Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Drezna
Drezna – Rusiyada şəhər. == Tarix == Drezna 1897-ci ildə əyirmə-toxuculuq fabriki yanında qəsəbə kimi quruldu. Dreznaya 1940-cı ildə şəhər statusu verildi. Şəhərin bütün qalan inkişafı və XX əsrin 90-cı illərinə qədər onun sakinlərinin həyatı Drezna əyirmə-toxuculuq fabriki ilə bağlı idi. Burada yerli sakinlərin əksəriyyəti işləyirdilər. Onların uşaqları fabrik vaxtı yanında peşə-texniki məktəbində (daha əvvəl FZU, fabrik-zavod məktəbi) oxuyurdular və öz işləyən valideynlərini əvəz edirdilər. Buradan isə Böyük Vətən Müharibəsi illərində cəbhəyə gedirdilər.
Retina
Retina — göz kürəsinin arxa divarını örtən , görmə hüceyrələrindən ibarət ağ təbəqə-torlu qişa. Gözün işığı qəbul edən təbəqəsidir. Beyindən gələn damar və sinirlərdən təşkil olunmuşdur. Diabet və yüksək təzyiq ən böyük zərəri məhz göz gişasına vurur.
Ərəzin
Ərəzin — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Tarixçi Solmaz Qaşqaylının tədqiqatlarında e.ə. IX əsrdə, Ərəzin əhalisinin buraya hücüm edən Urartu dövlətinə müqavimət göstərməsindən bəhs olunur. XX əsrin sonlarına yaxın adı çəkilən ərazidə müəyyən tarixi qalıqlar tapılmış və Naxçıvan tarix muzeyinə göndərilmişdir. Kənd Azərbaycanın siyasi həyatında böyük rol oynamağı ilə fərqlənmiş, belə ki, sovet hakimiyyəti qurulan dövrdə sovetləşməyə ciddi müqavimət göstərmişdir. O dövr üçün belə bir cəhdin edilməsi mühüm əhəmiyyətə malik idi. Kəndin adının tarixi baxımdan izah edilməsində konkretləşmiş mövqe olmasa da, xalq etimologiyasına əsasən deyə bilərik ki, ad etimoloji təhlili ilə bağlı olan ilk versiya "ər" – igid, cəsur insan, "zin" – cəmlik bildirən əlamət kimi çıxış etməsi və ərlər diyarı, ərlər məskəni bildirməsi ilə bağlıdır. Bir başqa versiya isə adın "ərz" — dəyər, qiymət və "in" – cəmlik əlamətindən ibarət olmasıdır. Belə ki, dəyərlər diyarı mənasını ifadə etməsidir. Bu kimi və bundan fərqli olan daha bir neçə versiya mövcuddur.
Drina
Drina (serb. Дрина, bosn. Drina) — Bosniya və Herseqovina ilə Serbiya arasında dövlət sərhəddini təşkil edən çay. İki çayın birləşməsindən əmələ gələn çay mənsəbə qədər 346 km məsafədə uzanır. Yaşımtıl suya malik olması səbəbində bəzən serblər tərəfondən «zelyonka» adlandırılır. Yuxarı axarlarda çay ensiz dağ dərələri ilə axdığından əsrarəngiz mənzərələr yaradır. Bu səbəbdən bütün Balkan ərazisində ən gözəl mənzərəli çay hesab edilir. İki çay Drina çayının başlanğıcını təşkil edir. Tara və Piva Monteneqronun şimal-qərbindən axaraq, Bosniya və Herseqovinanın Xum şəhərciyi yaxınlığında birləşirlər. Drina buradan başlayır.
Deina
Buğda (lat. Triticum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Kökləri saçaqlı, 14-40 sm arasında uzun saplaqlı bir bitkidir. Buğda ən çox yetişdirilən taxıl olaraq yerini almışdır. Bunun əsas səbəbləri arasında, müxtəlif iqlim şərtlərinə göstərdiyi uyum, qidalandırıcı xüsusiyyəti, xammal olaraq istifadə olunan sahənin genişliyini göstərə bilərik. Buğdа – əsаs ərzаq bitkisidir. Dünyаdа əkin sаhəsinə görə birinci yеri tutur. Buğdа dənində 80-84% еndоspеrm оlmаsı istеhsаl zаmаnı yüksək sоrtlu un çıхımını аrtırır. Buğdаnın bоtаniki və əmtəə təsnifаtı vаrdır. Cəmi 22 bоtаniki növü yаyılmışdır.
