Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zümrüd
Zümrüd (köhnə adı: smaraqd — lat. smaragdus sözündən (yun. σμάραγδος, smáragdos)) — 1-ci sinfə aid olan bahalı daş. Böyük saf tərkibə malik olan bu daş 5 karat ölçüsündə almazdan bahadır. Ən böyük zümrüd yataqları Muso (Kolumbiya), Tranavaale (CAR) və Uralda (Rusiya) yerləşir. Zümrüd — mənəvi harmoniya bəxş edir, iş qabiliyyətini yüksəldir, ürəyi, böyrəkləri, ağ ciyəri, əsəb sistemini müalicə edir. Zümrüdə uzun müddət baxmaq göz işığını bərpa etmək qabiliyyətini yüksəldir. Bu daşın fəaliyyətini gücləndirmək üçün onu az müddətə qırmızı şəraba salırlar.
Zümrüd Axundova
Zümrüd Qulam qızı Axundova (1 mart 1912, Nuxa – 7 dekabr 1961, Bakı) — İlk azərbaycanlı qadın alim, pedoqoq, tanınmış ziyalı. Zümrüd Axundova 1912-ci il martın 1-də Şəkidə anadan olub. Orta təhsilini Bakı Pedaqoji texnikumunda alıb (1927-ci ildə bitirib). Həmin ildən dərs deməyə başlayıb : 15(!) yaşından 5 saylı məktəbdə müəllimlik edib. 1929-cu ildə Xalq Maarif Komitəsi tərəfindən nümunəvi komsomol məktəbinə keçirilib. Eyni zamanda Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunda oxuyub. 1931-ci ildə İnstitutu bitirib, aspiranturaya qəbul olunub. 1934-cü ildə aspirant kimi təhsilini Moskvada Ali Kommunist Maarifi İnstitutunda davam etdirib. Orada akademik Y.N. Medınskinin rəhbərliyi ilə 1 il çalışdıqdan sonra aspiranturanı bitirib. Bakının müxtəlif ali məktəbləri – Azərbaycan Pedaqoji İnstitutu, Xarici Dillər İnstitutu, Azərbaycan Dövlət Universitetində də pedoqoji fəaliyyətlə məşqul olub.
Zümrüd Bağırova
Zümrüd Bəxtiyar
Zümrüd Bəxtiyar qızı Qasımova (23 mart 1982, Qusar) — Azərbaycanın tanınmış teatr və kino aktrisası,aparıcı.Azərbaycan Dövlət Yuğ Teatrının aktrisası. Zümrüd Bəxtiyar qızı Qasımova 23 mart 1982-ci ildə Qusar rayonunda anadan olub. Orta təhsilini 1989-1999-cu illərdə 24 nömrəli məktəbdə aldıqdan sonra, 2000-2004-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "teatr və kino aktyoru" fakültəsində oxuyub. 2001-ci ildən "Yuğ" Dövlət Teatrında aktrisa kimi çalışır. Zümrüd Qasımova teatr və kino sahəsi ilə yanaşı 2003-cü ildən bu günə kimi Telekanalarda və radioda mütəmadi olaraq verlişlərə aparıcılıq edir.2018-ci il Milli Teatr Günündə Mədəniyyət Nazirliyinin “Fəxri Mədəniyyət işçisi” döş nişanına layiq görülüb. Zümrüd Qasımova fəaliyyəti dövründə Misir Ərəb Respublikasının paytaxtı Qahirə,Türkiyə Respublikası Mersin və Konya,Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərlərində keçirilən teatr festivallarında iştirak edib.2008-ci ilə qədər 50-dən çox məqaləsi müxtəlif yerlərdə çap olunub. Bir sıra jurnallarda haqqında məlumatlar dərc olunub.Kinoda ən böyük işi Şamil Nəcəfzadənin "Qala" filmi olmuşdur. 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. ANS TV Televiziya Şirkəti "Gecə yarı"(2007), "Krossvord" (2007) "Qoy oturmuşuq" (2008) "Çatlama"(2008) "İkinci həyat" (2012) "Kanal–S" Televiziya Şirkəti(Şəki)(2013) "Gəlin, danışaq"(2013) "El tv" Televiziya Şirkəti(Yevlax) (2014) "Elin adamı" ARB Televiziya Şirkəti (2016) "Gəlin danışaq" Space TV Televiziya Şirkəti (2017) "Suat və Zümrüd şou" Antenn Radio 101 FM "Avto Club" radio verliş Xəzər TV "Donə bilsəm" (2020-2021) Labirint (film, 2003) Məkanın melodiyası (film, 2004) Ərazi (film, 2005) - pozğun qadın Gecə yarı (veriliş, 2007) - aparıcı Qızlar (film, 2007) - Sevda Qala (film, 2008) Seçilən (film, 2008) Tək olanda qorxma...
