Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bəqli (Beqli)
Bəqli (Beqli) — Arsakda məntəqə adı. == Toponim == Kutaisi quberniyasının Şorapan qəzasında (indiki Zestafoni rayonunda) Beqlevi kənd adı . Cənub-şərqi Avropada yaşamış qıpçaqların Burcabo tayfa üç qoldan ibarət idi. Aklan, Osoluk və Beqlik. Bu kənd Beqlik qolunun adını əks etdirir. Gürcüstanda Beqlevi, Beqleti və Beqli. Ermənistanda Biqli kənd adlarında da əksini tapmışdır. Albaniyada erkən orta əsrlərdə Tatev monastırının (Zəngəzurda) adında da eb sözü iştirak edir. Qafqazın toponimiyasında Beqle, Beqli formalarındadır. XIX əsrdə İrəvan quberniyasının Novobayazid qəzasında Beqludağ, Şimali Qafqazda Dağıstan əyalətinin Dargin dairəsində Beqala-Moxi (Beqlidağ deməkdir), Batumi dairəsində Beqleti, Borcalı qəzasında Böyük Beqler və Kicik Beqler, Azərbaycanda Şamaxı rayonunda Bəklə.
Belıy
Belıy — Rusiya Federasiyasının Tver vilayətində şəhər.
Beqli
Bexleti (Xaşuri) (gürc. ბეღლეთი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Toponimkası == Beqli — Tiflis quberniyasının Qori qəzasında (indi Xaşur rayonunda) kənd adı. Beqle toponimindən və gürcücə yer, məkan bildirən "eti" şəkilçisindən ibarətdir. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 22 nəfər idi. 2014-cü ildə 22 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, II cild, səh.
Beqlis dili
Beqlis dili — Rusiyanın Azov dənizi dənizi akvatoriyasının şimalında, Taqanroq körfəzində yerləşən qumdan ibarət olan dil. Təqribi olaraq Taqanroq şəhərindən 25 km qərbdə, 30 km isə Krivoy dilindən şərqdə qərarlaşır. İnzibati cəhətdən Rostov vilayətinin Neklinov rayonu ərazisinə daxildir. Dildə bir neçə şirinsulu göl vardır. Onlar isti aylarda quruyur. Dilin sonunda mayak vardır. == Flora və fauna == Dilin ərazisi təbiət abidəsidir. Burada 143 növ bitki qeydə alınmışdır. Onların bir qismi qırmızı kitaba daxildir. Uzun zaman balıq ovuna qoyulan qadağa ördək və qağayıları bölgəyə cəlb edir.
Belıy Navalok burnu
Belıy Navalok (rus. Белый Наволок) — burun Barens dənizinə daxil olan Varanger-Fiordun cənubunda, Murmansk vilayətinin şimal-qərbində yerləşir. Burun vulkanık suxurların səthə çıxmasından formalaşmışdır. Əsasən qranit və qneysdən təşkil olunmuşdur. Sahilə yaxın ərazilərdə su altı və su üstü adacıqlar vardır.
Baqliya
Bəğliyyə (ərəb. بغلية‎, fr. Baghlia) — Əlcəzairin şimalında, Bumerdes vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şərq hissəsində, dəniz səviyyəsindən 57 metr (187 ft) yüksəklikdə yerləşir. == Demoqrafiya == 2008-ci ildə əhalinin sayı 18,052 nəfər idi.
Bellis
Qızçiçəyi (lat. Bellis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Bellis L.-cinsin adı yunancadan "gözəl" kimi tərcümə olunur. Aralıq dənizi sahillərində, Amerikada, Avstraliyada və Yeni Zelandiyada yayılmış qızçiçəyi cinsinin 80 növü məlumdur. Gülçülükdə bir növdən istifadə olunur. Çoxillik qızçiçəyi (B.perennis) çoxillik ot bitkisidir. Azərbaycanda müxtəlif rəngli formaları yabanı halda geniş yayılmışdır. Birinci il yarpaqları, ikinci il çiçək saplağı tək-tək səbətlərdə inkişaf edir. Çiçəkləri yastı dilcikli ya da boruşəkilli olur. Çiçək qrupunun mərkəzində boruşəkilli sarı dişciyi var.
