Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Avrasiya
Avrasiya — Yerin ən böyük materiki. Avropa və Asiya qitələrindən ibarətdir. Adalarla birlikdə sahəsi 54,759,000 km²-dir, dünya quru ərazisinin 36%-ni təşkil edir. Əhalisi 4,3 milyarddan çoxdur və dünya əhalisinin 3/4 hissəsini təşkil edir. Ən ucqar nöqtələri: şimalda Çelyuskin burnu (77°43' şm.e.), cənubda Piay burnu (1°16' şm.e.), qərbdə Roka burnu (9°34' q.u.), şərqdə Dejnyov burnu (169°40' q.u.). Yer kürəsinin ən yüksək zirvəsi Everest dağı və quruda ən alçaq mütləq nöqtəsi Ölü dəniz (səviyyəsi −395 m), ən dərin gölü olan Baykal və ən rütubətli sahəsi Çerapunci Avrasiyadadır. Avrasiyanı qərbdən Atlantik okean, şimaldan Şimal Buzlu okean, cənubdan Hind okeanı, şərqdən Sakit okean əhatə edir. == Adının yaranması tarixi == Materikə bir çox adlar verilmişdir. Aleksandr Humboldt əraziyə "Asiya" adını vermişdir. Karl Qustav Royşle 1858-ci ildə "Handbuch der Geographie" kitabında "elerdtheil Asien-Europa" termini işlətmişdir.
Afro-Avrasiya
Afro-Avrasiya - Afrika və Avrasiya qitələrinin birlikdə adlandırıldığı termindir. Ayrıca olaraq "Köhnə dünya" olaraq tanınır. Dünya əhalisinin %85-i (5,7 milyarda yaxın insan) bu qitəyə aiddir. Afro-Avrasiya təxminən Yer kürəsinin 84 980 532 min kvadrat kilometr sahəsini tutur. Coğrafi olaraq Afrika və Avropanı Süveyş kanalı ayrılır. Afrika Avropa ilə birləşən zaman (təxminən 600 min sonra) bu qitə yaranacaqdır.
Avrasiya (bina)
Avrasiya binası (rus. Евразия) — Moskva Beynəlxalq Biznes Mərkəzində yerləşən, 309 metr hündürlüyündə olan bir gördələn. == Tikinti prosesi == Avrasiya binasının layihəsi, 2002-ci ildə başlayıb və Moskva şəhərində ümumi sahəsi 208.3000 m² olan 71 mərtəbəli ofis-otel kompleksinin tikintisi nəzərdə tutulmuşdu. Göydələnin Qapalı Səhmdar Cəmiyyətinin Texivest şirkəti ərsəyə gətirmişdir. Bu kompaniya, MosCityGroup şirkətinin sahibi Pavel Fuks və Avrasiya binasının inşasında İPG-ni idarə edən qazaxıstanlı sahibkar Muxtar Ablyazov tərəfindən yaradılıb. 2008-ci ilin iyul ayında Texivest şirkəti adına Sberbankda 12,5 milyard rubl həcmində kredit xətti açıldı. 500 milyon beş il müddətinə verilir. 2009-cu ilin birinci yarısında Sberbank layihənin maliyyələşdirilməsini dayandırdı. Binada 1000 avtomobil üçün avtodayanacaq, ofislər üçün 85 000 m² sahə, mənzillər üçün isə 43 mərtəbə yer, ayrılmışdır. 1000 avtomobilə üçün isə müvafiq yer ayrılmışdır.
Avrasiya (dəqiqləşdirmə)
Avrasiya — Yerin ən böyük materiki. Avrasiya (qəzet) — 1990-cı illərin sonu, 2000-ci ilin əvvəllərində çıxan qəzet. Avrasiya və dünya (qəzet) — Bakı Avrasiya Universitetinin mətbu orqanı.
