Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tofiq
Tofiq və ya Tofik — Kişi adı. Tofiq Babayev Tofiq Babayev (bəstəkar) — bəstəkar Tofiq Babayev (general-mayor) — Milli Təhlükəsizlik nazirinin keçmiş müavini, general-mayor Tofiq Babayev (alim) — Tofiq İsmayılov Tofiq İsmayılov (rejissor) — Azərbaycan kino rejissoru və aktyoru, kinodramaturq, nasir Tofiq İsmayılov (akademik) — texnika elmləri doktoru, Azərbaycan Respublikasının 1-ci Dövlət Katibi Tofiq Hacıyev Tofiq Hacıyev (akademik) — Alim, türkoloq, filologiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü-akademik. Tofiq Hacıyev (professor) — Alim, müasir azərbaycan dilçisi, filologiya elmləri doktoru-professor. Tofiq Hacıyev (siyasətçi) — Gürcüstanın dövlət və ictimai-siyasi xadimi, təhsil işçisi, Tofiq Hüseynov Tofiq Hüseynov (aktyor) — Azərbaycan aktyoru. Tofiq Hüseynov (alim) — İqtisad elmləri doktoru Tofiq Hüseynov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi. Tofiq Hüseynov (Cavad oğlu) — Şəmkir rayonu İcra hakimiyyətinin sabiq başçısı Tofiq Hüseynov (professor) — Alim, filologiya elmləri doktoru, Professor. Tofiq Kərimov Tofiq Kərimov (siyasətçi) — Azərbaycanın daxili işlər naziri (18.11.1991 – 20.02.1992). Tofiq Kərimov (fotoqraf) — fotoqraf Tofiq Məmmədov Tofiq Məmmədov (rejissor) — Azərbaycan kinorejissoru. Tofiq Məmmədov (botanik) — AMEA-nın Mərdəkan Dendrarisinin direktoru. Tofiq Hüseyn — şair, publisist, "Tərəqqi" medalına layiq görülüb (2005).
Sofiq Hüseynov
Sofiq Kəlbi oğlu Hüseynov (22 iyul 1950, Çöpədərə, Zəngilan rayonu – 30 dekabr 1997, Azərbaycan) — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı (1995), Professor (1993). == Həyatı == Sofiq Hüseynov 1950-ci il iyul ayının 22-də Zəngilan rayonunun Çöpədərə kəndində kəndli ailəsində anadan olmuşdur. Zəngilan şəhərində orta məktəbi bitirdikdən sonra 1967-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda "Sənayenin iqtisadiyyatı" fakültəsinin əyani şöbəsinə qəbul olunmuşdur. Əyani təhsil dövrünün son iki ilində axşamlar Vano Sturua adına Gəmi Təmiri zavodunda fəhlə işləmişdir. Ali məktəbi bitirdikdən sonra, 1971-ci ildə təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna göndərilmişdir və həmin il əyani aspiranturaya daxil olmuşdur. 1973–1974-cü illərdə həqiqi hərbi xidmətdə qulluq etmişdir. 1977-ci ildə aspiranturada təhsilini başa vurduqdan sonra iqtisad elmləri namizədlik dissertasiyasını müdafiə etmişdir. 1984–1986-cı illərdə Moskvaya – SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutuna ezam olunmuş, orada doktorluq dissertasiyası üzərində işi başa çatdırmışdır. 1988-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Sofiq Hüseynov 1997-ci il dekabr ayının 30-da 47 yaşında vəfat etmişdir.