Zümrüd Dadaşzadə
Zümrüd Araz qızı Dadaşzadə (2 iyun 1962, Bakı) – Bəstəkarlar İttifaqının üzvü, musiqişünas, musiqi tənqidçisi, pedaqoq, əməkdar incəsənət xadimi, professor. Zümrüd Dadaşzadə 1962-ci il iyunun 2-də Bakıda ədəbiyyatçılar ailəsində anadan olub. 1980-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini qızıl medalla, 1985-ci ildə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (hal-hazırda Bakı Musiqi Akademiyası) tarix-nəzəriyyə fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1989–1992-ci illərdə Milli Elmlər Akademiyasının aspiranturasında (qiyabi) oxuyub. 1985–1992-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqında məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. 1987-ci ildən Bəstəkarlar İttifaqının üzvüdür. 1990–2007-ci illərdə İttifaqın İdarə Heyətinin üzvü olub. 1988-ci ildən Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Musiqi tarixi" kafedrasında dərs deyir. Sənətşünaslıq üzrə fəlsəfə doktoru (1997), dosent (2001), professordur (2013). 2011-ci ildə Z. Dadaşzadəyə Azərbaycan Respublikasının "Əməkdar İncəsənət Xadimi" fəxri adı verilib.
Zümrüd Məmmədova
Məmmədova Zümrüd Mövlud qızı — xanəndə, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Respublikasının Xalq artisti, Prezidentin fərdi təqaüdcüsü, Dosent, BMA-nın böyük elmi işçisi, Müdafiə Nazirliyinin Hərbi Orkestrinin Solisti. Zümrüd Məmmədova 18 aprel 1956-ci ildə Quba rayonunun İkinci Nügədi kəndində ziyalı ailəsində doğulmuşdur. Atası Mövlud tarixçi və eyni zamanda gözəl tar ifaçısı olmuş, anası Əminə ədəbiyyat müəlliməsi və həmçinin gözəl heykəltaraş, rəssam olmuşdur. İncəsənətə ruhən bağlı ailənin ilk övladı Zümrüd musiqi təhsilini Asəf Zeynallı adına Musiqi kollecində almış, paralel olaraq isə tibb kollecində də oxumuşdur . Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuş buranı da fərqlənmə diplomu ilə başa vurmuşdur. İlk iş yeri Azərbaycan Dövlət Filarmoniyası olmuşdur. Peşəkar səhnəyə gəldiyi 1974-cü ildən Azərbaycanın rayon və kəndlərində, o cümlədən SSRİ dövründə bütün müttəfiq respublikalarda, 100-ə yaxın avropa ölkəsində (Yaponiya, Amerika, Fransa, Norveç, İsveç, Avstriya, Almaniya və s.) çox saylı Ərəb və Afrika ölkələrində festivallarda, qastrol səfərlərində Azərbaycan xalqının milli dəyərlərini, muğamlarımızı təmsil edərək bayrağımızı göyə qaldırmışdır (Vyetnamda Xalqlar Dostluğu medalı (1980), Yaponiyada Min-On (İpək Yolu) festivalı (1989) , Norveçdə festivalın lureat adına (1984), Babil festivalında laureat adına (1989) layiq görünmüşəm) və s. bir çox ölkələrdə uğurlar qazanmış, bayrağımızı yüksəltmiş, laureat adlarını qazanmışdır. 1993-cü ildən isə Müdafiə Nazirliyinin Hərbi Orkestrinin Solistidir. İncəsənət Universitetinin dostenti və müəllimi olmuşdur.
