Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şeyxalı (Xudabəndə)
Şeyxalı (fars. شيخ الو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 771 nəfər yaşayır (160 ailə).
Seydəli xan Dərgəzi
Seydəli xan Çavuşlu (1856 – 1914) — Çavuşlu oymağının ədib, xan və şairlərindən idi. O, Süleyman xan Çavuşlu Dərgəzin hakiminin oğlu və Məhəmmədəli xan Mənsurülmük və briqadir-general Allahyar xan bəylərbəyinin qardaşı idi. Mirzə Mehdi Gilaninin(Xədiv təxəllüslü) yanında dərs almışdır.Şeirlərinin birində Çavuşlu oymağının 400 illik tarixçəsinə işarə edir. Onun, yaxşı yaddaşı var idi və 50000 beyt farsca, ərəbcə və türkcə şeiri əzbər idi.
Heyvalı
Heyvalı (əvvəlki adı: Drombon və ya Drmbon) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Heyvalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Drombon kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Drmbon kəndi Heyvalı kəndi adlandırılmışdır. == Tarixi == XIX əsrdə Cənubi Azərbaycandan gəlmiş erməni ailələri burada yerləşdikdən sonra kənd Drmbon (Heyvalı toponimindən erm.-yə kalkadır) kimi rəsmiləşdi. 1992-ci ildə kəndin keçmiş adı bərpa edildi. Oykonim "heyva ağacları olan yer" mənasındadır. Heyvalı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Heyvalı kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Heyvalı kəndi Birinci Qarabağ müharibəsi zamanı 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.
Şeylanlı
Şeylanlı — Azərbaycan Respublikasının Laçın rayonu Şeylanlı kənd inzibati ərazi dairəsində kənd. Şeylanlı oykonimi XIX əsrin ortalarında Azərbaycanda yaşayan kürd mənşəli şeylanlı tayfasının adını əks etdirir. Qaraçorlu tayfa ittifaqına daxil olan şeylanlılar hələ XVII əsrin əvvəllərindən İrandan gələrək Azərbaycanda məskunlaşmışlar. Bu ərazi işğal dövründə ermənilər tərəfindən Shrvakan icması adlandırılmışdır. Erməni mənbələrinin 2014-cü ilə aid olan məlumatına görə kəndə suriyadan gətirilmə 21 ailə yaşayıb. Laçın rayonu 18 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edildi.[4] Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən 1 dekabr 2020-ci ildən etibarən Laçın rayonu 28 il sonra yenidən Azərbaycan Respublikasının nəzarəti altına keçmişdi. 1932-ci ildə kənddə 4 illik ibtidai məktəb fəaliyyətə başlamışdır. Məktəbin əsası Böyük Vətən Müharibəsində xidmətlərinə görə "Rəşadətli Əməyə görə" medalı ilə təltif edilmiş İsmixan Mustafa oğlu Abdullayev tərəfindən qoyulmuşdur.[mənbə göstərin] Erməni işğalınadək kənd əhalisi etnik kürdlərdən ibarət idi.[mənbə göstərin] Kəndin hazırkı məcburi köçkünlük həyatı yaşayan və əslən kürd olan əhalisinin Şeylanlı tayfası ilə əlaqəsi yoxdur.[mənbə göstərin] 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 670 nəfər olmuşdur. 2021-ci ilin statiskasına görə kəndin əhali sayı 1321 nəfər Ailə sayı 393 05.10.2021 Rüfət Güləliyev — İdmançı; İdman ustası, Dünya və Avropa çempionu, IV İslam həmrəyliyi oyunlarının qızıl mükafatçısı, çempionu. Adil Cəfakeş — aşıq, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Şeyda
Şeyda — Azərbaycanda və İranda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Fazil xan Şeyda — XIX əsr Azərbaycan şairi. Nəcəfqulu bəy Şeyda — XIX əsr Azərbaycan şairi. Qəmər bəyim Şeyda — XIX əsr Azərbaycan şairi. Mirzə Yəhya bəy Şeyda — XIX əsr-XX əsr Azərbaycan şairi. Mirzə Abbas xan Şeyda — XIX əsr-XX əsr İran şairi. Mirzə Ələkbər Şeyda — XIX əsr-XX əsr İran şairi. Yəhya Şeyda — XX əsr Azərbaycan şairi. Şeyda Əziz — Azərbaycan şairi. Əsərlər Şeyda (əsər) — Azərbaycan şairi Hüseyn Cavidin əsəri.
