Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kaç Rannı
Kaç Rannı (qüc. કચ્છનું મોટું રણ) — Hisdistanın qərbində, az bir hissəsi isə Pakistanın şərqində yerləşən şoranlıq. Öz növbəsində iki yerlə bölünür: Böyük Kaç Rannı (şimal hissə) və Kiçik Kaç Rannı (cənub-şərq hissə). Rann şözü sanskritcədən tərcümədə «səhralıq məkan» anlamını verir. Kaç Qucarat ştatının bir dairəsinin adıdır. Sahəsi 20 min. km²-dir. Orta hündürlüyü 200 m, bəzi ərazilərdə isə 465 m çatır. Mussonlar mövsümündə dəniz suyu və Banas, Luni və d. çaylatrın suyu ilə dolur.
Kaç körfəzi
Kaç körfəzi (ing. Gulf of Kutch, hind. कच्छ की खाड़ी, Kaççk) — Ərəbistan dənizinə daxil olan körfəz. Hindistanın daxilinə 180 km məsafədə uzanır. Kathiyavar yarımadasını şimaldan Kaç yarımadasını isə cənubdan əhatələyir. Maksimal dərinliyi 122 metrdir. Sahilində yerləşən Camnaqar şəhərində dünyanın ən böyük neftayırma zavodlarından biri yerləşir. Kandlada isə iri neft terminalı vardır.
Kan kan
Kan kan (fr. cancan) — yüksək enerjili, fiziki cəhətdən tələbkar rəqs. 1840-cı illərdə məşhur musiqi-zal rəqsi olmuş, bu günə qədər fransız kabaresində populyarlığını davam etdirir. Əvvəlcə cütlər tərəfindən rəqs edilirdi, indi ənənəvi olaraq qadın rəqqasların xor xətti ilə əlaqələndirilir. Rəqsin əsas xüsusiyyətləri yüksək ayaq hərəkətləri, şpaqat ilə birlikdə ətəklərin güclü manipulyasiyasıdır.
Böyük Kaç Rannı
Böyük Kaç Rannı (ing. Great Rann of Kutch) — Mövsümdən asılı olaraq bataqlaşan şoranlıq ərazisi. Tar səhrasının bir hissəsini təşkil edir. Qucarat ştatının Kaç dairəsinə daxildir. Ran sözü (hind. रण) hindi dilindən tərçümədə "şoranlıq" mənasını verir. Ərazisi 30 000 km² ərazini əhatə edir və Kaç körfəzi ilə Hind çayının mənsəbi arasında yerləşir. Şoranlığın şimalı ilə Kaş körfəzinə Luni çayı tökülür. Yağışlar mövsümündə şoranlıq bütünlüklə su ilə örtülür və burada köçəri quşlar müşahidə edilir. Rütübətli illərdə Kaçdan Kambey körfəzinə qədər ərazilər bataqlıqlaşır.
KFC
KFC (Kentucky Fried Chicken — ing. Kentuki Qovrulmuş Toyuq) — 1930-cu ildə ABŞ-də yaradılan fəstfud şəbəkəsi. "Kentucky Fried Chicken" və ya qısaca KFC kimi tanınan fəstfud restoranları ilk dəfə Kentukki ştatının Luisvil şəhərində açılmış, 1952-ci ildə isə Ohayo ştatının Cənubi Solt Leyk şəhərciyində françayzinq əsasında ilk restoranı yaradılmışdır. == Tarixi == === KFC-nin 11 şəfalı otu və sousu === KFC firmasının menyu sirləri 1930-cu illərdə benzin doldurma məntəqəsini işlədən Harland Sandersin müştərilərinə satdığı toyuqlardan qaynaqlanır. O, 1936-cı ildə müharibə zamanı əsgərə getməməsinə baxmayaraq, uğurlarına görə əyalətindən medal belə alıb. Bu sahədəki uğurlarını davam etdirən Sanders bir restoran zənciri qurmağa başlayır. Amma şirkətin ən böyük uğurlarından biri 11 şəfalı ot və özəl sousları olur. Bu menyunun sirrini isə Koka-Kola firmasında olduğu kimi sadəcə 2 idarəedici bilir. KFC-nin baş ofisində sirr saxlanılır. Baş ofisdə üstdəki mühafizə şefinin açıqlamasına görə, sirrin qorunduğu məkanın 2 metr qalınlığında divarları var.
