Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
VIP
VİP (ing. VIP, very important person) — Beynəlxalq münasibətlər sistemində “xüsusi əhəmiyyətli şəxs” ifadəsinin ixtisar edilmiş forması; məsələn, ali dövlət vəzifələrindən birini tutan şəxs, ictimai xadim və s. beynəlxalq etiketə görə, bu cür şəxslərin qəbul edilməsinin xüsusi qaydaları nəzərdə tutulur. Məsələn, məşhurlar, dövlət və ya hökumət başçıları, digər siyasətçilər, nüfuzlu-yüksək rütbəli məmurlar, zəngin insanlar və ya hər hansı bir səbəblə xüsusi müalicə alan sosial baxımdan tanınmış şəxslərin adi inslardan fərqli olaraq xüsusi xidmət şəraitində gətirə və aparıla bilərlər. Xüsusi münasibət ümumiyyətlə adi insanlardan fərqlənməyi, daha yüksək səviyyəli rahatlığı və ya xidməti təmin edir.
VİP (dəqiqləşdirmə)
Çox əhəmiyyətli şəxs (ing. VIP, very important person) — statusuna görə çox əhəmiyyətli şəxs. Vətəndaş və İnkişaf Partiyası — Azərbaycanda 28 may 2006-cı il tarixində Azərbaycan Milli İstiqlal Partiyasının keçmiş sədri Əli Əliyevin rəhbərliyində qurulmuş və 10 avqust 2008-ci il tarixində rəsmi dövlət qeydiyyatına alınmış siyasi partiya.
AİP
Azərbaycan İslam Partiyası və ya qısa adı ilə AİP — Azərbaycanda 1991-ci ildən etibarən faktiki olaraq və 1992–1995-ci illərdə hüquqi olaraq fəaliyyət göstərən islamçı siyasi partiya. Partiyanın 1995-ci ildən bəri qadağan olunmuşdur. == Tarixi == Azərbaycan İslam Partiyası 1991-ci ildə Nardaran qəsəbəsində təsis edilmiş və 20 sentyabr 1992-ci ildə dövlət qeydiyyatına alınmışdır. 1995-ci ildə partiya sədri Hacı Əlikram və müavini İrana casusluqda ittiham olunaraq həbs edilmiş və partiyanın dövlət qeydiyyatı da Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən ləğv edilmişdir. 1999-cu ildə Azərbaycan İslam Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası və Vəhdət Partiyası Azərbaycançı Qüvvələr Birliyi adlı siyasi ittifaq təsis etmişdir. Azərbaycançı Qüvvələr Birliyinə daxil olan partiyalar 2000-ci il parlament seçkilərinin ardından 19 siyasi partiya ilə birgə seçki nəticələrinin tanınmaması ilə bağlı sənəd imzalamışdır. Sonralar bu ittifaqa Birlik Partiyası və Azərbaycan Xalq Dirçəliş Partiyası da qatılmışdır. Azərbaycan İslam Partiyası 2005-ci il parlament seçkilərində Azərbaycançı Qüvvələr Birliyinin əsasında Xudadat Xudiyevin rəhbərlik etdiyi Birlik Partiyası, Vəhdət Partiyası və Azər Qasımzadənin sədrlik etdiyi Azərbaycan Xalq Dirçəliş Partiyası ilə bərabər "Azərbaycançı Qüvvələr" Siyasi Partiyalar Blokunu təsis edərək vahid blok adı altında iştirak etmişdir. Blok Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 24 iyul 2005-ci il tarixli iclasında qeydiyyata alınmışdır. Azərbaycançı Qüvvələr Birliyinin üzvü olan Azərbaycan Sosial Demokrat Partiyası isə seçkilərə "Yeni Siyasət" Seçki Bloku daxilində qatılmış, seçkilərdən sonra isə AQB-dən ayrılmışdır.
