Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Brukit
Brukit — mineral, TiO2 == Haqqında == Brukit - rombik. Kristalları lövhəvari. Ayrılma: {110} üzrə qeyri-mü­kəm­məl. Rəngi sarı, yaxud qara. Parıltısı almazı. Sərtliyi 5-6. Xüsusi çəkisi 4,0. Alp tipli damarlarda, qızıllı və başqa səpintilərdə. Növ müxtəlifliyi: arkanzit. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Bruney
Bruney ya da rəsmi adıyla Bruney Darussalam Dövləti (Malay: Negara Brunei Darussalam və İngilis: Country of Brunei Darussalam) - Asiyada dövlət. Cənub-şərqi Asiya da, Cənubi Çin Dənizi sahillərində yerləşən və yalnız Malayziya ilə quru sərhəddinə malikdir. Ərazisi 5.8 min км². Əhalisi 401 min nəfər (2011). Paytaxtı Bandar Səri Bəgavan. İslami monarxiya ilə idarə olunur. Rəsmi dili malaycadır. Millətlər Birliyi`nə daxildir. Ölkənin gəlir qaynaqlarının əsasını təbii qaz və neft təşkil edir. Qətərdən sonra dünyanın ən varlı ikinci ölkəsi sayılır.
Brusit
Brusit (yun. νῆμα — sap, λίθος — daş) — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Manqanbrusit (18%-dək MnO), ferrobrusit (16%-dək FeO), nemalit – lifli brusit. == Xassələri == Rəng – ağ, bəzən yaşılımtıl-ağ, sarımtıl, boz, qəhvəyi; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma səthində sədəfi, nemalitdə – ipəyi; Şəffaflıq – şəffafdan yarımşəffafadək, Sıxlıq – 2,47; S – 2,5; Kövrəkdir; Ayrılma – {0001} üzrə tam mükəmməl; Sınıqlar – hamar; nemalitdə – tikanlı; Morfologiya – kristallar: yastı lövhəcik şəkilli, iynəvarı; Mineral aqreqatları: vərəq - və pulcuqvari, incəlifli (liflərin uzunluğu bəzən 0,5 m-dən çox olur), bütöv sıx, nisbətən az – dənəvər kütlələr, axın formaları, periklaz üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Metamorfik və hidrotermal proseslər zamanı əmələ gəlir. Metamorfik brusitə metamorfikləşmiş dolomit və əhəngdaşlarında periklaz və dolomitin dəyişilmə məhsulu kimi rast gəlinir. Habelə yaşıl şistlərdə və karbonatlı fillitlərdə qeyd edilir. Brusitə maqnezial skarnlarda da rast gəlinir. Hidrotermal brusit serpentinləşmiş massivlərin kəskin qələvi mühitdə hidrolizi zamanı əmələ gəlir.
Brunia
Bruniya (lat. Brunia) — bitkilər aləminin bruniyaçiçəklilər dəstəsinin bruniyakimilər fəsiləsinə aid bitki cinsi.
Bruniya
Bruniya (lat. Brunia) — bitkilər aləminin bruniyaçiçəklilər dəstəsinin bruniyakimilər fəsiləsinə aid bitki cinsi.