Avrasiya Akademiyası
Avrasiya Akademiyası (ing. Eurasian Academy) görkəmli elm və sənət adamlarının, mütəxəssislərin və intellektualların beynəlxalq birliyidir. Qərargahı Azərbaycan Respublikası Bakı şəhərində yerləşən Avrasiya Akademiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 28 sentyabr 2012-ci ildə qeydiyyata alınmışdır. Avrasiya Akademiyasının təsisçiləri: Halil İnalcık (Turkey), Lütfi Zadə (USA), M. Gazi Yaşargil (USA), Arif Məlikov (Azerbaijan), və Hamlet İsaxanlı (Azerbaijan). Avrasiya Akademiyası təbiət elmləri və texnologiya, humanitar və sosial elmlər, ədəbiyyat, incəsənət və musiqi kimi sahələri əhatə edir. Elm, sənət və insan inkişafına xidmət edən sahələrdə yüksək nailiyyətləri müstəqil surətdə və obyektiv şəkildə dəyərləndirmək və şərəfləndirmək Azərbaycan Akademiyasının əsas fəaliyyət sahələrindən biridir. Avrasiya Akademiyasına seçilən üzvlərə xüsusi hazırlanmış mükafat- "Avrasiya əfsanəsi" təltif olunur. Eyni zamanda Avrasiya Akademiyası öz xüsusi mükafatlarını və medallarını təsis edib layiq hesab etdiyi şəxsləri və qurumları təltif edir. == Fəaliyyət == 2012-ci ildə elm adamları və sənətçilər arasında yeni Akademiyanın yaradılması barəsində çoxlu sayda müzakirələr və məsləhətləşmələr həyata keçirildi. Təsisçilərin tərkibi haqqında yekun qərar qəbul edildi.
Avrasiya dilləri
Avrasiya dil ailəsi — linqvogenetik baxımdan daha çox tədqiq olunmuş qitə. Avrasiyada 21 dil ailəsi, 4 təcrid olunmuş və təxminən 12 təsif olunmamış dil var. Nostratik dil ailəsinin Avrasiya qrupuna aid edilən dillərin təsnifi: TÜRS, yaxud TÜRH dil ailəsi Türs, Türh, yaxud Lemnia (tükənmiş) Etrüsk (tükənmiş) Rit (tükənmiş) URAL-ALTAY dil ailəsi Altay TÜRK Oğur Saroğur (tükənmiş) Onoğur (tükənmiş) Bulqar (tükənmiş) Xəzər (tükənmiş) Avar (tükənmiş) Sabar (tükənmiş) Çuvaş Oğuz Peçenek (tükənmiş) Göyoğuz Anadolu-Türk Azərbaycan Türkmən Xorasan Qaşqay Əfşar Aynalu Salar Qıpçaq Kuman (tükənmiş) Qazaq Qırğız Tatar Başqurd Noqay Qaraqalpaq Karaym Qumuq Qaraçay-Balkar Krımtatar Karluk Özbək Uyğur Yoğır / Sarıuyğur Eynu Sibir Göytürk (tükənmiş) Altay Saxa / Yakut Dolğan Tıva Xakas Şor Arqu Xələc MONQOL Monqol Dahur Buryat Xalxa Oyrat Kalmık Yoğır Monqur Moğol Boan TUNQUS Ural (Fin-Uqor) Fin Macar (Uqor) Samodi Yukaqır Yapon-Korea-Ainu HİND-GERMAN dil ailəsi {449} HİND Hind-ari Hind Sanskrit Urdu Benqal Nepal Romani (Qaraçı) GERMAN Şimal german Norveç İsveç Den Farer İsland köhnə Nordca və digər şimal germanca (tükənmiş) Qərbi german Alman Niderland İngilis Kelt köhnə Anqel, Sakson və digər qərbi germanca (tükənmiş) Şərqi german (bütövlükdə tükənmiş) Qot (tükənmiş) Vandal (tükənmiş) ROMAN İber Portuqal İspan Qalisiya Araqon Oksitan Oksitan Katalan Qallo-Roman Fransız İtal Latın (tükənmiş) İtalyan, vb.
