Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Balaton gölü
Balaton gölü— Macarıstanın Transdanubian regionunda yerləşən şirin sulu göldür. Mərkəzi Avropanın ən böyük gölü olmaqla yanaşı, regionun əsas turizm mərkəzlərindən hesab edilir. Gölü su axını ilə əsasən Zala çayı təmin edir və göldən yalnız Şio çayı başlanğıc götürür. Düzənlik cənub sahilləri kurort şəhərləri kimi tanındığı halda, şimal sahillərinin dağlıq regionları tarixi və əsas şərabçılıq regionları kimi tanınır. Balıqçılıq yaxşı inkişaf edib. Göl gəmiçiliyə yararlıdır. == Adı == Göl Macar dilində sadəcə olaraq Balaton kimi məlumdur. Adın yaranmasına çox güman ki, Slavyanca "palçıq" və ya "bataqlıq" mənasını verən blato sözü təsir göstərib (sloven. Blatno jezero, slovak. Blatenské jazero).
Balaton gölü əməliyyatı
Balaton gölü əməliyyatı (alm. Plattenseeoffensive‎) — II. Dünya Müharibəsi zamanı Şərq Cəbhəsində baş verən son Alman döyüş hücumudur. Əməliyyat Macarıstan ərazisinin cənub-qərb hissəsində 6–16 mart 1945-ci il tarixləri arasında icra edilmişdir. Əməliyyat Almanca Plattensee Hücumu, Rusca Balaton Müdafiə Hərəkatı və İngiliscə Balaton Gölü Hücumu kimi tanınır. Hazırlıqları böyük bir gizlilik içində davam etdirilən döyüş, 6 mart 1945-ci ildə Balaton gölü yaxınlığında başlanılıb. Bölgə Rumıniya nefti itirildikdən sonra Almaniyanın neft ehtiyacını təmin edən son region olması səbəbindən çox əhəmiyyətli idi.
Balaban
Balaban — Azərbaycanın qədim xalq musiqi alətidir. Arxa hissəsində bir, üzərində səkkiz dəlik açılaraq əsasən tut ağacından hazırlanan nəfəsli musiqi aləti. Xalq arasında balaban və ya "yastı balaban" adı ilə tanınır. Yumşaq və həzin səsə malik balabandan ansambl, orkestr və solo aləti kimi nəfəsli alətlər qrupunu, o cümlədən aşıqlar dəstəsini müşayiət etmək üçün istifadə edilir. Balaban ərik, qoz, tut və armud ağaclarından xüsusi dəzgahlarda yonulub, içərisi oyulduqdan sonra müəyyən bitki yağları ilə yağlanır, xüsusi temperaturda uzun müddət qurudulur. 2023-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 18-ci sessiyasında Azərbaycan və Türkiyənin birgə təqdim etdiyi “Balaban sənətkarlığı və ifaçılıq sənəti” çoxmillətli nominasiya faylı Komitənin yekdil qərarı ilə Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib. == Etimologiya == "Balaban" sözünün mənası "bala" (kiçik) və "ban" (səs tembrinin xoruz banına bənzədilməsi) sözləri ilə bağlı olub, "kiçik ban" (ilk, erkən ban) deməkdir. El arasında ona "yastı balaban", "balaman", "mey" də deyilir. == Tarixçəsi == Mingəçevir qədim yaşayış məskənində sümükdən hazırlanmış e.ə. I əsrə aid balabanın prototipi olan nəfəsli musiqi aləti tapılmışdır.
Balakən
Balakən — Azərbaycan Respublikasının Balakən rayonunun Balakən şəhər inzibati ərazi dairəsində şəhər, Balakən rayonunun inzibati mərkəzi. Bakı şəhəri ilə arasındakı məsafə 394 km–dir. == Tarixi == Balakənə 1965-ci ildə şəhər statusu verilmişdir. 2011-ci ildə Milli Məclisin qəbul etdiyi qanuna əsasən Balakən şəhərinin ərazisi genişləndirilib. Belə ki, qəbul edilmiş qanuna əsasən Balakən rayonunun Gərəkli, Hənifə, Qullar, Mahamalar, Qasbinə və Tülü kəndlərinin ərazilərinin müəyyən bir hissəsi Balakən şəhərinin inzibati ərazisinə verildi. == Tarixi abidələri == Şəhərdə XVII-XIX əsrlərdə tikilmiş qeyri-adi minarəsi olan gözəl bir məscid yerləşir. Şəhər muzeyində bu regionun ənənəvi sənətlərin eksponatları yığılmışdır. Bir çox arxeoloji tapıntılar bu ərazilərdə hələ neolit dövründə yaşayış məskəninin olduğunu göstərir. Balakəndə 7,5 hektar sahəsi olan böyük şəhər parkı var. Parkda həmçinin kanat yolu tikilmişdir.
