Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kartlis Deda
Kartlis Deda (gürcücə: ქართლის დედა; "Gürcüstanın Anası") — Gürcüstan paytaxtı Tiflis şəhərinin simvolu hesab edilən heykəl. Tiflisin yaradılmasının 1500 illiyi münasibətilə, 1958-ci ildə Sololaki təpəsində ucaldılıb. Gürcü heykəltaraş Elquca Amaşukelinin yaratdığı bu alüminium heykəlin hündürlüyü 20 metrdir. Heykəl əynində gürcü milli geyimi olan qadın fiqurudur. Gürcü milli xarakterini sərgiləyən heykəlin bir əlində şəhərə dost kimi gələnlərə şərab süzmək üçün kuzə, digər əlində düşmən kimi gələnləri qarşılamaq üçün qılınc vardır.
Kartlis tsxovreba
"Kartlis tsxovreba" ( gürc. ქართლის ცხოვრება "Gürcülərin həyatı", yaxud "Kartli həyatı"), VIII əsr ərəfəsində yazılmağa başlamış və zaman-zaman – XIX əsrə qədər, əlavələr edilmiş gürcü əlyazmaları toplosu. == Quruluş == "Kartlis tsxovreba" iki hissəyə ayrılır: 1."Qədim Kartlis tsxovreba"; 2."Yeni Kartlis tsxovreba"."Qədim" Gürcüstanın XIV əsrə qədərki, "Yeni" isə Gürcüstanın XIV əsrdən XVIII əsrə qədərki tarixini əhatə edir. "Qədim Kartlis tsxovreba"nın XV—XVII əsrlərə aid bir neçə siyahısı qalmışdı. XVIII əsrdə çar VI Vaxtanq tərəfindən yaradılmış komissiya (Beri Eqnataşvili rəhbərliyi ilə) Gürcüstanın XIV—XVIII əsrlər tarixini tərtib etdi. XIX əsrdə "Kartlis tsxovreba"ya XVII—XVIII əsrlərə aid bir sıra tarixi mövzularda məqalələr də əlavə edildi. == İçindəkilər == "Kartlis tsxovreba"da başlıca olaraq Gürcüstanın siyasi tarixi təsvir edilir və bir çox hallarda orada yazılanlar qeyri-gürcü tarixçilərinin yazdıqları ilə üst-üstə düşür. "Qədim Kartlis tsxovreba" tarix mövzusunda 10 məqalədən ibarətdir. "Kartli çarlarının həyatı" — Leonti Mroveli , XI əsr. «Arçilin şəhidliyi" — Leonti Mroveli "Vaxtanq Qorqasalın həyatı" — Cuanşer Cuanşeriani, XI əsr.
Castalis
Kurtamış
Kurtamış — Rusiya Federasiyasında yerləşən şəhər Kurqan vilayətinə daxildir
Kartuli
"Kartuli" (qədim adı "lekuri") — gürcü xalq rəqsi. Qoşa ifa olunur. Azərbaycan rəqsi "qaytağı"ya yaxındır. Kartli və Kaxetidə təşəkkül tapmışdır. Musiqi ölçüsü 6/8-dir. İnstrumental ansamblının (tütək, zurna, doli) müşayiəti ilə ifa olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == Kartuli // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров.
Kartli
Kartli (gürcücə: ქართლი) – Gürcüstanın şərq hissəsində yerləşən tarixi bölgəsidir. XV əsrdə Gürcüstan Krallığı parçalanmışdır. Bu parçalanmadan sonra, Kartli bölgəsi paytaxt şəhəri Tbilisi olmaqla ayrıca bir krallıq olmuşdur. Kartli vilayətinin mərkəzi şəhəri Tbilisi hesab olunur.
Ellis Marsalis
Ellis Marsalis (14 noyabr 1934, Nyu-Orlean, Luiziana – 1 aprel 2020, Nyu-Orlean, Luiziana[…]) — Amerika cazmeni. == Həyatı == 14 noyabr 1934-cü ildə Nyu-Orleanda doğulub. Ellis Marsalis 1 aprel 2020-ci ildə 85 yaşında yeni tip koronavirus infeksiyasının yaratdığı pnevmoniyadan ölüb. == Fəaliyyəti == O, uzun illər Yeni Orleanda yaşayıb və caz musiqisinin inkişafı yolunda çalışıb.
Leopardus pardalis
Oselot (lat. Leopardus pardalis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pələng pişiyi cinsinə aid heyvan növü. Oselotun başdan quyruğa qədər bədəninin uzunluğu 100–140 sm, hündürlüyü 50 sm-ə qədər, kütləsi 10-16 kq olur.
ALFA karteli
Rumıniya Milli Həmkarlar İttifaqları Konfederasiyası (rum. Confederația Națională Sindicală) və ya qısaca "ALFA karteli" (rum. "Cartel ALFA") — Rumıniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konfederasiyanın baş qərargahı Buxarestdə yerləşir. == Tarixi == "ALFA karteli" 1990-cı ildə işçilərin əsl etibarlı təmsilçiliyinin qurulması məqsədi ilə yaradılmışdır. == Öhdəlikləri == Təşkilatın əsas məqsədi ictimai ədaləti və işçilərin maraqlarını qorumaq, müdafiə etmək və Rumıniyada demokratiyanı gücləndirməkdir. Konfederasiya işçilərin maraqlarını müdafiə etməsi ilə Rumıniyada həmkarlar ittifaqı hərəkatının formalaşmasında əhəmiyyətli rol oynayır. == Fəaliyyəti == Konfederasiya daimi iş yerlərinin yaradılması, öz üzvlərinin iş və həyat şəraitinin yaxşılaşdırılması, iqtisadi dirçəliş və stabillik, düzgün əməkhaqqı siyasəti üçün mübarizə aparır. Konfederasiya yerli və milli səviyyədə kollektiv əmək müqavilələrinin bağlanması, sosial dialoqun və sosial tərəfdaşlığın inkişaf etdirilməsində də müxtəlif səviyyələrdə fəaliyyət göstərir. Öz maraqlarını və mövqelərini müdafiə etmək üçün təşkilat piketlər, nümayişlər, yürüşlər keçirir.
Biomimetik kataliz
Biomimetik kataliz Katalizin inkişafının müasir istiqamətlərindən biri olan imitasion kataliz yeni tipli katalizatorların- biomimetik katalizatorların sintezi və onların müxtəlif kimyəvi proseslərdə tədqiqi və tətbiqi ilə bağlıdır.Əsas xassələrinə görə biokimyəvi proseslərin modelləşdirilməsindən bəhs edən və kimyəvi kataliz ilə fermentativ kataliz arasında aralıq mövqe tutan kataliz sahəsi imitasion kataliz adlandırılmışdır.İmitasion katalizdə fermentativ kataliz proses və obyektlərinin əsas xüsusiyyətlərini (selektivlik, mülayim şərait, aktiv mərkəzlərin təsir mexanizmi və s) imitasiya edən real modellərin konstruksiyası aparılır. Biomimetik katalizatorun biomimetik xüsusiyyətlərini əldə etmək üçün modelləşdirilən bioloji obyektin yəni fermentin təsir mexanizmi dəqiq məlum olmalıdır.Bunun üçün aktiv mərkəzin quruluşu ferment-substrat kompleksin quruluşu fermentin substrat spesifikliyi müəyyənləşdirilməlidir. Məlumdur ki,fermentin zülal hissəsi substratın katalitik çevrilməsində fəal iştirak edən funksional qruplardan ibarətdir: imidazol qalıqları, alifatik və aromatik hidroksil qrupları karboksil və sulfohidril amin qruplar. Fermentlərin biokimyəvi modellərinin konstruksiyası zamanı 2 əsas tələb yerinə yetirilməlidir:Model fermentativ reaksiya mexanizmini yerinə yetirməlidir. Fermentativ reaksiya sürətinin onun struktur-funksional quruluşu ilə bağlılığı nəzərə alınmalıdır.Fermentin təsir mexanizmində zülalın polipeptid zəncirinin aminturşu qalıqları turşu-əsasi xarakterli katalitik mərkəzlərin böyük rolu vardır. Başqa sözlə, substratın çevrilməsində prostetik qrupla birlikdə zülalın turşu-əsas mərkəzləri də iştirak edir. Buna görə də biomimetik modellər hazırlanarkən adekvat həndəsi aktiv mərkəzlər model və substratda yaradılmalıdır ki, bu da modelin spesifikliyini təmin etməlidir. Tədqiqatçılar tərəfindən bir sıra maye fazada istifadə olunan (müvafiq fermentlər kimi) homogen biomimetik katalizatorlar sintez olunmuşdur. Məsələn Mn(II) porfirinlər və oksidləşdiricilərin iştirakı ilə bir neçə monooksigenaz reaksiyaların tədqiqi aparılmışdır.Yüksək çıxımla monooksigenaz reaksiya məhsullarının alınması üzvi kimyanın mayefazalı oksidləşməsi sahəsində geniş imkanları yaranmasına səbəb oldu.Mn-ın proksimal azot liqandı ilə kompleks birləşməsi dismutaz və oksigenaz reaksiyalarda çox effektiv katalizator kimi istifadə olunur. Göstərilən katalizatorlar maye fazada işləyən homogen katalizatorlardır.Onların aktivliyi istifadə olunan həlledicilərin təbiətində mühitin pH təsirindən çox asılıdır.Alınan reaksiya məhsullarının ayrılması prosesi isə bir sıra çətinliklərlə bağlıdır.