Avrasiya plitəsi
Avrasiya plitəsi — Avrasiya materikinin böyük hissəsini əhatə edən plitə. Bu baxımdan Hind yarımadası və Ərəb yarımadası istisnadır. Eləcə də Şərqi Sibirin Çerski hissəsi də plitəyə aid deyil. Avrasiya plitəsi həmçinin qərbdən Orta-Atlantik dağ silsiləsinə və şimaldan Qakkel dağlarına qədər genişlənir. Şərq tərəfdən şimala doğru Şimali Afrika plitəsi və cənuba doğru Filippin dənizi plitəsi ilə və ola bilsin ki, Oxlotsk və Amur plitələri ilə sərhədlənir. Cənub hissədə qərbə doğru Afrika plitəsi, mərkəzdə Ərəb plitəsi və şərqdə Hind-Avstraliya plitəsi ilə sərhədlərə sahibdir. Qərbdə Şimali Amerika plitəsi olan divergent sərhədlər Orta-Atlantik dağ silsiləsinin şimal hissəsini əmələ gətirir. 1973-cü ildə İslandiya adası Heimaeydəki Eldfell vulkanının püskürməsi məhz Şimali Amerika və Avrasiya plitələrinin divergent hərəkəti nəticəsində baş vermişdi. Mərkəzi Asiyanın geodinamikası Şimali Avrasiya və Hind plitələri arasındakı əlaqə ilə idarə edilir. Bu ərazidə bir çox plitə hissələri və qabıq blokları aşkar edilib.
Avrasiya qonurdişi
Avrasiya tuneli
Avrasiya tuneli — İstanbulda Bosfor boğazın altından keçən avtobil tuneli. Tunel rəsmi olaraq 20 dekabr 2016-cı ildə, nəqliyyat üçün isə 22 dekabr 2016-cı ildə açılır. 5.4 km (3.4 mil) uzunluğa malik ikimərtəbəli tunel Türkiyənin Avropa hissəsindəki Qumqapı məhəlləsi ilə Asiya hissəsindəki Kadıköyü birləşdirir. Uzunluğu tunelə giriş yolları daxil olmaqla 14,6 km (9,1 mil) təşkil edir. Tunelin dəniz dibi altından keçən maksimum dərinliyi 106 m-ə çatır. 29 oktyabr 2013-cü ildə açılan Marmaray dənizaltı dəmir yolu tunelindən təxminən 1 km cənubda yerləşir. İki qitə arasındakı səyahət təxminən 5 dəqiqə çəkir. Rüsumlar hər iki istiqamətdə də tutulur; 2020-ci ilin fevralından etibarən avtomobillər üçün 36,40 lirə (təxminən 4 dollar) və mikroavtobuslar üçün 54,70 lirə (6 dollar). 2021-ci ilin fevralında gediş haqları 26% artaraq müvafiq olaraq 46 liraya (təqribən 6.20 ABŞ dolları) və 69 lirəyə (təxminən 9.30 ABŞ dolları) çamışdır. Avrasiya tunelinin konseptual təməlləri, İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən irəli sürülən 1997 Nəqliyyat Master Planına əsasən İstanbul Universiteti tərəfindən hazəırlanmışdır.
Avrasiya çölləri
Avrasiya çölləri Avrasiyanın mülayim çəmənliklərin, savannaların və kolluqların biologiyasındakı geniş çöl ekosistemidir. Rumıniya və Moldovadan Ukraynaya, Rusiyaya, Qazaxıstana, Şərqi Türkistana və Monqolustandan Mancuriyaya qədər uzanır. Bundan əlavə, Macarıstandakı Pannoniya çölləri də Avrasiya çöllərinin uzantısı hesab olunur. Paleolit ​​dövründən çöllər iqtisadi, siyasi və mədəni vasitələrlə Şərqi Avropa, Mərkəzi Asiya, Çin, Cənubi Asiya və Yaxın Şərqi ticarət yollarında birləşdirmişdir. O, təkcə Antik və Orta əsrlərdə İpək Yolunun deyil, həm də müasir dövrdə Avrasiya quru körpüsünün sələfidir. Xiongnu, İskitlər, Kimmerlər, Sarmatlar, Hunlar, Xarəzm, Mavəraünnəhr, Soqdlar, Syenpilər, Monqol imperiyası və Göytürk xaqanlığı kimi tarix boyu bir çox köçəri imperiyalara və bir çox böyük qəbilə konfederasiyalarına və qədim dövlətlərə ev sahibliyi etmişdir.
