ZAHILIQ
ZAHİR
OBASTAN VİKİ
Zahid
Zahid — kişi adı. Zahid Oruc — Azərbaycan siyasətçisi Zahid Quliyev (dilçi) — Dilçilik elimləri doktoru, professor. Zahid Zairli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Zahid Avşar Eloğlu — İdman ustası Zahid bəy Şıxəlibəyov — ADR orusunun podporuçiki.
Nazim Zahid
Qənimət Zahid
Qənimət Zahid (tam adı: Qənimət Səlim oğlu Zahidov; 10 fevral 1963, Şamaxı) — azərbaycanlı jurnalist, yazıçı, "Azadlıq" qəzetinin baş redaktoru, Turan TV-nin prezidenti. Qənimət Zahid 1963-cü il fevralın 10-da Şamaxının Qurdtəpə kəndində anadan olub. 1970–78-ci illərdə Qurdtəpə kənd orta məktəbində oxuyub. 1978-ci ildə Sumqayıt Kimya Texnologiya Texnikumunda oxuyub və təyinatla Çeçenistanın paytaxtı Qroznı şəhərinə, neftayırma zavodunda işləmək üçün göndərilib. 1985-ci ildə Bakı Dövlət Universitetinə daxil olub və 1990-cı ildə Bakı Dövlət Universitetini bitirərək Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin məktubu əsasında verilən təyinatla "Azadlıq" qəzetinə gəlib. Tələbəlik dövründə "YURD" birliyinin (1987) yaradılmasında fəal iştirak edib və Azərbaycanda tələbə hərəkatının liderlərindən olub. 1990-cı ildə 20 yanvar hadisələrindən sonra Tbilisidə "YURD" adlı gizli qəzet buraxıb və tələbə hərəkatının xətti ilə bu qəzet bütün Azərbaycanda yayılıb. 1990-cı ilin iyununda "Azadlıq" qəzeti nəşrini bərpa edəndən sonra burada işə başlayıb və həmin ilin axırlarında qəzetin baş redaktorunun müavini olub. 1991-ci ilin noyabrında "Azadlıq" qəzetinin baş redaktor əvəzi olub, 1992-ci ilin əvvəllərindən isə baş redaktor seçilib. 1994-cü ildə redaktorluqdan istefa verərək qəzetdə məsləhətçi vəzifəsinə keçib.
Rindü-zahid
Rindü-zahid - Məhəmməd Füzuli tərəfindən, fars dilində yazılmış tərbiyyəvi xarakterli, nəsrlə yazılmış iki baxışın dialoqudur. Füzulinin “Rindü-zahid” əsəri gənclərin və yeniyetmələrin peşə seçmələri, elm və təhsilə yiyələnmələri, tərbiyə məsələləri baxımından diqqəti çox cəlb edir. Əsər fars dilində ata və oğlunun mükaliməsi şəklində nəsrlə yazılmış irihəcmli bir hekayədir. Hər bir mükalimənin nəticəsi kiçikhəcmli şeirlə yekunlaşır. Əsəri diqqətlə oxuduqda gözümüz qarşısında dolğun pedaqoji mənzərə canlanır. Tarixin bütün dövrlərində və bu gün də cəmiyyət qarşısında duran gənclərin tərbiyəsi, elm, savad qazanması, peşəyə yiyələnməsi və gələcəyini müəyyən etməsi diqqət mərkəzində olmuşdur. “Rindü-zahid” əsəri də tamamilə bu məsələyə həsr olunmuşdur. Əsərdəki maraqlı cəhətlərdən biri budur ki, şair bütün bu tərbiyə məsələləri fonunda dövrünün eybəcərliklərini, adi adamların ağır vəziyyətdə yaşamasını, dövlət məmurlarının öz vəzifələrindən istifadə edərək çoxlu sərvət toplamalarını, xalqı soymalarını çox ustalıqla ifşa edir. Əsərin həm mükalimə üslubunda yazılması, həm də peşə-sənət seçiminə, tərbiyə məsələlərinə həsr olunması bədii bir priyomdur. Şair bu üsuldan istifadə edərək öz tənqidlərini bildirir, həm də özünü köhnəpərəst, mühafizəkar, qatı dindarlardan, yüksək rütbəli məmurlardan mühafizə edir.
Zahid Abdullayev
Zahid Dünyamalıyev
Zahid Dünyamalıyev (27 mart 1944, Naxçıvan – 10 avqust 2009, Bakı) — Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini (1993–2005), polis general-leytenantı (2002). Dünyamalıyev Zahid Vəli oğlu 1944-cü il martın 27-də Naxçıvan şəhərində anadan olmuşdur. 1969-cu ildə Azərbaycan Dövlət Universitetini, 1989-cu ildə isə Volqoqrad Ali İstintaq Məktəbini bitirmişdir. 1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyası Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamış və 1972-ci ilə qədər həmin institutda çalışmışdır. 1972–1977-ci illərdə Azərbaycan Elmi Tədqiqat Neft və Kimya Proseslərinin Avtomatlaşdırılması İnstitutunda böyük mühəndis vəzifəsində işləmişdir. 1977-ci ildə daxili işlər orqanlarına işə göndərilmişdir. 1977–1983-cü illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyi Əməliyyat, Statistik İnformasiya İdarəsinin rəis müavini, 1983–1987-ci illərdə həmin idarənin rəisi, 1987–1990-cı illərdə Gəncə Şəhər Daxili İşlər İdarəsinin rəisi, 1991–1992-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tədris Mərkəzinin rəisi, 1993-cü ilin mart ayından Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi rəisinin müavini, 1993-cü ilin iyul ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mühafizə İdarəsinin rəisi, 1993–2001-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər nazirinin birinci müavini, 2001–2005-ci illərdə isə Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini vəzifələrində çalışmışdır. Qarabağ hadisələrində fəal iştirak etmiş, Toğana-Murovdağ yolunun çəkiliş üzrə qərargah rəisi olmuşdur. 2002-ci ildə "polis general-leytenantı" rütbəsi verilmiş, 2004-cü ildə isə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir. Zahid Dünyamalıyev 2009-cu il avqustun 10-da Bakı şəhərində vəfat etmişdir.
