Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İnci
Mirvari və ya inci — dəniz ilbizlərinin qabından çıxarılan ağ, parlaq və bərk, yumru və ya uzunsov cism. Qiymətli daş hesab olunur və zərgərlikdə geniş istifadə edilir. Bəzək əşyası kimi istifadə edilən mirvarilər ehtişamlı gözəlliyi ilə yanaşı, həm də maraqlı xüsusiyyətlərə sahibdirlər. Mirvarilərin əmələ gəlmə mərhələləri olduqca heyranedicidir. Mirvarilər, əsasən, mirvari ilbizi adlandırılan və bir çox növləri olan molyuskalar tərəfindən əmələ gəlir. Molyuskaların qabıqları olduqca möhkəmdir. Çox çətin açılan xarici qabıqlarının kalsium karbonat əsaslı komponentləri bir çox düşmənlərini də çəkindirir. Kalsium karbonat maddəsi, həmçinin mirvarinin əmələ gəlməsində də mühüm rol oynayır. Molyuskalar içərisinə qum, çınqıl və ya zərərverici parazitlər girdiyi zaman qıcıqlanır və qorunma metodu kimi bu yad cismi izolyasiya edərək üstünü sədəflə örtməyə başlayırlar. Bu örtmə prosesi mirvarinin əmələ gəlməsinin ilk mərhələsidir.
Ayça İnci
Ayça İnci — Türkiyə teatr, TV serial və kino aktrisası. == Həyatı == Ayçin İnci 30 aprel 1978-ci ildə Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində anadan olmuşdur. Hələ liseydə oxuduğu zamanlarda bir çox klip və reklamlarda çəkilmişdi. İstanbul şəhərində yerləşən ali məktəblərdən biri olan Müjdat Gezen Sanat Merkezi ali məktəbini bitirmişdir. O, burada 4 il müddətində kino, musiqi və teatr təhsili almışdır. XX əsrin 70-80-ci illərində Türkiyənin tanınmış aktyorlarından biri olmuş Bilal İncinin nəvəsidir. Ayça İncinin bacısı Ayçin İnci də aktrisadır.
Ayçin İnci
Ayçin İnci — Türkiyə teatr, TV serial və kino aktrisası. == Həyatı == Ayçin İnci 3 may 1980-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. 1997-ci ildə İstanbulda Üsküdar liseyini bitirdi. Şahika Tekand Oyunculuk Atölyesi məzunudur. XX əsrin 70-80-ci illərində Türkiyənin tanınmış aktyorlarından biri olmuş Bilal İncinin nəvəsidir. Ayçin İncinin bacısı Ayça İnci də aktrisadır. Ayçin İnci 2007-ci ildə Türkiyənin məşhur aktyorlarından biri Ahmet Mümtaz Taylan ilə evlənsə də 2012-ci ildə ondan boşanmışdır. == Maraqlı faktlar == Ayçin İncinin anketi: Boyu: 172 sm Çəkisi: 56 kq Gözlərinin rəngi: açıq qəhvəyi == Karyerası == === Bədii filmləri === === TV serialları === === Teatr tamaşaları === "Evridekenin Çığlığı" "Aşk Her Yerde" - Harriet Coplant == Mənbə == Sinematurk.com: Ayçin İnci Sinemalar.com: Ayçin inci biografisi Sinemalar.com: Ayçin İnci Filmografi Myeskisehir.com: Mor Menekşeler Dizisi Oyuncuları Arxivləşdirilib 2012-07-21 at the Wayback Machine Diziler.com: Ayçin İnci dizileri Kimdir.com: Ayçin İnci Kimdir?
Bilal İnci
Bilal İnci — Türkiyənin keçmiş tanınmış aktyorlarından biri. Onlarla kino və televiziya filmində, teleserialda və teatr tamaşasında rol almışdır. Kinofilmlərdə daha çox mənfi obrazları canlandırmışdır.
