Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əsməd Muxtarova
Əsməd İmamməmməd qızı Muxtarova (d. 1944, Buzovna, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin "Türk xalqları tarixi" kafedrasının müdiri, "Tarix və onun problemləri" nəzəri, elmi, metodik jurnalının təsisçisi və baş redaktoru. == Həyatı == 1944-cü ildə Bakı şəhəri Buzovna qəsəbəsində anadan olub. Buzovna qəsəbəsində 125 saylı orta məktəbdə təhsil alıb. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1974-cü ildə "Azərbaycan SSR-də ali təhsilin inkişafı (1959–1965-ci illər)" adlı namizədlik dissertasiyasını müdafiə edib. 1991-ci ildə "Azərbaycan SSR-də kənd təsərrüfatı fəhlələri" adlı doktorluq dissertasiyasını müdafiə edib. == Fəaliyyəti == 1967–1970-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin əyani aspirantı olub. 1971-ci ildən həmin fakültədə "SSRİ tarixi" kafedrasında çalışır. 1992-ci ildən "Türk və Qafqaz xalqları tarixi kafedrası"nda çalışır.
Əhməd Əsəd Uras
Əhməd Əsəd Uras (türk. Əhməd Əsəd Uras, əsl adı türk. Ahmet Esat Uras; 1882, Amasya – 11 yanvar 1957 və ya 1957, Ankara) — türkiyəli siyasətçi. == Həyatı == 1882-ci ildə Amasiyanın Qumacıq məhəlləsində doğulmuşdur. Ataları vaxtilə Şirvan-Kürdəmir bölgəsindən gəlmiş, Şirvanzadələr ailəsinə mənsubdurlar. Şamaxıdan Amasiyaya gələn babası İsa Ruhi Əfəndi Mövlanə İsmayıl Şirvanizadənin qardaşı oğlu və kürəkənidir. Əsəd Urasın atası Hacı Nuri bəy Osmanlı dövlətində qazı olub.Əsəd Uras ilk təhsilini Fateh Əsgəri rüşdiyyəsində və Vəfa Edadisində alıb. 1904-cü ildə Mülkiyə məktəbinin siyasi elmlər fakültəsini bitirib. Bir müddət İzmir liseyində fransız dili müəllimi olaraq çalışıb. Sonralar isə Mudurnu, Zonquldak, Ahtabolu və Van ilçələrində kaymakam vəzifəsini daşıyıb.
Səməd
Səməd — Azərbaycanlı kişi adı. Səməd Vurğun — Azərbaycan şairi, Azərbaycanın ilk xalq şairi (1956). Səməd bəy Mehmandarov — Rusiya İmperator ordusunun tam artilleriya generalı.
Əhməd
Əhməd — Kişi adı. Əhməd Yəsəvi — Əhməd Hüseynzadə — Əhməd bəy Ağaoğlu — ictimai xadim, jurnalist, pedaqoq Əhməd şah Qacar — Yəzid ibn Əhməd — Şirvanşahlar dövlətinin onuncu hökmdarıƏhməd ƏhmədovƏhməd Əhmədov (mühəndis) — texnika elmləri namizədi, dosent. Əhməd Əhmədov (Ruminski) — Azərbaycan teatr və kino aktyoru, şair və dramaturq. Əhməd Əhmədov (İman oğlu) — Sumqayıt hadisələrinin təşkilatçısı kimi güllələnən azərbaycanlı. Əhməd Əhmədov (aktyor) — aktyor. Əhməd Əhmədov (general) — Naxçıvanın Daxili İşlər naziri, polis general-leytenantı. Əhməd Əhmədov (geoloq) — azərbaycanlı neftçi-geoloq. Əhməd Əhmədov (dövlət xadimi) — Tarix, Dil və Ədəbiyyat İnstitutunun direktoru. Repressiya qurbanı.DigərƏhməd (Əbyəlil) — Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Kirdasov kənd sovetliyinə daxil olan kənd.
Əsmə
Əsmə (lat. Anemone) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Bu bitkinin adı yunanca "anemonos" sözündən götürülmüşdür, mənası "külək" deməkdir. Şimal yarımkürəsinin mülayim iqlim zonalarında və rayonlarında bitən əsmənin 120 növü məlumdur. Bitkinin mədəni formalarının 50 növü yaşıllaşdırmada istifadə olunur. Taclı əsmə (A. coronaria) qalın, ətli kökümsovlu, düzgövdəli, kök üstündə olan yarpaqlı, rozetli və tək, iri çiçəklıri olan çoxillik bitkidir. Çiçəklərin rəngi müxtəlif: ağ, çəhrayı, qırmızı, mavi ya da bənövşəyi olur. Əkindən əvvəl əsmənin kök yumrularını isti suda 24 saat islatmaq lazımdır. Əsmənin kök yumrusunu bir neçə hissəyə bölməklə çoxaltmaq olar. Hər hissədə bir tumurcuq olmalıdır.