Zahid Məmmədov
Zahid Məmmədov (iqtisadçı) — iqtisad elmləri doktoru, professor Zahid Məmmədov (coğrafiyaçı) — coğrafiya elmləri doktoru, professor.
Zahid Kərimov
Kərimov Zahid Hacıbala oğlu (13 yanvar 1937, Bakı – 1 sentyabr 2011) — Görkəmli sovet və Azərbaycan alimi. Professor, texnika elmləri doktoru . Azərbaycan Respublikasının əməkdar elm xadimi . Zahid Kərimov 13 yanvar 1937-ci ildə Bakı şəhərində anadan olub. 1959-cu ildə Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) fərqlənmə diplomu ilə bitirib. 1959–1960 — AZ. SSR EA Energetika institutu, Mühəndis. 1960–2011 — Əzizbəyov adına Neft və Kimya institutu (AZİNKİ)-də fəaliyyət 1960–1961 — AZİNKİ-nin "Nəzəri mexanika kafedrası". Assistent. 1961–1964 – AZİNKİ-də Aspirant. 1965–1965 — AZİNKİ-nin "Nəzəri mexanika kafedrası".
Zahid Əziz
Xəlilov Zahid Əziz oğlu (5 iyul 1963, Ellərkənd, Amasiya rayonu) — şair, publisist, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1993), "Araz" ali ədəbi mükafatı (1997) və "Qızıl qələm" mükafatı laureatı (2003). 1963-cü il iyulun 5-də Ermənistanın Amasiya rayonunun Ellərkənd kəndində anadan olmuşdur. Orta məktəbi Güllücə kəndində bitirmişdir (1980). N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil almışdır (1980- 1985). Jurnalistika üzrə xüsusi kursda ixtisaslaşmışdır (1981-1983). Əmək fəaliyyətinə 1985-ci ildə orta məktəbdə müəllim kimi başlamışdır. Eyni zamanda şeirləri və publisistik yazıları dövri mətbuatda müntəzəm çap edilmişdir. Amasiya rayonundakı "Ağbaba ədəbi birliyinin" üzvü olmuşdur. Ədəbi yaradıcılığa erkən başlamışdır. İlk şeiri Amasiya rayonunda çıxan "Əmək" (1981) və ADPU-da nəşr olunan "Gənc müəllim" qəzetlərində çap olunmuşdur (1982).
Zahid Şöyübov
Zahid Hamil oğlu Şöyübov (22 oktyabr, 1924, Yevlax rayonu, Ərəbbəsrə kəndi — 2006, Yevlax rayonu, Xaldan kəndi) ― Prezident təqaüdçüsü, Azərbaycan SSR Əməkdar müəllimi (1960), SSRİ Xalq müəllimi (1981), "Qırmızı əmək bayrağı", "Şöhrət" (1999) ordeni laureatı. Zahid Şöyübov 22 oktyabr 1924-cü ildə Yevlax rayonunun Ərəbbəsrə kəndində anadan olub. Zahid Şöyübov 1942-ci ildə sovet ordusunda hərbi xidmətdə olub. Belə ki, o, 416-cı Azərbaycan diviziyasının 1368-ci polkunun tərkibində Şimali Qafqazda hitlerçilərlə aparılan döyüşlərin iştirakçısı olub. Taqanroq və Ukrayna torpaqlarındakı Mariopol şəhəri uğrunda gedən döyüşlərdə iştirak edib. Həmçinin, Almaniya uğrunda gedən döyüşlərdə də cəsur döyüşçü kimi fərqlənərək bir sıra orden və medallarla təltif olunub. O, 1946-cı ildə ordudan tərxis olunub. Zahid Şöyübov ordudan tərxis olunduqdan sonra yaşadığı kəndə qayıdıb. O, 1949-cu ildə Şəki pedaqoji məktəbini bitirib. Şəki pedaqoji məktəbini bitirən vaxtdan Xaldan kənd orta məktəbinə təyinat alıb.
Zahid Mərdanov
Zahid Mərdanov (9 avqust 2000) — Azərbaycan Premyer Liqasında "Şamaxı"nın müdafiəçisi kimi çıxış edən azərbaycanlı futbolçu. == Klub karyerası == Mərdanov 11 may 2019-cu ildə Azərbaycan Premyer Liqasında "Sabah"ın "Zirə" ilə oyununda debüt edib.