Köç
Köçərilik və ya nomadizm — köçərilərin mövsümlə bağlı yaylağa, qışlağa, güzləyə və yazlağa müvəqqəti yerdəyişməsi. == Köç və köçərilik == Sovet dövrü ensiklopediyalarında bildirilir ki, "köçərilik otlaqların azlığı və havaların isti keçməsindən irəli gəlmişdir. Köçəriliyin uzun müddət davam etməsi əhalinin iqtisadi, içtimai va mədəni inkişafına mənfi təsir göstərirdi" və b. fikirlərin əks olunması məhz bu kontekstdə anlaşılırdı. Qeyd edək ki, köçəriliyin iki qismi var: Bunlardan biri horizantal köçəbəlikdir. Horizantal köçəbəliklə məşğul olanlar qeyri-müəyyən, məsafələr arasında güzəran keçirir, ot-örüş ardınca diyar-diyar, ölkə-ölkə gəzirlər. Düşdükləri yurda bir də qayıtmırlar. Ikinci qism köçəriliyə vertikal köçəbəlik deyilir. Vertikal köçərilər müəyyən məsafə arasında, yaylaq-qışlaq həyatı yaşayırlar. Qədim çağlarda türklərdə köçəri həyat tərzi daha çox bəlli bir bölgə hüdudları içində davam etmiş, bəzən də savaş, qıtlıq, əhalisi çoxalmış bir oymağa ənənəvi yaşayış bölgəsinin artıq dar gəldiyi durumlarda çox uzaq məsafələrə köçləri ilə müşayiət edimişdir.
Sac
Sac — çörək və ya yemək bişirmək üçün istifadə olunan məişət əşyası. Sac qədim tarixə malikdir. Qədim zamanlarda köçərilər köç edərkən getdiyi yerlərdə yemək və çörək bişirmək məqsədilə sacı da özləriylə birgə aparardılar. Azərbaycanda hələ qaz sobası və tava ixtira olunmamışdan əvvəl çörək və yemək bişirmək üçün saclardan istifadə olunurdu. Azərbaycan ərazisində tapılmış ən qədim sac nümunəsi e.ə. IV minilliyinə aiddir. XVII əsrdən başlayaraq gil sac daha möhkəm və böyük, hazırda istifadə olunan tökmə üsulu ilə hazırlanmış dəmir sacla əvəz olunmuşdur. Bir tərəfi bir qədər qabarıq - günbəz, digər tərəfi isə çökək - oyuq olan dəyirmi formadadır. Qabarıq hissə sac üstü, oyuq hissə isə sac içi adlanır. Sacın qabarıq tərəfində yuxa, çörək, kökə, qutab bişirilir.
TAC
Tac
Xaç
Xaç, bir-birlərini düz bucaqlarda kəsən iki xətt və ya çubuqdan ibarət olan şəkildir. Şəkillərdən biriir və ya hər ikisi də ortasından ikiya bölünür. Plus (+) və ya vurma (x) şəklində ola bilər. Əsrlər boyu xaç müxtəlif dinlərdə və mədəniyyətlərdə çox fərqli şeyləri simvolizə etmək üçün istifadə edilmişdir. Fərqli mənaları olan xaçlar forma etibarilə tamamilə eyni deyildirlər. Bəzi xristian ölkələr bayraqlarını xaçdan təsirlənərək yaratmışlar.
Kaçi
Kaçi — İranda desertdir, lakin axşam yeməyində çörəklə yemək kimi yeyilə bilər. Kachi un və yağın olması səbəbindən çox enerjiyə malikdir. Məsələn, kərə yağı və undan alınan enerji, bu kaçinin hazırlanmasında verilən miqdarlarla tək başına 3115 kaloridir ki, bu da əhəmiyyətli bir enerjidir. Bu səbəbdən arıq insanlar və zəiflikdən əziyyət çəkənlər üçün uyğun bir desertdir. Kaçi un, şəkər, qızılgül suyu, yağ, yağ və zəfərandan hazırlanır. Əvvəllər çoxlu heyvan yağı ilə hazırlanırdı. Kachi də düyü unu ilə hazırlanır.
Aşk Kaç Beden Giyer?
