SADƏÜRƏKLİ
SADİQANƏ
OBASTAN VİKİ
Sadiq
Sadiq — ad.
Elbəyi Sadiq
Elbəyi Maqsudov — == Həyatı == Elbəyi Sadıq oğlu Maqsudov 16 fevral 1955-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Gərməçataq kəndində anadan olmuşdur. 1980-ci ildə filologiya fakültəsini bitirmişdir. 25 il orta ümumtəhsil məktəblərində-Gərməçataq kənd orta məktəbində, Naxçıvan şəhərindəki "Xanım qızlar" , "Türk oğlanlar" liseylərində və 3 saylı rus məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. 1986-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (indiki Təhsil Problemləri İnstitutu) aspiranturasına qəbul olmuş, 1992-ci ildə "Azərbaycan dili dərslərində fənlərarası əlaqədən (rus dili fənni ilə) istifadənin imkanları və səmərəli yolları" mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi, 2000-ci ildə dosent, 2008-ci ildə isə "Azərbaycan və türk dilinin müqayisəli tədrisinin tələbələrin linqvistik təfəkkürünün inkişaf etdirilməsinə təsiri" mözusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər doktoru alimlik dərəcəsi almışdır. "Ana dili dərslərində dillərarası əlaqədən istifadənin ümumi məsələləri","XXI əsrin öyrənciləri üçün Azərbaycan dili və ədəbiyyatdan testlər","Azərbaycanca -türkcə, türkcə-azərbaycanca qarşılıqlı dilçilik terminləri lüğəti", "Dillərarası əlaqə təliminin metodikası","Dillərin müqayisəli tədrisi: imkanlar və vasitələr","Ürək bir dünyadır","Sözlər də insan kimidir","Azərbaycan dilinin Türkiyə türkcəsi ilə əlaqəli tədrisi üçün çalışmalar","Poetik türkəçarələr","Təmsillər","Azərbaycan dilinin tədqiqi və tədrisi məsələləri"və s.elmi-metodiki, bədii əsərlərin müəllifidir. Bakı, Naxçıvan, Səmərqənd, Moskva, Ankara, İstanbul, Konya, Trabzon, Mersin, İslamabad, Maku, Təbriz və digər şəhərlərdə keçirilən beynəlxalq konfranslarda və qurultaylarda çıxışlar etmişdir. 1994–2004-cü illərdə NDU-nun Elmi Şurasının katıbı vəzifəsində işləmiş,2004-cü ildən isə Naxçıvan Dövlət Universitetinin "Fənlərin tədrisi metodikası" kafedrasının müdiri vəzifəsində çalışır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür.
Sadiq Azayev
Sadiq Ağabalayev
Sadiq Baxışov
Sadiq Bağırzadə
Sadiq Feyziyev
Sadiq Hidayət
Sadiq Hidayət (Farsca صادق هدایت) (17 fevral 1903 Tehran — 9 aprel 1951 Paris) — İran yazıçısı. Şahlıq İranının nüfuzlu bir ailəsinə mənsub olan Sadiq Hidayət 17 fevral 1903-cü ildə Tehranda dünyaya gözlərini açır. İbtidai təhsilini Tehranda Mədrəsəyi — Elmiyyədə tamamladıqdan sonra orta təhsilini yenə Tehranda yerləşən və bir missioner məktəbi olan Saint Luis Fransız Kollecində davam etdirir. Burda Fransız dili və ədəbiyyatı ilə ciddi bir şəkildə maraqlanan Hidayət, 1925-ci ildə mühəndislik təhsili almaq üçün Belçikaya gedir. Belçikada axtardığını tapa bilmir və ədəbiyyat təhsili almaq məqsədilə Parisə yola düşür. Yazı həyatına burda başlayan Hidayət ilk əsərlərini Parisdə qələmə alır. Bir ara böhrana girərək Paris yaxınlarında intihar etmək məqsədilə özünü dənizə atsa da, bir qayıqçının köməkliyi ilə xilas olur. İlk intihar cəhdi uğursuzluqla nəticələnir. 1930-cu ildə Tehrana qayıdan Hidayət, ailəsinin nüfuzundan faydalanmaq istəmir və öz imkanları ilə iş tapmağa çalışır. İran Milli Bankında işə başlayır.