Brahim Diaz
Brahim Abdelkader Diaz (3 avqust 1999, Malaqa, İspaniya) — daha çox Brahim Diaz kimi tanınan Mərakeş əsilli İspaniyalı peşəkar futbolçu, La Liqada çıxıs edən Real Madrid klubunun 10 nömrə mövqeyində oynayan hücumameyilli yarımmüdafiəçisi və ya sağ vingerdir. İspaniya yığmasında çıxış etmişdir. == Karyerası == === Mançester Siti === Brahim Diaz karyerasına, 2015-ci ildə 16 yaşında "Mançester Sitiyə" 200.000 funt sterlinq qarşılığında keçməzdən əvvəl doğma klubu Malaqada başlayıb. Peşəkar karyerasına 21 sentyabr 2016-cı ildə "Mançester Siti" klubunda debüt edib. İngiltərə Futbol Liqasının Kubokunda (EFL) "Svonsi Siti" ilə matçda 80-ci dəqiqədə Keleçi İheanaçonu əvəz edib. Beş gün sonra, "Man Siti" ilə ilk peşəkar müqaviləsini üç il müddətinə imzalayıb. 21 noyabr 2017-ci ildə Brahimin Çempionlar Liqasında debütü "Feyenoorda" qarşı oldu. Həmin oyunda o, Rahim Sterlinqi əvəz etdi. İlk dəfə "Man Sitinin" start heyətində 19 dekabr 2017-ci ildə Liqa Kubokunda Lester Siti ilə 88 dəqiqə oynamaqla yer aldı. Premyer Liqada debütü 20 yanvar 2018-ci ildə, Nyukasl Yunayted üzərində komandasının 3–1 hesabı ilə qalib gəldiyi oyunda oldu.
Bruney-Darüssalam
Bruney ya da rəsmi adıyla Bruney Darussalam Dövləti (Malay: Negara Brunei Darussalam və İngilis: Country of Brunei Darussalam) - Asiyada dövlət. Cənub-şərqi Asiya da, Cənubi Çin Dənizi sahillərində yerləşən və yalnız Malayziya ilə quru sərhəddinə malikdir. Ərazisi 5.8 min км². Əhalisi 401 min nəfər (2011). Paytaxtı Bandar Səri Bəgavan. İslami monarxiya ilə idarə olunur. Rəsmi dili malaycadır. Millətlər Birliyi`nə daxildir. Ölkənin gəlir qaynaqlarının əsasını təbii qaz və neft təşkil edir. Qətərdən sonra dünyanın ən varlı ikinci ölkəsi sayılır.
Bruney bayrağı
Bruney bayrağı — Bruneyin Dövlət bayrağı
Bruney coğrafiyası
Bruney — Cənub-Şərqi Asiyada yerləşən ada dövlətidir. Ölkə Kalimantan adasının şimal-şərq hissəsində, Cənubi Çin dənizinin sahilində yerləşir. Ümumi sahəsi 5765 km², orta yüksəklik 478 m-dir. Bruney bir- birindən ayrı olan iki hissədən ibarətdir: Qərbi(eni 90 km) və Şərqi(eni 10–25 km). == Coğrafi mövqeyi == Bruney adanın şimalında, ekvatordan 443 km şimalda yerləşir. Malaziya ilə 481 km-lik sərhədə malikdir. Malaziyanın ərazisi həm də ölkəni iki ayrı hissəyə bölür. Dəniz sahillinin uzunluğu 161 km-dir. Hər iki bölgənin bir başa dənizə çıxışı var. İki ərazini dənizdə Bruney körfəzi birləşdirir.
Bruney himni
Allah Sultanı qorusun (malay Allah Peliharakan Sultan) — Bruney dövlət himni.
