Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əlyazma
Əlyazma — əl ilə yazılmış mətn, kitab və s. Məsələn, əlyazmaları fondu - əlyazmaları toplayan, saxlayan, bərpa edən yer, idarə, şöbə.
Naxçıvan Əlyazma Sənədləri
Naxçıvan Əlyazma Sənədləri — Kəngərli sülaləsinə məxsus sənədlər (17 – 19 əsrlər). == Haqqında == Sülalənin ayrı-ayrı üzvləri tərəfindən yazılan və onlara ünvanlanan məktub, reskript, fərman, qəbalə və s.-dən ibarətdir. Sənədlərin mövcudluğu məlum olan kimi (1935) Gürcüstandan Naxçıvana dərhal elmi heyət göndərilmiş, onlar başqa sənədlərlə birlikdə Tiflisə aparılmış, qısa müddətdə araşdırılmış və 1936-cı ildə kitab haılnda çap olunmuşdur. Kitabın redaktoru məşhur şərqşünas, akademik N. Y. Marrın oğlu Y. N. Marrdır. Burada təkcə Azərbaycanın deyil, İran, Türkiyə və Rusiyanın da ictimai-iqtisadi və siyasi tarixinə dair materiallar vardır. Təəssf ki, gətirilmiş 300-dən çox sənədin yalnız 25-i şərqşünas K. N. Smirnovun tərcüməsi və şərhləri ilə üzə çıxarılmış, qalanlarının taleyi isə hələlik naməlumdur. Kitab 2 hissədən ibarətdir. Birinci hissəyə 3 fəsil – Kəngərli tayfası (1 – 7 saylı sənədlər); naxçıvanlıların İran şahı Kərim xan Zəndə iki ərizəsi (8 – 9 saylı sənədlər); Naxçıvanda tərəflər arasında bağlanmış iki qəbalə (10 – 11 saylı sənədlər), ikinci hissəyə isə 2 fəsil – feodal münasibətləri, torpaq mülkiyyəti və maliyyə məsələləri (12 – 21 saylı sənədlər); Səfəvi dövrü sənədləri (22 – 25 saylı sənədlər) daxildir.
Yarımçıq əlyazma (roman)
Yarımçıq əlyazma (ing. the incomplete manuscript)— Kamal Abdulla tərəfindən 2004 cü ildə nəşr edilmiş roman. == Haqqında == Kitab Londonda "Pikadili the Fifth View Waterstone Flagman" mağazasındada AAC-nin təşkilatçılığı ilə keçirilmiş tədbirdə təqdim olunub. Tədbirdə həm Azərbaycan, həm də kosmopolit Londondan 100-ə yaxın kitabsevər iştirak edib. Bu kitab Dədə Qorqud adlı bir ozan tərəfindən Oğuz elindəki xainlərin iç üzünün ifşa olunması ilə bağlı aparılan tədqiqatın hesabatı xarakterini daşıyır. Bu isə , öz növbəsində, XVI əsrdə mövcud olan Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətaiyə aid başqa bir hekayə ilə sıx əlaqədardır. Bu iki istiqaməti özündə birləşdirən "Yarımçıq əlyazma" romanı ingilis, fransız, italyan, türk, rus, polyak, ərəb, yapon, portuqal, alman və qazax dillərində nəşr olunub.
Voynic əlyazması
Voyniç əlyazması - Məlum olmayan dildə və əlifbada yazılmış kitab. Kitabda istifadə olunan əlifbanın oxumaq yönündə dilçilər uzun müddət çalışmalar aparsalarda, kitabda yazılanları oxumaq bu günə qədər mümkün olmamışdır. Kitabın 1450 - 1520-ci illər arasında yazıldığı ehtimal edilir. Kitabın eni 15 uzunluğu isə 22 sm-dir. Səhifələrinin sayı 240 olsa da, 30-a yaxın səhifənin cırıldığı məlumdur. Kitabın adının Voyniç adlandırılmasının səbəbi, 1812-ci ildə kitabı köhnə bukinistdən almış Vilfred Voyniçin adı ilə bağlıdır. XX əsrin ortalarında, kitabın Voyniç tərəfindən yazıldığı iddia olunurdu. Ancaq aparılmış laboratoriya araşdırmaları kitabın ən azı XVI əsrə aid olduğunu sübut etmişdir. Voyniç kitabında diqqəti cəlb edən ən önəmli məsələlərdən biridə, kitabda çəkilmiş şəkillərdir. Şəkillərdə ulduzlar, bitkilər və çılpaq qadınlar təsvir olunmuşdur.
Xəmsə əlyazması (1418)
Xəmsə əlyazması — Nizami Gəncəvi Xəmsəsinin 1418-ci ilə aid əlyazma nüsxəsidir. Əlyazması Bakıdakı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır. Əvvəl əlyazması AMEA Əlyazmalar İnstitutunda saxlanılırdı. == Təsviri == Əlyazmasında yalnız "İsgəndərnamə"poemasının "Şərəfnamə" adlı birinci hissəsi saxlanmışdır. Mətn, krem rəngli cilalanmış kağız üzərində, İki üztun və dioqanal sahələrdə yaxşı nəstəliq xətti ilə yazılmışdır. Mətn qırmızı və mavi xəttlərdən ibsarət çərçivəyə alınmış, sütunlar bir-birindən qırmızı xəttlə ayrılmışdır.Başlıqlar kinovarla yazılmışdır. Mətnin başlanğıcında yerləşdirilmiş ünvan qzıl, kinovar və mavi boya ilə yazılmışdır. Əlyazmasının 84а səhifəsidə miniatür vardır. Naməlum rəssam tərəfindən çəkilmiş"İsgəndərin atəşgahları dağıtdırması" adlı miniatür ehtimal ki, Şiraz miniatür məktəbinə aiddir. Bu miniatür, keçmiş SSRİ ölkələrinin kolleksiyalarında saxlanan əlyazmalar arasında Nizami poemalarına çəkilmiş ən qədim illüstrasiyadır.Əlyazması hicri 821-ci (miladi 1418) ilə aiddir.
Xəmsə əlyazması (1636)
Xəmsə əlyazması М-207 — Nizami Gəncəvinin “Xəmsə”sindən dörd poemanı ehtiva edən 1636-cı ilə aid əlyazma. Hazırda AMEA Əlyazmalar İnstitutunda saxlanılır. == Xüsusiyyətləri == Əlyazmasında poemalar aşağıdakı ardıcıllıqla düzülmüşdür: “Sirlər xəzinəsi” (1b−38b), “Yeddi gözəl” (39b−129a), “Xosrov və Şirin” (129b−242a), “İsgəndərnamə” (242b−408a). Əlyazması yüksək keyfiyyətdə icra edilmişdir.Əlyazması, qızıl suyu, lazur, belillər və qırmızı boyalarla icra edilmiş yüksək bədii keyfiyyətli çiçək ornamentli frontispislə başlayır. Hər bir poemanın başlanğıcında həmin boyalarla çəkilmiş çox incə və yüksək zövqlü ünvan səhifələri vardır.Əlyazmaya daxil olan on bir incə miniatür İran miniatür məktəblərinə aid olmaqla, XVII əsr miniatür sənətini öyrənmək üçün əhəmiyyət kəsb edir. Əlyazmanın mətnləri dəqiq kalliqrafik nəstəliq ilə dörd sütun şəklində nazik noxudu şərq kağızı üzərində yazılmış və mavi, qara və qızılı xəttlərlə çərçivələnmişdir. Səhifələrin sahələrində nadir hallarda qlosslara rast gəlinir. Əlyazması moruq rəngli dəri ilə üzlənmişdir. Əlyazmanın tarixi 408-ci səhifədə hicri 1046-cı il (1636/1637) kimi qeyd edilmiş, sonradan isə 746-cı ilə dəyişdirilmişdir. Əlyazmanın xəttatı Dust Məhəmməd ibn Darvin ət-Daraqçıdır.
