Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Makalu
Makalu (çin. 马卡鲁山,Mǎkǎlǔ Shān — «Qara nəhəng») (8485 m) — dünyanın beşinci ən hündür zirvəsi. Mahalanqur-Himal silsiləsinin şərq hissəsində yeləşir. Bölgə ümumən mərkəzi Himalaya aid olub Çinlə (Tibet Muxtar vilayəti) Nepalın sərhəddindədir. Zirvəni Everestdən 22 km-lik məsafə ayırır. Dağın zirvəsi dördtərəfli piramidanı xatırladır. Makalu səkkizminliklər içərisində ən çox çətinlik yaradan dağ hesab olunur. Ekspedisiyaların ancaq 30%-i uğur qazana bilir. == Coğrafiyası == Dağ massivi iki zirvədən ibarətdir. Hər ikisinin hündürlüyü 8 km-i keçir: Everestdən və Lhotzedən şimal-qərb zirvəsi olan Kanqçunqze aydın görsənir.
Vanklu
Vəngli (əvvəlki adı: Vanklu; Vənkli) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Vəngli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Vənkli kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Vənkli kəndi Vənkli kəndi adlandırılmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. Vəngli kəndi uzun müddət Alban Xaçın knyazlığının mərkəzi olub. Xaçın knyazlığının ən görkəmli rəhbərlərindən olan Həsən Cəlalın iqamətgahı olan Holanaberd qalası ilə üzbəüz, Ağdərə rayonunun Vəngli kəndində Xaçın çayının sol sahilində dağın üstündə ucaldılmış məşhur Gəncesər monastrı Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. Monastrın divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidə "yüksək və böyük Arsax ölkəsinin hökmdarı, geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Calal Dövlə və anası Xorişə xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir". 1261-ci ildə monqol-tatar işğalçıları tərəfindən İranın Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Cəlalın oğlu knyaz Atabəy gətirib Gəncəsər monastırında dəfn etmişdir. Bu monastır 1511-ci ildən 1836-cı ilədək, yəni Rusiya sinodunun rəsmi qərarı ilə Alban kilsəsi ləğv edilənədək diofizit alban xristianlarının iqamətgahı olmuşdur. Vəngli kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü.
Ofalu
Ofalu — Macarıstanın Baranya medyesində yerləşən kənd.
Rafal
Rafal (isp. Rafal) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 1,60 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 4181 nəfərə çatmışdır.
Vafli
Vafli (nid. Waffel) — səthində müxtəlif bəzəkləri olan nazik biskvit növü Vafli sözü mənşəyini holland sözü olan «waffel» gotürüb. Bu söz XVIII əsrdə waffle sözünə dəyişmiş və dilimizə bu şəkildə keçmişdir. Vafli qatları arasına daha çox krem, zövqə uyğun olaraq dondurma, giləmeyvə və s. Içliklər də çəkilir. Vafli həmçinin digər qənnadı məmulatlarında da istifadə edilə bilər. Vafli əsasən xüsusi sənaye avadanlığı vasitəsilə hazırlanır. Onu ev şəraitində hazırlamaq üçün isə dəmir vafli qabından istifadə olunur.
Ayaz Vəfalı
Ayaz Rza oğlu Cəfərov — şair, tənqidçi, ədəbiyyatşünas, 1967-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1972), Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1984), Azərbaycanın Əməkdar incəsənət xadimi (2007). == Həyatı == Ayaz Vəfalı 1937-ci il aprelin 1-də Azərbaycanın Astraxanbazar (indiki Cəlilabad) rayonunun Sabirabad kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun Filologiya fakültəsində təhsil almışdır (1954–1959). Əmək fəaliyyətinə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında başlamışdır: burada texniki katib, ədəbi işçi, tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri, baş redaktorun müavini olmuşdur (1960–1976). "Ulduz" jurnalı redaksiyasında ədəbi işçi vəzifəsində işlədikdən sonra (1976–1977), yenidən "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri (1977–1978), məsul katib (1978–1993), baş redaktorun müavini (1993–1996) vəzifələrində çalışmışdır. 1996–2014-cü illərdə "Ədəbiyyat qəzeti"nin baş redaktoru olmuşdur. Ayaz Vəfalı bədii yaradıcılığa "Lenin tərbiyəsi uğrunda" çoxtirajlı universitet qəzetində çıxan ilk şeirləri ilə başlamışdır. Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun qiyabi aspiranturasını bitirmiş və "Füzuli və folklor" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. O, müxtəlif illərdə işıq üzü görən "İllər və nəsillər", "Ürək və od", "Turacın mahnısı", "Bəlkə onda öyrənmişik", "Özü oda yana-yana" şeirlər kitabının, "Füzuli öyrədir", "Sənətkar və xalq", "Füzuli xəlqiliyi" elmi-tədqiqat əsərlərinin müəllifidir. Ayaz Vəfalı həmçinin böyük özbək şairi Əlişir Nəvainin "Leyli və Məcnun", Ukrayna ədəbiyyatının klassiki T. Q. Şevçenkonun "Kor qadın" poemalarını, rus yazıçısı A. Çakovskinin "Qələbə" siyasi romanını (I cild), dünya xalqlarının atalar sözü və məsəllərindən ibarət "Atalar sözü-ağlın gözü" kitabını və daha bir çox xalqların poeziyasından ayrı-ayrı nümunələri Azərbaycan dilinə tərcümə etmişdir.