Sadiq Həsənov
Sadiq Həsənov (mayor) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi. Sadiq Həsənov (idmançı) — Azərbaycanlı idmançı və aktyor.
Sadiq Muradov
Sadiq Məmmədov
Sadiq Nəcəfli
Sadiq Qurbanov
Sadiq Qurbanov (12 iyul 1972, Əlikli, İliç rayonu) — texniki elmlər namizədi. Yeni Azərbaycan Partiyasının üzvü, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı (2020). Sadiq Qurbanov 12 iyul 1972-ci ildə Naxçıvan MR-nın Şərur rayonunun Ələkli kəndində anadan olmuşdur. 1989-cu ildə Ərəbyengicə kənd orta məktəbini bitirmiş, həmin ildə də Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1994-cü ildə təhsilini başa vuraraq həmin fakültənin dissertantı olmuş, eyni zamanda "Nəzəri mexanika və bütöv mühit mexanikası" kafedrasında laborant vəzifəsində çalışmışdır. 2005-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək texnika elmlər namizədi namizədlik dərəcəsini almışdır. 1997–2001-ci illərdə BDU-nun hüquq fakültəsində təhsil almışdır. 2001–2004-cü illərdə YAP-ın göndərişi ilə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" fakültəsində təhsil almışdır. Ailəlidir, üç övladı var. 1999–2006-cı illərdə YAP-ın icra katibliyində "Partiyalar arası əlaqələr şöbəsi"nin müdiri vəzifəsində çalışmışdır.
Sadiq Rəhimov
Sadiq Sadıqov
Sadiq İzzət oğlu Sadıqov (13 may 1963, Sumqayıt) — Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri. Sadiq Sadıqov 1963-cü il tarixində Sumqayıt şəhərində anadan olmuşdur. Fəlsəfə elmləri üzrə fəlsəfə doktorudur. Evlidir, iki uşaq atasıdır. O, 1980-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinə daxil olaraq 1985-ci ildə həmin universitetin Fəlsəfə fakültəsini bitirmişdir. 1992–1997-ci illərdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Hüquq fakültəsində təhsil almışdır. 1985–1990-cı illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialında əvvəl asistent, daha sonra Komsomol Komitəsinin katibi vəzifəsində işləmişdir. 1990–2003-cü illərdə Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında çalışmışdır. 2003–2015-ci illərdə "Barmek Azərbaycan Elektrik Şəbəkəsi" MMC-nin IV-Enerji Satış Regional İdarəsində əhali üzrə rəis müavini və "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətində idarə rəisi, texniki direktor və İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 14.10.2015-ci il tarixli 1449 nömrəli Sərəncamı ilə "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini vəzifəsinə təyin olunmuşdur.
Sadiq Salmanov
Sadiq Səmədov
Sadiq Tağıyev
Sadiq Rza Oğlu Tağıyev (5 sentyabr 1959, Əyyublu, Tovuz rayonu) — Ukraynada Çerniqiv vilayəti üzrə Apelyasiya Məhkəməsinin sabiq sədri, Luqansk vilayətinin Ali Məhkəmə sədrinin sabiq birinci müavini, hüquq elmləri doktoru. 1959-cu ilin sentyabr ayının 5-də Azərbaycanın Tovuz rayonunun Əyyublu kəndində anadan olub. 1977-ci ildə Ukraynanın Donetsk Tibb İnstitutunu bitirən Sadiq Tağıyev tibb sahəsində çalışıb. 1985-ci ildə Daxili İşlər Nazirliyi yanında kriminalistika kursunu, 1987-ci ildə Ukrayna Xarkiv Universitetində hüquq fakültəsini bitirmişdir. 1985-ci ildə Daxili İşlər Nazirliyi yanında kriminalistika kursunu bitirdikdən sonra Ukraynanın Luqansk vilayətində polis idarələrində işləyib. 1987-ci ildə Ukraynanın Xarkiv Universitetində hüquq fakültəsini bitirən Sadiq Tağıyev 1992-ci ildən məhkəmə sistemində müxtəlif vəzifələrdə, o cümlədən 2010–1018-ci illərdə Ukraynanın Çerniqiv vilayəti Apelyasiya Məhkəməsi sədri vəzifəsində işləyib. O, Çerniqiv vilayəti Apelyasiya Məhkəməsi sədri olmazdan öncə Luqansk vilayətində Ali Məhkəmənin sədr müavini vəzifəsində çalışıb. Ukraynanın əməkdar hüquqşünası rütbəsinə layiq görülüb. Hazırda elmi və pedagoji fəaliyyət göstərməkdədir. Sadiq Tağıyev "İstintaq zamanı telefon dinləmələrinin qaydaları" mövzusu üzrə elmi tətqiqatı nəticəsində hüquq elmlər doktoru dərəcəsinə nail olub.