Quranın Birminhem əlyazması
Birmingem Quran əlyazması, Quranın erkən əlyazmalarından olub 2 yarpağının yazıldığı bir vərəq həcmində perqamentdən hazırlanmış nüsxəsidir. 2015-ci ildə Birmingem Universitetində saxlanılan əlyazma eramızın 568–645-ci illərinə aiddir. O, universitetin Cadbury Araşdırma Kitabxanası tərəfindən saxlanılan Yaxın Şərq əlyazmalarının Minqana Kolleksiyasının bir hissəsidir.Əlyazma ərəb hicazi qrafikası ilə perqament üzərində mürəkkəblə yazılmışdır və hələ də aydın oxunur. Səhifələrsə 18-ci (Kəhf) və 20-ci (Taha) surələrinin ayələri qorunur. Əlyazma 2015-ci ildə Birminhem Universitetində, sonra isə 5 avqust 2016-cı ilə qədər Birminhem Muzeyi və İncəsənət Qalereyasında nümayiş etdirilib Cadbury Araşdırma Kitabxanası əlyazmanın multispektral analizini və mürəkkəblərin XRF analizini həyata keçirib.
Quranın Səmərqənd əlyazması
Quranın Səmərqənd əlyazması - (həmçinin Osman Quranı, Səmərqənd nüsxəsi, Səmərqənd əlyazması və Daşkənd Quranı kimi də tanınır) müasir İraq ərazisində kufi xətti ilə yazılmış VIII və ya IX əsrlərə aid əlyazma Qurandır . Bu gün Özbəkistanın Daşkənd şəhərindəki Həst İmam kitabxanasında saxlanılır. Üçüncü xəlifə Osman ibn Əffana məxsus olduğu deyilir .
Quranın Səna əlyazması
Səna əlyazması — bu gün mövcud olan ən qədim Quran əlyazmalarından biri. 1972-ci ildə Yəməndə Səna Böyük Məscidinin bərpası zamanı bir çox digər Quran fraqmentləri və başqa əşyalarla birlikdə tapılıb . Əlyazma iki təbəqədə perqament üzərində yazılmışdır. Üst təbəqə Osman dövründə istifadə edilən standart yazı ilə yazılmış Quran olsa da, alt təbəqə standart yazı ilə müqayisədə fərqlənir. Alt təbəqənin bir versiyası 2012-ci ildə nəşr edildi. Karbon testləri onun 99% dəqiqliklə 669-cu ildən əvvəl və 95.5 faiz dəqiqliklə 578-ci ildə sonra yazıldığını göstərir. Səna əlyazmalarından 926 parça təhlil edilmişdir. 22%-i məlum olan Qurandan yazılış, dilçilik və düzülüş etibarilə tamamilə fərqlənir.
Xəmsə əlyazması (1539-1543)
I Şah Təhmasibin Xəmsə əlyazması — 1539-1543 Səfəvi şahı I Təhmasibin sifarişi əsasında Şah Mahmud Nişapuri tərəfindən köçürülmüş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasıdır. Bu əlyazması həm də "Xəmsə əlyazması (1539-1543)" və "Britaniya Kitabxanası Or. 2265" adları ilə tanınır. Əlyazması Təbriz miniatür məktəbinin və Səfəvilər dövrünün ən məşhur miniatürçü rəssamları tərəfindən çəkilmiş 14 mininatürlə bəzədilmişdir. Miniatürlərin çəkilməsində Sultan Məhəmməd, Ağa Mirək, Mir Musavvir, Mirzə Əli, Müzəffər Əli kimi sənətkarlar iştirak etmişlər. Əlyazmasını tədqiq etmiş A. Qazıyev qeyd edir ki, "XVI əsr Təbriz miniatür məktəbinin yetirmələri olan bu beş rəssamın əlyazmasında yer almış əsərləri mühüm tarixi-bədii əhəmiyyət kəsb edir. Milli risin orijinal nümunələri kimi, bu miniatürlər bədii sənət nümunəsi olmaqla yanaşı etnoqraflar üçün də mühüm tədqiqat mənbəyidir." XVII əsrdə əlyazmasına Məhəmməd Zaman tərəfindən çəkilmiş daha üç miniatür əlavə edilmişdir. == Tarixi == === Tarixi-mədəni mühit === XVI əsrdə Yaxın Şərqin ən mühüm siyasi və mədəni mərkəzlərindən biri olan Təbrizdə Səfəvilər dövlətinin yaradılmasından sonra, uzun sürən daxili müharibələr nəticəsində dağıdılmış mədrəsə və kitabxanaların bərpa edilməsinə başlanıldı. Həmin dövrdə əsası qoyulmuş saray kitabxanası, mühüm bədii əsərlərin rəngarəng illüstrasiyalarla bəzədilmiş dəyərli əlyazma kitablarının toplanması və hazırlanması ilə məşğul olurdu. Kitabxana daxilində kitab incəsənəti ustalarının toplandığı bədii emalatxana da təşkil olunmuşdu.
Xəmsə əlyazması (1617/8)
Xəmsə əlyazması С-201 — Nizami Gəncəvinin bütün poemalarını özündə birləşdirən və XVII əsrdə yazılmış əlyazma. AMEA Əlyazmalar İnstitutunda saxlanılır. == Xüsusiyyətləri == Əlyazmasında poemalar ənənəvi sıralama ilə verilmişdir. Mətn parlaq və nazik şərq kağızı üzərində dörd sütunla mirvari kalliqrafik nəstəliq xətti ilə yazılmışdır. Başlıqlar qırmızı mürəkkəb ilə yazılmışdır. Orta Asiya mənşəli üzlük yaşıl rəngdə olmaqla lakla örtülmüş və tünd-moruğu rəngli medalyonlarla bəzədilmişdir. Kiçik medalyonlardan biri üzərində üzlükçü ustanın adı – Molla Məhəmməd Tarsun və üzlənmə tarixi – hicri 1027 (1617/1618) – qeyd edilmişdir. 285 səhifəlik əlyazmasının ölçüləri 19 × 30 sm-dir. == İstinadlar == == Ədəbiyyat == Хамсэ // Низами Гянджеви: Краткий справочник / Составитель Дж. В. Каграманов.