Baha Tofiq
Baha Tofiq (türk. Bahâ Tevfik; 13 aprel 1884, İzmir, Aydın vilayəti – 15 may 1914, Konstantinopol) — Osmanlı mütəfəkkiri, yazıçısı, fərdiyyətçi (individualist) anarxisti. == Həyatı == Baha Tofiq 1884-cü ildə Osmanlı imperiyasının Aydın vilayəti ərazisinə daxil olan İzmir şəhərində anadan olmuşdur. O, ibtidai və orta təhsilini burada almışdır. Tofiq Məktəb-i Mülküyədə ali təhsil almış, 1907-ci ildə oradan məzun olmuşdur. O, İkinci Məşrutiyyətdən sonra vilayət maiyyət məmurluğu ilə qısa bir müddət Məclis-i Əyan katibliyində çalışmışdır. Rəhbər-i İttihad-i Osmani Məktəbində fəlsəfə üzrə dərs deməyə başlamış, vəfatına qədər bu vəzifədə çalışmışdır. Tofiq yazıçı Ömər Seyfəddinin fransız dili müəllimi olmuşdur. Baha Tofiq appendisitdən əziyyət çəkirdi. O, 15 may 1914-cü il tarixində, 30 yaşında vəfat etmişdir.
Cahanbəxt Tofiq
Cahanbəxt Tofiq (az-əbcəd. جهانبخت توفیق‎ ing. Jahanbakht Tofigh d. 9.2.1931, Sərab), ö. 28.4.1970 — azərbaycanlı məşhur sərbəst güləşçi. İranın dünya üzrə güləş çempionatlarında ilk qızıl medalını qazanmışdır. == Həyatı == 1931-ci ilin fevral ayının 9-da Şərqi Azərbaycan ostanının Sərab şəhərində anadan olmuşdur. Cahanbəxt Tofiqin qaraciyərində irsi xəstəlik olmuşdur. Bu xəstəlikdən anasını və qardaşını itirən Cahanbəxtin özü də 1970-ci ildə, cəmi 39 yaşında müalicə aldığı London şəhərində vəfat etmişdir. Zahirəddövlə məzarlığında dəfn edilmişdir.
Qara Tofiq
Tofiq Hüseynli, Tofiq Hüseynov və ya Qara Tofiq (1952, Qovlar, Tovuz rayonu) — Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı (1992), sabiq Kənd təsərrüfatı naziri (1993), Müsavat Partiyasının sabiq başqan müşaviri. == Həyatı == 1952-ci ildə Tovuz rayon Qovlar qəsəbəsində anadan olub. 1977-ci ildə Politexnik İnstitunun texnologiya fakültəsini bitirib və həmin ildən Tovuz rayon İstehsalat Kombunatında Texniki-Nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb. 1978–1979-cu illərdə 98 saylı Texniki Peşə Məktəbində Tədris İstehsalat işləri üzrə direktor müavini işləyib. == Siyasi fəaliyyəti == 1989-cu ildə Azərbaycan Xalq Hərəkatına qoşulmuşdur. 20 yanvar 1990-cı il tarixində Kommunist Partiyasının üzvlüyündən imtina etmişdir. Tovuzda AXC şöbəsinin təşkilatçılarından və liderlərindən olmuşdur. 1991-ci ilin aprel ayından Tovuz rayon İcraiyyə Komitəsi sədrinin müavini işləyib. 1992-ci ilin may ayında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. 4 mart 1993-cü ildə Azərbaycan Respublikasının Kənd Təsərüfatı naziri təyin edilib.
Tofiq Abasov
Tofiq Abasov (tam adı Tofiq Teymur oğlu Abasov; d.11 yanvar 1924; Bakı – ö.21 fevral 2005; Bakı) – Azərbaycan idmançısı, Azərbaycan SSR əməkdar bədən tərbiyəsi və idman xadimi (1964), SSRİ əməkdar məşqçisi (1960), professor (1988). == Həyatı == Tofiq Abasov 11 yanvar 1924-cü ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 1951-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitunu bitirmişdir. Tofiq Abasov həmçinin Böyük Vətən müharibəsi iştirakçısı olmuş, 2005-ci il fevral ayının 21-də Bakı şəhərində vəfat etmişdir. == Karyerası == 1952–77-ci illərdə Respublikanın basketbol yığma komandasının baş məşqçisi, 1976–96-cı illərdəə isə Azərbaycan Basketbol Federasiyasının prezidenti olmuşdur. 1947–51-ci illərdə basketbol üzrə dəfələrlə Azərbaycan çempionu olmuşdur. == Mükafatlar == Qırmızı Bayraq, I dərəcəli "Vətən müharibəsi" ordenləri ilə təltif olunmuşdur.