Fan İçji
Fan İçji (çin. 方以智 Fāng Yǐzhì, 1611[…] – 9 noyabr 1671[…]) — Çin filosofu, astronomiya, filologiya, dilçilik, musiqişünaslıq, tibb və digər elmlərlə məşğul olan alim Çində ilk dəfə olaraq "fəlsəfə" və "elm" terminoloji fərqini aparmış və konfutsianlığın, daosizm və buddizmin vəhdətini təsdiq etmişdir. Ensiklopediyaçı-alimdir. == Həyatı == 1611-ci ildə Fan İçji alim ailәsindә dünyaya göz açmışdır. 1640-cı ildә Hanlin akademiyasında tarixşünas vəzifəsini daşımışdır. Çin sülalәsi hakimiyyәtә gәldikdәn dərhal sonra 1644-cü ildә Fan İçji cәnuba qaçmışdır. 1650-ci ildә Fan İçji buddist rahibi olmuşdur, onun dövrümüzәdәk saxlanılmış әsәrlәrindәn әn mühümü "U-li syao-şi" әsәridir, burada Fan İçjiyә mәlum olan elmi biliklәr yer almış vә onlar 3 sahәyә (fәlsәfә, tәbiyyatşünaslıq vә idarәçilik) bölünmәklә tәsnif edilmişdir. Sonradan Fan İçji öz doğma torpaqlarına getdi və ilk Nankin səmavi sülh monastırında məskunlaşdı.
Munck İnci
Munck inci (Münci İnci) (1940-cı il, Van – 24 sentyabr, 2015-ci il, İstanbul) - Türkiyə iş adamı, vəkil. == Həyatı == Vanda 1940-cı ildə doğulan İnci , ilk , orta və lisey təhsilini burada tamamladıqdan sonra 1958-ci ildə İstanbul Universiteti Hüquq Fakültəsində təhsilinə davam etdi . 1963-cü ildə məzun olan İnci , ehtiyat subaylığını 1971-1972'de hərbi prokuror olaraq tamamladıqdan sonra İstanbulda vəkillik peşəsini davam etdirdi . Ticarət və sənaye investisiyalarına , vəkillik mesleğiyle birlikdə davam edən Munck İnci , 1991-ci ildə ilk dəfə Fırtına adlı hüquq məzmunlu jurnalı nəşr həyatına soxaraq media həyatına başladı . İnci , sonrasında qurduğu həftəlik və aylıq 10-u aşan iqtisadiyyat , xəbər məzmunlu jurnal və gündəlik bir qəzetin olduğu İntermedya nəşr kuruluşuyla media həyatında iştirak etdi .
Takaşi İnui
Takaşi İnui (2 iyun 1988) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 19 oyun keçirib, 2 qol vurub.
Yukiko İnui
Yukiko İnui (d. 4 dekabr 1990, Omihaçiman, Yaponiya) — Yaponiyanı təmsil edən sinxron üzgüçü. Yukiko İnui 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi və yarışların iki bürünc medalını qazandı. İnui həm də 2015-ci ildə Kazan şəhərində Dünya Çempionatının bürünc medalını qazanıb. == Karyerası == Yukiko İnui 2016-cı ildə karyerasında birinci dəfə Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya Oyunlarında qüvvəsini sınadı. Yukiko İnui komanda yoldaşları ilə birgə yarışların finalında 189.2056 xal topladı və XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı. Yukiko İnui həmin Olimpiya Oyunlarında həmdə duet yarışlarda çıxış etdi. Yukiko İnui Risako Mitsui ilə birgə yarışların finalında 188.0547 xal topladı və XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı.
İnci Xatun
İnci Xatun — 5. Osmanlı sultanı Çələbi Mehmedin qızı. == Həyatı == Doğum tarixi məlum deyil. Ancaq 1407-ci ildə doğulan bacısı Səlcuq Xatundan yaşca böyük olduğu bilinir. Həyatı haqqında yetərli məlumat olmayan İnci Xatun, siyasi məqsədlərlə Qaramanoğlu Ələddin Əli bəyin oğlu Nəsrəddin Mehmed bəylə evləndirilmişdir. Üstəlik Nəsrəddin Mehmed bəy Sultan Muradın qızı Nəfisə Xatunun oğlu idi. İnci Xatunun bu evlilikdən övladları olsa da, adları bilinmir. Evləndiyi əsnada Nəsrəddin Mehmed bəyin artıq 4 oğlu var idi: Mahmud, Əli, İsa və İbrahim. Ancaq xronoloji olaraq bunlardan heç biri İnci Xatundan dünyaya gəlməmişdir. Buna baxmayaraq ögey oğullarını bacılarıyla evləndirərək Osmanlı-Qaramanoğlu münasibətlərinin yaxşılaşmasında mühüm rol oynadı.
