Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Grus grus
Boz durna (lat. Grus grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. == Təsviri == Ümumi rəngi bozdur. Boğazı, boynunun aşağı hissəsi və başının yuxarı hissəsi qaradır. Uçuş vaxtı boynunu və ayaqlarını düz uzadır. Peysəri çılpaqdır, qırmızı rəngdədir. Ayaqları qaradır. Uçuş vaxtı durna dəstəsi adətən üçbucaq əmələ gətirir == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda köçəri və köçəri- qışlayan növdür. 1970-ci illərədək Ağgöl, Mehman, Şilyan və Qarasu göllərində qışlamışdır.
Gros-Dratov
Gros-Dratof (alm. Groß Dratow‎) — Almaniyada kommunadı, Meklenburq-Ön Pomeraniya əyalətində yerləşir. Muric rayonuna qatılır. Zeenlandşaft Varen tərəfindən idarə edilir. Əhali 387 insan (31 dekabr 2006 il). Sahə 25,77 km². Rəsmi kod — 13 0 56 015.
Eros
Eros (yun. Ἔρως) — qədim Yunan mifologiyasına görə eşq, məhəbbət və şəhvət tanrısı. Afroditanın və Aresin qızıl qanadlı oğludur. O öz oxu ilə nəinki insanların hətta tanrıların da ürəyini "yaralayarmış". O, insanlara ən gözəl duyğuları yaşatdırarmış. Ən qəddar insanları belə yumuşaltmağa qadir Erot onların həyatını bəzəyər və canlandırarmış. Erotika sözünün də Erotun adından götürüldüyü bildirilir. Erotun Psixeya adlı sevgilisi olmuşdur. == Mənşəyi == Hesiod teoqoniyasına görə Xaos, Geya və Tartardan sonra doğulmuş ilk tanrılardan biridir. == Eşq və nifrət tanrısı == Rəvayətə görə bir dəfə Apollondan qəzəbinin əvəzini çıxmaq üçün Erot hiyləyə əl ataraq eşq oxu ilə onun ürəyini yaralayaraq çay tanrısı Peneyanın qızı nimfa Dəfnəyə qarşı onda eşq oyadır.
Grus
Durna (lat. Grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinə aid heyvan cinsi.
Qors
Hors — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayondakı 9 km şimal-şərqdə, Hors dərəsindən axan çayın yanında yerləşir. Kəndin adı tarixi mənbələrdə ilk dəfə X əsrdə xatırlanır. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Xors kimi qeyd edilmişdir. Bu qədim azərbaycanlı Kəndində XII–XIV əsrlərə aid çoxlu tarixi abidələr, Alban kilsəsinin qalıqları, oğuz qəbiristanlığı, qədim Oral Malux və Quşxana kəndlərinin binalarının qalıqları (XIII–XIV əsrlər) vardır. Toponim xors türk etnonimi əsasında əmələ gəlmişdir. Azərbaycan dilində q~x~h səs əvəzlənməsi qanunauyğun haldır. Onu da qeyd edək ki, xors (hors) etnonimi qors, xoros, xurs formalarında da qeyd edilir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Qras
Qras (fr. Grasse) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti.
Qroq
Qroq (ing. grog)-isti alkoqollu içkidir. Romu xatırladan bu içkidə su və şəkər tozu qarışığı da var. Bəzən isti çay kimi də istifadə edilir. İçkinin adı Britaniyanın vitse-admiralı Edvard Vernona (Edward Vernon; 1684—1757)- «Олд Грог» (Old Grog) adından gəlir. O zamanlarda Britaniya Krallığının gəmi heyətinə hər gün 80% -lı rom verilirdi (təqribən 280 millilitr) buda onların öz davranışlarını aparmasında və içkili matroslar arasında davalara səbəb olurdu. Admiral Vernon matroslar arası alkoqulluğu azaltmaq üçün romu yalnız su qatılaraq verilməsini əmr etdi ki, bundan belə rom su və ya limon soku ilə qarışılaraq verilməyə başladı.Bu matrosların ağız dadına uyğun olmadı. Belə ki, bu qarışıqda romun faizi azalmışdı. Onu rom 3 suda və ya qroq adlandırmağa başladılar. Bu içkinin müasir çeşidlərinə müxtəlif qarışıqlar da əlavə edirlər.