Xəmsə əlyazması (M—462)
Xəmsə əlyazması М-462 — Nizami Gəncəvinin bütün poemalarını özündə birləşdirən və XVII əsrdə yazılmış əlyazma. AMEA Əlyazmalar İnstitutunda saxlanılır. == Xüsusiyyətləri == Əlyazmasının mətni dörd sütun şəklində mirvari kalliqrafik nəstəliq ilə yazılmış və və müxtəlif rəngli xətlərlə çərçivəyə alınmışdır. Başlıqlar mavi mürəkkəb ilə yazılmışdır. Əlyazmasının səhifələri noxud rəngli parlaq şərq kağızıdır. 1b - 8b, 351a - 356b səhifələri restavrasiya edilmişdir. 15-16, 139-140, 146-147 səhifələrində lakunalar var, əlyazmasının sonunda isə bir neçə səhifə isə çatışmır. Əlyazmasının ölçüləri 17 × 27 sm-dir.Daha sonrakı dövrə aid üzlük qalın kartondan hazırlanmışdır. Paleoqrafik xüsusiyyətlərinə görə əlyazması XVIII əsrə aid edilir. == İstinadlar == == Ədəbiyyat == Хамсэ // Низами Гянджеви: Краткий справочник / Составитель Дж.
Xəmsə əlyazması (Or. 2265)
I Şah Təhmasibin Xəmsə əlyazması — 1539-1543 Səfəvi şahı I Təhmasibin sifarişi əsasında Şah Mahmud Nişapuri tərəfindən köçürülmüş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasıdır. Bu əlyazması həm də "Xəmsə əlyazması (1539-1543)" və "Britaniya Kitabxanası Or. 2265" adları ilə tanınır. Əlyazması Təbriz miniatür məktəbinin və Səfəvilər dövrünün ən məşhur miniatürçü rəssamları tərəfindən çəkilmiş 14 mininatürlə bəzədilmişdir. Miniatürlərin çəkilməsində Sultan Məhəmməd, Ağa Mirək, Mir Musavvir, Mirzə Əli, Müzəffər Əli kimi sənətkarlar iştirak etmişlər. Əlyazmasını tədqiq etmiş A. Qazıyev qeyd edir ki, "XVI əsr Təbriz miniatür məktəbinin yetirmələri olan bu beş rəssamın əlyazmasında yer almış əsərləri mühüm tarixi-bədii əhəmiyyət kəsb edir. Milli risin orijinal nümunələri kimi, bu miniatürlər bədii sənət nümunəsi olmaqla yanaşı etnoqraflar üçün də mühüm tədqiqat mənbəyidir." XVII əsrdə əlyazmasına Məhəmməd Zaman tərəfindən çəkilmiş daha üç miniatür əlavə edilmişdir. == Tarixi == === Tarixi-mədəni mühit === XVI əsrdə Yaxın Şərqin ən mühüm siyasi və mədəni mərkəzlərindən biri olan Təbrizdə Səfəvilər dövlətinin yaradılmasından sonra, uzun sürən daxili müharibələr nəticəsində dağıdılmış mədrəsə və kitabxanaların bərpa edilməsinə başlanıldı. Həmin dövrdə əsası qoyulmuş saray kitabxanası, mühüm bədii əsərlərin rəngarəng illüstrasiyalarla bəzədilmiş dəyərli əlyazma kitablarının toplanması və hazırlanması ilə məşğul olurdu. Kitabxana daxilində kitab incəsənəti ustalarının toplandığı bədii emalatxana da təşkil olunmuşdu.
Xəmsə əlyazması (М—156)
Xəmsə əlyazması М-156 — farsdilli epik ədəbiyyatın klassiklərindən biri olan Nizami Gəncəvinin poemalarının toplandığı tarixi əlyazma. Əlyazma Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılır. == Xüsusiyyətləri == Əlyazmasında "Xəmsə" poemalarından ikisinin ardıcıllığı pozulmuşdur. Belə ki, "Sirlər xəzinəsi"ndən (1b — 26b) sonra "Leyli və Məcnun" (128b — 77a), daha sonra isə "Xosrov və Şirin" (78b — 118a) gəlir.Əlyazmasında dördüncü poema olan "Yeddi gözəl", digər poemalardan daha əvvəl - XVI əsrin I yarısında yazılmışdır. Həmin poemanın mətni incə əl işi olan və qızıl suyu, açıq mavi və qara boyalarla işlənmiş nəbati naxışlarla bəzədilmiş ünvan səhifəsi ilə başlayır. Poemanın mətni noxud rəngli yüksək keyfiyyətli şərq kağızı üzərində dörd sütun şəklində kalliqrafik nəstəliq ilə yazılmış, səhifənin kənarı isə qızılı və mavi rəngli xətlərlə çərçivələnmiş, qızılı və qara çərçivələrə alınmışdır. Sütunlar iki incə qızılı xəttlə bir-birindən ayrılmışdır. Çərçivələr arasındakı boşluqlar qızıl suyu ilə çəkilmiş nəbati naxışlarla doldurulmuşdur. Səhifələrin bəzədilməsində də eyni formada, qızıl suyu ilə çəkilmiş nəbati naxışlardan istifadə olunmuşdur. Həmin poemaya Təbriz miniatür məktəbinə məxsus 27 miniatür (126b, 127b, 129а, 130а, 131а, 131b, 132b, 133b, 134b, 135а, 136b 137b, 138b, 139b, 140b, 142, 144а, 145а, 148а, 155b, 158b, 161b 165а, 167b, 169а, 170b, 171b) çəkilmişdir.
AMEA Əlyazmalar İnstitutu
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. == Tarixi == Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar fondu) orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi 1950-ci ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əlyazmalar şöbəsi əsasında yaradılmışdır. 1945-ci ilə qədər Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutu binasında xüsusi bir otaq vardı ki, qapısında “Əlyazmalar şöbəsi” yazılan lövhə vurulmuşdu. Otağın rəflərində iki minə yaxın fars, ərəb, Azərbaycan dillərində kitab, bir neçə şairin, ədibin arxivi düzülmüşdü. 1950-ci ildə bu balaca şöbə Məmmədağa Sultanovun səyi nəticəsində müstəqil Respublika Əlyazmalar fonduna çevrilib. Əlyazmaların respublikamızda toplanması işinə hələ XX əsrin əvvəllərindən, sovet hakimiyyətinin ilk illərindən başlanmışdır. 1924-cü ilin 21-24 sentyabrında Bakıda Birinci Ümumazərbaycan diyarşünaslar qurultayı keçirildi. Burada mədəni quruculuqla əlaqədar başqa məsələlərlə yanaşı Azərbaycan Tədqiq və Tətəbbö cəmiyyəti nəzdində xüsusi əski çap kitabları və əlyazmalar şöbəsi olan elmi kitabxana təşkili məsələsinə də baxıldı. Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi 1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun əlyazmalar şöbəsinin əsasında yaradılmışdır. Ötən əsrin 80-ci illərində Respublika Əlyazmalar Fondu (RƏF) öz fəaliyyətində Akademiyanın institutlarından geri qalmır, akademik elmi-tədqiqat institutu kimi işləyirdi.