BiP
BiP Turkcell tərəfindən iOS və Android istifadəçiləriüçün hazırlanmış mesajlaşma tətbiqidir və pulsuz istifadə edilə bilər. BiP; App Store, Google Play və Huawei AppGallery- dən pulsuz yükləyə bilərsiniz.. Tətbiqdə itirilmiş mesaj, yumor yaratmaq, hər kəslə ünsiyyət qurma, qrup mesajlaşma və yer paylaşımı, oyunlar, pul köçürməsi kimi xüsusiyyətlərə malikdir. Tətbiq ilə istifadəçilər birbirinə mesaj, rəsim, video, və ses göndərəbilərlər. İtirilmiş mesaj xüsusiyəti ilə vaxtla silinən mesaj göndərə bilərlər. Tətbiqi işlətməyənlərə tətbiqdən SMS göndərməq mümkündür. Caps yəni yumor (mem) yaratma xüsusiyəti ilə insanlar şəkillərlə Caps yaradıb, paylaşabilir.
Cip
Jeep — 1941-ci ildə ABŞ ordusu üçün yaradılmış yüngül nəqliyyat vasitəsi və onu yaratmaq üçün qurulan bir şirkətin adıdır. Chrysler avtomobil qrupuna bağlı bir şirkətdir. Jeep markası bir marka hesab edilməkdən çıxmış və xalq arasında bu cür avtomobillərə markası nə olursa olsun ümumiyyətlə Jeep deyilməyə başlanmışdır.
DİP
Demokratik İslahatlar Partiyası və ya qısaca DİP — Asim Mollazadə tərəfindən qurulan və 2005-ci il avqustun 12-də dövlət qeydiyyatına alınan siyasi partiya. 2005–2019-cu illərdə Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası (ADİSP) adlanmışdır. DİP 2005-ci ildən Milli Məclisdə təmsil olunur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Demokratik İslahatlar Partiyasının üzvlərinin 68%-i kişi, 32%-i isə qadın olmuşdur. == Tarixi == 2000–2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) Milli Məclisdə təmsil edən, 1995-ci ildən isə AXCP sədrinin müavini olan Asim Mollazadənin 2005-ci ildə AXCP-dən istefa verməsindən sonra o, 2005-ci il iyunun 5-də Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİSP) qurduğunu bildirdi. Həmin gün baş tutan I Qurultayda Asim Mollazadə ADİSP sədri seçildi. Keçmiş AXCP üzvləri tərəfindən qurulan ADİSP 2005-ci il avqustun 12-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı.[mənbə göstərin] ADİSP 2005-ci il noyabrın 7-də baş tutan parlament seçkilərində on dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və Milli Məclisə seçildi. ADİSP 2010-cu il noyabrın 6-da baş tutan parlament seçkilərində dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və növbəti dəfə Milli Məclisə seçildi.
Nip
Nip (fr. Nippes, h.kreol Nip) — Haiti Respublikasının 10 departamentindən biri. 2003-cü ildə Qrand-Ans departamentindən ayrılma nəticəsində yaranmışdır. Ölkənin cənub-qərbində, Tiburon yarımadasının şimal sahilində yerləşir. Sahəsi — 1,267,8 km², əhalisi — 311 497 nəfərdir (şəhər daxil olmaqla — 51,111 nəfər, kənd — 260,386 nəfər, 2009-cu il). İnzibati mərkəz — Miraqoan şəhəridir.
PIP
Müstəqil Puerto Riko Partiyası (isp. Partido Independentista Puertorriqueño; ing. Puerto Rico Independence Party (PIP); 20 oktyabr 1946-cı ildə yaradılmışdır. Mənzil qərargahı Puerto-Rikonun San Juan şəhərində yerləşir. Partiyanın sədri Ruben Berriosdur. Partiya Puerto-Riko hakimiyyətinə müxalif mövqedə durur. PIP marksizmi qəbul etməyən sosialist partiyasıdır. 1999-cu ildə partiya liderləri, xüsusilə də Ruben Berrios ABŞ-nin ölkədəki silahlı qüvvələrinə qarşı etirazlar keçiriblər. Ruben Berrios Manuel Rodríguez Orellana Fernando Martín María De Lourdes Santiago Juan Dalmau Ramírez Prof. Edwin Irizarry Mora Roberto Iván Aponte Dr.
RIP
RIP (ing. Routing Information Protocol) — Kiçik şəbəkələr üçün nəzərdə tutulmuş dinamik marşuritizasiya protokoludur. Marşrutlar haqqında informasiyaları UDP 520 portundan istifadə etməklə paylaşır. RIP ən yaxşı marşrutu sıçrayışlara əsasən (hop count) təyin edir. Burdakı hər sıçaryış bir router mənasına gəlir. Maksimum gedə biləcəyi router sayı 15-dir. Yəni göndərilən paketlər 16-cı routerdə itir. RIP protokolu hər 30 saniyədə update-lər yayınlayır(öz cədvəlində olan diapazon siyahısı). İlk dəfə 1988-ci ildə yaradılmışdır. RIP versiya 1 classful routing protokol hesab olunur yəni bu protokol şəbəkə adreslərin düzgün anons olunmasını əks edə bilmir.