Şeyx Zahid
Şeyx Zahid Gilani (fars. تاج الدين ابراهيم زاهد گيلاني‎; Tacəddin İbrahim Zahid Gilani, 1216, Lahican, Gilan ostanı – 1301, Lənkəran) – sufi Zahidiyyə təriqətinin banisi, islam alimi, mürşid. == Həyatı == Tam adı Tâcəddîn İbrahim Zahid Gilanî olan Şeyx Zahid Gilani 1218-ci ildə Lənkəranın Siyavurd (indiki Siyavar) kəndində doğulmuşdu. Dövrünün görkəmli alimi olmuş, bir neçə dil bilirdi. Öz müridləri ilə sufizmi yayan Şeyx Zahidin Siyavurd, Güstaşfi və Hiləkaranda zaviyələri olmuşdu. Şeyxin Həlyəkəran və Siyavrudda iki xatunu var idi. Şeyx Səfi təzkirəsində bu barədə belə bir qeyd varː Əvvəl Şeyx Zahidə çox hörmət edən Şirvanşah III Axsitan sonralar onun nüfuzunun artması və müridlərinin sayının çoxalmasından çəkinərək, onun imkanlarını məhdudlaşdırmağa başlamışdı. Bu barədə də "Şeyx Səfi təzkirəsi"ndən ətraflı məlumat alırıqː Mənbədə verilən məlumatdan məlum olur ki, şirvanşahlar hətta Şeyxə qarşı sui-qəsd təşəbbüsü göstərmiş, lakin istəklərinə nail ola bilməmişdilər. Şeyx Zahid Gilani 1301-ci ildə vəfat etmiş və Siyavurdda dəfn olunmuşdur. Siyavurdu su basdığına görə Şah İsmayıl Xətainin babası və Şeyx Zahidin yeznəsi (qızının əri) Şah Səfiəddin onun qəbrini oradan Hiləkərana köçürülmüşdü.
Zahid Oruc
Zahid Oruc (tam adı: Orucov Zahid Məhərrəm oğlu; 1 fevral 1972, Əliismayıllı, Gədəbəy rayonu) — Azərbaycan siyasətçisi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı; Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri (2019), Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü. Zahid Oruc 1972-ci il fevralın 1-də Gədəbəy rayonunun Əliismayıllı kəndində anadan olub. Orta məktəbi yüksək qiymətlərlə bitirdikdən sonra 1989-cu ildə Azərbaycan Texniki Universitetinə qəbul olunub və 1994-cü ildə ali təhsilini əla qiymətlərlə başa vurub. 1999–2000-ci illərdə "Ana Vətən" qəzetinin baş redaktoru olub. Ehtiyatda olan zabitdir. Rus, türk və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var. 1994-cü ildə Azərbaycan Texniki Universiteti əla qiymətlərlə başa vurduqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fotoelektronika İnstitutunun aspiranturasına daxil olub. Sonra AMEA Fizika İnstitutunda elmi işçi kimi çalışıb. Həmçinin, Azərbaycan Texniki Universitetinin 10 nəfər əlaçı tələbə komitəsinin üzvlərindən biri və bu ali təhsil ocağının elmi şurasının 5 il üzvü olub.
Zahid Orucov
Zahid Oruc (tam adı: Orucov Zahid Məhərrəm oğlu; 1 fevral 1972, Əliismayıllı, Gədəbəy rayonu) — Azərbaycan siyasətçisi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı; Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri (2019), Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü. Zahid Oruc 1972-ci il fevralın 1-də Gədəbəy rayonunun Əliismayıllı kəndində anadan olub. Orta məktəbi yüksək qiymətlərlə bitirdikdən sonra 1989-cu ildə Azərbaycan Texniki Universitetinə qəbul olunub və 1994-cü ildə ali təhsilini əla qiymətlərlə başa vurub. 1999–2000-ci illərdə "Ana Vətən" qəzetinin baş redaktoru olub. Ehtiyatda olan zabitdir. Rus, türk və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var. 1994-cü ildə Azərbaycan Texniki Universiteti əla qiymətlərlə başa vurduqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fotoelektronika İnstitutunun aspiranturasına daxil olub. Sonra AMEA Fizika İnstitutunda elmi işçi kimi çalışıb. Həmçinin, Azərbaycan Texniki Universitetinin 10 nəfər əlaçı tələbə komitəsinin üzvlərindən biri və bu ali təhsil ocağının elmi şurasının 5 il üzvü olub.
Zahid Qaralov
Zahid İbrahim oğlu Qaralov (10 iyul 1934, Ormeşən, Başkeçid rayonu – 7 yanvar 2015, Berlin) — Azərbaycan ictimai-siyasi xadimi, pedaqoq, Yeni Azərbaycan Partiyası yaradıcılarından biri, Azərbaycan SSR Əməkdar müəllimi, pedaqoji elmlər doktoru, professor. 1934-cü il iyul ayının 10-da qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonunun Ormeşən kəndində Türkiyədə ruhanilər məktəbində təhsil almış Molla İbrahimin ailəsində dünyaya göz açmışdır. Zahid müəllimin atası Qaraloğlu Molla İbrahim heç bir günahı olmadan 1937-ci illərin represiya qurbanlarından biri olduğuna görə, anası Fatma ana və böyük qardaşları Rza, Ziyəddin, Nəsrəddinin himayəsində böyümüşdür. Onun uşaqlıq illəri hamı kimi II Dünya müharibəsinə təsədüf olunduğundan çox çətinliklə keçmişdir. Bu çətinliklərə baxmayaraq Zahid müəllim 1947-ci ildə Ormeşən 7 illik məktəbini; 1950-ci ildə Qızılkilsə kənd orta məktəbinini yaxşı qimətlərlə bitirərək, V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyət fakültəsinə qəbul olmuşdur. Oranı müvəffəqiyyətlə bitirdikdən sonra, Zahid müəllim 1956-ci il avqust ayının 15-də bir başa Ormeşən 8-illik məktəbinə direktor təyin olunmuşdur. 1956-cı ildə Gürcüstan müəllimlərinin I qurultayına nümayəndə seçilib. ’’Əməkdə fədakarlığa görə” medalı ilə təltif edilib. 1959-cu il Başkeçid Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə seçilib. Dmanisi Rayon Partiya Komitəsinin plenum üzvü və büro üzvü olmuşdur.
