Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çimərlik
Çimərlik — su obyekti sahilində düzən relyefə malik ərazi. Çimərliklər əsasən su və küləyin eroziya fəaliyyəti nəticəsində meydana gəlir. Çimərliyi təşkil edən hissəciklər adətən qum, çınqıl, molyusk qabıqları və ya mərcan yosunları kimi bioloji mənbələrdən ibarətdir. Çöküntülər yerli dalğanın hərəkətindən və hava şəraitindən asılı olaraq müxtəlif sıxlıq və strukturlarda çökərək müxtəlif teksturalar, rənglər vəya material təbəqələri yaradır. Çimərlikdə akkumlyativ çöküntülər bir ərazilə yığılır. «Çimərlik» termini həmdə insanların kütləvi istirahət, çimmək və günəş vannasının qəbul olunduğu məkan kimi də işlənir. Çimərlik səht örtüyünə görə qum, balıqqulağı, Çınqıl, mərcan və s. ibarət olur. Səht örtüyü Qumdan ibarət olan çimərlik. Səht örtürü Qum-balıqqulağıdan ibarət olan çimərlik.
Əmirlik
Əmirlik— Əmirin idarəsi altında olan yerlər, ölkə.
Karon (çimərlik)
Karon çimərliyi — Pxuket adasında yerləşən ən uzun çimərlikdən biri. Onun uzunluğu təqribi olaraq 6 kilometrdir. Çimərlik adanın qərbində, Pxuket hava limanından 45 km aralıda yerləşir. Patonq çimərliyindən sonra ikinci istirahət məkanıdır. Karon sahilləri iki hissəyə bölünür Kiçik Karon, Böyük Karon. Cənubunda mərcan riflərini görmək olar. Şimalında kafe, restoran və mağazalar mövcuddur.
Kata (çimərlik)
Kata çimərliyi (tay หาดกะตะ) — Andaman dənizində, Pxunet adasının qərb sahilində, ən çox ziyarət olunan çimərlik. Şimaldan Karon çimərliyi ilə sərhədlənir. Kata-Noy çimərliyindən 10 km, Pxunet şəhərindən 17 km, Pxunet hava limanından 47 km aralıda yerləşir. İnzibati baxımından Pxunet vilayətinin Karon rayonuna daxildir. 1970-ci illərdən ərazidə yurizm inkişaf edir. 26 dekabr 2004-cü ildə Hind okeanında zəlzələ və sunami nəticəsində ərazi böyük zərər görmüşdür. Sahil xəttinin uzunluğu 1,5 km-dir. Sahil aypara formasındadır. Çimərliyin şimal hissədə eni 70 m, cənubda isə 50 metrdir. Çimərliyin qarşı tərəfində Pu adası yerləşir.
Teresitas (çimərlik)
Teresitas çimərliyi — Uzunluğu 1.3 km olan çimərlik. Çimərlik İspaniyanın Kanar adalarına daxil olan Tenerife adasında yerləşir. 1960-cı illərin sonların okean kənarına gəmilərlə Saxaradan sarı qum gətirilmişdir. Qumun yuyulmaması üçün sahildən müəyyən qədər aralıda suyun daxilinə dalğaqıran yerləşdirilmişdir.