Berlin
Berlin (alm. Berlin‎ [bɛɐ̯ˈliːn], ) — Almaniyanın paytaxtı və ən böyük şəhəridir. Berlin həm də Almaniyanın 16 federal əyalətindən biridir. Əhalisi təqribən 3400000 nəfər, ərazisi isə 891,85 km²-dir. Şəhərin şimalındandan cənubuna doğru olan məsafə 38 km-ə, şərqindən qərbinə qədər olan məsafə isə 45 km-ə bərabərdir. Öz tarixi dövründə Berlin bir neçə dəfə alman dövlətlərinin (Brandenburq kürfürstlüyü, Prussiya krallığı, Almaniya İmperiyası, Veymar Respublikası, Üçüncü reyx) paytaxtı olmuşdur. 1990-cı ildən, Almaniyanın birləşməsindən sonra Berlin AFR-in paytaxıdır. == Ümumi məlumat == Berlin Avropada ən mühüm siyasət, media, mədəniyyət və elm mərkəzidir. Metropol Avropada ən mühüm nəqliyyat düyümü sayılır və qitənin ən çox səyyah gələn şəhərdir. Burada yerləşən ali məktəblər, elmi idarələr, teatr və muzeylər beynəlxalq aləmdə tanınmışdılar.
Bəlqis
Bilqeys Zişərh qızi, Səba məlikəsi və ya Makida – hazırkı Efiopiya və ya Yəmənin ərazisində mövcud olduğu guman edilən tarixi Səba Krallığının (İbricə Sh'va və ya Səba שבא, Ərəbcə Səba və ya Səba سبأ, Amhar dilində: ሳባ) hökmdarıdır. Müasir arxeologiyaya görə bu krallığın mövcudluğu mübahisəlidir. Kitabı Müqəddəsdə kraliça haqqında söhbət açılmır. == İslama görə == Nəml surəsində 22-44-cü ayələrində Səba məlikəsi haqında söhbət gedir. Quranda məlikənin adı çəkilməsə də ərəb mənbələrində o, "Bilqeys" olaraq adlandırılır. Bilqeys haqqında Quran və Əhdi-Ətiq rəvayətləri bir-birinə çox bənzəyir.
Bəqliyyə
Bəqliyyə və ya Buraniyyə — qərmətilərin XX əsrin əvvəllərində Cənubi Mesopotamiyada fəal olmuş alt qrupu. Qrup 907-ci ildə Zikrəveyh ibn Mihrəveyhin qərməti üsyanının Abbasilər xilafəti tərəfindən yatırılmasından sonra yaranmışdır. Zikrəveyh öldürülmüş, lakin onun Səvaddakı ardıcıllarının çoxu onun ölümünə inanmaış, onlara yenidən rəhbərlik etmək üçün qayıdacağına inanmışdır. 907-ci və ya 908-ci ildə Əbu Hatəm Zutti adlı bir dai Səvadda fəal olmuş və ardıcıllarına sarımsaq, kəvər və şalğam yeməyi, heyvan kəsməyi və İslam dininin bəzi ayinlərinə riayət etməyi qadağan etmişdir. Buna görə də onun ardıcılları Bəqliyyə ləqəbini almış və tezliklə bu addan ümumiyyətlə Səvad qərmətiləri üçün istifadə olunmağa başlanmışdır. Çox keçməmiş, Məhəmməd ibn İsmayılın Mehdi olaraq qayıtmasına hələ də inanan Həmdan Qərmət və Əbu Məhəmməd Əbdanın ardıcılları Zikrəveyhin ardıcıllarına qoşulmuşdur. Bu hərəkat sonradan Məsud ibn Hureyt və Əbu Məhəmməd Əbdanın qardaşı oğlu İsa ibn Musanın başçılığı ilə Kufə və Vəsit ətrafındakı ərazilərdə Abbasilərə qarşı bir neçə dəfə üsyan qaldırmışdır. Onlar Bəhreyn qərmətilərinin 927-ci ildə Əbu Tahir Cənnəbinin başçılığı altında İraqa yürüşündən sonra üsyan qaldırmış, lakin Abbasi sərkərdəsi Harun ibn Qərib tərəfindən məğlub edilmişlər. Onların bayraqları ağ fon üzərində Quranda İsrail övladlarının fironun zülmündən xilas olması haqqında yazılar qeydə alınmış şəkildə təsvir edilmişdir. Fars əsilli bir sıra qərməti bəhreynlilərə qoşulmuş, sonra onların ardınca öz yurdlarına qayıtmış və burada "Əcəmiyyun" adlandırılmışlar.