Bozqır qartalı
Bozqır qartalı (lat. Aquila rapax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. == Qısa təsviri və yayılması == İri qartaldır. Rəngi qonurdur. Burun dəlikləri ovaldır. Səsi boğunuq çıxır. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda miqrantdır. Burada Xəzər sahili boyunca uzanan düzənlik sahələrdə təsadüf olunur. Mart-aprel və sentyabr oktyabr aylarında görünür.
Bulbophyllum ortalis
Bulbophyllum ortalis (lat. Bulbophyllum ortalis) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Kafr qartalı
Afrika qara qartalı (lat. Aquila verreauxii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Afrikada yaşayır. Növün latınca adı fransız botaniki və ornitoloqu Jül-Pyer Verronun şərəfinə adlandırılmışdır. == Arealı == Arealı Afrikada - Çad və Keniya Samburu Parkının cənubunda Finboş və Əjdaha dağları əraziləridir.
Kali karteli
Kali karteli — Kolumbiyanın Kali şəhəri və Valla del Cauca əyaləti yaxınlarında var olmuş narkotik karteli. Qurucuları Rodriguez Orejuela qardaşları olaraq bilinən Gilberto və Migueldan əlavə "Chepe" olaraq tanınan Jose Santacruz Londonodur. 1980-ci illərin sonlarına yaxın Helmer Herreranın da qrupa daxil olmasıyla Pablo Escobar və ona bağlı olan Medellin Karteli ilə əlaqələrini qoparmış və dörd adamın başda olduğu bu karteli idarə etməyə başlayıblar. Kali karteli ingilis pullu əsgərlər, bir çox ölkədəki müttəfiqlər, hökumətdəki saysız-hesabsız casus və mühbirlər ilə "SSSR"dəki Dövlət Təhlükəsizlik Komitinəsinə (ingiliscə: KGB) oxşarlığı ilə dünyanin tarixdəki ən böyük cinayət şəbəkəsi yəni "The Cali KGB" olaraq adlandırılmışdır. Kali kartelinin zirvədə olarkən dünya kokain bazarının 90%-nı əlində tuttuğu bilinir.
Katalin Mençinqer
Katalin Mençinqer (d. 17 yanvar 1989) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Katalin Mençinqer, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu.
Katalin Novak
Katalin Novak (mac. Veresné Novák Katalin Éva; 6 sentyabr 1977, Seqed) — Macarıstan siyasətçisi və dövlət xadimi, 10 mart 2022-ci ildə Macarıstanın prezidenti. Katalin Novak Fides partiyasının, 2018-ci ildən Macarıstan Milli Assambleyasının üzvüdür. Keçmişdə — Ailə və Gənclər Məsələləri üzrə Dövlət Katibi (2014–2020), Ailə İşləri üzrə Nazir (2020–2021) olmuşdur. Fəxri Legion Ordeninin Cəngavəri (2019), Polşa Respublikasına xidmətlərinə görə ordeninin komandiri (2019) kimi fəxri adlara sahibdir. == Bioqrafiya == 6 sentyabr 1977-ci ildə Macarıstan Xalq Respublikasının Seqed şəhərində anadan olmuşdur. 1996–2001-ci illərdə Korvina Universitetinin İqtisadiyyat fakültəsində oxumuş, iqtisadiyyat üzrə bakalavr dərəcəsi almışdır. 2001–2004-cü illərdə Seqed Universitetinin Hüquq fakültəsində və Paris West-Nanterre-la-Defence Universitetində hüquq təhsili alıb. O, həmçinin Parisdə Siyasi Araşdırmalar İnstitutunda təhsilini davam etdirir. 2001–2003-cü illərdə Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində çalışır.
