Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zakir
Zakir — Azərbaycan kişi adı. Qasım bəy Zakir — Azərbaycan şairi. Zakir Məmmədov Zakir Məmmədov (alim) — fəlsəfə elmləri doktoru; professor; AMEA-nın müxbir üzvü. Zakir Məmmədov (professor) — Biologiya elmləri doktoru; professor Zakir Bəhmənov Zakir Rzayev Toponim Zakir (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Bakis
Bakis (yun. Βάκις) — e.ə. VIII–VI əsrlərdə Yunanıstanda çiçəklənən peyğəmbərlər və kahinlər üçün ümumi ad. Efesli Filet, Klavdi Elian və İoann Tsets onlar arasında xüsusi fərqə malikdirlər.
AKİS
Avtomatlaşdırılmış kitabxana informasiya sistemləri (AKİS) (ing. Integrated library system) — kitabxananın sifarişi və alınmasından tutmuş kitabxananın müştərilərinə kredit verilməsinə qədər kitabxana kolleksiyalarını izləmək üçün istifadə olunan kitabxana müəssisəsinin resurs planlaşdırılması sistemləri. Hər bir oxucu (ziyarətçi) və nümunə verilənlər bazasında AKİS-ə fəaliyyəti izləməyə imkan verən unikal identifikatora malikdir. Böyük kitabxanalar AKİS-dən kitabların və digər kolleksiyaların sifarişi və alışı, kataloqu, paylanması, materialların ehtiyatı və onların qaytarılmasını izləmək üçün istifadə edir. Kiçik kitabxanalar tez-tez bu xüsusiyyətlərdən bəzilərini istifadə edirlər. == Konsepsiyalar == Avtomatlaşdırılmış kitabxana informasiya sistemlərinin tərifi peşəkar vəzifələrin spektrinin aydınlaşdırılmasını tələb edir. Bu vəzifələrdən ənənəvi kitabxana texnologiyalarının avtomatlaşdırılmış texnologiyaları ilə əvəz edilməsi, əldə etməkdən başlayaraq müxtəlif istifadəçi xidmətləri ilə başa çatmaqda ön plana çıxır. Ənənəvi AKİS-in əsas elementi bütün funksiyaları ilə birlikdə elektron kataloqdur (EK). AKİS-də işləyərkən ənənəvi kitabxananın bütün xassələri çox dəyişmədən qorunur, ilk növbədə kolleksiyalar adi formada saxlanılır; EK-də tam mətnlərə, rəqəmlərə, audio və video materiallara keçidlər, həmçinin internet resurslarına keçidlər mövcuddur. Ənənəvi AKİS-nin əsas komponenti, konkret kitabxana baxımından istifadəçilərin kitabxana kolleksiyalarına ən rahat və adekvat çıxışını təmin edən kitabxana avtomatlaşdırma sistemidir (KAS).
Sakis Rouvas
Anastasios Sakis Rouvas (yun. Αναστάσιος "Σάκης" Ρουβάς; 5 yanvar 1972, Korfu) — Yunan müğənni və atlet. == Avroviziya Mahnı Müsabiqəsində == 2004 Avroviziya Mahnı Müsabiqəsinda Shake it adlı mahnı ilə Yunanıstan'ı təmsil etdi. Bu mahnı ilə o, 3-cü oldu. 2009 Avroviziya Mahnı Müsabiqəsində təkrar Yunanıstanı təmsil etdi. Yarımfinalda 110 xal toplayaraq 4-cü oldu və finala keçdi. Finalda isə 120 xal toplayaraq 7-ci oldu. == Maraqlı faktlar == 2002-ci ildə Sakis Rouvas Vogue jurnalının yunan dilində üz kağızında şəkli çıxan ilk oğlan oldu. 2006-cı ildə Yunanıstanın paytaxtı Afinada keçirilən Avroviziya Mahnı Müsabiqəsində Maria Menounos ilə bərabər aparıcı olmuşdur. 2008-ci ilin yayında sevgilisi Katia Zygoulinin hamilə olması səbəbiylə evləndilər.