Aşk Kaç Beden Giyer? – türk ifaçı Hadisənin beşinci studiya albomu. == Albom Haqqında == Hadise dinləyiciləri ilə yenidən birlikdədir. Müğənni bu dəfə "Aşk Kaç Beden Giyer?" adlı albomu ilə geri qayıdıb. Albomun promo şəkilləri üçün seksual pozalar verən müğənni Beyonsedən (Beyoncé) ilhamlanıb. Eurovision Mahnı Müsabiqəsi 2009-da iştirak edib 4-cü olub pərişan olan Hadise 2 ildir ki, albom çıxarmırdı. Sonda bu susqunluğun üstündən studiyada xətt çəkdi və yeni albom üçün mahnılar yazmağa başladı. Albom Gülşen, Erdem Kınay, Alpyer Narman, Gökhan Şahin, Deniz Erten, Ender Gündüzlü, Ozan Doğulu və Ozan Çolakoğlu kimi məşhurlarla işlənilib. Albomdan ilk klip söz və musiqisinin Gülşəşə məxsus olan, arenjimanı Ozan Çolaqoğluya aid olan "Superman" adlı mahnıya çəkilib. Hadise: Danışmadığım şeyləri, əziyyətlərimi və sevinclərimi "Aşk Kaç Beden Eder?"də toplamışam.
Ekin Koç
Ekin Koç (21 iyun 1992, Antalya) – Türk aktyor. Ekin Koç, Antalyada anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra İstanbul Bilgi Universitetində təhsilini davam etmişdir. Aktyor olaraq ilk dəfə 2013'də Sənə bir sirr verəcəyəm serialında oynamışdır. 2014-cü ildə Seyfi xarakteri ilə Benim Adım Gültepe adlı serialında oynamış, həmçinin 2015'də Neslihan Atagül ilə Senden Bana Kalan kinosunda da başrol olaraq yer almışdır. Star TV'də izlənən Möhtəşəm Yüz İl Kösəm serialında Sultan I. Əhməd xarakterini canlandırdi.2018 yılında Farah Zeynep Abdullah la birlikte canlandırdıği "Bizim Için Şampiyon" da Halis Karataş rolünü oynadı.2020 yılında Uyanış büyük selcuklu dizisinde Sencer bey rolunu oynadi. Hazırda Üç Kuruş dizisinde Efe komiser rolünü oynuyor.
Fehmi Koç
Fehmi Koç (28 avqust 2003-cü ildə Antalyada anadan olub) — Türkiyə Super Liqası təmsilçilərindən olan Antalyaspor klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Türkiyəli futbolçudur. == Klub karyerası == === Antalyaspor === Koç Antalyaspor akademiyası vasitəsilə inkişaf etmişdir. Koç öz peşəkar karyerasında debütünü 30 oktyabr 2018-ci ildə Yomraspor klubuna qarşı oyunda etmişdir. O, 91-ci dəqiqədə Danilonu əvəz etmişdir. Həmin görüşdə Antalyaspor kubok görüşündə rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. Koç Super Liqada debütünü 24 dekabr 2018-ci ildə Fenerbahçe klubuna qarşı oyunda etmişdir. O, 93-cü dəqiqədə Süleyman Dukaranı əvəz etmişdir. Liqa görüşündə Antalyaspor rəqibi ilə 0-0 hesabı ilə bərabərə qalmışdır. 15 il, 7 ay və 3 günlüyündə meydana daxil olan Koç Super Liqada meydana çıxan ən gənc futbolçu kimi tarixə düşmüşdür. == Karyera statistikası == === Klub === 28 dekabr 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir.
Gizlən qaç
Gizlən qaç və ya gizlənpaç — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyun. == Ümumi məlumat == Bu oyun qədim uşaq oyunlarından biridr. Bu oyun bəzi bölgələrdə "Gizdilim paç", "Gizlən paç", "Gildirimparç", "Gizlinpaç", "gizlənqaç", "Qaçgizlən", "Gizlilimpars" (Muğan), "gizlənparç", "gizdələnparç", "gildirimparç" (Naxçıvan), "yaşınbacı", "yeşinbac", "yeşinbaba", "yeşinbabaş", "saxlanbac", "salanbac" (Şimal-qərb rayonlarımız), "Çapbakal" (Oğuz), Azərbaycanın cənub bölgələrində, əsasən də Cənubi Azərbaycanda "Gizdilim palanc" adlandırılsada Azərbaycanın bir çox ərazilərində əsasən "Gizlən qaç" adlandırılır. == Oyunun qaydaları == Bir dəstə uşaq yığışıb oyuna başlayırlar. Oyuna başlamazdan onlar dairə şəkili alır, yavaşca hamıdan yaşca böyük olan oyunçu uşaqları bir-bir sağdan-sola və ya soldan-sağa barmaqla göstərərək aşağıdakı sözləri deyir. Burada "lıd" hecası hansı oyunçuya düşərsə, o, püşkün şərtlərinə görə müəyyən olunmuş yerdə (mətə) gözlərini yumur, qalan oyunçular isə ətrafa səpələnib müxtəlif yerlər də gizlənirlər. Hamı gizlənəndən sonra, gözünü yuman oyunçu gözlərini açıb gizlənən oyunçuları axtarmağa başlayar. Əgər gizlənən oyunçulardan hansı biri axtaranın nəzərini yayındırıb cəld müəyyən olunan yerə (mətəyə) əlini vurarsa, o, göz yummaq işindən azad olur. Sonra o, qalan oyunçulara köməklik məqsədilə şərti işarə ilə yoldaşlarına aşağıdakı üsulla kömək edə bilər: — "Alma" desəm gəl, "Armud" desəm qal. Bununla da o, axtaran oyunçu durduğu yerdən uzaqlaşanda, "Alma!" – deyib yoldaşlarını pusqudan çıxmağa tələsdirir.
