Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Badrud
Badrud — İranın İsfahan ostanının Nətənz şəhristanının İmamzadə bəxşində şəhər və həmin bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən əhalisi 14,391 nəfər və 3,709 ailədən ibarət idi.
Barsum
Çaykənd (1991-ci ilədək Barsum) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Aşağı Çaykənd Şəmkir rayonunun Barsum inzibati ərazi vahidində kənd. Dağ ətəyində yerləşir. XIX əsrdə bu ərazidə Gürcüstandan və Ermənistandan gəlmə ermənilər məskunlaşdıqdan sonra kəndin adı Barsum kimi rəsmiləşdirilmişdir. Hal-hazırda, əsasən Ermənistanın Qaraqoyunlu mahalının Çay-kənd kəndindən və Göyçə mahalından didərgin salınmış Azərbaycanlı ailələr burada məskunlaşmışlar. Qədim tarixə malik Çaykənd kəndində elmi araşdırmalar aparmaq üçün qədimi abidələrlə zəngindir,rayon mərkəzindən uzaq və dağlıq ərazidə olmasına görə arxeoloqların nəzərini cəlb etməsə də,yaxın gələcəkdə elmə yeni töhfələrin verəcəyinə və kəndin qədim tarixinin üzə çıxmasına səbəb olacaqdır == Mədəniyyəti == Kənddə klub, kitabxana fəaliyyət göstərir, 1 orta məktəb binası, tibb məntəqəsi var. == Coğrafiyası və iqlimi == Şəmkir, Daşkəsən və Gədəbəy rayonlarının sərhədində yerləşir, kənd dağlarla əhatə olunub və 3 tərəfinin də dağlarla əhatələnməsi kəndin mənzərəsinə xüsusi ahəngdarlıq qatır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Kaşrut
Koşer və ya Kaşer (İvrit: כשׁר; Sefarad Yahudilerince Kaşer, Aşkenaz Yahudilerince Koşer deyə tələffüz edilir) — Yəhudiliyə görə; yeyilməsi və istifadəsi qorxulu olmayan halal məhsullardır. Bunları təyin edən qaydalara isə Kaşerut ya da Kaşrut qaydaları adı verilər. Yəhudiliyə görə; yeyilməsi sərbəst və ya qadağan olan heyvanların siyahısı Tövratda verilmişdir. Buna görə: Quruda yaşayanlardan gevşiyən və cüt dırnaqlı olan heyvanların yeyilməsi sərbəst, bu xüsusiyyəti daşımayanlar isə qadağandır; bunlara əlavə olaraq donuz, dovşan və dəvə əti qadağandır. Hər cür böcək, sürünən və gəmirici yeyilməsi qadağandır. Quşlardan Tövratda adı keçən iyirmi quş xaricində qalanların yeyilməsi qadağandır. Balıqlardan pullu və üzgəci olanlar xaricində qalanların, qabıqlı heyvanların (midye, istridyə) və sprut, kalmar, xərçəng, krevet, kerevit, xərçəng, dəniz şabalıdının yeyilməsi qadağandır. Yeyilməsi qadağan olan heyvanlardan çıxan yumurta, süd kimi hər cür məhsulun (bal xaric) yeyilməsi qadağandır. Yeyilməsi sərbəst olan heyvanların seqmentinin şehita adı verilən xüsusi bir seqment texnikası ilə bu işin təhsilini almış və anatomiya məlumatı olan şohet adında səlahiyyətli tərəfindən edilməsi lazımlıdır. Şehita təhsilini almamış adam tərəfindən və ya şehita qaydalarına uyulmadan edilmiş seqment heyvanın ətini trefa (mundar) hala gətirər.
Barum
Yuxarı Çaykənd (1991-ci ilədək Barum) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Kəndin əhalisi 414 nəfər təşkil edir ki, onun da 222 nəfəri kişi, 192 nəfəri isə qadındır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Baruq
Barıq (Qoşaçay)
Taruh
Taruh — İbrahim peyğəmbərin atasının adıdır. İncil və Qədim Ahiddəki adı Terahtır. Taruh öləndə İbrahimin anası Azər ilə evləndi. Quranda adı Azər olaraq keçməkdə olub oğlu İbrahimin əksinə bütpərəst idi.