Balaşov
Balaşov — Rusiya Federasiyasında yerləşən şəhər Saratov vilayətinə daxildir
Ballion
Ernest Ballion (rus. Эрнест Эрнестович Баллион;18 (30) noyabr 1816, Sankt-Peterburq – 9 sentyabr 1901, Novorossiysk) Rusiya İmperiyası entomoloqu. == Əsərləri == «Краткая ботаника» Ч. I (Казань, 1857); «Опыт исследования о русских названиях простонародных и книжных млекопитающих животных, водящихся в пределах Российской Империи» (Казань, 1858) Публикации исследований по энтомологии России, помещенных в «Bulletin de la soc. Imp. des naturalistes de Moscou» (1805—1888). == İstinadlar == Лапин Е. Собрал все книги и пожертвовал // Новороссийский рабочий.
Salahov
Salahov
Balkon
Balkon (İtalyanca: balcone) — tikililərdə xarici divarın qarşısında, çox vaxt üstü açıq olan hissə. Balkonlara qapı vasitəsilə keçirlər. Böyük qonaq evlərində həyətə baxan qapıların açıldığı bir yanı həyətə baxan dəhlizlər də balkondur. Balkon fikri ilk dəfə xristianlıqda, imperator və imperatriçanın kafedrallardakı dini ayinləri xalqdan uzaq, onlarla əlaqəsi olmayan bir yerdə icra etmək ehtiyacından meydana çıxmışdır. Balkonların ölçüləri və xüsusiyyətləri mədəniyyətdən mədəniyyətə, binadan binaya dəyişir.
Balan
Balan (En) — Fransada kommuna. Balan (Sərdəşt) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. Balan xalçası — İranda xalça.
Elvin Salahov
Elvin Sabir oğlu Salahov (17 sentyabr 2001, Bakı – 23 oktyabr 2020, Qubadlı rayonu) — əsgər, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Salahov 17 sentyabr 2001-ci ildə Bakıda doğulub. Əslən Şabran rayonundandır. 2007-ci ildə Bakı şəhəri Yasamal rayonundakı A.Məmmədov adına 38 saylı tam orta məktəbdə təhsilə başlayıb. 2015-ci ildə həmin məktəbin 9-cu sinfini əla və yaxşı qiymətlərlə bitirib, Azərbaycan Dövlət Dəmiryolu kollecinə daxil olub. 2019-cu ildə həmin kolleci də müvəffəqiyyətlə bitirərək maşinist ixtisasına yiyələnir. Elə bitirdiyi il ali məktəbə qəbul imtahanı verir, lakin ödənişli ixtisasa düşdüyü üçün oxumaq istəmir və həmin il oktyabrın 7-də Şabran rayonundan hərbi xidmətə yollanır. == Hərbi xidməti == Elvin Salahov hərbi xidmətinə Ağcabədidə N saylı hərbi hissədə başlayır. Andiçmə mərasimindən sonra Cəlilabadda N saylı hərbi hissəyə göndərilir. Həmin hissədə müxtəlif sınaqlardan keçərək Xüsusi Təyinatlı Qüvvələrə qəbul olunur.
Elşən Salahov
Elşən Rövşən oğlu Salahov (1977, Bakı) — Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin hazırkı başçısı (2019-), başçının sabiq birinci müavini (2018-2019). == Həyatı == Salahov Elşən Rövşən oğlu 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1994-cü ildə Bakı şəhəri 237 saylı orta məktəb, 2000-ci ildə Xəzər Universitetini, 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. Elşən Salahov 1999-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində əmək fəaliyətinə başlamışdır. O, qiymətli kağızların tədavülünün tənzimlənməsi şöbəsində baş məsləhətçi, sonra isə Qiymətli kağızların buraxılışı və qeydiyyatı şöbəsində sektor müdiri vəzifəsində çalışmışdır. 2009-cu ildə isə "Bank Standart" Kommersiya Bankının "Mərdəkan" filialının direktoru olmuşdur. === Ailəsi === Ailəlidir 2 övladı var. Atası Xəzər rayon Ağsaqqallar Şurasının sədri Hacı Rövşən Salahovdur. == Siyasi fəaliyyəti == Elşən Salahov 2014-cü ildə Xəzər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Rayon Təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə təyinat almışdır. 2018-ci ildə isə Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsinə təyin olunmuşdur.