Beynek Nadir Kitablar və Əlyazmalar Kitabxanası
Beynek Nadir Kitablar və Əlyazmalar Kitabxanası (ing. Beinecke Rare Book and Manuscript Library və ya qısaca: BRBL) Yel Universitetinde yerləşən və dünyanın nadir kitapları və əlyazmaları saxlanmış ən büyük kitabxanadır. Bu kitabxananın inşaası Beynek ailəsinin maddi dəstəyi vasitəsilə mümkün olmuşdur. ABŞ-lı memar Qordon Banşaft tərəfindən dizayn edilən kitabxana Yel Universitetinin “Heuit Quadrenql” bölgəsində və ya digər adı ilə Beynek Meydanında yerləşir. Altı mərtəbəli rəflərdən ibarət, kvadrat şəkilli və pəncərəsiz kitabxananın fasadı günəş işıqlarını əks etdirən şəffaf Dani mərməri ilə örtülmüşdür. Tikiliyə yer altında tikilmiş 3 mərtəbə də daxildir. Beynek Nadir Kitablar və Əlyazmalar Kitabxanasında yerləşən və İsamu Noquçi tərəfindən dizayn edilən heykəllər zamanı (piramida), günəşi (dairə) və inkişafı (kub) əks etdirir. Kitabxanada ən əhəmiyyətli yer dünyada sadəcə 48 nüsxəsi olan Quttenberq İncilinin saxlandığı zaldır. Bundan əlavə kitabxanada iş otaqları, oxu zalları, kataloq otağı, mikrofilm otağı, ofislər, kitab anbarı yerləşir. == Tarixi == XIX əsrin sonlarında Yel Universitetindəki nadir kitablar əvvəllər Qədim Kitabxana kimi tanınan, indiki Dvayt Zalı rəflərində qorunurdu.
Gürcüstan Milli Əlyazmalar Mərkəzi
Gürcüstan Milli Əlyazmalar Mərkəzi (gürc. საქართველოს ხელნაწერთა ეროვნული ცენტრი; əvvəllər Əlyazmalar İnstitutu)- Gürcüstanın paytaxtı Tiflisdə yerləşən, qədim əlyazmaların, tarixi sənədlərin və görkəmli ictimai xadimlərin şəxsi arxivlərinin saxlanıldığı yer. Mərkəz 30 iyun 1958-ci ildə Gürcüstan Milli Muzeyinin Əlyazmalar şöbəsindəki kolleksiya əsasında yaradılıb. Mərkəzin təsisçisi və ilk direktoru Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor İlya Abuladze idi. Milli Əlyazmalar Mərkəzinin kolleksiyasına əlyazmalar, tarixi sənədlər, qədim çap olunmuş kitablar, nadir nəşrlər və müxtəlif ailə mirasları daxildir. Mərkəz elmi tədqiqatlar, sərgilər və bərpa işləri ilə bağlı müxtəlif layihələr həyata keçirir. Mərkəzdə və onunla birlikdə işləyən mütəxəssislər Mərkəzdəki materialların təsviri, sistemləşdirilməsi, tədqiqi və nəşri, habelə bu materialla əlaqəli məlumat bazasının yaradılması ilə məşğul olurlar. Mərkəz, həmçinin, zəngin akademik kitabxanaya malikdir və Korneli Kekelidze, İvane Cavaxişvili, İlya Abuladze, Niko Berdzenişvili, Elene Metreveli və Şalva Amiranaşvilinin xatirəsinə həsr olunmuş otaqları var. == Tarixi == Milli Əlyazmalar Mərkəzi 1958-ci ildə Gürcüstan Milli Muzeyinin Əlyazmalar şöbəsindəki kolleksiyaya əsaslanan "Gürcüstan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu" institutun ilk direktoru olmuş İlya Abuladzenin təşəbbüsü nəticəsində yaradılıb. 1962-ci ildə gürcü filoloqu və ədəbiyyat tarixçisi Korneli Kekelidzenin şərəfinə institutun adına "Kekelidze" sözü əlavə edildi.
I Şah Təhmasibin Xəmsə əlyazması
I Şah Təhmasibin Xəmsə əlyazması — 1539-1543 Səfəvi şahı I Təhmasibin sifarişi əsasında Şah Mahmud Nişapuri tərəfindən köçürülmüş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasıdır. Bu əlyazması həm də "Xəmsə əlyazması (1539-1543)" və "Britaniya Kitabxanası Or. 2265" adları ilə tanınır. Əlyazması Təbriz miniatür məktəbinin və Səfəvilər dövrünün ən məşhur miniatürçü rəssamları tərəfindən çəkilmiş 14 mininatürlə bəzədilmişdir. Miniatürlərin çəkilməsində Sultan Məhəmməd, Ağa Mirək, Mir Musavvir, Mirzə Əli, Müzəffər Əli kimi sənətkarlar iştirak etmişlər. Əlyazmasını tədqiq etmiş A. Qazıyev qeyd edir ki, "XVI əsr Təbriz miniatür məktəbinin yetirmələri olan bu beş rəssamın əlyazmasında yer almış əsərləri mühüm tarixi-bədii əhəmiyyət kəsb edir. Milli risin orijinal nümunələri kimi, bu miniatürlər bədii sənət nümunəsi olmaqla yanaşı etnoqraflar üçün də mühüm tədqiqat mənbəyidir." XVII əsrdə əlyazmasına Məhəmməd Zaman tərəfindən çəkilmiş daha üç miniatür əlavə edilmişdir. == Tarixi == === Tarixi-mədəni mühit === XVI əsrdə Yaxın Şərqin ən mühüm siyasi və mədəni mərkəzlərindən biri olan Təbrizdə Səfəvilər dövlətinin yaradılmasından sonra, uzun sürən daxili müharibələr nəticəsində dağıdılmış mədrəsə və kitabxanaların bərpa edilməsinə başlanıldı. Həmin dövrdə əsası qoyulmuş saray kitabxanası, mühüm bədii əsərlərin rəngarəng illüstrasiyalarla bəzədilmiş dəyərli əlyazma kitablarının toplanması və hazırlanması ilə məşğul olurdu. Kitabxana daxilində kitab incəsənəti ustalarının toplandığı bədii emalatxana da təşkil olunmuşdu.
