Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Habitat
Habitat, yaşayış sahəsi və ya yaşayış mühiti ― bir orqanizmin yaşadığı və inkişaf etdiyi yerdir. Bu yer fiziki cəhətdən bir regionun, yerin, havanın, torpağın və ya suyun xüsusi bir hissəsi ola bilər. Habitat (yaşayış sahəsi) bir okean və ya çəmənlik qədər böyük ola bilər və ya çürük bir ağacda yaşayan həşəratların bağırsağı qədər kiçik də ola bilər. Ancaq həmişə müəyyən edilə bilən və fiziki cəhətdən məhdud bir ərazidir. Birdən çox heyvan və ya bitki xüsusi bir yaşayış yerində yaşaya bilər. Dəvələrin yaşayış yeri çöllər, balıqların yaşayış yeri isə dəniz və şirin su ehtiyatlarıdır. Canlı orqanizmləri əhatə edən hər bir şey yaşayış mühiti adlanır. Hər bir canlı orqanizm yaşayış mühiti ilə sıx bağlıdır. Yaşayış mühitində orqanizmlər müəyyən mühit amillərinin təsirinə məruz qalırlar. Mühitin orqanizmə təsir edən ayrı-ayrı elementləri ekoloji amillər adlanır.
Zabivaka
Zabivaka (rus. Забива́ка, "Qolçu, bombardir") – Rusiyada keçirilən 2018 FİFA Dünya Kubokunun rəsmi talismanı. Talismanın adı rus sözləri olan забияка (əsəbi) və забивать (xal qazanmaq) sözlərinin qarışığından yaranıb. Talisman elektron seçki ilə seçildi və qalib gələn talisman olan Zabivakanı hazırlayan tələbə dizayner olan Yekaterina Boçarovadır. Maskot 21 oktyabr 2016-cı ildə açıldı. Bu maskot antropomorfik Avrasiya canavarı idi. Onun qəhvəyi və ağ xəzi var idi və üstü "Russia 2018" yazılı bir T-shirt yazılmışdı. Dizaynerə görə, talismanın gözündə olan eynək xizək eynəyi deyil, bəzi idman növlərində istifadə olunan, misal üçün velosiped idmanında istifadə olunan bir eynəkdir. Ağ,göy və qırmızı rənglərinin kombinasiyası Rusiya bayrağını simvolizə edir. Müsabiqənin nəticəsi 22 oktyabr 2016-cı ildə Pervıy kanaldakı Вечерний Ургант verilişində açıqlandı.Zabivaka adlı canavar 53 % səslə birinci, pələng 27 % səslə ikinci, 20 % səs yığan pişik isə üçüncü olmuşdur.Təxminən 1 milyona yaxın insanın iştirak etdiyi səsvermə FIFA.com saytında keçirildi.
Zabrat
Zabrat — Bakının Sabunçu rayonunda qəsəbə. Abşeron yarımadasının mərkəzində, dəniz səviyyəsindən 20-30 m hündürlükdə yerləşir. Zabrat toponiminin mənasının araşdırmasında AMEA-nın Coğrafiya İnstitutunun toponimika üzrə mütəxəssisi c.ü.f.d. Abasova Mahirə xanımın tədqiqinə görə yaşlı sakinlərdən topladığı məlumata görə bu kənd qədim -"Zər" kəndinin batdığı yerdə (zəlzələ nəticəsində) salınmışdır. Zər kəndi 5 əsr bundan əvvəl təbii fəlakət nəticəsində dağılmışdır. Həmin kəndin yerində hazırda II Zabrat (ən qədim kənd) və I Zabrat (110-120 il bundan əvvəl salınmışdır) kəndləri yerləşir. Zabrat toponimini İran dillərində "Zab"-qaynaq, çeşmə, bulaq, "at"- çıxarılan yer, bol, çoxlu, yeni neft bulağı" mənasında olmasını qeyd edir. Zabrat toponiminin başqa bir izahı da var: Zər kəndi(Zərkənd)-Zərbat-Zabrat. Zabrat toponiminin digər elmi izahını isə mərhum akademik Məşədi xanım Nemətə görə türk tayfalarından olan sabirlərin adı ilə bağlı olmasıdır. Sabir türklərinin bir qolu Zabrat kəndinin əsasını qoymuşlar.
Zabit
Zabit (alm. Offizier‎) — əsasən hərbçi məmurlara verilən bir vəzifə növü. Polis və başqa xidmət orqanlarında da istifadə olunur. Zabit vəzifəsi rütbələrinə görə iki yerə bölünür: Kiçik zabit heyəti və Ali zabit heyəti.
Zariyat Surəsi
51-ci surə əz-Zariyat (Sovurub dağıdan küləklər) surəsi (Məkkədə nazil olmuşdur, 60 ayədir). Surə adını ilk ayədə işlənən və sovurub dağıdan küləklər mənasına gələn əz-Zariyat sözündən götürmüşdür.
Zabrat bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaragöz və Xacivat
Qaragöz və Xacivat — təqlidə və qarşılıqlı dialoqa əsaslanan iki ölçülü təsvirlərlə bir pərdədə oynadılan kölgə oyunudur. Qaragöz oynadana qurğusal, xəyalbaz deyirlər. Köməkçiləri çıraq, yardaq, dayrezen, sandıqkardır. Oyunda dialoqların dəyişməsi baş rollarla edilir. Bu iki xarakterin həqiqətən yaşayıb yaşamadığı, yaşayıbsa, harada necə yaşadığı dəqiq olaraq bilinmir. Danışılanlar rəvayətlərə əsaslanır, həqiqətən yaşamış olsalar da, böyük ehtimalla bəhs edilən dövrdə tarix kitablarına girəcək qədər əhəmiyyətli görülməyiblər. Folklorşünaslar Qaragözün bəzi oyunlarda qaraçı olduğunu öz dili ilə deməsi və Bulqar qaydası çalmasını əsas götürərək onun Bizans imperatoru Konstantinin qaraçı seyisi Sofyozlu Bali Çələbi olduğunu söyləyirlər. Bir digər rəvayətə görə isə Hacı İvaz Ağa, ya da xalqın bildiyi adı ilə Xacivat və Trakyada yerləşən Samakol kəndindən olan dəmirçi ustası Qaragöz Orxan Qazi dövründə Bursada yaşayan və məscid inşaatında işləyən iki işçidir. Özləri işləmədikləri kimi başqa işçilərin işləməsinə də imkan vermirdilər. Orhan Qazinin "məscid vaxtında bitməsə, kəlləni alaramm" dediyi məscid memarı məscidin inşaatının vaxtında bitməməsinə görə Qaragöz və Xacivatı şikayət edir.
Zabit Allahverdiyev
Zabit Məhəmmədşərifov
Zabit Əhmədoviç Məhəmmədşərifov (rus. Забит Ахмедович Магомедшарипов; 1 mart 1970) — Avar əsilli Rusiya qarışıq döyüş sənətkarı, hal-hazırda Ultimate Fight Çempionatının (UFC) yüngül çəki divizionunda yarışır. 30 İyul 2020 tarixinə görə, UFC yarım-yüngül çəki (featherweight) dərəcələrində 3-cü yerdədir. Dağıstanda Xasavyurt şəhərində anadan olub. Əslən avardır. 10 yaşında sərbəst güləşlə məşğul olmağa başladı. Bir müddət kikboksinq və futbol ilə məşğul oldu. 2003-cü ildən etibarən Uşhu Sanda məşqlərinə başladı. 2012-ci ildən qarışıq döyüş sənətlərində yarışmağa başladı. Ailəli deyil.
Zabit Nəbizadə
Zabit Nəbizadə (1 may 1965, Şıxzahırlı, Şamaxı rayonu) — Azərbaycan Respublikasının Xalq Artisti Zabit Nəbizadə 1965-ci ildə Şamaxı rayonunun Şıxzahırlı kəndində doğulub. Zabit Nəbizadə 1991-1995-ci illərdə A.Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunun "Solo oxuma" (xanəndəlik) şöbəsində, 1996-2000-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr kollektivinin rejissoru" fakültəsində təhsil almışdır. 2000-ci ildən Bakı Musiqi Kollecində müəllim kimi fəaliyyət göstərən Zabit Nəbizadə, 2003-cü ildən Azərbaycan Milli Konservatoriyasının muğam şöbəsində pedaqoq kimi çalışır. Sənətçi dəfələrlə xarici ölkələrdə qastrol səfərlərində Azərbaycanı layiqincə təmsil etmişdir. 2005-ci ildə Əməkdar Artist fəxri adına layiq görülmüşdür. 2011-ci ildə isə Xalq artisti fəxri adına layiq görülmüşdür. 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür.