Bruney iqtisadiyyatı
Bruney iqtisadiyyatının əsasını neft və təbii qaz hasilatı və ixracatı (illik gəlirin 95%-i və ölkənin büdcə gəlirinin 3/4-ü) təşkil edir. ÜDM-in həcmi 21,9 mlrd. dollar (alıcılıq qabiliyyəti pariteti üzrə, 2012); adambaşına 55,3 min dollardır (inkişaf etməkdə olan ölkələrin çoxundan xeyli yüksək). ÜDM-in real artımı 1,3 % (2012); insan inkişafı indeksi 0,855-dir (187 dünya ölkəsi arasında 30-cu yer, 2013). Bruney iqtisadiyyatı İran körfəzinin neft hasil edən bir sıra ölkələrinin iqtisadiyyatları ilə oxşar xüsusiyyətlərə malikdir: yüksək dövlət gəlirləri və əhalinin həyat səviyyəsinin göstəriciləri, təsərrüfatın neft və qaz ixracından, emal sənayesi məhsulları, ərzaq və işçi qüvvəsinin idxalından asılılığı. ÜDM-in 28,2 %-i xidmət sferasında, 71,1 %-i sənaye və tikintidə, 0,8%-i meşə, kənd təsərrüfatı və balıqçılıqda yaradılır. Hakim sülalənin nəzarətində olan iqtisadiyyatın dövlət sektoru yüksək paya malikdir. Bruneyin iqtisadi siyasəti milli özəl sahibkarlığın stimullaşdırılması, xarici investisiyaların cəlb edilməsi, sənayenin sahəvi strukturunun diversifikasiyası, xidmət sferası infrastrukturunun yaradılması, turizmin inkişafına istiqamətlənmişdir. Bruney beynəlxalq maliyyə mərkəzi (əsası 2000 ildə qoyulmuşdur) ölkədə öz şöbələrini açan xarici bank və fondlar üçün güzəştli şərtlər müəyyən etmişdir. Bruney iqtisadiyyatına birbaşa xarici investisiya qoyuluşunun yekun həcmi 8,5 mlrd.
Bruney şəhərləri
Rəsmən, Bruneydə məskun edilmiş məntəqə yoxdur, "Şəhər" statusuna malik olurlar.Bruney-Darussalamda şəhərətrafı rayonlar kamponqi-də və ya kəndlərə bölünürlər.Onlara nəzarət ağsaqqalın (Ketua Kampong) sədrliyi ilə və ya kənd soveti, bələdiyyə şurası (Lembaga Bandaran) tərəfindən edilə bilər. Bələdiyyə şurası tərəfindən idarə olunanlar («şəhər») şəhər adlanır.
Bruney əhalisi
Bruney — əhalisi əsasən malayyalılardan ibarət Cənub-Şərqi Asiya ölkəsidir. Ümumən əhalisinin 87%-ni bruneylilər(o cümlədən malayyalılar – 37%, dayaklar – 26%, çinlilər – 15%, koreyalılar – 9%) təşkil edir; qalanları Malayziyadan, İndoneziyadan, Filippindən, Hindistandan gəlmələr, həmçinin ərəblər və ingilislərdir. Bruney əhalisinin sayı daima artır (1981-ci ildə 192,8 min nəfər; 1999-ci ildə 330,7 min nəfər). Əhalinin artımı (2002-ci ildə 2,4%, 2005-ci ildə 1,9%) təbii dinamikanın və əmək qabiliyyətli əhalinin miqrasiya axınının nəticəsidir. Doğum səviyyəsi (2005-ci ildə hər 1000 nəfərə 19,0 nəfər) ölüm səviyyəsini (hər 1000 nəfərə 3,4 nəfər) xeyli üstələyir; fertillik göstəricisi 1 qadına 2,3 uşaqdır. Uşaq ölümü 1000 nəfər diri doğulan uşağa 12,6 nəfərdir. Xarici miqrasiyaların saldosu müsbətdir– hər 1000 nəfərə təqr. 3,5 miqrant (2005). Gəlmələrin əksəriyyəti Cənub-Şərqi Asiyadan və Çindəndir. Əsasən, kişilərin immiqrasiyası əhalinin cinsi strukturunda balansın xeyli pozulmasına gətirib çıxarmışdır: hər 100 qadına orta hesabla 109 kişi düşür.
Burhık (Şaran)
Burhık (başq. Бурһыҡ, rus. Барсуково) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Durtüylü kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 17 km, kənd sovetliyindən (Durtüylü): 6 km. ən yaxın dəmiryol stansiyasından (Kandrı stansiyası): 26 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (784%) üstünlük təşkil edir.
Buqiy dili
Buqi dili (Basa Ugi, Bahasa Bugis, Bugis, Bugi, De), əsasən İndoneziyanın Sulavesi adalarının cənub hissəsində dörd milyon nəfər tərəfindən danışılan dil.