Alina Trepina
Alina Trepina (16 sentyabr 1989, Bakı) — Azərbaycanı təmsil edən bədii gimnast. == Karyerası == Alina Trepinanın da olduğu Azərbaycan qrupu 2007-ci ildə Patras şəhərində (Yunanıstan) baş tutan Dünya Çempionatını onuncu pillədə başa vurdu və olimpiya lisenziyasına sahib oldu. Alina Trepina Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi. Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovada ibarət qrup beş iplə turnirdə 15.575 balla 8-ci pillədə qərarlaşdı. Avqustun 22-də 3 halqa/2 gürzlə turnirdə çıxış edən qrup turniri 15.875 balla 7-ci pillədə başa vurdu. Ümumi nəticədə isə Azərbaycan qrupu 31.450 balla 12 qrup sırasında 8-ci pillədə qərarlaşdı və olimpiadanın final mərhələsinə vəsiqə qazandı. Final mərhələsində qrup əvvəl beş iplə turnirdə mübarizə apardı. Nəticədə Azərbaycan gimnastları 16.075 balla turniri altıncı pillədə başa vurdu. 3 halqa/2 gürzlə turnirdə Azərbaycan qrupu 15.500 balla turniri yeddinci pillədə başa vurdu. Ümumi nəticədə isə Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovadan ibarət qrup Olimpiya Oyunlarında 31.575 balla yeddinci pillənin sahibi oldu.
Breşina əyaləti
Breşia əyaləti — İtaliyanın Lombardiya regionunda əyalət.
Grazina Zayac
Qrajina Zayonts (pol. Grażyna Zając; 1959, Labovis[d], Kiçik Polşa voyevodluğu[d]) — polyak türkoloqu, tərcüməçi, filologiya elmləri doktoru, professor. == Həyatı və yaradıcılığı == Qrajina Zayonts 1959-cu ildə Polşada, Karpat dağlarının quzeyindəki Labova rayonunun Labovis (Labowiec) adlı küçük bir kənddə doğulmuşdur. Anası polyak dili və ədəbiyyatı müəllimi, atası meşə mühəndisi olmuşdur. Orta məktəbin ilk üç yılını Labovis, son beş ilini Labova (Labowa) qəsəbəsində oxuduqdan sonra 1974-1978-ci illərdə Novı Sonc (Nowy Sacz) şəhərində lisey bitirmişdir. Liseydən məzun olduqdan sonar Krakov Yagellon Universiteti (Uniwersytet Jagiellonski) Şərq Dilləri İnstitutuna qəbul olunmuş və Türkoloji bölümündə təhsil almışdır. 1981-ci ildə burs qazanaraq İstanbul Universiteti nəzdində Türk dili və kültürü ilə bağlı yay kurslarına qatılmışdır. 1983-cü ildə Jan Ciopinski rəhbərliyi ilə Əhməd Həmdi Tanpınarın yaradıcılığı ilə bağlı magistr dissertasiyasını uğurla tamamlayaraq Şərq Dilləri İnstitutunda müəllimliyə başlamışdır. 1993-1995-ci illərdə Ankarada doktorantura təhsili almışdır. 1995-ci ildə “Orxan Kamalın həyatı və əsərləri” mövzusunda dissertasiya müdafiə edərək elmlər doktoru adını almışdır.