Zabit Quliyev
Zabit Adil oğlu Quliyev (6 iyun 1975, Ərəbxana, Kürdəmir rayonu) — Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı. 6 iyun 1975-ci il Kürdəmir rayonunun Ərəbxana kəndində anadan olmuşdur. 1992-ci il Ərəbxana kənd orta məktəbini bitirdikdən sonra rayonda təsərrüfat işlərində çalışır. 1993-cü ildə isə Milli Orduya çağırılıb. Zabit Quliyev cəbhə bölgəsində xidmətə başlayır. Füzuli, Ağdam, Ağdərə, Tərtər cəbhələrində fərqlənir.Dəfələrlə düşmənin zirehli texnikalarını sıradan çıxarır. Təkcə Seysulan kəndində gedən döyüşlər zamanı ermənilərin dörd tankını məhv edib. Ailəlidir, bir övladı var. Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Zabit Adil oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Vüqar Əsgərov.
Zabit Səmədov
Zabit Mübariz oğlu Səmədov (belar. Забіт Самедаў; 21 iyun 1984, Candar, Qardabani rayonu) — Gürcüstanda azərbaycanlı ailəsində anadan olmuş, Azərbaycan idmançısıdır. Zabit Səmədov Gürcüstanda azərbaycanlı ailəsində anadan olub və 10 yaşında Minskə köçmüşdür. O, 9 yaşından idmanla məşğul olmağa başlamışdır. Əvvəllər o, Əziz Dursunovun təlimi altında 6 ay karate ilə məşğul olmuşdur. Sonra o Muay tay idman növü ilə məşğul olmağa başlayır. 1998-ci ildən etibarən o, Minskdə məşhur klub olan Chinuk GYM-də idmanını davam etdirir. O (en:Alexey Ignashov) və (en:Sergei Gur) ilə birlikdə məşqçi Dmitry Pioçeski təlimi altında məşqini sürdürür. Zabit Səmədov həvəskar karyerasında bir neçə dəfə dünya və avropa çempionu olmuşdur. Sonradan Zabit Səmədov peşakar döyüşlərə üz tutmuşdur.
Zabit Xəlilov
Zabit Cəmşid oğlu Xəlilov — 1-ci dərəcəli dövlət qulluqçusu, publisist, şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" və "H. Zərdabi" mukafatçısı. Zabit (Dolğun) Xəlilov 30 mart 1959-cu ildə Qərbi Azərbaycanın Göyçə mahalında anadan olmuşdur. 1981-ci ildə Gəncə Dövlət Pedoqoji İnstitutunu, 1991-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan KP MK-nin yanında Ali Partiya məktəbinin "partiya quruculuğu" fakultəsini "FƏRQLƏNMƏ" diplomları ilə bitirmişdir. 1981-1982-ci illərdə Daşkəsən Partiya Komitəsinin orqanı olan "Daşkəsən" qəzetinin nəzdində iki illik "Gənc muxbirlər" məktəbini bitirmişdir. 1981-1991-ci illərdə Daşkəsən Rayon Komsomol Komitəsində, Gəncə Şəhər Komsomol Komitəsində, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin Beynəlxalq Gənclər Turizm bürosunda şöbə müdiri işləmişdir. 1991-1995-ci illərdə Gəncə İqtisadiyyat Mərkəzində şöbə müdiri vəzifəsində çalışmışdır. 1995-2013-ci illərdə Gəncə Şəhəri, Nizami Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar və Mülki Müdafiə Qərargahının rəisi vəzifəsində işləmişdir. Birinci dərəcəli dövlət qulluqçusudur. İşlədiyi müddətdə Gəncə Şəhər İcra Hakimiyyətinin, Nizami Rayon İcra Hakimiyyətinin və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional şöbəsinin "Fəxri Fərman"ları və qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır. 07 yanvar 2013-ci ildən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi "Respublika" qəzeti redaksiyasının bölgə müxbiridir.
Zabrat Hava Limanı
Zabrat hava limanı (IATA: ZXT, ICAO: UBTT) – Bakı şəhərinin 18 kilometr şimal-şərqində, Maştağa qəsəbəsinin cənub-qərbindən 5 km kənarda yerləşən ictimai hava limanı. III sinif hava limanıdır. Limanın aerodromu E sinifdəndir. Hava limanı 2008-ci ilə qədər Azərbaycan Hava Yolları Dövlət Konserninə məxsus olub. Həmin il AZAL Qapalı Səhmdar Cəmiyyətə çevrilib, Zabrat hava limanı isə özəlləşdirilərək Silk Way Holding-ə daxil olan Silk Way Helicopter Services-in tabeliyinə keçib. Təhlükəsizliyin təminatı məqsədilə ərazinin sərhədi boyu İsrailin RB Tech şirkətinin istehsalı olan xüsusi elektron hasarlarla əhatə edilmiş və xüsusi işıqlandırma sistemi ilə təchiz edilmişdir. Sərnişinlərin uçuşa yola salınması buraxılış qabiliyyəti saatda 240 nəfər olan sərnişin və yük terminalı vasitəsilə həyata keçirilir. Terminal gəlmə və getmə zallarından, VİP, brifinq otaqlarından, yük anbarı hissəsindən, qeydiyyat duracaqları bölməsindən, 120 oturacaqlı monitorlarla təchiz edilmiş kafe hissəsi olan gözləmə zalından ibarətdir. Uçuş-eniş zolağı 40 ton yükə hesablanmışdır. Həmçinin gecə uçuşlarının həyata keçirilməsi üçün səviyyədə işiqlandırma sistemi təchiz olunmuşdur.
