Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dadaş
Dadaş və ya Qardaş, bir ata-anadan, yaxud yalnız bir atadan və ya bir anadan olan oğulların bir-birinə, yaxud bacısına nisbətən hər biri. Bir və ya daha çox valideynləri digərləri ilə bölüşən kişi və ya oğlan.
Dadaş Dadaşov
Ağadadaş Hacıbala oğlu Dadaşov (30 avqust 1935, Bakı) — bəstəkar, tarzən, Azərbaycan Respublikasının xalq artisti (2008). == Həyatı == 1950–1954-cü illərdə Asəf Zeynallı adına Orta ixtisas musiqi məktəbində tar ifaçısı kimi püxtələşərək, tanınmış pedaqoq, bir sıra mahnı və pyeslərin müəllifi Adil Gərayın tar məktəbini keçir. Dadaş Dadaşov məktəbdə oxuduğu illərdə ən istedadlı tar ifaçıları sırasında olmuş, 1963-cü ilədək Azərbaycan Televiziya və Radio Komitəsi nəzdindəki Xalq Çalğı Alətləri Orkestrində fəaliyyət göstərmişdir. 1958–1963-cü illərdə Cövdət Hacıyevin bəstəkarlıq sinfində təhsilini davam etdirir. Bəstəkar 2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, 2008-ci ildə Respublikanın Xalq Artisti adına layiq görülmüşdür. == Əsərləri == Vokal əsərləri Ə. Cavadın sözlərinə iki romans (1996) Rəsul Rzanın sözlərinə "Rənglər" vokal silsiləsi (1985) A. İldırım, B. Vahabzadə, Y. Həsənbəy və b. şairlərin sözlərinə mahnılar (1990–2001). İnstrumental əsərləri Cövdət Hacıyevə ithaf olunmuş fortepiano üçün 12 prelüd (1977–1978) Qanun və piano üçün poema (1996) Simli trio (1986) Simli kvartet üçün poema (1990) Tar və piano, kamança və piano, qanun və piano üçün pyeslər (1990–2001). Orkestr üçün Xalq çalğı alətləri orkestri üçün 5 saylı süita (1993) Böyük Vətən Müharibəsində həlak olmuş azərbaycanlılara ithaf 1 saylı Simfoniya Simli orkestr üçün 2 saylı simfoniya (1995) Nəfəsli orkestr üçün "Zəfər marşı" (1996) Nəfəsli orkestr üçün "Təyyarəçilər marşı" (1998) Qanun və simfonik orkestr üçün Konsert (2009)[1] Arxivləşdirilib 2016-02-15 at the Wayback Machine == Ədəbiyyat == Azəri, L. Bəstəkar ömrünün naxışları: [Xalq artistinin yubileyinə həsr olunmuş musiqi festivalı haqqında] //Mədəniyyət.- 2015.- 9 dekabr.- S.11. Azəri, L. Vətənə sevgidən yaranan musiqi əsərləri: Xalq artisti Dadaş Dadaşovun 80 illiyinə həsr olunmuş musiqi festivalı //Mədəniyyət.- 2015.- 4 dekabr.- S.4.