Çimərlik futbolu
Çimərlik futbolunun əsası ekspromt oyunların keçirildiyi Braziliya çimərliklərindən gəlir, bu oyun Braziliyada yerlilər arasında ən çox oynanılan oyunlardan biridir. Faktiki olaraq, Braziliya futbol oyunçuları öz bacarıqlarını Braziliya çimərliklərində də göstərirdilər. 1992-ci ildə bu oyun haqqında qaydalar tərtib edildi və əsas mərkəz Los Ancels şəhərində quruldu. Növbəti yayda ilk peşəkar çimərlik futbolu Mayami Çimərliyində keçirildi və bu yarışda ABŞ, Braziliya, Argentina və İtaliyadan olan komandalar iştirak edirdi. 1994-cü ilin aprel ayında Rio de Janeiorunun Copacabana sahilində şəbəkə televiziya ötürmələri tərəfindən yayımlanacaq ilk tədbir keçirilmiş və həmin şəhər bir il sonra ilkin Çimərlik futbolu üzrə Dünya Çempionatına ev sahibliyi etmişdir. Həmin yarış ev sahibinin qələbəsi ilə başa çatmış və Braziliyanı bu yarışmada ilk qalib etmişdir. Yarışın uğuru kommersiya maraqlara da səbəb olmuş, dünya miqyasında idmana olan artan tələbat 1996-cı ildə Çimərlik futbolu üzrə yarışmanın keçirilməsinə gətirib çıxartmışdır. İlk belə yarışma ümimilikdə 60 oyundan ibarət olmuş və iki il müddətində Cənubi Amerika, Avropa, Asiya və ABŞ da keçirilməklə həm meydan mərkəzində, həm də kənarda başlıca oyunları cəlb edə bilmişdir. Avropada keçirilən turun yaratdığı maraq 1998-ci ildə Avropa Çimərlik Futbolu Liqasının (EPBSL) yaranmasına səbəb olaraq bütün səviyyələrdə yarışmaların peşəkarlıq səviyyəsinin artırılması üzrə davamlı infrastrukrur yaratdı. Hazırda Avropa ÇF Liqası kimi tanınan EPBSL bütün qitə miqyasında reklam işlərini birləşdirərək media, sponsor və azarkeşlərin tələblərinə cavab verir.
Çimərlik güləşi
Çimərlik güləşi ― Rəsmi olaraq 2005-ci ildən yarışları keçirilən güləş növü. İlk dəfə 2004-cü ildə Beynəlxalq Birləşmiş Güləş Növləri Federasiyası (FİLA) dövründə çimərlik güləşi güləş növü kimi qeydiyyata alınıb. Çimərlik güləşi həm kişilər həm də qadınların iştirak edə bildiyi idman növüdür. İdmançılar diametri 7 metr olan daxili qumla doldurulmuş çevrədə yarışırlar. Bu güləş növündə iştirak edən idmançılar yarışda güləş geyimi yox çimərlik geyimi geyinirlər. Bundan başqa onlar spandeks və ya idman şortlarından da istifadə edə bilərlər. 2015-ci ildə Beynəlxalq Birləşmiş Güləş Növləri Federasiyası (FİLA) beynəlxalq qaydalarda düzəlişlər etdi. Yeni qaydalara əsasən güləşçilər rəqibi yerə yıxaraq, dairədən kənara çıxararaq, və ya kürəyi üstə yıxaraq xallar əldə edə bilərlər. İllik Dünya Çimərlik Güləş Çempionatlarına əlavə olaraq, çimərlik güləşi Gənclərin Olimpiya Oyunları, Asiya Oyunları, Aralıq Dənizi Oyunları və 2019 Dünya Çimərlik Oyunlarında yer almışdır. Çimərlik güləşi üzrə Dünya Çempionatı seriyalar halında ilk dəfə 2019-cu ildən etibarən keçirilməyə başlamışdır.
Çimərlik turizmi
Çimərlik turizmi — turizmin növlərindən biri. Müasir dövrdə çimərlik turizmində başlıca məqsəd daha yüksək xidmətlər təklif etməklə, daha çox turist cəlb etməkdir. Bunun üçün çimərliklər müxtəlif fərqləndirici əlamətlərlə özlərini tanıtmaqdadırlar. Belə fərqləndirici əlamətlərdən biri "Mavi bayraq"dır. Çimərlik turizmi zonalarının yaradılması üçün qoyulan başlıca tələblər suyun təmizliyi, müvafiq infrastruktur və turizm xidmətlərinin səviyyəsi ilə bağlıdır. Çimərlik turizmi sahəsində İspaniya, Türkiyə, Yunanıstan, Fransa ilk pillələrdədir.