Sənan Axundov (zabit)
Tofiq Kərimov (zabit)
Zabit və Centilmen
Zabit və Centilmen, orijinal adı "An Officer and a Gentleman" olan 1982 tarixli klassik filmdir. Baş rollarda Richard Gere ve Debra Winger oynamışdırlar. Filmin rejissoru Taylor Hackforddur.
Şakir Sabir Zabit
Şakir Sabir Zabit (1913, Kərkük – 1990, Bağdad) — folklorşünas, etnoqraf və tarixçi. Şakir Sabir Zabit 1913-cü ildə Kərkükdə anadan olub. İlk okulu Kafridə, orta okulu Kəlkükdə, liseyi Bağdadda bitirib. 1933-cü ildə Hərbiyyədən məzun olmuş Şakir Sabir Zabit İraq ordusunda zabit kimi xidmət edib. 1938-də hərbi məktəbi bitirib. 1953-cü ildə isə polkovnik rütbəsində təqaüdə çıxıb. Şakir Sabirın peşəsi zabit olduğuna görə ədəbi-bədii, elmi-publisistik əsərlərində “Zabit” təxəllüsündən istifadə edib. 1959-cu ildə general Şakir Sabir təqaüdə çıxır. İraqda yaşayan özlərini türkman adlandıran türklərin tarixindən, soy köklərindən bəhs edən “Mə’cəzu-tərixu —t—türkmani filıraqi” kitabını 1961-ci ildə nəşr etdirir. Ərəbcə yazılmış bu kitab nəinki türkmanlar, hətta ərəb araşdırıcıları tərəfindən də maraqla qarşılanır.
Əli Məhərrəmov (zabit)
Məhərrəmov Əli Əmirxan oğlu (30 oktyabr 1975, Daşkənd, Vardenis rayonu) — Azərbaycan hərbçisi, baş leytenant; İkinci Qarabağ müharibəsinin iştirakçısı. Əli Məhərrəmov 30 oktyabr 1975-ci ildə Göyçə mahalının Daşkənd kəndində doğulub. 1983–1988-ci illərdə Vardenis rayonunun Daşkənd kənd orta məktəbində, 1988–1993-cü illərdə isə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbində oxumuşdur. 1995-ci ildə Bakı Rabitə Kollecinin "Mühasibat uçotu" şöbəsinini, 1999-cu ildə isə S. Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının "İqtisadiyyat" fakültəsinin "Aqrar istehsalatın iqtisadiyyatı və idarə edilməsi" ixtisasını bitirmişdir. 1988-ci ildə ailəsi ilə birlikdə Göyçə mahalından məcburi köçərək Bərdə rayonunun Yeni Daşkənd kəndində məskunlaşmışdır. 2000–2002-ci illərdə "Uşaqları Qoruyun" (ing. Save Childrens) təşkilatında provoyder, 2002–2003-cü illərdə KOSİA-SMEDA təşkilatında məsləhətçi vəzifələrində işləmişdir. 2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Əli Məhərrəmov 2003–2005-ci illərdə Baş leytenant rütbəsində Qazax rayonundakı N saylı hərbi hissədə artilleriyanın taqım komandiri olmuşdur. 27 sentyabr 2020-ci ildə başlayan Azərbaycanın əks-hücum əməliyyatlarından sonra ehtiyatda olan artilleriya zabiti qismində xidmətə çağırılmışdır.
