Bruney coğrafiyası

Bruneyin relyefi.

BruneyCənub-Şərqi Asiyada yerləşən ada dövlətidir. Ölkə Kalimantan adasının şimal-şərq hissəsində, Cənubi Çin dənizinin sahilində yerləşir. Ümumi sahəsi 5765 km², orta yüksəklik 478 m-dir. Bruney bir- birindən ayrı olan iki hissədən ibarətdir: Qərbi(eni 90 km) və Şərqi(eni 10–25 km)[1].

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Bruney adanın şimalında, ekvatordan 443 km şimalda yerləşir[2]. Malaziya ilə 481 km-lik sərhədə malikdir. Malaziyanın ərazisi həm də ölkəni iki ayrı hissəyə bölür. Dəniz sahillinin uzunluğu 161 km-dir. Hər iki bölgənin bir başa dənizə çıxışı var. İki ərazini dənizdə Bruney körfəzi birləşdirir. Dəniz sahilləri eyni deyil, qərb sahilləri daha düz və qumludur[1]. Ərazinin 90 % qədər hissəsi tropik meşə örtüyü təşkil edir.

Ölkə ərazisinin demək böyük hissəsini təpəli relyef təşkil edir. Ən yüksək zirvə cənub-şərqdə yerləşən Bukit-Paqondur[3]. Dağın yerləşdiyi ərazi ölkənin əsas daxili sularının mənbəyi hesab olunur.

Bruney ekvatorila dəniz iqliminə malikdir. İllik temperatur gedişi +26 °C, +27 °C arasında dəişir. İllik yağıntıların miqdarı 2000 mm - 4000 mm-dir. Demək olar ki, quraq və yağıntılı mövsüm müşahidə olunmur, yağıntılar il boyu bərabər paylşılmış. Ümumən isə daha yağıntılı mövsüm sentyabr-yanvar ayları arasında müşahidə olunur. İllik rütubətlənmə əmsalı 79 %-dən aşağıya enmir. Yüksək yağıntılar nəticəsində dəniz sahillərində manqrov cəngəllikləri yaranır. Bu da ölkəni avropalılar üçün dözülməz mühütə çevirir[4].

Bruneydə böyük çay və göl yoxdur. Əsas çayları Bruney, Tudonq, Tembronq, Belaytdır. Belay əlkənin ən əsas çayı olub uzunluğu 206 km-dir. Bu çaylar cənubdan şimala axır və Cənubi Çin dənizinə tökülür. Ölkənin dəniz sahillərində bataqlıq sahələridə üstünlük təşkil edir.

Bitki və heyvanat aləmi

[redaktə | mənbəni redaktə et]

Yetərincə zəngin fauna və floraya malikdir. Ölkə ərasində 170 növ quş, 220 məməli, 4500 ali bitki növü mövcuddur.

  1. 1 2 Энциклопедия Кругосвет. БРУНЕЙ Arxivləşdirilib 2022-04-07 at the Wayback Machine
  2. "Географическое положение Брунея". 2021-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-30.
  3. "UBD plans research trip to Mount Pagon". 2013-01-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-30.
  4. "Климат Брунея". 2021-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]