Çimərlik voleybolu
Çimərlik voleybolu (və ya plyaj voleybolu) — iki-ikiyə çimərlikdə oynanılan voleybol oyunu. Bu idman növündə ilk beynəlxalq turnirin keçirilməsi 1924-cü ilə təsadüf edir. Onu ilk dəfə oynayanlar isə 1915-ci ildə kaliforniyalılar olmuşlar. Çimərlik voleybolu Yay Olimpiya Oyunlarının proqramına isə ilk dəfə 1996-cı ildə salınıb. Atlantada keçirilən 1996 Yay Olimpiya Oyunlarında olduqca bəyənilən çimərlik voleybolu o gündən bəri Olimpiya Oyunlarının proqramındadır. Müasir dövrümüzdə də bu idman növünün həm kişi, həm də qadınlar arasında keçirilən yarışları məşhurdur.
Şüşəli çimərlik
Şüşəli çimərlik (ing. Glass Beach) — Fort-Breqq şəhəri yaxınlığında, Makkerrixer Milli parkının (ing. MacKerricher State Park) cənubunda ərazisində yerləşən çimərlikdir. Çimərlik öz adını sahilində mövcud olan hamar rəngli şüşələrdən almışdır. Yerli əhali düşünür ki, bura tullantı yeridir. 1967-ci ildə çimərlik dəfələrlə təmiz bağlanmışdır. Bununla belə kiçik şüşə parçaları dalğalarla bütün çimərliyə yayılmışdır. Artıq 1980-ci illərdən şüşəli çimərlik turistlər arasında məşhurdur. Bu dövlət parkında şüşə yığmaq qanunsuzdur. 2002-ci ildə keçmiş tullantı ərazisi milli park ərazisi elan edilir.
Çimərlik (film)
Çimərlik (ing. The Beach) — 2000-ci ildə çəkilmiş, ABŞ və Böyük Britaniyanın birgə istehsalı olan psixoloji triller və macəra filmi. Con Hodj filmin ssenarisini ingilis yazıçı Aleks Qarlandın 1996-cı ildə işıq üzü görən eyniadlı romanı əsasında yazmışdır. Filmin rejissoru Denni Boyldur. Baş rollarda Leonardo DiKaprio, Tilda Suinton və Robert Karlayl oynayır. Film Berlin Film Festivalında "Qızıl Ayı" mükafatına namizəd göstərilmişdir. Bundan başqa Leonardo DiKaprio bu filmdəki rolu üçün "ən pis aktyor" Moruq Mükafatına (Razzie Awards) namizəd olmuşdur. DiKaprio bu mükafatı 1998-ci ildə "Dəmir maskalı adam" (ing. The Man in the Iron Mask) filmindəki roluna görə almışdır. Amerikalı gənc macərapərəst olan Riçardın (Leonardo DiKaprio) səyahət üçün getdiyi Taylandın paytaxtı Banqkokda qaldığı oteldə, qonşu otaqda qalan adamdan aldığı xəritədən istifadə edərək oteldə tanış olduğu Etyen (Giyom Kane) və Fransua (Virjini Leduayen) adlı fransız turistlərlə getdiyi tropik adada yaşadıqlarından bəhs edir.
Emil Əsgərli
Nurlan Əsgərli
Pərvin Əsgərli
Tural Əsgərli
Zaman Əsgərli
Əsgərli Zaman Şükür oğlu — Azərbaycan ədəbiyyatşünası, tənqidçi, publisist, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1997). Zaman Əsgərli 1953-cü il yanvar ayının 17-də Salyan rayonuunun Kərimbəyli kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil almışdır (1970–1974). Salyan rayonundakı Qaraçala qəsəbə orta məktəbində müəllim işləmiş, həqiqi hərbi xidmətdə olmuşdur. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir (1976–1979). "N.Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsi və onun Azərbaycan ədəbi-ictimai fikrində mövqeyi" mövzusunda namizədlik (1980), "Azərbaycan faciəsinin poetikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1992). Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və baş elmi işçi vəzifəsində çalışmışdır (1979–2018-ci illərdə). Eyni zamanda ali və orta ümumtəhsil məktəblərində müəllim, professor, kafedra müdiri, "Vətənpərvər" və "Azərbaycan müəllimi" qəzetləri redaksiyalarında redaktor, şöbə müdiri, ədəbi işçi vəzifələrində işləmişdir. Şair Fikrət Sadığın "Dəniz küçəmizə gəlir" kitabı haqqında yazdığı ilk məqaləsi 1968-ci ildə hələ orta məktəbdə oxuyarkən "İşıq" qəzetində çap olunmuşdur. Professor Zaman Əsgərli 2018-ci il avqustun 22-də infarktdan vəfat etmiş və doğulduğu Salyan rayonunda dəfn olunmuşdur.