KAT:ŞE
Kae Nişina
Kae Nişina (d. 7 dekabr 1972) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 46 oyun keçirib, 2 qol vurub.
Kam (Xoy)
Kam (fars. كم‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 20 nəfər yaşayır (4 ailə).
Kau səhrası
Kau səhrası (ing. Kaʻū Desert) — Havay adasının cənub-şərqində, Kilauza vulkanının ətrafında yerləçən səjhra. Eynio adlı rayonun ərazisinə daxildir. Vulkanik çöküntülərlə örtülən səhrada tez-tez turşu yağışı yağır. == iqlimi == Kau tioik vulkanik səhradır. Tipik səhralardan (hansı ki, yağıntının miqdarı 200 mm keçmir və buxarlanma iillik yağıntını üstələyir) aşağıdakı xüsusiyyətlərinə görə fərqlənir: burad illik yağıntının miqdarı 1000 mm keçir. Kilauea vulkanından çıxan vulkanik qazlar turşu yağışı əmələ gətirir ki, buda bitki öretyüyünün əmələ gəlməsinə maneə olur. su tez şəkildə lavada buxarlanır. lava və vulkanik suxurların arasınadakı çatlar yağış suyunu asanlıqla keçirir == Milli park == Kau səhrasından Havay Vulkanik Milli parka yol gedir. Səhradan № 11 şose keçir.
Kay Donner
Kay Donner(isv. Kai (Karl) Reinhold Donner; 1 aprel 1888, Helsinki – 12 fevral 1935, Helsinki) — Fin etnoqrafı, dilçisi və siyasətçisi. == Həyatı == 1888-ci ildə anadan olmuşdur. Onun maraq dairəsi Ural dillərinin araşdırılmasıdır. "Beiträge zur Frage nach dem Urspnıng der Jenissei-Ostjaken", "Über das Alter der ostjakischen und vogulischen Renntierzucht" kimi bir sıra yazıların müəllifidir. Ural dillərilə yanaşı əski və yeni türk dilləri ilə də olduqca dərindən məşğul olmuşdur. Dilçi-alimin "Zu den ältesten Berührungen zwischen Samojeden und Türken" başlıqlı yazısı olduqca dəyərli bir əsərdir. Bu yazıda Donner samoyedlər və türklər arasında olmuş qədim əlaqələri işıqlandırmış və çuvaş xüsusiyyətləri daşıyan dilin ortaq türk dilindən ayrılmasından öncəki dövrləri haqqında maraqlı fikirlər söyləmişdir. Donner nəinki əski türk yazıları ilə, həmçinin türk dialektlərinin öyrənilməsi ilə də məşğul olmuşdur. Onun 1956-cı ildə nəşr edilmiş "Kaça" sözlüyü alimlər tərəfindən bəyənilmişdir.
Kay Havertz
Kay Sakakibara
Kay Sakakibara (29 iyul 1996, Qold Kost[d]) — Avstraliyalı peşəkar kişi BMX velosipedçisi. Kay Sakakibara Avstraliyanı beynəlxalq yarışlarda təmsil edir. == Həyatı == 29 iyul 1996-cı ildə doğulub. == Karyerası == Kay Sakakibara 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.328 saniyəlik nəticəsi ilə 31-ci yeri tutdu.
Keç rayonu
Keç rayonu — Pakistanın Bəlucistan əyalətində rayon.İnzibati məkəzi Turbat şəhəridir.Əhalisi 909,916 nəfərdir (2017).
Köç (dəqiqləşdirmə)
Köç — Köç (film, 1983) — film. Köç (film, 1986) — Rejissor Cəmil Quliyevin filmi.