Bəylik
Bəylik — Azərbaycanda bir neçə yaşayış məntəqələrinin adları: Bəylik — Ağdaş rayonunda kənd. Bəylik — Laçın rayonunda kənd. Bəylik — Saatlı rayonunda kənd. Bəylik — Kəlbəcər rayonunun Alıbəyli kəndinin köhnə adı.
Bəğlan
Bəğlan vilayəti
Təqlid
Təqlid — psixologiyada başqalarının hərəkət, əməl və işlərini təkrar etmək, yamsılamaq; bu zaman insanda rəftarın yeni formaları yaranır. Heyvanlarda təqlidin ibtidai formalarına təsadüf edilir. İnsanlarda təqlid keyfiyyətcə başqadır və xüsusi ilə uşaq yaşlarında yeni davranış formalarına yiyələnməkdə mühüm rol oynayır.
Bəğliyya
Bəğliyyə (ərəb. بغلية‎, fr. Baghlia) — Əlcəzairin şimalında, Bumerdes vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şərq hissəsində, dəniz səviyyəsindən 57 metr (187 ft) yüksəklikdə yerləşir. == Demoqrafiya == 2008-ci ildə əhalinin sayı 18,052 nəfər idi.
Bəğliyyə
Bəğliyyə (ərəb. بغلية‎, fr. Baghlia) — Əlcəzairin şimalında, Bumerdes vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şərq hissəsində, dəniz səviyyəsindən 57 metr (187 ft) yüksəklikdə yerləşir. == Demoqrafiya == 2008-ci ildə əhalinin sayı 18,052 nəfər idi.
Beeli
Moris Beli (fr. Maurice Beeli; 21 oktyabr 1879 – 17 mart 1957) — Belçika botaniki. == Elmi fəaliyyəti == Moris Beli mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == == Şərəfinə adlandırılmış taksonlar == Agaricus beelii Heinem., 1956 Favolus beelii Hendr., 1948 [syn. Polyporus melanopus (Pers.) Fr., 1821] Leucocoprinus beelianus Heinem., 1977 Marasmius beelianus Şablon:Singer, 1964 Sorosporium beelii Zundel, 1938 Tylopilus beelii Heinem. & Gooss.-Font., 1951 == İstinadlar == == Ədəbiyyat == Fraiture, A. Quelques grandes figures de la mycologie belge (неопр.) // Revue du Cercle de Mycologie de Bruxelles. — 2006. — Т. 6. — С. 17—40.
Beliz
Beliz (ing. Belize) — Mərkəzi Amerikanın şimal-şərqində dövlətdir. Qərbdə və cənubda Qvatemala ilə (sərhəddin uzunluğu 266 km), şimal-qərbdə - Meksika ilə (250 km) sərhədlənir. Sərhədlərin ümumi uzunluğu 516 km-dir. Ölkənin ərazisi Yukatan yarımadasının şərq hissəsində, Karib dənizinin sahilindədir. Sahəsi – 23 min km², əhalisi - 0,3 mln nəfər (2008-ci il). Paytaxt – Belmopan şəhəridir, rəsmi dili ingiliscədir. == Adın etimologiyası == 1973-cü ilə qədər Britaniya Hondurası adlanan ölkə 1981-ci ildə müstəqillik qazanmışdır. Beliz bayrağında insan rəsmi olan dünyanın yeganə ölkəsidir. == Coğrafiya == Dövlətin çox hissəsi düzənliklərdən ibarətdir.
