Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zərgərli
Zərgərli — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Qəbələ rayonunun faktiki mövcud olan Zərgərli kəndi dəqiqləşdirmə qaydasında Bum kənd inzibati ərazi vahidi tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 15 aprel 2005-ci ildə Zərgərli kəndi Bum kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Zərgərli kənd inzibati ərazi vahidi yaradılmışdır. Deyilənə görə burada yaşayan əhali arasında varlı insanlar, xüsusən qır-qızıllı camaat çox imiş, elə ta əvvəldən zərgərlərin, əli dürrlə oynayan sənətkarların adı ilə kənd belə adlanıb. Bu varidat, miras əhaliyə heç də xoşbəxtlik gətirməyib. Sovet hakimiyyəti qurulandan sonra camaatın nəyi varsa əlindən alınıb və kəndin yarısı repressiyanın qurbanı olub. Kəndin rayon mərkəzi ilə arası 17 km-dır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 510 nəfər əhali yaşayır. Əhali əsasən qoyunçuluqla məşğul olur. Bu köçəri camaatın ət, süd, yun istehsalında birincilər sırasında adı çəkilir.
Zekertu
Zikirti, həmçinin Zikirta, Zikurti, Zekertu və ya Zikertu — Zaqros dağlarının şimalında yerləşən qədim padşahlıq. E.ə. 750-521-ci illərdə mövcud olmuşdur. Manna dövlətinin ən şərq hissəsini təşkil edirdi. Zikertu padşahlığı müasir Miyanə–Ərdəbil şəhərləri arasındakı ərazi ilə lokalizə edilir.
Fikrət Zərgərli
Fikrət İsmayıl oğlu Zərgərli (8 dekabr 1929, Bakı – 27 iyul 1984, Bakı) — tibb elmləri doktoru, professor. Respublikamızın tibb sahəsi milli kardiocərrahiyyənin banisi, Azərbaycanda ilk ürək cərrahiyyəsi məktəbinin yaradıcısı. == Həyatı == F. Zərgərli 1929-cu ildə Bakı şəhərində anadan olub. Qısamüddətli xəstəlikdın sonra 1984-cü ildə vəfat edib. == Təhsili == 1947-ci ildə 6 №-li məktəbi gümüş medalla bitirib N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub, 1949-cu ildə isə İ. M. Seçenov adına Moskva Tibb İnstitutuna keçib və həmin tibb müəssisəsini fərqlənmə ilə bitirib. == Karyerası == Bilik və savadına görə F. Zərgərlini Moskva Tibb İnstitutunun hospital cərrahiyyə kafedrasına dəvət etmişlər. Müvəffəqiyyətlə aspiranturanı bitirdikdən sonra o, 53 №-li Moskva şəhər xəstəxanasında təcili cərrahiyyə üzrə növbətçi cərrah kimi çalışırdı. Daha sonra isə 1967-ci ildə F. Zərgərli öz fəaliyyətini A. L. Myasnikov adına Elmi Tədqiqatlar İnstitutunda ürək cərrahiyyəsi bölməsi rəhbəri vəzifəsində davam etdirdi. 1966-cı ildə bir qrup cərrahlarla könüllü olaraq zəlzələnin nəticələrini aradan qaldırmaq məqsədilə Daşkəndə yola düşmüşdü. 1968-ci ildə "Fallo kompleksinin cərrahiyyə müalicəsi" mövzusunda doktor dissertasiyasını müdafiə etdi.
