Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hüseyn Arac
Hüseyn Arac (15 oktyabr 1956, Kiçik Asiya) — Danimarka Sosial Demokratlar partiyasının tərcüməçisi və siyasətçisi. == Həyatı == Hüseyn Arac 1956-cı ildə oktyabrın 15-də Türkiyə Anadolu şəhərində anadan olmuşdur. == Fəaliyyəti == Hüseyn Arac 1993-cü ildə Bələdiyyə Məclisinə üzv seçilərək siyasi sferada ilk addımını atmışdır. 1998–2002-ci illərdə Arac İctimai işlər üzrə dairə başçısı olmuşdur. O,2005–2007-ci illərdə Arhus Dairə Bələdiyyəsinin üzvü seçildi.26 oktyabr 2010-cu ildən 28 avqust 2011-ci ilə qədər Kirsten Brosbolun müavini kimi "East Jutland's Storkreds"-in müvəqqəti məclis üzvü olmuşdur. Hüseyn Arac hər zaman öz çıxışlarında Danimarkanı təmsil etməsinə baxmayaraq Türk olduğunu vurğulayıb və həmçinin Azərbaycana da böyük diqqət ayırmışdır və Qarabağ problemini Danimarka parlamentində gündəmə gətirmişdir.
İrac (Sərab)
İrac (fars. ايرج‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (15 ailə).
Rac Kapur
Ranbir Rac Kapur (ing. Raj Kapoor; 14 dekabr 1924, Pişəvər, Britaniya Hindistanı – 2 iyun 1988, Yeni Dehli) — məşhur hind kinorejissoru, ssenarist, prodüser, aktyor. Rac Kapur 14 dekabr 1924-cü ildə Pişəvərdə (hazırda Pakistanın şimali-qərbində əyalət) aktyor Prithvirac Kapurun ailəsində anadan olmuşdur. O, kinoda ("Inquilab") ilk rolunu 1935-ci ildə - 11 yaşı olarkən ifa etmişdir. 1948-ci ildə o, öz şəxsi studiyası olan "Rac Kapur films" şirkətini yaradır. Buna qədər isə bir neçə il "Bombey tokiz" studiyasında rejissor assistenti vəzifəsində çalışmışdı. Rac Kapur sonralar onu məşhurlaşdıran filmlərin əksəriyyətində rejissorluqla yanaşı, baş rolları da ifa edirdi. Əvvəlki işlərindən olan "Avara" (1951) və "Cənab 420" (1955) filmlərində R. Kapur sadə, mehriban və cazibəli "kiçik insan" obrazını məharətlə yaradır. Rac Kapurun iştirakı ilə çəkilən filmlər hələ öz dövründə müvəffəqiyyətlə dünya ekranına çıxmışdı. Kapurun bacarığı sayəsində kino vasitəsilə cəmiyyətdə olan sosial ədalətsizliklərin sərt tənqidi mümkün oldu.
Rac Qasımov
Rac Müzəffər oğlu Qasımov (18 oktyabr 1978, Ermənistan) — Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Jitomir regional nümayəndəliyinin sədri. Rac Qasımov 18 oktyabr 1978-ci ildə indiki Ermənistanda doğulub. 1988-ci ildə Ermənistandan məcburi köçürülən Rac Qasımovun ailəsi Bakının Qaradağ rayonunda məskunlaşıb. O, 1995-ci ildə Qaradağ rayonundakı 139 nömrəli orta məktəbi bitirib. 1995-ci ildən 1997-ci ilə qədər isə Jitomir şəhərində 17 nömrəli orta məktəbdə təhsil alıb. 1997-ci ildə Ukraynanın Xarici Ticarət Akademiyasının Beynəlxalq İqtisadiyyat və İdarəetmə fakültəsinin qiyabi şöbəsinə daxil olub və 2003-cü ildə oradan məzun olub. 2017-ci ildə Jitomir Milli Aqroekoloji Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinə daxil olub. 2014-cü ildən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Jitomir regional nümayəndəliyinin sədridir. Ailəlidir, üç övladı (Ayşə, Ruslan və İmran) var. 2014-cü ildən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Jitomir regional nümayəndəliyinin sədridir.