VBP
Vətəndaş Birliyi Partiyası — Azərbaycanda 1999-2023-cü illərdə mövcud olmuş hakimiyyətyönlü siyasi partiya. Vətəndaş Birliyi Partiyası 1999-cu ildə Azərbaycanın eks-prezidenti, 1992-ci ildən Moskvada mühacirətdə yaşayan Ayaz Mütəllibovun rəhbərliyi altında yaradılıb. 1999-cu ildə Ayaz Mütəllibov rəhbərliyində təsis edilən Vətəndaş Birliyi Partiyasında 2000-ci il parlament seçkilərindən sonra mübahisələr yaranmışdır. Partiya partiya katibi İqbal Ağazadə və partiya qurucusu Ayaz Mütəllibov rəhbərliyində iki qola bölünmüşdür. İqbal Ağazadənin rəhbərliyindəki qol 15 mart 2002-ci il tarixində Azərbaycan Ümid Partiyasına birləşmişdir. Birləşmiş partiyanın sədri İqbal Ağazadə seçilmişdir. 2003-cü ildə Ayaz Mütəllibov rəhbərlik etdiyi partiyanın Azərbaycan Sosial Demokrat Partiyası ilə birləşməsi ilə bağlı qərar qəbul etmişdir, lakin dövrün partiya katibi Sabir Hacıyev bununla razılaşmayaraq partiya rəhbərliyinə keçmişdir. Nəticədə Ayaz Mütəllibov istefa verərək Azərbaycan Sosial Demokrat Partiyasına üzv olmuşdur. Vətəndaş Birliyi Partiyası 2005-ci ilin parlament seçkilərində müxalif partiya kimi iştirak etmiş və seçki komissiyalarında müxalifəti təmsil etmişdir, lakin partiya 2008-ci ildə siyasi kursunu dəyişmiş və prezident İlham Əliyevi dəstəkləməyə başlamışdır. Partiya 22 may 2023-cü il tarixində özünü buraxmışdır.
VHP
Vətəndaş Həmrəyliyi Partiyası və ya qısaca VHP — Azərbaycanda 26 sentyabr 1992-ci ildə istiqlalçı millət vəkili , xalq hərəkatının liderlərindən olan Sabir Rüstəmxanlının başçılığı ilə qurulan, Ədliyyə Nazirliyi tərəfindən 3 noyabr 1992-ci il tarixində qeydiyyata alınan siyasi partiya. Azərbaycan Respublikasının Milli Məclisində 3 millət vəkili ilə Yeni Azərbaycan Partiyasından sonra millət vəkili sayına görə 2-ci partiyadır. Partiyanı Azərbaycan Milli Məclisi VI çağırışında 3 millət vəkili — Fəzail İbrahimli, Rafael Hüseynov və Sabir Rüstəmxanlı təmsil edir. Partiya həmçinin Milli Məclisin sədarətində — Fəzail İbrahimli Milli Məclisin sədr müavini olaraq təmsil olunur. Partiyanın 15 dekabr 2006-cı il tarixindən etibarən Mərkəzi Seçki Komissiyasındakı nümayəndəsi Almas Qəhrəmanlıdır. Partiyanın mətbu orqanı "Vətəndaş Həmrəyliyi" qəzeti, "Bakı Təbriz" jurnalı və "www.vhp.az" internet saytıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Vətəndaş Həmrəyliyi Partiyasının üzvlərinin 61%-i kişi, 39%-i isə qadın olmuşdur. 26 sentyabr 1992-ci il tarixində Gənc Tamaşaçılar Teatrında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) I Təsis Qurultayı keçirilmişdir. Qurultayda Sabir Rüstəmxanlı Vətəndaş Həmrəyliyi Partiyasının sədri seçilmişdir. Qurultayda, həmçinin, partiyanın Nizamnaməsi, Məramnaməsini qəbul edilmiş və partiyanın ilk rəhbərliyi seçilmişdir.
