ELYAZ

elin baharı, elin yazı; elin sevinci.
ELYANURA
ELZA
OBASTAN VİKİ
Elyaz Babayev
Elyaz Babayev (Babayev Elyaz Piri oğlu; d. 26 yanvar 1947, Qafan) — azərbaycanlı alim, Texnika elmləri doktoru, professor. “Arobella Medical, LLC” şirkətinin prezidenti və təsisçilərindən biri. == Haqqında == Elyaz Babayev 26 yanvar 1947-ci ildə Qərbi Azərbaycanın Qafan şəhərində anadan olmuşdur. 1964-cü ildə Qafan şəhərindəki 1 saylı orta məktəbi qızıl medalla başa vurmuş, elə həmin il Azərbaycan Politexnik İnstitutuna (indiki Texniki Universitetə) daxil olmuşdur. 1969-cu ildə bu ali məktəbin qaynaq istehsalının texnologiyası və avadanlığı fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. O, bu ali məktəbdə əvvəlcə assissent, baş müəllim, sonra dosent və professor vəzifələrində çalışmışdır. 1972-ci ildə Moskva N.Bauman adına Ali Texniki məktəbin aspiranturasına qəbul olunmuşdur. 1975-ci ildə "Canlı bioloji toxumaların ultrasəslə qaynağı, kəsilməsi, emalı və biotexnologiyası" mövzusunda dissertasiya müdafiə edib, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1976-cı ildən keçmiş SSRİ-nin İxtiralar və Kəşflər Komitəsi tərəfindən qeydiyyatdan keçmiş və xüsusi diploma layiq görülmüş, “İnsan və heyvanın canlı sümük toxumalarında daxili gərginliklərin mövcudluğu" adlı elmi kəşfin müəllifidir.Professor Elyaz Babayevin bu elmi kəşfi əsasən 1970-ci illərdə ultrasəslə sümüklərə təsir göstərmək istiqamətində apardığı araşdırmalar və eksperimentlər zamanı baş vermiş mürəkkəb dəyişikliklərin öyrənilməsi vaxtı müəyyən edilmişdir.
Elyaz Qarayev
Elyaz Vəli oğlu Qarayev (20 oktyabr 1998, Dəymədağlı, Bərdə, Azərbaycan — 28 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elyaz Qarayev 20 oktyabr 1998-ci ildə Bərdə rayon Dəymədağlı kəndində anadan olub. Ailədə bir bacı, bir qardaş olublar… Atası Elyaz 13 yaşında olarkən vəfat etmişdir. 2005–2016 illərdə orta məktəbdə oxuyub. 2016–2018-ci illlərdə hərbi xidmətini çəkmisdir. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Səfa Qaraxanov Füzuli və Hadrutun azad edilməsində savaşıb. Oktyabrın 28-i Füzulidə şəhidlik zirvəsinə ucalıb. Bərdədə torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyaz Qarayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyaz Qarayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyaz Qarayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyaz Qarayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Hacı Elyaz
Hacı Elyaz, İpəkli, Masis sovxozu — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Hacı İlyas formasında, Qafqazın 5 verstlik xəritəsində Hacı Eylyaz formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Hacı Eylaz, Eylas formalarında qeyd edilir. Kəndin adı xalq arasında Hacı Elləz formasında işlədilirdi. Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı dəyişdirilib İpəkli qoyulmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.IV.1946-cı il fərmanı ilə yenidən dəyişdirilib «Masis sovxozu» qəsəbəsi adlandırılmışdır.

Digər lüğətlərdə

изме́ною метри́ческий по-бельги́йски рассу́док убыстря́ть ультимати́стский распо́рка фосфори́ческий черепи́ца шине́льный полата тулукса dog-licence fundament ice-cream chair indictee mismeasure notitiae octavus overfill religion кастаньеты наполняться органичный пристроиться