Zümrüd Qasımova
Zümrüd Bəxtiyar qızı Qasımova (23 mart 1982, Qusar) — Azərbaycanın tanınmış teatr və kino aktrisası,aparıcı.Azərbaycan Dövlət Yuğ Teatrının aktrisası. Zümrüd Bəxtiyar qızı Qasımova 23 mart 1982-ci ildə Qusar rayonunda anadan olub. Orta təhsilini 1989-1999-cu illərdə 24 nömrəli məktəbdə aldıqdan sonra, 2000-2004-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "teatr və kino aktyoru" fakültəsində oxuyub. 2001-ci ildən "Yuğ" Dövlət Teatrında aktrisa kimi çalışır. Zümrüd Qasımova teatr və kino sahəsi ilə yanaşı 2003-cü ildən bu günə kimi Telekanalarda və radioda mütəmadi olaraq verlişlərə aparıcılıq edir.2018-ci il Milli Teatr Günündə Mədəniyyət Nazirliyinin “Fəxri Mədəniyyət işçisi” döş nişanına layiq görülüb. Zümrüd Qasımova fəaliyyəti dövründə Misir Ərəb Respublikasının paytaxtı Qahirə,Türkiyə Respublikası Mersin və Konya,Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərlərində keçirilən teatr festivallarında iştirak edib.2008-ci ilə qədər 50-dən çox məqaləsi müxtəlif yerlərdə çap olunub. Bir sıra jurnallarda haqqında məlumatlar dərc olunub.Kinoda ən böyük işi Şamil Nəcəfzadənin "Qala" filmi olmuşdur. 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. ANS TV Televiziya Şirkəti "Gecə yarı"(2007), "Krossvord" (2007) "Qoy oturmuşuq" (2008) "Çatlama"(2008) "İkinci həyat" (2012) "Kanal–S" Televiziya Şirkəti(Şəki)(2013) "Gəlin, danışaq"(2013) "El tv" Televiziya Şirkəti(Yevlax) (2014) "Elin adamı" ARB Televiziya Şirkəti (2016) "Gəlin danışaq" Space TV Televiziya Şirkəti (2017) "Suat və Zümrüd şou" Antenn Radio 101 FM "Avto Club" radio verliş Xəzər TV "Donə bilsəm" (2020-2021) Labirint (film, 2003) Məkanın melodiyası (film, 2004) Ərazi (film, 2005) - pozğun qadın Gecə yarı (veriliş, 2007) - aparıcı Qızlar (film, 2007) - Sevda Qala (film, 2008) Seçilən (film, 2008) Tək olanda qorxma...