Abış Əhməd
Abış Əhməd (fars. آبش احمد‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanında yerləşən şəhər. Təbrizdən 273 kilometr şimal-şərqdə yerləşir və Hurand şəhərilə 54 kilometr məsafəsi var. Şəhərin qədim adı Əhmədli / Əhmədlu olmuşdur. Kənd qalası və Şahzadə Qasım imamzadəsi şəhərin tarixi abidələrindəndir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 2329 nəfər yaşayır (526 ailə).
Akif Səməd
Akif Səməd (22 iyul 1959, Qazax rayonu – 6 iyul 2004, Bakı) — Azərbaycanlı şair, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1997). == Həyatı == Məmmədov Akif Səməd oğlu 1959-cu il iyulun 22-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1976-1982). 2004-cü il iyulun 6-da Bakıda vəfat etmiş, doğma Aslanbəyli kəndində torpağa tapşırılmışdır. == Yaradıcılığı == "Gənc müəllim" qəzeti və "Mərhəmət" jurnalı redaksiyalarında işləmiş, Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor vəzifəsində çalışmışdır. Tələbəlik illərindən bədii yaradıcılıqla ciddi məşğul olmuşdur. Şeirləri dövri mətbuatda dərc edilmişdi. "Qiblə yelləri" (1992), "Uzaqlardan gəlirik" (1994), "Adəmdən" (1995), "Özümə yol" (1996) kitabları nəşr olunmuşdur. === Əsərləri === "Qiblə yelləri" (1992), "Uzaqlardan gəlirik" (1994), "Adəmdən" (1995), "Ömrü özünə yaşasan" (1996) "Özümə yol" (2004) == Mənbə == XX əsr Azərbaycan yazıçıları,Ensiklopedik məlumat kitabı. Bakı, 2011.
Aşıq Əhməd
Aşıq Əhməd (XIX əsr, Güvəndik) — XIX əsr Azərbaycan aşığı. == Həyatı == Aşıq Əhməd Tovuz rayonunun Güvəndik kəndində anadan olan aşığın doğum və ölüm tarixi dəqiq məlum deyil. Şeirlərində çar rejimini tənqid etdiyi üçün ömrü boyu təqiblərə məruz qalmış, bu səbəbdən dövrün digər qaçaqları kimi ömrünün çoxunu dağlarda keçirmiş və şeirlərinin çoxu günümüzə gəlib çatmamışdır. Əlimizdə olan şeirləri o dövrün aşıqlarının yaddaşlarında qorunub saxlanılanlardır. Şeirlərində əsasən bəxtindən, sevdasından, istəklərinə, arzularına qovuşa bilmədiyindən şikayət edir.
Benazir Əhməd
Benazir Əhməd (1 oktyabr 1963) — Təcili cavab batalyonunun (RAB) və 2014-cü ildən bəri Banqladeş Milli Polisinin rəhbəri. == Həyat və fəaliyyəti == Dakaka Universitetinin tibb fakültəsində İngilis mütəxəssislərinin, magistr, bakalavr, sonra tibb elmləri namizədi olan xüsusi bir proqrama əsasən təhsil aldı. Dakada Polis Akademiyasını bitirdikdən sonra Kişoreganj şəhərinin rayon şöbəsində Banqladeş Daxili İşlər Nazirliyinin əməkdaşı oldu. Bir neçə il sonra müvəqqəti olaraq polis xidmətindən ayrıldı və sosiologiya dosenti olaraq əlavə institusional mənsubiyyət aldı. Tezliklə Daka Polis Akademiyasında Baş Təlimatçı və Tanqaylda yerləşən təlim hərbiyyə mərkəzinin komendantı vəzifələrini aldı. Qısa müddət Banqladeş Polis Qərargahında Maliyyə Sistemi və İdarə Əməliyyatları Sistemi Başçısı olaraq çalışdı. 2013-cü ildə Dakka Polis Komissarı vəzifəsinə yüksəlmişdir. Xaricdə, o, BMT-nin Kosovadakı silahsız beynəlxalq hərbi müşahidəçilərinin bir hissəsi idi və bir müddətdir UNMIBH sülhməramlıları ilə Bosniya və Herseqovinada asayişi izləmişdir. Digər ölkələrdə çoxsaylı təcrübə keçib, o cümlədən: Asiya-Sakit Okean Təhlükəsizlik Tədqiqatları Mərkəzində (Havay, ABŞ) İnteqrasiya Terrorizm dərəcəsi ilə. Avstraliya Federal Polis Universitetində (Kanberra, Avstraliya) cinayət kəşfiyyatı dərəcəsi ilə.