Avrasiya əhalisi
Avrasiya əhalisi - Avrasiyada daima yenidən istehsal nəticəsində yenilənən və yaşayan insanların toplusu. == Haqqında == Avrasiya əhalisinin sayına görə materiklər arasında birinci yeri tutur. Hal-hazırda Avrasiyada 2017-ci ilə görə olan statistik göstəricilərə görə 4,618 milyard nəfərdir. Dünya əhalisinin 3/4-ü burada yaşayır. Avrasiyada yaşayan əhali Dünya əhalisinin 70%-ni təşkil edir. Əhalinin 2/3-si Asiyada, qalan hissəsi Avropada yaşayır. Qanq, Braxmaputra və Yantsızı çaylarının vadiləri, Yava adası, Banqladeş, ayrı-ayrı ölkələrdə formalaşmış iri sənaye rayonları sıx məskunlaşmışdır. Yava adasında əhalinin sıxlığı 400-1000 nəfər/kv. km, Banqladeşdə 850 nəfər /kv km-dir. Asiyada əhalinin orta sıxlığı hər kv km-də 79,1 nəfər, Cənubi Asiyada 257 nəfər, Şimali Asiyada 10 nəfərdir.
Bank Avrasiya
Bank Avrasiya (ASC) Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2007-ci il tarixli 251 saylı "Bank fəaliyyətinin həyata keçirilməsi barədə bank lisenziyası" əsasında fəaliyyətə başlamışdır. Bank Avrasiya ASC aşağıda sadalanan təşkilatlara və sistemlərə üzvdür: Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (dekabr, 2007); XÖHKS - Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (yanvar, 2008); Sahibkarlığa Kömək Milli Fondu (fevral, 2008); Bakı Banklararası Valyuta Birjası (iyun, 2008); SWIFT - Beynəlxalq Banklararası İnformasiyaların Ötürülməsi və Ödənişlər Sistemi (iyun, 2008); AZIPS - Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (iyul, 2008); "MasterCard İnternational"beynəlxalq ödəniş sistemi (avqust, 2008); Azərbaycan Banklar Assosiasiyası (fevral, 2009); Azərbaycan İpoteka Fondu (may, 2009).
Avrasiya Gömrük İttifaqı
Avrasiya Gömrük İttifaqı — Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin Gömrük İttifaqı. 2015-ci ildə AİB qurulmadan əvvəl Avrasiya İqtisadi Qrupuna qatılan ölkələr arasından yalnız üç ölkənin (Rusiya, Belarus və Qazaxıstan) gömrük birliyi var idi və beləliklə Avrasiya İqtisadi Qrupuna əsaslanan Gömrük Birliyi idi. AİQ-nda üzvlüyü olan ölkələr üçün seçim idi. AİB qurulduqda (sələfindən fərqli olaraq) ümumi gömrük ittifaqı AİB-nin ayrılmaz hissəsinə çevrildi və bütün üzv ölkələrin AİB-nə daxil olduqları andan avtomatik olaraq Gömrük İttifaqına daxil olurlar. Eyni zamanda Gömrük İttifaqında iştirak edən ölkələr (1 yanvar 2015-ci il tarixində AİB yaranana qədər) və üçüncü ölkələrlə ticarət edərkən vahid gömrük tarifləri və digər tənzimləmə tədbirlərini tətbiq etməyə davam edirlər. == Tərkib == Gömrük İttifaqına üzv ölkələr: Qazaxıstan — 1 iyul 2010-ci ildən Rusiya — 1 iyul 2010-ci ildən Belarus — 6 iyul 2010-ci ildən Ermənistan — 10 oktyabr 2014; 2 yanvar 2015-ci il tarixində qüvvəyə minmişdir (AİB-nə daxil olma ilə eyni vaxtda). Qırğızıstan — 8 may 2015; 12 avqust 2015-ci il tarixində qüvvəyə minmişdir (AİB-nə daxil olma ilə eyni vaxtda). Namizədlər: Suriya Gİ-na qoşulmaq niyyətini açıqlayır (2013-ci ilin əvvəli) Tunis Gİ-na qoşulmaq niyyətini açıqlayır (14 yanvar 2015) == Gömrük ittifaqının qurulma xronologiyası == 1995-ci ildə Qazaxıstan, Rusiya, Belarus və bir qədər sonra Qırğızıstan, Özbəkistan və Tacikistan rəhbərləri, sonradan Avrasiya İqtisadi Birliyinə çevrilən Gömrük İttifaqının qurulması haqqında ilk müqaviləni imzaladılar. 6 oktyabr 2007-ci ildə Düşənbədə Belarus, Qazaxıstan və Rusiya vahid gömrük ərazisinin qurulması və Gömrük İttifaqının təşkili haqqında saziş imzaladılar. 2009-cu ildə dövlət və hökumət başçıları səviyyəsində keçirilən görüşdə Gömrük İttifaqının əsasını təşkil edən 40-a yaxın beynəlxalq müqavilə qəbul edildi və təsdiq edildi.