Dassault Rafale
Dassault Rafale (fr. Dassault Rafale, hərfən. qasırğa) — fransız Dassault Aviation şirkəti tərəfindən hazırlanan dördüncü nəsil çoxməqsədli qırıcı. İlk uçuşunu 4 iyul 1986-cı ildə keçirib. Fransanın Hərbi Dəniz və Hərbi Hava qüvvələrinə müvafiq olaraq 2004-cü və 2006-ci illərdə qəbul olunub. 2009-cu ildə Fransanın müdafiə nazirliyi əlavə olaraq 60 qırıcı sifariş vermişdir. Dassault şirkətinin Rafale təyyarəsi Fransa aerokosmik sənayesinin inkişaf prioritetlərindən sayılır. Bu bütünlüklə - silahlanma, mühhərik, avionika və öz istehsalı baxımından fransız layihəsidir. Hal-hazırda Rafale, amerikan və hər hansı başqa xarici yardım olmadan Avropa ölkəsi tərəfindən yaradılan sonuncu təyyarə sayılır. İlk dəfə hərbi tətbiqi 2007-ci ilin martında NATO-nun Əfqanıstanda əməliyatı gedişində keçirilib.
Mustafa Qafalı
Mustafa Qafalı (1 yanvar 1934, Konya – 28 avqust 2019, Ankara) — türk tarixçi alim, professor və türk millətçiliyinin tanınmış şəxslərindən biri. Mustafa Qafalı 1934-cü ildə Konyada anadan olmuşdur. Hüseyn Nihal Atsızın tələbələrindən olan Mustafa Qafalı Türkiyədə türk millətçiliyinin tanınmış simalarından olmuşdur. Həmçinin, Türkiyə tarixşünaslığının Orta Asiya və türk-monqol tarixi üzrə ən məşhur tarixçilərindən olmuşdur. 2019-cu ilin avqust ayının 29-da vəfat etmiş, 30 avqustda isə Ankarada dəfn edilmişdir. Ölümündən sonra Maral Akşənər, Ümid Özdağ, Mansur Yavaş və s. kimi tanınmış millətçi siyasi xadimlər tərəfindən başsağlığı verilmişdir. Ali təhsilini Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsinin Tarix bölümündə bitirmişdir. 1965-ci ildə doktorantura təhsilini tamamlamışdır. 1960-cı ildə İstanbul Universiteti Ədəbiyyat fakültəsinin Ümumi Türk Tarixi bölməsində asistant olaraq çalışmağa başlamışdır.
Təbriz Vəfalı
Vataru Endo
Vataru Endo (d. 9 fevral 1993) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Vəfalı Suvarov
Senzay Vakaşu
"Senzay Vakaşu" (千載和歌集, azərb. "Min ilin kolleksiyası"‎) və ya qısaca "Senzayşu" (千載集) – yapon poeziyasının yeddinci imperial antologiyası. Keçmiş imperator Qo-Şirakavanın əmri ilə 1183–1188-ci illərdə tərtib olunmuş, növbəti illərdə əlavələr edilmişdir. Antologiyanın tərtibatçısı və girişinin yazarı Fucivara no Şunzey olmuşdur. Antologiya 20 kitab və 1285 şeirdən ibarətdir. Antologiyanın tərtib olunduğu dövr Yaponiyada Tayra və Minamoto klanları arasında baş verən müharibə dövrünə təsadüf edir. Şunzey əsəri tərtib edərkən Kiotoda yaşayırdı. Müharibə dövrü olduğu üçün antologiyanın tərtibatında çətinliklər və gecikmələr yaşanmış, nəticə də, əsər 5 il ərzində tamamlanmışdır. Son mətn keçmiş imperator Qo-Şirakavaya 1188-ci ildə təqdim olunmuş və Şunzeyin öz dəsti-xətti ilə yazılmış 20 əlyazmadan ibarət olmuşdur. Şunzey antologiyanı tərtib edərkən son 200 ilin ən yaxşı poeziya işlərini daxil etməyə çalışmış, həm son, həm də qədim şeirləri seçmişdir.