Roza Zərgərli
Roza Zərgərli (27 mart 1979, RSFSR) — Azərbaycanlı rejissor, müğənni, aktrisa, yazıçı və televziya aparıcısı. Roza Zərgər qızı Allahverdiyeva 1979-cu ildə Rusiyanın Tümen vilayətinin Labıtnangi şəhərində hərbçi ailəsində anadan olmuşdur. Orta ixtisas musiqi məktəbində və Musiqi Texnikumunda akkordeon və fortepiano ixtisasları üzrə təhsilini uğurla başa çatdırandan sonra, 2001-2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kütləvi tədbirlər rejissorluğu ixtisasında təhsil alıb, 2015-ci ildə isə magistr səviyyəsinin “Rejissor sənətinin tarixi və nəzəriyyəsi” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2000-ci ildən indiyə qədər 20 il ərzində Roza Zərgər qızı Allahverdiyeva öz ixtisası üzrə Mingəçevir Dövlət Dram Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib (2014-2015), “İki yetimin taleyi”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran” “Aydın”, “Solğun çiçəklər”, “Haray”, “Ölülər” və s. kimi tamaşaların baş quruluşçu rejissoru olmuşdur, həmin tamaşaların bir çoxunda aktrisa kimi müxtəlif obrazlarda çıxış etmişdir. Bununla yanaşı, gözəl səsə, ifaçılıq məharətinə malik olduğundan o, estrada müğənnisi kimi fəaliyyət göstərmiş, bir çox beynəlxalq musiqi festivallarında münsif kimi Azərbaycanı təmsil etmiş, bu günə qədər Azərbaycandan namizədliyi irəli sürülən iştirakçılarının bir qismi laureat olmuşdur. (“Serta Avrazisi”, “Ural mono”, “Vostoçnıy bazar”, “Türk pop estrada etnik musiqi festivalı”, “Abakan” musiqi festivalı, “Meykin Aziya”, özü isə “Sarı Arka” jaz festivalının laureatı olub). Roza Zərgər qızı Allahverdiyeva rejissor kimi yaradıcılığını daima təkmilləşdirərək bir sıra sənədli filmlərə quruluş vermişdir. 2002-ci ildə çəkdiyi “Qarabağnamə” filmi YUNESKO-nun dəstəyi ilə Fransada keçirilən festivalda I yerə layiq görülmüşdür. 2005-ci ildə o, “Zülmətlər övladı”, “Talelər”, “Leyli və Məcnun”, “Atəş”, “İstanbul qızı”, “Eşqimin köləsi” və s.
Yunis Zərgərli
Yunis Süleyman oğlu Zərgərli (1908, Salyan, Cavad qəzası – 1990, Salyan, Salyan rayonu) — Azərbaycanlı Pedaqoq Yunis Zərgərli 1908-ci ildə Salyan şəhərində qulluqçu ailəsində anadan olmuşdur. O, 1916-cı ildə Salyan rus ibtidai məktəbinin birinci sinfinə getmişdir. 1921-ci ildə atası vəfat etsə də, anası Seyidtamam oğlunun təhsilinə xüsusi diqqət göstərmişdir. 1922-ci ildən Yunis Zərgərli Bakı şəhərindəki pedaqoji təmayüllü nümunəvi orta məktəbdə oxumuşdur. Həmin təhsil ocağında Abdulla Şaiq, Hüseyn Sadiq, Ağa bəy İsrafilbəyli, Qafur Rəşad kimi nüfuzlu müəllimlərdən dərs almışdır. Məktəbin riyaziyyat müəllimi Ağaəli Qasımov yeniyetmə Yunisin qeyri-adi istedada malik olduğunu görüb onunla daha ciddi məşğul olmuşdur. 1926-cı ildə "Şaiq Nümunə məktəbi"ni fərqlənmə attestatı ilə bitirən 19 yaşlı Yunis Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Çətin maddi vəziyyətə görə axşamlar fəhlə fakültələrində dərs deyən gənc həm də ilkin peşə vərdişlərinə yiyələnmişdir. 1931-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra o, Bakı şəhərində inspektor-metodist vəzifəsində işləyib. 1933-cü ildə Salyana qayıdır və bütün fəaliyyətini məktəb işinə istiqamətləndirir.