Zümrüd Quluzadə
Quluzadə Zümrüd Əliqulu qızı (17 mart 1932, Bakı – 26 sentyabr 2021, Bakı) — Azərbaycanın Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, filosof, tədqiqatçı alim. Zümrüd Quluzadə 17 mart 1932-ci ildə ziyalı ailəsində anadan olmuşdur. 1939–1949-cu illərdə orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsinə qəbul olunmuş, oranı da fərqlənmə ilə bitirmişdir. 1954-cü ildən 1957-ci ilə kimi V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun fəlsəfə kafedrasının aspirantı olmuşdur. 1957-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutuna gəlmişdir. Hazırda həmin İnstitutun Fəlsəfə və İctimai fikir tarixi şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Z. Quluzadə 26 sentyabr 2021-ci ildə səhər saatlarında ürəyində yaranan problemlər səbəbilə vəfat edib. O, Bilgəh qəbiristanlığında atasının yanında torpağa tapşırılıb. Zümrüd xanımın namizədlik dissertasiyası Antoqonist cəmiyyətdə üstqurumun rolu, doktorluğu isə Azərbaycan məkanında ən böyük fəlsəfi cərəyanlardan birinə — hürufiliyə və Azərbaycanda onun nümayəndələrinə həsr olunmuşdur. Onun Hürufilik və onun Azərbaycandakı nümayəndələri kitabı (1970) hürufiliyin tarixi və fəlsəfəsini Təhlil edən yeganə monoqrafik əsər hesab edilə bilər.
Zümrüd Qurbanhacıyeva
Zümrüd Qurbanhacıyeva (20 noyabr 1975; Xəzər, Rusiya SFSR) — 1998–2001-ci illərdə Rusiyanı, 2004–2012-ci illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi. Zümrüd Qurbanhacıyeva 1988, 1999 və 2001-ci illərdə Rusiya Çempionatının qalibi olub. Beynəlxalq turnirlərdə isə 1998-ci ildə Bratislava şəhərində baş tutan Avropa Çempionatını dördüncü pillənin sahibi olan Zümrüd Qurbanhacıyeva, 1999-cu ildə Poznan şəhərində (Polşa) baş tutan Dünya Çempionatını 5-ci, 2000-ci ildə Sofiya şəhərində (Bolqarıstan) baş tutan Dünya Çempionatını 6-cı, 2001-ci ildə isə növbəti dəfə Sofiya şəhərində (Bolqarıstan) baş tutan Dünya Çempionatını 8-ci pillədə başa vurub. 2004-cü ildə Azərbaycan Güləş Federasiyası (AGF) Zümrüd Qurbanhacıyevanı Azərbaycan yığmasının heyətinə dəvət elədi. Həmin illərdə Azərbaycanda qadın güləşçilərdən ibarət yığma yeni-yeni formalaşdırılırdı. Zümrüd Qurbanhacıyeva həmin dəvəti qəbul elədi və 2004-cü ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə apardı. 2004-cü ildə Zümrüd Qurbanhacıyeva əvvəl Tunisdə baş tutan Dünya Olimpiya Təsnifat Turnirində 11-ci pillənin, sonra isə İspaniyada baş tutan Dünya Olimpiya Təsnifat Turnirində 4-cü pillənin sahibi oldu və nəticələrə əsasən Afina Olimpiadasını lisenziya qazana bilmədi. Daha sonra Zümrüd Qurbanhacıyeva 2007-ci ildə Azərbaycanda baş tutan Dünya Çempionatını 24-cü pillədə, 2008-ci ildə Finlandiyada baş tutan Avropa Çempionatını isə 7-ci pillədə başa vurdu. Həmçinin Zümrüd Qurbanhacıyeva 2008-ci ilin mayında İsveçdə baş tutan Dünya Olimpiya Təsnifat Turnirini yeddinci pillədə başa vurdu və nəticədə olimpiya lisenziyasına sahib ola bilmədi. 2009-cu ilin aprelində isə Zümrüd Qurbanhacıyeva Litvanın Vilnüs şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.
Zümrüd Qurbanov
Zümrüd Qurbanov (1963, Qızılhacılı, Marneuli rayonu – 13 noyabr 2020, Qızılhacılı, Kvemo-Kartli) — Gürcüstan ictimai-siyasi və dövlət xadimi. "Qeyrət" Xalq Hərakatının liderlərindən biri, 1995-1999-cu illərdə Gürcüstan Parlamentinin deputatı. Gürcüstan Vətəndaşlar İttifaqının önəmli funksionerlərindən biri. 1963-cü ildə Gürcüstan Respublikasının Marneuli rayonu, Qızılhacılı kəndində anadan olmuşdur. 13 noyabr 2020-ci ildə 57 yaşında qəfildən dünyasını dəyişmişdir.