Dadaş Asanov
Dadaş Mirzə oğlu Asanov (15 yanvar 1930, Culfa, Naxçıvan MSSR) — Azərbaycan inşaatçı-mühəndisi və dövlət xadimi, Azərbaycan Dövlət Tikinti və Arxitektura Komitəsinin sədri (1989–1993), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1982–1989), Azərbaycan SSR kənd tikintisi naziri (1978–1982), Azərbaycan SSR avtomobil yollarının tikintisi və istismarı naziri (1973–1978), Azərbaycan SSR əməkdar mühəndisi. == Həyatı == Dadaş Mirzə oğlu Asanov 1930-cu il yanvarın 15-də Naxçıvan MSSR Culfa şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1948-ci ildə Bakıdakı 171 saylı orta bitirdikdən sonra Moskva Polad İnstitutuna daxil olmuş və öz istəyi ilə 1952-ci ildə Moskva Yeyinti Sənayesinin Texnologiya İnstitutuna köçürülmüşdür. 1955-ci ildə həmin institutunun tikinti şöbəsini bitirərək inşaatçı-mühəndis ixtisasına yiyələnmişdir. Dadaş Asanov əmək fəaliyyətinə 1955-ci ilin əvvəllərində Bakıdakı 4 saylı tikinti trestinin 41 nömrəli tikinti idarəsində briqadirlikdən başlamışdır. 4 il ərzində briqadir, iş icraçısı, baş iş icraçısı işləmiş, 1959-cu ilin mart ayında həmin trestin 4 nömrəli Dəmir-Beton Məmulatları Zavodunun baş mühəndisi vəzifəsinə təyin edilmişdir. 1962-ci ilin yanvar ayından Dəmir-Beton Məmulatları trestinin baş mühəndisi olmuşdur. Dadaş Asanov 1966-cı ilin iyun ayından 1973-cü ilin noyabr ayınadək Azərbaycan SSR kənd tikintisi nazirinin müavini və birinci müavini olmuşdur. 1973–1978-ci illərdə Azərbaycan SSR avtomobil yollarının tikintisi və istismarı naziri, 1978–1982-ci illərdə Azərbaycan SSR kənd tikintisi naziri vəzifələrində işləmişdir. 1982-ci ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini təyin edilmiş, 1989-cu ilədək bu vəzifədə çalışmışdır.
Dadaş Bünyadzadə
Dadaş Xocabəy oğlu Bünyadzadə (8 aprel 1888, Fatmayı, Bakı qəzası – 21 aprel 1938, Kommunarka poliqonu[d]) — Azərbaycan SSR dövlət xadimi, Azərbaycanın SSR-in ilk maarif komissarı, 1930–1932-ci illərdə Azərbaycan SSR Xalq Komissarları Sovetinin Sovetinin sədri, repressiya qurbanı. == Həyatı == 1888-ci ildə Bakı qəzasının Fatmayı kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. İlk təhsilini kənd məktəbində (mollaxanada) almış, sonra isə bir il Bakıda rus-tatar məktəbində oxumuşdur. Ailəsinin ağır vəziyyəti Dadaş Bünyadzadəni təhsilini davam etdirməyə imkan vermir. O, kiçik yaşlarından əmək fəaliyyətinə başlamışdır. O, bir müddət Bakı daş karxanalarının birində arabaçı işləmişdir. 1904-cü ildə Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabrikində, 1905–1908-ci illərdə isə dəmirçixanada şagird, çəkicvuran işləmişdir. O, bu dövrdən Azərbaycan zəhmətkeşlərinin inqilabi mübarizəsində fəal iştirak etməyə başlamışdır. O, fəhləlik etməklə yanaşı təhsilini davam etdirməyi də unutmurdu. 1907-ci ildə "Nicat" cəmiyyətinin açdığı cümə günləri kursunda oxumağa başlamış, 1908-ci ildə isə 8 aylıq türk pedaqoji (axşam) kursunu bitirmişdir.