Tofiq Abasquliyev
Tofiq Abasquliyev – dilçi alim, Xəzər Universiteti Lüğət və Ensiklopediya Mərkəzinin direktoru. == Həyatı == Abasquliyev Tofiq Əsgər oğlu 1927-ci ildə Füzuli şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, orta məktəbdə müəllim və direktor vəzifələrində çalışmışdır. Sonra Azərbaycan Xarici Dillər İnstitutunun İngilis-Azərbaycan fakültəsini də fərqlənmə diplomu ilə bitirmişdir. Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda və İngilis dili kafedrasında çalışmış, Xəzər Universitetinin İngilis dili kafedrasına (departmentinə) başçılıq etmişdir. Tofiq Abasquliyev 1992-ci ildən başlayaraq pedaqoji və elmi fəaliyyətini əsasən Xəzər Universitetində davam etdirmiş, hal-hazırda Xəzər Universitetinin professoru və "Lüğət və Ensiklopediya Mərkəzi"nin müdiri vəzifələrində elmi-təşkilati işlə məşğuldur. == Elmi-pedaqoji fəaliyyəti == Tofiq Abasquliyevin elmi işləri İngilis dilinin qramatikası, Terminologiya və Tərcümə, Frazeologiya və Leksikoqrafiya sahələri üzrədir. "İngilis Atalar Sözləri və Onların Azərbaycanca, Rusca Qarşılıqları" adlı kitabı ("Elm", Bakı, 1981) 1012 ingilis atalar sözü və zərbi-məsəlin azərbaycanca və rusca tərcüməsinə, uyğun qarşılığının tapılmasına və onların şərhinə həsr olunmuşdur. Tofiq Abasquliyev bircildli "Azərbaycanca-İngiliscə Lüğət" (redaktoru O. Musayev) müəlliflərindən biridir. "Khazar English — Azerbaijani Comprehensive Dictionary" in 6 volumes ("Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğət" (6 cilddə)) adlı sanballı 6 cildli əsər Tofiq Abasquliyevin müdiri olduğu "Lüğət və Ensiklopedia Mərkəzi"ndə yazılmışdır.
Tofiq Abbasov
Tofiq Abbasov (politoloq)
Tofiq Abdin
Tofiq Məhərrəmoğlu (Tofiq Abdin 1 sentyabr 1941, Qırmızıkənd, Neftçala rayonu – 24 fevral 2014) — azərbaycanlı publisist, yazıçı. == Həyatı == Tofiq Məhərrəmoğlu 1941-ci ildə Salyan rayonunun Qırmızıkənd kəndində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. Həmin ildən "Qobustan" toplusunda şöbə müdiri işləyib. 1993–2001-ci illərdə Türkiyədə yaşayıb, Türkiyənin "Orta doğu" və "Yeni Asiya" qəzetləri ilə əməkdaşlıq edib. 12 publisistik və şeir kitabının müəllifidir. Uzun müddət "Ədalət" qəzetində türk ədəbiyyatının təbliğiylə məşğul olub. Hüseyn Cavid adına Naxçıvan poeziya teatrında Rəsul Rzanın "Bir gün də insan ömrüdür" poeması əsasında tamaşası göstərilib. Uzun illər dövrü mətbuatda müntəzəm çıxış edib. 2002-ci ildə xalq şairi Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat mükafatını alıb.