Daniel Brühl
Daniyel Sesar Martin Brül Qonsales (alm. Daniel César Martín Brühl González‎, 16 İyun, 1978, Barselona) – alman aktyoru. Brül, Barselonada, İspan bir ana ilə Alman bir atadan dünyaya gəlmişdir. Atası televiziya rejissoru, anası isə professordur. Doğulmasından qısa bir müddət sonra ailəsi Kölnə daşınan Brülün uşaqlığı burada keçmişdir. 1995-ci ildə rol aldığı Verbotene Liebe adlı serialla Almaniyada tanınan Brül, 2003-cü ildə, Good Bye, Lenin! adlı kino filmində canlandırdığı Aleks Kerner roluyla dünyaca tanındı.
Karla Bruni
Karla Bruni (23 dekabr 1967, Turin, İtaliya) — İtaliya mənşəli fotomodel və müğənni. Fransa Respublikasının keçmiş birinci xanımıdır. Fransa Prezidenti Nikolya Sarkozinin üçüncü arvadıdır.
Leonardo Bruni
Leonardo Bruni (və ya Leonardo Aretino ; 1369 və ya 1370, Arezzo, Toskana – 1444, Florensiya) — italyan humanist, tarixçi və dövlət xadimi, tez-tez erkən İntibah dövrünün ən mühüm humanist tarixçisi kimi tanınırdı. Onu ilk müasir tarixçi adlandırırlar. O, tarixə üç dövr baxışından istifadə edərək yazan ən erkən insan idi: Antik, Orta əsrlər və Müasir dövr. Bruninin dövrləri müəyyən etmək üçün istifadə etdiyi tarixlər müasir tarixçilərin bu gün istifadə etdikləri tam olaraq deyil, lakin o, tarixin üçtərəfli bölünməsi üçün konseptual zəmin qoyub. == Həyatı == Leonardo Bruni təxminən 1370-ci ildə Toskana əyalətinin Arezzo şəhərində anadan olub. Bruni siyasi və mədəni lider Coluccio Salutatinin şagirdi idi, o , Florensiyanın kansleri vəzifəsini yerinə yetirdi və onun himayəsi altında vətəndaş humanizmi ideyasını inkişaf etdirdi. O, həmçinin dörd papanın (1405–1414) apostol katibi vəzifəsində çalışmışdır. Bruninin kansler olduğu illər, 1410–1411 və yenidən 1427-ci ildən 1444-cü ildə ölümünə qədər müharibə ilə üzləşdi. Ən yüksək siyasi vəzifələrdən birini tutmasına baxmayaraq, Bruni Albizzi və Mediçi ailələri ilə müqayisədə nisbətən gücsüz idi. Tarixçi Artur Field, Brunini 1437-ci ildə Kosimo de' Mediciyə qarşı açıq-aşkar bir sui-qəsdçi kimi müəyyən etdi.
Ruhid İslamlı
Ruhin Qəhrəmanov
Ruhin Xəlilov
Ruhin Xəlilov (azərb. Xəlilov Ruhin Müzəffər oğlu‎; 13 mart 1987, Məzrə, Cəbrayıl rayonu – 21 oktyabr 2020, Qubadlı rayonu) — Ədliyyə Nazirliyinin İcra Baş idarəsində məsləhətçisi, Birinci dərəcəli dövlət qulluqçusu, İkinci Qarabağ müharibəsinin şəhidi Xəlilov Ruhin Müzəffər oğlu 13.03.1987-ci ildə Cəbrayıl rayonu Məzrə kəndində anadan olmuşdur.Xırdalan şəhər 1 nömrəli tam orta məktəbini bitirmişdir. Bakı Asiya Universitetinin hüquq fakültəsində bitirmişdir. Ədliyyə Nazirliyinin İcra Baş idarəsində məsləhətçi vəzifəsində çalışıb. Birinci dərəcəli dövlət qulluqçusu olub.Ədliyyə kapitanı idi. İkinci Qarabağ müharibəsi başlayan gündən könüllü olaraq Cəbrayıl rayon hərbi komissarlığına müraciət edib. Ruhin Xəlilov 21 oktyabr 2020-ci ildə Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. İkinci fəxri xiyabanda dəfn edilmişdir. (15.12.2020) — "Vətən uğrunda" medalı-Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Vətən uğrunda“ medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən İcra Baş İdarəsinin “Fəxri Ədliyyə İşçisi” adı verilmişdir.