Sadiq Zeynalov
Sadiq Zeynaloğlu
Sadıxov Sadıx Zeynal oğlu (17 noyabr 1934, Ordubad rayonu, Nüsnüs kəndi) (Sadıqov Sadıq Zeynal oğlu) Polkovnik, Azərbaycan SSR-in, Naxçıvan MSSR-in Daxili İşlər Naziri (1981-1987) vəzifəsində çalışıb. Sadıx Zeynal oğlu Sadıxov 1933-cü il noyabrın 17-də Ordubad rayonu, Nüs-Nüs kəndində anadan olmuşdur. 1937-ci ildən-1954-cü ilə kimi Qazaxıstanda yaşayıb, 1954-cü ildə Az.SSR-ə qayıtmışdır. 1963-cü ildən - Az.SSR Daxili İşlər Nazirliyinin orqanlarında çalışıb . 1989-cu ildən - Az.SSR Daxili İşlər Nazirliyinin Reabilitasiya Komissiyasının üzvü. 1981-1987-ci illərdə Azərbaycan SSR-in, Naxçıvan MSSR-in Daxili İşlər Naziri vəzifələrində çalışıb.
Sadiq dost
Sadiq dost (ing. The Devoted Friend) — görkəmli irland yazıçısı Oskar Vayld tərəfindən yazılmış nağıl.Nağıl ilk dəfə 1888-ci ildə "Xoşbəxt şahzadə və digər nağıllar" antologiyasında nəşr edilib.Antologiyaya "Sadiq dost"dan başqa "Bülbül və qızılgül", "Eqoist nəhəng", "Görkəmli raket" nağılları da daxildir. Bir çox əsərlərin müəllifi Oskar Uayldı ən çox məşhurlaşdıran onun nağıllları olmuşdur. Kiçikhəcmli əsərlərin adi dialoqlarında belə böyük mətləblər ifadə etmək bacarığı, humanizm, ədalətsizliyə və amansızlığa qarşı üsyankarlıq,onları ifşa etmək onun yaradıcılığının əsas məziyyətlərindəndir.Bu məqamda demək olar ki, bu nağılda bədii gülüş aparıcıdır. Əlbəttə ki, bu gülüş ironiya, kinayə olub insanlardan istifadə edən, hər cür əliaçıqlığa, sədaqətə, dostluğa yad olan insanlaradır.
Sadiq İsayev
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Sadiq Şirazi
Sadiq Şirazi (tam adı:ərəb. صادق الحسيني الشيرازي‎, fars. صادق حسینی شیرازی‎; 1 avqust 1942 və ya 22 avqust 1942, Kərbəla) — ilahiyyatçı alim; Seyid; Ayətullah əl-üzma Sadiq Şirazi 1 avqust 1942-ci ildə (H.Q. 20.12.1360) İraqın Kərbəla şəhərində anadan olmuşdur. O Kərbəla və Nəcəfdə oxumuşdur. Müəllimləri olmuş şəxslər: Ayətullah-əl üzma Məhdi Huseyni Şirazi. (Atası) Ayətullah-əl üzma Hacı Seyid Məhəmməd Huseyni Şirazi. (Qardaşı) Ayətullahəl-üzma Seyid Hadi Milani. Ayətullahəl-üzma Şeyx Məhəmməd Rza İsfahani. Ayətullahəl-üzma Şeyx Məhəmməd Şahrudi. Ayətullahəl-üzma Hacı Şeyx Məhəmməd Sidqi Mazandarani.