Zəhərli bitkilər
Zəhərli bitkilər – tərkibində zəhərləyici maddələr olan bitkilər. Zəhərli bitkilərin tərkibində olan zəhərli maddələr mərkəzi sinir sisteminə (oyadıcı, iflicedici və s.), tənəffüs və həzm orqanlarına, ürək-damar sisteminə, qaraciyər, böyrəklərə və s. təsir edir. Zəhərli bitkilərin faydalı xüsusiyyətləri də var. Onların bəzilərindən (xaş-xaş, acılıq, dəlibəng, bat-bat və s.) müxtəlif dərman maddələri, bir qismindən (öldürgən, tütün, asırqal, kəpənəkçiçək, mahmızçiçək) intektisid alınır. Azərbaycan Respublikasında Zəhərli bitkilərdən öldürgən, acılıq, qatırquyruğu, kəkrə, çobanyastığı, cil, acı yonca, qızıl-sarmaşıq, yapıqqanotu, canavargiləsi, bat-bat, dəlibəng, mahmızçiçək, ayıdöşəyi, südləyən, acı biyan, süsən, xaşxaş, üzərlik, qaymaqçiçəyi, qaytarma, asırqal, həlməl, dəmirtikan, xaçgülü, ardıc, sarıkol, qaraçöhrə, gərməşov, şümşad və s. daha geniş yayılmışdır.
Zəhərli fizostiqma
Zəhərli fizostiqma (lat. Physostigma venenosum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin fizostiqma cinsinə aid bitki növü. Tropik lian olub, şişman silindrik gövdəsinin uzunluğu 15 m-ə qədərdir. Üçər mürəkkəb yarpaqlarının uzunluğu 7-15 sm, növbəli, yumurtavari, itiuclu və çılpaqdır. Çiçəkləri açıq-qırmızı, başı aşağı əyilmiş, boş, tük qələm və ya fırçalarının uzunluğu 15 sm, meyvəsi 10-18 sm uzunluğunda, tünd-qəhvəyi paxlameyvə olmaqla, 2-4 toxumludur. Toxumlarında indol qruplu alkaloidlər vardır. Başlıca olan alkaloid fizostiqminin (ezerin) miqdarı 1,5%-ə qədərdir. Fizostiqminin (ezerin) ilk vəziyyətə qayıtma qabiliyyətinə malikdir. Mioz (daraltma) qabiliyyətinə malik olmaqla gözdaxili təzyiqi aşağı salır. Atropinin antoqonistidir.
Zəhərli heyvan
Zəhərli heyvanlar — müxtəlif dəstəyə və növə daxil olan heyvanların orqanizmində daima və ya müəyyən dövr ərzində formalaşan xüsusi maddə, insanların və digər canlıların həyatı üçün təhlükə doğurur. Bu canlılarda əsasən zəhər xüsusi kisəçiklərdə toplanılır. Bu toplanan zəhər həmin canlının müdafiə və hücum orqanı funksiyasını yerinə yetirir. Bəzi canlılarda zəhər onların dərilərində toplanır. Bu isə onlardan qida kimi istifadəsini mümkünsüz edir. Zəhərləri müxtəlif təsir və xüsusiyyətlərə malikdir: zəhər bəzi halda canlını qısa müddətli iflic, bəzi halda isə öldürür. Dünyada təxmini 5 min növ heyvan vardır. Heyvanlar arasında əsasən aşağıdakı dəstələrə daxil canlılar zəhərə malikdirlər: Protozoylar, Sürünənlər, Buğumayaqlılar, Suda-quruda yaşayanlar, Balıqlar və Cücülər. Bunula belə dünyada elmə cəmi bir necə növ zəhərli məməli növü məlumdur: Ördəkburun, Yexidna, Yereşənlər. Kök lorilər — yeganə məlum olan zəhərli primat cinsidir.
Zəhərli subaldırğanı
Zəhərli subaldırğanı (lat. Cicuta virosa) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin subaldırğanı cinsinə aid bitki növü.