Video RAM (VRAM)
Video RAM (VRAM) – videoadapterdə, yaxud videokontrollerdə: video-görüntüləri monitora çıxartmaq üçün onların həm yazıldığı, həm də oxunduğu dinamik operativ yaddaş qurğusu. Video-yaddaş – videokartda, yaxud video altsistemində yerləşən və ekrana çıxarılan görüntünün götürüldüyü yaddaş. Bəzi hallarda video-yaddaşa yalnız displeyin aparat vasitələri müraciət edə bilər, ancaq çox zaman həm videoprosessorun, həm də mərkəzi prosessorun video-yaddaşa çıxışı olur və görüntülər video-yaddaşı yeniləyən mərkəzi prosessorun işinin nəticəsi kimi alınır. Video-yaddaşı oxuma və ora yazma zamanı video-qurğular prosessora nisbətən üstunlüyə malikdir, buna görə də video-yaddaşın tərkibinin yenilənməsi operativ yaddaşa müraciətə nisbətən yavaş baş verir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Mülk Rac Anand
Mülk Rac Anand – hind yazıçısı, alim, ictimai xadim. Mülk Rac Anand Pəncab (1925) və London (1929) universitetlərini bitirmişdir. Beynəlxalq Sülh mükafatı laureatı (1953), Pəncab Universitetinin professorudur (1962). M.R. Anand ingilis dilində yazmışdır. Mütərəqqi hind yazıçıları cəmiyyətinin təşkilatçılarından olmuşdur (1936). Bəzi hekayələri Azərbaycan dilinə tərcümə olunmuşdur. O, Asiya və Afrika ölkələri yazıçıları ilə sovet əlaqə komitəsinin Bakıda keçirilmiş iclasında iştirak etmişdir (1966). “Toxunulmaz” (1935) “Kuli” (1936) “Yol” (1961) “Qəhrəmanın ölümü” (1963) “Sübhün çöhrəsi” (1964) “Toxunulmaz” (1935) “Kuli” (1936) romanları insanların zülmə, istibdada qarşı azadlıq mübarizəsinə həsr olunmuşdur.
Məmməd İrac oğlu Əliyev
Məmməd İrac oğlu Əliyev- filologiya üzrə elmlər doktoru, professor. AMEA Nizami adına Ədəbiyyat İnstitutu. Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri. Əliyev Məmməd İrac oğlu 1948-ci il dekabr ayınnın 10-da Xızı rayonunun Zöhrabkənd kəndində anadan olmuşdur. 1966-1970-ci illərdə Azərbaycan Dövlət Pedaqoji universitetinin filologiya fakültəsində, 1971-1975-ci illərdə Nizami Gəncəvi adına Ədəbiyyat institutunun aspiranturasında təhsil almışdır. Hal-hazırda Nizami Gəncəvi adına Ədəbiyyat institutunun "Türk xalqları ədəbiyyatı" şöbəsinin müdiridir. Dünya Ədəbiyyatında Orxan Pamuk zirvəsi. Dünya nəsrində Orxan Pamuk zirvəsi Aşıq Alı. Molla Pənah Vaqif və Məhtimqulu Fəraqi poeziyasının özəllikləri. Koroğlu eposu.
Məmməd Əliyev (İrac oğlu)
Məmməd İrac oğlu Əliyev- filologiya üzrə elmlər doktoru, professor. AMEA Nizami adına Ədəbiyyat İnstitutu. Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri. Əliyev Məmməd İrac oğlu 1948-ci il dekabr ayınnın 10-da Xızı rayonunun Zöhrabkənd kəndində anadan olmuşdur. 1966-1970-ci illərdə Azərbaycan Dövlət Pedaqoji universitetinin filologiya fakültəsində, 1971-1975-ci illərdə Nizami Gəncəvi adına Ədəbiyyat institutunun aspiranturasında təhsil almışdır. Hal-hazırda Nizami Gəncəvi adına Ədəbiyyat institutunun "Türk xalqları ədəbiyyatı" şöbəsinin müdiridir. Dünya Ədəbiyyatında Orxan Pamuk zirvəsi. Dünya nəsrində Orxan Pamuk zirvəsi Aşıq Alı. Molla Pənah Vaqif və Məhtimqulu Fəraqi poeziyasının özəllikləri. Koroğlu eposu.
Rac bir centlmen oldu (film, 1992)
Raju Ban Gaya Gentleman (Devnagari: राजू बन गया जेन्टलमैन, mənası: Rac bir centilmen oldu) komediya janrında olan bir Bollivud filmidir. Filmin rejissoru Əziz Mirzədir. Filmin əsas rollarında Şahrux Xan, Cuhi Çavla, Nana Patikar və Amrita Sinq yer almışdır. Şahrux filmdə Rac Mathur rolunu ifa edir. O yeni iş tapmaq üçün yaşadığı Darjilinq şəhərindən Bombeyə gələn yenicə məzun olmuş gənc mühəndisdir. Film 13 Noyabr 1992-ci ildə tamaşaçılara təqdim edilmişdir. Həmçinin həmin gün Cuhi Çavla ad gününü, 25 yaşını qeyd etmişdir. Musiqilərin müəllifi Çətin-Lalitdir.