Vaal
Vaal (yunan transkripsiyasında Vaal, assur-babil transkripsiyasında Baal) — Qədim Finikiya, Fələstin və Suriyada bərəkət tanrısıı. Vaala sitayiş başqa xalqlara Finikiyalılardan yayılmışdır. Bu zaman Vaalın xarakteri dəyişikliklərə məruz qalmışdır. Belə ki, yəhudi mifologiyasına görə Vaal Elin oğlu və Günəş tanrısıdır, Misir mifologiyasında isə ildırım tanrısı kimi tanınır. Adətən buğa buynuzlu və ildırım əsası ilə təsvir olunur. Baal - Canaanite Sun God Baal Baal Phoenician God Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Josef Vaçal
Josef Vaçal (çex. Josef Váchal; 23 sentyabr 1884[…], Milavçe[d][…] – 10 may 1969[…], Studenanı[d]) — çex yazıçısı, oymaçı, kitab qrafiki, xəttat və mətbəəçi. == Bioqrafiya == Josef Vaçalın atası məşhur sənətçi Mikolaş Aleşin əmisi oğludur. Josef Çexiyanın Cənubunda Pisek şəhərində babası və nənəsinin yanında böyümüşdür. O, 1898-ci ildə Praqaya getmiş, cildləmə sənətini öyrənmiş və əmisi oğlu Mikolaş Aleşlə tanış olmuşdur. XIX əsrin sonu — XX əsrin əvvəllərində ən çox yayılmış memarlıq, dekorativ və tətbiqi incəsənət və sənətkarlıq sahəsində bədii istiqamət olan moderndən təsirlənmişdir. Josef Vaçal 1900-cü ildə şeir yazmağa başlamış və 1903-cü ildə Praqa Teosofiya Cəmiyyətinə qatılmışdır. O, 1904-cü ildə Rəssamlıq Akademiyasına daxil olmuş, Alois Kalvodanın tələbəsi olmuşdur. Josef Vaçal 1910-cu ildə ilk iki kitabını nəşr etdirmişdir. O, Birinci Dünya müharibəsində iştirak etmiş (1916–1918), bu barədə "Cəbhədə rəssam" adlı qeydlərində yazmışdı.
Rafal Poborski
Rafal Poborski (pol. Rafał Poborski; 6 fevral 1976, Varşava) — Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2020-ci ildən). 6 fevralda 1976-cı ildə Varşavada anadan olmuşdur. 1995–2000-ci illərdə Varşava Universitetinin Etnologiya və Mədəni Antropologiya İnstitutunda təhsil almış və 2002-ci ildə həmin Universitetin Şərqi Avropanın Tədqiqatı üzrə Xüsusi Şərqşünaslıq Tədqiqatları üzrə magistr dərəcəsi almışdır. İsveç Milli Müdafiə Kollecində Avropa təhlükəsizlik siyasəti kursunu bitirmişdir. (2008-ci il). Peşəkar karyerasına Polşa İnformasiya Agentliyi Səhmdar Cəmiyyətində redaktor kimi başlamışdır. Sonra 2000–2003-cü illərdə Varşava Şərqşünaslıq Mərkəzinin Rus bölməsində analitik kimi çalışmışdır. 2003-cü ildən Xarici İşlər Nazirliyi ilə peşəkar əlaqəlidir, burada diplomatik və konsulluq təhsillərindən başlayaraq ta şöbə müdiri, departament direktorunun müavini və Polşa Respublikasının Səfiri vəzifələrinə keçmişdir. Xarici İşlər Nazirliyinin qərargahında Poborski həmçinin çalışmışdır Avropa Departamentində, Şərq Siyasəti Departamentində, eləcə də Təhlükəsizlik Siyasəti Departamentində.
