Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əqil Etimadi
Əqil Etimadi (23 aprel 1987, Tehran, İran) — Azərbaycan əsilli Niderland futbolçusu, qapıçısı. Etimadi 2011-ci ilin dekabr ayından Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Niderlandın Herenven II, Herenven, Emmen, Vindam və Qroningen klublarında ikinci, üçüncü və birinci qapıçı olmuşdur.
Əqil Mehdiyev
Əqil Mehdiyev (20 iyul 1920, Nehrəm – 21 avqust 2011, Bakı) — Naxçıvan MR Səhiyyə Naziri (1995–2004), Naxçıvan MSSR və Azərbaycan SSR əməkdar həkimi. Mehdiyev Əqil Səftər oğlu 20 iyul 1920-ci ildə indiki Babək rayon Nehrəm kəndində anadan olub. 1939-cu ildə Azərbaycan Tibb İnstitutunun (indiki Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə qəbul olub, Böyük Vətən müharibəsinin (1941–1945) başlanması iıə əlaqədar təhsili yarımçıq qoyub müharibəyə yollanmışdır. 1943–1952-ci illərdə Nehrəm kənd məktəbində müəllim və direktor işləmişdir. 1959-cu ildə Tibb İnstitutunu bitirdikdən sonra Babək rayon Qahab və Nehrəm kənd xəstəxanalarında baş həkim 1973–1984; 1993–1995-ci illərdə N. Nərimanov adına Respublika xəstəxanasının baş həkim, 1995–2004-cü illər Naxçıvan Muxtar Respublikasının Səhiyyə Naziri vəzifəsində işləmişdir. Əqil Mehdiyev Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkşafında böyük xidmətləri olmuşdur. Bu dövrdə kənd xəstəxanaları, doğum mərkəzi tikilib istifadəyə verilmiş, Naxçıvan Respublika xəstəxanasında naftalanla müalicə şöbəsi və cərrahiyə mərkəzi yaradılmışdır. Əqil Mehdiyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin (1-ci çağırış) deputatı seçilmişdir.1997-ci ildə Naxçıvan Muxtar Respublikası Ağsaqqalar şurasının sədri seçilmişdir. Əqil Mehdiyevin Azərbaycanda səhiyyənin inkişafındakı xidmətlərinə görə 1973-cü ildə Səhiyyə əlaçısı,1974-cü ildə MSSR-nın, 1981-ci ildə isə Azərbaycan SSR əməkdar həkimi fəxri adlarına, "Şöhrət", "İstiqlal" ordenləri və medallarla təltif olunmuşdur. Cəlil Vəzirov Əqil Mehdiyevin həyat yolundan bəhs edən "Pəncərəmi açdım sabaha" adlı kitab yazmışdır.
Müslüm ibn Əqil
Müslüm ibn Əqil əl Haşimi (ərəb. مسلم بن عقيل الهاشمي‎) Əqil bin Əbi Talibin oğlu və Əbu Talibin nəvəsidir və Bəni Haşimdən idi. Əmoğlusu Hüseyn ibn Əlinin nümayəndəsi olaraq Kufə əhalisindən beyət almaq üçün bu şəhərə getdikdən sonra Übeydulla ibn Ziyad tərəfindən qətlə yetirilib. Həzrət Müslim kim idi? Müslim ibn Əqilin qızlarının adı nə idi?
Per-Egil Rüqq
Per-Egil Rüqq (norv. Per-Egil Rygg; 5 fevral 1959, Bergen – 31 oktyabr 2016) (norv.) — Norveç Hərbi Hava Qüvvələrinin keçmiş rəhbəri; Norveç ordusunun zabiti. Per-Egil Rüqq 5 fevral 1959-cu ildə Norveçin Bergen şəhərində anadan olmuşdur. 31 oktyabr 2016-cı ildə vəfat etmişdir.