Dəniz şeytanı
Dəniz şeytanı, Fənər balığı (lat. Lophius piscatorius) — Tilovlukimilər dəstəsinə aid yırtıcı balıq növü. Bu tür adlandırılması onun çirkin görünüşü ilə əlaqəlidir. Dəniz şeytanı Atlantik okeanının şimal şərqində, Mərakeş sahillərindən başlayaraq Norveç və cənubi İslandiya sahilləri boyu, eləcə də Aralıq və Qara dəniz sularında, 20 –1000 m dərinliklərdə rast gəlinir. 1-1,5 m olan Dəniz şeytanının uzunluğu bəzən 2 m-ə qədər çatır. Maksimal çəkisi isə 57,7 kq-dır. Bədəni pulsuzddur, dəri örtüyü kəələ kötür çoxlu sayda sümüklü çıxınılara malikdir. Böyük başa və müvafiq olaraqböyük ağız boşluğuna malikdir. Ağızın alt çənəsi iti uclu qarmağabənzər dişlərlə təmin edilmişdir. Gözləri xırdadır.
Faydalı qazıntılar
Faydalı qazıntılar — insanların təbiətdən əldə edərək, sənayedə və məişətdə effektli istifadə etdiyi kimyəvi maddələr və qiymətli daşlar. Faydalı qazıntı axtarmağın tarixi 12 −15 min il əvvələ qədər uzanır. Yer qabığında 88 kimyəvi element mövcuddur. Bu kütlədə oksigenin payı 47, silisium −27, alüminium −8, dəmir −5, kalsium −5, natrium, maqnezium və kalium 2–2,7 faiz təşkil edir. 4 elementin (titan, fosfor, manqan, hidrogen) payı 1% və digər 76 elementlərin payı cəmi 0,41% -dir. Bu kimyəvi elementlər yer qabığında sərbəst kristallokimyəvi sistem –bərk minerallar yaradır. Minerallar – təbii və süni yaranan dayanıqlı kimyəvi birləşmələrdir. Minerallar birlikdə dağ süxurlarını (dunitləri, piroksenləri, qabbronu, bazaltları, dioritləri, qranatları, qranodioritləri və s.) təşkil edirlər. Dağ süxurlarından daha dərin, maqma ilə əlaqədar olan dunitlər və piroksenlər sayılır ki, onunla almaz, xromit, qızıl, platin, nikel yataqları; qabbroidlərlə — dəmir, nikel titan, vanadium, mis; diorit, qranodioritlərlə — mis, molibden, volfram; qranitlərlə nadir metallar (qalay, volfram, beril, litium, tantal, uran və s.) yataqları əlaqədardır. == Kreyter sxemi == Dünyada sənaye tələbatına görə faydalı qazıntı yataqlarının "Kreyter sxemi" deyilən bir sxemi qəbul olunub; bu sxem aşağıdakı şəkildədir: mineral yanacaq (kömür, neft, qaz, torf və s.) qara metal filizləri (dəmir, titan, manqan, xrom və s.) əlvan metal filizləri (sink, qurğuşun, qalay, alüminium, civə, sürmə və s.) qiymətli (nəcib) metal filizləri (qızıl, platin, və s.) nadir metal və səpinti elementlər (litium, beril, tantal, sirkonum, stronsium, molibden, volfram və s.) kimya sənayesi üçün filizlər (daş duz, apatit, kükürd, flüorit və s.) sənaye xammalı filizləri (almaz, asbest, talk, muskovit, qrafit, abraziv qranat və s.) flüslər, metallurgiya sənayesi üçün odadavamlı xammal və dulusçuluq istehsalı üçün xammal (əhəngdaşı, dolomitlər, gillər, kvars, çöl şpatı, olivin, kalsit, diatomit və s.) tikinti materialları (but və üzlük daşlar, çınqıl, qravi, qum, gil, əhəngdaşı və s.) qiymətli və zərgərlik daşları (ametist, qranat, kvars, peqmatitlər və s.) içməli və mineral sular.
Füzuli meydanı
Füzuli meydanı — Bakının mərkəzi meydanlarından biri. Meydan Dram Teatrının önündə, Şıxəli Qurbanov küçəsinin Mirzəağa Əliyev küçəsi ilə kəsişdiyi yerdə yerləşir. Meydanın mərkəzini Füzulinin heykəl kompozisiyası bəzəyir. Meydan ön tərəfdən Qış Bulvarına açılır, arxası isə Dram Teatrına söykənir.