Draco draco
Ədəm ağacı (lat. Dracaena draco) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin drasena cinsinə aid bitki növü.
2Pac
Tupak Amaru Şakur (16 iyun 1971, Nyu-York-13 sentyabr, 1996, Las-Veqas) afro-amerikan hip-hop ifaçısı, Qərbi Sahil repinin və qanqsta-repin ən görkəmli ulduzlarından biri və əfsanəvi reper. Dünya üzrə 75 milyondan artıq (onlardan 50 — ABŞ-də)musiqi albomlarını sata bilib. Bu da onu dünyada satış üzrə birinci ifaçıya çevirir. İki Qremmi mükafatı laureatı olaraq, altı filmdə çəkilmişdir. Bir sıra səbəbə görə həbsxanada cəza çəkmişdir. Musiqisində getto həyatının bir çox ağırlıqlarını təmsil edən Tupak ölümə "If I Die 2Nite" və "Death Around the Corner" mahnılarını == Həyatı == Afeni Şakur və Billi Qarland ailəsində doğulmuş Tupak II Tupak Amarunun şərəfinə adlandırılmışdı. 1988-ci ildə evi tərk etmiş Tupak "Strictly Dope" rep-qrupuna qoşuldu. 3 ildən sonra dostların "Digital Underground" qrupuna daxil etmiş Tupak onun 1991 il "Same Song" sinqlində oxumuşdur. Həmin ildə Şakur "Brenda's Got a Baby" hiti ilə "2Pacalypse Now" öz debüt solo albomu buraxdı. "Juice" filmində (1992) təsvir edildiyi aqressiv Bişop personajı və Laki rolu ("Poetic Justice", 1993) Şakurun şəxsi həyatının bir çox problemini əks etdi.
Arad
Arad (judets)
Araf
Araf — Bəzi dini inanclara görə cənnətlə cəhənnəmin arasındakı yerdir. Ruhlar oradan cənnətə ya da cəhənnəmə göndərilirlər.
Aran
Aran bölgəsi — Azərbaycanda coğrafi bölgə. Aran (Yevlax) — Azərbaycanın Yevlax rayonunda qəsəbə. Aran (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Aran (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd. Aran (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd. Aran (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Aran (Qırxbulaq) — Azərbaycanın Qırxbulaq nahiyəsində kənd. Aran iqtisadi rayonu — Azərbaycan Respublikasının şərti iqtisadi rayonlarından biri. == Həmçinin bax == Aranlı Arançı Aranilər Arran Arran – Qafqaz Albaniyasının yarıəfsanəvi hökmdarı.
Araq
Araq (rus. водка [ˈvotkə]) — rektifikasiya edilmiş etil spirtinin su ilə qarışığı spirtli içki. Araq hazırlamaq üçün spirtin su ilə qarışığını aktivləşdirilmiş kömürdən keçirib süzürlər. Tərkibində həcmcə əsasən 40, 50 və 56% spirt olan araqlar hazırlanır. Bəzi ot, çiçək, ədviyyat və s. cövhərlərini arağa əlavə etməklə onun müxtəlif növlərini almaq olur. Arağın başqa növləri qıcqırdılmış meyvə şirələrinin (üzüm, albalı, tut, zoğal və s.) distilləsindən alınır. Dünyada məşhur ticarət markasına çevrilmiş "Vodka" 1865-ci il yanvarın 31-də kimyaçı Dmitri Mendeleyev tərəfindən yaradılıb. O, həmin gün "Spirtin suyla qarışdırılması haqqında" doktorluq dissertasiyasını müdafiə edib. Mendeleyevin hazırkı həmkarları hesab edirlər ki, klassik 40%-lik arağın yaranması məhz həmin dissertasiya işinin nəticəsidir.
Arat
Arau
Arau və ya Aarau (alman: [ˈaːraʊ]) — İsveçrənin şimalında şəhər, Arqau kantonunun inzibati mərkəzi. Are çayı üzərində yerləşir. Dəniz səviyyəsindən 368 m yüksəklikdə yerləşir. Arau vadinin yamacında tikilmiş köhnə istehkam şəhəridir. Şəhər indiki dövrdə əhalisi sürətlə artan mühüm sənaye mərkəzidir. Kilsə, muzeylər, elektrik enerjisi, maşınqayırma və toxuculuq, dəmir-polad və ayaqqabı fabrikləri var. == Tarixi == Arau XIII əsrin axırlarında Habsburq qraflıqlarının və Avstriya hersoqluqlarının hakimiyyəti altında idi. Bir neçə kilometr aralıda onların ailə qalaları mövcud idi. 1415-ci ildə şəhər bernlilərin əlinə keçmişdir. 1531-ci ildə baş tutmuş İkinci Kappel müharibəsində protestantların rəhbəri Svinqli öldürülmüş, bundan sonra burada katoliklər ilə protestantlar arasında sülh bağlamışdır.