İnci xanım
İnci xanım (ö. 5 sentyabr 1890) — Osmanlıların Misir və Sudan hakimi Səid Paşanın ilk xanımı. == Həyatı == Əsli və doğum tarixi məlum deyil. Ancaq 6 yaşında kölə olaraq satın alınaraq Mehmed Əli Paşanın qızı Xədicə Nazlı xanımın xidmətinə alındığı bilinir. Uzun qızılı saçlı və mülayim xasiyyətli bu qız daha sonralar paşanın oğlu Səid Paşanın hərəminə daxil oldu. Cütlüyün övladı olmasa da, Səid Paşa ona dərin məhəbbətlə bağlı idi. Üstəlik o, Avropasayağı həyat tərzini mənimsəyən və bütün Misirdə bunu tədbiq etməyə çalışan Səid Paşanın istədiyi ideal konsort kraliça standartlarına uyğun idi. Osmanlı və Avropa dövlətlərindən gələn diplomatları və xanımlarını qarşılanma mərasimlərində iştirak etməyə başlayan İnci xanım onlara qarşı mülayim və nəzakətli davranırdı. Bu xasiyyəti ilə qısa zamanda Misirdə və bütün Avropa dövlətlərində "Səid Paşanın sevimli xanımı" olaraq tanınmağa başlandı. Onun haqqındakı bir çox məlumat da məhz onunla söhbət edib qəbulunda olan Avropalı diplomat və səyyahların xatirələrindən alınmışdır.
İndi-rok
İndi-rok (ing. Indie rock) — rok musiqisinin stillərindən biridir. İngilis dilindəki "independent" (tərc. "müstəqil") və "rock" sözlərindən yaranmışdır. İndi-rok ABŞ və Böyük Britaniyada formalaşmışdır. Bu musiqi tərzinin xüsusiyyəti ondadır ki, bu tərzdə oxuyan qruplar öz musiqilərini məhz özləri, yəni heç bir studiya olmadan geniş kütlə ilə paylaşırlar. Hazırda dünyada indi-rok tərzində oxuyan qruplar üstünlük təşkil edir.
İnjiç-Çuqun
İnjiç-Çuqun (abq. Йынджьыгь-ЧӏкІвын, qaraç.-balk. Гитче Инджик, kab.-çərk. Инджыдж цӏыкӏу) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikası, Abazin rayonunun inzibati mərkəzi. Tərkibində yeganə yaşayış məntəqəsi olan inzibati ərazi vahidliyinə aiddir. == Coğrafiya == Kənd kiçik Zelençuk çayının sağ sahilində, Abazin rayonunun qərb hissəsində yerləşir. Çerkessk şəhərindən 37 km cənub-qərbdə, Xabez rayonunun mərkəzi olan Xabez kəndi ilə üzbəüz ərazidə qərarlaşır. Kənd yaşayış məntəqəsinin sahəsi 60.3 km²-dir. Yaşayış məntəqələri ilə həmsərhəddir: şimalda Elburqan və qərbdə Xabez. Kənd respublikanın dağətəyi zonasında yerləşir.
İndi-pop
Indi pop (həmçinin indi-pop və ya indipop kimi yazılır) meynstrim pop musiqisinə zidd olan gitara popu DIY (özün elə) etikası ilə birləşdirən musiqi janrı və alt mədəniyyət. O, 1970-ci illərin sonlarında İngilis post-pankından yaranıb. Oxşarı olan indie rok ilə müqayisədə bu janr daha melodik, daha az sərt və nisbətən daha vecsizdir. Alt janrlara kamera popu və tvit popu daxildir. == İnkişaf və xüsusiyyətlər == Həm indi, həm də indi pop 1970-ci illərin sonlarında eyni şeyə istinad edirdilər. Stilindən daha çox pank rokun DIY yönümlülüyündən ilhamlanan gitar qrupları o çağ, hamı kimi böyük səsyazma studiyalarıynan kontrakt imzalayıb yayımlanmaqdansa, bir birilərinə dəstək olub öz musiqilərini özləri buraxaraq yaranırdı. Emili Dolanın sözlərinə görə, indi janrı Velvet Underground- un distorşonlu musiqisi, erkən pankın "üsyankar qışqırığı" və Conatan Riçman kimi "rokun daha qəribə və ekssentrik fiqurları" üzərində qurulub. "The Monochrome Set's" -ın ilk sinqlları indie pop qrupu Smiths üçün o qədər təsirli idi ki, Coni Mar sonralar deyirdi, "onlar olmasaydı, The Smiths qrupu mövcud olmazdı".
