Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azərbaycanda eneolit dövrünün əkinçi-maldar tayfaları
Eneolit – latın-yunan sözlərinin birləşməsindən əmələ gələrək, mis-daş dövrü ("eneus" latın dilində – mis, "litos" yunan dilində – daş) deməkdir. Elmi ədəbiyyatda bəzən bu söz əvəzinə təmiz yunan termini xalkolit ("xalkos" -yunanca mis deməkdir) də işlədilir. Eneolit, bəşəriyyətin inkişafının bir dövrü, neolitdən (daş dövrü) tunc dövrünə keçid mərhələsidir. Termini ilk dəfə 1876-cı ildə beynəlxalq arxeoloji konqresdə macar arxeoloq Ferens Pulski Tompsenin ilkin təsnifatlandırmasının dəqiqləşdirilməsi üçün irəli sürmüşdür. Bu təsnifatlandırmada daş dövrünün ardınca birbaşa tunc dövrü gəlirdi. Eneolit daş dövrünün sonu – metal əsrinin başlanğıcı hesab edilən b.e.ə. VI—IV minillikləri əhatə edir. Bu dövr üçün aşağıdakı xüsusiyyətlər xarakterikdir: insanlar ilk dəfə metalla tanış oldular və mis emalına başladılar, ancaq mis yumşaq olduğuna və az tapıldığına görə daşı sıxışdıra bilmədi; qəbilədə qadınların mövqeyi get-gedə zəifləyir və cəmiyyətin həyatında icma ağsaqqalları şurası mühüm rol oynayır; yığıcılıqdan fərqli olaraq qəbiləni bitki qidası ilə daha yaxşı təmin edən toxa əkinçiliyi, maldarlıq və sənətkarlıq daha da inkişaf etdi, mənzillər və təsərrüfat tikililəri çay kənarında çiy kərpicdən və möhrədən dairəvi planda inşa olunurdu; === Abidələrin icmalı === Eneolit dövrü daş dövründən sonra başlamışdır. Cəmiyyətin tarixi inkişafının ən mühüm mərhələlərindən birində - Eneolit dövründə insanlar mis külçəsinin döyülmə xassəsini icad edərək ondan əşyalar hazırlamağa başladılar. Mis-daş dövrü daşdan tunca keçid mərhələsi idi.
Amardlar
Amardlar və ya Mardlar- Xəzər dənizinin cənub sahilində yaşayan xalq idi ki Strabonda onlardan ad aparıb. Amardlar, arilərdən öncə bu məntəqədə yaşayırdılar.Herodot İran qəbilələrinin arasında "Mardlar"ında adın çəkib.
Kamandar
Kamandar – Azərbaycanlı adı. Kamandar Şərifov Kamandar Məcidov Kamandar Abdullayev Digər Kamandar (Şəmkir) – Azərbaycan Respublikasının Şəmkir rayonunun Badakənd inzibati ərazi vahidində kənd.
Lamalar
Lamalar (lat. Lama glama) – dəvə və vikunya ilə birlikdə dəvəkimilər fəsiləsinə cins. Yalnız Cənubi Amerikada yayılmışdır. Lamalar və vikunyalar bəzən köhnə dünyadakı qohumlarından hürgücünün olmaması və daha qısa boyu ilə fərqlənən Yeni Dünya dəvələri qrupunda birləşdirilir. Lamalar cinsinin nümayəndələri uzunluqları 120 ilə 220 sm, çəkisi 55 ilə 150 kq arasında dəyişir. == Növləri == Cinsə iki növ daxildir: Quanako (Lama guanacoe) Lama (Lama glama) == Tarix == Onların ilk təsviri 1553-cü ildə Sesa de Leonun "Peru Salnamesi" kitabında verilmişdir. Onlara bir vəhşi növ olan quanako (Lama guanicoe) və ayrıca əhlilləşdirilmiş bir növ lama (Lama glama) daxildir. Əhlilləşdirilmə prosesi təxminən 5000 il əvvəl başlamışdır. Vikunyalar da daxil olmaqla qarışıq xüsusiyyətlərə sahib heyvanlara tez-tez rast gəlinir. Çoxdan yük və minik heyvanı kimi istifadə olunu.