Yuliya Drunina
Yuliya Drunina (rus. Друнина, Юлия Владимировна; 10 may 1924[…], Moskva – 20 noyabr 1991) — Sovet şairi, SSRİ Yazıçılar İttifaqının üzvü, SSRİ Yazıçılar İttifaqının və RSFSR Yazıçılar Birliyinin katibi, SSRİ xalq deputatı. 1924-cü il 10 may tarixində Moskvada anadan olmuşdur. Atası - Vladimir Pavloviç Drunin (1879-1942) tarixçi və pedaqoq, anası - Matilda Borisovna Drunina (1900-1983), kitabxanada işləmiş və musiqi dərsləri vermişdir. 11 yaşında şeir yazmağa başladı, 1930-cu ildə keçirilən bir şeir müsabiqəsində qalib gəldi və şeiri qəzetdə nəşr olundu. Yuliya 1941-ci ilin payızında Moskvaya döndü, lakin tezliklə atası ilə birlikdə Mülki evakuasiya çərçivəsində Sibirə yola düşdü. O, Moskvadan ayrılmaq istəmirdi və müharibənin əvvəlində insult keçirmiş xəstə atasına görə evakuasiya olunmağa razılaşdı. 1942-ci ilin əvvəllərində atası vəfat etdikdən sonra Yuliya Rusiyanın uzaq şərqindəki Xabarovsk şəhərinə getdi, orada Aviasiya texnikaları məktəbinə yazıldı, lakin ön cəbhədə döyüşmək istədiyi üçün tibb bacısı kurslarını bitirmə sertifikatını tələsik aldı və bir neçə gün içərisində 2-ci Belarusiya cəbhəsinin sanitar şöbəsinə müraciət etdi.) Cəbhəyə gəldikdən sonra Yuliya Drunina 218-ci piyada diviziyasının 667-ci piyada alayına təyin edildi. Tibbi təlimatçı Zinaida Samsonova ilə (27 yanvar 1944-cü ildə vəfat etdi, ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü) eyni alayda vuruşdu, Drunina ən ürəkdən gələn şeirlərindən biri olan "Zinka" şeirini ona həsr etdi. 1943-cü ildə Drunina ağır yaralanır mərmi parçası onun boynunun sol hissəsini zədələyir.
Ficus regina
Adi əncir (lat. Ficus carica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü. == Sinonimləri == Caprificus insectifera Gasp. Caprificus leucocarpa Gasp. Caprificus oblongata Gasp. Caprificus pedunculata (Miq.) Gasp. Caprificus rugosa (Miq.) Gasp. Caprificus sphaerocarpa Gasp. Ficus albescens Miq. Ficus burdigalensis Poit.
Redina adası
Redina adası (bolq. остров Редина, ‘Ostrov Redina’ \'os-trov 're-di-na\) — Cənubi Şetland adalarının Robert adasının şimal-qərbində yerləşən, Onoqur adaları arxipelaqda yerləşən adasıdır. Ada buzlaqlardan azaddır. Adanın uzunluğu 280 m, eni 130 metrdir. Robert adasından 20 m məsafədə yerləşmişdir. Ada Qərbi Bolqarıstanda yerləşən Redina şəhərinin adını daşıyır. Redina adası 62°21′16″ c. e. 59°41′02″ q. u.
Regina (qrup)
Regina – Bosniya və Herseqovinada yaranmış pop-rok qrupudur. 1990-cı ildə yaranmışdır. 2009 Avroviziya Mahnı Müsabiqəsində Bosniya və Herseqovinanı "Bistra Voda" (Təmiz su) mahnısı ilə təmsil etmişdir. I yarımfinalda 125 xalla 3-cü olmuş və finala keçmişdir. Finalda isə 106 xalla 9-cu olmuşdur.
Regina Ezera
Reqina Ezera (latış. Regīna Ezera‎; 20 dekabr 1930, Riqa – 11 iyun 2002, Kequms[d]) — Latviya yazıçısı, Latviya SSR-nin əməkdar mədəniyyət işçisi (1974), Latviya SSR xalq yazıçısı (1981). Üç Ulduz ordeninin IV dərəcəli kavaleri. Reqina Ezera 20 dekabr 1930-cu ildə Riqada, Robert və tibb bacısı Lusia Şamreto ailəsində anadan olmuşdur. 1944-cü ildə ailə Almaniyaya işləməyə aparılır. Amerikalılar “Zorla köçürülmüş insanları” 1945-ci ilin yazında Qərbə aparanda, valideynləri ilə birlikdə eşelondan qaçmış və Sovet işğal bölgəsində qalmışdır. O, 1945-ci ilin payızında Riqaya qayıtmışdır. Latviya Dövlət Universitetinin tarix və filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib (1955). "Pionieris" qəzetində işləyib (1954-1957). Ezer (latış.