Kumran əlyazmaları
Kumran əlyazmaları və ya Ölü dəniz perqamentləri — İudeya səhrasında yerləşən Kumran, vadi Murabbaat, Xirbət-Mird və digər mağaralarda, həmçinin Masada qalasında 1946–1956-cı illərdə tapılmış 972 mətndən ibarət manuskriptlərin ümumi adı. Həmin dövrdə Britaniya mandatı altında olan bu ərazilər hal-hazırda Qərb sahili adını daşıyır və 1967-ci ildən İsrail işğalı altındadır. Radiokarbon analizi nəticəsində bu əlyazmaların e.ə. 408-ci ildən eramızın 318-ci ilinədək olan dövrü əhatə etdikləri müəyyən edilmişdir. Hazırda bu əlyazmalar Qüdsdəki İsrail muzeyinin "Kitab məbədi" adlı bölməsində saxlanılır. Mətnlər ivrit, arami, yunan və nəbati dillərində, əksəriyyəti perqament üzrərində, kiçik bir hissəsi isə papirus və tunc üzərində yazılmışdır. == Xarici keçidlər == The Digital Dead Sea Scrolls hosted by the Israel Museum, Jerusalem Shrine of the Book Arxivləşdirilib 2012-07-28 at the Wayback Machine, home of the physical scrolls at the Israel Museum, Jerusalem The Leon Levy Dead Sea Scrolls Digital Library hosted by the Israel Antiquities Authority JerusalemSərgilər və akademik layihələrThe Dead Sea Scrolls: Mysteries of the Ancient World (2009) Arxivləşdirilib 2009-02-10 at the Wayback Machine at The Jewish Museum (New York) Dead Sea Scrolls facsimile of 1QIsa 1Qs and 1QpHab, Facsimile-editions.com Qumran Visualization Project, UCLA Timetable of the Discovery and Debate about the Dead Sea Scrolls, VirtualReligion.net Library of Congress On-line Exhibit, ibiblio.org Ancient Treasures and the Dead Sea Scrolls — Kanada Sivilizasiya Muzeyi Dead Sea Scrolls Arxivləşdirilib 2009-12-09 at the Wayback Machine — Ontario Kral MuzeyiMedia və akademik məqalələrThe Importance of the Discoveries in the Judean Desert Israel Antiquities Authority Pesher Technique: Dr. Barbara Thiering's Writings Barbara Thiering's (unconventional) theories connecting the scrolls with the Bible The Dead Sea Scrolls as a source on Palestine History of 1st century AD. Sergey E. Rysev. "Jannaeus, His Brother Absalom, and Judah the Essene," Stephen Goranson, on Teacher of Righteousness and Wicked Priest identities.
Təbabət və əczaçılıq işi üzrə orta əsr əlyazmaları (AMEA Əlyazmalar İnstitutu)
Təbabət və əczaçılıq işi üzrə orta əsr əlyazmaları — Bakıdakı Məhəmməd Füzuli adına AMEA Əlyazmalar İnstitutunda saxlanılır. Kolleksiyada təqribən 12 minə yaxın əlyazma var və bu sənəd irsinin əhəmiyyətli bir parçasıdır. Aşkar edilib ki, burada təbabət və əczaçılıqla bağlı 363 orta əsr əlyazması və 27 çap edilmiş qədim kitab vardır. Bunların 222-i fars dilində, 71-i türk dilində (qədim azəri dili və qədim türk dili), 70-i ərəb dilindədir. 2005-ci ildə əlyazmalardan üçü — İbn Sinanın "Tibb elminin qanunu" əsəri (II cild), Rüstəm Curcaninin "Nizamşahın ehtiyatları" əsəri, Əbu Əl-Qasım Əl-Zəhrəvinin "Əl-Məqalə əs-Sələsun" əsəri Azərbaycanda YUNESCO-un Dünya Sənəd İrsi "Dünyanın yaddaşı" siyahısına (ing. Memory of the World) daxil edilib. == Ümumi informasiya == AMEA Əlyazmalar İnstitutunun toplusuna 222-i fars dilində, 71-i türk dilində (qədim azəri dili və qədim türk dili), 70-i ərəb dilində olmaqla 363 təbabət və əczaçılıqla bağlı orta əsr əlyazması daxildir. Buradakı ən qədim əlyazmalardan biri İbn Sinanın "Tibb elminin qanunu" əsəridir. Bu əlyazmanın nüsxəsi 1143-cü ildə Bağdadda hazırlanıb və 1956-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının respublika fonduna verilib. Onunla birlikdə Qanunun 1259-cu ildə yenidən yazılmış ikinci əlyazması fonda təqdim edilib.
Xəmsə əlyazması (М—439)
Xəmsə əlyazması М-439 — Nizami Gəncəvi “Xəmsə”sinin iki poemasından ibrarət olan əlyazması nüsxəsi. Hazırda AMEA Əlyazmalar İnstitutunda saxlanılır. == Xüsusiyyətləri == Əlyazmasında “Xəmsə”yə daxil olan “Leyli və Məcnun” və “Yeddi gözəl” poemaları vardır. Əlyazmanın bir çox yerlərində tikmə zamanı düzülüşün pozulması müşahidə edilir. Mətnlər kalliqrafik nəstəliq ilə dörd sütun şəklində yazılmış və müxtəlif rəngli xətlərdən çərçivəyə alınmışdır. Əlyazmasının kağızı Orta Asiya mənşəlidir.Əlyazmasında Herat miniatür məktəbinə məxsus üç miniatür vardır. Əlyazma mətninin başlanğıcında rəngli divan vardır. Şərq mənşəli üzləməsi qəhvəyi rəngli dəridən hazırlanmış və romb formalı medalyonla bəzədilmişdir. Ölçüləri 14 × 24 sm olan 84 səhifəli əlyazması hicri 1110-cu ildə (1698/1699) hazırlanmışdır. == İstinadlar == == Ədəbiyyat == Хамсэ // Низами Гянджеви: Краткий справочник / Составитель Дж.
Xəmsə əlyazması (М—500)
Xəmsə əlyazması М-500 — Nizami Gəncəvinin bütün poemalarını özündə birləşdirən və XVII əsrdə yazılmış əlyazma. AMEA Əlyazmalar İnstitutunda saxlanılır. == Xüsusiyyətləri == Əlyazmanın siyahısı tam deyil və "İsgəndərnamə"nin "İqbalnamə" hissəsi yoxdur. Buna baxmayaraq, poemaların sıralanması ardıcıllığı ənənəvidir. Əlyazmasının səhifələrində dioqanal üzrə Əmir Xosrov Dəhləvinin "Xəmsə"si də yazılmışdır.Əlyazmasının mətni yüksək keyfiyyətli və krem rəngli parlaq şərq kağızı üzərində yaxşı keyfiyyətli nəstəliq xətti ilə iki sütun şəklində yazılmış və qızıl suyu ilə çəkilmiş iki xətlə çərçivəyə alınmışdır. Həmçinin səhifələrdəki yazı sütunları da oxşar iki sütunla bir-birindən ayrılmışdır. Başlıqlar isə qızıl suyu ilə süls xətti ilə yazılmışdır.Poemaların hər birinin başlanğıcında rəngarəng, çiçəkli bədii ünvan səhifəsi vardır. Ünvan səhifəsi qızıl suyu, lazur, kinovar və beyllərlə işlənmişdir. Əlyazmasının sonunda bir qəsidə də verilmişdir (699a−570b). Əlyazması müasir üzlənməyə malikdir.Paleoqrafik xüsusiyyətlərinə görə əlyazması XV əsrin I yarısına aid edilir.