VIN
Nəqliyyat vasitəsinin identifikasiya nömrəsi - (ing. Vehicle identification number, qısaca VIN) — nəqliyyat vasitəsinin 17 simvoldan ibarət olan unikal kodudur. Kodda istehsalçı və nəqliyyat vasitəsinin xarakteristikaları haqqında informasiya və buraxılış ili göstərilmişdir. Kod strukturu ISO 3779-1983 və ISO 3780 standartlarına əsaslandırılmışdır. İdentifikasiya olunmuş nömrələr kuzovda və ya şassidə xüsusi olaraq nömrəli lövhəciklərdə göstərilmişdir. VIN-də latın əlifbasının simvollarından və ərəb rəqəmlərindən istifadə etməyə icazə verilmişdir : 0 1 2 3 4 5 6 7 8 9 A B C D E F G H J K L M N P R S T U V W X Y Z I, O, Q hərflərindən istifadə qadağandır, çünki onlar 1, 0 rəqəmlərinin şəkli formasına oxşardır. VIN 3 hissədən ibarətdir: WMI (World Manufacturers Identification) — ümumdünya istehsalçı indeksi VDS (Vehicle Description Section)— təsviri hissə VIS (Vehicle Identification Section) — fərqləndirici hissə ISO 3779:2009 FMVSS 115, Part 565 VIN entry in the National Transportation Library FAQ Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine Hal-hazırda skan edilmə və VIN tanınması imkanı mövcuddur. Bu proses xüsusi skanerlərin köməyi ilə, həm də iOS və Android platformalarına yüklənən xüsusi proqramların köməyi ilə, fotokameradan istifadə edərək mümkündür. Skan edilmə nəticəsində alınmış kod avtomobil haqqında ətraflı informasiyanın axtarışı üçün internet resurslarından istifadə edir.
Vim
Vim — Bram Mulenar tərəfindən yazılmış və 1991-ci ildə istifadəyə buraxılmış mətn redaktorudur. Vim *nix əməliyyatlar sistemində ki, vi redaktoru əsasında yazılmışdır. Vim pulsuz və açıq kodlu redaktordur. Ilk olaraq Amiga üçün yaradılsada, sonradan inkişaf etdirilmiş və cross platform olaraq bir çox əməliyyatlar sitemində çalışır. 2006-cı ildə linux jurnalı oxucuları arasında keçirilən səsvermədə ən çox istifadə olunan redaktor seçilmişdir. Vim həm komanda rejimində, həm də qrafik rejimdə işləyir. Qrafik rejimdə istifadə olunan vim — gvim adlanır.
VoIP
IP-telefoniya (tələffüz: ay-pi telefoniya) — səsli zənglər, internet kimi internet protokolu (IP) şəbəkələri üzərindən səsli rabitə seanslarının çatdırılması üçün üsul və texnologiyalar qrupu. IP-telefonlar Ethernet şəbəkəsinə bağlanır və sonra IP-ünvan alırlar. IP-telefoniyada telefon danışıqları verilənlərin ötürülməsi şəbəkələri üzərindən aparıldığından şəhərlərarası və beynəlxalq danışıqlar xeyli ucuz başa gəlir. IP-telefoniyanı tətbiq etmək üçün ilk cəhd 1983-cü ildə ABŞ-nin Massaçusets ştatının Kembric Universiteti tərəfindən göstərilmişdir. Həmin layihədə kompüterlərin tərkibinə analoq səs siqnalına çevirərək paket şəklinə salan xüsusi avadanlıqların daxil edilməsi nəzərdə tutulmuşdur. Bu layihə çərçivəsində Bolt Berankand Newman şirkətinin ABŞ-nin qərb və şərq hissələrində yerləşən ofisləri arasında İnternet şəbəkəsindən istifadə etməklə səs siqnal veriliməsinin təşkil olunmasına baxmayaraq, rabitə zamanı paketlərin itkisi və gecikməsi nəticəsində fasilələr yaranaraq səsin keyfiyyətini həddindən artıq aşağı salmışdır. Mütərəqqi texnologiya olan İP telefonun kəşfi İsrailin Vokatel şirkətinə məxsusdur. 1995-ci ildə Vokatel şirkəti siqnalların rəqəm formasına çevrilməsində mövcud elmi nailiyyətlərin tətbiqi ilə kodek, kompüter və İP protokolundan istifadə edərək İnternet şəbəkəsi ilə danışıq siqnallarının verilməsinə nail olmuşdur. 1995-ci ildən başlayaraq İP telefon üçün səsin sıxılması prosesində iki – GSM və TrueSpeech (DSP Group İnc. Şirkəti), daha sonra isə SİP (Session İnitiation Protocol) protokolu təkmilləşdirilmişdir.