Regina Spektor
Regina İliniçna Spektor (rus. Реги́нa Ильи́нична Спе́ктор) - Rusiya-ABŞ müğənnisi, mahnı müəllifi və pianoçusu.
Reqina Ezera
Reqina Ezera (latış. Regīna Ezera‎; 20 dekabr 1930, Riqa – 11 iyun 2002, Kequms[d]) — Latviya yazıçısı, Latviya SSR-nin əməkdar mədəniyyət işçisi (1974), Latviya SSR xalq yazıçısı (1981). Üç Ulduz ordeninin IV dərəcəli kavaleri. Reqina Ezera 20 dekabr 1930-cu ildə Riqada, Robert və tibb bacısı Lusia Şamreto ailəsində anadan olmuşdur. 1944-cü ildə ailə Almaniyaya işləməyə aparılır. Amerikalılar “Zorla köçürülmüş insanları” 1945-ci ilin yazında Qərbə aparanda, valideynləri ilə birlikdə eşelondan qaçmış və Sovet işğal bölgəsində qalmışdır. O, 1945-ci ilin payızında Riqaya qayıtmışdır. Latviya Dövlət Universitetinin tarix və filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib (1955). "Pionieris" qəzetində işləyib (1954-1957). Ezer (latış.
Reqina Moroz
Reqina Moroz — rus qadın voleybolçu. Ampluası blokçudur. Dinamo Kazan klubunda oynayır. Bu klubda "on yeddi" nömrəli formanı tərlədir.
Ərəzin nekropolu
Ərəzin nekropolu — Culfa rayonunda eyniadlı kənddən şimal-şərqdə, Ərəzin–Camaldın avtomobil yolunun solunda orta əsrlərə aid arxeoloji abidə. Hündür təpənin üstündədir. Arxeoloji axtarışlar zamanı qəbirlərin şərq istiqamətinə yönəldiyi müəyyənləşdirilmişdir. Qəbirlərin üzərinə dördkünc formalı yonulmamış sal daşlar qoyulmuşdur, baş daşılar saxlanmamışdır. Ərəzin nekropolunun 15–19 əsrlərə aid olması ehtimal edilir. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 114.
Regina Universiteti
Regina Universiteti — Kanadanın Regina şəhərində ictimai tədqiqat universiteti. 1911-ci ildə Kanada Metodist Kilsəsinin himayəsi ilə Regina Kolleci adı altında yaradılmışdır (Methodist Church of CanadaMethodist Church of Canada). 1925-ci ildə kiçik bir kollec olaraq Saskaçevan Universiteti nərzində fəaliyyət göstərirdi 1934-cü ildə kilsədən ayrıldı və müstəqil universit oldu. 1961-ci ildən Regina Universiteti dərəcə vermək statusu qazandı. Universitetin 3 federal kolleci var: Çempion Kolleci Kanada Yerli Millətlər Universiteti Lüter Kolleci Regina Universitetində sertifikat, diplom, bakalavr və magistr dərəcələri üzrə müxtəlif proqramlar təklif edən 10 fakültə və 1 məktəb var.
Drina banovinası
Drina banovinası (serb-xorv. Дринска бановина/Drinska banovina) — 1929-1941-ci illər arasında Yuqoslaviya krallığında mövcud olmuş vilayət (banovina). == Coğrafiyası == Drina banovinası krallığın mərkəzi hissəsi, müasir Bosniya və Herseqovina və Serbiya ərazisində yerləşirdi. Banovinanın bu adı burada axan Drina çayı görə verildi. Şimalda Sava və Dunay banovinaları, şərqdə Dunay və Morava, cənubda Zeta və qərbdə Sahil və Vrbas banovinaları ilə həmsərhəd idi. Banovinanın inzibati mərkəzi Sarayevo idi. == Tarixi == 1939-cu ildə banovina ərazisinin bir hissəsi Xorvatiya banovinasının tərkibinə daxil oldu. 1941-ci ildə banovina ərazisi Müstəqil Xorvatiya Dövləti və Üçüncü Reyx işğalı altında olan Serbiya arasında bölündü.