İni (hərf)
Ի, ի — (Adı: ini, erm. ինի) — erməni əlifbasının 11-ci hərfi. Transkripsiya "i". Tələffüzü "İ". Rəqəm işarəsi "20". Mesrop Maştots tərəfindən 405—406-ci illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub. Erməni dilindəki Bibliya ini hərfi ilə başlayır.
İni fayl
İni fayl (ing. INI file (Initialization file)) – Microsoft Windows, Windows NT, OS/2 əməliyyat sistemləri və bəzi tətbiqi proqramlarda: sistemin (proqramın) bəzi parametrlərini kökləmək üçün fayl. Windows əməliyyat sisteminin ilk versiyasında meydana çıxıb. Windows 1.01 versiyasında yalnız bir WIN.INI faylı vardı, Windows 3.0 sistemində SYSTEM.INI faylı da əlavə olunmuşdu. Sonra isə onların sayı sürətlə və nəzarətsiz artmağa başladı. INI-faylları adi mətn fayllarıdır, onlara istənilən mətn redaktorunda baxmaq və redaktə etmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Anji Mahaçqala FK
"Anji" (rus. Анжи́) — Mahaçqaladan olan Rusiya futbol klubu. Rusiya Kubokunun 2000/2001-ci illərdə finalçısı. Hazırda futbol üzrə Rusiyanın əsas çempionatında çıxış edir. == Tarix == "Anji" 1991-ci ildə yaranıb. Klubun əsasını Maqomed Sultan Maqomedov və Mahaçqala "Dinamo"sunun keçmiş oyunçusu Aleksandr Markarov qoyub. Komanda 1991-ci ildə Dağıstan çempionu olub. "Anji" ev oyunlarını 16000 azarkeş tutumu olan "Dinamo" stadionunda keçirir. Mahaçqala klubunun ən böyük uğuru 1999/2000 mövsümündə UEFA Kubokunda çıxış olub. Lakin komanda uğursuzluğa düçar olub.
Eytour İngi Qunnleyqsson
Eytour İnqi Qunnleyqsson (İslandca: Eyþór Ingi Gunnlagsson) 29 may 1989-cu ildə anadan olan İslandiyalı müğənni. Eytour İnqi Qunnleyqsson 2013 Avroviziya Mahnı Müsabiqəsində İslandiyanı "Ég Á Líf" mahnısı ilə təmsil edib və İslandiyaya 17-ci yeri qazandırıb.
Eytour İnqi Qunnleyqsson
Eytour İnqi Qunnleyqsson (İslandca: Eyþór Ingi Gunnlagsson) 29 may 1989-cu ildə anadan olan İslandiyalı müğənni. Eytour İnqi Qunnleyqsson 2013 Avroviziya Mahnı Müsabiqəsində İslandiyanı "Ég Á Líf" mahnısı ilə təmsil edib və İslandiyaya 17-ci yeri qazandırıb.
Qafqazyanı inci çiçәyi
Hündürlüyü 30 sm-ə qədər olan çoxillik bitkidir.Gövdəsi çiçək oxu şəklindədir. == Yarpaq == Gövdə yarpaqları 2-3 ədəd olmaqla uzun saplaqda yerləşmişdir, enli-elliptik formadan uzanmış uzunsov-neştərvari formayadək dəyişəndir, ən aşağıda yerləşmiş yarpaqlar ağ qın şəklindədir. == Çiçək == Çiçək salxımı boş olub, birtərəflidir, 6-20 ədəd çiçəkdən ibarətdir; pərdəşəkilli çiçək altlığının qoltuğundan çıxan çiçək saplağı qövsşəkilli-bükülmüşdür, əyilmiş şəkildədir. == Meyvə == Meyvəsi qırmızı giləmeyvədir. == Çiçəkləməsi == Aprel == Meyvə verməsi == Aprel-İyun == Azərbaycanda yayılması == KQ (şimal) == Yaşayış mühiti == Dağ meşələrində rast gəlinir. == Təsərrüfat əhəmiyyəti == Dərman bitkisidir.Dekorativ və efir yağlı bitkidir. Zəhərlidir.
Apokalipsis indi (film, 1979)
Apokalipsis bu gün (ing. Apocalypse now) Frensis Ford Koppolanın rejissoru və prodüseri olduğu 1979-cu ildə çəkilmiş döyüş filmidir. Filmdə baş rolları Marlon Brando, Robert Duvall, Martin Şin, Frederik Forrest, Albert Hall vəSam Bottoms canlandırıb.