Zahid Qocayev
Zahid Qocayev (Qocayev Zahid Adıgözəl oğlu; 8 avqust 1951. Bərdə rayonu, Azərbaycan SSR, SSRİ) — Texnika elmləri doktoru, professor. Ümumrusiya Elmi‑Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutu direktorunun innovasiya və tətbiq fəaliyyəti üzrə müavini. Qocayev Zahid Adıgözəl oğlu 1951-ci il avqustun 8-də Azərbaycan SSR-nin Bərdə rayonunda anadan olub. N.E.Bauman adına Moskva Dövlət Texniki Məktəbinin aspiranturasını bitirdikdən və 1979-cu ildə namizədlik dissertasiyası müdafiə etdikdən sonra Elmi Avto-Traktor İnstitutunda (EATİ) işləyib. 1982-ci ildən mobil maşınların yüklənməsi və möhkəmliyi nəzəriyyəsi, hesablama metodları və proqram təminatının yaradılması və mobil maşınların möhkəmliliyi sahəsində kompüter hesablamalarının hazırlanmasında çoxmeyarlı optimallaşdırmanın tətbiqi və eksperimental məlumatların emalı üzərində işləyib. Konstruksiyaların struktur elementlərinin yüksəlməsinin statistik tədqiqat metodlarını, traktor və yük maşınlarının hədd rejimlərini modelləşdirməyi öyrənən Z.Qocayev 1994-cü ildə EATİ-də doktorluq dissertasiyası müdafiə edib. Z.Qocayev avtotraktor texnikasının hesablama-eksperimental tədqiqatları sahəsində aparıcı mütəxəssislərdən biridir. Bu sahədə onu Elmi-Tədqiqat İnstitutunun işgüzar, məqsədyönlü rəhbəri, təcrübəli müəllim və bütöv elmi istiqamətin yaradıcısı kimi tanıyırlar. 2000-ci ildə Z.Qocayev Rusiya Federasiyası Prezidentindən təşəkkürnamə alıb.
Zahid Quliyev
Zahid Quliyev (müğənni)
Zahid Sarıtorpaq
Zahid Sarıtorpaq (Zahid Lətif oğlu Məmmədov; 11 may 1957, Şamaxı rayonu) — şair, yazıçı və tərcüməçi. İlk şeiri 11 yaşında Şamaxıda çıxan "Yeni Şirvan" qəzetində çap olub. 1981–1987-ci illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. Şeirləri "Ulduz", "Azərbaycan", "Ədəbiyyat və incəsənət" və digər ədəbi orqanlarda çap olunub. "Üfürülmüş çırağın ruhu", "Tək işığın haləsi" və İranın Tehran şəhərindəki "Yaşmaq" kitab evinin təşəbüsüylə "Avaz" nəşriyyatında Azərbaycan dilində çıxmış "Qürbət qaysaqları" (şeirlər) və "Kül" (nəsr) kitablarının müəllifidir. Müxtəlif illərdə nəşr olunmuş "Dərdin sarı çəpkəni", "Quşların intiharına ağlamayın" nəsr kitablarının, eləcə də, "Əlifba bayramında qətl", "Dərdin sarı çəpkəni", "Kül", "Qarğa marşrutu", "Quşların intiharına ağlamayın", "Köhnə mücrüyə elegiya", "Qiyamət Qaziləri" romanlarının və "Qaranquş səsli sevgili" povestinin müəllifidir. Zahid Sarıtorpağın tərcüməsində ingilis klassiki Con Miltonun "İtirilmiş cənnət" və "Qaytarılmış cənnət" epopeyaları toplu halında çıxıb. Artür Rembonun şeirlər toplusu, Fransua Moriakın seçilmiş əsərləri ("Keçmiş zamanların yeniyetməsi", "Sevgi səhrası" romanları) kitabı, Nikolay Qoqolun "Şinel", Lev Tolstoyun "İvan İliçin ölümü", "İnsanı yaşadan nədir?", "Saxta kupon" kitabları, Fyodor Dostoyevskinin "Gülməli adamın yuxusu" kitabı, "Bobok", "Milad yolkasındakı oğlan" hekayələri, "Ölü evdən qeydlər" povesti, Anton Çexovun "6 nömrəli palata" kitabı və həmin əsərin müəllifi haqqında görkəmli rus rəssamı Konstantin Korovinin yazdığı xatirələri, Yuri Trifonovun seçilmiş əsərləri ("Qoca" romanı və hekayələr) kitabı, Aleksandr Soljenitsının üç cildlik "QULAQ Arxipelağı" əsəri, Vsevolod Meyerholdun seçilmiş əsərləri kitabı, Mixail Prişvinin, Sergey Mixalkovun, Aqnya Bartonun yeniyetmələr üçün seçilmiş əsərləri kitabları nəşr olunub. Eləcə də çağdaş Ukrayna şairlərinin əsərlərindən ibarət "Kişi, qadın və çətir" adlı şeirlər kitabı (Salam Sarvan və Mahir Qarayevlə müştərək), Dmitri Çistyakın "Şüşə ulduz" şeirlər kitabı (Salam Sarvanla müştərək), eləcə də Höte, Valter Skott, Ceyms Coys, Marsel Prust, Ejen İonesko, Con Steynbek, Boris Pasternak və bir sıra başqa dahilərin əsərlərindən nümunələr Azərbaycan dilində işıq üzü görüb. Onlarla kitabın bədii və texniki redaktorudur.
