Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Acərli
Acərli — İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Rəzən bölgəsinin Pişxor kəndistanında, Rəzən qəsəbəsindən 38 km. şimal-qərbdədir.
Əcəri
Əcəri (yaxud Həcəri) — Qəbələ vilayətinin cənubunda, Qarasu və Girdimançayın arasında yerləşmiş tarixi vilayət. Cənubda Kür çayına qədər uzanırdı. Burada əhali əsasən əkinçiliklə məşğul idi. VII əsr erməni coğrafiyasında Əcəri həm də Dəşt-i-Bizkan adlandırılır.
Acərli (Həmədan)
Acərli — İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Rəzən bölgəsinin Pişxor kəndistanında, Rəzən qəsəbəsindən 38 km. şimal-qərbdədir.
Əcəmli (Sulduz)
Əcəmli (fars. عجملو‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 128 nəfər yaşayır (34 ailə).
Həkərli
Həkəri — Azərbaycan Respublikasının Qubadlı rayonunun Muradxanlı kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Həkəri kürddilli tayfa adıdır. İndiki dövrdə həkərilər əsasən Türkiyə və İranda yaşayırlar. == Tarixi == Həkəri adı hələ qədim mənbələrdən məlumdur. Alban (Qafqaz) tarixcisi Movses Kalankatlı Babək hərəkatı ilə əlaqədar 831-ci il hadisələrindən bəhs edərkən Həkəri qalasının adını çəkib. Həmin qala hazırda Qalacıq adı ilə məlumdur. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, Həkəri kəndində 38 evdə 170 şiə kürd yaşayırdı. == Coğrafiyası == Həkəri kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidədir.
Kəmərli
Kəmərli — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. İncə dərəsinə aid üç kənddən biridir. Azərbaycanda qədim yaşayış məskənlərindən biri. 1982-ci ildə kənd ərazisinin bir hissəsi yəni Korbulağ ərazisinin 1,5 hissəsi SSRİ Mərkəzi komitəsinin qərarı ilə Ermənistana verilmişdir. Kəmərlilər o dövr üçün çox ciddi sayılacaq müqavimət göstərmişdir. == Etimologiya == Kəndin adı Kimer (Kəmərli) tayfasının adından yaranmışdır. Mənbələrin verdiyi məlumata görə kimmerlər Şimali Qara dəniz hövzəsindən köç edərək Azərbaycanda və Şərqi Anadoluda məskunlaşmşdılar. Herodotun yazdığına görə, e.ə. VIII əsrdə Şərqdən Qara dənizin Şimal çöllərinə-kimmerlərin ölkəsinə skiflər gəlmişdilər. Kimmerlər onlarla toqquşmaqdan çəkkinmiş, yığışıb Cənubi Qafqaza, oradan da Kiçik Asiyaya köç etmişdilər.
Nəzərli
Nəzərli — soyad, təxəllüs.
Qəfərli
Qəfərli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Sabirabad rayonunun Qaralar kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qəfərli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Qəmərli
Qəmərli rayonu — tarixən Azərbaycana hazırda isə Ermənistan Respublikasına məxsus Şimal-qərbi Azərbaycanda rayon. Qəmərli (Gərnibasar) — tarixən Azərbaycana hazırda isə Ermənistan Respublikasına məxsus Şimal-qərbi Azərbaycanda şəhər. Qəmərli (Başkeçid) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. Qəmərli (Üçkilsə) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd.
Rəcəbli
Rəcəbli — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.
Səfərli
Səfərli — soyad. Amil Səfərli (1994—2020) — Vətən müharibəsi şəhidi. Cavid Səfərli (1993—2020) — Vətən müharibəsi şəhidi. Elçin Səfərli (d. 1984) — Yazıçı. Eltac Səfərli (d. 1992) — Azərbaycan şahmatçısı, qrosmeyster (2008). Əliyar Səfərli (1937—2017) — Ədəbiyyatşünas, mətnşünas, maarif xadimi. Əmrah Səfərli (1998—2020) — Vətən müharibəsi şəhidi. Hacıfəxrəddin Səfərli (d.
Şəkərli
Şəkərli (Ağstafa) — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində qəsəbə. Şəkərli (Salyan) — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.
