Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Batna
Batna vilayəti — Əlcəzairdə vilayət. Batna (şəhər) — Əlcəzairin şimal-şərqində şəhər, Batna vilayətinin inzibati mərkəzi.
Batma xərci
Batma xərci (geri qaytarıla bilinməyən xərclər, hərfən — «batırılan xərclər», ing. sunk costs) — alternativ istifadəsi olmayan xərclərdir: keçmişdə qəbul edilmiş qərarlar nəticəsində meydana gələn və gələcəkdə sonrakı qərarlarla dəyişdirilə bilməyən xərclər. == Tərifi == İngilis professor Kolin Druri, batmış xərcləri, əvvəlcədən əldə edilmiş qaynaqların dəyəri olaraq təyin edir, bu mənbələrin ümumi miqdarı onların sonrakı istifadəsi üçün mövcud alternativ variantlar arasındakı seçimdən asılı olmadıqda; keçmişdə qəbul edilmiş qərarlar nəticəsində yaranan və gələcəkdə sonrakı qərarla dəyişdirilə bilməyən xərclər . Batmış xərclər — qərar qəbul edən şəxs üçün əhəmiyyətsizdir, ancaq əhəmiyyətsiz xərclər deyil. Lazımsız xərclər əhəmiyyətsizdir, lakin gələcəkdə xərclərdən imtina etmək olar, buna görə batmış xərclər hesab olunmur. == Nümunəsi == Əvvəlki dövrdə alınmış avadanlıq üçün amortizasiya xərcləri batmış xərclərdir. Avadanlıqların qalıq dəyəri tələb olunduğundan və ya ondan bir şey istehsal edilib-edilməməsindən asılı olmayaraq silinməli olduğundan, yenə də silinməlidir. Bu xərclər gələcək heç bir qərarla dəyişdirilə bilməz. Məsələn, inşa edilmiş bir kərpic kanalizasiyası yenidən kərpic halına gətirilə və satıla bilməz. Və ya, məsələn, gözlənilmədən tələb olunmayan tökülmüş bir beton təməl, sementə və quma qaytarıla bilməz.
Batna (şəhər)
Batna (ərəb. باتنة‎, bər. ⴱⴰⵜⵏⴰ) — Əlcəzairin şimal-şərqində şəhər, Batna vilayətinin inzibati mərkəzi. Batna Əlcəzairin beşinci ən böyük şəhəri, Ores dağ silsiləsindəki ən böyük şəhərdir. Şəhər ölkənin paytaxtı Əlcəzair şəhərindən 430 kilometr (270 mil), Konstantin şəhərindən isə 119 kilometr (74 mil) məsafədə yerləşir. Batnanın sahilə nisbətən yaxın yerləşməsinə baxmayaraq, şəhərin yerləşdiyi hündürlük dəniz səviyyəsindən bir kilometrdən çoxdur. Bu baxımdan şəhərdə qış kifayət qədər soyuq, qarlı keçir. Batna Əlcəzairin 1954-cü ildə ölkənin müstəqilliyi uğrunda müharibənin başlanğıcını qoyan hadisələrin baş verdiyi şəhərlərdən biridir. 1 noyabr 1954-cü ildə şəhərdəki hərbi obyektlər istiqlalçıların dəstələri tərəfindən hücuma məruz qalmışdır. Əlcəzair müstəqillik əldə edənə qədər üsyançı komandanlıq şəhərdə yerləşirdi.
Batna vilayəti
Batna vilayəti — Əlcəzairdə vilayət. == Ərazisi == Batna vilayətinin ərazisi 12 192 km2-dır. Batna vilayətinə 21 rayon daxilidir. == Əhalisi == 2008-ci ilə olan məlumatlara əsasən Batna vilayətinin əhalisi 1 119 792 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Barda Balka
Barda Balka — indiki İraqın şimalında, Kiçik Zab və Çəmçəmal çayları yaxınlığında arxeoloji abidə. Burada tapılan tapıntıların oxşarları Çəmçəmal vadisi ətrafında yerləşən digər ərazilərdə də aşkar edilmişdir. Alətlərin tapıldığı sahənin mərkəzində Neolit dövrünə aid meqalit mövcuddur.
Abatia
Abatiya (lat. Abatia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Meksikadan Argentinanın şimal hissələrinə qədər yayılmışdır. == Sinonimləri == Aphaerema Miers Graniera Mandon & Wedd. ex Benth. & Hook.f. Myriotriche Turcz.