Fəxrəddin Meydanlı
Fəxrəddin Meydanlı (Fəxrəddin Seyfəddin oğlu Əzizov; 10 aprel 1954, Boyat, Ucar rayonu) — Şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin (2004), Azərbaycan Yazıçılar Birliyinin (2006) və Azərbaycan Aşıqlar Birliyinin (2010) üzvü. == Həyatı == Fəxrəddin Meydanlı 1954-cü ilin 10 aprel tarixində Azərbaycan SSR-nin Ucar rayonunun Boyat kəndində müəllim ailəsində anadan olmuş, 1961–1971-ci illərdə Boyat kənd orta mətəbində oxuyaraq, tam orta təhsil almışdır. O, orta məktəbi bitirdikdən sonra iki il M. Füzuli adına kolxozda çalışmış və 1973-cü ildə D. Bunyat-zadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) "Xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı" fakültəsinin "Əməyin iqtisadiyyatı" ixtisası üzrə qiyabi şöbəsinə daxil olaraq, 1980-ci ildə təhsilini başa vuraraq iqtisadçı ixtisasına yiyələnmişdir. 1975-ci ilin may ayından 1977-ci ilin may ayınadək Stavropol diyarındakı 1904 №-li Xüsusi Texniki Tikinti Botalyonunda Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 1977-ci ilin dekabr ayından 1983-cü ilin dekabr ayınadək Azərbaycan SSR Yerli Sənaye Nazirliyinin Bakı şəhərindəki Evlərdə Zəhmət Kombinatında mühasib, Kombinatın Əmək və əmək haqqının təşkili şöbəsində normalaşdırıcı mühəndis və əmək haqqı üzrə böyük mühəndis vəzifələrində çalışmışdır. 1983-cü ilin dekabr ayında köçürmə yolu ilə Azərbaycan SSR Yerli Sənaye Nazirliyinin mərkəzi aparatının Əmək və əmək haqqının təşkili şöbəsinin aparıcı iqtisadçısı vəzifəsinə, 1987-ci ilin mart ayında isə həmin Nazirliyin Maliyyə şöbəsinin müdiri vəzifəsinə təyin edilməklə 1989-cu ilin mart ayınadək orada işləmişdir. 1989-cu ilin mart ayında köçürmə yolu ilə Azərbaycan SSR Maliyyə Nazirliyinin mərkəzi aparatının Dövlət büdcəsinin icmallaşdırılması şöbəsində Maliyyə və statistika yarımşöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, mərkəzi aparatın ayrı-ayrı Baş İdarə və İdarələrində müxtəlif vəzifələrdə çalışmaqla, 2003-cü ilin sentyabr ayınadək orada çalışmışdır. 2003-cü ilin sentyabr ayından 2008-ci ilin yanvar ayınadək Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatında Əmək pensiyaları şöbəsinin müdir müavini vəzifəsində işləmişdir. 1 may 2008-ci il tarixindən hal-hazıradək isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ-SOCAR) İqtisadiyyat və Uçot İdarəsinin Vergilər şöbəsində aparıcı iqtisadçı vəzifəsində çalışır. == Bədii yaradıcılığı == Hələ uşaqlıq çağlarından poeziyaya olan tükənməz həvəsi Fəxrəddin Meydanlı, ötən əsrin 70-ci illərinin əvvəllərindən onun özünü də şeir yazmağa sövq etmişdir.
Kallao meydanı
Kallao meydanı — (İspanca: plaza del Callao) İspaniyanın paytaxtı Madrid şəhərinin mərkəzində yerləşir. Meydan Kalle del Karmen küçəsinin sonunda yerləşir. Digər küçə, Kaller Prekiados, bu meydanın kəsişməsindən sonra açılır. Meydanı əhatə edən üçüncü küçə isə Qran Viyadır. == Tarixi == 1861-ci ildə salınmış meydan, 1866-cı ildə rəsmi olaraq açıldı. Onun adı 1866-cı ilin mayında Casta Méndez Nunez və Peru ordusu altındakı İspan donanması arasında baş vermiş Kallao döyüşünü xatırladır. Meydan 21-ci əsrdə əsaslı və təcavüzkar bir şəkildə islah edildi. İslahat, metro stansiyasına giriş və böyük ağaclar istisna olmaqla, o dövrdə mövcud olan bütün elementləri sökdü, meydanı piyada və homojen bir məkana çevirdi, məhdud sayda şəhər mebeli əlavə etdi.