Abdullah ibn Əqil
Abdullah ibn Əqil (ərəb. عبد الله بن عقیل‎) — Kərbəla döyüşündə şəhid olan Hüseyn ibn Əlinin səhabələrindən biri. == Nəsil == Əqil ibn Əbu Talibin Abdullah adlı iki övladı var idi: Abdullah əl-Əkbər (böyük) və Abdullah əl-Əsğər (kiçik). Bəzi mənbələr onun hər iki oğlunun Kərbəla döyüşündə şəhid olduğunu qeyd etmişlər. Bu Abdullah isə Abdullah Əkbərdir. Abdullah Əli ibn Əbu Talibin qızı Meymunə ilə evlənmişdir. == Kərbəla döyüşündə == Onun adı "Ziyarət-şühəda"da Əbu Abdullah ibn Müslüm ibn Əqil kimi çəkilir.
Əqil Kövsəri Ərdəbili
Əqil Kövsəri Ərdəbili — XVII əsrdə yaşayıb Nizami ənənələrini davam etdirən Azərbaycan şairlərindən biri. Kövsəri Səfəvilər sülaləsindən I Şah Abbas (1587-1629) dövründə İsfahanda (Səfəvilərin həmin dövr paytaxtı) yaşayıb-yaratmışdır. Kövsərinin “Leyli və Məcnun”, “Şirin və Fərhad” poemalarından başqa digər əsərləri məlum deyildir. Məhəmmədəli Tərbiyət “Daneşməndane-Azərbaycan” adlı əsərində Kövsəri haqqında yazır: Müasir İran alimlərindən doktor Tələt Bəsari Tehranda nəşr olunan “Suxən” jurnalında nəşr etdirdiyi “Çöhreye Şirin” adlı məqaləsində Firdovsinin, Nizami və onun xələflərinin Şirin haqqında şeirlərindən nümunələr vermişdir. Alim buraya Kövsərinin də adını daxil etmişdir. Amma nədənsə şairin şeirlərindən nümunə gətirməmiş və yalnız adını çəkməklə kifayətlənmişdir. Müasir Azərbaycan alimlərindən R. Azadə özünün “Azərbaycan epik şeirinin inkişaf yolları” adlı əsərində Kövsərinin həyat və yaradıcılığına diqqət yetirib,, onun “Şirin və Fərhad” əsərinin geniş təhlilini vermiş, şairin Azərbaycan ədəbiyyatında tutduğu mövqeyi dəyərləndirmişdir.
Əqil bin Əbi Talib
Əqil bin Əbi Talib (ərəb. عقيل بن أبي طالب‎‎; 590, Məkkə – 670, Mədinə) — Əbu Talib ibn Əbdül-Mütəllib və Fatimə binti Əsədin oğlu və Əli bin Əbu Talibin qardaşı. Əqil bin Əbi Talib Ənsab elmini gözəl bilirdi. Öz dövründə bu elmi bilən üç şəxsdən biri idi.
Əqil ibn Əbu Talib
Əqil bin Əbi Talib (ərəb. عقيل بن أبي طالب‎‎; 590, Məkkə – 670, Mədinə) — Əbu Talib ibn Əbdül-Mütəllib və Fatimə binti Əsədin oğlu və Əli bin Əbu Talibin qardaşı. Əqil bin Əbi Talib Ənsab elmini gözəl bilirdi. Öz dövründə bu elmi bilən üç şəxsdən biri idi.
İmamzadə Əqil türbəsi (Yasukənd)
İmamzadə Əqil türbəsi — İran Azərbaycanının Kürdüstan ostanının Bicar şəhristanının Yasukənd şəhərində yerləşən türbə və məscid. == Tarix == İmamzadə Əqil türbəsi bölgədə İslam dövründən qalmış ən qədim memarlıq əsərlərdən biridir və çox güman ki, Səlcuqlular dövrünə aiddir. Bu imamzadənin binası böyük bir tarixi ərazidə yerləşir və onun saxsı məmulatları çox güman ki Səlcuqlu və Elxanilər dövründən qalmışdır. == Memarlığı == Bu bina kvadrat şəklində və daxili ölçüləri 6x5,6 metrdir. Binanın hər tərəfində tağ, künclərdə dairəvi sütunlar var. Bu binanın memarlığını fərqləndirən cəhətlərdən biri də müxtəlif dizayn və yazılarla kərpic hörmələridir və “Bismillah” kəlməsinin işlənməsidir. Binanın içərisində maraqlı stükko bəzəkləri və kufi xətti ilə yazılar var. Yazılarda Quran ayələri və ehtimal ki, tikilmə tarixi qeyd olunub. Binanın günbəzi dağıdılıb. Tikintidə istifadə olunan memarlıq və bəzək növü onun tikilmə tarixini Səlcuqlular dövrünə aid olduğunu göstərir və Elxanilər dövründə də istifadə olunduğunu göstərir.