Qros Morn dağı
Qros Morn dağı (fr. Gros Morne) — Reyunyon adasında yerləşən dağ. Zirvə dəniz səviyyəsindən 3019 metr yüksəklikdə yerləşir. Adanın ikinci ən böyük zirvəsidir. Qros Morndan şimalda Silao şəhəri yerləşir. Piton-de-Nej massivinin tərkibinə daxildir. Vulkanin massiv olsa da aktiv deyildir. Ətəkləri sıldırımlıdır. Əsasən bazalt təbəqədən təşkil olunmuşdur Dağa çıxmaq elədə çətin bir iş olmasada zirvənin ilk fəthi 1939-cu ildə gerçəkləşmişdir.
Qoş
Qoş (Karbi) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Qoş (Qaraqoyunlu) — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Dilican şəhərinin tabeliyində kənd.
Eros Maddi
Eros Maddi (5 fevral 2001-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda hücumçu kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Maddi Sparta Rotterdam akademiyası vasitəsilə inkişaf etmişdir. 2014-cü ildə Maddi Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə müqavilə imzalamışdır. Oyunçunu bir müddət Tottenhem Hotspur klubu transfer etmək istəmişdir. Maddi öz peşəkar karyerasında debütünü 20 noyabr 2018-ci ildə Utrext II klubuna qarşı oyunda etmişdir. O, 60-cı dəqiqədə Sebastian Paskuali əvəz etmişdir. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 3-4 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Maddi Vurden şəhərində anadan olmuşdur. Valideynləri isə Surinam vətəndaşlarıdır. == Karyera statistikası == 29 dekabr 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir.
Eros Ramazotti
Eros Lusiano Valter Ramazotti (28 oktyabr 1963, Roma) — İtalyan müğənni və bəstəkar. İfaçının duet oxuduğu ulduzlar arasında Adriano Çelentano, Andrea Boçelli, Co Koker, Tina Törner, Karlos Santana, Luçano Pavarotti kimi nəhənglər olub. Mahnılarını italyancadan başqa ən çox ispanca oxuduğuna görə ispan ölkələrində daha çox məşhurdur. 1984-cü ildən bəri Ramazzatti 11 studiya albomu, 1 mini albom, 3 kompazisiya albomu, 3 canlı ifa albomu və 37 mahnı yayımlayıb. 30 illik karyerasında 60 milyondan çox mahnı və səsyazması satılıb. Ramazzotti, ilk dəfə 1993-cü ildə, Tutte storie albomu ilə beş milyon albom satışını toplamış və əvvəllər albomlarını çıxardığı hər ölkədə ilk beşliyi tutmaqla beynəlxalq müvəffəqiyyət qazanmışdır. Bu müvəffəqiyyət 1994-cü ildə Ramazzottinin, əsası 1987-ci ildə qoyulan Alman səsyazma qrupu olan BMG ilə müqvilə bağlamasına yol açmışdır. == Həyatı == === Uşaqlığı və gənclik illəri === Eros Ramazzotti 1963-cü ilin 28 oktyabrında Romada, inşaatçı Rodolfo Ramazzotti və evdar Rafaella Molinanın ailəsində anadan olub. Romaya atası Rodolfo Ramazotti Latsiodakı Vitebro əyalətindən, anası isə Kalabriyadakı Valentia əyalətindən gəliblər. Ailə oğullarına Qədim Yunan mifologiyasına görə eşq, məhəbbət və şəhvət tanrısı olan Erosun adını verir.
Eros Ramazzotti
Eros Lusiano Valter Ramazotti (28 oktyabr 1963, Roma) — İtalyan müğənni və bəstəkar. İfaçının duet oxuduğu ulduzlar arasında Adriano Çelentano, Andrea Boçelli, Co Koker, Tina Törner, Karlos Santana, Luçano Pavarotti kimi nəhənglər olub. Mahnılarını italyancadan başqa ən çox ispanca oxuduğuna görə ispan ölkələrində daha çox məşhurdur. 1984-cü ildən bəri Ramazzatti 11 studiya albomu, 1 mini albom, 3 kompazisiya albomu, 3 canlı ifa albomu və 37 mahnı yayımlayıb. 30 illik karyerasında 60 milyondan çox mahnı və səsyazması satılıb. Ramazzotti, ilk dəfə 1993-cü ildə, Tutte storie albomu ilə beş milyon albom satışını toplamış və əvvəllər albomlarını çıxardığı hər ölkədə ilk beşliyi tutmaqla beynəlxalq müvəffəqiyyət qazanmışdır. Bu müvəffəqiyyət 1994-cü ildə Ramazzottinin, əsası 1987-ci ildə qoyulan Alman səsyazma qrupu olan BMG ilə müqvilə bağlamasına yol açmışdır. == Həyatı == === Uşaqlığı və gənclik illəri === Eros Ramazzotti 1963-cü ilin 28 oktyabrında Romada, inşaatçı Rodolfo Ramazzotti və evdar Rafaella Molinanın ailəsində anadan olub. Romaya atası Rodolfo Ramazotti Latsiodakı Vitebro əyalətindən, anası isə Kalabriyadakı Valentia əyalətindən gəliblər. Ailə oğullarına Qədim Yunan mifologiyasına görə eşq, məhəbbət və şəhvət tanrısı olan Erosun adını verir.