Kızılay Meydanı
Qızılay meydanı və ya 15 Temmuz Kızılay Milli İrade Meydanı (türk. Kızılay Meydanı) — Ankaranın mərkəzində yerləşən meydan. == Tarixi == Əvvəllər Taşhan meydanı olaraq adlandırılan meydan 1920-ci illərdən sonra bugünkü adıyla xatırlanmağa başlanmışdır. 15 iyul 2016-cı ildə hərbi çevriliş cəhdindən sonra, Ankara Bələdiyyəsinin verdiyi qərarla meydanın adı 15 İyul Qızılay Milli İradə Meydanı (15 Temmuz Kızılay Milli İrade Meydanı) olaraq rəsmi şəkildə dəyişdirilmişdir. == Xüsusiyyətləri == Şərqdən Ziya Göyalp Prospekti (Kollec, Qurtuluş), qərbdən Qazi Mustafa Kamal Bulvarı (Qısaca GMK Bulvarı) (Demirtəpə, Maltəpə, Tandoğan), şimal-cənub oxunda isə Atatürk Bulvarı (Sıhhiyə, Ulus, Bakanlıklar, Kavaklıdərə) yollarının kesişimindedir.
Laplasın şeytanı
Laplas şeytanı — Pyer Simon Laplas tərəfindən 1814-ci ildə yayımlanan bir məqalədə yazıldığı kimi kainatdakı hər atomun yerini və hərəkətini bilən və bunun sayəsində kosmosun və kainatın bütün bir keçmiş və gələcəyini bilən virtual bir varlığın mövcud olduğunu iddia edən bir düşüncə təcrübəsidir. Laplasın məqaləsində səbəb determinizmi qavramsallaşdırdığı ifadəsinin özünəməxsus halı bu şəkildədir: "Kosmosun indiki halını keçmişin nəticəsi və gələcəyin səbəbi olaraq düşünə bilərik.
Lenin meydanı
Lenin meydanı — Vladimir İliç Leninin adı verilmiş meydanlar. Lenin meydanı (İşimbay) — İşimbay şəhərində meydan. == Adı dəyişdirilənlər == Lenin meydanı — Bakı şəhərindəki Azadlıq meydanın keçmiş adı. Lenin meydanı — Xankəndi şəhərindəki Zəfər meydanın keçmiş adı. Lenin meydanı — Tbilisi şəhərindəki Azadlıq meydanının keçmiş adı.
Maksvell şeytanı
Maksvellin Cini (ya da Maksvellin Şeytanı), İsveç fizii James Clerk Maxwellin termodinamikanın ikinci qanununun həqiqiliyini yoxlamaq üçün 1867-ci ildə ortaya atmış olduğu "nəzəri eksperiment"dir == Sınaq == Maxwell bu qanunu sınamaq üçün, aralarındakı qapı istisna olmaq şərti ilə, bir-birindən tamamilə təcrid olunmuş olan A və B otaqlarını fərz edir. Bu otaqların hər ikisi eyni növ qaz ilə doldurulmuşdur və qazın istiliyi hər iki otaqda da, eyni dərəcədədir. Termodinamikanın ikinci qanununa görə, aradakı qapını istədiyiniz qədər açıq-bağlasaq da, eyni istilikdə olan otaqların arasında bir istilik axını olmayacaqdır. Maxwell, qapının başında duran ağıllı bir "cin" fərz edir. Bu cin, hər iki tərəfdəki qaz molekullarına da nəzarət etməyi bacarır. A otağından qapı istiqamətində orta sürətdən daha yüksək bir sürət ilə gələn molekul görəndə, qapını açır və molekulun B otağına keçməsinə şərait yaradır. Oxşar şəkildə, B otağından da, orta sürətdən aşağı sürətdə hərəkət edən bir molekul görəndə həmin molekulun da, A otağına keçməsinə şərait yaradır. Beləliklə, bir müddət sonra B otağındakı molekulların orta sürəti artanda, A otağında olan molekulların orta sürəti azalır. Orta sürət də, istilik deməkdir. Beləliklə də, A otağının istiliyi aşağı düşür və bu da termodinamikanın ikinci qanunu ilə tərs mütənasibdir.