Zahid Sədməliyev
Zahid Xəlil
Zahid Xəlil (doğum adıyla: Zahid Abdulla oğlu Xəlilov; 20 mart 1942, Yevlax) — Azərbaycan yazıçısı, şair, pedaqoq, filologiya elmləri doktoru, professor, 91-lərin üzvü. Zahid Xəlil 1942-ci il mart ayının 20-də Yevlax şəhərində anadan olub. 1948-1958-ci illərdə Sabir adına 2 saylı şəhər orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1959-1965-ci illərdə ADU-nun (indiki BDU) Filologiya fakültəsinin Jurnalistika şöbəsində qiyabi təhsil alıb. Əmək fəaliyyətinə Yevlax Tütün Fermentləmə zavodunda texnik kimi işə başlayıb. 1965-1966-cı illərdə Yevlax şəhər mədəniyyət evinin müdiri, "Qələbə" adlı rayonlararası qəzetin redaksiyasında ədəbi işçi, "Mübarizə" adlı Yevlax rayon qəzetində məsul katib, "Mübarizə" adlı Goranboy rayon qəzetində ədəbi işçi, məsul katib vəzifələrində işləyib. 1966-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda nəşr olunan "Gənc müəllim" qəzetinin redaktoru təyin olunub. 1969-1970-ci illərdə universitetdə partiya komitəsinin katibi seçilib. 1970-ci ildə "Ədəbiyyat tarixi" kafedrasında baş müəllim, 1980-ci ildə "Ədəbiyyat və onun tədrisi" kafedrasında dosent işləyib. 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Zahid Xəlilov
Zahid İsmayıl oğlu Xəlilov (14 yanvar 1911, Saraçlı, Borçalı qəzası – 4 fevral 1974, Bakı) — Sovet və Azərbaycan SSR dövlət xadimi, görkəmli riyaziyyatçı-alim, akademik, 1962–1967-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Prezidenti olmuşdur. Zahid Xəlilov 14 yanvar 1911-ci ildə Tiflis quberniyasının Ekatrinenfeld nahiyəsinin (indiki Bolnisi rayonu) Saraçlı kəndində anadan olmuşdur. Milliyyətcə qarapapaq (tərəkəmə) türküdür. Orta məktəbi və Türk Pedoqoji Texnikumunu Tiflisdə bitirdikdən sonra 1929-cu ildə Bakıda Azərbaycan Dövlət Universitetinin riyaziyyat şöbəsinə daxil olmuş, 1930–1934-cü illərdə Universitet bağlandığına görə ali təhsilini Azərbaycan Pedaqoji İnstitutunda başa vuraraq yenidən Tiflisə qayıtmış və Dəmir yolu Nəqliyyatı Mühəndisləri İnstitutunda işləmişdir. 1937-ci ildə Tiflisdə Riyaziyyat İnstitutunun aspiranturasına daxil olmuş, 1940-cı il aprelin 22-də Tbilisi Dövlət Universitetində məşhur riyaziyyatçı, professor S. Berqmanın rəhbərliyi altında "Kleb məsələsi və onun ümumiləşməsi" mövzusunda dissertasiya müdafiə edərək Qafqaz türkləri arasında ikinci (İbrahim İbrahimovdan sonra) fizika-riyaziyyat elmləri namizədi — alimlik dərəcəsi alan şəxsdir (opponentləri — Musxelişvili, Vekua). 1940-cı ildə onu Bakıya Azərbaycan Dövlət Universitetinə dəvət etmişlər. Beləliklə, o, ömrünü həmişəlik Azərbaycan və onun elmi ilə bağlamışdır. 1942-ci ildən SSRİ EA-nın Azərbaycan filialına keçmiş, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yarandıqda isə onu fizika və riyaziyyat sektorlarının rəhbəri təyin etmişlər. Z. Xəlilov 1946-cı ildə "Sərhəd məsələlərinin parametrdən asılılığının tədqiqi" mövzusunda dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək 35 yaşında Azərbaycanın ilk fizika-riyaziyyat elmləri doktoru olmuşdur. Artıq 1950-ci illərin əvvəllərindən başlayaraq Z. Xəlilovun elmi əsərləri Moskva, Leninqrad, Kiyev, Tbilisi kimi elmi mərkəzlərdə, eləcə də Amerika Birləşmiş Ştatlarında çap olunaraq ona şöhrəti gətirmişdir.
Zahid Zairli
Zahid İsmayılov
Zahid Kamil oğlu İsmayılov (1957, Cəhri, Naxçıvan rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Naxçıvan Ali Məclisinin III çağırış deputatı. Zahid İsmayılov 1957-ci ildə Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. 1964–1974-cü illərdə Cəhri kənd orta məktəbində təhsil almışdır. 1974-cü ildə Naxçıvan şəhər 101 nömrəli Tikinti İdarəsində fəhlə olaraq işləməyə başlamışdır. 1977–1979-cu illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan somra Naxçıvan şəhər 2719 nömrəli Avtomobil Dəstəsində sürücü olaraq işləmişdir. 1988-ci ildə Naxçıvan Hərbi Qarnizonunun Zabitlər Evi nəzdində fəaliyyət göstərmiş muhasibatlıq kursunu bitirmişdir. 1989–1990-cı illərdə "Kamil" kooperativini yaradaraq həmin kooperativə sədrlik etmişdi. Ailəlidir. Bir övladı var.