Grus japonensis
Yapon durnası (lat. Grus japonensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. Uzaq Şərq və Yaponiya ərazisində yayılmış nadir növ. Onların ümumi sayı 1700–2000 baş olaraq qiymətləndirilir. Tamamən yoxa çıxması təhlükəsi qarşısında olmuşdur. Bu səbəbdən Beynəlxalq və yerli qanunlarla qorunur. XX əsrin üçüncu yarısında yapon durnası artıq Hokkoyda adasında geniş əraziyə yayıldıqdan sonra artıq qonşu Saxalin, Kunaşir, Habomai adalarında da görünməyə başlayır. == Təsviri == Ən böyük durna növlərindən biridir. Boyu 158 sm, çəkisi 7,5 kq-dır. Xariçi görünüş baxımından digər durna növlərindən fərqlənir.
Grus leucogeranus
Ağ durna (lat. Leucogeranus leucogeranus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin leucogeranus cinsinə aid heyvan növü. == Kateqoriyası == Azərbaycanda heç bir mənfi təsirə məruz qalmadan həmişə kritik vəziyyətdə olub. == Qısa təsviri == Boyu 140 sm, qanadlarının açılmış vəziyyətdə uzunluğu 2,1-2,3 m, kütləsi 5-8,6 kq-dır. Ümumi rəngi ağ, qanadlarının ucu qara, ayaqları çəhrayı rəngdədir. Erkək fərd dişidən azca iri və dimdiyi nisbətən uzundur. == Yayılması == Miqrasiya zamanı və bəzən qışda Xəzər sahili boyu, iri daxili su-bataqlıq sahələrinin dayaz sularında müşahidə olunur. Hər il eyni yuvalama və qışlama yerlərinə qayıdırlar. Oktyabr ayında Azərbaycandan keçir. Şirvan MP-də müntəzəm qeydə alınır.
Grus nigricollis
Qaraboyun durna (lat. Grus nigricollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. Çin və Hindistanın Tibet yaylası ərazisində yayılmışdır. Alp qurşağında müşahidə edilən yegahə durna növüdür. Bu nadir quş Beynəlxalq Qırmızı kitaba daxil edilmişdir. Onların ümümi sayı 5000–6000 arasında dəyişir. Bu quşlar ilk dəfə 1872-ci ildə Nikolay Prjevalski tərəfindən təsvir edilmişdir. O, onları Kukunor göü ətrafında müşahidə etmişdir. Təbiətdə bu növ durnalar 20–30 il yaşaya bilirlər. == Təsviri == Nəhəng quş 115 sm hündürlüyə və 5,35 kq çəkiyə sahibdirlər.
Grus turfa
Boz durna (lat. Grus grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. == Təsviri == Ümumi rəngi bozdur. Boğazı, boynunun aşağı hissəsi və başının yuxarı hissəsi qaradır. Uçuş vaxtı boynunu və ayaqlarını düz uzadır. Peysəri çılpaqdır, qırmızı rəngdədir. Ayaqları qaradır. Uçuş vaxtı durna dəstəsi adətən üçbucaq əmələ gətirir == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda köçəri və köçəri- qışlayan növdür. 1970-ci illərədək Ağgöl, Mehman, Şilyan və Qarasu göllərində qışlamışdır.