İlker Başbuğ
İlker Başbuğ (türk. İlker Başbuğ; 29 aprel 1943, Afyonkarahisar) — Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının 26-cı rəisi.
İlkər Başbuğ
İlker Başbuğ (türk. İlker Başbuğ; 29 aprel 1943, Afyonkarahisar) — Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının 26-cı rəisi.
Bash
Bash (Bourne Again Shell)- Unix üçün yazılmış shelldir. 1988-ci ildə Brian Fox tərəfindən yazılmağa başlamış və 1989-cu ildə beta versiya buraxılmışdır. Hal-hazırda Linux və Mac OS X əməliyyat sistemlərində susmaya görə istifadə edilən shelldir. Bash istifadəçi tərəfindən mətn şəklində verilən komandaları emal edir. Bash ilə shell skriptlər də yazmaq mümkündür.
Baruj (Urmiya)
Baruj (fars. باروژ‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 148 nəfər yaşayır (28 ailə).
Barun (Maku)
Barun (fars. بارون‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 230 nəfər yaşayır (64 ailə).
Matrakçı Nasuh
Nasuh bin Qaragöz bin Abdullah əl-Bosnavi (türk. Nasuh bin Karagöz bin Abdullah el-Visokavi el-Bosnavî, serb-xorv. Serbo-Croatian: Matrakčija Nasuh Visočak; 1480 – 1564) — miniatür sənətinin mahir ustası, tarixçi və riyaziyyatçı. Əsil adı Nasuh bin Karagöz bin Abdullah el-Bosnavi olsa da, tarix mənbələrində Matrakçı Nasuh kimi göstərilmişdir. Matrakçı Nasuh 1480-ci ildə Sarayevo şəhərində anadan olmuşdur. Ölüm tarixi haqqında müxtəlif fikirlər vardır. Katib Çələbi Matrakçı Nasuhun ölüm tarixi kimi 1533-cü ili göstərsədə, sonradan bu rəqəm öz təsdiqini tapmamışdır. Nasuh əfəndinin 1564-cü ildə vəfat etməsi barədə bəzi fikirlərdə vardır, ancaq fikirlərdə rəsmən təsdiqlənməmişdir. Matrakçı Nasuhun şəxsi həyatı barədə tarix mənbələrində məlumat azdır. Babasının əslən xristian olduğu, Osmanlı əsgərləri tərəfindən zorla müsəlmanlaşdırlması barədə əsaslı iddalar vardır.
Nasuh Paşa
Gümülcinəli Kürəkən Nasuh Paşa (XVI əsr, Komotini – 17 oktyabr 1614, Konstantinopol) — I. Əhmədin hakimiyyəti dövründə, 5 avqust 1611 – 17 oktyabr 1614 tarixləri arasında sədrəzəm olmuş Osmanlı dövlət adamı. Dəvşirmə olaraq İstanbula gətirilmiş və Zülüflü Baltaçılar ocağında təhsil almışdır. Saraydan mütəfərrik olaraq çıxmış və Divan-ı Humayun çavuşluğu etmişdir. Oradan Zile voyvodalığına göndərilmiş və sonra İstanbula dönərək qapıçılar kəndxudası və kiçik cilovdar vəzifələrini görmüşdür. 1603'də Hələb hakimliyinə təyin edilmişdir. İran sərdarı olan Cığalızadə Yusif Sənan Paşa onu Hələb hakimliyindən azad etmiş və yerinə Canpoladoğlunu gətirmişdir. Nasuh Paşa buna etiraz etsə də, bu etirazı qəbul edilməmişdir. Özünə vəzirlik rütbəsi verilmiş və Tavil Əhməd adlı Cəlali üsyançısını aradan qaldırmaq ilə vəzifələndirilmişdir, lakin bu üsyançının üstünə getsə də, məğlub olmuş və geri çəkilmişdir. Daha sonra 1606-cı ildə Bağdadı saxta bir fərman ilə ələ keçirən Tavil Əhməd oğlu Məhəmmədin üstünə Bağdadı geri almaq üzrə göndərilmişdir. Bu səfərdə də müvəffəqiyyətsiz qalıb Diyarbəkirə çəkilmək məcburiyyətində qalmışdır.