Zümrüd Xanmaqomedova
Zümrüd Xanmaqomedova (22 mart 1915, Dağıstan vilayəti – 2001, Dərbənd, Dağıstan) — Tabasaran şairi və müəllimi, ali təhsil alan ilk qadın, eyni zamanda ilk tabasaranlı şairə. 1915-ci ildə Dağıstan vilayəti, Xiv rayonu, Kondik kəndində anadan olmuşdur. Ən böyük alim-tarixçi, inqilabdan öncəki Dağıstan maarifçisi Mirzə Həsən Əlqədarinin nəvəsidir. Rus zabiti olan atası Hacı-Kurban (1877-1938) 1937-ci ildə tutulur və 1938-ci ildə güllələnir. Ölümündən bir müddət sonra isə ona bəraət verilir. Qardaşı Beydullah Xanmaqomedov (1927-1997) filologiya elmləri doktoru, professor, əməkdar müəllim və elm xadimi, görkəmli dilçi, Tabasaran dili üzrə tanınmış mütəxəssis olmuşdur. Xalça texnikumu ləğv edildikdən sonra, 19 yaşında Dərbənd müəllimlər məktəbinə daxil olur. Sonra Xiv məktəbində ibtidai sinif müəllimi işləyir, burada ona riyaziyyat və fizika müəllimliyi həvalə olunur. İkinci Dünya müharibəsi illərində Zümrüd 1948-ci ildə uğurla bitirdiyi Mahaçqala şəhərindəki Fizika və Riyaziyyat fakültəsinin Pedaqoji İnstitutuna daxil olur. Məzun olduqdan sonra məktəbə riyaziyyat, fizika və astronomiya müəllimi olaraq qayıdır.
Zümrüd Yağmur
Zümrüd Yağmur (tam adı: Zümrüd İsrafil qızı Abıyeva; 20 mart 1971, Masallı rayonu) — realist, distopik yazar, ədəbiyyatşünas, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi. Zümrüd Yağmur 1971-ci il martın 20-də Masallı rayonunun Məmmədxanlı kəndində anadan olmuşdur. Şərəfə kənd orta məktəbini bitirdikdən sonra 1988–1993-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır. Hələ tələbəykən "Müstəqil qəzet"ində köşə yazıları ilə çıxış etmişdir. 1990-cı illərdən ədəbi yaradıcılığa başlamışdır. "Müstəqil qəzet"də müxbir işlədiyi illərdə dövri mətbuatda hekayələri, elmi, fəlsəfi məqalələri dərc edilmişdir. "Hüseyn Cavid yaradıcılığında insan konsepsiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır (1997). İlk kitabı "Suada" adlı povest və hekayələr toplusu 1995-də nəşr olunmuşdur. "İnsan axtarışında" (1998) kitabı bədii ədəbiyyatda insan konsepsiyası probleminə həsr edilmişdir. 1994–1999-cu illərdə "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyində elmi redaktor olmuşdur.
Zümrüd quşu
Simurq (fars. سيمرغ‎) - Qədim İran əsatirində Qaf dağında yaşayan böyük bir quş. Cənnət quşu deyə bilinir. Simurq quşu personajına Azərbaycan nağıllarında da rast gəlinir. O, sevdiyi insanlara, köməyə ehtiyacı olan günahsız bəndələrə öz lələklərindən verir, onlara çətinliyə düşəndə bu lələkləri yandırıb onu köməyə çağırmalarını tapşırır. Azərbaycan mifologiyasında isə bu quş xeyirxahlığın, yeni həyatın və dirçəlişin rəmzidir. Simurqun ikinci adı Zümrüdü-Ənqa olmuşdur. Bu ad altında folklor nümunələrində obrazlaşdırılan quş da əfsanəvi mahiyyət daşımışdır. Etimoloji baxımdan si-mürğ (otuz quş), sə-mürğ (üç quş), siyah-mürğ (qara, ən böyük quş) kimi anlamlarda şərh edilən Simurq "Məlikməmməd" nağılında Zümrüd adı ilə obrazlaşdırılıb. Əfsanəyə görə, Simurq quşu Qaf (ق) dağında yaşayırmış.