Katalin Sili
Katalin Sili (mac. Szili Katalin 13 may 1956) — 2002-2009-cu illərdə Macarıstan Milli Məclisinin sədri. Macarıstanlı siyasətçi Yana Pannoniya adına Peç Universitetini bitirdikdən sonra ekologiya və siyasətlə məşğul olur. 1994-cü ildən hakimiyyətdə təmsil olunur. 1994-1998-ci illərdə Ətraf Mühitin Mühafizəsi və Su Nazirliyinin siyasi katibi işləyir. 2009-cu ildə Katalin Sili Peç merinə namizəd olmaq üçün parlament sədri vəzifəsindən istefa etdir, ancaq seçkilərdə Zsolta Paveyə uduzur. 14 sentyabr 2009-cu ildə Bela Katona parlamentin yeni sədri seçilir. == Siyasi karyerası == Yanus Pannoniya Universitetindən bir dərəcə aldıqdan sonra, insan ekologiyası və politologiya ixtisası üzrə məzun olur. 1994-cü ildən 2014-cü ilə qədər qanunvericilik sahəsində çalışır. 1994-1998-ci illərdə Ekologiya və Su Nazirliyinin siyasi katibi olur.
Medellin Karteli
Medellin Karteli — Kolumbiyanın Medellin şəhərində fəaliyyət göstərən narkotik istehsalçısı və qaçaqçısılığı ilə məşgul olan karteldir. 1970-ci illərin ortalarında əməliyyatlara başlayan kartel, əsasən, kokain işləriylə məşğul olurdu. Boliviya, Kolumbiya, Peru, ABŞ, Orta Amerika, Kanada və Avropada fəaliyyət göstərmişdir. Jorge Luis, Juan David və Fabio Ochoa Vazquez qardaşları ilə birliktə Pablo Escobar, George Rodriguez Gacha tərəfindən qurulub. 1993-ci ildə Kali karteli ilə Kolumbiya hökumətinin dəstəklədiyi qrup olan Los Pepes və ABŞ-nin hökuməti tərəfindən parçalanmış, üzvləri həbs edilmiş və ya öldürülmüşdür. Fəalliyətlərinin zirvəsində kartel hər həftə dünyada onlarca ölkələrdə tonlarca kokain satır, gündə 60-100 milyon dollar gəlir əldə edirdi. Bir müddət ABŞ kokain bazarının 96%-nı, dünya kokain bazarının isə 90%-nı əlində tutmağı bacarmışdır.
Məzar qartalı
Məzar qartalı (lat. Aquila heliaca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Qanadları enli, böyük qartaldır. Ümumi rəngi tünd-qonurdur. Amma başında sarı “papağı”, çiyinlərində isə ağ xallar birləşib, uzunsov "güzgü" əmələ gətirib. Səsi it hürməsini xatırladır. == Yayılması == Avropada və Asiyada yayılıb, qışlamaq üçün Afrikaya qədər miqrasiya edir. Azərbaycanda dağətəyi sahələrdə nəsil verir, düzənlərdə qışlayır. == Yaşayış yeri və həyat tərzi == Qaya, yarğan və seyrək ağac olan sahələrdə nəsil verir.
Orchis natalis
Roma boşləçəyi (lat. Dactylorhiza romana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü. == Arealı == Aralıq dənizi sahillərindən Mərkəzi Asiyaya qədər yayılmışdır. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kök yumruları 2-4 qanadlıdır, uzunluğu 3 sm-ə qədərdir. Gövdənin hündürlüyü 15-30 sm-dir. Yarpaqları 5-12 sayda olub, gövdənin aşağı hissəsində yerləşir, tərs-yumurtaşəkilli və ya uzunsov-lansetşəkilli, xətvari, uzunluğu 8-12 sm, kütdür, yuxarı yarpaqları ensiz, qısadır. Çiçək qrupu sıx, qısa, silindrik, çoxçiçəkli, bəzən tərs-yumurtaşəkilli, uzunluğu 3-8 sm-dir. Çiçəkləri açıq-sarı və ya tünd-qırmızı, bənövşəyi, bəzən agımtıl rəngdədir. Çiçək dodağı girdə-dördkünclü, üçqanadlı, uzunluğu 5-7 mm, yan tərəfdəki qanadı oval, kənarlar bir qədər dişlidir, orta qanadı kvadratşəkilli, qurtaracağında çıxıntılar var.
Qan qartalı
Qan qartalı (qədim skandinav dilində - blóðörn) - Vikinqlər tərəfindən istifadə edilən edam növü. Edam məhkumun bel hissəsi yuxarıdan aşağıya doğru kəsilərək icra edilirdi. Qabırğalar onurğadan ayrılırdı və bununla da insan bədənində qartal qanadlarına bənzər iki yarım hissə yaranırdı. Edamın icrası ağciyərin çıxarılması ilə yekunlaşırdı. Qan qartalı Avropada icra edilən ən amansız edam növü hesab edilirdi. == Mənbə == Roberta Frank. "Viking Atrocity and Skaldic Verse: The Rite of the Blood-Eagle." The English Historical Review. Vol. 99, No. 391 Apr., 1984.