Əlyazmalar yanmır (jurnal)
Əlyazmalar yanmır — AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun nəşr etdiyi beynəlxalq elmi jurnaldır. == Haqqında == Jurnal 2014-cü ildə İnstitutun Elmi Şurasının qərarı ilə təsis olunmuş, 13.01.2015-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Mətbu nəşrlərin reyestri"nə daxil edilmişdir (Reyestr №3940). Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət heyətinin 31.03.2017-ci il tarixli (Protokol № 06-R) qərarı ilə "Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı"nın filologiya elmləri bölməsinə daxil edilmişdir. "Əlyazmalar yanmır" jurnalı ildə 4 dəfə nəşr olunur. Jurnalda əlyazmaşünaslıq, mətnşünaslıq, mənbəşünaslıq, dilçilik, elm tarixi, folklor, ədəbiyyat nəzəriyyəsi, Azərbaycan ədəbiyyatı, əlyazmaların qorunması və s. ilə bağlı məqalələr dərc olunur. == Jurnalda əks olunan mövzular == Əlyazmaşünaslıq Mətnşünaslıq Mənbəşünaslıq Ədəbiyyatşünaslıq Dinşünaslıq Dilçilik Kitabxanaşünaslıq == Redaksiya Heyəti == İsa Həbibbəyli-akademik Möhsün Nağısoylu – AMEA-nın müxbir üzvü, akademik Aybəniz Əliyeva-Kəngərli – filologiya üzrə elmlər doktoru Paşa Kərimov – filologiya üzrə elmlər doktoru Salvatore Lorusso- bərpaşünaslıq üzrə elmlər doktoru, Boloniya Universitetinin professoru (İtaliya) Kamandar Şərifli – filologiya üzrə elmlər doktoru, professor Azadə Musabəyli – filologiya üzrə elmlər doktoru, professor Nəsib Göyüşov – filologiya üzrə elmlər doktoru Nailə Səmədova – filologiya üzrə elmlər doktoru Tahirə Həsənzadə – tarix üzrə elmlər doktoru, dosent Fərman Xəlilov – filologiya üzrə elmlər doktoru, professor Əzizağa Nəcəfzadə – filologiya üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərov – tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Babaxanova – tarix üzrə fəlsəfə doktoru, dosent Ülkər Hacıyeva – koordinator == Jurnalın sayları == "Əlyazmalar yanmır" №1, 2015 "Əlyazmalar yanmır" №1, 2016 "Əlyazmalar yanmır" №2, 2016 "Əlyazmalar yanmır" №1, 2017 "Əlyazmalar yanmır" №2, 2017 "Əlyazmalar yanmır" №1, 2018 "Əlyazmalar yanmır" №2, 2018 "Əlyazmalar yanmır" №1, 2019 (İngilis dilində xüsusi buraxılış) "Əlyazmalar yanmır" №2, 2019"Əlyazmalar yanmır" №1, 2020 "Əlyazmalar yanmır" №2, 2020 (İngilis dilində) "Əlyazmalar yanmır" №1, 2021 (İngilis dilində) "Əlyazmalar yanmır" №2, 2021 "Əlyazmalar yanmır" №1, 2022 "Əlyazmalar yanmır" №2, 2022 "Əlyazmalar yanmır" №1, 2023 == İstinadlar == 1.
Əlyazmalar İnstitutu
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. == Tarixi == Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar fondu) orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi 1950-ci ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əlyazmalar şöbəsi əsasında yaradılmışdır. 1945-ci ilə qədər Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutu binasında xüsusi bir otaq vardı ki, qapısında “Əlyazmalar şöbəsi” yazılan lövhə vurulmuşdu. Otağın rəflərində iki minə yaxın fars, ərəb, Azərbaycan dillərində kitab, bir neçə şairin, ədibin arxivi düzülmüşdü. 1950-ci ildə bu balaca şöbə Məmmədağa Sultanovun səyi nəticəsində müstəqil Respublika Əlyazmalar fonduna çevrilib. Əlyazmaların respublikamızda toplanması işinə hələ XX əsrin əvvəllərindən, sovet hakimiyyətinin ilk illərindən başlanmışdır. 1924-cü ilin 21-24 sentyabrında Bakıda Birinci Ümumazərbaycan diyarşünaslar qurultayı keçirildi. Burada mədəni quruculuqla əlaqədar başqa məsələlərlə yanaşı Azərbaycan Tədqiq və Tətəbbö cəmiyyəti nəzdində xüsusi əski çap kitabları və əlyazmalar şöbəsi olan elmi kitabxana təşkili məsələsinə də baxıldı. Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi 1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun əlyazmalar şöbəsinin əsasında yaradılmışdır. Ötən əsrin 80-ci illərində Respublika Əlyazmalar Fondu (RƏF) öz fəaliyyətində Akademiyanın institutlarından geri qalmır, akademik elmi-tədqiqat institutu kimi işləyirdi.
Süleymaniyyə Əlyazmaları Kitabxanası
Süleymaniyyə Kitabxanası — 1927-ci ildə İstanbulda Süleymaniyyə Məscidi mədrəsələrində qurulan kitabxana. I Süleymanın yaratdığı kitabxana bu kitabxananın əsasını təşkil etmişdir.Kitabxanada 106 kolleksiyada 70 min cild əlyazma və ümumilikdə 120 min çap əsəri var. Bunlardan 12.000 cild kitab türkcə, 50.000 cild ərəbcə, 3680 cild kitab fars dilindədilər.Süleymaniyyə Əlyazmaları Kitabxanası ən böyük şərq kitabxanalarından biridir. Kitabxananın kolleksiyasında VIII—XIX-cu əsrlərə aid 73 minə yaxın sənəd və 50 mindən çox çap kitabı var. == Tarixi == Süleymaniyyə kompleksi 1557-ci ildə tamamlandı. Əvvəlcə onun xüsusi kitabxanası yox idi, baxmayaraq ki, hər mədrəsənin öz kitabxanası vardır. 1924-cü ildə Sani mədrəsəsinin binası kitabxanaya, daha sonra Evvel mədrəsəsinin və ona bitişik ibtidai məktəb binası da kitabxanaya verildi. 1961-ci ildə bərpa şöbəsi yaradılmışdır.Türkiyədə tapılan və UNESCO-nun yaratdığı "Dünya yaddaşı"na daxil edilmiş 3 sənəddən biri olan İbn Sinanın əlyazmalarına da bu kitabxanada rast gəlinir. (İngilis siyahısı üçün: Dünya Reyestrinin Yaddaşı — Avropa və Şimali Amerika) == Fəaliyyəti == Kitabxana hər gün saat 9:00-dan 19:00-dək oxucular üçün açıqdır, giriş pulsuzdur, lakin əlyazmalarla işləmək üçün Mədəniyyət Nazirliyinin Kitabxanalar Baş İdarəsindən xüsusi icazə lazımdır.2001-ci ildən kitabxana fondları rəqəmsallaşdırılmağa başlayıb, 2009-cu ilə qədər isə 100.000-dən çox əsər rəqəmsallaşdırılıb. == Kolleksiyalar == Süleymaniyyə Əlyazma Kitabxanasındakı ən qiymətli kolleksiyalar Ayasofya, Bağdadlı Vehbi, Carullah, Damat İbrahim, Esad Əfəndi, Fatih, Hacı Mahmud, Həmidiyyə, Kılıç Əli, Laləli, Rəisülküttap, Süleymaniyyə, Şehid Əli və Yeni Məscid kolleksiyalarıdır.