Sakis Ruvas
Anastasios Sakis Rouvas (yun. Αναστάσιος "Σάκης" Ρουβάς; 5 yanvar 1972, Korfu) — Yunan müğənni və atlet. == Avroviziya Mahnı Müsabiqəsində == 2004 Avroviziya Mahnı Müsabiqəsinda Shake it adlı mahnı ilə Yunanıstan'ı təmsil etdi. Bu mahnı ilə o, 3-cü oldu. 2009 Avroviziya Mahnı Müsabiqəsində təkrar Yunanıstanı təmsil etdi. Yarımfinalda 110 xal toplayaraq 4-cü oldu və finala keçdi. Finalda isə 120 xal toplayaraq 7-ci oldu. == Maraqlı faktlar == 2002-ci ildə Sakis Rouvas Vogue jurnalının yunan dilində üz kağızında şəkli çıxan ilk oğlan oldu. 2006-cı ildə Yunanıstanın paytaxtı Afinada keçirilən Avroviziya Mahnı Müsabiqəsində Maria Menounos ilə bərabər aparıcı olmuşdur. 2008-ci ilin yayında sevgilisi Katia Zygoulinin hamilə olması səbəbiylə evləndilər.
Zakim körpüsü
Leonard P. Zakim Bunker Hill Memorial və ya Lenny körpüsü — 2003-cü ildə Massaçusets ştatının Boston şəhərində Çarlz çayı üzərində inşa edilmişdir. Kanatlı körpünün ən yaxşı nümunələrindən biridir. Zakim Bunker Hill körpüsü Bostonda iki məşhur adın şərəfinə adlandırılmışdır . Körpünün yeri məşhur Bunker Hillə yaxın olduğundan, Çarlstaun şəhərinin əksər yerli sakinləri körpünün Bunker Hill Körpüsü adlandırılmasını təkid edirdilər. == Haqqında == Zakim Bunker Hill KörpüsüEstetik və mühəndislik nailiyyətləri baxımından bütün layihənin şah əsəridir. Big Dig layihəsi kimi tanınan layihənin konsepsiyası 1970-ci illərdə yaradılmışdır. Bunun həyata keçirilməsi bir neçə il çəkdi və layihəni başa çatdırmaq üçün bir neçə tikinti şirkəti birlikdə işə başladı. Zakim Bunker Hill Körpüsü 20 dekabr 2003-cü ildə açılışı oldu. Açılışdan əvvəl onun gücü 14 filin körpüdən keçirərək körpünün ağırlığa dayana biləcəyini nümayiş etdirdilər. Birləşmiş Ştatlarda körpüləri sınaqdan keçirmək üçün fillərdən istifadə ənənəsi 19-cu əsrin sonlarına təsadüf edir (Bruklin körpüsü 1884-cü ildə bu üsulla sınaqdan keçirilib!).
Zakir (Miyanə)
Zakir (fars. ذاكر‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 39 nəfər yaşayır (10 ailə).
Zakir Abdullayev
Abdullayev Zakir Bunyat oğlu (1937, Qaracəmirli, Şamxor rayonu) — geologiya-mineralogiya üzrə elmlər doktoru. == Həyatı == Abdullayev Zakir Bunyat oğlu 1937-ci ildə Azərbaycanın Şəmkir rayonunun Qaracəmirli kəndində anadan olmuşdur. 1959-cu ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsini bitirmişdir. 1959-1962-ci illərdə Azərbaycan SSR-nin Nazirlər Soveti yanında Geologiya İdarəsində işləmişdir. 1962-ci ildə Azərbaycan SSR EA Kimya İnstitutunun aspiranturasına daxil olur və "Geokimya" İnstitutuna (Moskva ş.) göndərilir. 1968-ci ildə "Kiçik Qafqazın ultraəsasi süxurlarında dəmir fəsiləsi elementlərinin geokimyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1988-ci ildən 2003-cü ilə qədər Azərbaycan MEA Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) "Nadir elementlərin geokimyası" sektoruna rəhbərlik etmişdir. 1992-ci ildə "Kiçik Qafqazın ofiolit assosiasiyasının, bazit-hiperbazit kompleksi" (petrokimya, geokimya və filizliliyin geokimyəvi kriteriləri) mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. == Elmi fəaliyyəti == O, petrologiya və maqmatik proseslərin geokimyası sahəsində görkəmli mütəxəssisdir. Onun elmi fəaliyyəti ofiolit assosiasiyasının bazit-hiperbazit kompleksinin və onlardan törənən məhsulların petroloji-geokimyəvi xüsusiyyətlərinin və filizliliyinin tədqiqi ilə bağlıdır.