Zahid Şərifov
Zahid Ziyatxan oğlu Şərifov (azərb. Şərifov Zahid Ziyatxan oğlu;‎ 8 yanvar 1962, Kiçik Məzrə, Basarkeçər rayonu – 6 avqust 2022) — professor Şərifov Zahid Ziyatxan oğlu 08.01.1962-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Kiçik Məzrə kəndində anadan olmuşdur. 1985-ci ildə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən Azəırbaycan Texniki Universitetində baş laborant, assistent, baş müəllim, dosent və 2008-ci ildən 2010-cu ilədək "Konstruksiya və kompozisiya materiallarının texnologiyası" kafedrasında professor vəsifəsində işləmişdir. 1992-ci ildə aspiranturanı bitirərək Azərbaycan Elmlər Akademiyasının D004.08.01 İxtisaslaşdırılmış Müdafiə Şurasında namizədlik dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildə AzTU-nun D02.031 şifrəli Dissertasiya Şurasında doktorluq dissertasiyasını müdafiə edərək, materialşünaslıq sahəsində texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. 2010-cu ildə ona AAK tərəfindən professor elmi adı verilmişdir. 1984–1995-ci illərdə Azərbaycan Politexnik İstitutunda Tələbə həmkarlar ittifaqı komitəsinin sədri vəzifəsində çalışmışdır. 1995–2001-ci illərdə isə Texniki Universitetin professor-müəllim heyətinin Həmkarlar İttifaqı Komitəsinin sədri olmuşdur. Azərbaycan Dövlət Dəniz Akademiyasının "Gəmiqayırma və gəmi təmiri" kafedrasında 1997–2003-cü illərdə dosent və 2003-cü ildən 2010-cu ilədək həmin kafedranın müdiri və professoru vəzifəsində işləmişdir.
Zahid Əliyev
Əliyev Zahid Səməd oğlu (1935, Şamxor rayonu – 1 sentyabr 2022, Bakı) — texnika elmləri doktoru, professor. Əliyev Zahid Səməd oğlu 1935-ci ildə Azərbaycan Respublikasının Şəmkir rayonunun Zəyəm kəndində anadan olmuşdur. 1957-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSi-nun neft-mədən fakültəsini fərqlənmə ilə bitirərək, Azərbaycanın EA sisteminə göndərilmişdir ki, burada 1959-cu ilə qədər kiçik elmi işçi vəzifəsində işləmişdir. 1959–1964-cü illərdə — ÜETQİ-da aspirant olmuşdur. 1964-cü ildə "Lay təzyiqini saxlamadan qaz-kondensat yataqlarının işlənilməsinin bəzi məsələləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1961–1979-cu illərdə ÜETİQİ-da böyük elmi işçi vəzidəsində işləmişdir. 1965–1973-cü illərdə Çiren və Novo-Oryaxovo (Bolqarıstan) yataqları layihələrinin baş mühəndisi və Zalsvedel-Pakenzen (Almaniya) qaz yatağının işlənilməsi üzrə baş məsləhətçi işləmişdir. 1979-cu ildən akad. İ. M. Qubkin adına MNK və QSİ-da (Moskva ş.) pedaqoji fəaliyyətə başlamışdır. 1984-cü ildə "Qaz və qaz-kondensat quyularının istismarı zamanı ilkin məlumatların əldə edilməsinin qazohidrodinamiki üsullarının işlənilməsi və tətbiqi və texnoloji rejimin əsaslandırılması" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Altay Zahidov
Zahidov Altay Qulam oğlu — Azərbaycan jurnalisti. == Həyatı == Altay Zahidov 1933-cü il mayın 16-da Bakı şəhərində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1954–1974-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxbir və şərhçi kimi fəaliyyət göstərib. 1974–1991-ci illərdə Azərbaycan Televiziya və Radiosunun Moskvadakı müxbir məntəqəsinin rəhbəri vəzifəsində çalışıb. 1991-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin katibi vəzifəsinə seçilib. 1992-ci ildən Beynəlxalq Jurnalistlər İttifaqları Konfederasiyasının üzvüdür. Qərb Universitetinin jurnalistika fakültəsinin baş müəllimidir. Əmək veteranıdır. Professordur.
Ehsan Zahidov
Ehsan Əflan oğlu Zahidov (1 iyun 1963, Şamaxı) — Azərbaycan Respublikası DİN-in Mətbuat xidmətinin rəisi (2017–2023), ehtiyatda olan polis polkovniki. == Həyatı == Zahidov Ehsan Əflan oğlu 1963-cü il iyun ayının 1-də Şamaxı rayonunda anadan olub. 1970–1980-ci illərdə orta təhsilini Qaradağ rayonu Səngəçal qəsəbəsindəki 222 nömrəli məktəbdə almışdır. 1982–1989-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika ixtisası üzrə ali təhsil almışdır. Ailəlidir, 3 qızı və 1 oğlu var. == Fəaliyyəti == 1983–1985-ci illərdə Macarıstan Respublikasında hərbi xidmətdə olmuşdur. Qarabağ müharibəsi veteranıdır. 1990–1991-ci illərdə Təbiəti Mühafizə Komitəsinin "Fəryad" qəzetində müxbir kimi fəaliyyət göstərmişdir. 1992-ci ildən etibarən daxili işlər orqanlarında çalışır. 1993–1997-ci illərdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında hüquqşünas ixtisası üzrə təhsil almışdır.
Fəzlulla Zahidi
Fəzlulla Zahidi (1897, Həmədan-2 sentyabr 1863, Cenevrə) — İran Kazak diviziyasının generalı, İranın baş naziri. == Həyatı == Hərbi məktəbi bitərəndən sonra İran Kazak diviziyasında xidmət etməyə başladı. Naib (leytenant) rütbəsindən sərtibi-əvvəl (general-mayor) rütbəsinədək yüksəldi. 1925-1926-cı illərdə Gilan əyalətinin Rəşt şəhərində diviziyanın briqadasına rəhbərlik etdi. 1927-1935-ci illərdə İran jandarmeriyasının rəisi oldu. 1941-ci ildə İsfahan diviziyasına başçılıq etdi. Fəzlulla Zahidi II Dünya müharibəsində alman faşistləri ilə əməkdaşlıq etdiyi üçün 1943-cü ildə ingilislər tərəfindən tutulub Fələstinə sürgün edildi. Burada 3 il sürgün çəkdi. 1947-1949-cu illərdə Fransada yaşadı. Fəzlulla Zahidi 1949-cu illərdə İranın polis rəisi təyin olundu.