Bilal Əhməd
Bilal Əhməd (tam adı: Bilal Mahmud oğlu Əhməd; 1884, Pirşağı, Bakı qəzası – 1944, Kirovabad) — Türk İşçi Teatrı və Azərbaycan Dövlət Dram Teatrının ilk baş rejissoru və direktoru, Əməkdar artist, dramaturq, yazıçı, tərcüməçi, teatr və kino xadimi, aktyor. == Həyatı == Bilal Əhməd 1884-cü ildə Bakının Pirşağı kəndində dünyaya gəlib. Atası Kərbəlayı Mahmud öz dövrünün məşhur həkimi olub. Anası Çeşmi xanım isə adlı-sanlı "Məmməd Səfi" nəslindən idi. İlk təhsilini mollaxanada alan Bilal Əhməd ərəb-fars dillərini mükəmməl öyrənir. Daha sonra o, Bakı gimnaziyasına qəbul olur və 1907-ci ildə gimnaziyanı fərqlənmə ilə bitirir. Gimnaziyada oxuduğu illərdə rus və alman dillərini öyrənir. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bilal Əhməd Azərbaycan hökuməti tərəfindən Leninqrad (Sankt-Peterburq) İncəsənət İnstitutuna oxumağa göndərilir. Repressiya qurbanı olan Bilal Əhməd 1937-ci ildə həbs olunur. Heç bir günahı olmadığı üçün doqquz aydan sonra onu həbsxanadan buraxırlar.
Bürhanəddin Əhməd
Qazi Bürhanəddin (1345, Kayseri – 1398, Sivas) — mənşəcə Azərbaycan türklərindən olan XIV əsrin məşhur şairi, dövlət xadimi və alim. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Qazi Bürhanəddin Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Görkəmli dövlət xadimi, məşhur sərkərdə və şair Qazi Bürhanəddin 1344-cü il-də Qeysəriyə şəhərində dünyaya göz açmışdır. O, mənşəyinə görə, qədim türk-oğuz boylarından sayılan Salur tayfasına mənsub idi. Belə bir ehtimal da var ki, onun qədim babaları Xarəzmdən gəlmişdilər. Şairin adı Əhməd, künyəsi Əbülabbas, təxəllüsü isə Qazi Bürhanəddin idi. O, irsən keçən qazilik hüququna malik, yüksək savad dərəcəsi və əsl-nəcabəti ilə məşhur olan bir ailədən idi. Qeysəri şəhərinin qazıları Cəlaləddin Həbib, Hüsaməddin Hüseyn, Siracəddin Süleyman bu nəsildəndirlər. Onun babası Siracəddin Süleyman Anadoluda yaradılmış Ərətna bəyliyinin banisi Ələddin Ərətnanın sarayında yaşamış və bəyliyin siyasi həyatında mühüm rol oynamışdır. Şairin atası Şəmsəddin Məhəmməd də öz dövrünün məşhur qazilərindən sayılır.
Bəy Əhməd
Bəy-Əhməd Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində el adı. == Toponimkası == Bəy-Əhməd- Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində el adı.Mənbədə bu kiçik elin (camaatın) Dəmirçi Həsənli tayfasına mənsub olması göstərilir (yenə orada) Əsli Beq Əhməd.
Dilqəm Əhməd
Dilqəm Əhməd (3 dekabr 1985, İrəvan) — azərbaycanlı jurnalist, araşdırmaçı, yazıçı və kolleksiyaçı. 2019-cu il mayın 27-də "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalına layiq görülüb. == Həyatı və təhsili == Dilqəm Əhməd 1985-ci il dekabrın 3-də İrəvan şəhərində anadan olub. 1988-ci ildə ailəsi İrəvandan deportasiya edilib və onlar Sumqayıt şəhərinə köçüblər. 1992-ci ildə Sumqayıt şəhərİNDƏ 33 saylı orta məktəbdə ibtidai təhsil almağa başlayıb. 1999-cu ildən təhsilini Bakı şəhəri 246 saylı məktəb-liseydə davam etdirib. 2003–2007-ci illərdə Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakultəsində politologiya ixtisası üzrə bakalavr təhsili alıb. “Üzeyir Hacıbəyovun ictimai-siyasi görüşləri” mövzusunda elmi iş yazaraq, universiteti fərqlənmə diplomu ilə bitirib. 2007–2008-ci illərdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olub. 2008-2010-cu illərdə Bakı Dövlət Universitetində sosial iş ixtisası üzrə magistr təhsili alıb.