Zakir Ağayev
Zakir İsmayıl oğlu Ağayev — baletmeyster, Azərbaycanın əməkdar artisti (2017). == Həyatı == Z.Ağayev 1973-cü ildə Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblında rəqqas kimi fəaliyyətə başlayıb. 1994-cü ildə Moskvadakı Rusiya Dövlət Teatr Sənəti Akademiyası xoreoqrafiya sənəti kafedrasının baletmeyster fakültəsini bitirib. 1990-2000-ci illərdə Bakı Xoreoqrafiya məktəbində dünya xalq rəqsləri və Azərbaycan rəqsləri fənlərindən dərs deyib. 1995-1999-cu illərdə xoreoqrafiya məzunlarının buraxılış konsertlərini yüksək səviyyədə hazırlayıb. O, 1985-ci ildə Moskvada keçirilən XII Ümumdünya tələbə və Gənclər festivalının diplomantıdır. Zakir Ağayev işgüzar, təşəbbüskar müəllim istedadlı rəqqas kimi fəaliyyətini get-gedə genişləndirib, milli rəqslərimizin təbliğində səmərəli xidmətlər göstərib. Quruluşçu-baletmeyster işlədiyi vaxtlarda 20-dən çox rəqsə quruluş verib, bu rəqslərin çoxu xarici ölkələrdə, o cümlədən İtaliyada, Hollandiyada, Yaponiyada, Hindistanda, İspaniyada, Avstriyada, İordaniyada, ümumiyyətlə 50-dən çox ölkədə tamaşaçıların böyük rəğbətini qazanmışdır. Z.Ağayevin «Bakı-Tiflis-Ceyhan» neft kəmərinin təbliğ qrupununun konsert proqramında çıxışları xüsusilə əlamətdar olub. Z.Ağayev həm də xoreoqrafiya əsaslarının nəzəri və praktiki elmi-tədqiqat işlərinin müəllifidir.
Zakir Aşurov
Zakir Məcid oğlu Aşurov (1958, Qazax – 9 may 2008, Moskva) — Azərbaycanlı alim, tibb elmləri doktoru, Moskva Vilayət Elmi-Tədqiqat kliniki Təbabət İnstitutunun professoru. == Həyatı və elmi fəaliyyəti == Zakir Aşurov 1958-ci ildə Qazax şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi fakültəsində təhsil almışdır. 1981-ci ildə institutu bitirib 3 il Çeçenistanın Qroznı şəhərində mərkəzləşdirilmiş LOR şöbəsində internadan keçmişdir. 1985-ci ildə Moskva Dövlət Tibb İnstitutunun Klinik Ordinaturasına qəbul olmuşdur. Ordinaturanı bitirdikdən sonra 1 saylı Moskva Klinik Xəstəxanasında həkim işləmişdir. 1988-ci ildən ömrünün axırına qədər Moskva Vilayət Elmi-Tədqiqat kliniki Təbabət İnstitutunda baş elmi işçi kimi əmək fəaliyyətini davam etdirmişdir. 1994-cü ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Zakir Aşurova professor elmi rütbəsi verilmişdir. Onun rəhbərliyi ilə bir neçə tibb elmləri namizədi yetişmişdir.
Zakir Bağırov
Zakir Bağırov (bəstəkar) — Azərbaycan bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960)
Zakir Bəhmənov
Zakir Cabbarov
Zakir Cabbar oğlu Cabbarov — Laçın Rayon İcra Hakimiyyətinin başçısı (9 dekabr 1992 - 6 aprel 1994). == Həyatı == Cabbarov Zakir Cabbar oğlu 22 dekabr 1937-ci ildə Laçın rayonunun Xırmanlar kəndində ziyalı ailəsində anadan olmuşdur. 7 illik kənd məktəbini, sonra isə Laçın şəhərində tam orta məktəbin 10-cu sinfi bitirib. 1964-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1969-cu ildə Universiteti bitirərək Azərbaycan dili və Ədəbiyyatı müəllimi ixtisası almışdır. 1969-cu ildə Laçın rayon Xırmanlar kənd orta məktəbində müəllim işləmiş, bir müddət sonra isə direktoru təyin edilmişdir. 1975-ci ildə Laçın rayon Təhsil Şöbəsinə hərbi metodist təyin edilmişdir. Eyni zamanda Laçın rayonu üzrə Təbiəti Mühafizə idarəsinin sədri vəzifəsində işləmişdir. 1990-cı illərdə Azərbaycanın müstəqilliyi uğrunda gedən mübarizədə yaxından iştirak etmişdir. 9 dekabr 1992-ci ildə Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş və 6 aprel 1994-cü ilə qədər bu vəzifədə çalışmışdir.