Vıy
Vıy — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Biləsər kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Vıy kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
ZIP
ZIP (ing. ZIP file; rus. архивный файл) — arxiv faylı (ZIP arxivatoru vasitəsilə sıxılmış fayl). zip — zip diski (tutumu 100 Mbaytdan 250 Mbaytadək olan disk). zip — sıxmaq – (slenq) informasiyanı ZIP arxivatoru vasitəsilə sıxmaq. İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Emi Yip
Emi İp (çincə: Amy Yip, 10 iyul 1966) — Çin aktrisası. 1980–1990-cı illərdə Honq Konq filmlərinin seks simvolu sayılırdı. Bir sıra erotik filmlərdə çəkilmiş və sinəsi ilə tamaşaçıların diqqətini cəlb etmişdir. İlk illərdə seriallarda, daha sonra filmlərdə çəkilmişdir. 2006-cı ildə Emi İp "East Weekly" verilişinə müsahibəsində söyləmişdir ki, 15 ildir Lim Kiam Hvi (Lim Kiam Hwee) ilə görüşməsinə baxmayaraq heç vaxt evlənməyi düşünməmiş və övladının olmasını istəməmişdir. Emi İp müsahibəsində sinəsi sayəsində tamaşaçıların diqqətini cəlb etmək niyyətdə olmadığını söyləmişdir."Həbsxana erotikası", Seks və Zen və sıra Erotik filmlərə çəkilmişdir.
Gran Via
Gran Via — İspaniyanın Madrid şəhərində yerləşən bir küçə. == Tarixi == 19-cu əsrin ortalarında Madrid şəhər planlaşdırıcıları, Calle de Alcalanı Plaza de España ilə birləşdirən Haussmann'ın Paris təmirinə bənzər bir yeni bir yol çəkilməsinin lazım olduğunu təyin etdi. Layihə, "xəritədə bir balta zərbəsi" adını qazanaraq şəhərin mərkəzindəki bir çox binanın sökülməsinə çağırdı. İlk planlar ortaya çıxdıqdan onilliklər sonra, təməlqoyma və tikinti medianın bu layihəni lağ etməsinə səbəb oldu və bunu "Qran Vía" ya da "Böyük Yol" və ya "Böyük Yol" adlandırdı. Nəhayət 1904-cü ildə təsdiqləndi və 1910-cu ildə inşasına başlanıldı. Küçənin son hissəsi 1929-cu ildə tamamlandı. 2018-ci ilin Mart ayının sonunda Madrid şəhər bələdiyyəsi genişləndirmək planında hər istiqamətdə bir zolaq piyada yürüşünə başladı. səkilər və küçədəki bəzi meydançaları təmir edin. Bu, daha sonra 2018-ci ildə Yaşayış prioritet bölgəsi olan Madrid Mərkəzinin istifadəyə verilməsi ilə əlaqəli idi. Adlar Madridin Gran Vía'nın həm rəsmi, həm də rəsmi olmayan bir çox tarixi adı var.
HIP 14810
HIP 14810, Qoç bürcünün şimal bürcündə üç ekzoplanetar yoldaşı olan ulduzdur. O, Delta Arietisdən təxminən 1,3° şimalda yerləşir,, lakin 8,6 görünən vizual böyüklüklə çılpaq gözlə görünmək üçün çox zəifdir. Sistem paralaks ölçmələrinə əsasən Günəşdən 165 işıq ili məsafədə yerləşir, lakin −5 km/s radial sürətlə yaxınlaşır. Bu, G6V ulduz təsnifatına malik adi G tipli əsas ardıcıl ulduzdur. O, nisbətən aşağı fəaliyyət səviyyəsinə və 0,5 km/s aşağı proqnozlaşdırılan fırlanma sürətinə malikdir ki, bu da onun təxminən səkkiz milyard il yaşı olan köhnə ulduz olduğunu göstərir. Ulduzun kütləsi və parlaqlığı Günəşlə eyni olan yüksək metallığa malikdir. == Planet sistemi == Ulduzun orbitində üç təsdiqlənmiş planet var. HIP 14810 b və HIP 14810 c üçün kəşf sənədi 2007-ci ildə, HIP 14810 d üçün isə 2009-cu ildə c planeti üçün orbital parametrlərin təftişi ilə birlikdə nəşr edilmişdir. Simulyasiyalar göstərir ki, bu planetlərin orbitləri yaşayış zonasında hipotetik super-yer üçün sabit orbitə imkan vermir.