Zərərli proqram
Ziyankar proqram, ziyanverici proqram, zərərli proqram (rus. вредоносная программа, ing. malware - malicious — "pisniyyətli" и software — "proqram təminatı") — kompüter sistemlərində informasiya təhlükəsizliyinə təhdidlərin əsas, mənbələrindən biridir, icazəsiz və əksər hallarda ziyankar əməllərin həyata keçirilməsi üçün yaradılan və istifadə edilən bütün proqramları birləşdirir. Təsir mexanizmindən asılı olaraq ziyankar proqramların növləri: məntiqi bombalar - kompüterdə daimi yerləşən və yalnız müəyyən şərtlər ödəndikdə yerinə yetirilən proqramlardır. Belə şərtlərə misal: verilmiş tarixin başlaması, kompüter sisteminin müəyyən iş rejiminə keçməsi, bəzi hadisələrin müəyyən dəfə baş verməsi və s. ola bilər. kompüter virusları - digər proqramlara yeridilmə yolu ilə müstəqil yayılan, müəyyən şərtlər yerinə yetirildikdə kompüter sisteminə mənfi təsir göstərən kiçik proqramlardır. soxulcanlar - müstəqil, yəni başqa proqramlara yeridilmədən öz surətlərini kompüter sistemlərində yaymağa və onları işə salmağa qabil olan proqramlardır (virusun aktivləşməsi üçün yoluxmuş proqramın işə salınması tələb olunur). Soxulcanların axın kimi yayılması rabitə kanallarının, yaddaşın həddən artıq yüklənməsinə və son nəticədə sistemin iflic olmasına gətirib çıxarır. Troyan proqramı - funksional cəhətdən faydalı proqram kimi görünən ziyankar proqramlardır.
Anna Zegers
Anna Zegers (19 noyabr 1900[…], Mayns – 1 iyun 1983[…], Şərqi Berlin) — Alman yazıçı. == Həyatı == Anna Zegers ailənin tək uşağı olub. 1907-ci ildə ibtidai təhsilinə başlayib, sonra 1910-cu ildə bugünkü adı Frauenlob - Gimnaziya olan qız məktəbinə gedib. Birinci Dünya müharibəsində köməkçi xidmətlərində işləyib, 1920-ci ildə isə liseyi bitirib. Köln Üniversitetində və Heidelberg Ruprecht Karl Üniversitetində tarix, incəsənət tarixi və Çin filolologiyası üzrə ixtisaslaşıb. 1924-cü ildə doktor adını qazanıb. == Fəaliyyəti == 1947-ci ildə İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Şərqi Almaniyaya qayıtdı və Berlində məskunlaşdı. 1947-ci ildə o, Almaniyanın ən nüfuzlu ədəbi mükafatı olan Georg Büxner mükafatına layiq görülüb. 1959-cu ildə Qərar romanı, 1968-ci ildə isə davamı olan Güvən əsəri nəşr olundu. Zegers Beynəlxalq Lenin Mükafatları Komitəsinin üzvü idi.
Zəhərli kimyəvi maddə
Zəhərli kimyəvi maddələr — kənd təsərrüfatı bitkilərinin xəstəlik törədicilərinə və zərərvericilərinə qarşı mübarizə aparmaq, həmçinin insan və heyvan ektoparazitlərini məhv etmək üçün istifadə olunan mineral və ya bitki mənşəli, ya da sintetik kimyəvi maddələr. Fosfor-üzvi və xlor üzvi birləşmələr, karbonatlar, müxtəlif mis, sink, kükürd və ftor birləşmələri zəhərli kimyəvi maddələrdəndir. Ərzaq məhsullarında zəhərli maddələrin (məs., pestisidlərin) maksismum yol verilən səviyyəsi.