Əfsərli
Əfsərli — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Rayon mərkəzindən 17 km məsafədə yerləşir. 1960-cı ildə ləğv edilmişdir. Toponim əfşar qədim türk tayfasının adına mənsubluq bildirən -li şəkilçisinin artırılması əsasında əmələ gəlib "əfşar tayfasına mənsub olan yer, ərazi, kənd" mənasını ifadə edir. ş~s və a~ə səs dəyişməsi Azərbaycan dili üçün qanunauyğun haldır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Oxçu çayının sahilində, dağlıq ərazidə yerləşmişdir. Kəndin digər adı "Əvsərli"dir. Kənddə 1897-ci ildə 92 nəfər, 1926-cı ildə 76 nəfər 1959-cu ildə 101 nəfər azərbaycanlı yaşamışdır.
Əfətli
Əfətli — Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd. Ağdam şəhərindən 15 km uzaqdır. Məmmədbağırlı kəndinin yaxınlığında yerləşir. Əfətli kəndi cəbhə bölgəsinə yaxın olduğu üçün Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Ermənistan Silahlı Qüvvələri tez-tez fasilələrlə işğal olunmuş ərazilərdən atəşkəs rejimini pozur. Bütün hallarda düşmən cavab atəşilə susdurulur. XIX əsrin əvvəllərinə aid məlumatda Əfətli 9 ailədən ibarət kiçik bir el idi. Həmin əsrin sonlarına aid məlumatda Mirzə Cəfərli Əfətli kimidir. XX əsrin əvvəllərində bu maldar el məskunlaşdıqda yaranmış Əfətli adlı üç kənd ilə Əfətli-Böyükbəy, Əfətli-Müqəddəmbəy və Əfətli-Əgri-Yataq yaranmışdır. Gürcüstanda Abatxevi (Axalsix r-nunda kənd adı), XIX əsrdə Cənubi Qafqazda Avat (kənd adı) və Avat (Xarabalıq) adları ilə mənşəcə eynidir.
Əjdərli
Soyadlar Şamxal Əjdərli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Digər Əjdərli (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Ələkli
Ələkli (əvvəlki adı: Əlikli) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Xanlıqlar kənd inzibati ərazi dairəsi tərkibindəki Əlikli kəndi Ələkli kəndi adlandırılmışdır.
Ələtli
Ələtli — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. Ələtli oyk, düz. Hacıqabul r-nun eyniadlı i.ə.v-də kənd. Kəndin ilk sakinləri Ələt qəsəbəsindən köçüb gəlmələrdir. Oykonim "Ələtdən olanlar, Ələtdən gələnlər" mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 415 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Əmirli
Əmirli (Bərdə)
Əncirli
Əncirli (Biləsuvar) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Əncirli (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Əncirli döş — Azərbaycan Respublikası Cəbrayıl rayonunda dağ adı.
Ərəbli
Ərəbli (Meşkinşəhr)
Cəfərli
Cəfərli — Azərbaycanda daha çox işlədilən soyad. Bu soyadı olan tanınmış insanlar Elman Cəfərli — azərbaycanlı jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Seyran Cəfərli — "Kirpi" satirik jurnalında karikaturaçı rəssam. Tahir Cəfərli — Rusiya alimi. Kəndlər Azərbaycan Cəfərli (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Cəfərli (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Cəfərli (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Cəfərli (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Cəfərli (Qazax) — Azərbaycanın Qazax rayonunda kənd. Bala Cəfərli Gürcüstan Cəfərli (Borçalı) — Gürcüstanın Bolnisi rayonunda kənd.
Təkərli
Təkərli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Rayon mərkəzindən 17 km məsafədə, Alagöz dağının ətəyində, Abaran çayının sağ qolu üzərində yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim təkəli türk etnonimi əsasında əmələ gəlmişdir. Təkəli qızılbaşlar tayfasından birinin adıdır. F. Sümər təkəli tayfasım oğuzların dülqədirli elindən olduğunu göstərir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nın 19.