Abalar
Abalar (şor. абалар) — Rusiyada yaşayan şorların eli. Sayan dağlarının şimalında, Alatau yamaclarında və Tom çayının sahillərində yaşayırlar. Onlar qədim zamanlardan dəmirçi kimi tanınmışlar. Onların dili türk dillərinin Sibir qolundandır.
Adalar
Ada — hər tərəfdən su ilə əhatə olunmuş, materikə nisbətən kiçik, suyun qabarması zamanı belə su səthindən yüksəkdə olan, təbii yolla yaranan quru torpaq sahəsi. Okeanlarda, dənizlərdə, çaylarda, göllərdə qrup halında (arxipelaq) və ya tək-tək olur. == Ümumi məlumat == Mənşəyinə görə adalar üç qrupa bölünür: Materik mənşəli adalar. Bunlar tektonik proseslər nəticəsində Yer qabığının çökməsi və ya parçalanması nəticəsində materikdən ayrılan hissələrdir. Məsələn, Qrenlandiya, Saxalin, Kalimantan, Yaponiya adaları, Madaqaskar, Şri-Lanka və sair Vulkanik mənşəli adalar. Bunlar püskürmələr nəticəsində əmələ gələn adalardır. Məsələn, Azov, İslandiya, Kanar və s. adalar litosfer tavalarının kənarlaşması, Kuril, Aleut, Marian və s. adalar zənciri isə materik və okean tipli litosfer tavalarının toqquşması nəticəsində əmələ gəlmişdir. Mərcan adaları.
Amaday
[[Şəkil:Azərbaycan_ərazisində_tayfalar_(e.ə._VI-IV_əsrlər).jpg|link=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Az%C9%99rbaycan_%C9%99razisind%C9%99_tayfalar_(e.%C9%99._VI-IV_%C9%99srl%C9%99r).jpg%7Cthumb%7C[[Bütöv Azərbaycan|Azərbaycan]] ərazisində tayfalar (e.ə. VI-IV əsrlər)]] Amada və ya Amaday, Mannanın Assurilərə məğlubiyyətindən sonra Assuriya hücumuna qarşı dayanan ilk tayfalardan biriydi. == Tarixi == Müxtəlif tayfalar Manna torpaqlarında məskunlaşmışdılar və Amada qəbiləsinin şöhrəti düşmənə qarşı müstəqillik bayrağını qaldırmasıydı. Bunun nəticəsində, Assuriya padşahları tərəfindən Amada və Manna qəbilələri iki müstəqil dövlət olaraq tanındılar. Amada eyni zamanda böyük Midiya sülaləsinin banisi Deyokun doğulduğu yerdir.
Amanda
Amanda — "sevilməyə layiq", "sevgiyə layiq" və ya "hər kəs tərəfindən çox sevilən" mənasını verən bir Latın qadın adıdır. "Amanda" adı ilk dəfə 1212-ci ildə İngiltərənin Warwickshire'nin doğum tarixində ortaya çıxdı və beş əsr sonra adı şairlər və dramaturqlar tərəfindən populyarlaşdı. [2] ABŞ-də "Amanda" yavaş-yavaş 1930–1960-cı illər arasında ən yaxşı 200 körpənin adları sırasında yer aldı. 1976-cı ildən 1995-ci ilə qədər "Amanda" ABŞ-də ən populyar qadın körpəsi adları sırasında yer aldı. Adı 1978-dən 1992-ci ilə qədər ən populyar idi, ilk 4-cü sırada yer alanda, 1980-ci ildə ən populyar ikinci oldu. 2009-cu ildə "Amanda" 166 nömrə tutdu. 2009-cu ildə Puerto Rikoda doğulan qızlara verilən ilk on ad arasında yer aldı. Adı, eyni zamanda, İsveçdə də populyardır, burada 2009-cu ildə anadan olmuş qızlar üçün iyirminci yeri tutur, beş yerə enir. 2008-ci ildən bəri. Bu, İsveçdə doğulan qızlar üçün ilk onluq sırasında yer aldığı Finlandiyadakı İsveçdilli ailələrdə də məşhurdur.