Bəqli (Beqli)
Bəqli (Beqli) — Arsakda məntəqə adı. == Toponim == Kutaisi quberniyasının Şorapan qəzasında (indiki Zestafoni rayonunda) Beqlevi kənd adı . Cənub-şərqi Avropada yaşamış qıpçaqların Burcabo tayfa üç qoldan ibarət idi. Aklan, Osoluk və Beqlik. Bu kənd Beqlik qolunun adını əks etdirir. Gürcüstanda Beqlevi, Beqleti və Beqli. Ermənistanda Biqli kənd adlarında da əksini tapmışdır. Albaniyada erkən orta əsrlərdə Tatev monastırının (Zəngəzurda) adında da eb sözü iştirak edir. Qafqazın toponimiyasında Beqle, Beqli formalarındadır. XIX əsrdə İrəvan quberniyasının Novobayazid qəzasında Beqludağ, Şimali Qafqazda Dağıstan əyalətinin Dargin dairəsində Beqala-Moxi (Beqlidağ deməkdir), Batumi dairəsində Beqleti, Borcalı qəzasında Böyük Beqler və Kicik Beqler, Azərbaycanda Şamaxı rayonunda Bəklə.
Beqiç
Beqiç (v. 11 avqust 1378) — Qızıl Orda tümənbəyisi, Mamayın ordusuna başçılıq etmişdi. Voşe çayı sahilində Dmitri Donskiyə və onun müttəfiqlərinə qarşı vuruşmuşdu. Bir çox tümənbəyilərlə (Xazibəy, Koverqa, Karabuluk, Kostrov) birlikdə 50 minlik ordunun başında məğlub olmuş, öldürülmüşdü. == İstinadlar == == Ədəbiyyat == Греков И. Б., Шахмагонов Ф. Ф. "Мир истории. Русские земли в XIII–XV веках". М.: "Молодая гвардия", 1988.
Beqli
Bexleti (Xaşuri) (gürc. ბეღლეთი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Toponimkası == Beqli — Tiflis quberniyasının Qori qəzasında (indi Xaşur rayonunda) kənd adı. Beqle toponimindən və gürcücə yer, məkan bildirən "eti" şəkilçisindən ibarətdir. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 22 nəfər idi. 2014-cü ildə 22 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, II cild, səh.
Beril
Beril — mineral, Al2Be3[Si6O18]. == Haqqında == Beril adətən 5-7% qədər Na, Li, K, bəzən Rb, Cs, (OH) daşıyır. Heksaqonal təbaşirləri prizmatik, tək-tək, bəzi hallarda druzlar şəklində rast gəlir. Ayrılma {0001} üzrə qeyri-mükəmməl. Aqreqat: kip, dənəvər. Rəngi adətən ağ, yaşılımtıl, sarımtıl. Parıltı: şüşəli. Sərtlik 7,5-8. Xüsusi çəkisi 2,8. Qranit və qranit peqmatitlərin boşluqlarında, kvars-muskovitli damarlarda, pla­gioklazit və qreyzenlərdə tapılır.
Cəlil
Cəlil — Azərbaycanlı kişi adı. Bu adı olan tanınmış şəxslər Cəlil Məmmədquluzadə — yazıçı, dramaturq, jurnalist, ictimai xadim. Böyük satirik Cəlil bəy Bağdadbəyov — aktyor, Azərbaycanın əməkdar artisti Cəlil bəy Sultanov — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin deputatı Cəlil Sadıxov —Azərbaycanın Ukraynada ilk səfiri. Cəlil Vəzirov — teatrşünas. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Cəlil Kiyekbayev Cəlil Xəlilov Cəlil Xəlilov (geoloq) Cəlil Xəlilov (polkovnik) Cəlil Xəlilov (tərcüməçi) == Həmçinin bax == Cəlilzadə Cəlilov Cəlilli — Tovuz rayonunun inzibati ərazi vahidində kənd.