Fəzlullah xan Zahidi
Fəzlulla Zahidi (1897, Həmədan-2 sentyabr 1863, Cenevrə) — İran Kazak diviziyasının generalı, İranın baş naziri. == Həyatı == Hərbi məktəbi bitərəndən sonra İran Kazak diviziyasında xidmət etməyə başladı. Naib (leytenant) rütbəsindən sərtibi-əvvəl (general-mayor) rütbəsinədək yüksəldi. 1925-1926-cı illərdə Gilan əyalətinin Rəşt şəhərində diviziyanın briqadasına rəhbərlik etdi. 1927-1935-ci illərdə İran jandarmeriyasının rəisi oldu. 1941-ci ildə İsfahan diviziyasına başçılıq etdi. Fəzlulla Zahidi II Dünya müharibəsində alman faşistləri ilə əməkdaşlıq etdiyi üçün 1943-cü ildə ingilislər tərəfindən tutulub Fələstinə sürgün edildi. Burada 3 il sürgün çəkdi. 1947-1949-cu illərdə Fransada yaşadı. Fəzlulla Zahidi 1949-cu illərdə İranın polis rəisi təyin olundu.
Hacı əd-Din Zahid
Şeyx Zahid Gilani (fars. تاج الدين ابراهيم زاهد گيلاني‎; Tacəddin İbrahim Zahid Gilani, 1216, Lahican, Gilan ostanı – 1301, Lənkəran) – sufi Zahidiyyə təriqətinin banisi, islam alimi, mürşid. == Həyatı == Tam adı Tâcəddîn İbrahim Zahid Gilanî olan Şeyx Zahid Gilani 1218-ci ildə Lənkəranın Siyavurd (indiki Siyavar) kəndində doğulmuşdu. Dövrünün görkəmli alimi olmuş, bir neçə dil bilirdi. Öz müridləri ilə sufizmi yayan Şeyx Zahidin Siyavurd, Güstaşfi və Hiləkaranda zaviyələri olmuşdu. Şeyxin Həlyəkəran və Siyavrudda iki xatunu var idi. Şeyx Səfi təzkirəsində bu barədə belə bir qeyd varː Əvvəl Şeyx Zahidə çox hörmət edən Şirvanşah III Axsitan sonralar onun nüfuzunun artması və müridlərinin sayının çoxalmasından çəkinərək, onun imkanlarını məhdudlaşdırmağa başlamışdı. Bu barədə də "Şeyx Səfi təzkirəsi"ndən ətraflı məlumat alırıqː Mənbədə verilən məlumatdan məlum olur ki, şirvanşahlar hətta Şeyxə qarşı sui-qəsd təşəbbüsü göstərmiş, lakin istəklərinə nail ola bilməmişdilər. Şeyx Zahid Gilani 1301-ci ildə vəfat etmiş və Siyavurdda dəfn olunmuşdur. Siyavurdu su basdığına görə Şah İsmayıl Xətainin babası və Şeyx Zahidin yeznəsi (qızının əri) Şah Səfiəddin onun qəbrini oradan Hiləkərana köçürülmüşdü.
Məhəmməd Zahid Şirvani
Məhəmməd Zahid Şirvani - şair 1860-cı ildə Şamaxı qəzasının Alpout kəndində (bu kənd indiki Ağsu rayonun ərazisində, Bico kəndindən şimalda mövcud olmuşdur) doğulmuşdur. Bico kəndində Üsifli məhəlləsində olan qohumlarının yanında yaşamış və tez bir zamanda şerləri ilə məşhurlaşmışdır.
Qənimət Zahidov
Qənimət Zahid (tam adı: Qənimət Səlim oğlu Zahidov; 10 fevral 1963, Şamaxı) — azərbaycanlı jurnalist, yazıçı, "Azadlıq" qəzetinin baş redaktoru, Turan TV-nin prezidenti. Qənimət Zahid 1963-cü il fevralın 10-da Şamaxının Qurdtəpə kəndində anadan olub. 1970–78-ci illərdə Qurdtəpə kənd orta məktəbində oxuyub. 1978-ci ildə Sumqayıt Kimya Texnologiya Texnikumunda oxuyub və təyinatla Çeçenistanın paytaxtı Qroznı şəhərinə, neftayırma zavodunda işləmək üçün göndərilib. 1985-ci ildə Bakı Dövlət Universitetinə daxil olub və 1990-cı ildə Bakı Dövlət Universitetini bitirərək Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin məktubu əsasında verilən təyinatla "Azadlıq" qəzetinə gəlib. Tələbəlik dövründə "YURD" birliyinin (1987) yaradılmasında fəal iştirak edib və Azərbaycanda tələbə hərəkatının liderlərindən olub. 1990-cı ildə 20 yanvar hadisələrindən sonra Tbilisidə "YURD" adlı gizli qəzet buraxıb və tələbə hərəkatının xətti ilə bu qəzet bütün Azərbaycanda yayılıb. 1990-cı ilin iyununda "Azadlıq" qəzeti nəşrini bərpa edəndən sonra burada işə başlayıb və həmin ilin axırlarında qəzetin baş redaktorunun müavini olub. 1991-ci ilin noyabrında "Azadlıq" qəzetinin baş redaktor əvəzi olub, 1992-ci ilin əvvəllərindən isə baş redaktor seçilib. 1994-cü ildə redaktorluqdan istefa verərək qəzetdə məsləhətçi vəzifəsinə keçib.