Tofiq Hüseynzadə
Tofiq Məhəmməd oğlu Hüseynzadə (20 sentyabr 1946, Sarıyaqub, Basarkeçər rayonu – 13 noyabr 2006, Bakı) — Azərbaycan alimi, filoloq, şair, jurnalist və publisist. SSRİ Jurnalistlər Birliyinin üzvü (1987). Tofiq Hüseynzadə Səfəvilərin dövlət xadimi, mütəfəkkir, sufi şeyxi, övliya, sufi şair, pir, "Ocaq" sahibi, böyük elm və din xadimi Miskin Abdalın (1430–1535) oğlu Şadmanın nəslindəndir. == Həyatı == Tofiq Hüseynzadə 20 sentyabr 1946-cı il tarixdə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Göyçə mahalının Basarkeçər (1969-cu ildən Vardenis) rayonunun Sarıyaqub (keçmiş Zərgərli) kəndində doğulmuşdur. Tarixdə Miskin Abdal kimi tanınmış, Şah İsmayıl Xətainin mürşidi, Səfəvilərin görkəmli ideoloqu, dövlət xadimi və böyük Övliyası, hərbi sərkərdə, sufi şair, mütəfəkkir (filosof), Ozandan Aşığa (Haqq Aşiqliyinə), qopuzdan saza keçidin banisi, "Baş Divani", "Osmanlı Divanisi" ve sair çoxsaylı sufi-təsəvvüf musiqi bəstələrinin — Aşıq havalarının müəllifi, müqəddəs Ocaq-Pir sahibi Seyyid Hüseyn Məhəmməd oğlunun (1430–1535) oğlu Şadmanın nəslindəndir. Sovet hakimiyyəti illərində Ermənistanda müxtəlif vəzifələrdə çalışmışdır. 1988-ci il Ermənistandan azərbaycanlıların kütləvi deportasiyası zamanı ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş və fəaliyyətini burada davam etdirmişdir. Xalq şairi Xəlil Rza Ulutürk ilə yaxın dostluq əlaqələri olmuşdur. == Təhsili == Azərbaycan Dövlət Pedaqoji Universitetində filologiya üzrə ali təhsil almışdır (1965–1971). Daha sonralar təhsilini AMEA-nın Folklor İnstitutu nəzdində davam etdirmişdir.
Tofiq Həsənli
Tofiq Həsənli (tam adı: Tofiq Xasay oğlu Həsənov ; d. 29 avqust 1970, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycan şairi. == Həyatı == 1970-ci ilin avqustun 29-da Lənkəran rayonunda anadan olub. 2005-ci ildə də o, narkotik ittihamıyla 3 il azadlıqdan məhrum edilib. 2007-ci ildə Amnistiya Aktı əsasında azadlığa buraxılıb. Tofiq Həsənli 2016-cı il avqustun 22-də qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 6 il azadlıqdan məhrum edilmişdi. Ancaq şair ittihamla razılaşmayaraq yazdığı satirik, tənqidi şeirlərə görə cəzalandırıldığını bildirmişdi. Onun apellyasiya və kassasiya şikayətləri də təmin olunmayıb.
Tofiq Həsənov
Tofiq Həsənov (paleontoloq)
Tofiq Kazımov
Tofiq Səməd Mənsur oğlu Kazımov (14 yanvar 1923, Bakı – 2 avqust 1980, Bakı) — Azərbaycan teatr rejissoru, aktyoru və pedaqoqu, Azərbaycan SSR xalq artisti (1974), M. F. Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı (1965), Azərbaycan Milli Dram Teatrının baş rejissoru (1964-cü ildən). == Həyatı == Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması Tofiq Kazımovun adı ilə bağlıdır. O, görkəmli teatr xadimi, şair Səməd Mənsurun oğludur. Səməd Mənsur Bakıda mövcud olan bir sıra mədəni-maarif cəmiyyətləri (məsələn, "Nicat", "Səfa") teatr truppalarının rəhbərlərindən idi. Tofiq Kazımov 14 yanvar 1923-cü il Bakıda doğulub və yeddiillik təhsilini burada alaraq teatr məktəbini bitirib (1939–1942). Böyük Vətən müharibəsində iştirak edib. Döyüşlərdə yaralanaraq 1943-cü ildə qayıdıb və Gənc Tamaşaçılar Teatrında aktyor işləyib. Əyyub Abbasovun "Məlik Məmməd", Abdulla Şaiqin "Ana" dramlarının tamaşalarında Bulud və Əmrah rollarını oynayıb. Tofiq Kazımov 1980-ci il avqust ayının 2-də avtomobil qəzasında həlak olub. Bakıda II Fəxri Xiyabanda dəfn olunub.