Zakir Cahangirli
Zakir Ağasoltan oğlu Cahangirli (10 noyabr 1960, Bakı) — AMEA Fizika İnstitutunun alimi.[mənbə göstərin] == Həyatı == Zakir Cahangirli 10 noyabr 1960-cı ildə Şamaxı rayonunda anadan olmuşdur. 1978 –ci ildə 5 № -li kimya-biologiya təmayüllü internat məktəbi qızıl medalla bitirmişdir.1985 –ci ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. 1985 –ci ildən 1997 –ci ilə qədər Kosmik Tədqiqatlar İnstitutunda elmi işçi kimi fəailiyyət göstərmişdir. 1987 –ci ildən 1989 –cu ilədək Rusiya Elmlər Akademiyasının Fizika İnstitunun “Nəzəri fizika” şöbəsində elmi tədqiqatlar aparmışdır. Hazırda AMEA Fizika İnstitutunun “Spektroskopik ellipsometriya” laboratoriyasının müdiri vəzifəsini icra edir. Eyni zamanda 0.5 ştatla Azərbaycan Texniki Universitetinin Fizika kafedrasının professorudur. AMEA Fizika İnstitutunun Elmi şurasının üzvüdür. Bakı Dövlət Universitetinin nəzdindəki D.02.012 doktorluq dissertasiya şurasının üzvüdür.Əsas elmi fəaliyyəti ən müasir metodlardan istifadə etməklə kondensə olunmuş maddələrin enerji spektrlərinin, optik xassələrinin, elektrik və maqnit xassələrinin tədqiqinə yönəlmişdir. Chibo Texnoloji İnstitutu (Yaponiya) və Institute for Advanced Simulation (Almaniya) ilə birgə elmi tədqiqatlar aparır. 110 elmi əsərin müəllifidir.
Zakir Canahgirli
Zakir Ağasoltan oğlu Cahangirli (10 noyabr 1960, Bakı) — AMEA Fizika İnstitutunun alimi.[mənbə göstərin] == Həyatı == Zakir Cahangirli 10 noyabr 1960-cı ildə Şamaxı rayonunda anadan olmuşdur. 1978 –ci ildə 5 № -li kimya-biologiya təmayüllü internat məktəbi qızıl medalla bitirmişdir.1985 –ci ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. 1985 –ci ildən 1997 –ci ilə qədər Kosmik Tədqiqatlar İnstitutunda elmi işçi kimi fəailiyyət göstərmişdir. 1987 –ci ildən 1989 –cu ilədək Rusiya Elmlər Akademiyasının Fizika İnstitunun “Nəzəri fizika” şöbəsində elmi tədqiqatlar aparmışdır. Hazırda AMEA Fizika İnstitutunun “Spektroskopik ellipsometriya” laboratoriyasının müdiri vəzifəsini icra edir. Eyni zamanda 0.5 ştatla Azərbaycan Texniki Universitetinin Fizika kafedrasının professorudur. AMEA Fizika İnstitutunun Elmi şurasının üzvüdür. Bakı Dövlət Universitetinin nəzdindəki D.02.012 doktorluq dissertasiya şurasının üzvüdür.Əsas elmi fəaliyyəti ən müasir metodlardan istifadə etməklə kondensə olunmuş maddələrin enerji spektrlərinin, optik xassələrinin, elektrik və maqnit xassələrinin tədqiqinə yönəlmişdir. Chibo Texnoloji İnstitutu (Yaponiya) və Institute for Advanced Simulation (Almaniya) ilə birgə elmi tədqiqatlar aparır. 110 elmi əsərin müəllifidir.
Zakir Cəfərov
Zakir Eminov
Eminov Zakir Namin oğlu (1 fevral 1967, Yuxarı Qaramanlı, Neftçala rayonu) — Azərbaycan coğrafiyaçısı, demoqraf, AR Elm və Təhsil Nazirliyi akademik H. Ə. Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru, dosent, professor. == Həyatı == Zakir Eminov 1967-ci il fevralın 1-də Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində anadan olmuşdur. Ailəlidir, iki oğlu vardır. == Təhsili == 1991-ci ildə BDU-nun Coğrafiya fakültəsini bitirib. 1991–1995-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Mərkəzinin aspiranturasında oxuyub. == Əmək fəaliyyəti == 1991-ci ildə Coğrafiya İnstitutunun "Azərbaycanın əhalisi və sosial inkişaf coğrafiyası" şöbəsində işləyib; Baş laborant, sonra kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb. 2001-ci ildən aparıcı elmi işçi, 2015-ci ildən baş elmi işçi vəzifəsində çalışıb. 2017-ci ildən İnstitutun "İnsan coğrafiyası" istiqamətinə rəhbər, yeni yaradılmış "Tibbi coğrafiya" şöbəsinə müdir təyin edilib. 2021-ci ildə Z. N. Eminov AMEA Coğrafiya İnstitutunun Baş direktoru vəzifəsinə təyin olunmuşdur. == Elmi fəaliyyəti == "Azərbaycan Respublikasında əhalinin vahid məskunlaşması sisteminin (VMS) formalaşması və inkişafı" (Gəncə iqtisadi rayonunun timsalında) mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri namizədi elmi dərəcəsi almışdır.