Cəmil
Cəmil — Azərbaycanlı kişi adı. Cəmil Ağayev — Cəmil Debbouz — Cəmil bəy Haqverdiyev — Cəmil bəy Musayev — Cəmil bəy Vəzirov — Cəmil bəy Köçərlinski — Cəmil bəy Rəfibəyli — Cəmil Cahid bəy Toydəmir — Cəmil bəy Xazalanski — Cəmil Lənbəranski — Cəmil Mərdəm Bəy — Cəmil Sadıqbəyov — Cəmil Kavukçu — Cəmil Çiçək — Cəmil Əlibəyov — Azərbaycan yazıçısı, "Azərbaycanfilm"in direktoru (1974–1984) Cəmil Quliyev — Azərbaycan kinorejissoru, İctimai Televiziyanın baş direktoru (2013-cü ildən).
Dəbil
Dvin və ya Dəbil (azərb. Dəbil‎, erm. Դուին, yun. Δούβιος) — Müasir Ermənistan ərazisində yerləşən qədim şəhər. Xarabalıqları qalmışdır. == Tarixi == 335-ci ildə Arşakilər sülaləsindən III Xosrov tərəfindən salınmışdır. Adı farsca "təpə" mənasına gəlir. 506-cı ildə Dvin kilsə məclisi burada çağrılmışdır. 642-ci ildə Ərməniyyənin mərkəzinə çevrilmişdir, bundan sonra şəhər daha çox Dəbil adlanmağa başlanmışdı. 893-cü ildə zəlzələdə şəhər dağılmış, Saci afşini Məhəmmədin şəhəri ələ keçirməsi asanlaşmışdı.
Dəmgil
== Giriş == Dəmgil (Phytophthora infestans) bitkilərdə, xüsusən də kartof və pomidor bitkilərində geniş yayılmış və dağıdıcı bir xəstəlikdir. Bu xəstəlik, Phytophthora infestans adlı bir su kalıbı (oomycete) tərəfindən törədilir və xüsusilə rütubətli və sərin şəraitdə sürətlə yayıla bilər. Dəmgil xəstəliyi ilk dəfə 1840-cı illərdə İrlandiyada kütləvi kartof qıtlığına səbəb olmuş və bu da milyonlarla insanın ölümünə və ya köç etməsinə səbəb olmuşdur. == Tarixi == Dəmgil xəstəliyi ilk dəfə 19-cu əsrin ortalarında İrlandiyada geniş yayıldı və kartof məhsullarını məhv edərək kütləvi aclığa səbəb oldu. Bu hadisə İrlandiyada "Böyük Aclıq" (Great Famine) olaraq bilinən dövrə təsadüf edir. Bu xəstəlik, daha sonra digər Avropa ölkələrinə və dünyanın müxtəlif bölgələrinə yayılmışdır. == Təsviri == Phytophthora infestans, bitkilərin yarpaqlarında, gövdələrində və meyvələrində qəhvəyi və ya qara ləkələr əmələ gətirir. Bu ləkələr zamanla genişlənir və bitkilərin çürüməsinə səbəb olur. Xəstəlik, xüsusilə nəmli və sərin hava şəraitində sürətlə yayılır və bitkilərin tamamilə məhv olmasına gətirib çıxara bilər. === Xəstəliyin simptomları === Dəmgil xəstəliyinin əsas simptomları bunlardır: Yarpaqlarda su ilə islanmış kimi görünən ləkələr Gövdələrdə qara və ya qəhvəyi zolaqlar Meyvələrdə qəhvəyi ləkələr və çürümə Bitkilərin solması və çürüməsi == Yayılma və Nəzarət == Dəmgil xəstəliyi su kalıbları vasitəsilə yayılır və xəstə bitkilərin sporları vasitəsilə torpağa və suya keçir.
