kimi işlənir.. "Dədə Qorqud" dastanında adama oxşayan şirə "Basat" adının verilmə səbəbi aydın şəkildə təsvir edilmişdir.
Basta
Basta (rus. Баста, tam adı: Vasili Mixayloviç Vakulenko; 20 aprel 1980, Rostov-na-Donu) — Rusiya repçisi, bəstəkar, musiqi prodüsseri, aktyor, radioaparıcı, teleaparıcı, ssenarist, prodüsser, rejissor. Eyni zamanda Noqqano və N1NT3ND0 ləqəbləri ilə də tanınır. "Next FM" radiosunda aparıcı və bir neçə filmin rejissorudur. Kupe ilə birlikdə "Hip-hop TV"də "Gazgolder" verilişinin aparıcısıdır. 2007-ci ildə "Gazgolder" leyblini yaratmışdır. == Bioqrafiya == Vasili Vakulenko 20 aprel 1980-ci ildə Rostov-na-Donu şəhərində, hərbçi ailəsində doğulmuşdur. Həmin şəhərdə 32 saylı ümumtəhsil məktəbini bitirmiş, həmçinin musiqi məktəbində təhsil almışdır. Daha sonra musiqi kollecində, drijorluq ixtisası üzrə təhsil almışdır. Musiqi təhsili aldığı dövrdən Vasili hip-hopla maraqlanmağa başlamışdır.
Fasad
Fasad (fr. façade — üz, sifət) — bina və ya tikilinin ön, xarici tərəfi. Fasad metal çərçivədən və üzərinə çəkilmiş banner torundan ibarət irimiqyaslı konstruksiyadır. Baş fasad, yan fasadlar, küçə fasadları, həyət fasadı və s. fasadlar var. Fasadların mütənasibliyi, detalları və bəzəkləri adətən binanın təyinatı, üslub, fəza və konstruktiv həlli ilə şərtlənir. Müasir memarlıqda, xüsusilə kütləvi sənaye tikilisində geniş fəza ilə əhatə olunan binaların bütün fasadları eyni dərəcədə əhəmiyyətlidir. Fasadlar estetik göz oxşaması ilə yanaşı binanın təyinatını da diktə etməlidir.
Hasar
Hasar (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Hasar (Sərdarabad) — Sərdarabad mahalında kənd.
Hasara
Hasara (az.-əbcəd حاسارا‎, fars. خساره‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 40 nəfər yaşayır (16 ailə).