Oktoqon meydanı
Oktoqon meydanı (mac. Oktogon tér) — Budapeştdə Böyük Bulvar dairəsi ilə Andraşi prospektinin kəsişməsində yerləşir. Meydanın adı onun forması ilə verilmişdir (Oktogon - "səkkizbucaq"). 1870-ci illərdə meydanda inşa edilən binalar, Antal Skalnitskinın dizaynına görə, sekkizbucaqdır. Budapeşt metrosunun 1-ci "kiçik" xəttinin Oktoqon stansiyası meydanın altında yerləşir. 1936-1945-ci illərdə meydan Mussolini adını daşıyırdı və müharibədən sonrakı dövrdə 7 noyabr meydanı adlandırıldı. 1990-cı ildə meydan orijinal adını geri qaytardı. Венгрия. Издательство «Вокруг света», 2009 ISBN 978-5-98652-226-5 Михаэль Херл. Будапешт.
Pikadilli meydanı
Pikadilli meydanı (ing. Piccadilly Circus) — Londonun mərkəzində yerləşən meydan. Şəhərin mərkəzində yerləşdiyi üçün turistlərin sevimli məkanlarından və Böyük Britaniyanın, həmçinin dünyanın ən məşhur meydanlarından biridir.
Qalxınış meydanı
Qalxınış meydanı (türkm. Galkynysh meýdany) — Türkmənistanın Aşqabad şəhərində yerləşən meydandır. Türkmənbaşı və Qalxınış prospektlərinin birləşməsində yerləşir.
Qarabağ meydanı
Qarabağ meydanı — Naxçıvan şəhərində 1980-81-ci illərdə inşa edilmiş mövcud meydanın yerində salınmışdır. 1988-ci ilin əvvəllərindən Azərbaycanın əzəli torpağı olan Qarabağa qarşı ərazi iddialarını açıq şəkildə irəli sürən erməni millətçilərinin separatçılıq əməlləri ilə əlaqədar olaraq 1989-cu ildə yenidən qurulmuş,ətrafında xidmət obyektləri, mərkəzində fəvvarəli hovuz yaradılmışdır. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 257. ISBN 5-8066-1468-9.
Qudiaşvili meydanı
Qudiaşvili meydanı (gürc. ლადო გუდიაშვილის მოედანი) — Tbilisi şəhərinin tarixi rayonu Sololakidə yerləşən meydan. Meydan Lermontov, Beqlar Axospireli və Cibladze küçələri ilə kəsişir. Şahzadə Vaksuşti (1735) tərəfindən Tiflisin ön hissəsində göstərilmişdir, burada "Bezhan bağı" yerləşirdi. Müqəddəs Corc olan Muqninskaya Kilsəsinin yaxınlığında yerləşirdi. 1827-ci ildə Abbas-Abad fars qülləsinin başçısı İ.F. Paşkeviçin ələ keçirilməsi şərəfinə, meydan Abbas-Abad adlandırıldı. Sovet dövründə (1923-cü ildən) Rusiyanın inqilabi Stepan Alaverdov şərəfinə Alaverdskaya meydanı adlandırmışdır. Müasir ad 1988-ci ildə qəbul edilmiş, Lado Qudiaşvili (1886-1980) — məşhur gürcü rəssamı — adlandırılmışdır. 2015-ci ilin mart ayında Qudiaşvili Meydanının tarixi binalarının qorunması planının işlənməsinə başlanmışdır. Qudiaşvili meydanı, eyni zamanda, sənətkar Niko Pirosmani sevdiyi Fransız aktrisa Marqarita de Sevrinin şərəfinə çiçəklərlə doldurduğu meydan olmuşdur.
Qızılay Meydanı
Qızılay meydanı və ya 15 Temmuz Kızılay Milli İrade Meydanı (türk. Kızılay Meydanı) — Ankaranın mərkəzində yerləşən meydan. Əvvəllər Taşhan meydanı olaraq adlandırılan meydan 1920-ci illərdən sonra bugünkü adıyla xatırlanmağa başlanmışdır. 15 iyul 2016-cı ildə hərbi çevriliş cəhdindən sonra, Ankara Bələdiyyəsinin verdiyi qərarla meydanın adı 15 İyul Qızılay Milli İradə Meydanı (15 Temmuz Kızılay Milli İrade Meydanı) olaraq rəsmi şəkildə dəyişdirilmişdir. Şərqdən Ziya Göyalp Prospekti (Kollec, Qurtuluş), qərbdən Qazi Mustafa Kamal Bulvarı (Qısaca GMK Bulvarı) (Demirtəpə, Maltəpə, Tandoğan), şimal-cənub oxunda isə Atatürk Bulvarı (Sıhhiyə, Ulus, Bakanlıklar, Kavaklıdərə) yollarının kesişimindedir.