Dərgil
May itburnusu (lat. Rosa majalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Azərbaycanın dağ-meşə zonalarında və kolluq yerlərində geniş yayılmışdır. Dərman məqsədilə meyvələrindən istifadə olunur. Meyvələri adətən sentyabr-oktyabr aylarında toplanır və quruducularda 70-80 temperaturda qurudulur. Meyvələrin rəngi çəhrayıdan parlaq-qırmızı rəngə keçəndə onları toplamaq məsləhətdir. May itburnusu meyvəsinin tərkibində C vitamini, karotin, B1, B2, K və P vitaminləri, karotinoidlər, flavonoidlər, 18 %-ə qədər şəkər, 4 % aşı maddəsi, 3,7 % limon və alma turşuları, pektin maddələri, dəmir, manqan, fosfor, kalsium duzları və s. vardır. Ona görə də bu meyvələrdən çox zəngin polivitaminli xammal kimi təbabətdə geniş istifadə olunur. May itburnusunun meyvələrindən dəmləmə, konsentrat, şərbət və mürəbbə şəklində bir sıra xəstəliklərin müalicəsində, məsələn skorbutin, C və P Hipo – və avitaminozların, raxitin, qızılyelin, qanazlığının, vərəmin, sidik və öd yolları xəstəliklərində geniş istifadə edirlər.
Fəqih
Fəqih (ərəb. فقيه — bilici) — İslam ilahiyyatçısı və hüquqşünası, fiqh üzrə mütəxəssis. == Tarixi == “Fəqih” anlayışı VII əsrin ikinci yarısında inkişaf etmişdir. Bu, ilk növbədə, Quran və Sünnəyə əsaslanan İslam həyat tərzinin normalarını inkişaf etdirməyə çalışan Hicaz və İraqın teoloji və hüquq məktəblərinin fəaliyyəti ilə bağlıdır. İlk fəqihlər, əsasən, şəhər ticarəti və sənətkarlıq mühitinə mənsub olub, dolanışığını ilahiyyatla heç bir əlaqəsi olmayan mənbələrdən alırdılar. Onlar üçün bu, dini borcun yerinə yetirilməsinin yalnız bir hissəsi və təqvalı bir fəaliyyət idi. Tələb olunan bilik həcmi sürətlə artdıqca, fiqhlə peşəkar şəkildə məşğul olan insanların (müəllimlər, şəfaətçilər, sənədləri tərtib edənlər, katiblər və s.) sayı artır. Hakimlər ( qazilər) və məmurlar üçün də peşəkar fiqh biliyi zəruri idi. IX əsrdə fəqihlər artıq hökmdarların hesablaşmalı olduğu şəhər əhalisinin nüfuzlu təbəqəsini təmsil edirdilər. Müxtəlif dövlət vəzifələrinə namizədlər əsasən onların arasından təyin olunduğundan, onların İslam dövlətlərinin siyasi və ictimai həyatına böyük təsiri olmuşdur .
Fəqir
Fəqir (ərəb. فقیر‎ — yoxsul) — Keçmiş Sufizm termini olub mənası kasıb deməkdir. == Ümumi məlumat == "Fəqr" (fəqirlik) anlayışı dini ədəbiyyatda bir neçə mənada işlədilir. Ərəb dilindən tərcüməsi "yoxsul, kasıb, möhtac" deməkdir. Mənaların birinə görə, bütün insanlar fəqirdirlər, çünki Allah-təalanın mərhəmətinə möhtacdırlar. Yalnız Allah qənidir (zəngindir, ehtiyacsızdır): "Allah zəngindir, siz isə yoxsulsunuz". Digər mənaya görə, fəqirlik – maddi yoxsulluq, kasıblıq deməkdir. Bəzi ayə və hədislərdə bu cür fəqirlik insanın imanına zərər yetirə biləcək pis bir hal kimi göstərilir: "Şeytan sizi yoxsulluqla qorxudaraq, alçaq işlərə sövq edər…". "Fəqirdənsə qəbir yaxşıdır" (İmam Əli (ə)). Fəqirliyin bu cür dəyərləndirilməsinin səbəbi budur ki, kasıb insan özünün və ailəsinin dolanışığını təmin etmək üçün başqalarına, hətta dinsiz və mənəviyyatsız şəxslərə də möhtac olar, bununla öz şəxsiyyətini, müstəqilliyini itirər, alçalar.