BAFTA
"BAFTA" (ing. British Academy of Film and Television Arts) — İngilis Film və Televiziya Sənətləri Akademiyasıdır. Oscarın Birləşmiş Krallıqdakı tayı olan bu akademiya hər il film, televiziya, uşaq film və televiziya əsərlərinə mükafatları verir. 1947də İngilis Film Akademiyası olaraq, David Lean, Aleksandr Közdə, Carol Reed, Charles Laughton, Roger Manvell kimi adlar tərəfindən qurulmuşdur. 1958-də Televiziya Prodüserləri və Rejissorları Loncası ilə birləşərək Film və Televiziya Klubu olmuşdur. 1976-da isə indiki adını almışdır. BAFTA-nın ana ofisi Piccadilly, Londonda, amma İngiltərənin şimalında, Şotlandiyada, Uelsdə, Nyu-Yorkda və Los-Ancelesdə da ofisləri var. Akademiyanın mükafatı Amerikalı heykəltaraş Mitzi Cunliffe tərəfindən hazırlanmış teatr maskası şəklindədir və 1955-ci ildə Televiziya Prodüserləri Loncası tərəfindən sifariş olunmuşdu. 1989-cu ildən bu yana Los-Anceles ofisi, BAFTA, hər il öz mükafatları olan Britanya Mükafatlarını verməkdədir.
Bahia
Eriophyllum (lat. Eriophyllum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Baiya
Baiya (port. Bahia) — Braziliyanın şərqində, Atlantik okean sahillərində yerləşən ştat. Ştat əhalisinin sayına görə Braziliyada dördüncü, sahəsinə görə siə beşinci yerdədir. İnzibati mərkəzi Salvador şəhəridir. Şəhər Bütün müqəddəslər buxtası sahilində qərarlaşır. Ştatın adı da portuqalcadan tərcümədə «buxta» mənasını verir. == Coğrafiya == Ştat Braziliya alcaq dağlıq sərhəbi bonunca Alaqoas, Pernambuku və Piaui, qərbdən Tokantins və Qoyas, cənubdan Minas-Jerays və Espiritu-Santu mtaları ilə sərhədə malikdir. Ərazisindən axan San-Fransisko çayı üzərində sahəsi 4214 km² olan Sobradinyo su anbarı mövcuddur. === İqlimi === İqlimi turopikdir. Orta illik temperatur +22 ºС-dir.
Balba
Balta
Balta — metalik kəsici tilə malik olan, sapaqda bərk oturdulmuş alətdir. Baltaların müxtəlif növləri vardır. Baltalar adətən dülgərlik işlərində ağacların yonulub formaya salınmasında və kəsilməsində istifadə edilir. Qədimdə baltadan həm əl, həm də atılan silah kimi istifadə edilmişdir. Baltaların kəsici hissəsini sapaqla birləşdirmək üçün, onun tutqac hissəində deşik nəzərdə tutulur. Sapaq bu deşiyə keçirildikdən sonra o pazla bərkidilir. İlk balta hələ qədim daş dövründə mövcud olmmuşdur. Ağaca başlanmış, iti kəsici tilləri olan daş parçalarından balta kimi istifadə edilmişdir. Bu günkü baltlara oxşarı olanlar mezolit (b.e.6000 il əvvəl) dövründən meydana gəlmişdir. Ona qədər insanlar uc hissəsi itilənmiş daşlardan istfadə edirdilər.
Balva
Banda
Banda — iki və daha çox şəxsdən ibarət olub iştirakçıları arasında möhkəm təşkilati birlik olan, basqınlar etmək məqsədilə birləşən insanlar birliyi. Bəzi cinayətkar bandaların üzvləri özlərinin sadiq olduqlarını və adətən oğurluq və zorakılıq kimi cinayətləri törətməyə qadir olduqlarını sübut etməlidirlər. Bandanın üzvünə qanqster deyilir. Bir çox banda dəstələri tarix boyu böyük şöhrət qazanmışlar; məsələn, İtaliya mafiyası, rus mafiyası, irland mafiyası, yəhudi mafiyası, polyak mafiyası, alban mafiyası, Yaponiyada yakudza, Çində triada, Yeni ingiltərə bandaları, Yamaykada Duş Posse və Yardi, afroamerikalılardan ibarət Krips və Bludz, latinoların bandalarından Mara Salvatruça, ağdərili bandalardan Ari qardaşlığı və motosikletçilərdən ibarət banda olan Cəhənnəm mələkləri. == Mənası == Banda ingilis dilində "gang" sözü ilə ifadə olunur. "Gang" sözü qədim ingilis dilindəki "getmək" mənasına gələn "gan" sözünün feli sifət formasıdır. Bu isə qədim skandinav dilindəki "səfər, səyahət" mənasına gələn "gangster" sözü ilə eyniköklü sözdür. Ümumiyyətlə, söz bir qrup insan mənasına gəlir və işlənmə yerindən asılı olaraq neytral, müsbət və ya mənfi mənada istifadə edilə bilər. == Tarixi == Amerika tarixində banditizmin rolundan danışarkən Barrinqton Mur qeyd edirdi ki, qanqsterizm əhəmiyyətli dərəcədə qanunçuluğun olmadığı cəmiyyətlərdə peyda olur. O, Avropa feodalizmini "əsas etibarilə cəngavər anlayışı vasitəsilə hörmət qazanan qanqsterizm" kimi xarakterizə edirdi.