Dadaş Hüseynov
Hüseynov Dadaş Ağa-Cavad oğlu - geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın müxbir üzvü (2017), dosent == Həyatı == Dadaş Ağa-Cavad oğlu Hüseynov, 27 dekabr 1959-ci ildə Bakıda, ziyalı ailəsində anadan olmuşdur. 1967-1977-cü illərdə Bakı şəhəri 175 saylı məktəbdə orta təhsil almışdır. 1982-ci ildə Azərbaycan Dövlət Universitetini (hal-hazırda BDU) geolog-mühəndis ixtisası üzrə Fərqlənmə Diplomu ilə bitirmişdir. D.A.Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda (hal-hazırda Geologiya və Geofizika İnstitutu) 1984-cü ilin dekabr ayından etibarən işləməsinə baxmayaraq, o hələ Azərbaycan Dövlət Universitetinin tələbəsi olarkən, 1979-cu ildən etibarən üç il ərzində Geologiya İnstitutunda ekspedisiya işlərində fəal iştirak edərək, özünü hərtərəfli göstərmiş, ekspedisiya əməkdaşlarının rəğbətini qazanmışdır. Həqiqi hərbi xidməti bitirdikdən sonra D.A.Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutuna dəvət olunmuşdur. İşlədiyi müddət ərzində o ardıcıl olaraq mühəndis (1984-1986), böyük mühəndis (1986-1991), elmi işçi (1991-1993), böyük elmi işçi (1993-1996), aparıcı elmi işçi (1996-2002) vəzifələrində, 2002-ci ildən isə təşkilində iştirak etdiyi CİS sektorunun rəhbəri vəzifəsinə təyin olunmuşdur. 2003-2010-cu ilə qədər “Geoloji-geofiziki məlumatların CİS analizi” şöbəsinin rəhbəri vəzifəsində çalışmışdır. 2010-cu ilin aprel ayından “Hövzə modelləşdirilməsi və geotexnologiyalar” şöbəsinə rəhbərlik edir. 2013-cu ildən və hal hazırda D.A.Hüseynov Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır. == Elmi fəaliyyəti == D.A.Hüseynovun elmi fəaliyyətini 2 əsas mərhələyə bölmək olar.
Dadaş Həsənov
Dadaş Əbdül Hüseyn oğlu Həsənov (Həsənzadə) (19 dekabr 1897, Şuşa – 28 yanvar 1927, Bakı) — Azərbaycanın siyasi xadimi, dövlət müstəqilliyinin bərpası uğrunda mübariz, Sovet rejiminə qarşı müqavimət hərəkatının rəhbərlərindən biri, gizli fəaliyyət göstərən "Müsavat" partiyasının Bakı Komitəsinin (BK) nəzdində fəaliyyət göstərən Hərbi təşkilatın rəisi (1921–1923), Gizli "Müsavatın" Mərkəzi Komitəsinin (MK) sədri (1923–1926). == Həyatı == 1897-ci ildə Şuşa şəhərində doğulmuşdur, 1901-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Burada ailəsi ticarətlə məşğul olub varlanmış, sonra neft quyularının sahibi olmuşdur. 1918-ci ilin mart ayında Bakıda bolşevik və daşnak birləşmələri müsəlmanlara qarşı soyqırım törətmişdirlər. O zaman Həsənovlar ailəsi də ciddi ziyan çəkmişdir. Onlar Dağıstana qaçmalı olmuş, əmlakları isə ermənilər tərəfindən qarət edilmişdir. Orada səkkiz ay qaçqın həyatını sürdükdən sonra, 1918-ci ilin oktyabr ayında Türk-Azərbaycan ordusu tərəfindən azad edilmiş Bakıya qayıtmışdırlar. Qayıdandan sonra Həsənovlar ailəsinin maddi durumu qismən bərpa etsələr də 1920-ci ildə onların bütün əmlakı bolşeviklər tərəfindən müsadirə edilmişdir. D. Həsənov öncə Bakıda "İttihad" adlı İran məktəbində oxumuş, sonra 1914-cü ildə Lənkaran şəhərində gimnaziyaya daxil olmuşdur. 1918-ci ildə gimnaziyanı bitirərək Bakıya qayıtmışdır.
Dadaş Kazımov
Dadaş Nadir oğlu Kazımov (25 noyabr 1923, Bakı – 6 avqust 1992, Bakı) — Azərbaycan aktyoru. == Həyatı == Əsasən epizodik rollarda çəkilən Dadaş Kazımovun "Axırıncı aşırım", "İstintaq", "Şirbalanın məhəbbəti" filmlərindəki rolları yaddaqalandır.