Sadiq Şərəfkəndi
Sadiq Şərəfkəndi (Kürdcə: Sadiq Şerefkendî ; 11 - yanvar 1938 Bukan – 17 - sentyabr 1992 Berlin) kürd siyasi aktivist və İKDP - nin lideri idi . Qərbi Azərbaycanın Bukan şəhristanında anadan olmuş , sonralar ailəsi ilə birgə Mahabad vilayətinə köçmüşdür . Ali təhsilini Tehranda alıb . Əbdül Rəhman Qasımlının ölümündən sonra partiya başçısı seçilib və qətlə yetirildiyi vaxtadək bu vəzifədə qalıb . İran tərəfindən gerçəkləşdirilən Mikonos restoranı sui - qəsdi zamanı həlak olub .
Sadiq Əhməd
Sadiq Əhməd (türk. Sadık Ahmet, 7 yanvar 1947, Komotini – 24 iyul 1995, Komotini) — türk əsilli professor, həkim, siyasətçi, Dostluq, Bərabərlik və Sülh Partiyasının qurucusu. Sadiq Əhməd 1947-ci ildə Komotinin Sikəli kəndində anadan olmuşdur. İbtidai məktəbi burada bitirdikdən sonra orta təhsilini Cəlal Bayar Liseyində tamamlamışdır. Daha sonra Ankara Universitetinin Tip fakültəsinə daxil olan Sadiq Əhməd 1966–1967-ci illərdə burada oxuduqdan sonra Saloniki Univeristetinin Tip fakültəsinə qəbul olmuşdur. Sadiq Əhməd 1974-cü ildə universiteti bitirərək hərbi xidmətə yollanmışdır. O, 1978-ci ildə Qərbi Frakiyaya qayıdaraq cərrah ixtisasına yiyələnmək üçün çalışmış və nəticədə 1984-cü ildə cərrah adını qazanmağa nail olmuşdur. Sadiq Əhməd 1984-cü ildə mənsubu olduğu Qərbi Frakiya türklərinin problemləri ilə maraqlanmağa başladı. 1985-ci ildə Qərbi Frakiya türklərinin problemlərini beynəlxalq ictimaiyyətə çatdırılması üçün imza toplamağa başlamış və bu fəaliyyətinə görə 8 avqust 1986-cı ildə həbs edilmişdir. Buna baxmayaraq o artıq 15 mindən çox imza toplamağa nail ola bilmişdi.
Emin Sadiqov
Feyziyev Sadiq Tahir oğlu
Mehmed Sadiq Paşa
Mehmed Sadiq Paşa (d. 1825 - ö. 1901) — II Əbdülhəmidin səltənətində 20 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı.
Mirzə Sadiq Ordubadi
Mirzə Sadiq Ordubadi (?-?) — Şərq şairi (XVI əsr). Həyatı haqqın da məlumat çox azdır. 1562-ci ildə Hindistana getmiş, biliyi və istedadı, şirin söhbəti, gözəl rəftarı, xoş xisləti və təmiz əxlaqı ilə şöhrət qazanmışdır. Fars dilində yazmışdır. Rübai janrına daha çox meyl göstərmiş, bu janrda aşiqanə və fəlsəfi məzmunlu əsərlər, o cümlədən Cəlaləddin Dəvvani və Əbdürrəhman Caminin rübailərinə cavab və nəzirələr yazmış, onların şeirlərini şərh etmişdir. Sadıq bəy Avşar (Sadiqi) "Məcməül-xəvas" (1599) təzkirəsində M. S. O.-nin həcv deməkdədə mahir olduğunu qeyd etmişdir. Bəzi mənbələrə görə ("Həft iqlim" təzkirəsi və s.) Böyük Moğol hökmdarı Sultan Əkbər Cəlaləddin şah [1556–1605] Dəkkəni aldıqdan sonra burada dövlət qulluğunda çalışan M. S. O. Qəribguş qəsəbəsin də öldürülmüşdür. Tərbiyət M. Danişməndani-Azərbaycan, B., 1987, səh. 278–79.