Inje (Vanya Radovanoviç mahnısı)
Inje (azərb. Çən‎) — Monteneqronun 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Vanya Radovanoviç "Inje" mahnısı ilə Monteneqronu Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Balkan balladası üslubunda olan mahnı Radovanoviçin özü tərəfindən bəstələnmişdir.
Inje (Vanya Radovinoviç mahnısı)
Inje (azərb. Çən‎) — Monteneqronun 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Vanya Radovanoviç "Inje" mahnısı ilə Monteneqronu Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Balkan balladası üslubunda olan mahnı Radovanoviçin özü tərəfindən bəstələnmişdir.
İnci-i Hacıməhəmməd (Maku)
İnci-i Hacıməhəmməd (fars. اينچه حاج محمد‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 34 nəfər yaşayır (8 ailə).
Fiji Hindi
Fici Hindisi — Ficidə hind mənşəli əhalinin danışdığı dil. Dil fici, hind, holland və afrikaans dillərinin sözləri əsasında yaranıb. Dildə həmçinin çoxsaylı ingilis dili sözləri də var və şərqi hind dialektinə aiddir. Dilin spesifikliyi dildə cingiltinin olmasıdır.
İndi ya heç vaxt; Biz həmişəlik öləcəyik yoxsa yaşayacağıq?
Pakistan Bəyannaməsi — (İndi və ya Heç Olmayacaq; Biz Həmişəlik Yaşayacağıq və ya məhv olacağıq?) Adlı kitabça Çaudhri Rəhmət Əli tərəfindən yazılmış və çap edilmiş, 28 yanvar 1933-cü ildə Pakstan sözü ("i" hərfi olmadan) ilk dəfə istifadə olunmuşdu və 1932-ci ildə isə Üçüncü Dəyirmi Masa konfransının nümayəndələrinə yayılmışdı. == Gizlədilmiş məktub == Kitabça 1933-cü ildə Londonda keçirilən Üçüncü Dəyirmi Masa konfransındakı İngilis və Hindistan nümayəndələrinə təqdim etmək üçün yaradıldı. Bu, tək Rəhmət Əlinin imzaladığı 28 Yanvar 1933-cü il tarixli gizli məktubu 3-cü Humberstone Yolundan ünvanlandı.Məktubda bəyan edir:"Hindistanın beş şimal birliyində - Pəncab, Şimal-Qərb Sərhəd (Əfqan) əyalətində, Qucarat, Kəşmir, Sind və Bəlucistan bölgələrində yaşayan otuz milyon "Pakstan" müsəlmanları adından bir müraciəti əlavə edirəm. Bu, Hindistanın digər sakinlərindən fərqli olaraq milli statuslarının tanınması tələbini Pakistana dini, sosial və tarixi zəmində ayrıca Federal Konstitusiya verilməsi ilə təcəssüm etdirir." == Nəticə == Sonrakı məktublarda, Pakistandan başqa Çaudri, Banqistan və Osmanistan kimi alt qitədə bir sıra digər müsəlman dövlətlərinin də qurulmasını təklif etdi. Şərqi Hindistandakı Şərqi Benqal və Assamdakı keçmiş müsəlman vilayətlərinin Banqistan, benqal, əssam, və bihar dillərində danışan müsəlmanlar üçün müstəqil bir müsəlman dövləti olmasını təklif etdi. Ayrıca Heydərabad əyalətinin Osmanistan adlı bir İslam monarxiyasına çevrilməsini təklif etdi. 3 iyun 1947-ci ildə Müsəlman Liqasının İngilis bölmə planını qəbul etməsindən sonra, 6 gün sonra "Böyük Xəyanət" adı verilən bir planla, İngilis planının rədd edilməsini və Pakistan planının qəbul edilməsini istədi. 1933-cü ildə hazırladığı "İndi ya da əsla" adlı kitabında hazırladığından daha kiçik bir şey Pakistan üçün bədbəxtlik idi. Cinnahı daha kiçik bir Pakistanı qəbul etdiyinə görə qınadı, və onu "Qırılma-e-Əzam" adlandırdığı deyilir. Sonda İngilis planı qəbul edildi və Əlinin planı rədd edildi.