İntiqam Əsgərli
İntiqam Bayram oğlu Əsgərli (16 avqust 1990, Kalinovka, Masallı rayonu – 9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. İntiqam Əsgərli 16 avqust 1990-cı ildə Masallı rayonunun Viləş kəndində anadan olmuşdur. 1997–2008-ci illərdə S. Hacıyev adına Viləş kənd tam orta məktəbində təhsil almışdır. Orta təhsilini aldıqdan sonra həqiqi hərbi xidmətə çağırılmışdır. 2011-ci ildə Quru Qoşunlarının "Gizirlik" kursunu bitirmiş, 2014-cü il Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi işə başlamışdır. 2015-ci il Türkiyədə kəşfiyyat kursunu bitirmişdir. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı İntiqam Əsgərli Xüsusi Təyinatlı Qüvvələrin giziri idi və Talış kəndi istiqamətində döyüşürdü. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. İntiqam Əsgərli özü ilə eyni rütbədə olan qardaşı, gizir Nurlan Əsgərli ilə birlikdə döyüşürdü.
Əlizadə Əsgərli
Əlizadə Bayram oğlu Əsgərli (8 may 1958, Sabirabad rayonu) — ədəbiyyatşünas, tənqidçi və publisist, filologiya üzrə elmlər doktoru, dosent. Əlizadə Bayram oğlu Əsgərli 8 may 1958-ci ildə Azərbaycan Respublikası Sabirabad rayonunun Cavad kəndində dünyaya gəlib. 1976-1980-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində, 1983-1986-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasında təhsil alıb. 1980-1997-ci illərdə Sabirabad bölgəsinin Yolçubəyli, Cavad, Suqovuşan və Nizami Gəncəvi adına şəhər orta məktəblərində ixtisası üzrə müəllim və direktor müavini işləyib. 1998-2000-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Münasibətlər İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. 2000-2002-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Münasibətlər İnstitutunun elmi katibi olub. 2002-ci ildə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda aparıcı elmi işçi vəzifəsində işləyib. 2002-2012-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutu "XX əsr Azərbaycan ədəbiyyatı" şöbəsində çalışıb. 2012-2017-ci illərdə həmin İnstitutda baş elmi işçi vəzifəsini tutub. 2017-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini olub.
Əsgərli (Hurand)
Əsgərli (fars. عسگرلو‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd.
La-Malageta (çimərlik)
La-Malageta (isp. Playa de La Malagueta) — Malaqa şəhər çimərliyi. Öz adını şəhər məhəlləsinin adından götürülmüşdür. Çimərlik tünd quma malikdir. Malaqa limanı ilə La-Kaleta çimərliyi arasında yerləşir. 1 200 m uzunluğa və orta hesabla 45 m enə sahibdir.
La-Monça (çimərlik)
La-Monça çimərliyi - (bask Hiru Kontxa, isp. Playa de La Concha) — eyni adlı buxtanın sahilində İspaniyanın Donostiya-San-Sebastiyan şəhərində yerləşın çimərlik. Ölkədə ən məşhur çimərləklərindən biyidir. Çimərlik Urumea çayı deltası və Urqull təpəsindən bir qədər aralıda yerləşir. Çimərlik 1, 350 km uzunluğa, 40 m enə və 54 000 km² əraziyə malikdir. Çimərlik dayazlığı ilə seçilir. Qabarmalar zamanı sahəsi kiçilir. 2007-ci ildə çimərlik Antena 3 telekanalı və COPE radiosu tərfindən İspaniyanın 12 xəzinəsinə daxil olmuşdur. == Mənbə == Çimərlik haqqında məlumat. La-Monça çimərliyi.