Ernest Ballion
Ernest Ballion (rus. Эрнест Эрнестович Баллион;18 (30) noyabr 1816, Sankt-Peterburq – 9 sentyabr 1901, Novorossiysk) Rusiya İmperiyası entomoloqu. == Əsərləri == «Краткая ботаника» Ч. I (Казань, 1857); «Опыт исследования о русских названиях простонародных и книжных млекопитающих животных, водящихся в пределах Российской Империи» (Казань, 1858) Публикации исследований по энтомологии России, помещенных в «Bulletin de la soc. Imp. des naturalistes de Moscou» (1805—1888). == İstinadlar == Лапин Е. Собрал все книги и пожертвовал // Новороссийский рабочий.
Fizuli Salahov
Kamil Salahov
Köçdü balaban
Köçdü balaban — Azərbaycan xalq rəqsi. Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yaranıb. Bu rəqs ona görə belə adlanır ki, çox vaxt balaban və dümbək, ya da zurna və dümbək sədası altında ifa olunur. Yallının orijinallığı orasındadır ki, rəqs başlayandan 5-6 nəfər çiyin-çiyinə dairə şəklində bərk tutub dururlar. Bir bu qədər adam da onların çiyninə çıxır. Belə bir ana "Qazı-qazı" yallısında da təsadüf edilir. Lakin orada bu hərəkət ayrıca element təşkil edir. "Köçdü balaban"da isə rəqs belə başlanır. Aşağıda duranlar çox sadə hərəkətlər edirlər, sağ ayaqla sağa addım atır, sol ayağı sağ ayağın yanına qoyurlar. Beləcə dairə üzrə hərəkət edirlər.
Köşki balaban
Köşki balaban — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bir müddət bundan əvvəl bayramqabağı günlərdə, şənliklərdə, yığıncaqlarda Azərbaycanın çox yerlərində, xüsusən Araz çayı qıraqlarında böyük yaşlı uşaqlar və cavanlar dəstə-dəstə toplanıb köşki balaban oyununu oynayardılar. == Oyunun qaydaları == Onlardan qüvvətliləri 5–7 nəfər birinci cərgəni düzəldib əllərini bir-birilərinin çiyninə qoyub durardılar. İkinci cərgə 3–5 nəfər olub birincilərin çiyninə çıxıbdurardılar. Üçüncü cərgə isə 2–3 nəfərdən ibarət olub ikinci cərgənin çiyni üstə çıxırdılar. Sonra bir yerdə köşki balaban mahnısını oxuyub dolanardılar. Bu oyunda oyunu bacarmayanlar oyundan kənarlaşdırılırdı. Qalan oyunçular oyunun sonunadək oynayır. Oyunda qələbə qazanmaq, eləcə də uduzmaq kimi qaydalar yoxdur. == Mənbə == Novruz bayramı ensklopediyası.
Mustafa Salahov
Salahov Mustafa Səttar oğlu (29 avqust, 1931, Bakı şəhəri, Azərbaycan SSR) — azərbaycanlı alim, kimya elmləri doktoru, professor, Milli Elmlər Akademiyasının müxbir üzvü. M.S.Salahov 1931-ci ildə Bakı şəhərində anadan olmuşdur. O zaman Azərbaycan SSSR-in tərkibində idi.Məktəbi bitirəndən sonra Qorki Dövlət Universitetinin kimya fakultəsinə qəbul olmuş və fiziki-kimya ixtisasını seçmişdir. İnstitutu bitirdikdən sonra M.S.Salahov 1955-ci ildə Sumqayıtda Sintetik Kauçuk zavodunda işləməyə başlamış və Azərbaycan Elmlər Akademiyasının Neft institutunun asperanturasına daxil olmuşdur.Bir müddət Rezin laboratoriyasının müdiri olmuşdur.M.S.Salahov kimya Elmlər doktoru və professordur. O, Azərbaycan Milli Elmlər Akademiyasinin 2001-ci ildən müxbir üzvü, Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür. Azərbaycan Respublikasının əməkdar ixtiraçısı adına layiq görülmüş və Azərbaycan Respublikasının Memarlar ittifaqının fəxri üzvüdür. M.S.Salahov hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının polimer materiallar institutunda (Sumqayıt şəh.) monomer və polimerlərin stereokimya laboratoriyasına başçılıq edir.M.S.Salahov elmi və pedaqoji fəaliyyətini davam etdirir.O ,Bakı Dövlət Universitetinin professorudur.M.S. Salahovun rəhbərliyi altında 31 elmlər namizədi və 2 elmlər doktoru hazırlanıb.M.S.Salahov bir neçə kitabin müəllifidir : «Yarat, yaşa», «Akademik Yusif Məmmədəliyev», «Əshabi-Kəhf», «Şam-Əxi» və s. O, poema və şerlər də yazır. 2004-cü ildə M.S.Salahov “Şöhrət” ordeni ilə tərtif olunmuşdur. O ak.
