Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
ASUS
ASUSTeK Computer Inc. — 1989-cu ildə qurulmuş Tayvan mərkəzli bir kompüter və təchizat istehsalçısıdır. Dünyanın ən keyfiyyətli anakart istehsalçılarından biridir. ASUS 2005-ci ildə cəmi 50 milyon anakart ixrac etmişdir. Bu 2005-ci ildə hər üç fərdi kompüterdən birinin ASUS marka anakart istifadə etdiyi mənasını verməkdədir. ASUS anakartın yanında, Ekran Kartı, LCD Panel,Mobil telefon, kassa, UMPC, dizüstü kompüter sahələrində də məhsullar təqdim etməkdədir. Anakart istehsalının yanında Dizüstü Kompüter istehsalı sahəsində də olduqca müvəffəqiyyətli bir markadır.
Amun
Amon və yaxud Ammon, Amoun, Amun, Amen — qədim Misir dini-əfsanəsinə görə külək və bərəkət (məhsuldarlıq) tanrısı (ilahisi). Bu tanrı (allah) (ilahi) Ra — nın əlavə adı Ameni ilə səhv salınmamalıdır. == Mənşəyi == İlk olaraq Misirin mərkəzi əyalətində Amon tanrı kimi qəbul edilmişdir. XI sülalə dövründə Teben şəhərində əyalət tanrısı qəbul olunurdu. Hermontis ailəsi ölkə daxili çəkişməni öz xeyrinə həll etdikdən sonra Tebeni legitimləşdirir. XII sülalə düvründə yeni paytaxt Teben şimala köçürülür. Bundan sonra firon I Senusert Amon məbədi tikdirir. == Təsviri == Amon Amarna dövründən qabaq taclı və əsalı insan obrazında təsvir olunmuşdur. Ammarnadan sonrakı dövrdə isə mavi rəngdə olan tovuz quşu lələyindən ibarət olan qoşa tacla təsvir edilmişdir. Mavi dəri küləyi və yaranışı, lap qədim xalq inacına görə qoçu tərənnüm edirdi.
Asuan
Əsvan bəndi — Misir ərazisində Nil çayı üzərində tikilən bənddir. Tikilməsinə 1960-cı ildə başlanmış və 10 dekabr 1970-ci ildə başa vurulmuşdur.
Asuna
Asüna – keçmiş Kanada avtomobil markası. Asuna Kaqurazaka – "Negima! Magister Negi Magi" manqa seriyasının baş qəhrəmanlarından biri. Asuna (Sword Art Online) – "Sword Art Online" ranobe seriyasının baş qəhrəmanlarından biri. Asuna – "Pokemon" personajı.
Avun
Avun — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Avun kəndi Çay Üzü kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Urakəran kəndi mərkəz olmaqla Urakəran kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi adını ərazidəki eyniadlı çaydan almışdır. Toponim yerli əhalinin dilində Ovun kimi tələffüz edilir. Tədqiqatçıların bir qisminə görə, hidronim talış dilindəki ov (su) sözündən və həm məkan, həm də cəmlik bildirən -on şəkilçisindən ibarət olub, "sulu yer" deməkdir. Tədqiqatçıların digər qismi isə bu toponimi "ov, ovlaq" kimi izah edir. Əslində türk dillərində avun "sakitləşdirən, təsəlli verən, ovudan", "ram olan, sakitləşən" deməkdir. Deməli, Avun hidronimini "sakit çay" kimi qəbul etmək daha məqsədəuyğundur. Toponimikada Amur çayının adı da eyni məna ilə açıqlanır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Viləşçayın sahilində, dağətəyi ərazidə yerləşir.
Aşan
Aşan (Marağa) — İranda kənd. Aşan — Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Aşandağ — Xocavənd rayonu ərazisində dağ.