Faiq Əhməd
Faiq Əhməd (d. 1982, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — Azərbaycan müasir incəsənət rəssamı. Faiq Əhməd Azərbaycan xalçalarının zəngin naxışlarını və dizaynlarını öyrənir, milli mədəniyyətə və rəssamlıq ənənələrinə əsaslanaraq, nadir və müasir məhsullar yaradır. Bundan istifadə edərək Faiq Əhməd xalçaların dizaynını müasir əsərlərə çevirir. == Fəaliyyəti == 2004-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını heykəltəraşlıq ixtisası üzrə bitirib. Faiq Əhməd Azərbaycanı Venesiya Biennalesində təmsil etmişdir: öncə 2007-ci ildə Azərbaycan pavilyonu burada ilk dəfə təqdim olunduqdan, sonra 2013-cü ildə “Love Me, Love Me Not” adlı ekspozisiya keçirildikdə; 2018-ci ildə Merkosur Birliyi ölkələrinin 11-ci Biennalesində də Azərbaycanı təmsil etmişdir. Sənətkar özünün konseptual əsərləri ilə məşhurdur. Həmin əsərlərində o, müasir incəsənətə aid heykəltəraşlıq nümunələri yaratmaq üçün xalq sənəti ənənələrindən və ələlxüsus xalçaçılıq sənətinin vizual dilindən istifadə edir. O, ənənə və stereotipləri müəyyən tərkib hissələrə ayıraraq xalq sənəti haqqında təsəvvürümüzü yeniləyir. Qədim əsnaflıq irsimizi yeni vizual sərhədlərə çıxarır.
Gödək Əhməd
Əbül Nasir Gödək Əhməd (1476, Konstantinopol – 13 dekabr 1497 və ya 1497, İsfahan) — Ağqoyunlu dövlətinin VI hökmdarı. Həsən bəy Rumlu Əhsənüt-təvarix əsərində Gödək Əhmədlə bağlı yazırdı: "O, həmin ilin qışında öldürüldü. Onun hakimiyyəti altı ay davam etdi. Bədən quruluşuna gəlincə; üzü son dərəcə qırmızı və ağ, əlləri və ayaqları qısa idi. Bu səbəbdən Əhməd gödək adı ilə tanınırdı". == Həyatı == Ağqoyunlu Əhməd bəy mənbələrdə Əhməd Mirzə, Sultan Əhməd, Gödək Əhməd ünvan və ləqəbləri ilə tanınır. O, Uzun Həsənin nəvəsi, Uğurlu Məhəmmədin isə oğlu idi. Uğurlu Məhəmməd atasına qarşı 1474-cü ildə döyüşdə məğlub olduqdan sonra Osmanlı dövlətinə sığınmışdı. Fateh Sultan Mehmed də onu qızı Gövhərxan Sultan ilə evləndirərək onları Sivas bəyliyinə göndərir. Uğurlu Məhəmməd bəy Səlcuqşah Bəyimin təşkil etdiyi sui qəsd nəticəsində Ərzincana gedərək orada öldürülür.
Günay Əhməd
Günay Əhməd — Azərbaycanın teatr və kino aktrisası. == Həyatı == Gunay Əhməd 1985-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olub. 1987-ci ildə ailəsi ilə birgə Rusiyann Kursk vilayətinə daha sonra 1992-ci ildə Bakı şəhərinə köçürlər. 1992-ci ildə "Karate Do" daha sonra Azərbaycan milli rəqslərinin sirrlərini öyrənir. 2002–2005-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun "Kütləvi tədbirlər rejissor" fakültəsində təhsil alır.2005–2006-cı illərdə Cabir Novruz Fondunun nəznində "CNF production"da prodüsser kimi çalışıb. Həmin illərdə bir neçə klip ve reklamlarda çəkilir.2012-ci ildən aktrisa kimi fəaliyyətinə davam edir. İlk çəkildiyi serial "Sirr"serialı olur. 2014-cü ildə xalq artisti Pərviz Məmmədrzayevin köməyi ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının nəznində yaranan studiyada fəaliyyət göstərib. 2015-ci ildə xalq artisti Vidadi Həsənovun yaratdığı "M-Teatr"in üzvü olur. Hazırda "M-Teatr" ilə yanaşı seriallarda ve filmlərdə çəkilir.
Həcərul-əsvəd
Qara daş (Ər: الحجر الأسود, Həcərül Əsvəd, Həcər: Daş, Əsvəd isə: Qara) — Məkkədə Kəbənin bir bucağında yerləşdirilmişdir. Müsəlmanlar bu daşın Cənnətdən endirildiyi inancındadırlar. == Qara daşın yerinə qaytarılması == İbn İşaqın məlumatına görə 605-ci ildə Məhəmməd( s.a.s) Kəbənin divarındaki Qara Daşın yerləşdirilməsində iştirak etmişdi. Qara Daş Kəbənin bərpası zamanı çıxardılmışdı. Məkkənin rəhbər şəxsləri kimin Qara Daşı yerinə qaytarması barədə qərara gələ bilmirdilər. Ən nəhayətdə qərara aldılar ki, qapıdan daxil olan bir sonraki adam Qara Daşı yerinə qaytarmaq səlahiyyətinə malik olsun. Bu zaman Məhəmməd(s.a.s) qapıdan içəri daxil oldu. Beləliklə, Məhəmməd(s.a.s) daşı bir parçanın ortasına yerləşdirdi. Digərləri isə kənarlarından tutdular və birlikdə Qara Daşı apardılar. Sonra isə Məhəmməd(s.a.s) daşı yerinə yerləşdirdi.
Həmzə Əhməd
Həmzə Əhmədoğlu (29 may 1939, Bakı – 27 yanvar 2008) — Azərbaycan operatoru, aktyor. == Həyatı == Həmzə Əhmədoğlu 29 may 1939-cu ildə Bakıda anadan olub. Odessa Kinematoqrafiya İnstitutunu bitirib (1960). Əməkdar mədəniyyət işçisi (2007) idi. Həmzə Əhmədoğlu 2008-ci ildə vəfat edib. == Filmoqrafiya == Afroditanın qolları (film, 1987) (qısametrajlı bədii film) Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin operatoru Asif, Vasif, Ağasif (film, 1983) Aşkarsızlıq şəraitində... (film, 1986) Bağ mövsümü (film, 1985) Bəyin oğurlanması (film, 1985) Birisigün, gecəyarısı... (film, 1981) Bizi bağışlayın (film, 1979) Cin mikrorayonda (film, 1985) Çalalar (film, 2000) Dədə Qorqud (film, 1975) Dəvətnamə (film, 1989) Dörd bazar günü (film, 1975) Əlavə iz (film, 1981) Ərazi (film, 2005) Evlənmək istəyirəm (film, 1983) Fransa qəhrəmanı (film, 1975) Gözlə məni (film, 1980) Gün keçdi (film, 1971) Xoşbəxtlik qayğıları (film, 1976) Qanun naminə (film, 1968) Qayınana (film, 1978) Qərib cinlər diyarında (film, 1977) Qəribə adam (film, 1979) Qəzəlxan (film, 1991) Qızıl balıqlar (film, 1975) Mahnı qanadlarında (film, 1972) Mənim ağ şəhərim (film, 1993) Möcüzələr adası (film, 1963) Nəsimi (film, 1971) Nəsimi (film, 1973) Ömrün ilk saatı (film, 1973) Pəncərə (film, 1991) Pirverdinin xoruzu (film, 1987) Prokuror (film, 2008) Respublikam haqqında həqiqət (film, 1972) Sevil (film, 1970) Sevinc buxtası (film, 1977) Şeytan göz qabağında (film, 1987) Şir evdən getdi (film, 1977) Tənha narın nağılı (film, 1984) Torpaq. Dəniz. Od.
III Əhməd
III Əhməd (Osmanlı türkcəsi: أحمدي ساليس بن محمد — Aḥmed-i sālis) (30 dekabr 1673, Dobriç[d], Silistrə əyaləti, Osmanlı imperiyası – 1 iyul 1736, Topqapı sarayı, Konstantinopol, Rumeli əyaləti, Osmanlı imperiyası) — 23-cü Osmanlı sultanı və 102-ci İslam xəlifəsi. Məşhur Lalə dövrünün sultanıdır. == Həyatı == === İlk illəri === 30 dekabr 1673-cü ildə bazar günü dünyaya gəlmişdir. Atası Sultan IV Mehmed, anası isə Rabiyə Əmətullah Gülnuş Sultandır. 26 may 1675-ci ildə Ədirnədə qardaşı Şahzadə Mustafayla birlikdə möhtəşəm bir mərasimlə sünnət edildi. Bu mərasim əsnasında bacıları Xədicə Sultan və Gülsüm Sultanlar da evləndirilmişdir. İlk dərslərini sultan şeyxi Mehmed Əfəndidən aldı, daha sonra Seyid Feyzullah Əfəndinin tələbəsi oldu. 14 yaşında ikən əmisi Sultan Süleyman taxta çıxmış, bu səbəblə atası və qardaşı Şahzadə Mustafa ilə birlikdə Şimşirlik otağına həbs olunmuşdur. Daha sonra Ədirnəyə aparıldı və əmiləri Sultan Süleyman, Sultan Əhməd və qardaşı Sultan Mustafanın səltənətlərində burada qalmışdır. Nəhayət 1703-cü ildə baş verən Ədirnə hadisəsində, üsyançı cəbəcilər şeyxülislam seçdikləri Mehmed Əfəndinin təkidiylə onun taxta çıxarılmasını tələb etdi və 18 avqust 1703 tarixində Sultan Əhməd adına Çorluda xütbə oxundu.22 avqustda, yeni sədrəzəm Nişançı Əhməd Paşa tərəfindən Ədirnə sarayından alındı və ertəsi gün taxta cülus etdi.
II Əhməd
II Əhməd (Osmanlı türkçəsi: أحمد الثاني Ahmed-i sani; 25 fevral 1643, Konstantinopol – 6 fevral 1695, Ədirnə) — 21-ci Osmanlı padşahı və 100-cü İslam xəlifəsidir. == Şahzadəlik dönəmi == I İbrahimin üçüncü oğludur. Anası Xədicə Müəzzəz Sultandır. 1643 tarixində İstanbulda dünyaya gəlmişdir. Mükəmməl ərəbcə və farsca təhsil aldı. Qardaşı Sultan Süleymanın 4 illik dönəmində sarayda qəfəs həyatı yaşadı. 21 iyun 1691 tarixində taxta çıxanda 48 yaşındaydı. Sultan Əhmədin cülus mərasimi zamanı Osmanlı dövləti İkinci Vyana mühasirəsini davam etdirirdi. == Hakimiyyət illəri == Sultan Əhməd taxta çıxdıqdan dərhal sonra Avstriya səfərinə göndərilən Sədrəzəm Fazil Mustafa Paşaya bir fərman göndərərək sədarətdə qaldığını və səfəri davam etdirəcəyi barədə xəbər verdi. Fazil Paşa 20 iyul tarixində divan qərarı olmadan Petervaradin ətrafındakı Avstriya qoşunlarına hücum çəkdi.
I Əhməd
I Əhməd (osm. مراد رابع Ahmed-i evvel, Divan ədəbiyyatındakı adı ilə Bahtî ; 18 aprel 1590, Manisa, Osmanlı imperiyası – 22 noyabr 1617[…], Konstantinopol, Osmanlı imperiyası) — 14. Osmanlı padşahı, 93. İslam xəlifəsidir. == Həyatı == === İlk illəri və taxta çıxışı === Atası III Mehmedin Saruhan sancaqbəyliyi əsnasında 28 aprel 1590-cı ildə Manisada dünyaya gəlmişdir. Anası Handan Sultandır. Ordu və idarəetmə sistemində böyük rəğbət qazanan və taxtın ən güclü namizədi olan böyük qardaşı Şahzadə Mahmud, çevriliş edəcəyi şübhəsi ilə 7 iyun 1603 tarixində sarayda boğularaq edam edilmiş, beləliklə, Şahzadə Əhməd üçün taxt yolu açılmışdı. Cəlali üsyanları səbəbilə sancağa göndərilməmişdir. Atasının 22 dekabr 1603 tarixində vəfatının ardından 14 yaşında taxta çıxdı. Atası Sultan Mehmed o günə qədərki sultanlar içərisində ən gənc yaşda vəfat edən sultan olduğundan, Osmanlı tarixində ən gənc yaşda taxta oturan hökmdar da məhz Sultan Əhməd oldu.
Ləzgi Əhməd
Ləzgi Əhməd — XVIII əsr ləzgi əsilli Azərbaycan şairi. Şair Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid Quruş kəndində anadan olub. == Yaradıcılığı == Ləzgi Əhmədin poeziyası çoxşaxəlidir. Onun "Nəmümkündür" şeiri aşıq poeziyasına aiddir. Orada lirik qəhrəman sevgilinin onun yanına getməməsindən və onunla uzun müddət danışmaq mümkün olmadığından şikayətlənir. Ancaq nə sevgilinin yoxluğu, nə də soyuqluğu onu ümidsizliyə, kədərə sövq etmir. Əsər lirik qəhrəmanın ona qarşı ironik, oynaq münasibətindən ibarətdir: Bir tərlana tor qurmuşam, Tora gəlmir, nəmümkündür. Bərəsində mən durmuşam, Bura gəlmir, nəmümkündür. Köksünü bənzətdim qara, Məmələri xırda nara, Bir sözüm var nazlı yara, Demək olmur, nəmümkündür. Əhməd deyər: zalım qızı, Gah ağ geyir gah qırmızı.
Mail Əhməd
Mail Əhməd — şair. == Həyatı == Əhmədov Mail Maman oğlu 1934-cü ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Böyük Vedi kəndində, Paski məhəlləsində anadan olmuşdur. Yeddi yaşı olanda atası Böyük Vətən müharibəsinə gedir, bir ildən sonra itgin düşməsi haqqında kağız gəlir. Anası Əfruz Mahmud qızı övladlarını tək böyüdəsi olur. 1950-ci ildə ailəliklə Azərbaycana deportasiya olunurlar. 1959-cu ildə APİ-ni bitirib. 1964-cü ildən bugünədək Bakıxanov qəsəbəsindəki Olimpiya İdman Litseyində işləyir. == Yaradıcılığı == 1961-ci ildən müxtəlif mətbu orqanlarda şeirləri çap olunan Mail Əhmədin “Həsrət karvanı” (2000), “Qaytarın dünyanı qoyun yerinə” (2001), “Bir qəlbin harayı” (2003), “Vaxt bizi illərə qaytaran deyil” (2005), “Çinar da ağlayarmış” (2007) və “Qərib məzar” (2009) kitabları oxucuların ixtiyarına verilmişdir.