Tofiq Kiemas
Məhəmməd Tofiq Kiemas (31 dekabr 1942 və ya 31 dekabr 1943, Cakarta – 8 iyun 2013, ) 2009-cu ildən 2013-cü ilədək, yəni vəfatına qədər İndoneziya Xalq Məşvərət Məclisinin spikeri. Tofiq (bəzən Tofik yazılmışdır) 2001-ci ildən 2004-cü ilədək ölkənin ilk cənabı kimi İndoneziyanın prezidenti Meqavati Sukarnoputrinin əridir. Tofiq Meqavati ilə 1973-cü ildə evləndi; bu Meqavatinin üçüncü nikahı idi. Birlikdə bir qızı olan Puan Maharani var idi. Meqavatinin də əvvəlki nikahdan iki oğlu var idi. Tofiq İndoneziyanın aparıcı siyasi partiyalarından biri olan İndoneziya Demokratik Mübarizə Partiyasının (PDİ-P) fəal dəstəyi ilə Meqavati ilə birləşdi. 2008-ci ildən etibarən Taufiq PDİ-P-nin Müsəlman dini qanadı olan BMİ-nin lideri idi. PDI-P işlərinin tanınmış iştirakçısı idi və tez-tez 2014-cü il qanunvericilik və prezident seçkiləri üçün hazırlıq kimi milli məsələləri şərh edirdi. İndoneziyada və bəzən həyat yoldaşı ilə partiya rəhbərliyi və liderliyi ilə bağlı müəyyən məsələlərdə fərqlənirdi. Tofiq 2000-ci ildə Avstraliyada əməliyyat keçirdi və müalicədən sonra bir sıra hallarda xəstəxanaya yerləşdirildi.
Tofiq Köçərli
Tofiq Qasım oğlu Köçərli (11 fevral 1929, İsalı, Gədəbəy rayonu – 31 oktyabr 2007, Bakı) — Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi. == Həyatı və təhsili == Tofiq Köçərli 1929-cu il fevralın 11-də Gədəbəy rayonunun İsalı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1945–1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində alıb. 1950-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra 1951–1952-ci illərdə Moskva Dövlət Universitetində ixtisasartırma kursları keçib. 1955-ci ildə namizədlik, 1965-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1966-cı ildə professor, 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1950–1951-ci illərdə Quba Müəllimlər İnstitutunda müəllim kimi başlayan Tofiq Köçərli 1952–1953-cü illərdə Ağdam Müəllimlər İnstitutunda kafedra müdiri, 1953–1956-cı illərdə Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunda müəllim, baş müəllim və dosent işləyib. 1957–1965-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutunda baş elmi işçi, 1965–1972-ci illərdə Bakı Ali Partiya Məktəbinin kafedra müdiri, 1972–1990-cı illərdə rektoru, 1990–1991-ci illərdə isə professoru olub. 1993–2001-ci illərdə Azərbaycan Elmlər Akademiyasının İctimai-siyasi Tədqiqatlar İnstitutunun elmi işçisi, 2002-ci ildən ömrünün sonunadək isə akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi vəzifəsini tutub. Tofiq Köçərli müasir Azərbaycan tarixinin aktual problemlərinin tədqiqi ilə ardıcıl məşğul olmuş, onlarla kitab və monoqrafiyanın, 200-dən artıq məqalənin müəllifidir. 1950–1990-cı illərdə Tofiq Köçərlinin elmi yaradıcılığı Azərbaycanda sosialist inqilabı və sosializm quruculuğu tarixinə həsr edilmişdir.