Sultanəhməd meydanı
Sultan Əhməd meydanı — İstanbulun ən mühüm meydanlarından biridir. Bizans dövründə Cıdır meydanı kimi tanınırdı. "Cıdır meydanı" at minən, atların meydanı mənasına gəlir. Osmanlı dövründə buraya At meydanı denyilirdi. Günümüzə çox az qalıqları qalan Bizans dövrü əhəmiyyətli tikililəri və abidələri Cıdır meydanı ətrafında inşa edilmişdir. "Böyük saray" — deyə məşhur olan İmperiya sarayı Cıdır meydanının yanından başlayır, aşağılara, dəniz kənarına qədər uzanardı. Bu saraydan dövrümüzə bir böyük zalın yer mozaika lövhəsi gəlib. Şəhərin ən əhəmiyyətli meydanı Agusteion və bura ilə küçə arasında Milerium qələbə sırğa olardı. Prospekt, Romaya qədər uzanan yolun başlanğıcı idi və ilk kilometr daşı da burada. Hamamlar, məbədlər, dini, mədəni, idarə və ictimai mərkəzlər bu yaxınlığa yerləşmişdir.
Bəyazid meydanı
Bəyazid meydanı — İstanbulun tarixi yarımadasında mərkəzi yerləşdiyi meydandır. Onun yerləşdiyi yer əsasən Bizans dövründə şəhərin ən mühüm meydanlarından biri olan Theodosius Forumu ilə üst-üstə düşür. == Osmanlı dönəmində == İstanbulun fəthindən dərhal sonra Teodosi Forumunun yerləşdiyi ərazinin şimal hissəsində ilk dəfə saray tikildi. Tikintisi 1458-ci ildə tamamlanan bu ilk saray, daha sonra Topkapı sarayının inşası ilə Köhnə Saray kimi tanındı. 1506–12-ci illər arasında II. Bayezidlər dövründə köhnə sarayın cənubundakı ərazidə sultanın adını daşıyan külliyə tikilmişdir. Kompleksin yaradılmasından sonra Köhnə Sarayın divarları ilə çəkilmiş şimal sərhədi və kompleksin tikililəri arasında olan ərazi Bəyazıt Meydanı adlanır. 1585-ci ildə İstanbul Kadısına verilən əmrdə Atmeydanının ildə bir dəfə, Beyazıt Meydanının isə ayda iki dəfə süpürülməli olduğu görülür. Bu, Beyazıt Meydanının gündəlik şəhər həyatında nə qədər tez-tez ziyarət edilən bir yer olduğunu göstərir. Köhnə sarayda sultanların qızlarının nikahları, şahzadələrin sünnət toyları keçirilirdi. Bu mərasimlər üçün ənənəvi olaraq tikilən nahillər (bəzəkli süni ağaclar) Bəyazıt meydanında ictimaiyyətə təqdim olundu.
Faydalı model
Faydalı model — cihazla bağlı ixtiraya bənzər qeyri-maddi əqli hüquqların obyekti (texniki həll). Faydalı modellər üçün patent qabiliyyəti üçün daha az sərt şərtlər, daha qısa müddətlər və ərizəyə baxılması üçün sadələşdirilmiş prosedurlar müəyyən edilir. Bu üstünlüklərin qiyməti qısaldılmış patent müddətidir - 10 il (2014-cü ildən — uzadılma imkanı olmadan). == Avropada == Faydalı modellər Roma-Alman hüquq ailəsinin ştatlarının böyük əksəriyyətində və bəzi kontinental hüquq ştatlarında qorunur (ABŞ və Böyük Britaniyada faydalı modellər üçün heç bir mühafizə yoxdur). Rusiyada olduğu kimi, faydalı modellərə daha az sərt tələblər qoyulur, adətən qeyri-aşkarlıq (ixtiraçılıq mərhələsi, ixtiraçılıq mərhələsi) tələb olunmur. Macarıstan, Almaniya və İspaniyada faydalı modellərə mütləq dünya yeniliyi deyil, nisbi yenilik şərti tətbiq edilir (yəni yeniliyə müəllif hüququndan azadolma nəzərdə tutulur). Nadir hallarda, cihaza əlavə olaraq, bir metod faydalı model kimi qoruna bilər (Ukrayna, Avstriya, Estoniya, Fransa, İrlandiya, Portuqaliya). Faydalı model patentinin ümumi qəbul edilmiş qüvvədə olma müddəti 10 ildir.