Sun
Sun — Azərbaycanda salfet, tualet kağızları, kağız dəsmal, qutu dəsmal, nəm dəsmal, cib dəsmal, horeca istehsalı ilə məşğul olan müəssisə. == Tarixi == "SUN" gigiyenik kağız markası 20 ildən artıq müddətdir ki, daxili bazarda lider məhsullardan birinə çevrilib. Bu marka tarixə ilk yerli gigiyenik kağız brendi kimi düşmüşdür. "SUN" markasının özəlliklərindən ən əsası onun hər bir ailə üzvü tərəfindən istifadə edilməsidir. Məhsulların müxtəlif ölçülərdə olması ev və iş yerləri üçün sərfəli salfetləri, kağız, qutu, cib dəsmalları illərdir ki, hər kəsin sağlamlığını qoruyur. == Məhsullar == Salfet SUN salfetləri hər növ çeşiddə, naxışlı, bəyaz olaraq, balaca və böyük qablaşdırmada təklif olunur. Bu salfetlər hər gün, hər evdə, hər cür zövqü oxşayan, hər süfrəyə bəzək verən məhsullardır. Tualet Kağızları SUN tualet kağızları şəxsi gigiyena anlayışında ilk yerdə durur. Yumşaq və ətirli tualet kağızları hər bir ailə üzvünün sağlamlığı üçün vacib rol oynayır. Kağız rütubətdən qoruyaraq, sonsuz iltihabların, çox xəstəliyin qarşısını almaqla, gələcəkdə yarana biləcək ciddi fəsadları delikat, yumşaq və xoş şəkildə əngəlləyir.
ASAN Radio
ASAN Radio — Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən radio. 24 dekabr 2015-ci il tarixində 100.0 MHz tezliyində Bakı və Abşeron ərazisində sınaq yayımına başlayıb. Radionun direktoru Emin Musəvidir. ASAN Radio Azərbaycan dilində yayımlanır. == Yaradılması == ASAN radionun açılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tapşırıq vermişdi. 8 sentyabr 2015-ci ildə radionun açılması ilə Milli Televiziya və Radio Şurası Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 100 MHs tezliyində Azərbaycan üzrə teleradio yayımın aparılması üçün 6 illik lisenziya verib. Oktyabr ayında televiziya və radio sahəsində böyük təcrübəsi olan Emin Musəvi ASAN Radionun direktoru təyin olundu. 2015-ci ilin sonlarında, 24 dekabr tarixində ASAN radio test yayımına başladı. Radio ilk olaraq yalnız Bakı və Abşeron rayonları ərazisində yayımlanırdı. ASAN Radionun formalaşdırılmasında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi iştirak edib.
ASAN xidmət
"ASAN xidmət" — Azərbaycan Respublikasında dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzlər.> ASAN sözünün açılışı ingiliscə "Azerbaijan Service and Assessment Network"dür (azərb. Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi‎). "ASAN xidmət" Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tabedir. İlk "ASAN xidmət" mərkəzi 2013-cü ildə fəaliyyətə başlayıb. Hal-hazırda 25 mərkəz fəaliyyət göstərir. Onlardan 7-si Bakıda, on səkkizi sə Azərbaycanın bölgələrindədir. "ASAN xidmət"ə indiyə qədər 60 milyondan çox müraciət edilib. Xidmətlərin göstərilməsində könüllülər də cəlb olunur. "ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanlarının vətəndaşlara göstərdiyi xidmətlərdən başqa funksional yardımçı xidmətlər də təklif olunur. Həmçinin mərkəzlərdə sosial layihələr də keçirilir.
Acun Ilıcalı
Acun Ilıcalı (29 may 1969, Ədirnə, Ədirnə ili) — mənşəcə azərbaycanlı olan türkiyəli televiziya prodüseri və aparıcısı. "Acun Medya"nın və Exxen platformasının yaradıcısı və sahibidir. == Həyatı == Ailəsi Ərzurumun Ilıca mahalında yaşayıb. Ata tərəfdən əslən azərbaycanlıdır. İlk və orta təhsilini "Edirne İstiklal İlköğretim Okulu"nda alıb, "Kadıköy Maarif Koleji"nin orta bölümündə tamamlamışdır. "Kadıköy Anadolu Lisesi"ni bitirdikdən sonra "Gazi Üniveristesi"nin ingilis dili müəllimliyi fakültəsinə qəbul olunmuşdur. Lakin universitetdə oxumayıb, televizyanı seçmişdir. 19 yaşında evlənmiş və bu evlilikdən Banu adında qızı dünyaya gəlmişdir. 20 yaşında ikən qızı anadan olduqdan 9 ay sonra ailəsini itirmişdir. Daha sonra ilk həyat yoldaşından boşanmışdır.