Beqiç
Beqiç (v. 11 avqust 1378) — Qızıl Orda tümənbəyisi, Mamayın ordusuna başçılıq etmişdi. Voşe çayı sahilində Dmitri Donskiyə və onun müttəfiqlərinə qarşı vuruşmuşdu. Bir çox tümənbəyilərlə (Xazibəy, Koverqa, Karabuluk, Kostrov) birlikdə 50 minlik ordunun başında məğlub olmuş, öldürülmüşdü. == İstinadlar == == Ədəbiyyat == Греков И. Б., Шахмагонов Ф. Ф. "Мир истории. Русские земли в XIII–XV веках". М.: "Молодая гвардия", 1988.
Bığlı
Bığlı Hüseyn, Bığlı Hüseyn Saraclı, Bığlı — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Sevan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Kəndin adı erməni mənbələrində Beqli Hüseyn, Bexlu formalarında da göstərilir. Kənd Kəvər (Kamo) rayonunun 22 km şimal-qərbində, Göyçə gölünün şimal-qərbində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1930 - cu ildə Axta (Razdan) rayonunun ərazisinə daxil idi. Toponim Bığlı Hüseyn antroponimi ilə qazax tayfalarından biri olan saraclı etnonimi əsasında əmələ gəlib «Saraclı tayfasından olan Bığlı Hüseynə mənsub kənd» mənasını bildirir. Mürəkkəb quruluşlu etnotoponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 26 nəfər, 1873 - cü ildə 356 nəfər, 1886-cı ildə 505 nəfər, 1897-ci ildə 645 nəfər, 1908-ci ildə 658 nəfər, 1914 - cü ildə 846 nəfər, 1916-cı ildə 768 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri ermənilər tərəfindən qətlə yetirilmiş və vəhşicəsinə qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sağ qalan sakinləri geri dönmüşdür.
Bəyli
Bəyli (Qəbələ)
Eqlie
Eqlie (fr. Eygliers, oks. Aigliers) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Qiyestr kantonuna daxildir. INSEE kodu — 05052. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 749 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 488 nəfər (15-64 yaş) arasında 342 nəfər iqtisadi cəhətdən, 146 nəfər hərəkətsiz (fəaliyyət göstərici 70.1%, 1999-cu ildə 69.4%) idi. Fəal olan 342 nəfərdən 330 nəfəri (175 kişi və 155 qadın), 12 nəfəri işsizdir (5 kişi və 7 qadın).
Vəliy
Vəli ( الْوليّ , cəm أَوْلِيَاء , ʾawliyāʾ , "hakim", "qoruyan" kimi müxtəlif tərcümə edilən ərəb sözü. Müsəlmanlar tərəfindən ən çox müqəddəs, " Allahın dostu" mənasında istifadə olunur. Tərif artikli (ərəbcə: ال ) əlavə olunarsa, Allahın adlarından biri (ərəbcə: الْولي ) alınır; "Köməkçi, Dost" deməkdir. Xristian müqəddəsin İslam ekvivalenti olaraq vəli “xüsusi ilahi lütf... müqəddəsliklə qeyd olunan” və “Allah tərəfindən seçilmiş və möcüzələr kimi qeyri-adi hədiyyələrlə təchiz edilmiş” təsvir edilir. Övliya təlimi ilkin İslam tarixinin çox erkən mərhələlərində Quranın bəzi ayələri və bəzi hədislərə istinad etməklə müsəlman alimləri tərəfindən irəli sürülmüşdür Övliya məzarları, Müsəlman dünyasının hər yerində xüsusən eramızın 1200-cü ilindən sonra bərəkət axtaran müsəlman kütlələri üçün ziyarət mərkəzlərinə çevrildi. İlk müsəlman hagioqrafiyaları İslam mistik təsəvvüf hərəkatının sürətlə yayılmağa başladığı dövrdə yazıldığından, sonralar ortodoksal sünni İslamda böyük övliya sayılan şəxsiyyətlərin əksəriyyəti Bəsrəli Həsən (vəfatı 728), Farkad Səbahi (ö. 729), Davud Tai (ö. 777–781), Rabia (ö. 801), Maruf Kerhi (ö.
Bağlı
Bağlı (Uludərə) — Türkiyənin Şırnak vilayətinin Uludurə rayonunda kənd. Hacı Bağlı (Sulduz) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd.