Məhəmməd Sadiq Mərvəzi
Məhəmməd Sadiq Mərvəzi - XIX əsr tarixçisi, şair. Məhəmməd Sadiq Mərvəzi Məşhəd şəhərində təhsil almış. Daha sonra bir müddət İraqda yaşamışdır. Yenidən vətənə qayıtdıqdan sonra Fətəli şahın qulluğuna girərək sarayda yaşayıb yaratmağa başlamışdır. Mərvəzinin əsas əsəri "Cahanara" salnaməsidir. Bu tarixi salnamədə 1796-1826-cı illər aralığında regionda baş vetmiş hadisələrdən bəhs edilir. Mərvəzi əsasən Qacar dövləti Rusiya arasındakı müharibələrə aid məlumatlar vermişdir.
Məhəmməd Sadiqi Tehrani
Məhəmməd Sadiqi-Tehrani (21 mart 1926, Tehran – 21 mart 2011, Qum) — Müctəhid, İslam dünyasının böyük alimlərindən biri. Əllamə Doktor Şeyx Məhəmməd Sadiqi Tehrani 1926/03/21 tarixdə İranın Tehran şəhərində ruhani ailəsində dünyaya göz açmışdır. O, ibtidai dini təhsilini Tehran şəhərində bitirdikdən sonra Qum şəhərinə üz tutmuş, bu şəhərdə 10 il müddətində təhsil, tədqiqat və tədrislə məşğul olmuşdur. İranda siyasi gərginlik başlayandan sonra 17 il müddətində xaricə səfər etmiş, İraqın Nəcəf şəhərində 10 il, Livanda 5 il, Səudiyyə Ərəbistanında isə 2 il qalaraq tədqiqat, tədris, həmçinin elmi və mədəni fəaliyətlə məşğul olmuşdur. Əllamə Sadiqi Tehrani ümumilikdə Mirzə Məhəmməd Əli Şahabadi, Seyyid Hüseyn Bürucerdi, Əllamə Seyyid Məhəmməd Hüseyn Təbatəbai, Mirzə Mehdi Aştiyani, Mirzə Əhməd Aştiyani və Əllamə Seyyid Əbül-Qasim Xoyi kimi tanınmış alimlərdən dərs almışdır. 1979-cu ildə Qum şəhərinə gəlmiş və həmin şəhərdə "Quran Elmləri Universiteti"ni təsis edərək onun nəzdində Quran elmləri, təfsir, fiqh, üsul, kəlam və s. fənlər üzrə tədris və tədqiqatla məşğul olmuşdur. Ayətullah Sadiqi-Tehrani dövrümüzün məşhur Quran təfsirçilərindən biri, 30 cildlik "Təfsir əl-Fürqan" əsərinin müəllifidir. Din alimi olmaqla bərabər, hələ gənc ikən Tehran Universitetində ictimai elmlər üzrə elmlər doktoru dərəcəsini almış mütəfəkkir öz məhsuldar həyatını İslam elmlərinin və İslam toplumunun inkişafına sərf etmişdir. İndiyədək Quran elmləri, təfsir, fiqh, üsul, kəlam, fəlsəfə, əxlaq və digər sahələrdə onlarca dəyərli və misilsiz əsərlər qələmə almışdır ki, "əl-Fürqan fi təfsiril-Quran" (30 cilddə), "ət-Təfsirul-mövzui bəynəl-Kitabi vəs-Sünnə" (22 cilddə), "əl-Fiqhul-müqarən bəynəl-Kitabi vəs-Sünnə" (8 cilddə), "Təbsirətul-füqəha bəynəl-Kitabi vəs-Sünnə" (2 cilddə) və "Üsulul-istinbat bəynəl-Kitabi vəs-Sünnə" adlı əsərləri onların daha önəmlisi sayılır.
Pəyam Sadiqiyan
Pəyam Sadiqiyan (fars. پیام صادقیان‎, 29 fevral 1992) — İran futbolçusu, İran milli futbol komandasının oyunçusu. Pəyam Sadiqiyan 1992-ci ildə İranın Təbriz şəhərində anadan olub.