Ruhin İsmayılov
Ruhin İsmayılov (19 fevral 1987, Nərimanlı, Vardenis rayonu) — Azərbaycanlı bəstəkar, prodüser və aranjimançı. Murad Boz, Sonər Arıca, Sevtuğ və başqa tanınmış türk musiqiçilərlə işləyib. Akademik musiqi təhsili alıb, bir çox populyar və tanınmış mahnıların müəllifi, Azərbaycanda və Türkiyədə çəkilən bir neçə filmin, animasiya və teleserialın musiqilərinin bəstəkarıdır. Bundan əlavə bəstəkar bir sıra film, serial, tv proyektlər üçün musiqilər yazmışdır. Ruhin Nazir oğlu İsmayılov 1987-ci il fevralın 19-u Ermənistan SSR-in Basarkeçər (indiki Vardenis) rayonunun Nərimanlı (indiki Şatvan) kəndində anadan olub. 2005-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin bəstəkarlıq sinfini bitirib. Həmin ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq ixtisasına qəbul olub. Müəllimi azərbaycanlı professor, xalq artisti Arif Məlikov olub. Bu illər ərzində bir çox əsərlər yazıb: 2006-cı ildə prelüdlər və skripka üçün pyeslər, 2007-ci ildə sonata, 2008-ci ildə simfonik süita, 2009-cu ildə diplom işi olaraq simfonik poema yazıb. 2010-cu ildə Norveçin paytaxtı Oslo şəhərində keçirilmiş Avroviziya Mahnı Müsabiqəsinin milli seçim finalının açılış musiqisinin müəllifidir.
Azərbaycan–Bruney münasibətləri
Azərbaycan–Bruney münasibətləri — Azərbaycan Respublikası ilə Bruney-Darüssalam arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin noyabr ayının 24-də qurulmuşdur.
Bruney-Darussalam Dövləti
Bruney ya da rəsmi adıyla Bruney Darussalam Dövləti (Malay: Negara Brunei Darussalam və İngilis: Country of Brunei Darussalam) - Asiyada dövlət. Cənub-şərqi Asiya da, Cənubi Çin Dənizi sahillərində yerləşən və yalnız Malayziya ilə quru sərhəddinə malikdir. Ərazisi 5.8 min км². Əhalisi 401 min nəfər (2011). Paytaxtı Bandar Səri Bəgavan. İslami monarxiya ilə idarə olunur. Rəsmi dili malaycadır. Millətlər Birliyi`nə daxildir. Ölkənin gəlir qaynaqlarının əsasını təbii qaz və neft təşkil edir. Qətərdən sonra dünyanın ən varlı ikinci ölkəsi sayılır.
Krüziy-le-Mepiya
Krüziy-le-Mepiya (fr. Cruzilles-lès-Mépillat) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Pon-de-Vel kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01136. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 55 km şimalda yerləşir və Burk-an-Bres şəhərindən 27 km qərbdə yerləşir. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 818 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə (15–64 yaş) əmək qabiliyyətli 514 nəfər arasında 411 nəfər iqtisadi cəhətdən fəal, 103 nəfər fəaliyyətsiz (fəaliyyət göstəricisi% 80.0, 1999-cu ildə 73,0% idi). 411 aktiv sakindən 396 nəfər işləyirdi (215 kişi və 181 qadın), 15 işsiz (4 kişi və 11 qadın) var.