Dadaş Rzayev
Dadaş Qərib oğlu Rzayev (22 dekabr 1935, Dəliməmmədli, Goranboy rayonu – 27 may 2024, Bakı) — Azərbaycan Respublikasının Müdafiə Naziri (20 fevral 1993 – 17 iyun 1993), general-mayor, Azərbaycan Respublikası Veteranlar Şurasının sədri. == Həyatı == Dadaş Qərib oğlu Rzayev 1935-ci ildə Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində anadan olub. Məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna daxil olan D. Rzayev 1954-cü ildə Sovet Ordusunda əsgər kimi hərbi xidmətə çağırılır. Daha sonra Hərbi Hava Desantçıları Məktəbinə göndərilir. İkinci kursda taqım komandirinin müavini təyin edilir. "Qızıl Ulduz" ordeni ilə təltif olunur.[mənbə göstərin] Məktəbi bitirdikdən sonra leytenant rütbəsi alaraq Yefremov şəhərinə taqım komandiri vəzifəsinə göndərilir. Bir il keçdikdən sonra Orta Asiyaya köçürülən Dadaş müəllim polklarını yoxlamağa gələn komandana Azərbaycanda qulluq etmək istədiyini bildirir. Zaqafqaziya Hərbi Dairəsində, Gəncə şəhərində olan 104-cü diviziyada xidmət edir. İlk gündən taleyini desant qoşunları hissələrinə bağlayan Dadaş Rzayev 1970-ci ildə Moskvada M. F. Frunze adına Ali Hərbi Akademiyaya daxil olaraq bu sahədə təhsilini davam etdirir. 1973-cü ildə buranı əla qiymətlərlə bitirən Rzayev Sovet Ordusunda 5 min nəfər şəxsi heyəti, 120-yə yaxın vertolyotu olan əlahiddə qırıcı hərbi-hava desantçıları briqadasının komandiri kimi yüksək hərbi vəzifədə xidmət edir.
Dadaş Rəhimov
Dadaş Bəhmən oğlu Rəhimov (20 yanvar 1932, Siyov, Zuvand rayonu – 1992, Bakı) — Azərbaycan alimi, biologiya elmləri doktoru. == Həyatı == Dadaş Bəhmən oğlu Rəhimov 20 yanvar 1932-ci ildə Azərbaycan SSR Lerik rayonunun Siyov kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1946-cı ildə Siyov kənd orta məktəbinin 8-ci sinfini bitirdikdən sonra, Lənkəran Kənd Təsərrüfatı Texnikumuna aqronomluq fakültəsinə daxil olmuşdur. 1949-cu ildə texnikumu bitirdikdən sonra 1949-1950-ci illərin Lerik rayonunun “Qızıl Oktyabr” kolxozunda və Lənkəran rayonunun “Avrora” sovxozunda aqronom vəzifələrində işləmişdir. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə "Bioloq-zooloq" ixtisasına daxil olmuşdur. D. Rəhimov 1960-cı ilin dekabrında Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Zoologiya İnstitutunda ixtiologiya ixtisası üzrə namizədlik aspiranturasına daxil olmuş və A. Mahmudbəyovun elmi rəhbərliyi altında 1966-cı ildə “Orta və Cənubi Xəzərin qərb sahillərində xul balıqlarının növ tərkibi, biologiyası və ehtiyatınin vəziyyəti” mövzüsunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Daha sonralar o, demək olar ki, bütövlükdə Xəzərin xul balıqlarını öyrənmiş və 1991-ci ildə “Xəzər dənizinin xul balıqları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. == Elmi fəaliyyəti == Dadaş Rəhimovun uzunmuddətli tədqiqatları nəticəsində Xəzər dənizində xul balıqlarının 11 cinsinə aid olan 36 növ və yarımnövlərini müəyyən etmişdir. O, elmdə 2 növ və 7 yarımnövü ilk dəfə təsvir etmişdir. Dadaş Rəhimov 1976-1980-cı illər ərzində kefalın Azərbaycanın şirinsulu göl və gölməçələrində yetişdirilməsi məsələləri üzrə tədqiqat işləri aparmışdır.