Zümrüd Abıyeva
Zümrüd Yağmur (tam adı: Zümrüd İsrafil qızı Abıyeva; 20 mart 1971, Masallı rayonu) — realist, distopik yazar, ədəbiyyatşünas, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi. Zümrüd Yağmur 1971-ci il martın 20-də Masallı rayonunun Məmmədxanlı kəndində anadan olmuşdur. Şərəfə kənd orta məktəbini bitirdikdən sonra 1988–1993-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır. Hələ tələbəykən "Müstəqil qəzet"ində köşə yazıları ilə çıxış etmişdir. 1990-cı illərdən ədəbi yaradıcılığa başlamışdır. "Müstəqil qəzet"də müxbir işlədiyi illərdə dövri mətbuatda hekayələri, elmi, fəlsəfi məqalələri dərc edilmişdir. "Hüseyn Cavid yaradıcılığında insan konsepsiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır (1997). İlk kitabı "Suada" adlı povest və hekayələr toplusu 1995-də nəşr olunmuşdur. "İnsan axtarışında" (1998) kitabı bədii ədəbiyyatda insan konsepsiyası probleminə həsr edilmişdir. 1994–1999-cu illərdə "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyində elmi redaktor olmuşdur.
Yurdumun Zümrüd Tacı (1990)
Yurdumun zümrüd tacı (film, 1990)
Şümrüd
Şümrüd — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd.
Naxçıvan zümrüdü
Naxçıvan yaşılcası (lat. Callophrys danchenkoi) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin göycələr fəsiləsinin yaşılca cinsinə aid heyvan növü. Bu növün ilk təsviri Qazaxıstan entomoloqu Aleksandr Borisoviç Jdanko tərəfindən verilmişdir. Onun 1998-ci ildə Qazaxıstan Dövlət Universitetinin xəbərlər jurnalının biologiya seriyasının 5 nömrəli sayında çıxan məqaləsində növün ilk toplanılma yeri Naxçıvan MR-in Buzqov kəndinin ərazisi göstərilmişdir. 26 iyun 1986-cı ildə Rusiya lepidopteroloqu A.V.Dançenko həmin ərazidən bu növə aid nümunələri ilk dəfə topladığı üçün Jdanko növü onun şərəfinə Callophrys danchenkoi adlandırmışdır. Callophrys danchenkoi növünə daşlı yamaclarda çaşır (lat. Ferula) bitkisinin çiçəkləri üzərində rast gəlinmişdir. May ayında inkişafda olan sarı rəngli tırtılları iyun ayında yetkin fərdə çevrilib uçurlar. Azərbaycanda Naxçıvandan başqa Lerik rayonunun Talış və Peştəşər silsilələri arasında yerləşən Zuvand (Diabar) çökəkliyində də bu növə rast gəlinir. Naxçıvan yaşılcasının yarımnövü Türkiyədə kəpənəklərin "Qırmızı kitab"ına daxil edilmişdir.
Zümrüt Cansel
Zümrüt Cansel (23 mart 1963, Böyük Britaniya) – Türk aktrisasıdır. Anası aktrisa Feri Cansel olub. Zümrüt Canselin əsl adı "Zümrüt Vedjhi"dir. Zümrüt Canselin ilk iştirak etdiyi film "Hababam Sınıfı Dokuz Doğuruyor" adlı komediya janrlı filmdir. Onun həyat yoldaşı Eser Özaltınderendən üç övladı vardır.
Şümrüd bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.