BUXOV

BUXOV (köhn. Keçmişdə məhbusların əl və ayaqlarına keçirilən dəmir halqa) Çatıb əzilənlərin buxovu qırmaq vaxtı; Nə Marşallın planı, nə Atlantika paktı (S.Rüstəm); QANDAL (köhn.) [2-ci aşıq:] Deyirlər qandalı açıbdır Nəbi; Minib boz atma qaçıbdır Nəbi (S.Rüstəm); QANDALAQ (köhn.) Nəbi: Qazamat istidir, yata bilmirəm; Qubernat güclüdür bata bilmirəm; Ayaqda qandalaq qaça bilmirəm (S.Rüstəm); ZƏNCİR Bahadır: Xristian aləmi müdam belə bir müharibədə olarkən özünü ruhanilərin zəncirindən yavaş-yavaş xilas edibdir (N.Nərimanov).

BUXARLANMAQ
BUXOVLAMAQ
OBASTAN VİKİ
Səhər buxovlanması
Səhər buxovlanması (ing. morning stiffness) – oynaqda səhərlər yaranan hərəkət məhdudluğu, sərtliyi və ya çətinliyi. Güman edilir ki, istirahət anında limfa dovranının durması ilə iltihab mediatorlarının oynaqda toplanması ilə yaranır. İltihab nəticəsində yaranan buxovlanma səhər oyandıqda yaranır və ya güclənir və ya uzun müddətli istirahətdən sonra yaranır. Lokal və ümumi olur, davam müddətinə əhəmiyyət verirlər.
Buxovlu kilsəsi
Buxovlu kilsəsi―Bu kilsənin qalıqları Zaqatala rayonunda, Pipan məbədlərindən 3km aralıda, dağın başındakı meşəlikdə, Buxovlu deyilən ərazidə tapılıb. Abidənin yalnız divarlarının bir hissəsi qalıb, elementlər və dekor tam məhv olub. Mərkəzi hissədə iri bir nefli zalı, iki cüt pilyastrları və tağları var. Məbəd yarımdairəvi apsidlə, üç tərəfdən qalereya ilə əhatə olunub.Buxovlu məbədindən günümüzə yalnız uçmuş divarlar qalmış, dam örtüyü isə tamamilə dağıdılmışdır. Ölçülərinə görə bu məbəd Pipan bazilikasından daha böyükdür və mərkəzi hissədə bir cüt pilyastr, tapqırı tağlı böyük zala malikdir.İkinci Pipan kilsəsindən fərqli olaraq, pilyastrlar T-şəkillidir və nəyinki tağbəndi, eyni zamanda divarda uzununa istiqamətdə yerləşən tağları da saxlayır. Bu məbəd bir nefli, yarımdairəvi apsidaya, üç tərəfdən qalereyaya malikdir. Onun quruluşu düzbucaqlı şəklindədir. == Tarixi == Abidə Zaqatalanın Pinalı kəndi ərazisində yerləşən digər iki kilsədən daha cavan olanıdır. Kilsə çay daşından və kərpicdən tikilib, damı isə kirəmitlə örtülüb. A.Qaraəhmədova Buxovlu məbədini VII-VIII əsrlərə aid edir.

Digər lüğətlərdə