HIP 57274
HIP 57274 üç planetdən ibarət sistemə malik Böyük Ursanın şimal dairəvi qütb bürcündəki ulduzdur. O, çılpaq gözlə görünməzdir, görünən vizual böyüklüyü 8,96-dır. Bu sistemə olan məsafə ulduz paralaksına əsaslanaraq 84,4 işıq ilidir və o, +30 km/s radial sürətlə daha da uzaqlaşır. Ulduz 0,382 qövs saniyə/il sürətlə göy sferasını keçərək nisbətən yüksək düzgün hərəkət sürətinə malikdir. Bu, K5V ulduz təsnifatına malik adi K tipli əsas ardıcıl ulduzdur. Təxminən səkkiz milyard il yaşı olan Günəşdən daha yaşlı görünür və 1 km/s-dən az proqnozlaşdırılan fırlanma sürəti ilə yavaş-yavaş fırlanır. Ulduz Günəşin kütləsinin 73%-ni və Günəşin radiusunun 68%-ni təşkil edir. Heliumdan daha ağır olan elementlərin bolluğu Günəşdəkindən təxminən eyni və ya bir qədər yüksəkdir. Ulduz 4640 K effektiv temperaturda fotosferdən Günəşin parlaqlığının cəmi 19%-ni yayır. == Planet sistemi == HIP 57274 orbitində fırlanan üç ekzoplanet 2011-ci ildə radial sürət metodu ilə kəşf edilib və onların hamısının kütləsi Yerdən əhəmiyyətli dərəcədə böyükdür.
Hip-hop
Hip hop və ya hip-hop — Bronks, Nyu-Yorkda Afroamerikalılar, Latın Amerikalıları və Karib Amerikalıları tərəfindən yaradılmış mədəniyyət və sənət hərəkatıdır. Adın mənşəyi tez-tez mübahisələrə səbəb olur. Hip-hopun Cənubi və ya Qərbi Bronksda başlaması da mübahisəlidir. Bronx hip-hop səhnəsi 1970-ci illərin ortalarında bir banda, klub və musiqi qrupu kimi təsvir edilən afro-amerikan bir qrup olan Black Spades tərəfindən atılan məhəllə məclislərindən yaranmışdır. Qardaş-bacı dueti DJ Kool Herc və Cindy Campbell əlavə olaraq Bronksda DJ partilərinə ev sahibliyi etdilər və janrın yüksəlişinə səbəb olunduğları hesab olunurlar. == Mədəniyyəti == === DJ === DJinq və turntablizm iki və ya daha çox fonoqraf dönər masasından və ya lentlər, CD-lər və ya rəqəmsal audio faylları və PA sisteminə qoşulmuş DJ mikser kimi digər səs mənbələrindən istifadə edərək səsləri idarə etmək və musiqi və ritmlər yaratmaq üsullarıdır. === MC === Rep "güclü ritmik müşayiət ilə danışılan və ya oxunan qafiyəli sözlərə" aiddir. Rep adətən mürəkkəb söz oyunu, sürətli çatdırılma və bəziləri hip hop subkulturasına xas olan bir sıra "küçə jarqonları" ilə xarakterizə olunur. O, “məzmun”, “axın” (ritm və qafiyə) və “çatdırılma” kimi müxtəlif komponentlərə bölünə bilər. === Qraffiti === Qraffiti hip hop elementlərinin ən mübahisəli elementidir, çünki bir sıra ən görkəmli qraffiti qabaqcılları Lady Pink, Seen, Blade, Fargo, Cholly Rock, Fuzz One, və Coco 144.
