Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qəzvini
Qəzvini — çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Əl Hafiz Əbu Məhəmməd ibn Yəzid ibn Macə əl Qəzvini (İbn Macə) — böyük hədis alimi Nəcməddin Qəzvini — astronom, təbiətşünas filosof, məntiqçi Zəkəriyyə əl-Qəzvini — tarixçisi və coğrafiyaşünas Şərafəddin Qəzvini — Bərkə xan vəziri, Həmdullah Qəzvini — şair, tarixçi, coğrafiyaşünas. Zeynəddin Qəzvini — tarixçi, Həmdullah Qəzvininin oğludur Budaq Qəzvini — (1510-1577) - tarixçi, katib, vəzir. Vaiz Qəzvini — şair Məhəmməd Tahir Vəhid Qəzvini — şair Dərviş Xosrov Qəzvini — Qəzvin (Nöqtəvilik) nöqtəvilərinin rəhbəri Məhəmməd Yusif Qəzvini — Azərbaycanın XVII-XVIII əsr şair, xəttat və tarixçisi Mir İmad Qəzvini — xəttat Gövhərşad Qəzvini — xəttat, Mir İmadın qızı Hacı Xəlil xan Qəzvini — (?-1802)—İranın Hindistanda səfiri. Arif Qəzvini — İran şairi və bəstəkarı. Əmir xan Qəzvini — həkim və pedaqoq, İrannın Səhiyyə vəziri . Mirzə Yəhya xan Qəzvini — İranın ictimai xadimi Mirzə Abdulla xan Qəzvini — İranın ictimai xadimi Mirzə Məhəmməd xan Qəzvini — Şeyx Haşım Qəzvini — İslam alimi Xatib əl Qəzvini (22 Şâban 666’da (7 Mayıs 1268) Mosul- ö.
Arif Qəzvini
Arif Qəzvini (farsca: ابوالقاسم‌ عارف قزوینی; 1882, Qəzvin – 21 yanvar 1934, Həmədan) — İran şairi və bəstəkarı. Siyasi təsnifat və siyasi qəzəl janrının yaradıcısıdır. 1905–1911-ci illərdə İrannın Məşrutə inqilabında iştirak etmişdir. Gözəl bir səsi olan şair Tehranda konsertlər vermiş, vətənpərvərlik hisslərini tərənnüm edən təsnifləri ilə şöhrət qazanmışdır. "Yaşasın", "Azadlıq müjdəçisi", "Quşun naləsi", "Ölüm libası" və s. şeirlərini xalq dilində yazmışdır. 150-yə yaxın qəzəl, qitə, qəsidə, məsnəvi və təsniflərdən ibarət "Divan"ı ilk dəfə 1924-cü ildə əvvəl Berlində, sonra Tehranda çap olunmuşdur. Həyatının son illərini Həmədanda sıxıntı içində yaşamış, orada da vəfat etmişdir.Arif Qəzvini həmçinin İran milliyətçiliyinə bağlı olan baxışlarıyla seçilmişdir. Qəzvini, İranda Azərbaycan türkcəsinin danışılmasına qarşı çıxmış, bu dilin "türklərin və monqolların hökmranlığının utanc verici izi" olduğunu demiş, bu dilin bütün iranlıların milli dili saydığı "gözəl və şirin" fars diliylə əvəz edilməsinə çağırışlar edirdi. Bu görüşləri yaradılıcığında da əks olunmuşdur: زبان ترك از براي از قفا كشيدن است صلاح , پاي اين زبان ز مملكت بريدن است دو اسبه با زبان فارسي از ارس پريدن است نسيم صبحدم برخيز بگو به مردم تبريز كه نيست خلوت زرتشت جاي صحبت چنگيز Tərcüməsi:Türkün dilini dartıb boynunun ardından çıxartmaq lazımdır; Bu dilin ayağını məmləkətdən kəsmək və fars dili ilə dördnala Arazı keçmək məsləhətdir; Ey səhər küləyi, qalx və təbrizlilərə de ki, Zərdüşt yurdu (yəni İran) boş deyil və burada Çingizin söhbəti gedə bilməz.