Fəsil
Fəsil, mövsüm ya da sezon — ilin şərti olaraq bölündüyü 4 dövr. Mövsümlərin bölünməsi müxtəlif cür aparılır: Təqvim üzrə mövsümlər – dünyanın əksər ölkəsində ilin hər biri 3 təqvim ayına bərabər olan 4 mövsümə bölünməsi qəbul edilib. Astronomik mövsümlər - gündönümündən (yay və qış) və gecə-gündüzün bərabərləşməsinə uyğun bölünür. Fenologiya - mövsümlərin müddəti təbiət hadisələrinə uyğun olaraq bölünür (təbiətdə iqlimin mövsümi dəyişikliyinə uyğun). == Təqvim üzrə mövsümlər == Fəsilləri dövrü belədir : qış payız yaz yay .İlin fəsilləri belə dövr edir: Qış Payız Yaz Yay .Orta en dairələrində il formal olaraq təqribən 4 bərabər hissəyə bölünür.
Hegel
Georq Vilhelm Fridrix Hegel (alm. Georg Wilhelm Friedrich Hegel‎; 27 avqust 1770[…], Ştutqart, Vürtemberq qraflığı[d], Müqəddəs Roma imperiyası – 14 noyabr 1831[…], Berlin, Prussiya, Almaniya ittifaqı) — alman filosofu, obyektiv idealist, klassik alman fəlsəfəsinin nümayəndəsi. Gəncliyində radikal təfəkkür tərzi ilə fərqlənmişdir. Klassik alman fəlsəfəsi Hegelin simasında öz zirvəsinə çatır. Hegel intellektual intuisiyanı fəlsəfi biliyin ən yüksək forması olduğu haqqında Şellinqin təlimini qəbul etməmişdir. O, əksinə sübut etməyə çalışmışdır ki, vahiddən çoxluğun yaranması rasional idrakın predmeti ola bilər. Bu idrakın instrumenti məntiqi təfəkkür, əsas forması isə anlayışdır. Lakin Hegel göstərirdi ki, bu xüsusi növ məntiqi idrakdır. Onun əsasında formal məntiq deyil, dialektik məntiq durur. Hərəkətverici qüvvəsini isə ziddiyyət təşkil edir.
Irqıl
Metil
Metil — bir karbon atomuna birləşmiş üç hidrogen atomundan ibarət, metandan əldə edilən bir alkildir — CH3. Kimyəvi formullarda metil əsasən Me olaraq qısaldılır. Bu karbohidrogen qrupu bir çox üzvi birləşmələrdə mövcuddur. Molekullarda əksərən stabil bir qrupdur. Metil qrupu adətən daha böyük bir molekulun tərkib hissəsi olsa da, anion, kation və ya radikal kimi üç formada tapıla bilər. Anionda səkkiz, kationda yeddi, radikalda isə altı valent elektronu var. Hər üç formada metil çox reaktivdir və nadir hallarda müşahidə oluna bilir. Metilium kationuna (CH3+) qaz fazasında rast gəlinir, digər fazalarda mövcud deyil. Bəzi birləşmələr metilium kationunun mənbəsi hesab olunur və üzvi kimyada praktikada geniş tətbiq olunur. Nümunə üçün, metanol protonlaşma zamanı elektrofil metil yaradan reagent verir: CH3OH + H+ → CH3+ + H2O Eynilə, metil yodid və metil triflata metil katalizinin ekvivalenti kimi baxılır, çünki onlar zəif nukleofillərlə SN2 reaksiyalarına dərhal məruz qalırlar.
Mugil
Kefal (lat. Mugil) — kefallar fəsiləsinə aid balıq cinsi. Kefal balıqlarının Xəzər dənizində 2 növü yaşayır — qızılı kefal (singil) və sivriburun kefal. Hər iki növ 1930-cu illərdə Qara dənizdən gətirilərək Xəzərə buraxılmışdır. Xəzər dənizinin iqlim və qida şəraiti həddindən artıq əlverişli olduğu üçün kefallar qısa müddətdə yeni şəraitə uyğunlaşaraq Xəzərin hər yerində geniş yayılmışlar. Bu tədbirdə məqsəd Xəzərin ixtiofaunasının növ tərkibini dəniz balıqları hesabına zənginləşdirilməsi olmuşdur. Vətəgə əhəmiyyəti olan bu balıqlar Xəzərdə çoxalaraq, əsas ov obyektinə çevrilmişlər. Çox cəld və müxtəlif səs qıcıqlandırıcılarına qarşı həssas balıqdır. Xəzər dənizi şəraitinə uyğunlaşmış hər iki növün öz xarakterik xüsusiyyətləri var.