Hip hop
Hip hop və ya hip-hop — Bronks, Nyu-Yorkda Afroamerikalılar, Latın Amerikalıları və Karib Amerikalıları tərəfindən yaradılmış mədəniyyət və sənət hərəkatıdır. Adın mənşəyi tez-tez mübahisələrə səbəb olur. Hip-hopun Cənubi və ya Qərbi Bronksda başlaması da mübahisəlidir. Bronx hip-hop səhnəsi 1970-ci illərin ortalarında bir banda, klub və musiqi qrupu kimi təsvir edilən afro-amerikan bir qrup olan Black Spades tərəfindən atılan məhəllə məclislərindən yaranmışdır. Qardaş-bacı dueti DJ Kool Herc və Cindy Campbell əlavə olaraq Bronksda DJ partilərinə ev sahibliyi etdilər və janrın yüksəlişinə səbəb olunduğları hesab olunurlar. == Mədəniyyəti == === DJ === DJinq və turntablizm iki və ya daha çox fonoqraf dönər masasından və ya lentlər, CD-lər və ya rəqəmsal audio faylları və PA sisteminə qoşulmuş DJ mikser kimi digər səs mənbələrindən istifadə edərək səsləri idarə etmək və musiqi və ritmlər yaratmaq üsullarıdır. === MC === Rep "güclü ritmik müşayiət ilə danışılan və ya oxunan qafiyəli sözlərə" aiddir. Rep adətən mürəkkəb söz oyunu, sürətli çatdırılma və bəziləri hip hop subkulturasına xas olan bir sıra "küçə jarqonları" ilə xarakterizə olunur. O, “məzmun”, “axın” (ritm və qafiyə) və “çatdırılma” kimi müxtəlif komponentlərə bölünə bilər. === Qraffiti === Qraffiti hip hop elementlərinin ən mübahisəli elementidir, çünki bir sıra ən görkəmli qraffiti qabaqcılları Lady Pink, Seen, Blade, Fargo, Cholly Rock, Fuzz One, və Coco 144.
Mip Qiz
Mip Qiz (15 fevral 1909, Vyana – 11 yanvar 2010[…]) – Avstriya mənşəli holland yazıçı. 1909-cu ildə Vyanada doğulmuş Hermine Miep Santruschitz 11 yaşında olarkən Hollandiyaya köç edir. Dünyanı səyahət edir və antisemitizm mövzusunda konfranslarda çıxış edirdi. 1933-cü ildə Otto Frankın "Opekta" adlı şirkətində işləməyə başladı. 1941-ci ildə nasist quruluşlarına qoşulmağı rədd edərkən, hollandiyalı dostu Jan Qiz ilə evlənərək Avstriyaya göndərilməkdən xilas oldu. Almanlar Hollandiya yəhudilərini tutub, düşərgələrə göndərməyə başlayanda, Otto Frank Miepdən ailəni gizlətməsini və savaşın sonuna qədər ehtiyaclarını qarşılamağını istədi. Mip Qiz heç tərəddüt etmədi. Qiz ailəsi və köməkçisi olan 4 nəfər Frank ailəsini almanlardan qorumaq üçün çalışdı. Mip Qiz öz həyatını təhlükəyə atan digər 4 nəfər ilə birlikdə 2 il müddətində Frank ailəsinə kömək etdi. Almanlar ailəni ilk dəfə polis bölməsinə aparanda,Mip Qiz yenə bir cəsarət örnəyi göstərərək, ailəni sərbəst buraxmaq üçün polis bölməsinə gedərək rüşvət verməyə cəhd etdi.
Pip Malone
Pip dolma
Pip dolması — Azərbaycan milli xörəyi. Pip yarpaq-vələs ağacının yarpağı olub müalicəvi, yumşaq və çox nazik qalınlığa malikdir. Pip yarpağı bahar fəslində ildə cəmi bir dəfə 2–4 gün ərzində yalnız nazik yarpaqları yığılır. Pip yarpağının üstünlüyü milli yeməyimiz olan dolmanı daha da dadlı və təkrarolunmaz etməsidir. Hazırlanmasında lazım olan ərzaqlar: Quzu əti – 108 q. Düyü – 30 q. Baş soğan – 20 q. Göyərti (keşniş, şüyüd və nanə) – 15 q. Pip-(vələs) yarpağı – 40 q. Qatıq – 20 q.