Ağalar
Ağalar — Gürcüstanın Bolnisi rayonunda kənd. == Tarixi == == Mədəniyyəti == Qarapapaklar yaşayır.
Maldaş
Maldaş — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 41 km məsafədə yerləşir. XIX əsrin ortalarında qışlaq əsasında yaranmış kənddir. Qışlaq mal-qaraya sal daşlar üzərində duz verilən "Maldaş" yerinin adını əks etdirir. == Toponimi == Toponim Azərbaycan dilində "iri buynuzlu ev heyvanı, mal-qara, qaramal" mənasında işlənən mal sözü ilə Azərbaycan dilində "dağ, qaya" mənasında işlənən daş sözünün birləşməsindən əmələ gəlmişdir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Amada
[[Şəkil:Azərbaycan_ərazisində_tayfalar_(e.ə._VI-IV_əsrlər).jpg|link=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Az%C9%99rbaycan_%C9%99razisind%C9%99_tayfalar_(e.%C9%99._VI-IV_%C9%99srl%C9%99r).jpg%7Cthumb%7C[[Bütöv Azərbaycan|Azərbaycan]] ərazisində tayfalar (e.ə. VI-IV əsrlər)]] Amada və ya Amaday, Mannanın Assurilərə məğlubiyyətindən sonra Assuriya hücumuna qarşı dayanan ilk tayfalardan biriydi. == Tarixi == Müxtəlif tayfalar Manna torpaqlarında məskunlaşmışdılar və Amada qəbiləsinin şöhrəti düşmənə qarşı müstəqillik bayrağını qaldırmasıydı. Bunun nəticəsində, Assuriya padşahları tərəfindən Amada və Manna qəbilələri iki müstəqil dövlət olaraq tanındılar. Amada eyni zamanda böyük Midiya sülaləsinin banisi Deyokun doğulduğu yerdir.
Amilkar Kabral
Amilkar Kabral (12 sentyabr 1924[…], Bafata, Portuqaliya Qvineyası[d] – 20 yanvar 1973[…], Konakri) — Qvineya-Bisau xalqının milli qəhrəmanı, PAİQK partiyasının baş katibi. 1973-cü ildə müstəmləkəçilər tərəfindən öldürülmüşdür. Qvineya-Bisau Dövlət Şurasının sədri olmuş Luis Kabralın böyük qardaşıdır. == Mənbə == Hamlet Qocayev, "Afrikada gördüklərim", Bakı, "Azərnəşr", 1986, səh. 16-17.
Aşıq Kamandar
Aşıq Kamandar (21 oktyabr 1932, Kəpənəkçi, Marneuli rayonu – 25 oktyabr 2000, Marneuli rayonu, Kvemo-Kartli) — Çağdaş Azərbaycan aşıq sənətinin azmanı, Borçalı aşıq məktəbinin nümayəndəsi. == Həyatı == Əfəndiyev Kamandar Həmid oğlu 21 oktyabr 1932-ci ildə Gürcüstanın Borçalı mahalının Sarvan (indiki Marneuli) rayonunun Kürüstü Kəpənəkçi kəndində anadan olmuş, Kosalı natamam orta məktəbini bitirib, traktorçu köməkçisi kimi əmək fəaliyyətinə başlamışdır. Aşıqlıq sənətinə həvəsi onu tanınmış ustad aşıq Sadıq Sultanovun yanına aparmışdır.15 yaşından etibarən o, resbublikanın bütün mədəni tədbirlərində iştirak etmişdir. Çox gənc yaşlarında şöhrəti bütün türk dilli ölkələrə yayılmışdır. Aşıq kamandar öz sənəti ilə Azərbaycanda, Türkiyədə, İranda, İraqda və Orta Asiya ölkələrində bu qədim həmişəyaşar musiqimizin bütün incəliklərini bir daha tanıdıb, təsdiqləmişdir. O, 1963, 1984-cü illərdə keçirilən aşıqların III, IV qurultaylarının nümayəndəsi olmuş, əməkdar mədəniyyət işçisi (1984) adına layiq görülmüşdür. Aşıq Kamandar 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün ən yaxşı iştirakçısı və mükafatçısı olmuşdur. O, 1987-ci ildə Tbilisidə keçirilən beynəlxalq Xalq yaradıcılıq festivalında ən mahir musiqiçi kimi laureat olmuşdur. Tanınmış sənətkar 72 saz havasını böyük ustalıqla ifa edirdi. Ustad aşıq bir neçə saz havasının yaradıcısıdır: "Fəxri" , "Qaragöz balam" "Doğma Gürcüstanım" və s.