Vedia Barut
Vedia Barut (türk. Vedia Barut) — ilk kiprli türk olan sahibkar qadın. Vedia Barut 1919-cu il fevralın 14-də Lefkoşada anadan olub. O, Ayasofya məscidinin baş imamı Mehmet Rəcəb Bəy və evdar qadın Əminə Xanımın üç övladından ikincisi olub. O, 3 yaşından dərs almağa başlayıb, 9 yaşında isə Ayasofya İbtidai məktəbində oxuyarkən skripka dərsi almağa başlayıb. Daha sonra o, Viktoriya Qızlar Liseyini bitirir və əczaçı kimi karyera qurmaq istəyir, lakin Britaniya hökuməti o zaman siyasətini dəyişdiyi və Kipr xəstəxanasında əczaçılıq təhsilini qəbul etmədiyi üçün ümidləri puç olur. Buna cavab olaraq əmisi atasını onun üçün mağaza aça biləcəyinə inandırır. Bu mağaza 1937-ci ildə açılır. Bu patriarxal cəmiyyətdə çox mübahisəli idi. “Söz” qəzetinin yazarı Mithat Bəy bu reaksiyanı absurd qəbul edərək Barutun qatı müdafiəçisi olur və nəticədə onun cəmiyyətdə tanınmasına səbəb olur.
Ayxan Barut
Ayxan Barut (1964, Karataş, Adana ili) — aqrar mühəndis və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Ayxan Barut 1964-cü ildə Adana ilinin Karataş ilçəsində anadan olub. Çuxurova Universitetinin Kənd təsərrüfatı maşınları bölməsinindən məzun olub. 13 il Adana Ticarət Palatasında Məclis üzvü, Mühəndis və Memarlar Palataları İttifaqı (TMMOB) Kənd Təsərrüfatı Mühəndisləri Palatası Adana şöbəsində sədr müavini (1994–1996) və sədr (2000–2008) vəzifələrində təmsil olunub. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. CHP Çuxurova ilçə və CHP Adana il sədri olub. 2018 və 2023-cü illərdə Adana ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 27 və 28-ci çağırışlarda TBMM Kənd təsərrüfatı və meşə məsələləri Komissiyasının üzvü olub. İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.
Türkan Örs Baştuğ
Türkan Örs Baştuğ (1900, Konstantinopol – 27 sentyabr 1975, İstanbul) — türk müəllim və siyasətçi, Türkiyə Böyük Millət Məclisinin ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, Türkiyənin 5-ci və 6-cı parlamentində Antalya seçki dairəsinin millət vəkili olaraq fəaliyyət göstərib. Türkan Örs Baştuğ 1900-cü ildə Üsküdarda anadan olub. Onun atası Mehmet Səbri bəy, anası Abidə xanımdır. Baştuğ ibtidai və orta təhsilini Bezmialem liseyində tamamladıqdan sonra Darülfünunun fəlsəfə bölməsində ali təhsil almışdır. O, on ilə yaxın Feyziati (Boğaziçi) liseyində müəllim və idarəçi işləyib. O burada ictimai elmlər, mənəviyyat, məntiq və metafizikadan dərs deyirdi. Baştuğ 1927-ci ildə 3 ay müddətinə Qız müəllimlər məktəbində, 1930-cu ildə 3 ay müddətinə İstanbul qız liseyində müvəqqəti müəllim kimi fəlsəfə dərsini tədris edib. Türkiyədə qadınlara seçkilərdə seçmək və seçilmək hüququ verildikdən sonra keçirilmiş ilk parlament seçkiləri olan 1935-ci il parlament seçkilərində Türkan Örs Baştuğ CHP tərəfindən Antalya millət vəkili olaraq namizəd göstərilmiş və Baştuğ 590 seçicinin səsi ilə 5-ci dövr Türkiyə Böyük Millət Məclisinə daxil olmuşdur. O 1935-ci il martın 1-də and içib və 1935-ci il martın 7-də qeydiyyat şəhadətnaməsini alıb.
Aşrah (Mortal Kombat)
Aşrah (ing. Ashrah) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir.