Avrasiya Milli Universiteti
Lev Qumilyov adına Avrasiya Milli Universiteti (AMU; qaz. Гумилев атындағы Еуразия ұлттық университеті) — Astana şəhərində yerləşən ali təhsil müəssisəsi. Rus alimi, etnoloq və tarixçi Lev Qumilyovun adını daşıyır. AMU 28 elmi müəssisəni (tədqiqat institutları, laboratoriyalar, mərkəzlər), 13 fakültəni, Davamlı Təhsil və Təkmilləşdirmə İnstitutunu, bir hərbi kafedranı, müxtəlif əyalətlərin mədəniyyət və təhsil mərkəzlərini əhatə edir. Avrasiya Milli Universitetində mütəxəssis hazırlığı sistemi 3 təhsil səviyyəsində həyata keçirilir: ali əsas təhsil (bakalavr dərəcəsi), magistr və doktorantura. Universitet 65 bakalavr, 68 magistratura və 38 doktorantura ixtisası üzrə mütəxəssis hazırlayır. == Tarixi == L.N.Qumilyov adına Avrasiya Milli Universiteti 23 may 1996-cı ildə Qazaxıstan Respublikasının Prezidenti N.A.Nazarbayevin təşəbbüsü ilə iki universitetin — Tselinoqrad İnşaat İnstitutu və Tselinoqrad Pedaqoji İnstitutunun birləşməsi əsasında qurulmuşdur. Qazaxıstan Respublikası Prezidentinin 5 iyul 2001-ci il tarixli fərmanı ilə universitetə ​​"bir şəxsin milli və milli əsaslar əsasında formalaşmasına, inkişafına və peşə inkişafına verdiyi əhəmiyyətli töhfəni nəzərə alaraq xüsusi milli status verildi. ümumbəşəri dəyərlər, elm və texnologiyanın nailiyyətləri ". Universitet Lev Nikolaeviç Qumilyovun adını daşıyırdı.
Avrasiya iqtisadi birliyi
Avrasiya İqtisadi Birliyi — 29 may 2014-cü ildə Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan siyasi və iqtisadi təşkilat. Ermənistanı da Avrasiya İqtisadi Birliyinə daxil edən müqavilə 9 oktyabr 2014-cü ildə imzalanıb. Birliyin fəaliyyəti rəsmi olaraq 1 yanvar 2015-ci ildə başlayıb.
Avrasiya İqtisadi Komissiyası
Avrasiya İqtisadi Komissiyası (AİK) — Avrasiya İqtisadi İttifaqının (EAEU) (keçmiş Gömrük İttifaqı və Vahid İqtisadi Məkan) daimi fəaliyyət göstərən dövlətlərüstü tənzimləyici orqanı. O, Rusiya Federasiyası, Belarus Respublikası və Qazaxıstan Respublikası prezidentlərinin qərarı ilə yaradılıb və 18 noyabr 2011-ci il tarixli "Avrasiya İqtisadi Komissiyası haqqında" və "İş qaydaları haqqında" Sazişlər əsasında fəaliyyət göstərir. Avrasiya İqtisadi Komissiyası". Fəaliyyətə başlama tarixi 2 fevral 2012-ci ildir. O, Ali Avrasiya İqtisadi Şurasına (AİİK) tabe olan dövlətlərüstü idarəetmə orqanı statusuna malikdir. Komissiyanın qərarları Aİİ, Gömrük İttifaqı və Vahid İqtisadi Məkan üzv dövlətlərinin ərazisində məcburi qüvvəyə malikdir. Avrasiya İqtisadi Komissiyasının əsas vəzifəsi Avrasiya İqtisadi İttifaqının, Gömrük İttifaqının və Vahid İqtisadi Məkanın fəaliyyət göstərməsi və inkişafı üçün şəraiti təmin etmək, bu birliklər çərçivəsində inteqrasiya sahəsində təkliflər hazırlamaqdır. Gərargah — Moskva (Rusiya Federasiyası). == AİK-nın səlahiyyət sahələri == Komissiyanın səlahiyyət sahələri Avrasiya İqtisadi Komissiyası haqqında Əsasnamədə (Avrasiya İqtisadi İttifaqı haqqında Müqaviləyə 1 nömrəli əlavə) təsbit edilmişdir. Gömrük İttifaqı Komissiyasının səlahiyyətləri Avrasiya İqtisadi Komissiyasına verilib.