Plazma
Tibbi termin üçün bax qanın plazmasıPlazma - müsbət və mənfi yüklü sərbəst zərrəciklərdən, neytral və ya qismən ionlaşmış atomlardan təşkil olunmuş elektrik cəhətdən neytral olan sistem. Yüksək dərəcədə ionlaşmış qaz halına da plazma deyilir. Terminini fizikaya 1923-cü ildə İrvinq Lənqmür daxil etmişdir. Müsbət yüklər müsbət ionlardan, mənfi yüklər isə əsasən elektronlardan (bəzən mənfi ionlardan) ibarətdir. Qaz atomlarının ionlaşması zərrəciklərin zərbəsi, elektromaqnit şüalanmasının təsiri və s. nəticəsində baş verir və ionlaşma dərəcəsi ilə xarakterizə olunur. Termodinamikasına və bir sıra digər xassələrinə görə plazma iki qrupa ayrılır: alçaq temperaturlu (qaz boşalması və ya qeyri-izotermik) plazma və yüksək temperaturlu (təbii və ya izotermik) plazma.
Vyazma
Vyazma — Rusiya Federasiyasında yerləşən şəhər. Smolensk vilayətinə daxildir.
Səsyazma akademiyası
Səsyazma Akademiyası (rəsmi olaraq Milli Səsyazma İncəsənəti və Elmləri Akademiyası; qısaldılmış NARAS) musiqiçilər, prodüserlər, səsyazma mühəndisləri və digər musiqi peşəkarlarından ibarət akademiyadır. O, bütün dünyada məşhur olan mahnı və musiqi sənayesindəki nailiyyətləri tanıyan Grammy Mükafatları ilə məşhurdur. Səsyazma Akademiyası missiyası musiqi tarixini və əhəmiyyətini qorumaq və öyrətmək olan Qremmi Muzeyinin, qeyri-kommersiya təşkilatının təsisçi tərəfdaşıdır. Səsyazma Akademiyası, həmçinin musiqi ictimaiyyətinin sağlamlığına və rifahına təsir göstərməyə xidmət etdiyini bildirən MusiCares xeyriyyə təşkilatını təsis etdi. Səsyazma Akademiyasının Advocacy komandası yerli, əyalət və federal səviyyələrdə musiqi yaradıcılarının hüquqları üçün lobbiçilik edir.
Səsyazma leyblı
Musiqi şirkəti və ya səsyazma şirkəti — musiqi yazıları və musiqi videoları bağlı brend və ya ticari quruluş. Çox vaxt əsərlərin nəşrində, istehsal prosesi, istehsalı, paylanması, təbliği, müəllif hüquqlarının izlənməsi, yeni sənətkarların aşkarlanması və inkişafı və sənətkarlarla müqavilə bağlama işlərində iştirak edir.
Səsyazma studiyası
Səsyazma studiyası — mahnıların, səslərin yazıldığı və miks edildiyi yer. Studiya mümkün olan ən yaxşı səs keyfiyyətinə sahib olmaq üçün akustika üzrə mütəxəssislər tərəfindən dizayn edilmişdir.
Səsyazma şirkəti
Musiqi şirkəti və ya səsyazma şirkəti — musiqi yazıları və musiqi videoları bağlı brend və ya ticari quruluş. Çox vaxt əsərlərin nəşrində, istehsal prosesi, istehsalı, paylanması, təbliği, müəllif hüquqlarının izlənməsi, yeni sənətkarların aşkarlanması və inkişafı və sənətkarlarla müqavilə bağlama işlərində iştirak edir.
Səsyazma prodüseri
Musiqi prodüseri və ya səs prodüseri — musiqi əsərlərinin hazırlanması və istehsalından məsul şəxs, səsyazma layihəsinin yaradıcı və texniki tərəflərinə nəzarət, studiya vaxtını idarə edən şəxsdir. Musiqi prodüseri musiqi ifaçılarının seçilməsi, mahnı ideyalarının hazırlanması, melodiyalar bəstələmək, səsyazma studiyasında işləyərkən musiqiçilərə mentorluq edən, səsyazma, miks və masterinq prosesinə nəzarət edən şəxsdir. Musiqi prodüseri icraçı prodüserdən fərqlənir. İcraçı prodüser musiqiçinin karyerasını idarə edən və hüquqi dəstəyindən, leybllar ilə əməkdaşlıqdan, reklam təbliğatından, sifarişdən, qastrol fəaliyyətlərindən və s. məsul şəxsdir. Səsyazma prodüseri fikir toplamaq, musiqi bəstələmək, sessiya musiqiçilərini seçmək, mahnı aranjımanında dəyişikliklər təklif etmək, ifaçılara məşqçilik etmək, seanslara nəzarət etmək, səslərin mikslənməsinə nəzarət etmək və bəzi hallarda masterinqə nəzarət etmək daxildir.
Topqapı əlyazması
Topqapı əlyazması və ya Topqapı Quranı hicri təqvim ilə II əsrin əvvəllərinə (miladi VIII əsr) aid olan Quranın erkən əlyazmasıdır. Bu əlyazma İstanbulda, Topqapı Sarayı Muzeyində saxlanılır. Bu əlyazma ənənəvi olaraq Osman İbn Affana aid edilir. Bu əlyazmanın ölçüsü 41 — x 46 santimetrdir. Quranın tam mətninin 99%-dən çoxunu ehtiva edir. Cəmi iki səhifəsi (23 ayə) çatışmayan bu əlyazma Quranın tam mətninə ən yaxın olanıdır. Misir valisi Mehmed Əli Paşa bu əlyazmanı XIX əsrdə Osmanlı Sultanı II Mahmuda hədiyyə olaraq göndərmişdir.Əlyazmanın Paleoqrafik təhlili onun VIII əsrə aid yazılara uyğun gəldiyini göstərir.