Girovlar Meydanı
Girovlar Meydanı (ivr. ‏כיכר החטופים‏‎) — Təl-Əviv İncəsənət Muzeyinin qarşısında yerləşən ictimai meydan. O, indiki adını 7 oktyabrda HƏMAS-ın İsrailə hücumundan sonra, girovların ailələri və onların tərəfdarları İsrail Müdafiə Qüvvələrinin qərargahına yaxınlığı nəzərə alınaraq orada düşərgə salmağa və toplaşmağa başladıqdan sonra almışdır. Meydanda girovların acınacaqlı vəziyyətini vurğulayan və onları azad etməyə çağıran bədii instalyasiyalar və bannerlər var.
Rınok meydanı
Rınok meydanı (ukr. Площа Ринок) — şəhərin tarixi mərkəzi olan İvano-Frankovsk şəhərinin əsas meydanı. Ənənəyə görə, Maqdeburq Qanununun şəhərlərində bələdiyyə binasının ətrafında bir kvadrat meydanın tikilməsi planlaşdırılırdı ki, bu da bazar meydanı adlanırdı və perimetri hündürlüyü iki və ya üçdən çox olmayan binalarla sıx şəkildə tikilirdi. mərtəbələr və eni üç-dörd pəncərədən çox olmamalıdır. Evlər meydanın künclərinin birindən perimetr boyu nömrələnmişdi. Bu gün şəhərsalma ənənəsi və onunla birlikdə İvano-Frankovskdəki Rınok Meydanının memarlıq ansamblının harmoniyası əvvəlki binaların yerində tikilmiş bir neçə hündür bina (dörddən altı mərtəbəyə qədər) tərəfindən pozulur. Sovet hakimiyyəti dövründə meydanın hər tərəfinin öz adı var idi və yalnız şimal tərəfi Rınok küçəsi, cənub tərəfi isə 17 sentyabr küçəsi adlanırdı. İndi meydan bərpa olunub və tarixi adı qaytarılıb. Rınok meydanının və ratuşa binasının tikintisi ilə gələcək İvano-Frankovsk olan Stanislaviv şəhərinin tikintisinə başlanıldı. 1675-ci ildə qala şəhərinin tarixi-coğrafi mərkəzində taxta gözətçi qülləsinin əvəzinə hərbi yanğın müşahidə məntəqəsi kimi istifadə edilən birinci bələdiyyə binasının müvəqqəti binası tikildi.
Sofiya meydanı
Sofiya meydanı (ukr. Софійська площа) — Kiyevin mərkəzi və ən qədim meydanlarından biri. Sofiya meydanında Müqəddəs Sofiya Katedralinin zəng qülləsi və Boqdan Xmelnitskinin abidəsi var. Meydan Vladimirskaya küçəsi, Vladimirski keçidi, Alla Tarasova küçəsi, Sofiyevskaya küçəsi və Rılski zolağı arasında yerləşir. Rəvayətə görə, şəhər divarlarına yaxın bir sahə olan Müqəddəs Sofiya meydanının yerində 1036-cı ildə Yaroslav Mudrı peçeneqləri məğlub etdi, bundan sonra bu yerdə Müqəddəs Sofiya Kafedralın tikdi və meydanın adını qarşısında Sofiya. 1854–1857-ci illərdə tikildikdən sonra İctimai Məkanlar bərpa edilmiş Qızıl Qübbəli Müqəddəs Mixail Kafedralının yerləşdiyi qonşu Müqəddəs Mixail meydanından ayrıldı. 1921-ci ildən 1944-cü ilə qədər 1920-ci ildə Perekop yaxınlığında Qırmızı Ordunun Vrangelitlər üzərində qələbəsi şərəfinə Perekopun Qırmızı Qəhrəmanları Meydanı adlandırıldı. 1944–1993-cü illərdə 1888-ci ildə ucaldılmış onun mərkəzində yerləşən abidənin şərəfinə Boqdan Xmelnitskinin adını daşıyır.