Drina körpüsü
Sokollu Mehmed Paşa və ya Drina körpüsü — 1577-ci ildə Memar Sinan tərəfindən Sokollu Mehmed Paşanın şərəfinə Drina çayı üzərində tiklimiş körpü. == Qaleriya == == Xarici keçidlər == About the Mehmed Pasa Sokolović bridge on the official presentation of Tourist organization of Višegrad Arxivləşdirilib 2009-01-24 at the Wayback Machine UNESCO listing of Mehmed Paša Sokolović Bridge in Višegrad Vikianbarda Drina körpüsü ilə əlaqəli mediafayllar var.
Rəzin (Xudafərin)
Rəzin (fars. رزين‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 50 nəfər yaşayır (9 ailə).
Rəzin (Əhər)
Rəzin (fars. رزين‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 107 nəfər yaşayır (22 ailə).
Ərəzin yaşayış yeri
Ərəzin yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda eyniadlı kənddən qərbdə, Naxçıvan-Ərəfsə avtomobil yolunun sağ tərəfində orta əsrlərə aid yaşayış yeri. "Ərəzin" toponimi e.ə. IX əsrin 20 illərinə dair urartuluların mixi yazılı abidələrində xatırlanır. Urartuluların Culfa ərazisinə basqınları və Arsini şəhər əhalisinin onlara müqavimət göstərmələri tarixi mənbələrdə qeyd edilir. Bəzi tədqiqatçılar "Arsini" toponiminin indiki Ərəzin olduğu fikrini irəli sürürlər. Yaşayış yerinin ərazisi şimal-şərqində və cənub-qərbdə quru çay vadisi ilə məhdudlaşır. 1989-cu ildə aparılmış tikinti işləri zamanı aşkar olunan abidənin bir hissəsi dağılmışdır. Yaşayış yerinin mərkəzi hissəsi 360 m² sahədə qismən salamat qalmışdır. 1991-ci ildə aparılmış kəşfiyyat xarakterli tədqiqat işləri nəticəsində yerüstü materiallar (əmək alətlərinin qırıqları, çəhrayı rəngli şirli və şirsiz saxsı qab parçaları, bişmiş kərpic, istehsalat tullantıları və s.) aşkar olunmuşdur. Abidənin bu hissəsində mədəni təbəqə 2 metr qalınlığın da saxlanmışdır.
Rezin ördək (heykəl)
Rezin ördək – holland sənətçi Florentin Hofman tərəfindən hazırlanmış nəhəng üzən heykəllər seriyası. Honkonq, Bakı, Pittsburq, Toronto, Sidney və s. kimi şəhərlərdə peyda olmuşdur. Hər bir Rezin ördək heykəli hər şəhər üçün yenidən yaradılmış və müvəqqəti nümayiş etdirilmişdir. Rezin ördək heykəllləri holland sənətçi Florentin Hofman tərəfindən yaradılmışdır. 2013-cü ildə verdiyi müsahibədə Hofman bildirmişdi ki, bu ideya 2000 və ya 2001-ci ildə Niderlandda yogurt reklamları ilə dolu muzeyi ziyarət edəndə ağlına gəlib. O, bu reklamlar üçün rezin ördəyi münasib saymış və Tolo Toys adlı Honkonq şirkəti ilə dizayn barədə razılığa gəlmişdir. Yogho!Yogho! yogurt şirkəti işi maliyyələşdirmişdir. Rezin ördəklərin ölçüləri fərqlidir.
Demina-Koçani binası (Taqanroq)
Demina-Koçani binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Qreçeskaya küçəsi ev 47 ünvanında yerləşən bina. Bina XIX əsrin 60-cı illərində inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti idealdır. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Binanı adı onun iki məşhur bina sahiblərinin soy adı ilə əlaqədardır: Marqarita Koçani və Aleksandra Demina. == Tarixi == İki mətəbədən ibarət olan bina Rostov vilayəti Taqanroq şəhəri Qreceskaya küçəsi ev 47 ünvanında yerləşir. Bina XIX əsrin 60-cı illərərində inşa edilmişdir. Bina kərpiç stilinə malikdir. Binanın ilk sahibi Marqarita Kaçioni olmuşdur.