Grus vipio
Antigone vipio (lat. Antigone vipio) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin antigone cinsinə aid heyvan növü. Bu növ durnalar Şərqi Asiya ərazisində yayılmışdır. Nadir növ sayılır. Ornitoloqların hesablamalarına görə onların sayı 4900–5300 başdır. Beynəlxalq və yerli qanunlarla qorunur. == Təsviri == Quşun uzunluğu 190 sm, çəkisi 5,6 kq. Ayağında çəhrayı nöqtələr və boynunda az zolaqlar olan yeganə durna növüdür. Göz ətrafında qırmızı həlqə vardır. Erkək və dişi fərdlər arasında kəskin fərqlər olmasada erkəklər nisbətən iri olur.
Kros qaçışı
Kros qaçışı — Dərə-təpəli yerdə maneələri aşmaqla idman qaçışı. komandaların və fərdlərin torpaq və ya ot kimi təbii ərazi üzərində açıq hava şəraitində yarış keçirdikləri idman növüdür. Adətən 4-12 kilometr (2,5-7,5 mil) uzunluğunda olan yol ot və torpaq səthlərini əhatə edə bilər, meşəliklərdən keçə bilər və təpələri, düz yerləri və bəzən çınqıllı yolu əhatə edə bilər. == Haqqında == Kros qaçışına ingilis dilində hərfi mənada "qaçış marşrutu" mənasını verən "cığır qaçışı" da deyilir. Təbii ərazi insan bədəni üçün asfaltdan və ya idman yolundan daha təbii hesab olunur. Lakin bu, belə bir yükün onun üçün daha asan olacağı anlamına gəlmir. Qaçış idmançıdan konsentrasiyanı və diqqəti maksimum dərəcədə artırmasını tələb edir. Daim dəyişən yol bədənin yükə alışmasına imkan vermir, buna görə əzələlər daim yaxşı vəziyyətdə qalır. Bu idman idmançıdan inkişaf etmiş bir tarazlıq hissi, bədənini, hər əzələ və oynağı hiss etmək qabiliyyətinə sahib olmağı tələb edir. Həm dözümlülük, həm də yolda qərar vermək qabiliyyəti lazımlı olacaq.
Matu-Qrosu
Matu-Qrosu (port. Mato Grosso) — Braziliyanın mərkəzi hissəsində yerləşən ştat. İnzibati mərkəzi Kuyaba şəhəridir. Matu-Qrosu Braziliya ərazisində sahəsinə görə üçüncü ştatdır. Ancaq əhalisi ərazisinə görə olduqca azdır. Şimaldan Para və Amazonas, şərqdə Tokantins və Qoyas, cənubdan isə Matu-Qrosu-du-Sul, üstəlik Rondoniya ştatları və Boliviya ilə sərhədlənir. == Coğrafiya == Ərazisi əsasən savannadan ibarətdir. Ştatın şimalında Amazon meşələri geniş sahə tutur. Cənubu isə bataqlaşmış Pantanal düzənliyindən və Matu-Qrosu platosundan ibarətdir. Kontinental iqlimə malikdir.
Nis Qrot
Nis Qrot (d. 4 may 1988) — Niderlandı təmsil edən həndbolçu. Nis Qrot Niderland yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 36:26 hesabı ilə məğlub olan Niderland yığması, Rio-de-Janeyro Olimpiadasını 4-cü yerdə başa vurdu.
Qras (rayon)
Qras (fr. Grasse) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından biri. Departamenti — Luar və Şer. Prefektura — Qras. Rayon əhalisi 2006-cı ildə 551 930 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 448 nəf / km². Rayon ərazisi — 1231 km². Rayonun ərazisində 2,5 il OCA-DLR asteroid axtarışı proyekti gercəkləşdirilmişdir.
Qris Pliyev
Qris Pliyev (oset. Плиты Грис; 30 oktyabr 1913 – 4 mart 1999, Vladiqafqaz) — Sovet, osetiyalı şair və nasir, tərcüməçi və teatr aktyoru, qvardiya mayoru. 1941-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. Kosta Xetaqurov adına Dövlət Mükafatı laureatı (1996). 30 oktyabr 1913-cü ildə Cənubi Osetiyanın Ruk kəndində anadan olmuşdur. 1935-ci ildə Rusiya Teatr Sənəti İnstitutunun aktyorluq fakültəsini bitirib. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsinin iştirakçısı olur. 1947-ci ildə qvardiya mayoru rütbəsi ilə cəbhədən qayıdır. Hərbi mükafatları vardır. 1930-cu ildən əsrlərini nəşr etdirir.