Plazma ekran
Plazma ekran bir göstərmə paneli növüdür. 30 düyüm (76 sm) və daha yuxarı ölçüdəki ekranlar üçün məsləhət görülür. Ümumi strukturlarını içlərində sıxışdırılmış ionlu qaz olan elektrik yüklü görünüş hüceyrələri meydana gətirir. == Ümumi xüsusiyyətlər == Plazma ekranlar görünüşü birbaşa ekran hüceyrələrindən yayırlar. Bu xüsusiyyət sayəsində ekran üzərinə enən görünüş kadrı üzərində detal itkisi və ya kəskinlik meydana gəlmir. Görünüş parçacıqları eyni anda birbaşa yayımlandığı üçün xüsusilə hərəkətli görünüşlərdə gözlə görünən bir axıcılıq meydana gəlir. Bununla birlikdə ekranın izlənmə bucağı 175 dərəcəyə qədər yüksəldiyi kimi rəngdə və kontrastda itkilər meydana gəlmir. Plazma ekranlar LED ekranlara görə daha çox enerji xərcləyərkən, LED ekranlarla eyni nisbətdə güc sərf edir. Plazmalarda bir piksel işıqlanması üçün tək bir plazma hüceyrəsinin işıqlanmasına ehtiyac duyulur. Qara görünüş o hüceyrənin sönməsi ilə təmin edildiyi üçün qara rənglər gerçəyə çox yaxın görünür.
Plazma kimyası
Plazmokimya plazmada gedən prosesləri öyrənir. Plazma ionlaşmış qarışıqdır. Az ionlaşmış və ya aşağı temperaturlu və yüksək temperaturlu plazmaya bölünmə var. Plazmokimyəvi proseslər 1000-100000C temperatur intervalında aparılır. Bu proseslər yüklənmiş və ya həyəcanlanmış hissəciklərin toqquşması ilə baş verir və yüksək sürətə malikdir. Plazmokimya proseslərində kimyəvi rabitənin yenidən paylanması yüksək sürətlə baş verir. Kimyəvi çevrilmənin elementar aktları təqribən 10−6 saniyə ərzində baş verir və dönməyən proseslərdir. Belə reaksiyalar adi zavod treaktorlarında, dönər proseslər səbəbindən, min və milyon dəfələrlə zəifləyir. Plazmokimya prosesləri yüksək məhsuldarlığı ilə seçilir. Metan plazmotronu 65 sm uzunluğu və 15 sm diametri olmasına rəğmən gündə 75 ton asetilen istehsal edir.
Amerika Səsyazma Sənayesi Birliyi
Amerika Səsyazma Sənayesi Birliyi (ing. The Recording Industry Association of America (RIAA)) — ABŞ — da səsyazma industriyası ilə məşğul olan şirkət.
Elayza Teylor
Elayza Teylor (ing. Elayza Jane Taylor-Cotter, 24 oktyabr 1989-cu ildə anadan olub) — "100" serialında Klark Qriffin rolu ilə tanınan avstraliyalı aktrisa. == Bioqrafiya == Elayza Teylor Melburnda anadan olub. Bir qardaşı və iki bacısı var. Onun anası qrafik dizayner, atası isə keçmiş stend-up komediyaçısıdır. "Calder High" məktəbində oxuyub. O yeniyetmə vaxtlarında dəniz bioloqu olmaq istəyirdi. == Karyera == Elayza karyerasına hələ yeniyetmə ikən Avstraliyanın "Pirat adaları" və "Gecə əyləncəsi" serialında baş rollarla başlayıb. 2005-ci ildə o, 2008-ci ilə qədər Janai Timmins rolunu oynadığı "Network Ten "Qonşular"" adlı sabun operasına qoşuldu. Taylor şoudan ayrıldıqdan sonra Böyük Britaniyaya getdi və burada bir filmdə rol aldı.2013-cü ilin əvvəlində ABŞ-da heç bir iş təcrübəsi olmayan Taylor The CW-nin postapokaliptik serialı olan "100"da baş rola çəkildi.
Elyana Boal
Elyane Boal (d. 28 aprel 1998) — Kabo-Verdeni təmsil edən bədii gimnast. Elyana Boal 2016-cı ildə Kabo-Verdeni XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Elyane Boal 2016-cı ildə Kabo-Verde bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 38.640 xal topladı və sonuncu, 26-cı yeri tutaraq mübarizəni dayandırdı.
Elyaz Babayev
Elyaz Babayev (Babayev Elyaz Piri oğlu; d. 26 yanvar 1947, Qafan) — azərbaycanlı alim, Texnika elmləri doktoru, professor. “Arobella Medical, LLC” şirkətinin prezidenti və təsisçilərindən biri. == Haqqında == Elyaz Babayev 26 yanvar 1947-ci ildə Qərbi Azərbaycanın Qafan şəhərində anadan olmuşdur. 1964-cü ildə Qafan şəhərindəki 1 saylı orta məktəbi qızıl medalla başa vurmuş, elə həmin il Azərbaycan Politexnik İnstitutuna (indiki Texniki Universitetə) daxil olmuşdur. 1969-cu ildə bu ali məktəbin qaynaq istehsalının texnologiyası və avadanlığı fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. O, bu ali məktəbdə əvvəlcə assissent, baş müəllim, sonra dosent və professor vəzifələrində çalışmışdır. 1972-ci ildə Moskva N.Bauman adına Ali Texniki məktəbin aspiranturasına qəbul olunmuşdur. 1975-ci ildə "Canlı bioloji toxumaların ultrasəslə qaynağı, kəsilməsi, emalı və biotexnologiyası" mövzusunda dissertasiya müdafiə edib, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1976-cı ildən keçmiş SSRİ-nin İxtiralar və Kəşflər Komitəsi tərəfindən qeydiyyatdan keçmiş və xüsusi diploma layiq görülmüş, “İnsan və heyvanın canlı sümük toxumalarında daxili gərginliklərin mövcudluğu" adlı elmi kəşfin müəllifidir.Professor Elyaz Babayevin bu elmi kəşfi əsasən 1970-ci illərdə ultrasəslə sümüklərə təsir göstərmək istiqamətində apardığı araşdırmalar və eksperimentlər zamanı baş vermiş mürəkkəb dəyişikliklərin öyrənilməsi vaxtı müəyyən edilmişdir.
Elyaz Qarayev
Elyaz Vəli oğlu Qarayev (20 oktyabr 1998, Dəymədağlı, Bərdə, Azərbaycan — 28 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elyaz Qarayev 20 oktyabr 1998-ci ildə Bərdə rayon Dəymədağlı kəndində anadan olub. Ailədə bir bacı, bir qardaş olublar… Atası Elyaz 13 yaşında olarkən vəfat etmişdir. 2005–2016 illərdə orta məktəbdə oxuyub. 2016–2018-ci illlərdə hərbi xidmətini çəkmisdir. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Səfa Qaraxanov Füzuli və Hadrutun azad edilməsində savaşıb. Oktyabrın 28-i Füzulidə şəhidlik zirvəsinə ucalıb. Bərdədə torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyaz Qarayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyaz Qarayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyaz Qarayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyaz Qarayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Hacı Elyaz
Hacı Elyaz, İpəkli, Masis sovxozu — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Hacı İlyas formasında, Qafqazın 5 verstlik xəritəsində Hacı Eylyaz formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Hacı Eylaz, Eylas formalarında qeyd edilir. Kəndin adı xalq arasında Hacı Elləz formasında işlədilirdi. Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı dəyişdirilib İpəkli qoyulmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.IV.1946-cı il fərmanı ilə yenidən dəyişdirilib «Masis sovxozu» qəsəbəsi adlandırılmışdır.