Kamandar (Şəmkir)
Kamandar – Azərbaycan Respublikasının Şəmkir rayonunun Badakənd inzibati ərazi vahidində kənd. == Tarixi == Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi XIX əsrdə Kamandar meşəsi adlanan ərazidə salınmışdır. Yerli əha-linin məlumatına görə, Kamandar həmin meşənin sahibinin adıdır. == Əhalisi == Kəndin əhalisi 57 nəfər təşkil edir ki, onun da 29 nəfəri kişi, 28 nəfəri isə qadındır. == Şəkilləri == == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Kamandar Abdullayev
Abdullayev Kamandar Məmməd oğlu — Azərbaycan Respublikasının əməkdar mühəndisi, rabitə ustası, beynəlxalq dərəcəli böyük mühəndis, Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Elektrotexnika fakültəsinin məzunu. == Həyatı == 1940-cı il 10 noyabr tarixində indiki Goranboy rayonunun Ağamalıoğlu (əvvəllər Abdullabəykürdü, indi Düzqışlaq) kəndində anadan olub, 1949-cu ildən həmin kəndin orta məktəbində 7 sinif orta təhsil aldıqdan sonra 1957-ci ildə Bakıya köçüb leytenan Şmidt adına Bakı Maşınqayırma Zavodunun poladəritmə sexinin model bölməsində modelşik işləyib. Tam orta təhsilini də Bakı şəhəri Nərimanov rayonunun 72 nömrəli fəhlə gəncləri məktəbində başa vurdu. 1961–1966-cı illərdə Azərbaycan Politexnik İnstitutunun Elektrotexnika fakültəsində ali təhsil almış və 1965-ci ilin dekabr ayında təyinat üzrə Kirovabad (indi Gəncə) şəhərində 2 nömrəli Rabitə İstismar Texniki Qovşağının Şəhərlərarası telefon stansiyasının gücləndirici məntəqə mühəndisi təyin olunmuşdur. 1970-ci ilin mart ayında həmin Rabitə qovşağının rəis müavini təyin olundu. 15 avqust 1971-ci ildən SSRİ Rabitə Nazirliyi tərəfindən Monqolustan Xalq Respublikasına uzunmüddətli xidməti ezamiyyətə göndərilmişdir. Uzunmüddətli xarici ezamiyyətdən sonra 1973-cü ilin oktyabr ayından Gəncədə 2 nömrəli Rabitə İstismar Texniki Qovşağının rəis müavini vəzifəsində əmək fəaliyyətini davam etdi. Gəncə şəhərində (əvvəlki adı Kirovabad) 1975–1986-cı illərdə Şəhər Rabitə Qovşağının rəisi və sonra 1986–1990-cı illərdə Şəhər Telefon Şəbəkəsinin rəisi işləmişdir. 1990–1998-ci illərdə Respublika Magistrallarının Texniki Qovşağının Qazax — Bərdə hissəsi üzrə sahə rəisi olub. 1988–1998-ci illərdə Gəncə Rabitə İstehsalat Birliyində rəis müavini təyin olunmuşdur.