Avrasiya İqtisadi Qrupu
Avrasiya İqtisadi Qrupu (İngiliscə: Eurasian Economic Community, Rusca: Eвразийское Экономическое Сообщество, Türkcə: Avrasya Ekonomi Topluluğu) Avrasiya İqtisadi Birliyi, üzv dövlətlərin iqtisadi inteqrasiyasını hədəf alan 2000-2014-cü illərdə mövcud olan regional bir təşkilatdır. Avrasiya İqtisadi Birliyinin yaranma prosesi, 6 yanvar 1995-ci il tarixində Rusiya ilə Belarusiya arasında imzalanan Gömrük İttifaqı Sazişi ilə başladı. 10 oktyabr 2000-ci ildə Belarusiya, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan tərəfindən imzalanan müqavilə ilə quruldu. Moldova və Ukrayna 2002-ci ildə, Ermənistan isə 2003-cü ildə təşkilata müşahidəçi qismində qoşulub. Özbəkistan 25 yanvar 2006-cı ildə Avrasiya İqtisadi Birliyinə qoşuldu. Təşkilat Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında da müşahidəçi statusuna malik idi.
Avrasiya İqtisadi İttifaqı
Avrasiya İqtisadi Birliyi — 29 may 2014-cü ildə Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan siyasi və iqtisadi təşkilat. Ermənistanı da Avrasiya İqtisadi Birliyinə daxil edən müqavilə 9 oktyabr 2014-cü ildə imzalanıb. Birliyin fəaliyyəti rəsmi olaraq 1 yanvar 2015-ci ildə başlayıb.
Bakı Avrasiya Universiteti
Bakı Avrasiya Universiteti (BAAU) — Azərbaycanda fəaliyyət göstərən özəl ali təhsil müəssisəsi. == Tarixi == Bakı Avrasiya Universiteti 1992-ci il aprelin 30-da fəlsəfə elmləri doktoru, professor Nazim Ziyad oğlu Hüseynli tərəfindən Ali Diplomatiya Kolleci (ADK) adı ilə təsis edilmişdir. Azərbaycan Respublikasının müstəqilliyini yeni bərpa etdiyi ilk dövrlərdə diplomatiya və beynəlxalq münasibətlər sahəsində peşəkar kadrlara kəskin tələbatın qarşılanması zərurətindən yaranmış təhsil müəssisəsinin əsas məqsədi çoxpilləli tədris prosesində xarici siyasət və beynəlxalq hüququn əsaslarına yiyələnmiş, respublikamızın xarici ölkələrdəki səfirlik və konsulluqlarında, digər təmsiledici strukturlarında və beynəlxalq təşkilatlarda fəaliyyət göstərmək potensialına malik mütəxəssislər, qərb və şərq dövlətləri üzrə ixtisaslaşmış diplomatlar, sinxron tərcüməçilər, jurnalist və hüquqşünaslar hazırlamaq, eləcə də diplomatiya sahəsində fəaliyyət göstərən kadrları təkmilləşdirmək və müvafiq istiqamətlər üzrə elmi-tədqiqat işləri aparmaq idi. 1992-ci ildən 1993-cü ilin mart ayına qədər olan mərhələni Universitetin tarixində tələbə qəbuluna hazırlıq, eyni zamanda təhsil müəssisəsinin elmi-tədqiqat mərkəzi olaraq geniş və səmərəli fəaliyyətin qurulduğu dövr kimi xarakterizə etmək olar. Təsadüfi deyil ki, məhz bu dövrdə təhsil müəssisəsində respublikamız üçün tamamilə yeni olan sahələr: diplomatiya, xarici siyasət və Azərbaycanşünaslığa dair fundamental və tətbiqi problemlər araşdırılmış, müvafiq sahələr üzrə elmi nəşrlərin hazırlanması, həmçinin informasiya sisteminin təşkil istiqamətində mühüm işlər həyata keçirilmişdir. Təhsil müəssisəsi Dövlət Ali Ekspert Komissiyasının 1993-cü il 13 mart tarixli 7/1 saylı qərarı ilə dövlət qeydiyyatından keçmişdir. Həmin qərara əsasən Ali Diplomatiya Kollecinə "Beynəlxalq münasibətlər", "Diplomatiya", "İqtisadiyyat və idarəetmə", "Beynəlxalq hüquq", "Jurnalistika", "Beynəlxalq jurnalistika", "Dilşünaslıq", "Sinxron tərcümə", "İngilis dili tərcüməçiliyi", "Sosiologiya", "Politologiya" ixtisasları üzrə kadr hazırlığına icazə verilmiş və tələbə qəbulunun test üsulu ilə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının nəzarəti altında keçirilməsi tövsiyə edilmişdir. Təhsil müəssisəsi Azərbaycan Respublikası Prezidentinin 24.09.1994-cü il tarixli 212 saylı fərmanı ilə yaradılmış DAEK-in rəyi əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.02.1996-cı il tarixli 22 saylı qərarı ilə bakalavr pilləsində "Sinxron tərcümə", "Diplomatiya" və "Beynəlxalq əlaqələr" ixtisasları üzrə kadr hazırlığı aparan qeyri-dövlət ali təhsil müəssisəsi kimi dövlət qeydiyyatına alınmışdır. Təhsil müəssisəsi 2005-ci il 30 iyun tarixədək Ali Diplomatiya Kolleci adı ilə fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xüsusi rəyi əsasında Azərbaycan hökumətinin qərarı ilə təhsil müəssisəsinin adı 2005-ci il 30 iyun tarixindən dəyişdirilərək Bakı Diplomatiya Universiteti adlandırılmışdır.
Avrasiya Türk Araşdırmaları İnstitutu
Avrasiya Türk Araşdırmaları İnstitutu (kor. 유라시아투르크연구소, türk. Avrasya Türk Araştırmaları Enstitütüsü, ing. Institute for Eurasian Turkic Studies) — Koreyanın Seul şəhərində yerləşən Dongduk Qadınlar Universitetinin (ing. Dongduk Women's University) nəzdində fəaliyyət göstərən institut, elmi araşdırma mərkəzi. == Tarixi == Avrasiya Türk Araşdırmaları İnstitutunun əsası 2016-cı ildə qoyulmuşdur. === Faəliyyət istiqaməti === İnstitut Türk dilli ölkələrlə Koreya arasındakı əlaqələrin möhkəmlənməsi, dostluq bağlarının daha da güclənməsi istiqamətində fəaliyyət göstərir. Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru türkoloq, alim, professor Eunkyung Ohdur. İnstitutda 8 əməkdaş fəaliyyət göstərir. Burada Koreya alimləri ilə yanaşı, azərbaycanlı və özbək araşdırmaçılar da çalışır.
Avrasiya Universitetlər Birliyi (EURAS)
Avrasiya Universitetlər Birliyi (EURAS) — Avropa və Asiya universitetləri arasında əməkdaşlıq qurmaq, müəllim, tələbə və müəllim mübadiləsini həyata keçirmək üçün Avrasiyanın yeddi dövlət universiteti tərəfindən təsis edilmiş, Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Assosiasiyasının (ENQA) bir hissəsi olan qeyri-kommersiya Avrasiya təşkilatıdır. Layihə Aİ-nin Erasmus proqramına bənzəyir, lakin Avropa (Aİ-yə daxil olmayan ölkələr də daxil olmaqla) və Asiya universitetlərini əhatə edir. == Azərbaycanda əməkdaşlıq etdiyi təşkilatlar == 28 mart 2023-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Avrasiya Universitetlər Birliyinə (EURAS) rəsmi üzvlüyünə qəbul edilib.