Andi
ANDİ (AND) — İrəvan xanlığının Vedibasar mahalında (indiki Ararat rayonu) kənd adı. == Tarixi == 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi ermənilər tərəfindən qovulduqdan sonra kənd dağılmışdır. Ermənistandakı türk mənşəli qədim adlardandır. 765-ci ilə aid ermənicə mənbədə Taçat Andzevatsi naharar adının çəkilməsi And toponiminin orada VIII əsrdə mövcud olduğunu göstərir. Alagöz (ermənicə Araqadz) dağının dərəsində Andzin kənd adını Favst Buzand (Vəsr) qeyd etmişdir. (Favst Buzand, III kitab, 24-cü fəsil). Bu müəllif Ərməniyədə Andmiş qala adını da çəkir. == Toponomik izahı == "And" sözünün iştirak etdiyi ən qədim toponim II Sarqonun (er. əv. 720–705) assurca kitabəsində Cənubi Azərbaycan ərazisində, indiki Qızılüzən çayı hövzələrində Andiya əyalətinin adı ilə qeydə alınmışdır.
Anje
Anje və ya Anjers (Angers) — Fransanın qərbində şəhər. Men və Luara departamentinin inzibati mərkəzi. Əhalisi 158,6 min (2005). Anju tarixi vilayətinin əsas şəhəridir. Nəqliyyat qovşağı, Men çayı sahilində gəmi dayanacağı var. Mədəniyyət və ticarət mərkəzidir. Maşınqayırma, metallurgiya, aviasiya, elektron, toxuculuq, yeyinti, ayaqqabı sənayesi müəssisələri, muzeylər, memarlıq abidələri (12–17-ci əsrlər), universitet var.
Anri
Anri — fransız adı, soyadı. Anri Dünan — dünya şöhrətli isveçrəli xeyriyyəçi, iş adamı, ilk Nobel mükafatçısı, Anri Fayol — fransız menecment nəzəriyyəçisi, ali inzibati idarəetmə üzrə mütəxəssis Anri Puankare — fransız riyaziyyatçısı, fizik, filosof və elm nəzəriyyəçisi. Anri Vallon — fransız psixoloqu. Anri Berqson — fransız filosof, XX əsrin ən görkəmli filosofu Anri Alekan — fransız kinooperatoru. Anri Dyuem — Anri Hoppenot — Anri Jakolən — Anri Le Sidane — Anri Lui Le Şatelye — Tyerri Anri — Fransa futbolçusu.DigərAntuan Anri Bekkerel — tanınmış Fransa fiziki Aleksandr Anri Qabriel de Kassini — Fransa botaniki, tanınmış Kassini nəslinin sonuncu nümayəndəsi Pol Anri Holbax — fransız materialist filosofu, ateist.
Ansi
Ansi, həmçinin Annesi (fr. Annecy) – Fransanın şərqində şəhər. Yuxarı Savoyya departamentinin inzibati mərkəzi. Əhalisi 51 min (2005). Dəmir yolu qovşağı. Savoyya Alp dağlarının ətəklərində, Cenevrə–Qrenobl avtomobil yolu üstündədir. Elektrometallurgiya, diyircəkli yataq və ülgüc ləvazimatı istehsalı zavoddları, toxuculuq, kimya, kağız sənayesi müəssisələri var. İqlim kurortudur. Turizm inkişaf etmişdir.
Bindi
Hindli qadınların alınlarında qara, qızmızı rəngli xalı qədimdən gəlmə bir milli makiyaj forması kimi bir şey olduğunu düşünürlər, amma bu heç də adi bir makiyaj forması deyil. Qədimdən indiyədək gəlib çatan hind inanclarına görə, alının orta qismi ruhun insan bədənindəki yeri və yaxud 3-cü gözün olduğu yer olaraq qəbul edilir. Hindli qadınların alınlarında gördüyümüz bu xala "bindi" deyilir. "Bindi" əsasən, iki rəngdə olur: qara və qırmızı rənglərdə. Subay qadınlar alınlarına qara, evli qadınlar isə alınlarına qırmızı rəngli "bindi"lər (nöqtə) qoyurlar. Meditasiya halında həyat yaşayan hindlilər alınlarının ortasında olan "bindi"nin açılmasına ümid edirlər. Yəni, "bindi" müəyyən mənada, ruhi səfərin də simvoludur. "Bindi" – "Bindu" sözündən törəmiş, sanskritcədən "nöqtə" mənasını verir. Ümumuyyətlə, "bindi" olaraq, hal-hazırda, əsasən, qara və narıncı rənglərdən istifadə edilir. Hindli qadınların alınlarına yapışdırdıqları "bindi" adı verilən xalın eyni zamanda mənfi düşüncələrdən qoruma xüsusiyyəti olduğuna da inanılır.