Məlikzadə (Balakən)
Məlikzadə — Azərbaycan Respublikasının Balakən rayonunun Hənifə kənd inzibati ərazi dairəsində kənd.
Məmmədnicat Salahov
Məmmədnicat Qılman oğlu Salahov (04 yanvar 1934, Bakı - 2020) — heykəltaraş, dünyada futbol hakiminə qoyulan ilk heykəlin müəllifi. Məmmədnicat Salahov 1934-cü ildə anadan olmuşdur. O, 1958-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini bitirmişdir. Onun diplom işi — komsomolun 40 illiyinə həsr olunmuş "Gənclik" kompozisiyası hazırda İncəsənət Muzeyində saxlanılır 1959–60-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında işləyən M. Salahov "Bir qalanın sirri", "Səhər", "Matteo Falkone" və başqa filmlərdə rəssam kimi çalışmışdır. Məmmədnicat Salahov Tbilisi Rəssamlıq Akademiyasını bitirdikdən sonra fəal yaradıcılığa başlamışdır. O, 1966–1969-cu illərdə gənclərin birinci respublika sərgisində "Quraşdırıcı" işi ilə iştirak etmiş, bəstəkar Cövdət Hacıyevin portretini yaratmış, Mirzə Fətəli Axundovun mərmərdən büstünü Azərbaycan Elmlər Akademiyası üçün işləyib hazırlamışdır. 1970-ci ildə M. Salahovun "Xəzər" alleqorik kompozisiyası respublika sərgisində nümayiş etdirilmişdir. Əsər rəhbərlik tərəfindən bəyənilmiş və Bakının dənizkənarı parkında qoyulması məsləhət görülmüş, məlum olmayan səbəblərə görə bu, baş tutmamışdır. Məmmədnicat Salahovun yaradıcılığında Böyük Vətən müharibəsi mövzusu xüsusi yer tutur. Onun bu mövzuda hazırladığı xatirə abidələri Kürdəmir, Masallı, Füzuli, Ağcabədi rayonlarında, Bakının Balaxanı və Hövsan qəsəbələrində ucalır.
Nina Balaban
Nina Balaban (2 noyabr 1995) — Şimali Makedoniyalı atıcı. Nina Balaban Şimali Makedoniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Nina Balaban birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 407.7 xal toplayaraq 42-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Nizami Salahov
Nizami Həsən oğlu Salahov (25 may 1945, Kirovabad – 10 iyun 2013, Gəncə) — Azərbaycanlı futbolçu. Nizami Salahov 25 may 1945-ci ildə Gəncə şəhərində anadan olub. Uşaq yaşlarından futbola çox böyük maraqı olub. 15 yaşından yeniyetmələrdən ibarət Azərbaycan SSR yığma komandasının heyətində oynayan futbolçu daha sonra Gəncənin Kəpəz komandasının tərkibində fəaliyyətini davam etdirib. Komandada hücumçu olan Nizami Salahovun vurduğu qollar hesabına Kəpəz komandasını 1965-ci ildə SSRİ B Çempionatının qalibi edib. Daha sonra Neftçi komandasının tərkibində oynayıb. Nizami Salahov oynadığı dövrdə Dinamo Kirovabad (Gəncə) SSRİ birinciliyinin ikinci dəstəsinin qalibi olaraq yüksək liqaya vəsiqə qazanıb. Komanda bu naliyyətə Daşkənddə keçirilən həlledici matçda yiyələnib. 26 noyabr 1967-ci ildə reallaşan qızıl oyunda rəqib Şaxtyor Qarağandı klubu olub. Gərgin mübarizə şəraitində keçən görüş Dinamo Kirovabadın (Gəncə) 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarahacılı (Balakən)
Qarahacılı — Azərbaycan Respublikasının Balakən rayonunun Kortala kənd inzibati ərazi dairəsində kənd.
Qaravəli (Balakən)
Qaravəli — Azərbaycan Respublikasının Balakən rayonunun Püştətala kənd inzibati ərazi dairəsində kənd.
Qaravəlili (Balakən)
Qaravəli (Balakən)
Qaravəlli (Balakən)
Qaravəli — Azərbaycan Respublikasının Balakən rayonunun Püştətala kənd inzibati ərazi dairəsində kənd.