Köç Dastanı
Köç dastanı — Uyğur dastanı. == Dastanın məzmunu == Uyğurların yurdunda "Hulqun" adlı bir dağ vardı. Bu dağdan Tuşla və Sələngə adlı iki çay axardı. Bir gecə oradakı bir ağacın üzərinə göydən ilahi bir işıq düşdü. İki çay arasında yaşayan xalq bunu diqqətlə izlədi. Ağacın gövdəsində şişkinlik əmələ gəldi, ilahi işıq 9(doqquz) ay 10(on) gün şişkinlik üzərində durdu. Ağacın gövdəsi yarıldı və içində beş uşaq göründü. Bu ölkənin xalqı bu uşaqları böyütdü. Ən kiçikləri olan Buqun xan böyüyüncə xaqan oldu. Ölkə zəngin, xalq isə xoşbəxt oldu.
Köç ədəbiyyatı
Məhcər ədəbiyyatı yaxud Köç ədəbiyyatı (ərəb. أدب المهجر‎) — XIX əsrin sonları və XX əsrin əvvəllərində Amerikaya mühacirlərin ərəbcə ədəbi cərəyanı. Cübran Xəlil Cübran, Nəsib Ərizə, Mixail Nüeymə, Əmin ər-Reyhani, Əbdülməsih Həddad, İliya Əbu Mazi və Rəşid Əyyub Şimali Amerikada məhcərin ən görkəmli nümayəndələri hesab olunurlar. == Məşhur qəzet və jurnalları == Mühacir ərəblər Amerika qitəsində, xüsusilə Argentina, Braziliyada ərəb dilində qəzet, ədəbiyyat jurnalları çap edirdilər. Bundan əlavə onlar ərəb şairləri, yazıçıları bir araya yığaraq mühacir ərəblərin bir-biriləri ilə əlaqə yaratmasına şərait yaratmaq üçün ədəbiyyat klubları təsis etmişdilər. 250-dən çox çap olunan qəzet və jurnallar bir çox ədəbi şəxsiyyəti bir araya gətirmişdi. İlk qurulan ədəbiyyat klubu "Ər Rabiatul Qalamiyya" (Qələm cəmiyyəti) və çap olunan jurnal da eyni adlı jurnal olmuşdur. Klub 1920-ci ildə Xəlil Cübran Xəlilin başçılığı ilə qurulmuşdur. Üzvlərinin ölümündən sonra 1933-cü ildə zəifləmiş cəmiyyəti Sao Pauloda Şükrüllah əl Cur tərəfindən yaradılmış Əl Usbətul Əndəlusiyyə cəmiyyəti əvəz etmişdi.
.қаз
.қаз (punycode: .xn--80ao21a; Қазақстан Республикасы) — Qazaxıstan Respublikası üçün yuxarı səviyyəli milli domenidir. Kiril əlifbasında olan üçüncü domendir (birinci .рф, ikinci .срб). .рф və .срб domenlərin əsas fərqi hərfin qazax əlifbasında olmasıdır. == Tarix == 2012-ci ilin martında Qazaxıstan .қаз yuxarı səviyyəli milli kiril domenini fəaliyyətə buraxdı. Fəaliyyətin yoxlaması üçün test saytı ТЕСТ.ҚАЗ yaradılmışdır. == Domenin fəaliyyətə verilməsı == Qeydiyyat bir neçə mərhələdə oldu. Birinci mərhələ (2012-ci il aprelin 1-dən 30-dək) — hökumət orqanları və dövlət təşkilatları, qeydiyyat şöbəsinin texniki ehtiyacları üçün domen qeydiyyatı. İkinci mərhələ (1 may-30 iyul 2012-ci il tarixləri arasında) — 31 dekabr 2011-ci ilə qədər Qazaxıstan Respublikası qanunvericiliyə uyğun olaraq qeyd edilmiş ticarət markalarının və firma adlarının sahibləri üçün domen adlarının prioritetli qeydiyyatıdır. Üçüncü mərhələ (2012-ci ilin 15 avqustundan) — domen adlarının qeydiyyatı azad şəkildə aparıldı. .қаз domen zonasında domen adlarının qeydə alınması təyin edilmiş registratorlar vasitəsilə olar.
«Кара-коюнлу» (ковёр)
Dаn yeri Оrtа əsr qəbirstаnlığı
Sen-Jermen-аn-Le (rayon)
Sen-Jermen-ан-Le (fr. Saint-Germain-en-Laye) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — İvelin. Suprefektura — Sen-Jermen-ан-Le. Rayon əhalisi 2006-cı ildə 546 627 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1603 nəf / km². Rayon sahəsi — 341 km².
Sen-Julyen-de-Rа
Sen-Jülyen-de-Rа (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38407. Kommunanın 1999-cu il üçün əhalisi 443 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.
Аş-Şаmiyyə