Araz
Araz — Türkiyə, İran, Azərbaycan və Ermənistan əraziləri və sərhədləri ilə axan çaydır. Çay öz mənbəyini Türkiyə ərazisindəki (Cadılar yurdu Nəzrin Bingöl massivi) Ərzurum dağlarından götürür. Azərbaycan Respublikası və İran ərazilərindən keçərək, Azərbaycanın Sabirabad şəhəri yaxınlığında Suqovuşan adlanan ərazisində Kür çayı ilə birləşib Xəzər dənizinə tökülür. Bu çay iki Azərbaycanı — Cənubi Azərbaycan ilə Şimali — Azərbaycan Respublikasını bir-birindən ayıran çay olaraq, hər iki tərəfin mədəniyyətində əks olunur. == Toponimi == Araz çayının adı ilk dəfə Hekatey (er.əv. VI əsr) Herodot (er.əv.V əsr) tərəfindən çəkilmişdir. Araz adının mənbələlərdə ilk dəfə bu əsrlərdə qeyd olunması heçdə onun həmin əsrlərdə yaranması demək deyildir. Sadəcə olaraq bu barədə tarixi mənbə yoxdur. Er.əv.VIII əsrə aid Urartu dilində aid mənbədə (Urartu çarı I Arkiştinin-er.əv..785-753-cü illər arasında yazdırdığı kitabədə) Araz çayı Muna adlandırılır. Məhz bu çar ilk dəfə Muna çayını keçərək indiki Ermənistan ərazisinə hərbi səfər etmişdir.Tədqiqatçılar Muna adının mənasını aça bilməmişlər.
Araş
Araş — kişi ad. Araş (müğənni) — müğənni. Araş Firdovsi — Dryu Hyuston ilə birlikdə "Dropbox" xidmətinin banisi.
Arça
Arça və ya Arsk (tatar. Арча; rus. Арск) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Arğac
Arğac - parçanın eni istiqamətində bir-birinə paralel saplar. Toxuma prosesində arğac sapları əriş saplarının arasından keçirilir. Tül pərdə, xalça, palaz və bir sıra trikotaj məmulatlarında da eninə saplar "arğac" adlanır. == İstinad == Azərbaycan Milli Ensiklopediyası, 2011, t.2.
Ağac
Ağac — qol-budağı və gövdəsi oduncaqlaşmış çoxillik bitki. Ağac, ağacların və digər bitkilərin əsas gücləndirici və qida keçirici toxuması və ən bol və çox yönlü təbii materiallardan biridir. Həm gimnospermlər, həm də angiospermlər də daxil olmaqla bir çox botanika növləri tərəfindən istehsal olunan ağac müxtəlif rənglərdə və taxıl naxışlarında mövcuddur. Ağırlığına görə güclüdür və elektrik enerjisini izolyasiya edir və arzu olunan akustik xüsusiyyətlərə malikdir. Bundan əlavə, o, metal və ya daş kimi rəqabət aparan materiallarda olmayan “istilik” hissi verir və nisbətən asanlıqla işlənir. Material olaraq ağac insanlar Yer üzündə görünəndən bəri istifadə olunur. Bu gün texnoloji tərəqqiyə və metallar, plastiklər, sement və digər materiallarla rəqabətə baxmayaraq, ağac ənənəvi rollarının əksəriyyətində yerini qoruyur və onun xidmət qabiliyyəti yeni istifadələr hesabına genişlənir. Taxta, mebel və kontrplak kimi məşhur məhsullara əlavə olaraq, ağac ağac əsaslı panellər, sellüloz və kağız və bir çox kimyəvi məhsullar üçün xammaldır. Nəhayət, odun hələ də dünyanın əksər hissəsində mühüm yanacaqdır. == Xarakteristikası == İnkişaf etmiş kök, gövdə, yarpaq, çiçək, meyvə və toxuma malik olan ağaclar ali bitkilərdir.