Dadaş Zeynalov
== Siyahı ==
Dadaş Şaraplı
Dadaş Kamil oğlu Şaraplı (Məmmədov) (8 sentyabr 1903, Bakı – 1959, Bakı) — Azərbaycanın teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1938). == Həyatı == Dadaş Şaraplı 8 sentyabr 1903-cü ildə Bakıda anadan olub. O, gənc yaşlarından müxtəlif teatr truppalarında çıxıb edib. 1921-ci ildə yeni yaranmış Azad Tənqid və Təbliğ Teatrının kollektivinə qəbul olunub. Dadaş Şaraplı 1922-ci ilin axırlarında Azərbaycan Dram Teatrının aktyor truppasına götülüb. Burada işləyərkən o, 1934–1938-ci illərdə Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbində təhsil alıb. O, iki ilə yaxın, 1938–1940-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb və yenidən Azərbaycan Dram Teatrına qayıdıb. 1940-cı illərdə qısa müddət yaradıcılığını sirk səhnəsində davam etdirib və Azərbaycan Dövlət Filarmoniyasında konferansye olaraq intermediyalarda çıxış edib. Dadaş Şaraplı 1959-cu ildə Bakıda vəfat edib.
Dadaş İbrahimov
Dadaş İbrahimov (4 iyul 1976, Sumqayıt) — Azərbaycanı təmsil edən yüngül atlet. == Karyerası == Dadaş İbrahimov Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 200 metr məsafəyə qaçış turnirində 22.60 saniyə nəticə göstərdi və təsnifat mərhələsini 7-ci pillədə başa vuraraq mübarizəsini dayandırdı.
Dadaş Dadaşbəyli
Dadaş Nurulla oğlu Dadaşbəyli (15 iyul 1996, Qobustan rayonu) – Azərbaycanlı ağırlıqqaldıran. Türkiyənin Konya şəhərində keçirilən V İslam Oyunlarının gümüş, Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatının qızıl (birdən qaldırma), Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən dünya çempionatının bürünc medalçısı, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatının qalibi, dəfələrlə Azərbaycan çempionu, Azərbaycan rekordçusu, idman ustası. == Həyatı == Dadaş Nurulla oğlu Dadaşbəyli 15 iyul 1996-cı il tarixində Qobustan rayonunda anadan olub. 2003–2014-cü illərdə Qobustan şəhəri Aleksandr Osipovic Çernyayevski adına 1 saylı tam orta məktəbdə oxuyub. 2014–2018-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman akademiyasında ağırlıqqaldırma ixtisası üzrə ali təhsil alıb. Məşqlərə hazırda da şəxsi məşqçisi olan Şəmsi Səfərlinin rəhbərliyi altında başlayıb. İlk yarışına 2007-ci ildə Gəncə şəhərindəki yeniyetmələr arasında Respublika birinciliyi olub. İlk uğurunu isə 2009-cu ildə yeniyetmələr arasında Azərbaycan birinciliyinin qalibi olaraq qazanıb. == Karyerası == 2010-cu ildə Zirvə Beynəlxalq İdman Klublarının dünya çempionatının bürünc medalçısı olub. 2012-ci ildə gənclər arasında Respublika birinciliyində gümüş medal qazanaraq milli komandaya dəvət alıb.
Daday
Daday — Kastamonu ilinin şimal-qərbində iştirak edən bir ilçə.