Banka
Banya
Banya (rus. баня) — soba ilə buxar hamamıdır. Buxar və yüksək istilik hamamlarda tərləməyə səbəb olur.
Barja
Barja — yedək gəmisi, su nəqliyyatı vasitə. == Ümumi məlumat == Barja taxta və dəmir hissələrdən hazırlanırdı. Barjanın dəniz, göl, çay, kanal sularında işlədilən müxtəlif formaları olmuşdur. Yük tutumu böyük olan və yaxşı materialdan hazırlanmış barjalar 20 il müddətində iş üçün yararlı olurdu.
Barqa
Barqa (it. Barga) — İtaliyanın Toskana regionunda şəhər.
Basta
Basta (rus. Баста, tam adı: Vasili Mixayloviç Vakulenko; 20 aprel 1980, Rostov-na-Donu) — Rusiya repçisi, bəstəkar, musiqi prodüseri, aktyor, radioaparıcı, teleaparıcı, ssenarist, prodüser, rejissor. Eyni zamanda Noqqano və N1NT3ND0 ləqəbləri ilə də tanınır. "Next FM" radiosunda aparıcı və bir neçə filmin rejissorudur. Kupe ilə birlikdə "Hip-hop TV"də "Gazgolder" verilişinin aparıcısıdır. 2007-ci ildə "Gazgolder" leyblini yaratmışdır. == Bioqrafiya == Vasili Vakulenko 20 aprel 1980-ci ildə Rostov-na-Donu şəhərində, hərbçi ailəsində doğulmuşdur. Həmin şəhərdə 32 saylı ümumtəhsil məktəbini bitirmiş, həmçinin musiqi məktəbində təhsil almışdır. Daha sonra musiqi kollecində, drijorluq ixtisası üzrə təhsil almışdır. Musiqi təhsili aldığı dövrdən Vasili hip-hopla maraqlanmağa başlamışdır.
Batbat
Batbat (lat. Hyoscyamus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == İkiillik, 30-80 sm hündürlükdə, yumşaq tüklü, vəzili, pis qoxulu, gövdəsi düz, budaqlı, bəzən sadə, düzdayanan, yuxarısı qövsvari əyilmiş, sıx yarpaqlanmış bitkidir. Yarpaqlarının uzunluğu 4-25 sm, eni 1,5-11 sm, aşağıda saplaqlı, uzunsov-yumurtavari, oyuqvari lələkvari dilimlidir, gövdə yarpaqları, gövdəyə sarılmış, yumurtavari və ya uzunsov, kənarları oyuqlu iri dişli, bəzən bütövdür. Çiçəkləri iri, oturaq, meyvəyanı kasacıqları 25–30 mm uzunluqda, zanbaqvari, bərk, dibi tüklü-yapışqanlıdır. Tac 25-45 mm uzunluqda, çirkli-açıq-sarı və ya çirklisarı, bənövşəyi damarcıqlarla örtülmüşdür. Toxumları 1-1,5 mm uzunluqda, böyrəkvari və ya yumru-böyrəkvari, boz-qonurdur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqların rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Ruderal yerlərdə, bəzən alaq kimi bostanlarda, bağlarda və əkinlərdə bitir. == Növləri == Ağ batbat (Hyoscyamus albus L.) Qızılı batbat (Hyoscyamus aureus L.) Hyoscyamus desertorum (Asch.