Biraç
Biraç (serb. Birač) — Bosniya və Herseqovinanın tarixi vilayəti. Serb Respublikasının Miliçi, Vlasenisa, Srebrenisa, Bratunas, Zvornik və Şekovisi icmaları daxildir. == Coğrafiya == Osmanlı İmperatorluğu dövründə Biraç bölgəsi Podrine vilayəti daxilində yerləşirdi. Qərbdən Vlasenisa və şərqdən Srebrenitsa ilə əlaqəli oəhatələnir. Öz növbəsində 600 - 900 metr arası hündürlüyə malik platodur. Şimal-qərbdən cənub-şərqə doğru uzanır. Hündür zirvələri — Sirika (1071 m), Komiç (1032 m), Lisina (1262 m). Yavor dağlarının cənub-qərbindən axan çay vadiləri Yadar çayına şimal-şərqdən tökülür. Biraç özünəməxsus yumşaq iqlimə və bitki örtüyünə malikdir.
Dram
Dram (yun. δρᾶμα, translit. drama; "hərəkət") — mətnlərdə təyin olunmuş rollar üçün ümumi termindir. Epik və lirik ilə yanaşı, 3 əsas ədəbi növdən biridir. Bundan əlavə müsbət qüvvələrin, mütərəqqi ideyaların qələbəsi ilə nəticələnən dram əsərinə də dram deyilir. Dram janrından bədii əsərlərdə və kinoda çox geniş istifadə olunur. Dramatik yaradıcılığın spesifik problemlərinə müraciət edərək, hər şeydən əvvəl, "dram" terminin əsas mənasını müəyyənləşdirməliyik. Bildiyimiz kimi, "dram" sözünün müxtəlif anlamları vardır. Gerçəklik hadisələrin müəyyən bir dairəsini, məsələn, həyatın dramını, ədəbiyyatın dramatik növünün janrlarından birini (XYIII əsrin meşşan draması)və səhnə sənətinin aparıcı növü olan dramatik teatrı da drama adlandırırıq. == Dram nəzəriyyəsi == Hər bir elmin, predmetin iki tərəfi, iki cəhəti vardır.
Əraf
7-ci surə
Ərak
Ərak (İran) — İran İslam Respublikasının Mərkəzi ostanında şəhər. Ərak (Tabasaran) — Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd.
CVMAC
Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi (CVMAC; vyet. Mặt trận Dân tộc Giải phóng miền Nam Việt Nam), həmçinin Vyetkonq (ing. Viet Cong, vyet. Việt Nam Cộng sản – Vyetnam kommunizmi) — Vyetnam Fəhlə Partiyası Mərkəzi Komitəsinin 1959-cu il yanvar plenumunda qəbul edilmiş ölkənin cənubunda "silahlı üsyana" keçid haqqında qərarına uyğun olaraq qurulmuş, 1960–1977-ci illərdə Vyetnam müharibəsində döyüşən tərəflərdən biri kimi Cənubi Vyetnamda fəaliyyət göstərmiş hərbi-siyasi təşkilat. Vyetkonq VDR və Cənubi Vyetnam partizanlarının siyasi və ictimai xadimlərinə istinad etmək üçün istifadə edilən bir termindir. 1960-cı illərin axırlarından termin Amerika mediasında bütün Vyetnam kommunistlərinə istinad etmək üçün istifadə edilmişdir. == Zəmin == 1954-cü ildə Fransaya qarşı Hindçin müharibəsi başa çatdıqdan sonra Vyetnam iki yerə bölünmüşdür: Lao-Donq Kommunist Partiyasının rəhbərlik etdiyi Şimali Vyetnam və Cənubi Vyetnam. Birləşmə 1956-cı ildə azad ümumi seçkilərdən sonra baş tutmalı idi. 1955-ci ilin oktyabrında cənubda Vyetnam Respublikası elan edlmişdir. 1957-ci ilin payızında məxfi kommunist qüvvələri Cənubi Vyetnam hökumətinə qarşı silahlı mübarizəyə keçmişdir.
ENAC
École nationale de l'aviation civile (ENAC) Fransanın Cənub-Pireneylər bölgəsində, Tuluza şəhərində yerləşir, aviasiya üzrə ixtisaslaşan ictimai universitetdir. O Fransa AEROTECH üzvüdür. == İstinadlar == == Biblioqrafiya == Nicolas Tenoux (MS EAGTA ENAC 2007), 6 mois dans la vie d’un Pilote de ligne: Les secrets du quotidien…, 2020, Amazon, 51p., (ISBN 9798637449200), p. 10 Nicolas Tenoux (MS EAGTA ENAC 2007), 6 months in the life of an Airline pilot: Daily life secrets …, 2020, Amazon, 77p., (ISBN 9798693699175), p.
Brat
Brat — İngiltərə müğənnisi Charli XCX-nin altıncı studiya albomu. 7 iyun 2024-cü ildə Atlantic Records tərəfindən buraxılıb.