Hadaş
Hadaş (ivr. ‏חד"ש‏‎) və ya tam adı ilə Sülh və Bərabərlik Uğrunda Demokratik Cəbhə (ivr. ‏הַחֲזִית הַדֶּמוֹקְרָטִית לְשָׁלוֹם וּלְשִׁוְיוֹן‏‎, Ha-Hazit Ha-Demokrat Le-Şalom ul-Çivyon; ərəb. الجبهة الديمقراطية للسلام والمساواة‎, əl-Cəbhə əd-Dimukratiyyə lis-Səlam vəl-Musavat) — İsraildə solçu və qeyri-sionist siyasi partiya. "Hadaş" özünü yəhudi-ərəb partiyası kimi müəyyənləşdirir. Seçicilərinin və liderlərinin əksəriyyəti İsrailin ərəb vətəndaşlarıdır. Bununla belə, bir çox yəhudi də partiyaya səs verir: məsələn, 2009-cu il seçkilərində partiya Təl-Əvivdə 2,32% səs toplamış, Təl-Əviv meri seçkilərində isə partiyanın namizədi Dov Hanin 34% səs almışdır. Partiyanın İsrail parlamentində, "Knesset"də dörd nümayəndəsi var (onlardan üçü ərəb, biri yəhudidir).
Məşədi Dadaş məscidi
Məşədi Dadaş məscidi — Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi 37-də ("Kubinka" ərazisində) yerləşən tarixi məscid. Bu məscid təkiyyə olaraq tikilib, yəni İmam Hüseyn üçün əzadarlıq məclisləri təşkil olunan yer olub. Sonradan bura məscid kimi fəaliyyətə başlayıb. Məscid sovet dövründə anbar, kitabxana və klub kimi istifadə olunub. 1990-cı ildən yenidən ibadətgah kimi fəaliyyətini bərpa edib. Müstəqillik dövründə ilk dəfə 2001-ci ildə təmir olunub. 2014-cü ildə məscidin nəzdində "Darul-Hikmət" Elm və Tədris Mərkəzi fəaliyyətə başlayıb. Həmçinin mərkəz nəzdində tələbələrin ixtiyarına verilmiş kitabxana da mövcuddur. Hazırda məscidin ön hissəsində bu məsciddə ibadət edən İkinci Qarabağ müharibəsi şəhidlərin adları olan lövhə və xatirə tablosu qoyulub. İbadətgahın içəsində də şəhidlərin şəkilləri olan tablo var.
Dadav Moqamedov
Dadav Moqamedov (1863, Xumtorqala[d] – 1926, Xumtorqala[d]) — qumuq xalq şairi və ağac-kumuzda ifaçısı. Dağıstanın ilk xalq şairi. Metal və ağac üzrə usta. 1905-ci il kəndli hərəkatının fəal iştirakçısı; Vətəndaş Müharibəsi dövründə inqilabi partizan; Dağıstanda ilk kənd müxbiri. Milliyyətcə qumuqdur. == Bioqrafiya == Gənc yaşlarından Magomedov xalq şairi-improvizatoru və agaç-kumuzda mahnı ifaçısı kimi tanınırdı. Üstəlik erkən yaşlarından nadir metal və ağac ustası kimi tanınmışdır. Mahnılarını inqilabı tərənmüm etməsi səbəbindən kəndlilər, xüsusilə də gənclər arasında məşhur idi. Dadav 1905-ci il inqilabı ərəfəsində kəndli hərəkatında fəal iştirak etmişdir. 1917-ci ildə Maqomedov inqilabçı döyüşçülərin önündə gedirdi.
Daewoo Damas
Daewoo Damas — Cənubi Koreyanın kompaniyası olan Daewoonun mikroveni. 1991-ci ildən istehsal olunur və Suzuki Carry avtomobilinə əsaslanmışdır. Hal-hazırda ikinci nəsil Daewoo Damas istehsal olunur. Bəzi yerlərdə Daewoo Damas Daewoo Attivo adı ilə tanınır. Daewoonun GM tərəfindən əldə olunmasından sonra avtomobili Chevrolet CMV adı ilə də satmağa başladılar. Damas avtomobili mexaniki sürət qutusuna, 38 at güclü 0,8 l həcmli mühərrikə malikdir. Həmçinin avtomobil kondisioner ilə də təchiz olunmuşdur. Şəhər rejimində yanacağın sərfiyyatı 100 km-ə 4,1 litr kimidir. Salondakı oturacaqlar 2+3+3 sxemi üzrə üç sırada yerləşdirilmişdir. Yükqaldırma - 560 kiloqramdır.
