Bruney-Darüssalam

Bruney ya da rəsmi adıyla Bruney Darussalam Dövləti (Malay: Negara Brunei Darussalamİngilis: Country of Brunei Darussalam) - Asiyada dövlət. Cənub-şərqi Asiya da, Cənubi Çin Dənizi sahillərində yerləşən və yalnız Malayziya ilə quru sərhəddinə malikdir. Ərazisi 5.8 min км². Əhalisi 401 min nəfər (2011). Paytaxtı Bandar Səri Bəgavan. İslami monarxiya ilə idarə olunur. Rəsmi dili malaycadır. Millətlər Birliyi`nə daxildir. Ölkənin gəlir qaynaqlarının əsasını təbii qaz və neft təşkil edir. Qətərdən sonra dünyanın ən varlı ikinci ölkəsi sayılır. Dünyanın ən varlı insanları arasında adı çəkilən Bruney Sultanı Hassanal Bolkiahdır.

Bruney (Brunei)
Negara Brunei Darussalam
Country of Brunei Darussalam
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
الدائمون المحسنون بالهدى, Sempre en servei amb la guia de Déu, A kingdom of unexpected treasures, Brenhiniaeth o Drysorau Annisgwyl
Tarixi
 • Müstəqillik elan olunub 1 yanvar 1984
Rəsmi dilləri
Paytaxt Bandar Səri Bəgavan
İdarəetmə forması miraslı tamamilə teokratik monarxiya
Sultan Hassanal Bolkiah [4.X.1967~ ]
Vəliəht Şahzadə Al-Muhtadee Billah
Sahəsi Dünyada 172-ci
 • Ümumi 5765 km²
 • Su sahəsi (%) 8,6
Əhalisi
 • Əhali 417 200 nəfər (175-ci)
 • Siyahıyaalma (1.IV.2011) 393 372 nəfər nəf.
 • Sıxlıq 72.11 nəf./km² (134-cü)
ÜDM (AQP)
 • Ümumi 33,376 milyard dollar  (116-cı)
 • Adambaşına 80,000 dollar  (5-ci)
ÜDM (nominal)
 • Ümumi (2015 təxmini) 13,002 milyard dollar  (111-ci)
 • Adambaşına 30,933 dollar  (25-ci)
İİİ (2014) 0.856
İnternet domeni .bn
ISO kodu BN
BOK kodu BRU
Telefon kodu +673
Saat qurşaqları
Nəqliyyatın yönü sol[d][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bruney
Sultan Ömər Əli Səyfəddin məscidi, Bandar Seri Begavan, Bruney, 2007.

Bruney Kalimantan adasında yerləşir.Ekvatorial iqlimi olan Bruneyda yağıntıların illik miqdarı 2000-2700 mm-dən çoxdur,il ərzində temperatur az tərəddüd edir,24°-31°C arasında dəyişir.

border=none Əsas məqalə: Bruney əhalisi

Əhali - 426 444 (iyul 2015 təxmini ) İllik artım - 1,73% Orta ömür həddi - kişilərdə 74 yaş, qadınlarda 78 yaş.

Etnik qruplar: Malaylar (66%), qohum etnik qruplar - kelayanlar, ibanlar, melanau, dusunlar, murutlar, dayaklar və s. - 8%,həmçinin çinlər (11%), avropalılar, hindlilər və b.

Rəsmi dil - Malay, danışıq dili kimi İngilis və Çin dilləri.

Təhsil almış əhali - 95% kişi, 90% qadınlar (2001 siyahıyaalma).

Şəhər əhalisi - 75%. Əhalinin sıxlığı - 62 nəfər/km². Bruney əhalisi qeyri-bərabər məskunlaşıb: əhalinin 1/3 paytaxtda yaşayır, qalan əhalinin böyük əksəriyyəti neft yataqlarının yerləşdiyi ərazidə cəmləşib.

Rəsmi din - İslamdir - əhalinin 67%, 13% - Buddist, 10% - xristianlar (əsasən protestantkatolik), 10% - digər (əsasən yerli inanclar).

1980-ci illərdən sonra ölkədə Melayu İslam Beraja ("Malay İslam monarxiya") konsepsiyası fəaliyyət göstərirdi ki, bununla bütün dinlərə hörmət və bərabər hüquqlar təmin edilirdi, lakin İslam əsas din sayılırdı. 2013-cü ildə Bruney Sultanı Hassanal Bolkiah qəbul etdiyi Şəriət cinayət ədliyyə sistemi ilə əaqədar olaraq

Silahlı qüvvələri

[redaktə | mənbəni redaktə et]

Bruney kraliyyət silahlı qüvvələri ibarətdir:

Quru qoşunları - üç piyada batalyonu və bir ehtiyat batalyonu.

Hərbi hava qüvvələri - üç vertolyot eskadra, 1 eskadra(dəstə) nəqliyyat təyyarəsi, Hava Hücumundan müdafiə bölüyü, texniki və köməkçi bölüklər.

Hərbi dəniz qüvvələri - 3 raket qayığı, 3 patrul kateri, 2 amfibiya, 2 desant kateri, 17 kiçik çay qayığı.

Bundan başqa, Britaniya ordusunun veteranlarından ibarət ehtiyat qurklar bölüyü var. Sultanı və neft obyektlərini qorumaq vəzifəsini yerinə yetirirlər. Onlar Bruney Daxili İşlər Nazirliyinin tabeliyindədirlər.

  1. 1 2 82 // http://www.agc.gov.bn/AGC%20Images/LOB/cons_doc/dokumen-dokumen_perlembagaan_2008.pdf.
  2. http://chartsbin.com/view/edr.