Qrod adası
Qrod adası (bolq. остров Грод, ‘Ostrov Grod’ \'os-trov 'grod\) — Cənubi Şetland adalarının Robert adasının şimal-qərbində yerləşən, Onoqur adaları arxipelaqının ən cənubda yerləşən adasıdır. Ada qayalardan təşkil olunmuşdur. Adanın uzunluğu 610 m, eni 200 metrdir. Robert adasından 130 m məsafədə yerləşmişdir. Ada Bolqarıstan hökmdarı Qrodun (6-cı əsr) adını daşıyır. Ada Şipot burnundan 940 m cənub-qərbdə, Misnomer burnundan 810 m şimalda yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə daxil edilmişdir. Livingston Island to King George Island. Arxivləşdirilib 2014-02-04 at the Wayback Machine Scale 1:200000.
Qron çayı
Qron çayı (slovak. Hron) —Slovakiyanın ən uzun ikinci çayı olub, Dunay çayının sol qoludur. Ümumi səthinin sahəsi Slovakiyanın ərazisinin 11%-ni təşkil edir. Çayın uzunluğu-298 km, hövzəsinin sahəsi isə-5454,56 km²-dir. İlk əvvəllər çay Hron adı altında "Özünə" adlı topluda 170-ci ildə söylınilir. 1075-ci ilin orta əsrlər yazılarında isə çayın adı Gron kimi qeyd edilir. XVII əsrdən 1930-cu ilə qədər daşıma üçün bu çaydan istifadə olunurdu.
Qross-Valsertal
Qross-Valsertal vadisi (alm. Großes Walsertal, Großwalsertal‎) — Avstriyanın Forarlberq federal torpaqlarında yerləşən vadi. Vadinin adı Großes Walsertal (az. Böyük Valser vadisi) İsveçrənin Vale kantanu, Rona vadisindən gələn mühacirlərin adı ilə bağlıdır. Vadi artıq XIV əsrdən bu cür adlanır (alm.Walser). Valserlər Forarlberzne dairəsinə daxil olan torpaqların dörddə birində məskunlaşmışlar: onlar təkcə Qross-Valsertal vadisində deyil həm də Laterinsertal — Reyn vadisinin şərqi, Damyols, Brandnertal, Zilbertal vadisi və Klyan-Valsertal vadisində (az. kiçik Valser vadisi) də yayılmışlar. Qross-Valsertal vadisi Şimali Əhəngdaşı Alpına daxildir. Qross-Valsertal vadisinin ən hündür dağları: Rote-Vand, Vraçenkopf, Misthaufen, Siterplapfen və Qamsfrayfayt. Vadi V-şəkillidir.
2009 год
== Hadisələr == Azərbaycan Respublikasında "Uşaq ili". 1 aprel - Xorvatiya və Albaniyanın NATO-ya qəbul edilməsi. 21 iyun — Danimarkanın keçmiş müstəmləkəsi Qrenlandiyanın öz müstəqilliyini elan etməsi. A-Team adlı rep-qrupu yaradılmışdır. 18 fevral - "Bakı İslam mədəniyyətinin paytaxtı – 2009" tədbirlərinin təntənəli açılışı . 18 mart - Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında əlavə və dəyişikliklər edilməsinə dair referendum keçirilməsi. 18-24 mart - Bakıda "Muğam aləmi" Beynəlxalq musiqi festivalının keçirilməsi. 30 aprel — Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi 4 may - Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamın imzalanması. 9 sentyabr — Azərbaycan və Tuvalu dövlətləri arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanması. 6 dekabr — Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşünün keçirilməsi.
2011 год
== Hadisələr == Azərbaycan Respublikasında "Turizm ili". 1 yanvar Estoniya avro pul vahidinə keçir, Avro Bölgəsinin 17-ci üzvü olur. Macarıstan Avropa Birliyi Şurasının sədri oldu. 3 yanvar Arnold Şvartsenegger Kaliforniya ştatın qubernator yerini buraxıb. 4 aprel — Cartoon Network (Türkiyə) Loqosunu dəyişmişdir. 11 fevral – Misirdə uzun sürən etirazlardan sonra ölkə prezidenti Hüsnü Mübarək istefa verir. 11 mart – Yaponiyada 8.9 bal gücündə dağıdıcı zəlzələ baş verir. Zəlzələ nəticəsində sunami fəlakəti yaşanır, Fukusima atom stansiyasında qəza baş verir. 15 sentyabr — Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi olmuşdur 24 oktyabr — Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. 31 oktyabr — Dünya əhalisinin sayı 7 milyard olmuşdur.