Kamandar Məcidov
Kamandar Məcidov (belar. Камандар Бафаліевіч (Бафалы аглы) Маджыдаў; 17 oktyabr 1961, Hamamlı, Dmanisi rayonu) — azərbaycanlı və belarusun güləşçi, yunan-roma güləşi üzrə 62 kq çəki dərəcəsində olimpiya oyunları, dünya, Avropa və SSRİ çempionu. == Həyatı == 1963-cü ildə Gürcüstanın Başkeçid rayonunda anadan olmuşdur. 1973-cü ildən güləş ilə məşğul olmağa başlamışdır. 1975-ci ildə Bakıya köçərək idman internatına qəbul olunmuşdur. 1983-cü ildə Minsk şəhərinə köçərək Belarusiya Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Həmin tarixdən Belarusiyanın adından çıxış etməyə başlamışdır. 1982-ci ildə Minskdə "Gənclərin Ümumittifaq yarışları-82"-nin qalib olmuş, 1983-də İvan Poddubnının xatirəsinə həsr olunmuş turnirinin qalibi olaraq SSRİ yığma komandasına daxil edilmişdir. 1985-ci ildə Avropa çempionatında qızıl medal qazanan K.Məcidov "Əməkdə fərqlənməyə görə" medalına və "SSRİ-nin əməkdar idman ustası" adına layiq görülmüşdür. Hal-hazırda Minsk Dövlət Universitetinin fiziki hazırlıq kafedrasının müəllimidir.
Kamandar Şərifov
Kamandar Kazım oğlu Şərifov — Azərbaycan alimi, tekstoloq, filologiya elmləri doktoru, professor, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun ərəb əlyazmalarının tədqiqatı şöbəsinin müdiri. == Həyatı == Kamandar Şərifov 20 yanvar 1940-cı il Qərbi Azərbaycanın Ləmbəli kəndində anadan olmuşdur. 1959-cu il Ləmbəli 2 saylı orta məktəbini bitirmişdir. 1959-1962-ci illər Ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1963-1968-ci illər Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsində təhsil almışdır. 1966-1967-ci illər Misir Ərəb Respublikasının Qahirə Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1968-1970-ci illər Misir Ərəb Respublikasında uzunmüddətli ezamiyyətdə olmuşdur. 1971-1972-ci illər Azərbaycan Elmlər Akademiyası Respublika Əlyazmalar Fondunda kiçik elmi işçi vəzifəsində işləmişdir. 1973-1977-ci illər Azərbaycan Elmlər Akademiyası Respublika Əlyazmalar Fondunda elmi katib vəzifəsində çalışmışdır. 1977-1981-ci illər İraq Respublikasında uzunmüddətli ezamiyyətdə olmuşdur.
Persoonia amaliae
Persoonia amaliae (lat. Persoonia amaliae) — personiya cinsinə aid bitki növü.
Qırmızı Damalar
Qırmızı Damalar (ing. Red Checkers) Yeni Zelandiya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 1967-ci ildə yaradılmışdır. 1973-cü ildə 1973-cü il neft böhranına görə ləğv olumuşdur. 1980-ci ildən yenidən qurulun qrupda PAC CT/4 Airtrainer təyyarələri istifadə olunmağa başladı. 2015-ci ildən Qara Şahinlər eskadaronu ilə əvəz olundu. 14 yanvar 2010 tarixində eskadronun lideri "Nick Cree" aviaşou zamanı təyyarənin yerə çırpılması nəticəsində həlak oldu. 1 mart 2010-cu il tarixində iki təyyarə təlim zamanı havada bir-birinə toxundu və təyyarələrdən biri kiçik zədə aldı. Həmin mövsüm komanda uçuşlar həyata keçirmədi.
Samandar Kukanov
Samandar Kukanov (1945, Özbəkistan) — Özbəkistan SSR Ali Sovetinin deputatı (1989–1992). Samandar Kukanov 1945-ci ildə Özbəkistanın Cizak vilayətinin Feriş rayonunda anadan olmuşdur. 1989-cu ildə Özbəkistan SSR Ali Sovetinə deputat seçilmişdir. O, 1992-ci ildə iqtisadi cinayətlərdə – müxalifətdə olan "Ərk" Partiyasını maliyyələşdirməkdə ittiham olunaraq, Özbəkistan dövlət təhlükəsizlik qurumları tərəfindən tutulmuşdur. 24 noyabr 2016-cı ildə həbs müddəti başa çadığı üçün azadlığa çıxmışdır.
Paraseiulus amaliae
Paraseiulus talbii (lat. Paraseiulus talbii) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin paraseiulus cinsinə aid heyvan növü.