Zərərli istehsal amili
Zərərli istehsal amili — müəyyən şərtlər altında (intensivlik, müddət və s.) işçiyə təsiri peşə xəstəliyinə, başqa bir sağlamlıq pozğunluğuna, iş qabiliyyətinin müvəqqəti və ya qalıcı azalmasına səbəb ola bilən ətraf mühitin və əmək prosesinin bir amili nəslin sağlamlığına. Ekoloji amillər şərti olaraq aşağıdakılara bölünür: fiziki faktorlar (buna bəzən əsasən fibrogen təsir göstərən aerozollar (toz) da daxildir); bioloji təbiətdəki bəzi maddələr (antibiotiklər, vitaminlər, hormonlar, fermentlər, protein preparatları) daxil olmaqla kimyəvi amillər; bioloji amillər - istehsalçı mikroorqanizmlər, canlı hüceyrələr və preparatlar, patogen mikroorqanizmlər, helmintlər və s. əmək prosesinin amilləri — əmək prosesini təyin edən hallar, şərtlər: əməyin ağırlığı və əmək intensivliyi [2]. Bəzi təsnifatlarda bunlar psixofizioloji amillər və ya erqonomik amillərdir. Digər daha mürəkkəb təsnifatlar var. İşlərin böyük əksəriyyətində bir insan iş mühitinin bir neçə fərqli amilindən təsirlənir ki, bu da bir neçə kimyəvi birləşmənin eyni vaxtda və ya ardıcıl olması (kombinə təsir) və ya kimyəvi və fiziki amillərin təsiri (qarışıq hərəkət) ilə əlaqəli ola bilər. , eyni zamanda eyni kimyəvi maddənin (kompleks hərəkət) bir neçə yolla (hava, su, qida ilə) bədənə nüfuz etmə ehtimalı . Təhlükəli istehsal faktoru konsepsiyası da mövcuddur, lakin kəskin patologiyanı peşə xəstəlikləri və ya xəsarət kimi təsnif etmək məsələsi kimi, mənası da birmənalı deyil. GOST 12.0.002-2014 Əməyin Təhlükəsizliyi Standartları Sistemi (SSBT). Terminlər və təriflər (dövlətlərarası standart) ”zərərli istehsal faktorunu dərhal və ya sonradan bir xəstəliyə, o cümlədən ölümcül bir xəstəliyə yol aça biləcək bir faktor olaraq qəbul edir, bu da təhlükəli istehsal faktoru termininin kəskin inkişafla əlaqəli istifadəsini istisna edir patoloji.
Zərərli qida əlavələri
Məlumdur ki, çoxlu sayda qida əlavələri var və onlar dünya üzrə xüsusi kodlara malikdirlər. Lakin elə qida əlavələri var ki, onlar müxtəlif təhlükələr yaradırlar. Həmin qida əlavələrini bilmək və ehtiyatlı olmaq məsləhətdir. Onların siyahısını diqqətinizə çatdırırıq. Olduqca təhlükəli: E123; E 510; E 513 E; E 527. Təhlükəli qida əlavələri: E 102; E 110; E 120; E 124; E 127; E 129; E 155; E 180; E 201; E 220; E 222; E 223; E 224; E 228; E 233; E 242; E 400; E 401; E 402; E 403; E 404; E 405; E 501; E 502; E 503; E 620; E 636; E 637. Kanserogen qida əlavələri E 154; E 626; E 627; E 628; E 629; E 630; E 631; E 632; E 131; E 142; E 153; E 210; E 212; E 213; E 214; E 215; E 283; E 310; E 954. Mədə pozulmasına səbəb olan qida əlavələri: E 338; E 339; E 340; E 341; E 343; E 450; E 461; E 462; E 463; E 465; E 466. Dəri xəstəlikləri yaradan qida əlavələri: E 151; E 160; E 231; E 232; E 239; E 311; E 312; E 320; E 907; E 951; E 1105. Bağırsaq pozğunluğu yaradan qida əlavələri: E 154; E 626; E 627; E 628; E 629; E 630; E 631; E 632; E 633; E 634; E 635.
