Əməkçilərin Müstəqil Federasiyası
Əməkçilərin Müstəqil Federasiyası (ing. Federation of Free Workers) — Filippinin ən böyük milli həmkarlar ittifaqları təşkilatlarından biri. Mərkəzi ofisi Manila şəhərində yerləşir.
XX əsrin ortalarında Filippində hüquqlarının müdafiə olunmasına ehtiyac duyan bir qrup gənc idealist ölkənin əmək qanunvericiliyi əsasında öz hüquqlarını qorumaq üçün birləşir. Səbəbsiz işdən ixtisar olunma, əməkhaqqının yaşayış minimumuna cavab verməməsi, sosial təminatın mövcud olmaması, iş yerlərində ayrı-seçkiliyin hökm sürməsi işçiləri onları müdafiə edə biləcək bir qüvvənin yaradılmasına gətirib çıxardır. Nəticədə 19 iyun 1950-ci ildə Əməkçilərin Müstəqil Federasiyası fəaliyyətə başlayır. Qurumun ilk prezidenti vəzifəsinə Ramon Maqsaysay seçilir.
Hazırda ƏMF Filippinin ən iri təşkilatlarından biridir. Federasiya aparılan üçtərəfli danışıqlarda aktiv və aparıcı rol oynayır. Sosial və əmək dialoqlarının gedişində prinsipial mövqe tutur, ölkə həmkarlar ittifaqını milli, regional və beynəlxalq səviyyədə təmsil edir.