Budaq Qəzvini
Budaq Qəzvini (1510–1577) — tarixçi, dəftərxanada işçi, qoşun kargüzarı (nəvisəndəgi-ye ləşkər), münşi, kələntər, katib, vəzir. == Həyatı == Budaq bəy 1510-cu ildə Qəzvin şəhərində anadan olmuşdu. Budaq Qəzvini öz həyatını, Səfəvilər idarəsində tutduğu xırda məmur vəzifəsindəki fəaliyyətini qısaca və aydın təsvir etmişdir. O, Şah I Təhmasibin hakimiyyətinin əvvəlində, on dörd yaşında olarkən şah dəftərxanasında işə qəbul olunmuşdur. Sonrakı ildə Budaq Qəzvini pulların saxlandığı dəftərxanada (dəftər-i ərbab-i təhavil) üç tümən maaşla işə götürüldü. Dörd il keçdikdən sonra Budaqın xəttindən xoşu gələn xəzinə başçısı (müstövfi əl-məmalik) Hacı Hüseyn Kaşi onu öz yanına işə götürdü və ona on beş tümən maaş təyin etdi. Onun qulluqdakı fəaliyyətinin altıncı ilində ölkə üzrə mədaxil və məxarici qeydə almaqdan ötrü məlumat dəftərxanası yaradıldı və Budaq səkkiz tümənlik əmək haqqı ilə ora işə keçirildi. Onun qardaşı Hacı İzzəddin dəftərxananın rəisi idi. Budaqın dayısı Əmir bəy Şələkani, Məhəmməd xan Şərəfəddin oğlu Təkəlinin vəziri və vəkili olduğundan, sonuncu Bağdad hakimi təyin edildikdən sonra öz bacısı oğlunu Ərəb İraqının divan katibi (münşiy-i divan) vəzifəsinə işə götürdü. Üç ildən sonra Məhəmməd xan qoşun kargüzarı (nəvisəndəgiy-iləşkər) vəzifəsini də Budaqa tapşırdı və onun əmək haqqı 20 tüməndən 30 tümənədək artdı.
Gövhərşad Qəzvini
Gövhərşad Qəzvini (?-1628)— Məşhur xəttat Mir İmadın qızı, xəttat. == Həyatı == Gövhərşad xanım Məşhur xəttat Mir İmadın ailəsində dünyaya gəlmişdi. İbtidai təhsilini və xəttatlığı atasından öyrənmişdi. Nəstəliq xəttini gözəl yazırdı.Məşhur dilçi və ədəbiyyatşünas Mirzə Səngilax (Məhhəmədəli Qoçani, 1771-1877) onun xəttini bir çox yazılarında tərifləyir. Gövhərşad xanım Qəzvin ədəbi mühitində gözəl şeirləri ilə da tanınırdı. Həsəni və Seyfi təxəllüsləri ilə məşhur idi. == Həmçinin bax == Mir İmad Qəzvini Mirzə Məhəmmədhüseyn Seyfi == Xarici keçidlər == Xəttatlıq çox pis şeydi. Heç vaxt xəttat olmaq fikrinə düşməyin. Düşənlər 3131-ci ilə qədər Əzab çəksinlər. Bir də ki Bir qız var Adı N ilə başlayır.
Həmdulla Qəzvini
Həmdullah Mustovfi Qəzvini (fars. حمدالله مستوفى قزوینی‎; 1281, Qəzvin, Elxanilər dövləti – ≥ 1339, Qəzvin) — İran məmuru, tarixçisi, coğrafiyaşünası və şairi. O, monqol Elxanilər dövlətinin son dövründə və ondan sonrakı fətrət dövründə yaşamışdır. Əslən Qəzvindən olan Həmdullah mustovfilər (maliyyə mühasibləri) ailəsində anadan olmuş, ona görə də bu adı almışdır. O, onu tarixi-coğrafi əsərlər yazmağa ruhlandırmış, dövrün qabaqcıl vəziri və tarixçisi Rəşidəddin Həmədaninin yaxın yoldaşı olmuşdur. Qəzvini üç əsərin müəllifidir: "Tarix-i güzidə" (Seçilmiş tarix), "Zəfərnamə" və "Nüzhət əl-qulub" (Qəlblərin əyləncəsi). Böyük nüfuzlu şəxsiyyət olmuş Qəzvininin İran tarixini və coğrafiyasını konseptuallaşdırmaq üsulu XIII əsrdən bəri digər tarixçilər tərəfindən istifadə edilmişdir. O, doğulduğu Qəzvin şəhərində, Uzun Günbəz türbəsində dəfn olunmuşdur. == Həyatı == Həmdullah Mustovfi Qəzvini 1281-ci ildə İranın qərbində, Əcəm İraqında yerləşən Qəzvin şəhərində anadan olmuşdur. Onun ailəsi IX–X əsrlərdə şəhər valisi vəzifəsində və sonralar Qəznəvilərin yüksəlişi dövründə mustovfi (yüksək rütbəli maliyyə mühasibləri) vəzifəsində çalışmış ərəblərin nəslindəndir.
Həmdullah Qəzvini
Həmdullah Mustovfi Qəzvini (fars. حمدالله مستوفى قزوینی‎; 1281, Qəzvin, Elxanilər dövləti – ≥ 1339, Qəzvin) — İran məmuru, tarixçisi, coğrafiyaşünası və şairi. O, monqol Elxanilər dövlətinin son dövründə və ondan sonrakı fətrət dövründə yaşamışdır. Əslən Qəzvindən olan Həmdullah mustovfilər (maliyyə mühasibləri) ailəsində anadan olmuş, ona görə də bu adı almışdır. O, onu tarixi-coğrafi əsərlər yazmağa ruhlandırmış, dövrün qabaqcıl vəziri və tarixçisi Rəşidəddin Həmədaninin yaxın yoldaşı olmuşdur. Qəzvini üç əsərin müəllifidir: "Tarix-i güzidə" (Seçilmiş tarix), "Zəfərnamə" və "Nüzhət əl-qulub" (Qəlblərin əyləncəsi). Böyük nüfuzlu şəxsiyyət olmuş Qəzvininin İran tarixini və coğrafiyasını konseptuallaşdırmaq üsulu XIII əsrdən bəri digər tarixçilər tərəfindən istifadə edilmişdir. O, doğulduğu Qəzvin şəhərində, Uzun Günbəz türbəsində dəfn olunmuşdur. == Həyatı == Həmdullah Mustovfi Qəzvini 1281-ci ildə İranın qərbində, Əcəm İraqında yerləşən Qəzvin şəhərində anadan olmuşdur. Onun ailəsi IX–X əsrlərdə şəhər valisi vəzifəsində və sonralar Qəznəvilərin yüksəlişi dövründə mustovfi (yüksək rütbəli maliyyə mühasibləri) vəzifəsində çalışmış ərəblərin nəslindəndir.
Kayri İrvinq
Kayri Örvinq (23 mart 1992, Melburn) peşəkar basketbolçu. Avstraliyanın Melburn şəhərində anadan olub. NBA-də Boston Seltiks komandasında çıxış edir. Örvinq Klivlend Kavalersə qatılmamışdan öncə Duke Blu Devils kollec komandasında çıxış edirdi. 2014-cü ildə o, NBA All-Starın ən dəyərli oyunçusu seçildi. 2016-cı ildə komandası Klivlend Kavalers Qolden Steyt Uorriorzu məğlub edərək NBA çempionu oldu. 2017-ci il finalı da bu iki komanda arasında oldu və bu dəfə Qolden Steyt qalib gəldi. Bu oyundan sonra Kayri İrvinq Boston Seltiksə transfer edildi.
Knipowitschia iljini
İlyin xulu (lat. Knipowitschia iljini) — Knipoviç xulları cinsinin nümayəndəsidir. == Morfoloji əlamətləri == D VI (18-9), A I (8-9),yan xətt pulcuqlarının sayı 33-35-dir. Bədəni çox uzunsov və əvvəlki növə nisbətən bir qədər ensizdir.Gözüstü kanallarının qovuşduğu yerdən geriyə uzanan hiss kanalı yoxdur. Quyruq üzgəci dairələşmiş və simmetrik şəkildədir. Bədəninin üzərində eninə yerləşən tünd zolaqlar vardır. Cinsi dimorfizm inkişaf etmişdir. Erkəklərin bel üzgəcində uzununa tünd zolaqlar olur, dişilərin bel tərəfində kiçik xallar yerləşir. Uzunluğu 47 mm-ə qədər olur. == Yayılması == Xəzər dənizinin endemikidir, orta hissəsində yayılmışdır.
Nəcməddin Qəzvini
Nəcməddin Qəzvini (1203, Qəzvin – 1277) — Nəsirəddin Tusinin fəlsəfi məktəbinin nümayəndələrindən, astronom, təbiətşünas filosof, məntiqçi alimdir. == Həyatı == Nəcməddin Qəzvini 1203-cü ildə anadan olmuşdur. Filosofun ləqəbi Nəcməddin, adı Əli, atasının adı Ömər, babasının adı Əlidir. Qəzvin şəhərindən olduğu üçün Qəzvini nisbəsini daşımışdır. Mütəfəkkir elmi əsərlərin üzünü köçürən mirzə sözünü ifadə edən Dəbirani və ya Katibi kimi də tanınmışdır. Mənbələrdə o, "Ən böyük alim" ("Əllamə") adı ilə yad edilmişdir.Professor Həbibulla Məmmədbəyli "Marağa rəsədxanasının banisi Nəsirəddin Tusi" kitabında Marağa rəsədxanasının iyirmi bir nəfər elmi əməkdaşının adlarının siyahısını vermişdir. O, burada Nəcməddin Qəzvininin adını beşinci sayda "Nəcməddin Qəzvini Dəbirani" kimi göstərdikdən sonra on üçüncü sayda yenidən onu "Nəcməddin Katibi" yazaraq ayrı şəxs hesab etmişdir. Lakin tədqiqatçı sonra filosof haqqında məlumat verərkən onu "Nəcməddin Omam ben Əli ben Məhəmməd Katibi Dəbirani Qəzvini" təqdim etmişdir. Burada Nəcməddin Katibi Dəbirani Qəzvini bir şəxs kimi düzgün göstərilmiş, amma onun, atasının və babasının adları yanlış verilmişdir.Nəsirəddin Tusinin dəvəti ilə Marağaya gələn Nəcməddin Qəzvini rəsədxanada çalışan ilk dörd astronomdan biri olmuşdur. O, mənbələrdə Nəsirəddin Tusinin şagirdi kimi təqdim edilməsinə baxmayaraq, Marağaya gəlməmişdən əvvəl də alim kimi tanınmışdır.
Vaiz Qəzvini
Molla Rəfiəddin Məhəmməd Vaiz Qəzvini — Azərbaycanın Səfəvi dövründə şair. azərbaycan və fars dillərində şer yazıb. Bu şair 1027 Hicri-qəməridə Qəzvinin Səfiabad kəndində anadan olub və 1089 Hicri-qəməridə vəfat etmişdir.
Vaşinqton İrvinq
Vaşinqton İrvinq (ing. Washington Irving; 3 aprel 1783[…], Nyu-York, Nyu-York ştatı – 28 noyabr 1859[…]) — Amerika yazıçısı, qısa hekayələr müəllifi, esseist, bioqraf, jurnal redaktoru və diplomat. Onu bəzən "Amerika ədəbiyyatının atası" da adlandırırlar. "Ceffri Krayonun qaralama dəftəri" kitabına daxil olan "Rip van Vinkl" və "Yuxulu Dərə haqqında əfsanə" hekayələrinə görə şöhrət qazanmışdır. Onun tarixi mövzudakı əsərləri ilk ABŞ prezidenti Corc Vaşinqton, irland yazıçısı Oliver Qoldsmit və Məhəmməd peyğəmbərin bioqrafiyalarından və XV əsr İspaniya tarixi ilə bağlı mövzulardan – Xristofor Kolumb, İspaniyada ərəb istilası və Əl-Hambra sarayı haqqında əsərlərdən ibarətdir. İrvinq həmçinin 1842–1846-cı illərdə ABŞ-nin İspaniyada səfiri işləmişdir. Ədəbiyyatda ilk addımını 1802-ci ildə Londonda dərc olunan "The Morning Chronicle" qəzetində Conatan Oldstayl təxəllüsü altında Nyu-Yorkun sosial həyatı və teatrları haqqında yazdığı yazılarla atmışdır. 1815-ci ildə ailə biznesi ilə əlaqədar İngiltərəyə köçmüş və 1819-cu ildə ona sonradan dünya şöhrəti qazandıran "Ceffri Krayonun qaralama dəftəri" (The Sketch Book of Geoffrey Crayon) kitabını nəşr etdirmişdir. O, Ceyms Fenimor Kuperlə yanaşı Avropada bəyənilən ilk amerikalı yazıçılardan biri olmuş və Nataniel Houtorn, Herman Melvil, Henri Uodsvors Lonqfellou və Edqar Allan Po kimi Amerika yazıçılarını həvəsləndirmişdir. Kitabları dünyada ən çox satılan ilk amerikalı yazıçı kimi, İrvinq Amerika yazıçılarının müəllif hüquqlarının qorunması üçün daha sərt qanunların qəbul olunmasına səy göstərirdi.
Zeynəddin Qəzvini
Zeynəddin bin Həmdullah əl-Qəzvini (?-?) — XIV əsr İran tarixçisi. == Həyatı == Zeynəddin bin Həmdullah əl-Qəzvini XIV əsrin İran tarixçisidir, Həmdullah Qəzvininin oğludur. O, atasının «Tarixi-qozide» əsərinə 1341-1392-ci illərdə Azərbaycanda və İranda baş vermiş tarixi hadisələrin təsvirini artırmışdır. Əsərdə bu dövrün başlıca hərbi-siyasi hadisələrinin təsviri verilir və bu hadisələrin mədəni mühitə təsiri dərəcəsini öyrənmək baxımından o, qiymətli mənbələrdən biridir. Ümumiyyətlə, «XIII-XIV əsrlərdə, Şərq ölkələrində, o cümlədən Azərbaycanda və İranda tarix elmi nəzərəçarpacaq dərəcədə irəliləmişdi. Akademik V.V.Bartold bu dövrü «Fars (İran) tarixşünaslığının qızıl əsrləri» adlandırmışdır».1341-1392-ci illərin ictimai-siyasi həyatından bəhs edən Zeynəddin bin Həmdullah Qəzvini “Zeyl-e tarix-e qoz de” (“Seçilmiş tarixə”ə əlavə) əsərində Cəlairlər, Teymurlular dövründən geniş bəhs edir.
İmadəddin Qəzvini
İmadəddin Qəzvini(azərb. Əbu Məhəmməd Ömər ibn Məhəmməd əl Məkki əl-Qəzvini‎) — qazı == Həyatı == XIII əsrin ikinci yarısında Naxçıvan qazısı olmuşdur. 1267-1268-ci illərdə Təbrizdə onunla rastlamış və haqqında yazmış məşhur ərəb alimi və biblioqrafı İbn əl Fuvatinin məlumatına görə,İmadəddin Qəzvini "qazılar,ədalətli qanunşünaslar və ləyaqətli rəislər nəslindən" idi. == Yaradıcılığı == Ədəbiyyatı, şeir sənətini dərindən bilir və tədris edirdi. Mənbədəki məlumata görə, şəhər hakimi Şəmsəddin Məhəmməd İbn Məhəmməd əl-Cüveyni ədəbiyyat elmini və ərəb müəllifi ər-Həririnin "Məqamat"ını ondan öyrənmişdir. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 211.
İrvinq Fişer
İrvinq Fişer (ing. Irving Fisher; 27 fevral 1867[…] və ya 7 fevral 1867 – 29 aprel 1947[…], Nyu-York, Nyu-York ştatı) - amerikalı iqtisadçı, statistik, ixtiraçı və mütərəqqi sosial təşəbbüsçü idi. O, erkən Amerika neoklassik iqtisadçılarından biri olsa da, sonralar borc deflyasiyası üzrə işi postkeyns məktəbi tərəfindən mənimsənilmişdi. Yozef Şumpeter onu "ABŞ-nin indiyə qədər dünyaya gətirdiyi ən böyük iqtisadçı" kimi təsvir edirdi. Bu bənzətmə daha sonra Ceyms Tobin və Milton Fridmen tərəfindən də təkrarlanmışdı.Fişer faydalılıq nəzəriyyəsinə və ümumi tarazlığa mühüm töhfələr verdi. O, eyni zamanda kapital və faiz dərəcələri nəzəriyyəsini inkişaf etdirməsinə səbəb olan bazarlarda aralıqlararası seçimin ciddi şəkildə araşdırılmasında öncül idi. Pulun miqdar nəzəriyyəsi ilə bağlı etdiyi araşdırma "monetarizm" adı ilə tanınan makroiqtisadi təlim məktəbinin əsasını qoymuşdu. Fişer indeks nömrələrinin inkişafı daxil olmaqla ekonometrikanın da öncüllərindən idi. Onun adını daşıyan bəzi anlayışlara Fişer tənliyi, Fişer hipotezi, beynəlxalq Fişer effekti, Fişer ayrılma nəzəriyyəsi və Fişer bazarı daxildir. Fişer, böyük ehtimalla, ilk məşhur iqtisadiyyatçı idi, ancaq onun şöhrəti yaşadığı müddətdə qiymətli kağızlar bazarının "daimi olaraq yüksək durğunluq nöqtəsinə" çatdığını iddia edən 1929-cu il Uoll Strit İflasının əvvəlində ictimaiyyətə verdiyi açıqlamalarla bərpa olunmaz bir şəkildə zədələnmişdi.
İrvinq Hofman
İrvinq Hofman (ing. Erving Goffman, 11 iyun 1922[…] – 19 noyabr 1982, Filadelfiya, Pensilvaniya) — Kanada mənşəli Amerika sosioloqu, sosiologiyada Çikaqo Məktəbinin "ikinci nəsli"-nin nümayəndəsi. Amerika Sosioloji Assosiasiyasının 73-cü Prezidenti. Hoffmann bir çox cəhətdən müxtəlif elmi fənlərin kəsişməsində işləmiş və bu səbəbdən ondan yalnız bir sosioloq kimi deyil, həm də psixologiya, fəlsəfə, psixiatriya və bir çox əlaqəli sahələrin nümayəndəsi olaraq danışaraq insan haqqında müxtəlif elmləri bir araya gətirmişdir. Hofmannın sosiologiyaya verdiyi ən əhəmiyyətli töhfə, 1959-cu ildə, özünü gündəlik həyatında başqalarına tanıtmaq adlı kitabı çıxdıqdan sonra başladığı və oyun boyu simvolik qarşılıqlı tədqiqat əhatəsi araşdırmasıdır. == Bioqrafiyası == Hofman 11 iyun 1922-ci ildə Kanadanın Alberta əyalətindəki Manville qəsəbəsində, XX əsrin əvvəllərində Kanadaya mühacirət edən Ukrayna yəhudiləri Maks və Anna Hofman ailəsində anadan olmuşdur. Uşaq ikən Hofman ailəsi Manitoba əyalətinə qayıtdı. Bacı Francis Bay, uşaqlıqda Irvinqin böyük bir zarafat etdiyini və heç bir uğur qazanacağını düşünmədiklərini söylədi. Səfərinə Müqəddəs Con adına Manitoba əyalətinin Dofin şəhərində orta texniki məktəbdə, 1939-cu ildə Manitoba Universitetində kimya ixtisası aldı (valideynləri onun kimya mühəndisi olmasını istədi). 1943–1944-cü illərdə Hoffman Ottavadakı Milli Film Komitəsində işləyir, reklam istehsalı ilə məşğul olur və rejissor kimi karyera qurmağı xəyal edir, lakin akademik işlərinə qayıdır və Toronto Universitetinin sosiologiya fakültəsinə daxil olur.
İrvinq Penn
İrvinq Penn (ing. Irving Penn; 16 iyun 1917[…], Pleynfild[d], Nyu Cersi – 7 oktyabr 2009[…], Manhetten, Nyu-York ştatı) — XX əsrin ən nüfuzlu fotoqraflarından biri, moda fotoqrafiyasının ən vacib nümayəndəsi olan Amerika fotoqrafı. == Həyat və işi == 1917-ci ildə inqilabdan sonra Rusiyanı tərk edən immiqrant yəhudi ailəsində doğulub. On səkkiz yaşında İrvinq Filadelfiya İncəsənət Muzeyinin nəzdindəki dördillik reklam dizaynı kursuna yazıldı. Peşə təhsili ilə yanaşı o Harper's Bazaar jurnalında kuryer kimi işləyir, həmçinin rəssama ayaqqabı eskizlərini çəkməyə kömək edirdi. 1938-ci ildə təhsilini bitirərək "Junior League" jurnalının incəsənət redaktoru olmuş, sonra isə Saks Fifth Avenue univermağında analoji vəzifəyə keçmişdir. Lakin iyirmi beş yaşında işdən çıxaraq Mexikoya yollanmış, burada il boyu şəkillər çəkmişdir. Nyu-Yorka qayıtdıqdan sonra Penn müsahibəni müvəffəqiyyətlə keçərək Vogue jurnalının incəsənət redaktoru Aleksandr Libermanın köməkçisi oldu. 26 yaşlı dizaynerin jurnalın üz qapağının necə görünməli olduğuna dair öz təsəvvürü var idi, lakin jurnalın fotoqrafları ilə bu məsələdə anlaşa bilmədiyinə görə Liberman ona kameranı götürməyi məsləhət gördü və 1 oktyabr 1943-cü ildə İrvinq Pennin ilk fotoşəkli Vogue jurnalının üz qapağında çıxdı. Fotoqraf ölümünə qədər Vogue moda jurnalına şəkillər çəkmişdir.
İrvinq Stoun
İrvinq Stoun (ing. Irving Stone; 14 iyul 1903[…], San-Fransisko, Kaliforniya – 26 avqust 1989[…], Los-Anceles, ABŞ) — ABŞ yazıçısı. == Həyatı == İrvinq Stoun 14 iyul 1903-cü ildə ABŞ-də anadan olub. Vinsent Van Qoq, Cek London, Klarens Derron, Cessi Beuton-Fremont, Yudjine Debse, Erl Yoren, Con Noubl, Reycel Cekson, Meri Todd və Avraam Linkoln, Mikelanjelo, Ziqmund Freyd, Henrix Şliman, Kamilla Pisarro, Çarls Darvin haqqında ümumilikdə 25 bioqrafik romanın müəllifi olmaqla ədəbiyyatda bu istiqamətin yaradıcılarındandır. O, 1924-cü ildə Kaliforniyada universiteti bitirərək iqtisadiyyatı tədris etməyə başlayıb. Stoun bakalavr pilləsi üzrə təhsilini tamamladıqdan dərhal sonra müəllim kimi işləmək icazəsi almış ilk məzun idi. Yazıçı 1926-cı ildə Parisə səyahət edir, sonra isə Nyu-Yorka köçür. 6-7il ərzində 18 teatr pyesi yazır. Onlardan ikisi Brodveydə tamaşaya qoyulsa da, uğur əldə edə bilmir. İrvinq Stoun özü haqqında "Mən burjuaziya nümayəndəsiyəm valideynlərim dükan sahibi idilər." demişdir.
Əllamə Qəzvini
Mirzə Məhəmməd xan Qəzvini (1874–1949)— əllamə, ədəbiyyatşünas. == Həyatı == Mirzə Məhəmməd xan Qəzvini 1874-cü ildə Tehran şəhərində, Qəzvin darvazası məhəlləsində anadan olmuşdu. İbtidai təhsilini atası Molla Əbdülvahabdan almışdı. Sonra mədrəsədə oxumuşdu. Babası Molla Əbdüləli Qəzvini də İranın alim şəxslərindən sayılırdı. Əslən Qəzvin vilayətinin Bəşəriyyət mahalından idilər. Mirzə Məhəmməd xan Qəzvini Müəyyirilməmalik mədrəsəsində dərs demişdi. Nasiri Darültalif və Rarültərcüməsində çalışmışdı. Mirzə Məhəmməd xan Qəzvini 1949-cu ildə vəfat edib.
İrvinq Losano
İrvinq Losano, tam adı İrvinq Rodriqo Losano Bayela (30 iyul 1995, Mexiko) — Meksikalı peşəkar futbolçu. İtaliyanın "Napoli" klubunun və Meksika milli komandasının oyunçusu. 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiya oyunlarının, 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının və 2022-ci ildə Qətərdə keçirilən futbol üzrə dünya çempionatının iştirakçısı. O, Çaki ləqəbi ilə də tanınır. == Karyera == Lozano karyerasına "Paçuka" klubunda başlayıb, 2016 "Klausura" və 2016–17 "CONCACAF Çempionlar Liqası"nın qalibi olub. "Paçuka"da 152 oyunda meydana çıxıb və komandanın heyətində 44 qol vurub. 2017-ci ilin iyununda o, Hollandiyanın "PSV Eyndhoven" komandası ilə müqavilə bağladı və Hollandiyadakı ilk mövsümündə Erediviziyanın qalibi və eyni zamanda komandanın bombardiri oldu. 2019-cu ildə Lozano 42 milyon avroya "Napoli" klubuna transfer edilir. Bu transfer onu bütün zamanların ən bahalı meksikalı oyunçusu edir.
İrvinq Çernev
İrvinq Çernev (29 yanvar 1900, Priluki[d], Poltava quberniyası[d] – 29 sentyabr 1981, San-Fransisko, Kaliforniya)— şahmatçı və məhsuldar şahmat kitablarının müəllifi idi. == Yaradıcılığı == İrvinq Çernev 20 şahmat kitabı yazıb, 1978-ci ildə Oxford University Press tərəfindən nəşr edilmiş və 1982-ci ildə Dover tərəfindən yenidən çap edilmiş, İrvinq Çernev tərəfindən Kapablankanın Ən Yaxşı Şahmat Sonluğu final mərhələsinə vurğu ilə qeyd olunan altmış tam oyun təqdim edir (tam cəbri qeydlə).
Bill İrvin
Vilyam Mills "Bill" İrvin (ing. Bill Irwin; 11 aprel 1950, Santa Monika, Kaliforniya) — ABŞ aktyoru.
Liza İrvin
Liza Rene İrvin () — Liza Rene İrvin sonra 4 oktyabr 2011-ci ildə səhərin erkən saatlarında Missuri ştatının Kanzas-Siti şəhərindəki evindən itkin düşdüyü aşkar edildikdən sonra bildirildi. == Hadisə == Lizanın anası Debora Bredli Lizanın atası Ceremi İrvinin 4 oktyabr çərşənbə axşamı saat 4 radələrində itkin düşdüyünü öyrəndiyini söylədi. Deboranın sözlərinə görə, Lisa axşam saat 6:40-da və ya 10:40-da onu yoxlayarkən çarpayısında idi. Ceremi çərşənbə axşamı gecə işindən evinə qayıdarkən o, "evin bir çox işıqlarının yandığını, bir pəncərənin açıq olduğunu və ön qapının kilidli olduğunu" gördü. Debbi, həmçinin istintaq dövründə ifadəsini dəfələrlə dəyişdirdi. Daha sonra ailə polisə bir neçə mobil telefonun da itdiyini bildirdi.Növbəti istintaq zamanı küçədə bir kişinin körpə ilə gəzdiyini gördüklərini iddia edən iki şahid tapıldı. Polis bir şahidin təsvirinə uyğun bir adamı tapıb sorğu-sual edə bildi, amma digər şahid fotoşəklin gördükləri adama uyğun olmadığını iddia etdi.19 oktyabr 2011-ci ildə İrvinin evində axtarış aparıldı və məhkəmə sənədləri göstərdi ki, bir xidməti it anasının yatağının yanında Liza ola biləcək bir cəsəd qoxusunu aşkarladı.Associated Press-ə verdiyi müsahibə zamanı Debora dedi ki, polis onu Lizanın itməsində günahlandıraraq "Sən etdin, sən etdin … və əlimizdə heç bir şey yoxdur" və polis onun yalan aşkarlayıcı testdən kəsildiyini iddia etdi. Debora və Ceremi növbəti həftə yeni məlumatların olacağına ümid edərək bir mükafat təşkil etdiklərini elan etdilər. Ceremi İrvin hadisəylə bağlı "Today Show"-ya verdiyi müsahibəsində bildirdi: "Biz hələ polislə danışırıq. Lizanı tapıb, evə gətirmək üçün əlimizdən gələni edirik".
Mark İrvin
Mark İrvin (ing. Mark Irwin, 7 avqust 1950, Toronto, Kanada) — Kanada-ABŞ bəstəkarı və operatorudur.
Mikloş Zrini
Mikloş Zrini (3 may 1620, Çakoveç – 18 noyabr 1664[…], Kurşaneç[d], mac. Zrínyi Miklós) — macar və xorvat əsilli əsgər, dövlət xadimi, şair. == Həyatı == Mikloş Zrini 5 yanvar 1620-ci ildə dünyaya gəlmişdir. Doğum yeri barədə müxtəlif fikirlər mövcuddur. Ehtimal olunur ki, Çakoveçdə doğulmuşdur. Onun atası Kral II Ferdinandın sadiq adamlarında olan xorvat hakimi IV Mikloş Zrini, anası isə macar əsilzadəsi Maqdolna Seç olmuşdur. Mikloş Zrininin uşaqlığı Çakoveçde keçmişdi. Çox kiçik yaşda anasını itirdikdən sonra atası, Qabor Betlenə qarşı döyüşdə xəstələnib həyatını itirdi (1626). Mikloş Zrini 1628de qardaşı Piter Zrini ilə birlikdə Qrazdaki Sizvit məktəbinə göndərildi. 1633te təhsilinə Vyanada və Nadsombatda davam edən Zrini artıq 6 dildə danışa, 8 dildə oxuya bilirdi.1636-cı ildə o, qardaşı ilə birlikdə kral tərəfindən təhsil almaqları üçün İtaliyaya göndərildi.
Ovini Uera
Ovini Uera (d. 18 yanvar 1988) — Naurunu təmsil edən cüdoçusu. Ovini Uera Naurunu 2016-cı ildə Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ovini Uera birinci dəfə Olimpiya Oyunlarına Braziliyanın Rio-de-Janeyro şəhərində qatıldı. XXXI Yay Olimpiya Oyunlarında Uera birinci görüşdə Beliz cüdoçusu Renik Ceyms üzərində qələbə qazandı, 100:000. Növbəti görüşdə isə Ovini Uera Gürcüstan cüdoçusu Varlam Liparteliani ilə görüşdə məğlub oldu, 000:100.