ŞATA

(Lənkəran)
çolaq, axsaq. – Şata Zümrüdə di, zəmbilimizi vərsün
ŞA:T
ŞATAL
OBASTAN VİKİ
Con Şatak
Con Şatak (ing. John Shattuck 22 sentyabr 1943, Pasadena, Kaliforniya) — Beynəlxalq hüquq üzrə mütəxəssis, insan hüquqları üzrə lider, 2009-cu ilin avqustundan Mərkəzi Avropa Universitetinin Prezidenti və Rektorudur. O, daha əvvəl Harvard Universitetinin vitse-prezidenti, ABŞ-nin Çexiyada səfiri, ABŞ Prezident kitabxanasının Baş İcraçı Direktoru vəzifələrində işləyib, Ruanda və keçmiş Yuqoslaviya üzrə BMT-nin Beynəlxalq Kriminal Tribunallarının qurulmasında əhəmiyyətli rol oynayıb, Kembric və Yel Universitetlərinin məzunudur.
Vladimir Şatalov
Vladimir Aleksandroviç Şatalov (rus. Владимир Александрович Шаталов; 8 dekabr 1927, Petropavlovsk, Qazaxıstan MSSR – 15 iyun 2021, Moskva) — SSRİ kosmonavtı. İki dəfə Sovet İttifaqı Qəhrəmanı (22 yanvar, 22 oktyabr 1969). == Həyatı == 8 dekabr 1927-ci ildə doğulub. 15 iyun 2021-ci ildə vəfat edib.
Şatal
Azərbaycan ərazisində salınmış və geniş tədqiq olunmuş orta əsr şəhər qalalarından biri də Şətəl qalasıdır. Qala Goranboy rayonunun Rəhimli kəndi ərazisində yerləşirdi. Şəhər yerinin uzunluğu 7 km,eni 6 km olmaqla, dəniz səviyyəsindən 200–250 km yüksəklikdə yerləşir. Şəhərin ərazisi bütövlükdə 40 hektardan çox olub. Şəhər ərazisində ilk arxeoloji tədqiqat işlərini tarix elmləri doktoru Arif Məmmədov aparmışdır. Tədqiqat nəticəsində məlum olmuşdur ki, qala III-V əsrlərdə kiçik yaşayış məntəqəsi olmuşdur. Bərdə və Gəncə şəhərlərini birləşdirən əsas qədim karvan yolunun üstündə yerləşdiyinə görə VI-IX əsrlərdə şəhər xeyli böyümüş, X-XII əsrlərdə və XIII əsrin əvvəllərində özünün ən gur inkişaf dövrünü yaşamışdır. XIII əsrdə monqolların hücumu zamanı qala ciddi müqavimət göstərdiyindən dağıdılmışdır. Şəhər adının etimologiyası müxtəlif cür izah olunur. Bəzi müəlliflərin fikrincə Şətəl həmin toponimin dilimizdə bu gün işlədilən variantıdır.
Şatan Boqat
Romen Qari (əsl adı Roman Katsev (Roman Kacew), təxəllüsü Emil Ajar (Émile Ajar); 21 may 1914, Vilnüs, Rusiya imperiyası – 2 dekabr 1980[…], Parisin 7-ci dairəsi[d], Fransa) — yəhudi əsilli fransız yazıçısı, kinorejissor, ssenarist və diplomat. İkinci dünya müharibəsi dövründə hərbi pilot olmuşdur. İki dəfə Qonkur mükafatı laureatı olan yeganə şəxsdir (1956, 1975). == Həyat və yaradıcılığı == Əsl adı Roman Katsev olan yazıçı 8 may 1914-cü ildə Rusiya imperiyasının Vilna şəhərində (indiki Vilnüs, Litva), yəhudi ailəsində dünyaya gəlmişdir. Üç yaşında ikən ailəsi ilə birlikdə Varşavaya köçür. Atası Arye-Leyb Katsev 1925-ci ildə ailəni tərk edir və yenidən evlənir. Bu vaxtdan etibarən Roman anası Nina Ovçinski tərəfindən tərbiyə olunur. 1928-ci ildə o, anası ilə Fransaya, Nitsa şəhərinə köçür. Bu dövrdə Eks-an-Provans və Paris şəhərlərində hüquq təhsili alır və eyni zamanda hərbi pilot olmağa hazırlaşır. İkinci dünya müharibəsi dövründə Roman Böyük Britaniyaya gedir və Şarl de Qoll tərəfindən yaradılan müqavimət hərəkatına qoşulur.
Şatariz
Şatarız — Azərbaycan Respublikasının Zəngilan rayonunun Rəzdərə kənd inzibati ərazi dairəsində kənd.Şatarız kəndi Bəsit çayi sahilində, dağətəyi ərazidədir. Güman etmək olar ki, oykonim şat (код, düşərgə, çadır) və riz (yol) komponentlərindən düzəlib (-a mənsubiyyət bildirir), “код yolu” mənasındadır. Görünür, kənd код yolunun üstündə yerləşdiyi üçün belə adlandırılmışdır.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunub.
Şatarız
Şatarız — Azərbaycan Respublikasının Zəngilan rayonunun Rəzdərə kənd inzibati ərazi dairəsində kənd.Şatarız kəndi Bəsit çayi sahilində, dağətəyi ərazidədir. Güman etmək olar ki, oykonim şat (код, düşərgə, çadır) və riz (yol) komponentlərindən düzəlib (-a mənsubiyyət bildirir), “код yolu” mənasındadır. Görünür, kənd код yolunun üstündə yerləşdiyi üçün belə adlandırılmışdır.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunub.