Məmməd Cahangir oğlu Əliyev (28 yanvar 1993, Novoivanovka, Gədəbəy rayonu – 2 oktyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.
Məmməd Əliyev | |
---|---|
Məmməd Cahangir oğlu Əliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 yanvar 1993(1993-01-28) |
Doğum yeri | |
Vəfat tarixi | 2 oktyabr 2020(2020-10-02) (27 yaşında) |
Dəfn yeri | |
Dəfn tarixi | 17 dekabr 2020 |
Vətəndaşlığı | |
Milliyyəti | Azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Silahlı qüvvələri |
Qoşun növü | Azərbaycan Quru Qoşunları |
Rütbəsi | Baş leytenant |
Təltifləri |
Əliyev Məmməd Cahangir oğlu 28.03.1993-cü il tarixdə Gədəbəy rayonunun Novoivanovka kəndində anadan olub.[1]
Novoivanovka kənd tam orta məktəbində təsil almışdır.[2]
İkinci Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq cəbhəyə yollanıb. İlk günlərdən döyüşlərdə qəhrəmanlıq göstərib. 02.10.2020-ci il tarixdə Kəlbəcər rayonu uğrunda aparılan döyüş əməliyyatları zamanı odlu silahdan açılmış atəş nəticəsində şəhid olub.[3]
17 dekabr 2020-ci ildə Novoivanovka kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmməd Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmməd Əliyev ölümündən sonra “Rəşadət ordeni” medalı ilə təltif edildi.[5]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmməd Əliyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[6]