Acun Medya
Acun Medya – 27 sentyabr 2006-cı ildə qurulan media sektorunda fəaliyyət göstərən bir şirkət. Ticarət otağı qeydlərinə görə şirkət Acun Ilıcalı, Esad Yöntunç, Çaykun Ərtan, Alpay Kazan, Mustafa Kazan və Evrən Çağlar tərəfindən 3.060.000 TL sərmayə ilə quruldu. Şirkətin sahibi Acun Ilıcalıdır və şirkət daxilində əksər televiziya proqramlarına da ev sahibliyi edir. Şirkətin telelayihələrinə TV8 də daxildir. Acun Medya daha çox yarış proqramları istehsal edir. İlk dövrdə layihələrin çoxu Show TV-də yayımlandı, bundan sonra bir çox istehsal Acun Medyaya məxsus TV8-ə köçürüldü. Fear Factor, Survivor-Nəhənglər Liqası, Var Mı San Yox Mu San, İstedad Sizsiniz Türkiyə, O Səs Türkiyə proqramlarının təqdimatını da Acun Ilıcalı özü edirdi. Bundan əlavə, Uğur Dündarın apardığı Bu, yoxsa yuxudur? və Bəhzad Uyğurun apardığı Söylə Söyləyə Bilirsənsə kimi proqramları Acun Medya tərəfindən istehsal edilmişdir. Acun Medya, Türkiyədəki proqramlarla yanaşı, Yunanıstandakı Survivor Greece, The Voice of Greece, Ellade Exeis Talento ve Power of Love kimi proqramları da istehsal edir.
Ajun Kurtər
Ajun Kurtər - türk coğrafiyaçısı, dəniz tədqiqatçısı və iqlimşünasdır. 1930-cu ildə İstanbulda anadan olmuşdur. Həmin şəhərdə orta məktəbə getmişdir. Sonra İstanbul Universitetinin Coğrafiya fakültəsinə daxil olub və 1955-ci ildə həmin fakültənin məzunu olmuşdur. Sonrada Coğrafiya ixtisasının aspirantı olmuşdur. İstranca dağlarının morfologiyası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1963-cü ildə coğrafiya üzrə elmlər doktoru olmuşdur. 5 ildən sonra isə "Kasqamo dairəsinin fiziki coğrafiyası" adlı dosentlik dərəcəsini almışdır. 1976-cı ildə professor, Coğrafiya fakültəsinin dekanı, fiziki coğrafiya kafedrasının isə rəhbəri olmuşdur. 1983-cü ildə İ.Ü.Dəniz Bilimləri və Coğrafiya İnstitutunundə dənizin fiziki və kimyası rəhbəri olmuşdur.
Akun adası
Akun (aleut. Akungan, ing. Akun Island) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Alyasaka ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Umnak adasından şimalda yerləşir. Əhalisi yoxdur. == Tarix == Bu ad 1830-cu ildə Veniaminov və Fyodor Litke tərəfindən verilmiş, hidroqraf Tebenkov 1852-ci ildə bu adı xəritəyə qeyd etmişdir. 1928-ci il mayın 22-də axşam saatlarında adanın sahillərində "Folklend ulduzu" yelkənli gəmisi qəzaya uğramışdır. Gəmi duman içində sahil daşlarına çırpəımışdır. Ertəsi gün sahil mühafizə gəmisi "Hayda" və "Kedr" mayak xidmət gəmisi qəzada zərərçəkənlərə yardım etmək üçün köməyə gəlir.
Amun (allah)
Amon və yaxud Ammon, Amoun, Amun, Amen — qədim Misir dini-əfsanəsinə görə külək və bərəkət (məhsuldarlıq) tanrısı (ilahisi). Bu tanrı (allah) (ilahi) Ra — nın əlavə adı Ameni ilə səhv salınmamalıdır. == Mənşəyi == İlk olaraq Misirin mərkəzi əyalətində Amon tanrı kimi qəbul edilmişdir. XI sülalə dövründə Teben şəhərində əyalət tanrısı qəbul olunurdu. Hermontis ailəsi ölkə daxili çəkişməni öz xeyrinə həll etdikdən sonra Tebeni legitimləşdirir. XII sülalə düvründə yeni paytaxt Teben şimala köçürülür. Bundan sonra firon I Senusert Amon məbədi tikdirir. == Təsviri == Amon Amarna dövründən qabaq taclı və əsalı insan obrazında təsvir olunmuşdur. Ammarnadan sonrakı dövrdə isə mavi rəngdə olan tovuz quşu lələyindən ibarət olan qoşa tacla təsvir edilmişdir. Mavi dəri küləyi və yaranışı, lap qədim xalq inacına görə qoçu tərənnüm edirdi.
Amun Abdullahi
Amun Abdullahi (İsveç. Amun Abdullahi), ayrıca (İsveç. Amun Abdullahi Məhəmməd; 23 oktyabr 1974, Somali) – Somali və İsveçli jurnalist, ictimai xadim, Somalinin Mogadişo şəhərində qızlar məktəbinin qurucusudur. == Bioqrafiya == Amun Abdullahi Somalidə anadan olub, 1990-cı illərin əvvəllərində ölkəsində baş verən silahlı qarşıdurmaların başlaması nəticəsində qaçqın kimi İsveçə köçüb. İsveçdə əvvəlcə Umeada, daha sonra Somali topluluğu ilə məşhur olan Stokholmun Rinkebyu bölgəsində və nəhayət Çistada yaşayıb, sonradan Mogadişoya dönüb. Stokholmda, Sveriges Radio International - İsveç radiosunda çalışıb [İsveç] və İsveçdə olduğu müddətdə bir neçə yüksək kefiyyətə malik radio reportajları bir başa keçirib. Bununla bərabər 2009-cu ildə istintaqın nəticəsində Rinkebidəki gənclik mərkəzinin liderinin Somali İslamçı qrupu Harakat ash-Shababa gənclərini cəlb etdiyini açıqlayıb.Amun Abdullahi etiraf edir ki peşə fəaliyyəti dövründə dəfələrlə fiziki və intellektual hücumlara məruz qalmış, "işinə görə davamlı təhdidlər almışdır". O, həqiqəti söyləmək istəyən bir jurnalist üçün İsveçin 'Mogadişudan daha təhlükəli' olduğunu iddia edir. === Mükafatlar === İsveç Publisistləri Birliyi [ru]: Anna Politkovskayanın xatirəsinə 'Söz Azadlığı' mükafatı.
Asan üsyanı
Asan üsyanı (qaz. Асан көтерілісі) — qazaxların məcburi kollektivləşdirməyə, ərzağın və mal qaranın yığılmasına qarşı qaldırdıqları üsyan.Üsyan 1930-cu ilin avqust sentyabr aylarında Qızılorda vilayətinin, Qazalı bölgəsində baş verib. Bu üsyan Qızılqum üsyanının davamı sayılır. 22-ci aulun D.Asanov, J.Tleubaev, A.Kaldıbaev və B.Tleuliev adlı sakinlərinin buğdaya görə vergi verməkdən boyun qaçırdıqları üçün Birləşmiş Dövlət Siyasi İdarəsi tərəfindən həbs olunmaları üsyanın başlamasına səbəb olur. Üsyançılar həbs olunanları güclə azad edirlər. Onlara 19, 20, 21, 23, 24, 25 nömrəli aullardan və qonşu Aral bölgəsindən də insanlar qoşuldular. Tezliklə üsyançıların sayı 1000 nəfərə çatdı. Üsyana imam Maksım Orımbetov rəhbərlik edirdi. Üsyan yatırıldıqdan sonra 98 nəfər həbs olunmuş 31 nəfər isə axtarışa verilmişdir. 19 noyabr 1930-cu ildə Jumaş Tleubaev, 20 noyabr 1930-cu ildə Abdıkalık İmbetov, 21 aprel 1931-ci ildə isə Kalımbet Edilqarayev, Abdiraman Karaqulov, Jubatxan Konısov, Pirimbet Kurekeev, Nasır Mambeteev, Mustafa Mirbekov, Ayjarık Tanatarov güllələnməyə məhkum edildilər.
Asen Nikolov
Asen Nikolov (bolq. Асен Николов 5 avqust 1976, Plovdiv) — Bolqarıstan futbolçusu. == Həyatı == Asen Nikolov 5 avqust 1976-cı ildə Bolqarıstanın Plovdiv şəhərində anadan olmuşdur. == Karyera == Əvvəlki klubları: Maritsa Plovdiv, Levski Sofiya, Slaviya Sofiya, Turan Tovuz, Partizan, Bakı, Qəbələ. 2009-cu ildən Slaviya Sofiyada çıxış edir. == Uğurları == Üçqat Bolqarıstan çempionu (Levski Sofiya — 2001, 2002, 2003) Bolqarıstan kubokunun ikiqat qalibi (Levski Sofiya — 2002, 2003) Azərbaycanın ən yaxşı futbolçusu (Turan Tovuz — 2005).
Asen sülaləsi
Asen sülaləsi — İkinci Bolqar imperiyasını idarə etmiş ilk sülalə. == Kökləri == Asen sülaləsini quran 3 qardaş: IV Pyotr, I İvan Asen və Kaloyanın əslən hansı millətdən olması mübahisəlidir. 3 fərziyyə irəli sürülmüşdür: Bolqar kökü: Əsas fərziyyə və nəzəriyyədir. Səbəb bütün tarixi sənədlərdə "Bolqarıstan", "Bolqar", "Bolqarlar" kimi terminlərin keçməsidir. Valax kökü: Bəzi tarixçilərin müəyyən salnamələrə əsaslanıb irəli sürdüyü nəzəriyyədir. Türk-Kuman kökü: Sülalədəki bəzi hökmdarların adlarının kuman dilindən gəldiyini sürən tarixçilərin nəzəriyyəsi. == Hökmdarlar == == İstinadlar == == Mənbələr == Božilov, Ivan (1985). Familijata na Asenevci (1186–1460) (in Bulgarian). Sofia: Bulgarian Academy of Sciences. OCLC 14378091.
Asuan bəndi
Əsvan bəndi — Misir ərazisində Nil çayı üzərində tikilən bənddir. Tikilməsinə 1960-cı ildə başlanmış və 10 dekabr 1970-ci ildə başa vurulmuşdur.
Asuna Tanaka
Asuna Tanaka (d. 23 aprel 1988) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 39 oyun keçirib, 3 qol vurub.
Asuna Yuuki
Asuna Yuuki (結城 明日奈, Yūki Asuna) – Reki Kavahara tərəfindən yazılmış "Sword Art Online" ranobe seriyasının baş qəhrəmanlarından biri. Əsasən ranobe dünyasındakı video oyunlarda oynadığı zaman istifadə etdiyi Asuna (アスナ, Asuna) oyunçu adı ilə tanınır. Asuna "Sword Art Online"-ın ən güclü oyunçularından biri olan Kiritonun sevgilisi və Aynkradın ən güclü gildiyalarından biri olan And Qanı Cəngavərlərinin (血盟騎士団, Ketsumei Kishidan) liderlərindən biri kimi təqdim olunur. Güclü oyunçu reputasiyası ona Şimşək (閃光, Senkō) ləqəbini qazandırmış, bir çox oyunçunun ona rəğbət bəsləməsinə gətirib çıxarmışdır. Kirito və Asuna animanqa fanatları arasında çox böyük populyarlığa malikdirlər və tez-tez ən populyar animanqa personajları siyahılarında peyda olurlar. Personaj tənqidçilər tərəfindən seriyadakı roluna və Kirito ilə münasibətinə görə müsbət qiymətləndirilmişdir. == Personaj == Seriyanın yaradıcısı Reki Kavahara verdiyi bir müsahibədə bildirmişdi ki, "Sword Art Online"-dakı qadın personajları yaradarkən real dünyada heç kimdən ilhamlanmamışdır: "Mən adətən yazmazdan öncə hansısa personaj, qurma və ya başqa bir şey üzərində işləmirəm. Hekayəni yazdıqca qız personajlar indiki vəziyyətinə gəlib çatırdılar. Bir şəkildə, dəqiq bilmirəm, amma bir şəkildə subliminal ideyalarım və ya gizli emosiyalarım personajları güclü və bacarıqlı hala gətirir". Kavahara həmçinin əlavə etmişdi ki, o, ranobe seriyasını video oyunları sosial xəstəlik və ya real həyatdan qaçış vasitəsi kimi deyil, daha müsbət xüsusiyyətlərə malik olduğunu göstərmək üçün yazır.
Axun (Uçalı)
Axun (başq. Ахун, rus. Ахуново) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Axun kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 25 km, ən yaxın dəmiryol stansiyasından (Uçalı stansiyası): 30 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (59 %), başqırdlar (39 %) üstünlük təşkil edir.
Aşan (Marağa)
Aşan (fars. آشان‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,268 nəfər yaşayır (300 ailə).
Aşur Cəmiyev
Aşur Bəybala oğlu Cəmiyev (18 iyun 1989, Şahbuz rayonu – 21 oktyabr 2020, Zəngilan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aşur Cəmiyev 1989-cu il iyunun 18-də Şahbuz rayonunun Külüs kəndində anadan olub. 2003-2006-cı illərdə Heydər Əliyev adına hərbi liseydə oxuyub. 2006-2010-cu illərdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Sərhəd Qoşunları fakültəsinin məzunu olub. == Hərbi xidməti == Aşur Cəmiyev əvvəlcə, sərhəd zastavasında rəis müavini kimi xidmət edib. Sonra kəşfiyyat bölüyünün komandiri olub. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kapitanı olan Aşur Cəmiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aşur Cəmiyev oktyabrın 21-da Zəngilanın azad edilməsi zamanı şəhid olub.
Aşur Hüseynov
Aşur Hüseynov (1920, Ağdam) — 1945-ci ildə "Bunker" əməliyyatında SSRİ xüsusi təyinatlı zəbt qrupunun tərkibində döyüşmüş ilk azərbaycanlı. == Bir günlük tələbə == Aşur Hüseynov 1920-ci ildə Ağdam rayonunda anadan olub. Ailələri 1930-cu ildə o vaxtkı Karyagin – indiki Füzuli rayonuna köçüb. Füzulidə orta təhsil alıb və 1941-ci ildə Bakı Dövlət Universitetinə daxil olub. Universitetə daxil olduğu xəbərini valideynlərinə çatdırar-çatdırmaz Almaniyanın SSRİ-yə hücum etdiyi və müharibənin başlanıldığı rəsmən elan edilir. A. Hüseynov universitetə yalnız bir gün gedə bilir. Onu və yoldaşlarını hərbi komissarlıq Bakıdan Uzaq Şərqə göndərir. Orta məktəbi malakanların məktəbində oxumuş Aşur Hüseynov rus dilində sərbəst danışa bildiyindən yoldaşlarından fərqli olaraq əsgərliyin ilk günləri onun üçün problemsiz ötüşür. İlkin təlimlərdən sonra gənclər müxtəlif qoşunlara bölürlər. Canlı-cüssəli və savadlı olması, eyni zamanda rus dilini yaxşı bilməsi nəzərə alınaraq, A.Hüseynov və bir neçə əsgər Uzaq Şərqdən Qazaxıstana göndərilir.