ZİNCİ

(Kürdəmir, Salyan)
bax zing III. – Suyı az olan çayda zinci olar (Salyan)
ZİNC
ZİNCİLFƏRƏC
OBASTAN VİKİ
Zincibar
Zincibar — Yəmən Xalq Demokratik Respublikasında şəhər. Abya mühafazasınin inzibati mərkəzi.
Zincilər
Zəncilər – VII–IX əsrlərdə ərəb və İran qul alverçiləri tərəfindən, əsasən, Zənzibar adasının (ərəb dilində əz-Zinc; "zinci" adı da buradandır) qul bazarlarından alınaraq İraq və Xuzistana gətirilmiş Şərqi Afrika mənşəli qul. Zincilərdən ən ağır işlərdə istifadə edirdilər. Onlar kanallar qazır, bataqlıqları qurudur, şoranlıqları əkin üçün yararlı sahələrə çevirir, həmçinin pambıq və şəkər qamışı plantasiyalarında işləyirdilər. Zincilərdən xilafətin bəzi qoşun hissələri də təşkil edilmişdi. Dözülməz iş şəraiti və amansız istismar dəfələrlə zincilərin üsyanlarına səbəb olmuşdu.
Zincilər üsyanı
Zəncilərin üsyanı — Abbasilər dövründə IX əsrin birinci yarısında Cənubi Mesopotomiyada baş vermiş silsilə qiyam. Xilafət ərazisində Zincilərdən ən ağır işlərdə (kanallar qazır, bataqlıqları qurudur, şoranlıqları əkin üçün yararlı sahələrə çevirir, həmçinin pambıq və şəkər qamışı plantasiyalarında işləyirdilər) istifadə edirdilər. Zincilərdən xilafətin bəzi qoşun hissələri də təşkil edilmişdi. Dözülməz iş şəraiti və amansız istismar dəfələrlə zincilərin üsyanlarına səbəb olmuşdu. Xəlifə əl-Müxtədinin dövründə (868–870), 869-cu ildə Bəsrə bölgəsində zincilərin üsyanı baş verdi. Üsyanın rəhbəri Əli ibn Məhəmməd idi. O, nə zənci, nə də qul idi. Özünü Həzrət Əli ibn Əbutalibin törəməsi kimi qələmə verirdi. Üsyanın yayıldığını görüb özünü Mehdi elan etdi. Xəlifə yalnız 879-cu ildə üsyanı yatıra bildi.
Zincilərin üsyanı

Zincirli mədrəsə
Zəncirli mədrəsə (Krım tatarcası: Zıncırlı mədrəsə) — Krım bölgəsinin paytaxtı Bağçasarayda olan bir mədrəsə. Krım xanlarının və tarixi Müftülük binasının yerləşdiyi Salacık səmtində yerləşir. I Mənqli Gəray xan tərəfindən 1500-cü ildə inşa etdirilib. I Mənqli Gəray Bağçasaraydakı tarixi Xansarayı tikdirməkdən əvvəl Zəncirli mədrəsə bütün Şimali Qafqazdan Ural dağlarına qədər xidmət edən bir qurum halına gətirmişdir. Bu mədrəsədə dərs verəcənlərin və oxuyacaq tələbələrin dolanışıqlarını ödəmək üçün gəliri yüksək olan torpaqlar vəqf etdi. Xanın mədrəsənin təməli atılanda şəxsən öz əlləri ilə qazdığı və daş daşıdığı rəvayət edilir. Bina başa çatanda isə mədrəsənin qapılarına çarpaz bir formada bir zəncir bağlanmışdır. Hazırda qapı girişində yerləşən bu zəncir mədrəsəyə girən tələbələrin əyilərək girməsini zəruri etdiyindən təvazökar olma yolunda təhsilə ilk addım kimi qəbul edilirdi. Mədrəsənin açılışında Xanın söylədiyi "Ağıl adamı alicənab edir, ağlı kamilliyin yolu isə elmə bağlıdı. Elmə hörmət etməyən, xan olsun, ya da padşah, o bir şeyə əsas ola bilməz, tez ya da geç o bunun zərərini görər.