Baçka
Baçka (serb. Бачка, mac. Bácska, sloven. Báčka, xorv. Bačka, alm. Batschka‎) — Mərkəzi Avropada, Ortadunay ovalığında, Tisa və Dunay çaylarının arasında yerləşən tarixi-coğrafi rayon. Regionun çox hissəsi Serbiyada yerləşən Voyevodina muxtar krayına düşür, az hissəsi isə Macarıstanın Baç-Kişkun medyesinə daxildir. == Tarix == Baçka bölgəsi son 4000 il ərzində insanlar tərəfindən məskunlaşmışdır. Onun ilk sakinlərini illirialılar təşkil edirdi. VI-VII əsrlərdə bölgədə artıq slavyanlar çoxluq təşkil edirdi.
Bağça
Bağça (Bukan) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. Bağça (Behi-yi Feyzullah Bəyi) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı, Behi-yi Feyzullah Bəyi dehistanı ərazisinə daxil olan kənd.
Başqa
Başqa — fəlsəfənin əsas kateqoriyalarından biri.. Başqa — Mən olmayan, mənə əks olan, mənim dünyamdan kənarda yerləşən. Başqası da mənim xüsusiyyətlərimə malikdir : mövcuddur, düşünür, hərəkətdə və inkişafdadır. Başqa anlayışı materiyanın cansız hissələrinə də aiddir. == Həmçinin bax == Fəlsəfə Şəxsiyyət Təfəkkür == Ədəbiyyat == Бахтин М. М. К философии поступка // Философия и социология науки и техники. Ежегодник. 1984–1985. М., 1986. Бахтин М. М. Проблемы поэтики Достоевского. 4-е изд.
Baria
Baria (vyet. Bà Rịa, tı-nom 巴地) — Vyetnamın cənubunda şəhər, Baria-Vunqtau vilayətində hökumət şəhəri. == Əhalisi == Şəhərdə 153,862 nəfər yaşayır, onlardan 120,705 nəfəri şəhərin urbanizasiya hissəsində yaşayır. Adambaşına düşən orta gəlir ildə 48 milyon donq təşkil edir. 2012-ci ildə orta sakinə 18,5-19 m2 mənzil düşürdü. Bir neçə xəstəxana və tibb məktəbi var. Hər 10,000 nəfərə 107,69 xəstəxana çarpayısı düşür. == İstinadlar == == Xarici keçidlər == Ban Biên Tập Cổng thông tin điện tử Thành phố Bà Rịa. "giới thiệu tổng quan về thành phố Bà Rịa" (vyetnam). 2014-07-16 tarixində arxivləşdirilib.
Baçka Baçka-Palanka FK
Bačka futbol klubu — Serbiyanın futbol klubu. == Tarixi == Klub təsis edilmişdir 1945. rəsmi açılışı edilən 5500-ci, tutumu, 7il və Wawa Slavko Maletin 1951. il. "Bačka" vasitəsilə ilk dəfə İkinci Federal Liqa mövsümündə 1959/60 o ən böyük uğurlardan biri mövsüm 1988/89 ikinci federal liqada unikal giriş sayılır. Cəmi 16 keçirdi "Bačka" dir ikinci divizionda mövsüm . Həmçinin rübündə ən uğurlu "geri" və səhmlərin bir Yuqoslaviya Kuboku 1968-ci ildə /69-cu, zaman Hajduk Split yalnız 2 ilə mesai matçındakı : 1 keçid təmin edə bildilər. Klub milli kuboku özü final və son hissəsi isə 1993/94-cü ildə bir neçə dəfə iştirak edib "Bačka" nın finala ilə aradan zaman Nis İşçi.
Ferrer Bassa
Ferrer Bassa (kat. Ferrer Bassa; d. 1285 — ö. 1348) — katalan qotika rəssamı və miniatüristi. Yaradıcılığı XIV əsrə düşür. İki sənədə görə Bassa Sidjes şəhərində iki kapella üzərində işləyirmiş. On il sonra Araqonlu IV Alfons üçün işləməyə başlamışdır və "Barselonanın adətləri" və "Kataloniya kostyumları" əlyazmaları üçün fransız və Siena təsiri altında miniatür əsərlər hazırlamışdır. Onun fəaliyyəti Araqonlu IV Pedronun hakimiyyəti dövründə artmışdır. 1344-cü ildə Barselona kral kapellasında "İsa və Bakirə" əsərini tamamlamışdır. Günümüzə qədər çatan əsas işi Pedralbes monastırındakı Müqəddəs Mixael kapellasındakı divar rəsmləridir.