Sakit Zahidov
Mirzə Sakit (19 oktyabr 1959, Şamaxı) — Azərbaycanlı satirik şair. Sakit Zahidov (Mirzə Sakit) 1959-cu il oktyabrın 19-da Şamaxının Meysəri kəndində anadan olub. Hal-hazırda Fransada yaşayan Qənimət Zahidin qardaşıdır. Evlidir, beş uşağı var. Qeyri-qanuni narkotik maddə saxlamaqda ittiham olunaraq 2006-cı il iyunun 23-də həbs edilib və 3 il iş alıb. 2009-cu il aprel ayında həbsdən amnistiya ilə azad edilmişdir. Həbsdən çıxdıqdan sonra Almaniyanın Hamburq şəhərinə mühacirət etmiş, bir il yaşadıqdan sonra Belçikaya köçmüşdür. Hal-hazırda Belçikada yaşayır və tənqidi-satirik yazılar yazmaqda davam edir. 2011-ci ilin may ayınadək Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olmuşdur.
Tahir Zahidov
Tahir Zahidov (10 fevral 1979) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. Tahir Zahidov 1994-cü ildə Birləşmiş Ştatlarda, 1995-ci ildə isə Macarıstanda baş tutan yeniyetmələr arasında Dünya Çempionatlarının qalibi oldu. 1995-ci ildə Praqa şəhərində (Çexiya) Dünya Çempionatını 20-ci pillədə başa vuran Tahir Zahidov 1996-cı ildə Budapeşt şəhərində (Macarıstan) Avropa Çempionatını 8-ci pillədə başa vurdu. Tahir Zahidov 1996-cı ilin iyulunda Azərbaycanı Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. İyulun 20-də mübarizə aparan Tahir Zahidov 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə 1992-ci il Barselona Olimpiadasının qalibi olan Almaniya nümayəndəsi Oleq Kurçenxo ilə üz-üzə gəldi. Həmin görüşdə rəqibinə 0:10 hesabı ilə məğlub olan Tahir Zahidov, mübarizəni təsəlliverici qrupda davam elədi. Təsəlliverici qrupun birinci görüşündə onun rəqibi Yəmən nümayəndəsi Abdulla Al-İzani oldu. Rəqibinə 11:0 hesabı ilə qalib gələn Tahir Zahidov, qrupun növbəti mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi İtaliya nümayəndəsi Francesco Kostantino oldu. Bu görüşdə rəqibinə 0:5 hesabı ilə məğlub olan Tahir Zahidov, Atlanta Olimpiadasıı 14-cü pillədə başa vurdu.
Zahid Avşar Eloğlu
Zahid Avşar Eloğlu (Zahid Hacıqulu oğlu Quliyev; 1952, Avşar, Ağcabədi rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü; İdman ustası; Yeni Azərbaycan Partiyasının üzvü (2008). Zahid Avşar Eloğlu 1952-ci ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuşdur. 1968-ci ildə Ağcabədi rayon Nizami adına Avşar kənd 1 saylı tam orta məktəbini, 1978-ci ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1970-ci ildə keçmiş DQMV-nin Şuşikənd kənd orta məktəbində pedaqoji fəaliyyətə başlamışdır. 1972–1974-cü illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra Ağcabədi rayonunun Şənlik və Qaradolaq kənd orta məktəblərində Azərbaycan dili və ədəbiyyat müəllimi, Ağcabədi rayon UGİM-də məşqçi-müəllim işləmişdir. İdman ustasıdır. Komsomol işçisi olmuşdur. Hal-hazırda N.Abdullayev adına Avşar kənd 2 saylı tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. Zahid Avşar Eloğlunun şeirləri müxtəlif qəzet və dərgilərdə mütamadi çap olunur.
Zairli Zahid(Vətən müharibəsinin şəhidi)
Ərdəşir Zahidi
Ərdəşir Zahidi (fars. اردشیر زاهدی‎; 16 oktyabr 1928, Tehran – 18 noyabr 2021, Montrö[d], Vo kantonu) – İranın keçmiş xarici işlər naziri (1966–1971) və 1960 və 1970-ci illərdə İranın Birləşmiş Ştatlar və Böyük Britaniyadakı səfiri vəzifəsində işləyən keçmiş diplomatı.
Məhəmmədrza Zahidi
Məhəmmədrza Zahidi (fars. محمدرضا زاهدی‎, 2 noyabr 1960, İsfahan, Pəhləvilər – 1 aprel 2024, Mezzeh[d]) — İranlı hərbi xadim, Briqada generalı. İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli mənsubu. Müxtəlif zamanlarda İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri və İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarına rəhbərlik etmiş, ölümünə qədər Qüds qüvvələrinin əsas səhra komandirlərindən biri kimi çıxış etmişdir. 1979-cu ildən etibarən İran Silahlı Qüvvələrində xidmət edən Zahidi ordunun əsas hərbi fiqurlarından biri hesab olunurdu və İranın Yaxın Şərq regionundakı xarici maraqlarının təmin edilməsində vasitəçi şəxs kimi önə çıxmışdır. Zahidi 2024-cü ilin 1 aprel tarixində Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən İran səfirliyinə qarşı törədilmiş bombardıman hücumu nəticəsində həlak olub. İran və müxtəlif mənbələr hücumun İsrail tərəfindən həyata keçirildiyini bəyan ediblər. Məhəmmədrza Zahidi 1960-cı ilin 2 noyabr tarixində İranın İsfahan ostanlığının mərkəzi şəhəri olan İsfahan şəhərində anadan olub. 1979-cu ildə İslam İnqilabı Keşikçiləri Korpusunun sıralarına qoşulan Zahidi 1980-ci ildə İraqın hücumu ilə başlamış və səkkiz il davam etmiş İran-İraq müharibəsində leytenant rütbəsi ilə xidmət etmişdir. O, 1983–1986-cı illərdə 44-cü Qəmər Bəni Haşim diviziyasına rəhbərlik edib.

Digər lüğətlərdə