Jan Klark Vasala
Vəfalı Səriyyə (pyes)
Vəfalı Səriyyə və ya Göz yaşları içərisində gülüş — Cəfər Cabbarlının məşhur 4 pərdəli dramı, əsər 30 dekabr 1915-ci ildə yazılmışdır. Bu əsərdə müəllif cəmiyyətdəki ədalətsizliklərdən bəhs edir. Əsərdə cəmiyyətdəki ədalətsizliklər özünü göstərirdi. Pyes XX əsrin əvvəllərində ədəbi-mədəni və mənəvi mühitin aydın şəkildə özündə əks etdirir. Vəfalı Səriyyə yaxud Göz yaşları içərisində gülüş ədəb- mədəni və mənəvi mühitin aydınlığa çıxmasında, peşəkar teatrın püxtələşməsində, yeni aktyor nəslinin yetişməsində əhəmiyyətli rol oynayır. Pyesin baş qəhrəmanları Səriyyə və Rüstəmdir. Əsərdəki qəhrəmanlasr iki hissəyə bölünür: bir tərəf müasir təhsili, savadı və tərbiyəni təmsil edir. Bunlar Səriyyə. Onun əmisi oğlu və sevgilisi Rüstəm, dayısı oğlu Məhərrəmdir. Mənfi tərəfdə isə Səriyyənin anası Çimnaz, onun dayısı Həmzə, dayısı oğlu Qurbandır.
Rafal Qan-Qanoviç
Rafal Qan-Qanoviç (23 aprel 1932, Varşava – 22 noyabr 2002, Lyublin) — Lipka tatarı əsilli polyak hərbçisi, muzdlu döyüşçüsü, jurnalist, Polşa Milli Şurasının üzvü, siyasi və sosial aktivisti. Həyatını kommunizmlə mübarizəyə həsr etmiş və sürgünd yaşamışdır. Rafal Qan-Qanoviç 23 aprel 1932-ci ildə Varşavanın Vaver bölgəsində dünyaya gəlmişdir. Onun ailəsinin kökəni Reç Pospolita dövründə bölgəyə köçmüş tatarlardan idi. Onun atası bir müddət Fransa Xarici Legionunda xidmət etmiş, sonradan biznes qurmaq üçün Cənubi Amerikaya səyahət etmişdi. O, Braziliyada kauçuk plantasiyası və Argentinada mis mədəni qurmaq istəyirdi. Rafalın anası 1939-cu ilin sentyabrında Polşa nasistlər və bolşeviklər tərəfindən işğal olunan zaman həyatını itirmişdi. Bundan sonra Rafalın atası oğlunu Vaver bölgəsindən Varşavanın Zoliborz bölgəsinə aparmışdı. Onlar orada 1944-cü ilin avqust ayında baş vermiş Varşava üsyanına qədər yaşadılar. Üsyan zamanı atası onu və bir qadını zirzəmidə gizlədərək, döyüşməyə getmi.
De Vaal
De Vaal — Şimali Hollandiya əyalətində yerləşən kənd. Den Helder şəhərinin şimalında 15 km aralıqda yerləşir. == Əhali == 2001-ci il statistikasına istinadən bölgədə 188 nəfər yaşayır. 0.06 km2 ərazidə təxminən 78 yaşayış məntəqəsi mövcuddur.
Makalu Barun Milli Parkı
Makalu–Barun Milli Parkı (nep. मकालु-बरूण राष्ट्रिय निकुञ्ज) — Nepalın səkkizinci milli parkı. 1992-ci ildə Himalay dağlarında, Saqarmatxa Milli Parkının şərq ardı kimi təsis olunmuşdur. == Coğrafiya == Milli parkın sahəsi 1.500 km2 olub, Nepalın Solukhumbu və Sankxuvasabxa rayonlarını əhatə edir. Makalu–Barun dünyada yeganə milli parkdır ki, dəniz səviyyəsindən 8.000 metr yüksəklikdə yerləşir. Milli parkda tropik meşələr və başı qarlı uca zirvələr yerləşir. Bufer zonası milli parkın cənub və cənub-şərq yamaclarındadır və sahəsi 820 2-dır. Milli parkdakı əsas zirvələr bunlardır: dünyanın ən hündür beşinci zirvəsi olan Makalu dağı (8.463 metr), Çamalanq dağı (7.314 metr), Baruntse dağı (7.129 metr) və Mera dağıdır (6.654 metr). Milli park qərbdən şərqə 66 km, cənubdan şimala 44 km qədər uzanır. Dəniz səviyyəsindən 314–377 metr yüksəklikdə yerləşən, cənub-şərqdəki Arun dərəsindən hündürlük getdikcə artır.