Beynəlxalq Avrasiya Mətbuat Fondu
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) – 1992-ci ildə dövlət qeydiyyatına alınmış müstəqil beynəlxalq qeyri-hökumət təşkilat. BMT-nin İnkişaf Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, ABŞ Dövlət Departamenti, ABŞ Tədqiqat Əməliyyat Mərkəzi, Avropa Komissiyası, NATO, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, Sərhədsiz Reportyorlar, Beynəlxalq Söz Azadlığı Mübadiləsi, Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutu, bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik, habelə regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Beynəlxalq Avrasiya Mətbuat Fondu əsasən üç istiqamətdə – media və vətəndaş cəmiyyətinin inkişafı; sülhməramlı aksiyalar və konfliktologiya; qaçqınlar, məcburi köçkünlər və icma problemləri istiqamətlərində fəaliyyət göstərir. Beynəlxalq Sülh Bürosunun (BSB), Beynəlxalq Mətbuat İnstitutunun (BMİ), Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE), ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosu Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsinin İctimai-Özəl Tərəfdaşlıq Proqramının, BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) QHT bölməsinin xüsusi məşvərətçi statuslu üzvü olan BAMF Azərbaycan Mətbuat Şurasının, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu və Azərbaycan Jurnalistlər Konfederasiyasının üzvüdür. BAMF-ın sədri Umud Mirzəyev Beynəlxalq Mətbuat İnstitutu Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu İdarə Heyəti sədrinin müavinidir. Beynəlxalq təşkilatlara üzvlüyü BAMF-ın fəaliyyət dairəsinin genişlənməsi ilə yanaşı həm də fonda müvafiq səlahiyyətlər qazandırır. ECOSOC-da xüsusi məşvərətçi status qazanan BAMF BMT Baş Assambleyası tərəfindən çağırılan beynəlxalq konfrans və digər xüsusi iclasların iştirakçısı olmaq, komitə tərəfindən verilmiş zəmanət əsasında şifahi, həmçinin qısa yazılı bəyanatlar vermək, ECOSOC-un və onun digər orqanlarının iclaslarında iştirak üçün nümayəndələr təyin etmək, QHT-lərin maraqlı olduğu məsələlərlə bağlı katiblikdəki məmurlarla məsləhətləşmələr aparmaq səlahiyyətinə malikdir. Təşkilat Beynəlxalq Mətbuat İnstitutunun tərəfdaşı kimi bu nüfuzlu qurumun hər il keçirdiyi Dünya Konqreslərində və Baş Assambleyalarında iştirak edir, təkliflər irəli sürür, Azərbaycanda müstəqil medianın inkişafı ilə bağlı məsələlər qaldırır. ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosu Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsi ilə özəl tərəfdaşlıq BAMF-ın sülhməramlı aksiyalar və konfliktologiya sahəsindəki fəaliyyətində yeni mərhələ açmışdır. Təşkilat bu tərəfdaşlıq çərçivəsində öz nəşrlərində, media qurumları ilə əməkdaşlıq əlaqələrində və keçirdiyi ictimai tədbirlərdə ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosu Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsilə tərəfdaşlığını vurğulaya, bu idarə ilə birgə müəlliflik əsasında məqalələr və nəşrlər hazırlaya bilər.
İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzi
İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya Regional Mərkəzi Baş Qərargahı Bakıda olan İKGF-nin orqanıdır və onun mandatı altında üzv olan ölkələrdə İCY-ERC-nin baxış və missiyasını həyata keçirir. Mərkəz Ev Sahibi Ölkə Sazişinə və İKGF Baş Assambleyasının və Mərkəzin İdarə Heyətinin qərarlarına əsasən fəaliyyət göstərir. Mərkəzin baş icraçı direktoru (Mərkəzin rəhbəri) mərkəzin Baş direktorudur. 18 may 2010-cu il tarixində Tacikistanın Düşənbə şəhərində ICGF-DC-nin Baş katibi cənab Elşad İskəndərov və Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov ICFM-nin 37-ci sessiyası çərçivəsində Avrasiya Regional Mərkəzinin yaradılması önə sürdü. Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2010-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş 1049-IIIQ nömrəli qanuna əsasən, hazırda İƏT-də gənclər təşkilatlarının koordinasiya fəaliyyətini diplomatik statuslu və Baş Qərargahı Bakıda yerləşən Avrasiya Regional Mərkəzi həyata keçirir. Mərkəzi Asiya ölkələrindən olan dövlətlər, eləcə də Mərkəzi və Şərqi Avropa ölkələrində yaşayan müsəlman azlıqları təmsil edən gəncləri əhatə edir.