Kvemo-Kartli
Aşağı Kartli diyarı (gürc. ქვემო ქართლის მხარე) — Gürcüstanda I dərəcəli inzibati – ərazi vahidlərindən biri. 1994–1996–cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində təşkil edilmişdir. Diyarın inzibati mərkəzi Rustavi şəhəridir.
== İnzibati bölgü ==
İnzibati cəhətdən respublika tabeli Rustavi şəhərindən və altı bələdiyyədən (Başkeçid, Bolnisi, Marneuli, Qarayazı, Salka, Tetri Tskaro) ibarətdir. Aşağı Kartlinin inzibati mərkəzi Rustavi şəhəridir. Ətraflı olaraq bax: Borçalı
== Əhalisi ==
01 yanvar 2020-ci il tarixinə əsasən diyarın ümumi əhalisi 434.200 nəfər olmuşdur. Onlardan 189.700 nəfəri şəhərlərdə, 244.500 nəfəri isə kəndlərdə yaşayırdı. 2002-ci ildə kənd əhalisinin 152.456 nəfəri kişilərdən, 158.569 nəfəri isə qadınlar təşkil edirdi. Həmin il yekunlarına əsasən kənd əhalisinin 62.50%-i azərbaycanlılardan, 28.40%-i gürcülərdən, 6.70%-i ermənilərdən, 1.50%-i urumlardan, 0.40%-i ruslardan və 0.50%-i digərlərindən ibarət idi.