Barux Semyuel Blamberq
Barux Semyuel Blamberq (ing. Baruch Samuel Blumberg) (d.28.7.1925, Nyu-York) — Amerika həkimi, genetik, Nobel mükafatı laureatı (1976, D. K. Qayduzek ilə birlikdə). == Fəaliyyəti == Kolumbiya Universitetinin Tibb Kollecini bitirmiş (1951), 1955–57-ci illərdə Oksford Universitetində biokimya üzrə ixtisaslaşmışdır. 1957–64-cü illərdə Betesdə (Merilend ştatı) Milli Səhiyyə İnstitutunun tibbi coğrafiya şöbəsinə və genetika seksiyasına, 1964-cü ildən Filadelfiya da xərçəng üzrə Elmi Tədqiqat İnstitutunda klinik təd qiqatlara rəh bər lik etmişdir. 1970-ci ildən Pensilvaniya Universitetinin tibb və tibbi genetika professorudur. 1964-cü ildə insan qanı serumunda Avstraliya antigenini (serum hepatitinin antigeni) kəşf etmiş və onun donorun qanında olmasını təyin edən laboratoriya-nəzarət üsulunu işləyib hazırlamışdır. == Həmçinin bax == Corc Bidl == İstinadlar == == Xarici keçidlər == Barux Semyuel Blamberq öz həyat hekayəsini danışır.
Basra döyüşü (1457)
Bəsrə döyüşü — 1457-ci ildə Qaraqoyunlulara qarşı hücumlar edən Muşaşalar ilə Qaraqoyunlular arasında baş verən toqquşma. Nəticədə özünü Şiələrin 7. İmamı Musa Kazımın soyuna dayandıran Mövlana Əli Pirbudaqın əlinə keçərək öldürüldü.
Hasan Basri Sönmez
Həsən Basri Sönməz (1974, İsparta ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Həsən Basri Sönməz 1974-cü ildə İsparta ilinin Yalvaç ilçəsində anadan olub. İsparta Tətbiqi Elmlər Universiteti Biznesin idarə edilməsi Bölməsindən məzun olub. İş adamı olaraq çalışıb. Ailə peşəsi olan dəri sənayesində, həmçinin xaricdə turizm, qida və inşaat sahələrində çalışıb. 2023-cü ildə MHP namizədi olaraq İsparta ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İnsan Hüquqları Araşdırma Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.
Həsən Basri Sönməz
Həsən Basri Sönməz (1974, İsparta ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Həsən Basri Sönməz 1974-cü ildə İsparta ilinin Yalvaç ilçəsində anadan olub. İsparta Tətbiqi Elmlər Universiteti Biznesin idarə edilməsi Bölməsindən məzun olub. İş adamı olaraq çalışıb. Ailə peşəsi olan dəri sənayesində, həmçinin xaricdə turizm, qida və inşaat sahələrində çalışıb. 2023-cü ildə MHP namizədi olaraq İsparta ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İnsan Hüquqları Araşdırma Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.
Bipaşa Basu
Bipaşa Basu (ing. Bipasha Basu, hind. बिपाषा बासु, d. 7 yanvar 1979) — hind aktrisası və modeli. == Həyatı == 7 yanvar 1979-cu ildə Dehli şəhərində anadan olmuşdur. Bipaşha hind, ingilis, benqal dillərində sərbəst danışır. Bipaşhanın iki bacısı var. Uşaqlıqda dərisinin qara rənginə görə onu "çirkin" deyə çağırıblar. Məktəbdə oxuyanda basketbol oynamağı sevərmiş. Ən böyük arzusu həkim olmaq idi.
Cohor Baru
Cohor Baru, Yeni Cohor (Johor Bahru, Johor Baharu) — Malayziyada şəhər. Cohor ştatının (sultanlığının) inzibati mərkəzi. == Əhalisi == Əhalisi 876,0 min (2007; şəhərətrafı ilə 1,8 milyondan çox) nəfərdir. == Coğrafiyası == Malakka yarımadasının cənubunda, Malayziyanı Sinqapurdan ayıran Cohor boğazının şimal sahilində yerləşir. Əhalisi 5,5 milyon olan Sinqapur–Cohor-Baru transsərhəd şəhər aqlomerasiyasına daxildir. İri nəqliyyat qovşağı. Sinqapur ilə damba vasitəsilə birləşir (1924; uzunluğu 1056 m, 6 zolaqlı avtostrada, dəmiryol əlaqəsi). Müasir avtomobil magistralları qovşağı. Dəniz portu (kauçuk, palma yağı, meyvə, boksit və s. ixracı); Malayziyanın ən iri Tancunq-Pelepas konteyner portu (Cohor Barudan qərbdə; 2005-ci ildə yük dövriyyəsi təqribən 4,5 milyon İFE konteyner).