Okunoşima Zəhərli Qazlar Muzeyi
Okunoşima Zəhərli Qazlar Muzeyi (大久野島毒ガス資料館, Okunoşima Dokuqasu Şiryokan) – Yaponiyanın Hiroşima prefekturasının Takehara şəhərinə daxil olan Okunoşima adasında yerləşən və zəhərli qazlara həsr olunmuş muzey. == Tarixi == Okunoşima adası 1929–1945-ci illərdə Yaponiya İmperator ordusu tərəfindən zəhərli qazlar hazırlamaq üçün məkan kimi istifadə olunmuşdur. Bu səbəbdən Okunoşima "zəhərli qazlar adası" ləqəbi ilə tanınır. Muzey 1988-ci ilin aprelində sülh aktivistlərinin və zəhərli qaz qurbanlarının təşəbbüsü ilə açılmışdır. Muzeyin ilk direktoru Hatsuiçi Murakami 1940-cı ildə 14 yaşında ikən Okunoşimadakı zəhərli qazlar fabrikində işləmiş, müharibədən sonra "Zəhərli qazlar adası və oğlan" kitabını yazmışdır. == Xüsusiyyətlər == Muzey kolleksiyasına 600-dən çox əşya daxildir. Muzeydə zəhərli qaz istehsalında istifadə olunmuş ləvazimatlar, toksik maddələrin saxlanılması üçün qablar, qaz mərmilərinin qalıqları, qaz maskaları, qoruyucu geyimlər, zəhərli qazların Çində istifadə olunması barədə əmrləri əks etdirən sənədlər sərgilənir. Muzeydə çəkiliş aparmaq üçün icazə tələb olunur. Muzeyin birinci otağı Yaponiya İmperator ordusunun Okunoşimadakı gizli zəhərli qazlar proqramına həsr olunmuşdur. Sərgi zəhərli qaz zavodundakı təhlükəli iş şəraiti və zəhərli qazların insan bədəni üzərindəki təsiri haqqında məlumat verir.
Hələbcə şəhərinə zəhərli qaz hücumu
Hələbcə qətliamı — İran-İraq müharibəsi zamanı İrana dəstək verən kürdləri cəzalandırmaq məqsədilə İraq lideri Səddam Hüseynin əmrilə İraqın şimalında kürdlərin yaşadığı Hələbcə şəhərinin əhalisinə qarşı 1988-ci il 16-17 mart tarixlərində həyata keçirilmiş kimyəvi silah hücumu. Hücum zamanı iprit, zarin, tabun və VX qazından istifadə edilmişdir. Ölənlər barədə müxtəlif məlumatlarda bir neçə yüz nəfərdən 7 minədək insanın öldüyü, həmçinin 20 minə yaxın insanın isə müxtəlif xəsarətlər aldığı bildirilir. Daha çox 5 000 nəfərin öldüyü və 11 000 nəfərin xəsarət aldığı barədə məlumata üstünlük verilir. 1 mart 2010-cu il tarixində İraq Ali Cinayət Məhkəməsi Hələbcə qətliamını soyqırım kimi tanımışdır.
Zərərli Proqramların Testləşdirilməsi Standartları Təşkilatı
Zərərli Proqramların Testləşdirilməsi Standartları Təşkilatı (Anti-Malware Testing Standards Organization) — zərərli proqramların test edilməsi metodologiyalarının keyfiyyətini, uyğunluğunu və obyektivliyini yüksəltmək məqsədilə 2008-ci ildə yaradılmış beynəlxalq qeyri-kommersiya təşkilatıdır. Təşkilat hazırda AMTSO saytına əsasən aşağıdakı vəzifələri göstərir: Zərərli proqramlar və əlaqədar məhsulların sınaqdan keçirilməsi ilə bağlı müzakirələr üçün formun təmin olunması Zərərli proqramlar və əlaqədar məhsulların sınaqdan keçirilməsi üçün obyektiv standartlar və ən yaxşı təcrübələri inkişaf etdirmək və dərc etmək. Zərərli proqramlar və əlaqədar məhsulların sınaqdan keçirilməsi ilə bağlı məsələlərin öyrənilməsi və məlumatlandırılmasının təşviqi. Standartlara əsaslanan test metodologiyalarına yardım etmək üçün alətlər və resursların təmin edilməsi. Təşkilat, AMTSO -nun xaricində müvafiq sənədləri birbaşa geniş saxlanılmasını təmin edən bir səhifə də daxil olmaqla, test üçün bəzi potensial faydalı resurslar yaratmışdır. AMTSO main site Twitter account AMTSO blog Arxivləşdirilib 2013-07-03 at Archive.today Facebook page İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.