Adalar adası
Adalar adası (Adalar, Ağ daşlar, ukr. Адалари, Білі Камні, krımtat. Ada — ada)- Gurzuf yaxınlığında Qara dənizə məxsus iki qayalıqdan ibarət adadır. == Etimologiya == Bu söz Krımtatar dilindəki adalar və türk dilindəki ada sözlərindən əmələ gəlmişdir. Adalar kimi də tərcümə olunur. == Coğrafiya == Ada sahildən təxminən 250 m məsafədə yerləşmişdir. Diametri 20–30 m arasındadır. Qayalıqların hündürlüyü — 35 və 48 metrdir. Onların arsındakı məsafə təxminən 40 m-dir. Qayalıqların yerləşdiyi dəniz hissəsinin dərinliyi 14 m-dən 38 m-ə qədərdir.
Fatma Atalar
Fatma Atalar (d. 9 oktyabr 1988) — Türkiyəni təmsil edən həndbolçu. Fatma Atalar, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Fatma Atalar, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Ağalar Atamoğlanov
Ağalar Rahim oğlu Atamoğlanov (15 aprel 1971) — Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri. == Həyatı == Ağalar Atamoğlanov 15 aprel 1971-ci ildə anadan olub. === Təhsili === 1988-1993-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1998-ci ildə Cenevrə şəhərində BMT-nin Beynəlxalq Hüquq Komissiyasında beynəlxalq hüquq üzrə, 1994-cü ildə Beynəlxalq hüquq və beynəlxalq münasibətlər üzrə müxtəlif kurslarda, o cümlədən 1994-cü ildə İran İslam Respublikası Diplomatik Akademiyasının, 1995-ci ildə isə Pakistan İslam Respublikası Ədliyyə Nazirliyinin kurslarında iştirak etmişdir. === Fəaliyyəti === 1993-1994-ci illər-Referent, Beynəlxalq hüquq və müqavilələr İdarəsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 1994-2000-ci illər-Attaşe, birinci katib Beynəlxalq hüquq və müqavilələr İdarəsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 2000-2005-ci illər-Birinci katib, Azərbaycan Respubikasının Türkiyə Respublikasındakı Səfirliyi 2005-2007-ci illər-Şöbə müdiri, Beynəlxalq hüquq və müqavilələr İdarəsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 2007-2011-ci illər-Müşavir, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi 2011-2013-cü illər-Rəis müavini, Beynəlxalq hüquq və müqavilələr İdarəsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 2013-2017-ci illər-Müşavir-elçi, Azərbaycan Respubikasının Rusiya Federasiyasındakı Səfirliyi 2018-2021-ci illər- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Beynəlxalq hüquq və müqavilələr İdarəsinin rəisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası ilə ikitərəfli və çoxtərəfli formatlarda keçirilən bir çox danışıqlarda və qonşu dövlətlərlə delimitasiya üzrə keçirilmiş komissiyalarda ekspert qismində iştirak etmişdir. 16 iyul 2021-ci ildən Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində çalışır. == Təltifləri == 24 iyul 2009-cu ildə Diplomatik Xidmət Orqanlarının 90 illiyi Medalı ilə təltif edilmişdir. 9 iyul 2019-cu ildə Diplomatik Xidmət Orqanlarının 100 illiyi Medalı ilə təltif edilmişdir. 2019-cu ildə "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur.
Amanda Abbinqton
Amanda Abbinqton (London) — İngilis aktrisa.
Atalar Günü
Atalar Günü (ing. Father's Day) — Ataların şərəfinə hər il keçirilən bayramdır. İyun ayının 3-cü həftəsində qeyd olunur. == Tarixi == ilk dəfə ABŞ-da 19 iyun 1910-cu ildə qeyd olunub. Bu bayramın yaradılmasının təşəbbüskarı Vaşinqton ştatının Spokane şəhərində yaşayan xanım Dodd olmuşdu (1882–1978) . O, atasına və onun vasitəsilə Amerikada uşaq tərbiyəsi ilə məşğul olan bütün qayğıkeş atalara minnətdarlığını bildirmək istəyirdi. Bir cox ölkədə bu bayramı fərqli tarixlərdə keçirirlər.