Zakir Fərəcov
Zakir Fərəc oğlu Fərəcov (3 fevral 1954, Qazıdərə, Laçın rayonu) — Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı. == Həyatı == Zakir Fərəcov 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olmuşdur. 1961–1971-ci illərdə orta ümumtəhsil məktəbində təhsil almışdır. Əmək fəaliyyətini 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlamışdır. 1971-ci ilin yanvar ayında Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik kimi işə başlamışdır. 1972-ci ilin noyabr ayından 1974-cü ilin noyabr ayınadək Murmansk vilayətinin Severomorsk şəhərində keçmiş Sovet Ordusunda həqiqi hərbi xitmətdə olmuşdur. 1975-ci ildə D. Bünyadzadə adına Xalq Təsərrufatı İnstitutunun "Sənaye İqtisadiyyatı" fakültəsisin axşam şöbəsinə daxil olmuş, 1980-ci ildə həmin institutu bitirmişdir. 1978-ci ildə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı Birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil Kommunal İstehsalat birliyinə baş direktor təyin olunmuşdur. Ailəlidir, 4 qızı, 1 oğlu, 11 nəvəsi var. Nazim Fərəcovun qardaşıdır.
Zakir Fəxri
Sabitov Zakir Mirsadıx oğlu — şair, tərcüməçi, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Zakir Fəxri 1948-ci il aprelin 3-də Ağdam şəhərində anadan olmuşdur. Yevlax 1 saylı şəhər orta məktəbində səkkizinci sinfi, 2 saylı şəhər orta məktəbinin axşam fəhlə-gənclər şöbəsini gümüş medalla bitirmişdir (1955-1966). Əmək fəaliyyətinə çilingər kimi başlamışdır (1963-1965). Azərbaycan Dövlət Politexnik İnstitutunun nəqliyyat fakültəsinə daxil olmuş, institutu bitirdikdən sonra "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ştatdankənar müxbir işləmişdir (1972-1973). "Ulduz" jurnalı redaksiyasında ədəbi işçi (1985-1989), Azərbaycan Tərcümə Mərkəzi sədrinin müavini (1989-1991), əlaqələr şöbəsinin müdiri olmuşdur (1991-1992). Hazırda "Xəzər" jurnalının tərtibatçılarından biridir. "Azərbaycan gəncləri" qəzetində 1972-ci ildə çıxan "Unutmaram", "Yollar" şerlərindən sonra dövri mətbuatda müntəzəm çıxış edir. Şeirlərinə mahnılar bəstələnmişdir. "Xatirə çiçəyi", "Bir ömrün tarixi" kimi irihəcmli kitabların müəllifidir.
Zakir Hüseyn
Zakir Hüseyn (Hindcə: ज़ाकिर हुसैन, Urdu: زاکِر حسین), 9 mart 1951, Bombey) — Hindistanlı tabla ustası, özü kimi bir tabla ustası olan Üstad Allah Rakhanın oğlu, Hindistanın ən tanınmış klassik tabla musiqiçisi.