Eretna Bəyliyi
Ərətna bəyliyi — Anadolu bəyliyi == Tarixi == Anadolu Səlcuqlu dövlətinin çöküşündən sonra, onun hakimiyyəti altındakı yerlər Elxanlılar dövlətinin əlinə keçmiş və Elxani valiləri tərəfindən idarə edəlməyə başlanmışdı. Bunlardan birisi də Ərətna bəy idi. Cəfər bəy oğlu Ərətna (Türküstan ağzında Ertene), Elxani idarəsindəki bir çox bənzərləri kimi Uyğur türklərindəndi və Elxanlı hökmdarı tərəfindən Anadolunun bütün valiliyinə gətirilmişdi. Ancaq bir müddət sonra Elxani hökmdarı Əbu Səid Bahadır xanın vəfatı ilə başlayan taxt çəkişmələri üzərinə, 1344-cü ildə müstəgilliyini elan edərək Sultan adını almış, Ələddin ünvanıyla öz adına pul çixartmiş və təqribən bütün Orta Anadolu ilə Doğu Anadolunun önəmli bir bölümünə hakim olmuştur. Dövlətin paytaxti başlangıcda Sivas ikən, daha sonra Kayseri olmuş və dövlət yıxılıncaya qədər də belə davam etmişdir. Sultan Ərətna bəy Uyğur və Ərətnalılar dövləti üzərinə ən ciddi və aydınladıcı çalışmalar yapanlardan biri olan Prof. Dr. Kamal Gödenin də incəliklə vurgulayaraq araşdırmaçıların diqqətinə çatdırdığı kimi: "Anadolu kimi türkmən bəylərinin yer yer istiqlallarını elan etməyə hazırlandıqları bir əyalətdə bir Uyğur türkü olan Emir Eratnanın başarılı olması nə dərəcə mümkün olmuş, nə dərəcə Anadolu Türk insanı Eratnaya itaət etmiş və nə dərəcə də Türkmən Bəyləri üzərində nüfuz qurabilmişdir?" Gərçi Kamal Göde, öz soruşduğu bu suala son dərəcə açıqlayıcı cavablar verir amma, Türk dünyasının nüfuzlu tarix bilginlərindən Zəki Velidi Togandan yapılacak qısa bir alıntının da bu mövzuda olduqca açıqlayıcı olacağı düşünülə bilir: "Əmir Ərətna, …valiyi umumilər arasında ən parlaq şəxsiyətdir. Özü uyğur olduğu kimi, ətrafında da uyğurları toplamışdı. Məhəmməd Ibn Əli Şəbankarə onun haqqında: ‘Əmir Ərətna, Əbu Səid Bahadur xanın yarlığıyla Rum vilayətləri idarəsinə məmur təyin edilmişdi.
Həmidoğulları bəyliyi
Həmidoğulları bəyliyi (osman. حميد اوغللری, türk. Hamidoğulları) — Paytaxtı Eğirdir olan Kiçik Asiyada türk bəyliyi (əmirliyi, bəyliyi). Təxminən 1300-1423-cü illər arasında onu idarə edən eyniadlı sülalənin adı ilə adlandırılmışdır. Bəylik və sülalə öz adını banisi Həmid bəydən almışdır. Sülalə həmidilər, bəylik – Həmid də adlanırdı. Bəyliyin mərkəzi Antalya olan cənub hissəsi Təkəogulları vilayəti adlanırdı. Konyadan Antalyaya gedən yollara nəzarət edən Həmidlər əhəmiyyətli bir qüvvə idi. Bəyliyin banisinin nəvəsi Dündar Antalyanı, Dündarın oğlu İsxak isə Qaramanoğulların da iddia etdiyi keçmiş Əşrəfoğulları bəyliyinin ərazisini bəyliyə birləşdirdi. Bu torpaqlar uğrunda mübarizə ona gətirib çıxardı ki, 1381-ci ildə Hüseyn bəy mübahisəli torpaqlarla birlikdə bəyliyin bir hissəsini Osmanlı Sultanı I Murada satdı.