Mikayıl Əhməd
Molla Əhməd
KəndlərMolla Əhməd (Şot) —
Səməd Abdullayev (əsgər)
Səməd Sədiyar oğlu Abdullayev (17 iyun 2002; Qaraxıdır, Göyçay rayonu, Azərbaycan — 2 oktyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səməd Abdullayev 2002-ci il iyunun 17-də Göyçay rayonunun Qaraxıdır kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Səməd Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə savaşıb. Səməd Abdullayev oktyabrın 2-də Ağdərə döyüşləri zamanı şəhid olub. Göyçay rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməd Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməd Abdullayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməd Abdullayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Əhməd Əmir-Əhmədi
Əhməd Əmir-Əhmədi (1884, İsfahan – 1965, Tehran) — İran Kazak diviziyasının generalı, hərbi nazir. == Həyatı == Əhməd Əmir-Əhmədi 1884-cü ildə İsfahanda doğulmuşdu. Atası Tağı ağa Əmir-Əhmədi Qacar ordusunda briqada generalı (sərtib) rütbəsinədək yüksəlmişdi. Özü də İran Kazak diviziyasında xidmət etmişdi. Rza xan və Seyid Ziyaəddin Təbatəbai ilə bərabər Əhməd şah Qovanlı-Qacarın devirilməsində önəmli rol oynamışdı. Rza şah Pəhləvidən sepahbud (general-mayor) rütbəsi almışdı. O, 1942-ci ildə Əli Süheylinin və 1948-ci ildə Əbdülhüseyn Hazhırın kabinəsində hərbi nazir postunu tutmuşdu. Məclisin üzvü idi. Rza şahın hakimiyyətində Əhməd Əmir-Əhmədi yeganə adam idi ki, ondan qorxurdular və hörmət edirdilər. Bacısı Püsyan ailəsində ərdə idi.
ESƏD
ESƏD və ya "Erməni soyqırımına ədalət döyüşçüləri" (ing. Justice Commandos against Armenian Genocide) — erməni terror təşkilatı. 1975–1982-ci illərdə fəaliyyət göstərib, məqsədi "erməni soyqırımının" tanınmasına nail olmaq və müstəqil erməni dövlətini qurmaqdır. Təşkilat əsasən Avropa və Şimali Amerika ölkələrində fəaliyyət göstərmişdir. Təşkilat bir sıra türk diplomatına hücumlar və onların qətllərini törədmişdir. Bəzi tədqiqatçıların fikrinə görə, təşkilat Daşnaktutyun partiyası ilə sıx əlagədə olub. 1982-ci ildə təşkilatın rəhpəri Abram Asçan qətlə yetiriləndən sonra, təşkilat öz fəaliyyətini dayandırmışdır. İstisnə etmək olmaz ki, təşkilat "Erməni inqilab ordusu" adı altında fəaliyyətini davam etdirmişdir. ESƏD-in əsas aksiyaları: (bəzi hallarda terror aktına görə məsuliyyəti ASALA öz boynuna götürürdü). 1975-ci il Oktyabr, Türkiyənin Fransadakı səfiri İsmail Erezin öldürülməsi.
Əhməd xan Əmir-Əhmədi
Əhməd Əmir-Əhmədi (1884, İsfahan – 1965, Tehran) — İran Kazak diviziyasının generalı, hərbi nazir. == Həyatı == Əhməd Əmir-Əhmədi 1884-cü ildə İsfahanda doğulmuşdu. Atası Tağı ağa Əmir-Əhmədi Qacar ordusunda briqada generalı (sərtib) rütbəsinədək yüksəlmişdi. Özü də İran Kazak diviziyasında xidmət etmişdi. Rza xan və Seyid Ziyaəddin Təbatəbai ilə bərabər Əhməd şah Qovanlı-Qacarın devirilməsində önəmli rol oynamışdı. Rza şah Pəhləvidən sepahbud (general-mayor) rütbəsi almışdı. O, 1942-ci ildə Əli Süheylinin və 1948-ci ildə Əbdülhüseyn Hazhırın kabinəsində hərbi nazir postunu tutmuşdu. Məclisin üzvü idi. Rza şahın hakimiyyətində Əhməd Əmir-Əhmədi yeganə adam idi ki, ondan qorxurdular və hörmət edirdilər. Bacısı Püsyan ailəsində ərdə idi.