Xəzərli
Xəzərli — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Xəzərli Xacmaz rayonunun Üzünoba inzibati ərazi vahidində qəsəbə. Xəzər dənizi sahilində, Samur-Dəvəçi ovalığındadır. Yaşayış məntəqəsi Böyük Vətən müharibəsindən sonrakı illərdə yaranmışdır. Xəzər dənizi sahilində salındığı üçün belə adlandırılmışdır.
Əqəbli
Əqəbli (ərəb. أقبلي‎) — Əlcəzairin cənubunda, Adrar vilayətində şəhər və kommuna. Şəhər vilayətin şərq hissəsində, Böyük Səhranın mərkəzi vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1,120 kilometr (700 mil) cənub-cənub-qərbdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 252 metrdir. Şəhərin iqlimi quraq kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı 12,7 mm-dir). Orta illik temperatur 26,7-dir °C . 2008-ci ilin rəsmi siyahıyaalınmasına əsasən, kommunanın əhalisi 10,171 nəfər idi. Əhalinin savadlılıq səviyyəsi 73,3 faiz təşkil etmişdir. Kişilər arasında savadlılıq səviyyəsi 83,2%, qadınlar arasında isə 63,4% təşkil etmişdir.
Əsədli
Əsədli — Azərbaycanda daha çox işlədilən soyad. Samir Əsədli — Azərbaycanda gənclər hərəkatının fəallarından, gənc siyasi liderlərdən biri. Kəndlər Əsədli (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Əsədli (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd.
Acarlı
Acarlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Novruzlu kənd inzibati ərazi dairəsində qəsəbə. Dağətəyi ərazidədir. Toponimiyada atsa/aca coğrafi termin kimi "iti uclu qaya; yüksəklik; dağətəyi yer" mənalarını ifadə edir. Acarlı kəndində gedən döyüşlərdə bir çox şəhid verilmişdir. Bunlardan biridə Sadiq Hümbətovdur. O, 1990-cı ildə hərbiyə çağırılmış və müxtəlif kəndlərində ermənilərə qarşı uğurla vuruşmuşdu. 4 illik döyüşdən sonra Acarlı üzərində gedən döyüşlərdə qəhrəmancasına döyüşmüş və mart ayının 15-də, yaralanmış Azərbaycan əsgərini qurtarmaq istəyərkən mənfur düşmənin snayper gülləsinə tuş gəlmiş və qəhrəmancasına həlak olmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Acırlı
Acırlı (Marağa) — İranın Şərqi Azərbaycan ostanında kənd. Acırlı (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd.
Enerji
Enerji (ἐν = daxili, və ἔργον = təsir etmək) — fiziki kəmiyyət. Onun işarəsi E-dir. Ancaq çox vaxt müxtəlif enerji növləri üçün başqa işarələmələrdən də istifadə olunur. Beynəlxalq ölçü sistemində enerji Coul ilə ölçülür. Enerji fizikada verilmiş sistemin iş görmə qabiliyyəti kimi başa düşülür. Enerji müxtəlif formalarda yarana bilir. Enerji anlayışı 1852-ci ildə ilk dəfə şotlandiyalı fizik Con Rankine tərəfindən ortaya atılır. Burada məqsəd qüvvəni daxili təsirdən fərqləndirmək idi. Qabaqlar enerjini qüvvə növü kimi səciyyələndirirdilər, məsələn, "saxlanmış qüvvə" kimi. Bu bir tərəfdən fiziki olaraq səhv olmuş, digər tərəfdən yalnız mexaniki enerjiyə aid edilə bilərdi.
Köçərli
Köçərli — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Köçərli Tərtər rayonunun Azad Qaraqoyunlu inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Qarabağda yaşamış 52 ailədən ibarət köçərli tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Köçərli tayfası isə mənşəcə qədim türk tayfalarından olan kocarlara mənsubdur. Karluk və uyğurların tərkibinə daxil olan koçarların adına VIII-IX əsrlərə aid Kucar adlı uyğur Şəhərinin adında da rast gəlmək mumkundur. Keçən əsrdə Ermənistan ərazisində Köçərli adlı yaşayış məntəqəsi qeydə alınmışdır..
Çərəli
Çərəli (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çərəli kənd inzibati ərazi dairəsində kənd. Çərəli (Təbriz) — İranın Şərqi Azərbaycan ostanında kənd.