Tofiq Kərimov
Tofiq Kərimov (siyasətçi) — Azərbaycanın daxili işlər naziri (18.11.1991 – 20.02.1992). Tofiq Kərimov (fotoqraf) — fotoqraf. Tofiq Kərimov (zabit) — mayor.
Tofiq Mahmud
Tofiq Mahmud oğlu Mehdiyev (6 noyabr 1931, Şahbuz rayonu, Naxçıvan MSSR – 4 aprel 1997, Bakı) — şair, nasir, tərcüməçi, publisist, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Lenin komsomolu mükafatı mükafatı laureatı (1984). == Həyatı == Tofiq Mahmud 1931-ci il noyabrın 6-da Naxçıvan MSSR Şahbuz rayonunda anadan olmuşdur. O Bakıda 31 saylı məktəbi bitirmişdir. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində 1949–1954-cü illərdə bakalavr təhsili alıb. == Fəaliyyəti == Əmək fəaliyyətinə Azərbaycan Mədəniyyət Nazirliyinin Mədəni-Maarif Müəssisələri İdarəsində metodiki kabinetin metodisti kimi başlamışdır (1954). Sonra "Azərbaycan müəllimi" qəzeti redaksiyasında xüsusi müxbir (1958–1961), "Göyərçin" jurnalı redaksiyasında ədəbi işçi olmuşdur (1961). == Yaradıcılığı == İlk şeri "Kəsməsəm də, görməsəm də" 1953-cü ildə "İnqilab və mədəniyyət" jurnalında dərc olunmuşdur. 1976-cı ildən "Göyərçin" jurnalının redaktoru vəzifəsində işləmişdir. Bədii tərcümə ilə də məşğul olmuşdur. Onun tərcüməsində Xuta Berulavanın "Quş südü", İsabəy İshaqovun "Hər şeyi öyrənmək istəyən" kitabları işıq üzü görmüşdür.
Tofiq Mikayılov
Tofiq Kərrar oğlu Mikayılov (15 yanvar 1931, Ağdam – 2014, Bakı) – Azərbaycan alimi, biologiya elmləri doktoru, professor, Azərbaycan SSR Dövlət mükafatı laureatı. == Həyatı == Tofiq Mikayılov 15 yanvar 1931 ildə Ağdam şəhərində dünyaya gəlmişdir. O, 1947 ildə Ağdam 1 saylı orta məktəbi, 1952 ildə Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tofiq Mikayılov 1952 ildə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) aspiranturasına daxil olmuşdur. Təhsil aldığı dövrdə Leninqrada SSRİ EA Zoologiya İinstitutuna ezam edilmiş, "Kür çayının vətəgə balıqlarının parazit faunası" mövzusunda namizədlik (1958), "Azərbaycan su hövzələri balıqlarının parazitləri (növ tərkibi, dinamikası, mənşəyi)" mövzusunda doktorluq (1969) dissertasiyaları müdafiə etmişdir. 1972 ildən professordur. Tofiq Mikayılov Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Zoologiya İnstitutunda aspirant, kiçik elmi işçi, böyük elmi işçi, direktorun elmi işlər üzrə müavini, parazitologiya şöbəsinin və Su heyvanları parazitləri laboratoriyasının müdiri vəzifələrində çalışmışdır. Tofiq Mikayılov 2014 ilin dekabr ayında Bakıda vəfat etmişdir. Kərrar Mikayılovun oğlu, Nadir Mikayılovun qardaşıdır. == Elmi fəaliyyəti == Tofiq Mikayılov 1971 ildə Sovet İttifaqı ərazisində ilk dəfə Su heyvanları parazitləri laboratoriyasını təşkil etmişdir.