Tadas Duşkinas
Tadas İvanauskas
Tadas İvanauskas ((lit. Tadas Ivanauskas, belar. Тадэвуш Іваноўскі, pol. Tadeusz Iwanowski; 16 dekabr 1882 – 1 iyun 1970, Kaunas) — Sovet və Litva zooloqu, Litva SSR Elmlər Akademiyasının akademiki (1941-1970), Litva SSR-nin əməkdar elm xadimi (1945). Tadas İvanauskas 28 dekabr 1882-ci ildə Vasilişkovskaya volostunda (indiki Belarusiya Lida rayonu) Lebedka fermasında anadan olub. 1908-ci ildə Sorbonnanı, 1910-cu ildə isə Sankt-Peterburq Dövlət Universitetini bitirib. 1910-1915-ci illərdə yaratdığı əyani təbiətşünaslıq vasitələri laboratoriyasına rəhbərlik etmişdir. 1914-cü ildə Murmansk və Norveçin şimalına, 1917-ci ildə Şimal Buzlu okean sahillərinə ekspedisiya qurdu. 1919-1922-ci illərdə onun təşkil etdiyi Təbiəti Öyrənmə Stansiyasına rəhbərlik etmişdir. 1929-cu ildə ornitoloji stansiyanın əsasını qoydu.
Dada Mraz
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Neo-Dada
Neo-Dada — dünyagörüşü münasibətlərindən fərqli olan müasir incəsənətin müxtəlif üslublarını, meyllərini və əsərlərini, tarixi dadaizmin üsulları və ya üsullarını canlandıran bir müddətdir. Neo-Dadaizm hərəkatı pop-artın ingilis və amerika sənətində ortaya çıxmasına təkan verdi. Avropa qitəsində "Yeni Realistlər" qrupunun sənətçilərinin, Fluksus hərəkatının nümayəndələrinin əsərlərində açıq yazışmalar görürük. Neo-Dada istiqamətində, incəsənətin inkar edilməsi mövqeyi, bədii əsərin gündəlik həyat obyekti ilə əvəz edilməsi və ya absurd hərəkətlə əvəz edilməsi "həyatda məhv etmək arzusu" aydın şəkildə ifadə edilmişdir. Termin amerikalı tənqidçi Barbara Rouz tərəfindən təqdim edildi.
Dadaş Bünyadzadə küçəsi (Bakı)
Dadaş Bünyadzadə küçəsi — Bakı şəhərinin Yasamal rayonunun Yeni Yasamal yaşayış massivindəki küçə. Küçə Azərbaycan SSR dövlət xadimi Dadaş Bünyadzadənin adını daşıyır. Məhəmməd Xiyabani küçəsindən "Vital klinika"ya kimi uzanır. == Haqqında == Dadaş Bünyadzadə küçəsi Yeni Yasamalın əsas küçələrindən olan Məhəmməd Xiyabani küçəsindən başlayır. Abbas Mirzə Şərifzadə küçəsinə paraleldir. Küçədən 194 saylı marşrut avtobusu hərəkət edir. == Kəsişdiyi küçələr == Əsəd Əhmədov küçəsi Məhəmməd Xiyabani küçəsi == Mühüm ünvanlar == № 1 — Vital klinika № 34B — Şaiq MTK (Kamran MTK) № 34B — YASAMAL Mall № ? — Rahat market (əvvəlki: Bəyaz market) № ? — Xəmirçi un məmulatları № ?