Bəydili
Bəydili (Biləsuvar) — Azərbaycanın Biləsuvar rayonunda kənd. Bəydili (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Bəydili (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd. Bəydili boyu — Azərbaycan türklərinin, Anadolu türklərinin, İraq və Suriya türkmanlarının, Türkmənlərin etnogenezində iştirak etmiş Oğuz boylarından biridir.
Sayadlı
Sayadlı — Xızı rayonunda kənd. Kənddə 1989-cu ildə Münəvvər Rzayevanın müəllifi olduğu "Mikayıl Müşfiqin monumental abidəsi" ucaldılmışdır.
Saybalı
Saybalı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənd. Saybalı (Sisyan)— Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonu ərazisində kənd.
Seydimli
Seydimli — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.
Seyfəli
Aşağı Seyfəli — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Seyfəli — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
Seyidli
Seyidli (Ağdam) — Ağdam rayonunda kənd. Seyidli-Ağsaxlı — İrəvan xanlığının 15 mahalından biri.
Sərdarlı
Sərdarlı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidliyində kənd. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir Sərdarlı oyk. Füzuli r-nun eyniadlı i.ə.v-də kənd. Araz çayının sol sahilində, Mil düzündədir. İslam Rzayev Əziz Xələfov Fəridə Vəzirova Məmməd Orucov Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Şeybani
Şeybanilər - Şeybani xanlığında hakim sülalə. Şeybanilər - İranın Kaşan şəhərinin ərəb mənşəli soylarından.
Şeyinli
Şeyinli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zəylik kənd inzibati ərazi dairəsində kənd. Şeyinli kəndi Qarabağ yaylasının ətəyindədir. Keçmiş adı Təkdam olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Laçın rayonunun Mirik kəndindən köçüb gəlmiş Şeyin adlı şəxs salmışdır. Hazırda oradakı nəsil də şeyinoğlular adlanır. Kəndin ərazisində bu nğsilin adi ilə bağlı bir neçə obyekt qeydə alınmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Şeyxəli
Şeyxəli (Bukan)
Seyval
Seyval (lat. Balaenoptera borealis) — Zolaqlı balinalar fəsiləsinə, Bığlı balinalar dəstəsinə aid balina növü. Uzunluğu 20 (erkək) və 17 metr (dişi) arasında dəyişir. Çəkisi 30 tondur. Bel nahiyyəsi tünd, yan nahiyyələri boz parlaq ləkəli, qarın hissəsi isə bozdan ağ rəngə qədər olur. Bel nahiyyəsindəki üzgəc iridir. Qidasının əsasını Xərçəngkimilər, balıq sürüləri və Başıayaqlılar təşkil edir. Yetkinliyə 5–7 yaşlarında çatırlar. Orta ömür müddəti 60 ildir. Boğazlıq dövrü 10,5–12 aydır.
Səfalı
Səfalı – Azərbaycan Respublikasının Şamaxı rayonunun Dəmirçi inzibati ərazi vahidində kənd. Kəndin əsası XVII əsrdə qoyulmuşdur. Əvvəllər Zarat adlanan kəndin ərazisindən keçən Pirsaat çayı 1963-cü ildə öz axarından çıxaraq 100-dən çox yaşayış evini yuyub və kənd tamamilə xəritədən silinib. 600-dən çox sakin isə rayonun digər kəndlərinə köçürülüb. 1965-ci ildən kəndin bir neçə sakini yenidən kənddə məskunlaşıb və kənd Səfalı adlandırılıb. Şamaxıdan 41 kilometr uzaqlıqda, dəniz səviyyəsindən 1500 m hündürlükdə yerləşir. Hər il kəndə gələn turistlərin sayı artır. Kənddə xəstəxana xidmət göstərir. Azərbaycan kinomatoqrafiyası tarixində müstəsna rola malik olan kənddir. Burada "Qəm pəncərəsi", "Qanlı zəmi" (Qaçaq Nəbi), "Qəzəlxan", "Ovsunçu", "Pirverdinin xoruzu", "Dədə Qorqud"un bəzi fraqmentlərinin və son vaxtlarda "Buta" filmi çəkilmişdir.
Gərdalı (Çaroymaq)
Gərdalı (fars. گردالو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 215 nəfər yaşayır (36 ailə).