Zakir Hüseynov
Zakir Ağaxan oğlu Hüseynov (23 sentyabr 1961 – 31 oktyabr 2010) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü. == Həyatı == Hüseynov Zakir Ağaxan oğlu 1961-ci il sentyabr 23-də Bakının Əmircan kəndində anadan olmuşdur. Uşaq yaşlarından rəsm dərnəyində İslam Müzəffərovdan sənətin sirlərini öyrənən Zakir Hüseynovda rəssamlığa böyük maraq yaranmışdır. Zakir Hüseynov Əmircan kəndindəki 226 saylı orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə (indiki İncəsənət Kolleci) daxil olmuş, burada toxuculuq şöbəsində (1979–1985) təhsil almışdır. Onun sənət müəllimi Şairə Ələsgərova və Böyükağa Salahov olmuşdur. Zakir Hüseynov məktəbi bitirdikdən sonra toxuculuq kombinatına təyinat alsa da, oraya getməmiş, rəssamlıq sənəti ilə məşğul olmuşdur. Həmçinin Bakı yod zavodunda (1985–1986), Bədii Fondun İstehsalat Yaradıcılıq Kombinatında (1986–1991) tərtibatçı rəssam işləmişdir. 1988-ci ildən Bakı İncəsənət Mərkəzinin, 1996–2003-cü illərdə "Labirint" İncəsənət Xadimləri Cəmiyyətinin, 2006–2010-cu illərdə "Bakı" qalereyasında fəaliyyət göstərən yaradıcı qrupun, 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur. Zakir Hüseynov 2010-cu il oktyabrın 31-də uzun sürən xəstəlikdən sonra 49 yaşında vəfat etmişdir. O özünü Azərbaycan rəssamlığının "tənha döyüşçüsü" adlandırırdı.
Zakir Həsənov
Zakir Əsgər oğlu Həsənov (6 iyun 1959, Astara rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki. Azərbaycan Respublikasının müdafiə naziri (2013-cü ildən). == Həyatı == Zakir Həsənov 6 iyun 1959-cu ildə Astara rayonunda anadan olmuşdur. 1976-cı ildə Cəmşid Naxçıvanski adına hərbi lisey bitirib. 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib. 1986–1987-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının Akademik idarəetmə kurslarını bitirib. 1980–1985-ci illərdə Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət etmişdir. 1985–1993-cü illərdə SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışmışdır. 1993–2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində xidmət etmiş, daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmişdir. 2003–2013-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini — Daxili Qoşunların Komandanı vəzifəsində çalışmışdır.
Zakir Kərimov
Zakir Mahmudov
Zakir Mahmudov (Mahmudov Zakir Əli oğlu; d. 1947. Arıxdam, Gədəbəy rayonu, Azərbaycan SSR, SSRİ) — Tibb elmləri doktoru. A.İ.Yevdokimov adına Moskva Dövlət Tibbi Stomatologiya Universitetinin insan anatomiyası kafedrasının professoru. Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü. == Həyatı == Mahmudov Zakir Əli oğlu 1947-ci il dekabrın 31-də Gədəbəy rayonunun Arıxdam kəndində, kəndli ailəsində anadan olub. 1971-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. 1971-1976-cı illərdə kənd sahə xəstəxanasında pediatr, uşaq cərrahı, baş həkim vəzifələrində çalışıb. 1976-1979-cu illərdə Z.Mahmudov İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin insan anatomiyası kafedrası nəzdində aspiranturada oxuyub. 1981-ci ildə “Yaşlı insanda mezenteriumlu üst limfatik düyünlərin anatomiya və topoqrafiyası” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
Zakir Mehdiyev
Zakir Tahir oğlu Mehdiyev (4 oktyabr 1948, Kirovabad) — Azərbaycan heykəltaraş və rəssamı, pedaqoq, SSRİ Rəssamlar İttifaqının üzvü (1979), Azərbaycan Respublikasının əməkdar rəssamı (2021). == Həyatı == Zakir Mehtiyev 1948-ci il 4 oktyabrda Gəncə şəhərində dünyaya gəlib. 1965-ci ildə orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olmuş və 1969-cu ildə bitirmişdir. Həmçinin Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun məzunudur. SSRİ Rəssamlıq Akademiyasının aspiranturasını bitirmişdir. 1979-cu ildən SSRİ Rəssamlar İttifaqının üzvü olub. 1978-ci ildə bu institutun heykəltaraşlıq fakültəsini bitirdikdən sonra Mehdiyev Bakıya dönüb. 1983–2000-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində heykəltaraşlıq tədris etmişdir. 2000–2016-cı illərdə Türkiyədə M.K. Atatürk Universitetində dosent və kafedra müdiri vəzifəsində fəaliyyət göstərmişdir == Yaradıcılığı == Zakir Mehdiyev Almaniya, Rusiya, Macarıstan, Finlandiya, Türkiyə,İsveçrə,Yaponiya, İngiltərə, Suriya və Azərbaycanda müxtəlif sərgilərin iştrakçısı olmuşdur. Qəbələdə (İsmayıl bəy Qutqaşınlının) Bakıda (Şah İsmayil Xətainin) və Antakyada Mustafa Kamal Atatürkün xatirələrinə ucaldılmış abidələrin, "Atatürk ve Cumhuriyet" barelyefının müəllifidir.