Kehkaşan Basu
Kehkaşan Basu (5 iyun 2000, BƏƏ) — Birləşmiş Ərəb Əmirliyin ətraf mühit və insan haqları müdafiəçisi. 2016-cı ildə Beynəlxalq Uşaq Sülh Mükafatının laureatı olmuşdur. Ümumdünya Gələcək Şurasının ən gənc məsləhətçisi olmuçdur. Green Hope fondunun təsisçisi və prezidenti. == Bioqrafiya == Kehkaşan Basu Dubayda anadan olub. Daha sonra Torontoda (Kanada) yaşamışdır. 12 yaşında o, bütün dünyada uşaqları və gəncləri maarifləndirmək və gücləndirmək, onları Dayanıqlı İnkişaf Məqsədlərinə (SDGs) nail olmaq prosesinə cəlb etməklə davamlı inkişafa diqqət yetirən Green Hope fondunun əsasını qoymuş və prezidenti olmuşdur. Green Hope bütün yaş qruplarını əhatə etmək üçün Ətraf Mühit Akademiyası adlı unikal təbliğat alətindən , o cümlədən təsviri incəsənət, musiqi, idman, teatr və rəqs kimi innovativ ünsiyyət yolları, həmçinin Dayanıqlı İnkişaf Məqsədlər haqqında məlumatlılığı ən sadə səviyyədə yaymaq üçün elm və texnologiya təhsilindən istifadə edir. 2013-cü ildə o, iki illik müddətə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının Uşaq və Gənclər üzrə Qlobal Koordinatoru seçilir və bununla da təşkilatın tarixində bu vəzifəyə seçilən ilk azyaşlı olur. == Yaradıcılıı == 2015-ci ildə o, iqlim dəyişikliyini azaltmaq üçün hərəkətə keçən bir qızın hekayəsindən bəhs edən “Ümid ağacı” adlı qısa hekayələr toplusunu təqdim edir.
Gümülcinəli Kürəkən Nasuh Paşa
Gümülcinəli Kürəkən Nasuh Paşa (XVI əsr, Komotini – 17 oktyabr 1614, Konstantinopol) — I. Əhmədin hakimiyyəti dövründə, 5 avqust 1611 – 17 oktyabr 1614 tarixləri arasında sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == Dəvşirmə olaraq İstanbula gətirilmiş və Zülüflü Baltaçılar ocağında təhsil almışdır. Saraydan mütəfərrik olaraq çıxmış və Divan-ı Humayun çavuşluğu etmişdir. Oradan Zile voyvodalığına göndərilmiş və sonra İstanbula dönərək qapıçılar kəndxudası və kiçik cilovdar vəzifələrini görmüşdür. 1603'də Hələb hakimliyinə təyin edilmişdir. İran sərdarı olan Cığalızadə Yusif Sənan Paşa onu Hələb hakimliyindən azad etmiş və yerinə Canpoladoğlunu gətirmişdir. Nasuh Paşa buna etiraz etsə də, bu etirazı qəbul edilməmişdir. Özünə vəzirlik rütbəsi verilmiş və Tavil Əhməd adlı Cəlali üsyançısını aradan qaldırmaq ilə vəzifələndirilmişdir, lakin bu üsyançının üstünə getsə də, məğlub olmuş və geri çəkilmişdir. Daha sonra 1606-cı ildə Bağdadı saxta bir fərman ilə ələ keçirən Tavil Əhməd oğlu Məhəmmədin üstünə Bağdadı geri almaq üzrə göndərilmişdir. Bu səfərdə də müvəffəqiyyətsiz qalıb Diyarbəkirə çəkilmək məcburiyyətində qalmışdır.