Nağıl
Nağıl — şifahi xalq ədəbiyyatının epik növünün ən qədim və ən çox yayılmış janrıdır. Nağıllar xalq nağılları və müəllif nağılları olmaqla iki qrupa bölünür. Müəllif nağıllarından fərqli olaraq xalq nağıllarının yazıldığı tarix və müəllifi bəlli olmur. Nağıllarda xalqın həyatı və məişəti, dünyagörüşü və inancları, arzu və xəyalları əks olunur. Nağıllar əsasən, qaravəlli adlandırılan girişlə başlayır. Bu girişlər nağılın məzmunu ilə bağlı olmur. Məsələn, "Hamam hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər köhnə hamam içində, hamamçının tası yox, baltaçının baltası yox, orda bir tazı gördüm, onun da xaltası yox. Nağıl-mağıl bilmərəm, bilsəm də söyləmərəm, xandan gəlmiş nökərəm, dinmə böyrünü sökərəm" Nağılın əvvəlində "Biri vardı, biri yox", sonunda isə "Göydən üç alma düşdü: biri mənim, biri özümün, biri də nağıl deyənin" sözləri işlənir. Başlanğıcda və sonluqda verilən həmin epik formullarla yanaşı qəhrəmanlarla, hadisələrlə bağlı formullardan da istifadə olunur. Məsələn, "Qız nə qız, görən bunun camalına heyrandı, qaş qara, gözlər sürməyi, boyu sərv…", "dərələrdən sel kimi, təpələrdən yel kimi, badi-sərsər kimi", "Dağların dabanıynan, yolların qırağıynan, ayaq üzəngidə, diz qabırğada…" və s.
Qəsil
Aşağı Qəsil — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd. Yuxarı Qəsil — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd.
Çigil
Çigil — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus ada. Məskunlaşmamış adadır. Palçıq vulkanı mənşəlidir. Ərazisi 0,4 km² təşkil edir. Sahilləri hündür və yalnız cənub-şərq tərəfdən ensiz sahil zolağı ilə əhatə olunmuşdur. Cənub-Şərq hissədə bir necə palcıq vulkanı var. Adanın uzunluğu 585 m, eni 425 m-dir. Sahildən 16,9 km məsafə ayırır. Maksimal hündürlük 5 m təşkil edir. Bəndovan burnundan cənubda yerləşir.
Əzgil
Əzgil (lat. Mespilus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Almayabənzər meyvələri olan əzgil (muşmula) ağacı Zaqafqaziyada (Azərbaycanın dağ-meşə rayonlarında), eləcə də Krımda geniş yayılmışdır. Yabanı halda yayılan əzgilin meyvələri sarı-qonur rəngdə olur, çox xırdadır, lət hissəsi kobud, dadı turşməzədir. Lakin becərilən əzgilin meyvələri sarı rəngli olub, iridir və dadı şirindir. Meyvəsində müxtəlif növ şəkərlər, üzvi turşular, aşı və pektin maddələri, eləcə də C vitamini, az miqdarda isə karotin vardır. Xalq təbabətində tam yetişməyən əzgil meyvəsindən bişirmə və dəmləmə formasında şəkərlə qarışdırıb, uşaqlarda baş verən ishala və dezinteriyaya qarşı istifadə edirlər. Əzgilin meyvələrindən, həmçinin böyrək xəstəliklərində, şirəsindən isə xroniki mədə-bağırsaq xəstəliklərində, mədənin həzmolma prosesini yaxşılaşdıran və köpü azaldan dərman kimi işlədilir. Bundan başqa, əzgil qənnadı sənayesində hazırlanan məmulatların tərkibinə də qatılır. Əzgilin meyvəsinin illik ehtiyatı olduqca çoxdur.