Eşted (teleqüllə)
«Eşted» (çex. Ještěd) — Liberets yaxınlığındakı Eşted dağında (dəniz səviyyəsindən 1012 metr yüksəklikdə) 1966-1973-cü illərdə hiperboloid quruluşu şəklində inşa edilmiş bir bina. Eşted Architekt jurnalına görə Çexiyanın XX əsrdə inşa edilən ən məşhur binasıdır. Şəhərin memarlıq dominantıdır, bütün Liberest bölgəsi kimi şəhərdə olan universitet və bir futbol klubunun simvoludur. 1998-ci ildən televiziya qülləsi Çexiyanın mədəniyyət abidəsi statusuna sahibdir. 2006-cı ildə Milli Mədəniyyət abidəsi elan olunmuşdur. Müəllifin fikrinin əsası təpənin şəklini qüllənin silueti ilə təkrarlamaq, vurğuları tamamlamaq olur. Tikilinin hündürlüyü demək olar ki, 100 metrdir. Əsası 33 metr diametrli bir dairədə yerləşir. Layihənin müəllifi və memarı Karel Qubaçekdir, statik hesablamalarda Zdenek Patrman və interyerin həllində Otakar Binar iştirak etmişdir.
Məhməd Əli (əsgər)
Mehmet Əli (türk. Mehmet Ali; d. 1874, İstanbul, Osmanlı imperiyası – ö. ?) — Türk hərbi xadimi. == Hərbi fəaliyyəti == 1896-cı ildə hərbi məktəbə daxil olmuş və 1900-cu ildə oranı bitirmişdir. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1919-cu ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak etmiş, müharibədən sonra “İstiqlaliyyət" medalı ilə təltif edilmişdir. 1 iyul 1932-ci ildə öz istəyi ilə təqaüdə çıxmışdır. == Mükafatları == Məcidiyyə ordeni Dəmir xaç ordeni "Müharibə" medalı (Osmanlı imperiyası) "Ləyaqət" medalı (Osmanlı imperiyası) "İmtiyaz" medalı (Osmanlı imperiyası) "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) == Həmçinin bax == Balkan müharibələri Birinci Dünya müharibəsi Türkiyə İstiqlaliyyət müharibəsi == Mənbə == T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 58.
Məmməd Əliyev (əsgər)
Məmməd Cahangir oğlu Əliyev (28 yanvar 1993, Novoivanovka, Gədəbəy rayonu – 2 oktyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əliyev Məmməd Cahangir oğlu 28.03.1993-cü il tarixdə Gədəbəy rayonunun Novoivanovka kəndində anadan olub.Novoivanovka kənd tam orta məktəbində təsil almışdır. == Hərbi xidməti == İkinci Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq cəbhəyə yollanıb. İlk günlərdən döyüşlərdə qəhrəmanlıq göstərib. 02.10.2020-ci il tarixdə Kəlbəcər rayonu uğrunda aparılan döyüş əməliyyatları zamanı odlu silahdan açılmış atəş nəticəsində şəhid olub.17 dekabr 2020-ci ildə Novoivanovka kənd qəbiristanlığında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmməd Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmməd Əliyev ölümündən sonra “Rəşadət ordeni” medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmməd Əliyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Məmməd Məmmədov (Əsgər oğlu)
Məmməd Əsgər oğlu Məmmədov (1928, Traubenfeld – 1998, Bakı) — Azərbaycan SSR partiya xadimi, Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == Məmmədov Məmməd Əsgər oğlu 1928-ci ildə Tovuz rayonunun Köhnəqala kəndində kolxozçu ailəsində anadan olub. 1944–1947-ci illərdə Gəncə şəhər (Kirovabad) Toxuculuq Texnikumunda oxuyub barama emalı üzrə texnik ixtisası alıb. 1947–1952-ci illərdə Gəncə şəhər (Kirovabad) Kənd Təsərrüfatı İnstitunda oxuyub. Meşə təsərüfatı mühəndisi ixtisası üzrə təhsil alıb. 1958-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi yanında Ali Partiya məktəbinin dinləyicisi, 1960-cı ildə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi yanında Ali Partiya məktəbinin dinləyicisi olub. 1998-ci ildə vəfat etmişdir. == İctimai-siyasi fəaliyyəti == 1947-ci ildə Texnikumda oxuyarkən (19 yaşında) Sovet İttifaqı Kommunist partiyası üzvlüyünə namizəd olub. 1949-cu ildə isə İnstitutda oxuyarkən üzvlüyü qəbul olunub. 1950-ci ildə Dövlət bankının Gəncə (Kirovabad) bölməsinin təsərrüfat müdiri vəzifəsini icrası həvalə olunmaqla evlər müdiri vəzifəsinə qəbul edilmişdir.