Corc Anson (zabit, 1769)
Corc Anson (ilk soyadı – Adams; ing. Sir George Anson; 1769[…] – 4 noyabr 1849, Çelsi, Böyük London) — Böyük Britaniya zabiti və siyasətçisi. O, Piriney müharibəsi dövründə hersoq Artur Uelsli Vellinqton rəhbərliyindəki Böyük Britaniya Süvari Briqadasını idarə etmiş və illərlə viqlərdən olan parlament üzvü kimi çalışmışdır. == Həyatı == Corc Anson Corc Adamsın və lord I Corc Veneybls-Vernonun qızı Meri Vernonun ikinci oğludur. Onun böyük qardaşı Tomas Anson, kiçik qardaşları isə ser Uilyam Anson və Frederik Anson idi. == Karyerası == === Piriney müharibəsi === Corc Anson Böyük Britaniya ordusuna 1786-cı ildə qoşulmuşdur. O, Hollandiyada, York hersoqu Şahzadə Frederik və ser Ralf Eberkrombi rəhbərliyi altında xidmət göstərmişdir. O, Piriney müharibəsindəki bütün kampaniyalarda iştirak etmişdir və İkinci Porto döyüşü zamanı 16-cı yüngül draquna rəhbərlik etdiyi görə mükafatla təltif olunmuşdur. Anson Talavera, Busak, Salamanka və Vittoriya döyüşlərindəki fəaliyyətinə görə daha çox hörmət qazanmışdır. O həmçinin, Vento-del-Poso döyüşündə də iştirak etmişdir.
Məhəmməd Baqiri (iranlı zabit)
Məhəmməd Baqiri (doğum adı: Məhəmməd Hüseyn Afşordi) (farsca: محمد باقری) (iyun 1960, Təbriz, İran) — iranlı General-mayor rütbəli zabit. İranda İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri. Hal-hazırda İranda mövcud olan ən yüksək hərbi mövqe hesab edilən İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisidir. Məhəmməd Baqiri 1960-cı ildə Təbrizdə anadan olmuşdur. 1979-cu ildə Amirkabir Texnologiya Universitetinin maşınqayırma fakültəsinə qəbul edilmişdir. 1980-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusuna üzvlüyə qəbul edilmişdir. İran-İraq müharibəsində təcrübəsi olan bir hərbi kəşfiyyat üzrə mütəxəssisdir. Siyasi coğrafiya üzrə fəlsəfə doktorudur. İran Ali Milli Müdafiə Universitetində mühazirələr oxuyur. Suriya vətəndaş müharibəsi, İranda kürd üsyanı, 2014-2017-ci illərin İraq vətəndaş müharibəsində iştirak etmişdir.
Zabit şərəfi (film, 2015)
4.1 şəhər motivləri kinoalmanaxı xaricdə təhsil alan beş gənc azərbaycanlı rejissorun lentə aldığı beş qısametrajlı filmdən ibarətdir. Film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm" kinostudiyası və Adarifilms tərəfindən istehsal edilmişdir. Filmdə əsas rolları Gülzar Qurbanova, Cavanşir Hadıyev, Roman Şulqa, Əli Nəsib, Teymur Nadir, Eyvaz Əliyev, Namiq Ağayev, Arzu Əhmədov, Zemfira Sadıqova, Əlibəy Məmmədli, Əbdül Mahmudov, Dilarə Kazımova, Rövşən Vəliyev, Azər Aydəmir, Əbdül Mahmudov və Aqil M. Quliyev ifa edirlər.
Ehsan xan Naxçıvanski (zabit)
Ehsan xan Naxçıvanski (1855 — 1894) — polkovnik-leytenant. Görkəmli ictimai-siyasi xadim. Ehsan Xan Kəngərlinin nəvəsi, Kəlbəli xan Naxçıvanski(II)nin oğlu, Hüseyn Xan Naxçıvanskinin qardaşı. == Fəaliyyəti == II Kalbalı xanın böyük oğlu II Ehsan xan 1855-ci ildə Naxçıvanda anadan olmuşdur. II Ehsan xan ilk təhsilini çarın paj korpusunda almışdı. Ona ulan alayının leyb-qvardiyasında fəal iştirakına və yüksək nizamintizama görə 1876-cı ildə poruçik rütbəsi verilmişdir. 1879-cu ildə Baş qərargahın nəzdində fəaliyyət göstərən Nikolay Akademiyasına qəbul olmuş II Ehsan xan təhsilini yarımçıq qoyaraq 1880-1881-ci illərdə Mərkəzi Asiyada gedən hərbi əməliyyatlara qatılmış və ağır kontuziya almışdır. II Ehsan xan döyüşlərdə göstərdiyi xidmətlərə görə III dərəcəli “Müqəddəs Stanislav”, IV dərəcəli “Müqəddəs Anna”, qeyri-xristianlar üçün “Müqəddəs Vladimir” ordenlərinə layiq görülmüş, 1879-cu ildə mayor rütbəsi almış və Rumın iyonu “Dəmir İyon xaçı” ordeninə layiq görülmüş, 1884-cü ildə polkovnik-leytenant rütbəsinə yüksəldilmişdir.