Makalu–Barun Milli Parkı
Makalu–Barun Milli Parkı (nep. मकालु-बरूण राष्ट्रिय निकुञ्ज) — Nepalın səkkizinci milli parkı. 1992-ci ildə Himalay dağlarında, Saqarmatxa Milli Parkının şərq ardı kimi təsis olunmuşdur. == Coğrafiya == Milli parkın sahəsi 1.500 km2 olub, Nepalın Solukhumbu və Sankxuvasabxa rayonlarını əhatə edir. Makalu–Barun dünyada yeganə milli parkdır ki, dəniz səviyyəsindən 8.000 metr yüksəklikdə yerləşir. Milli parkda tropik meşələr və başı qarlı uca zirvələr yerləşir. Bufer zonası milli parkın cənub və cənub-şərq yamaclarındadır və sahəsi 820 2-dır. Milli parkdakı əsas zirvələr bunlardır: dünyanın ən hündür beşinci zirvəsi olan Makalu dağı (8.463 metr), Çamalanq dağı (7.314 metr), Baruntse dağı (7.129 metr) və Mera dağıdır (6.654 metr). Milli park qərbdən şərqə 66 km, cənubdan şimala 44 km qədər uzanır. Dəniz səviyyəsindən 314–377 metr yüksəklikdə yerləşən, cənub-şərqdəki Arun dərəsindən hündürlük getdikcə artır.
Van-der-Vaals qüvvələri
Van-der-Vaals qüvvələri - molekullardaxili rabitə qüvvələri ilə yanaşı molekulların və təsirsiz" qaz atomlarının arasında başqa növ qüvvələr də müəyyən edilmişdir ki, bu da onları ilk dəfə müşahidə edən Hollandiya alimi Vas qüvvələri adlanır. Van-der-Vaals qüvvələrinin mövcudluğu xüsusilə üç məsələdə özünü göstərir: real qazların ideal qaz qanunlarından kənara çıxması; qazların sərbəst genişlənməsi zamanı adətən onların soyuması; adi valent rabitələrini əmələ gətirə bilməyən və ya çətin əmələ gətirən "təsirsiz" qazların sıxlaşaraq istilik ayırmaqla maye və hətta bərk aqreqat hala keçə bilməsi. Bütün bunlar qeyd edilən hallarda molekul və ya atomlar arasında müəyyən cazibə qüvvələrinin olmasını göstərir. Molekul və ya atomların arasında Van-der- Vaals qüvvələri mövcud olan bərk cisimlər adətən öz yumuşaqlığı və uçuculuğu ilə fərqlənir. Doğurdanda, belə molekullardan normal şəraitə yalnız yüksək polyarlaşma qabiliyyətinə malik olanları bərk halda mövcud olur. Halogenlərdən təkcə yodun adi şəraitdə bərk maddə olması buna misal ola bilər. Üzvi birləşmələrin əksəriyyətinin yüksək uçuculuğa malik olması da əsasən bu əlamət ilə izah edilir. Van-der-Vaals qüvvələrinin təbiətinin izahında bir-biri ilə əlaqədar olan, bir neçə variant mövcuddur. Kis (1921) müəyyən etmişdir ki, polyar molekullar, başqa sözlə, müəyyən dipol momenti ilə xarakterizə olunan molekullar müəyyən yaxın məsafələrdə bir-birinə görə oriyentasiya edir.Yəni bu vaxt molekulların eyni yüklü qütbləri bir-birini dəf edir, müxtəlif yüklü qütübləri isə cəzb edir. Nəticədə ümumi həcm boyu molekulların müəyyən nizamla düzülüşü təmin edilir.