Rəhimulla Dadaş oğlu İsmayılov
İdi Amin Dada
İdi Amin Dada (30 may 1928 və ya ən tezi 1923 və ən geci 1928[…], Kampala – 16 avqust 2003) — Uqandanın prezidenti (1971–1979), hərbçi. İdi Amininin doğulduğu tarix tam dəqiq deyil. Müxtəlif mənbələrdən istinadlara görə 17 may 1928, 1925 yaxud 1930-cu il göstərilir. Çünki, o, yaşadığı dövrdə avtobioqrafiya yazmamış, həyatı barədə olan sualları cavabsız saxlamışdır. Əslən Uqandanın şimalında məskunlamış Kakua etnikonundan gəldiyi söylənilir. Makarere Universitetinin tədqiqatçısı Fred Gueddekonun araşdırmasına görə, İdi Aminin atası Andreas Nyabaye (1889–1976) sonradan islamı qəbul edən katolik olub. Uşaqlığını anası ilə birlikdə, Uqandanın şimal-qərbində, əsasən, kənd təsərrüfatı ilə məşğul olan bir kənddə keçirtmişdir. 1941-ci ildə Bombo şəhərindəki mədrəsədə oxumağa başladı. Bir neçə il təhsil aldıqdan sonra ordu sıralarına yazıldı. Amin, Müstəmləkə Britaniya Ordusunun tərkib hissəsi olan Krallığın Tüfəngli Birliyinə qoşuldu (KTB).
Adams adası
Adams (ing. Adams) — yaşayışı olmayan, Oklend adalarının cənubunda yerləşən ada. Yeni Zelandiyaya məxsusdur. UNESCO Ümumdünya irsi siyahısına daxildir == Coğrafiya == Adanın şərqdən qərbə uzunluğu 17 km, şimaldan cənuba edi 9 km, sahil xəttinin uzunluğu 61,3 km, sahəsi — 97,3 km². Ən hündür nöqtəsi Dik zirvəsidir 668 metrdir. Oklend adasından eni 2,3–0,57 km olan boğaz ayırır. Adada çoxlu sayda endemik canlılar yaşayır: Oklend çay ördəyi, Oklend Snipe Auckland Shag və Auckland Rail.
Adans.
Mişel Adanson (fr. Michel Adanson; 7 aprel 1727[…], Eks-an-Provans[d] – 3 avqust 1806[…], Paris) — Fransa təbiətçisi və səyyahı. == Adansonun şərəfinə adlandırılan takson == Adansonun şərəfinə Əməköməcikimilər fəsiləsinə aid Adansoniya (Adansonia) cinsi adlandırılmışdır. Həmin cinsə Afrika və Avstraliyanda olan bir çox bitkilər, o cümlədən də, məşhur Adansonun Afrika səyahətində təsnif etdiyi baobab (Adansonia digitata) ağacı daxildir.
Adauş
Adauş — e.ə. IX əsrdə adı çəkilən Assuriya ərazisi. Aratsani çayının cənubunda və Van gölünün qərbində olduğu güman edilir. Alternativ olaraq Böyük Zab üzərində yerləşir. Kirruri ərazisinin bir hissəsidir. III Salmanasar bir kitabədə deyir: "Adauş ölkəsi mənim qüdrətli döyüşümün başlamasından qorxdu və onun sakinləri quşlar kimi qaçaraq evlərini dərələrə və dağlara buraxdılar; ağam Aşurun izzəti onları kədərləndirdi və onlar enib ayaqlarımın dibində dayandı". II Assurnasirpal qeyd edir: "Mən yıxdım, qazdım və yandırdım, Nimme ölkəsini tərk edərək Kirruri ölkəsinə enərək Kirruri, Simesi, Simera, Ulmaniya şəhəri və Adauş, muqriyalılar və murmiyalılar ölkələrindən xərac götürdüm. Atlar, qatırlar, öküzlər, qoyunlar, şərablar və dolu mis küplər onların xəracını təşkil edirdi. Mən onların üzərində bir vali təyin etdim. Mən Kirruridə olarkən öldürdüm və ağam Aşurun izzəti Qozan və Xupuşka (ehtimal olunur ki, bura Gilzan və Xubuşkiyadır) əhalisini kədərləndirdi.