Quercus natalis
Yay palıdı, pulcuqlu palıd (lat. Quercus robur) - palıd cinsinə aid bitki növü. == Sinonim == Quercus abbreviata Vuk. Quercus accessiva Gand. [Invalid] Quercus accomodata Gand. [Invalid] Quercus acutiloba Borbás Quercus aesculus Boiss. Quercus aestivalis Steven Quercus afghanistanensis K.Koch Quercus alligata Gand. [Invalid] Quercus altissima Petz. & G.Kirchn. Quercus amoenifolia Gand.
Qurney qartalı
Qurney qartalı (lat. Aquila gurneyi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü.
Serb qartalı
Serb qartalı — Serbiya heraldika və veksillologiyası tarixində ikibaşlı heraldik qartal şəklində təsvir edilən əsas simvoldur. İkibaşlı qartal və serb xaçı əsrlər boyu Serb xalqının milli kimliyini təmsil edən əsas heraldik simvollar olmuşdur. Orta əsrdə Nemaniçi sülaləsində zamanı ortaya çıxmışdır. Üzərində xaç olan qartal, Serbiya Krallığı tərəfindən 1882-ci ildə qurulmuş ənənəyə uyğun olaraq Serbiya gerbinin müasir dizaynında istifadə edilmişdir. "Ağ Qartal" ordeni, Serbiya və Yuqoslaviya vətəndaşlarının sülh və ya müharibədəki nailiyyətlərinə görə və ya 1883-1945 illəri arasında Vəliəhd, dövlət və millət qarşısında xüsusi xidmətlərinə görə təltif edilən bir kral ordeni idi. == Tarixi == === Orta əsrlər === Cütbaşlı qartal orta əsrlər Serbiyada Estrukan Mədəniyyətindən qəbul edimişdi. Geniş yayılmış yanlış bir təsəvvürə görə simvol keçmiş Bizans təsirindən yarandığı iddia edilsədə, bu tarixçilər tərəfindən inkar edilmişdir. Tarixi mənbələrə məlum olan ən qədim qorunan cütbaşlı qartal simvolu 1190-cı ilə aid olan Müqəddəs Pyotr və Pol kilsəsində yerləşən Xumun Miroslavın portretində təsvir edilmişdir. Bu simvol bir boyun və iki baş, boyun və quyruqda boyunluq, yayılmış qanadlar, bir quyruq, qanaddan daha yüksək başlar, üç barmaqlı ayaqları olan qartalı təsvir edirdi. Nemaniçi qartalının bu növü 12-15 əsrlər arasında inkişaf etmişdir.
Supramolekulyar kataliz
Supramolekulyar kataliz (ingil. supramolecular catalysis) – katalizatorun özünün və ya keçid vəziyyətinin supramolekulyar ansambl təşkil etdiyi reaksiyada sürət dəyişməsidir. == Təsvir == Yüksək effektli və selektiv katalizatorların yaradılması supramolekulyar kimyanın mühüm məsələlərindən biridir. Supramolekulyar kataliz reaksiyalarında katalizatorun özü, eləcə də onun substratla kompleksi (keçid vəziyyət) – supremolekulyar hissəcik ola bilər. Supramolekulyar kataliz iki əsas mərhələdən ibarətdir: substratın (reaqentin) katolizatorla kompleks əmələ gətirməsi və substratın kompleks daxilində sonradan sərbəst katalizatorun ayrılması ilə gedən məhsullara çevrilməsi. Hər iki mərhələ üçün molekulyar müəyyənlik - başqa sözlə katalizatorun, substratın və məhsulların strukturları arasında supremolekulyar kimyanın metodları ilə əldə edilən həndəsi uyğunluq labüddür. Eləcə də energetik faktor, yəni katalizatorun və substratın reseptor mərkəzləri arasında güclü qarşılıqlı təsirin olması mühüm rol oynayır. Əgər katalizator özü reaksiya məhsuluna çevrilirsə, onda sistem bərpa bacarığına malikdir, başqa sözlə sistem DNT-nın(Dezoksiribonuklein turşusu) sintetik analoqunu təmsil edir. Təbii supramolekulyar katalizə ferment katalizini misal göstərmək olar. Sintetik supramolekulyar katalizatora sadə misal ATF-in(Adenozintrifosfat), ADF(Adenozindifosfat) və fosfata qədər hidrolizini nəzərə çarpan dərəcədə gücləndirən və bununla da ATF-aza fermentinin analoqu olan [24] – N6O2 makrotsiklini göstərmək olar.