Yan Van-der-Vaals
Yan Van-der-Vaals (nid. Johannes Diderik van der Waals; 23 noyabr 1837[…], Leyden – 8 mart 1923[…], Amsterdam) – "Qazların və mayelərin vəziyyət tənliyi üzrə tədqiqatlarına görə" 1910-cu ildə Fizika üzrə Nobel mükafatını qazanmış niderlandlı nəzəri fizik. Yan Van-der-Vaals 23 noyabr 1827-də Hollandiyanın Leyden şəhərində anadan olub. Yakob Van-der-Vaals və Elizabet Van-den-Berqin 10 övladının böyüyü idi. Atası ixtisasca dülgər idi. Bir qayda olaraq, XIX əsrdə fəhlə ailələrinin uşaqları orta məktəbi bitirənmirdilər və uyğun olaraq, Universitetdə oxumalarına belə icazə verilmirdi. Bunun əvəzinə, o, "Qabaqcıl İbtidai Təhsil Məktəbi"ndə təhsil aldı və 15 yaşında həmin məktəbi bitirdi. Sonra ibtidai məktəbdə müəllim stajyeri oldu.1856–1861-ci illərdə kurslara qatıldı və ibtidai sinif müəllimi və baş müəllim olmaq üçün lazımi kvalifikasiyalara yiyələndi. 1862-ci ildə Leyden Universitetində riyaziyyat, fizika və astronomiya mövzusunda keçirilən mühazirələrə qatılmağa başladı. 1863-cü ildə Alman hökuməti yeni tipli məktəblər (HBS) açdı.
Tom de Vaal
Tomas de Vaal (ing. Thomas de Waal; 7 dekabr 1966, Nottingem, İngiltərə) — britaniyalı jurnalist və yazar, Karneqi Beynəlxalq Sülh Fondunda təhlilçi; Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssisdir. Bir çoxları kimi Tomas de Vaal da the BBC World Service, the Moscow Times, və The Times üçün çalışmışdır. 2008-ci ilin dekabrınadək o, Müharibə və Sülh Xəbərləri İnstitutunda Qafqaz üzrə redaktor, sonralar isə sülhməramlı QHT olan Barışıq Resurslarında tədqiqatçı olaraq çalışmışdır. O, "Çeçenistan: Qafqazda fəlakət" kitabının (New York 1998) həmmüəllifi və "Qara bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında" kitabının (New York 2003) isə müəllifidir. Müəllif, Oksfordda yerləşən Balliol Kollecini Müasir Dillər (Rus və Müasir Yunan dili) Birinci dərəcəli fərqlənmə diplomu ilə bitirmişdir. 2006-cı ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazdığı kitabının rus dilinə tərcümə edilmiş versiyasını təqdim etmək üçün Rusiyaya gəlmək istəyən müəllifə Rusiya Xarici İşlər Nazirliyi viza verməmişdir. Səbəb olaraq isə qeyd etmişdilər ki, "dövlət təhlükəsizliyini təmin etmək məqsədilə" viza verməmək hüququnu özündə ehtiva edən qanuna istinad etmişlər. Qara bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında (2003) Çeçenistan: Qafqaz fəlakəti / Chechnya: Calamity in the Caucasus (1998) Chechnya: Calamity in the Caucasus. NYU Press.
Tomas De Vaal
Tomas de Vaal (ing. Thomas de Waal; 7 dekabr 1966, Nottingem, İngiltərə) — britaniyalı jurnalist və yazar, Karneqi Beynəlxalq Sülh Fondunda təhlilçi; Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssisdir. Bir çoxları kimi Tomas de Vaal da the BBC World Service, the Moscow Times, və The Times üçün çalışmışdır. 2008-ci ilin dekabrınadək o, Müharibə və Sülh Xəbərləri İnstitutunda Qafqaz üzrə redaktor, sonralar isə sülhməramlı QHT olan Barışıq Resurslarında tədqiqatçı olaraq çalışmışdır. O, "Çeçenistan: Qafqazda fəlakət" kitabının (New York 1998) həmmüəllifi və "Qara bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında" kitabının (New York 2003) isə müəllifidir. Müəllif, Oksfordda yerləşən Balliol Kollecini Müasir Dillər (Rus və Müasir Yunan dili) Birinci dərəcəli fərqlənmə diplomu ilə bitirmişdir. 2006-cı ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazdığı kitabının rus dilinə tərcümə edilmiş versiyasını təqdim etmək üçün Rusiyaya gəlmək istəyən müəllifə Rusiya Xarici İşlər Nazirliyi viza verməmişdir. Səbəb olaraq isə qeyd etmişdilər ki, "dövlət təhlükəsizliyini təmin etmək məqsədilə" viza verməmək hüququnu özündə ehtiva edən qanuna istinad etmişlər. Qara bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında (2003) Çeçenistan: Qafqaz fəlakəti / Chechnya: Calamity in the Caucasus (1998) Chechnya: Calamity in the Caucasus. NYU Press.