Tofiq Mirzə
Tofiq Mirzəyev (aktyor) — aktyor, Rejissor. Tofiq Mirzəyev (dövlət xadimi) — Azərbaycan KP Mərkəzi Komitəsinin katibi (1988-1990).
Tofiq Əkbərov
Tofiq Əliyev
Tofiq Əliyev (rektor)
Tofiq Əmirli
Tofiq Şəmsəddin oğlu Əmirli (27 fevral 1992; Cəlilabad rayonu, Azərbaycan - 13 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tofiq Əmirli 1992-ci il fevralın 27-də Cəlilabad rayonunun Fətullaqışlaq kəndində anadan olub. == Hərbi xidməti == Çevik Hərəkat Dəstəsinin giziri olan Tofiq Əmirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd və Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Tofiq Əmirli oktyabrın 13-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tofiq Əmirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tofiq Əmirli ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tofiq Əmirli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi == Təltiflər == • (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) • (15.12.2020) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (ölümündən sonra) • (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) == İstinadlar == 1."İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (azərb.). 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021 2."Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin saytı) ( (azərb.)).
Tofiq Əsgərov
Tofiq Nəzir oğlu Əsgərov- 1935-ci ildə Bakı şəhərində anadan olmuşdur. == Həyatı == Tofiq Nəzir oğlu Əsgərov 1935-ci ildə bakı şəhərinin Binə kəndində anadan olub. 1941-ci ildə Böyük Vətən müharibəsi başlananda, ailəsi ilə birlikdə QazaxıstanınSemipalatinsk vilayətinin Iasmin rayonuna sürgün olunmuşdur. 1952-ci ildə Tofiq Əsgərov Tükmənistan Dövlət Tibb İnstitutuna daxil olur. 1958-ci ildə institutu bitirdikdən sonra, təyinat ilə Krasnovdsk şəhər xəstəxanasında həkim -cərrah kimi fəaliyyətə başlayır və həmin xəstəxananın baş həkimi vəzifəsində çalışır. == Fəaliyyəti == Bakıya qayıtdıqdan sonra 1965-ci ildə o, biliyini daha da artırmaq üçün Azərbaycan Dövlət Tibb Universitetinin klinik ordinaturasına daxil olmuşdur. 1967-ci ildə ordinaturanı bitirərək Azərbaycan respublikası xəstəxanasında cərrah-uroloq kimi işləməyə başlayır. Həmin ilin noyabr ayında Sankt-Peterburq şəhərində həkimlərin təkmilləçdirilməsi institutunun uroloji aspiranturasına daxil olmuşdur. Tofiq Əsgərov 1971-ci ildə dissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi adını alır. Dissertasi müdafiəsindən sonra Azərbaycan respublikası Uroloji xəstəxanasında akademik M.D.Cavadzadənin rəhbərliyi altında cərrah-uroloq vəzifəsində çalışmağa başlamışdır.
Tofiq Abdullayev
Tofiq Əlövsət oğlu Abdullayev (1 aprel 1948, Məlikçobanlı, Şamaxı rayonu) — Azərbaycan Respublikasının Qətər dövlətində Fövqəladə və Səlahiyyətli Səfiri (2012-ci ildən), siyasi xadim, filoloq. == Haqqında == 1948-ci il aprel ayının 1-də Şamaxı rayonunun Məlikçobanlı kəndində anadan olmuşdur. O, Azərbaycan Dövlət Universitetini bitirmişdir. Filologiya üzrə fəlsəfə doktorudur. Tofiq Əlövsət oğlu Abdullayev Əlcəzair, İraq və Yəmən Demokratik Respublikasında tərcüməçi işləmiş, 20 ilə yaxın Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışmışdır. 1992-ci ildən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi sistemində işləyir. Fövqəladə və səlahiyyətli səfir rütbəsi var. Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı və Türkiyədəki səfirliklərində müşavir vəzifəsində çalışır. 2006–2012-ci illərdə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanında və eyni zamanda Yəməndə, Oman Sultanlığında, Bəhreyn Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri və İslam Əməkdaşlıq Təşkilatında Azərbaycan Respublikasının Daimi Nümayəndəsi olmuşdur. 2012-ci ildən Azərbaycan Respublikasının Qətər dövlətində Fövqəladə və Səlahiyyətli Səfiridir.
Tofiq Allahverdiyev
Tofiq Əliheydər oğlu Allahverdiyev (18 fevral 1917, Bakı – 9 iyun 1987, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR Dövlət Texniki Peşə Təhsili Komitəsinin sədri (1966–1982), Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi (1955–1961), Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri (1948–1950), SSRİ Ali Sovetinin (III və V çağırış) və Azərbaycan SSR Ali Sovetinin (III, VII–X çağırış) deputatı. == Həyatı == Tofiq Əliheydər oğlu Allahverdiyev 1917-ci ildə Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. 1930-cu ildə yeddiillik məktəbini başa vuraraq fabrik-zavod şagirdliyi məktəbində oxumuş və burada komsomol üzvü olmuşdur. 1934-cü ildə fabrik-zavod şagirdliyi məktəbini bitirdikdən sonra Paris kommunası adına zavodun komsomol təşkilatında çalışmışdır. 1935-ci ildə hazırlıq kurslarını bitərərək Azərbaycan Sənaye İnstitutunun tələbəsi olmuş, institutun komsomol komitəsinin katibi seçilmişdir. Ardınca o, Azərbaycan LKGİ Bakı Şəhər Komitəsinin Məktəbli gənclər şöbəsinin müdiri, Azərbaycan LKGİ Mərkəzi Komitəsinin Kadr və təşkilat-təlimat şöbəsinin müdiri olmuşdur. 1940-cı ildə Azərbaycan Sənaye İnstitutunu mədən mühəndisi ixtisası üzrə bitirən Tofiq Allahverdiyev həmin il Azərbaycan LKGİ Bakı Komitəsinin katibi seçilmiş və 1942-ci ilədək bu vəzifədə çalışmışdır. 1942-ci ilin yanvar ayından Fəhlə-Kəndli Qırmızı Ordusunda xidmət etmişdir. Böyük Vətən müharibəsi iştirakçısı kimi o, atıcı diviziyanın siyasi şöbəsində hərbi xidmət keçmişdir. Yaralandıqdan sonra ordudan tərxis edilmiş, yenidən komsomol işinə qayıtmışdır.
Sofi
Sofi (Səfəvi imperiyası) — Avropa ölkələrində Səfəvi imperiyasını idarə edən Səfəvi sülaləsindən olan hökmdarlara edilən müraciət forması. Sofi Həmid türbəsi — Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində, Miəcik ərazisində yerləşir. Sofi Marso — Fransa kinoaktrisası. Sofi Həsən türbəsi — Abidə Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində tapılmışdır. Sofi Lakaz — fransız bəstəkarı. Ağa sofi — Ermənistanın Əzizbəyov r-nunda dağ adı.
Sofia Ali
Sofia Teylor Ramsey Əli (ing. Sophia Taylor Ramseyer Ali; 7 noyabr 1995, San-Dieqo, Kaliforniya) — amerikalı aktrisa. Əsasan Faking It, Grey's Anatomy və The Wilds seriallarında canlandırdığı rollarla tanınır. 2022-ci ildə Ançarted filmində Kloi rolunu canlandırmışdır. == Həyatı == Sofia Ali 7 noyabr 1995-ci ildə Kaliforniya ştatının San-Dieqo şəhərində pakistanlı ata Asim Ali və amerikalı ana Bruk Alinin uşağı olaraq dünyaya gəldi.