Ouşen-Biç (çimərlik)
Ouşen-Biç (ing. Ocean Beach) — San-Fransisko ərazisində yerləşən çimərlik. Çimərlik Sakit okeanın sahilində, Qızıl darvaza parkının qərb qutaracağında yerləşir. Çimərliyin uzunluğu 4,7 km, eni isə 180 metrdir. Çimərlik boyu Böyük şose keçir. Çimərlik istirahət edənləri yazın əvvələrində və payızın sonları qəbul edir. Yay ayları isə ərazi bütünlüklə dumanla örtülür Çimərlikdə adətən iri tonqal qalanır. Elə də əlverişli iqlimi olmayan iqlimi ilə seçilir. 1884 ildə çimərlik yaxınlığına dəmiryolu, 1890-cı ildə isə tramvay xətti çəkilir. 18 aprel 1906 ildə San-Fransisko zəlzələsi (1906) baş verməsindən sonra əhali çimərlikdən düşərgə kimi istifadə etmişdir.
Çimərlik (film, 2000)
Çimərlik paltarı (idman)
Leotard geyim gövdəni örtən, lakin ayaqları açıq qoyan uniseks, bir parça paltardır. Geyimi ilk dəfə fransız akrobatik rəssamı Jül Léotard (1838–1870) məşhurlaşdırmışdır. Qolsuz, qısaqol və uzunqol mayolar var. Unitard, ayaqları da əhatə edən bir variasiyadır. Leotardlar akrobatlar, gimnastlar, rəqqaslar, fiqurlu konkisürənlər, idmançılar, aktyorlar, güləşçilər və sirk ifaçıları tərəfindən həm məşq geyimi, həm də performans geyimləri kimi geyinilir. Onlar tez-tez alt paltarı kimi üstdən balet ətəkləri və taytlar və ya bəzən velosiped şortu ilə geyinilir. Gündəlik geyim kimi, leotard kəmərlə geyilə bilər; Həm də kombinezon və ya Ətək altına geyinmək olar. Leotardlar adətən boyundan geyilir, paçada cırtdan olan bodysuitlərdən fərqli olaraq. Çubuq boyunlu çimərlik paltarları geniş boyun açıqlığına malikdir və paltarın elastikliyi ilə yerində saxlanılır. Digərlərinin boyun xətti və ya polo boyun var və zəncirbənd və ya düymə ilə boyun arxasına yaxındır.
Çimərlik arenası (Bakı)
Çimərlik arenası — çimərlik voleybolu və çimərlik futbolu müsabiqələri üçün nəzərdə tutulan Bakıdakı (Azərbaycan) Dövlət Bayrağı Meydanının cənub ucunda inşa edilən bir arenadır. Arena təxminən 5-6 min tamaşaçı üçün nəzərdə tutulmuşdur. 2015-ci ildə arenada 2015 Avropa Oyunları çərçivəsində çimərlik voleybolu və çimərlik futbolu üzrə yarışlar keçirilib. İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2013-cü il fevralın 3-də keçirilmiş Oyunların Təşkilat Komitəsinin ilk iclasında Bakıda ilk dəfə çimərlik arenasının qurulacağını elan etdi. Həmçinin, çimərlik arenası Bakı Su İdmanı Sarayının yanında tikilib. Arena istifadəsi 2015-ci ildə Avropa Oyunlarının başlanmasından əvvəl olub.
Emerik Kpeqba
Emerik Kpeqba (29 may 1999) — Toqolu üzgüçü. Emerik Kpeqba Toqonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Emerik Kpeqba birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 27.67 saniyəlik nəticəsi ilə 80-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.