Rəşad Sadiqov
Rəşad Sadiqov (8 oktyabr 1983, Yengicə, İliç rayonu) — Azərbaycan futbolçusu. Mövqeyi yarımmüdafiəçidir. Hal-hazırda Qəbələ klubunda çıxış edir. Rəşad Sadiqov 8 oktyabr 1983-cü il Naxçıvan MSSR Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. Daha sonra Sadiqovlar ailəsi Buzovnaya köçüb. Rəşad 8 yaşından futbolla məşğul olmağa başlayıb. İlk məşqçisi İlham Qurbanov olub. Bir neçə il Buzovnada məşq etdikdən sonra İslam Kərimovun rəhbərliyi altında çıxış edib. Rəşad Sadiqov orta təhsilini Buzovnada yerləşən 26 saylı məktəbdə alıb. Bir çox idmançılar kimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.
Rəşad Sadiqov (general)
Rəşad Heydər oğlu Sadıqov — Azərbaycan Dövlət Sərhəd Xidmətinin general-leytenantı, Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Baş Qərargah rəisi, "Vətənə xidmətə görə" ordeninin tam kavaleri. Rəşad Sadiqov Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2012-ci il tarixli sərəncamları ilə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Baş Qərargahının Dövlət Sərhədinin Mühafizəsi İdarəsinin rəisi vəzifəsindən azad edilmiş və Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargahının rəisi vəzifəsinə təyin edilmişdir. Rəşad Sadiqov bu vəzifədə Firudin Nəbiyevi əvəzləmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2014-cü il tarixli Sərəncamı ilə Rəşad Sadiqova "general-leytenant" hərbi rütbəsi verilmişdir. Rəşad Sadiqov Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2012-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə, 28 avqust 2013-cü il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 16 avqust 2017-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Sadiq Bağban (film, 2005)
Sadiq Huseyni Şirazi
Sadiq Şirazi (tam adı:ərəb. صادق الحسيني الشيرازي‎, fars. صادق حسینی شیرازی‎; 1 avqust 1942 və ya 22 avqust 1942, Kərbəla) — ilahiyyatçı alim; Seyid; Ayətullah əl-üzma Sadiq Şirazi 1 avqust 1942-ci ildə (H.Q. 20.12.1360) İraqın Kərbəla şəhərində anadan olmuşdur. O Kərbəla və Nəcəfdə oxumuşdur. Müəllimləri olmuş şəxslər: Ayətullah-əl üzma Məhdi Huseyni Şirazi. (Atası) Ayətullah-əl üzma Hacı Seyid Məhəmməd Huseyni Şirazi. (Qardaşı) Ayətullahəl-üzma Seyid Hadi Milani. Ayətullahəl-üzma Şeyx Məhəmməd Rza İsfahani. Ayətullahəl-üzma Şeyx Məhəmməd Şahrudi. Ayətullahəl-üzma Hacı Şeyx Məhəmməd Sidqi Mazandarani.
Sadiq Həsənov (idmançı)
Sadiq Həsənov — Azərbaycanlı idmançı və aktyor. Sumqayıt Dövlət Universitetininin tarix fakültəsinin məzunudur. S.Həsənov bakalavrı bitirdikdən sonra magistr təhsilini Çinin Pekin İdman Universitetində dövlət hesabına bitirib. Sonradan həmin universitetdə doktorantura təhsilinə başlayıb və təhsilini davam etdirib. S.Həsənov uzun illər idmanın bir neçə - kiqboks, tayboks, taekvondo, uşu-sanda, qaydasız döyüş növləri ilə məşğul olub və dəfələrlə ölkə çempionu olub. O, mütəmadi olaraq, Çində ölkəmizi bu idman növləri üzrə layiqincə təmsil edib. S.Həsənov həmçinin peşəkar fitneslə də məşğul olub və Çinin müxtəlif şəhərlərində dəfələrlə fitnes-model yarışlarının qalibi olub. İdmançı həmçinin bu ölkədə müxtəlif döyüş səhnələrindən bəhs olunan filmlərə çəkilib. Sadiq Həsənağa oğlu Həsənov 1985-ci il aprelin 10-da Cəlilabad rayonunun Günəşli kəndində müəllim ailəsində anadan olub. Orta məktəb illərində daha çox idman, tarix və ingilis dili dərslərinə böyük maraq göstərib.
Sadiq Həsənov (mayor)
Sadiq Məhəmməd Əl-Ezdi

Digər lüğətlərdə