Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Karun
Karun — İranın ən şax-budaqlı və yalnız naviqasiya edilə bilən çayı. İran-İraq müharibəsindən sonra naviqasiya üçün istifadə ola bilmir. Əhvaz şəhərinin içməli suyu bu çaydan təmin olunur.
Kloun
Kloun (ing. clown) və ya təlxək — komik tamaşanın üsullarından istifadə edən sirk, estrada teatr artisti. İlk dəfə e.ə. 1600-cü illlərdə meydana çıxan klounluq peşəsi bu gün dünyanın bir çox yerində sənət sahəsi kimi qəbul edilir, əyləncə və uşaq oyunları ilə birlikdə işlənir. Bəzi mənbələrə görə XVIII əsrə qədər klounlar saraylarda yaşayırdılar. Klounlar sifətində komik ifadə olan sənətkarlardır. Bunu təmin etmək üçün, rəngli və şişirdilmiş pariklər, müxtəlif üslubda makiyajlar, qeyri-adi iri ayaqqabılar və qəribə kostyumlardan istifadə edilir. Amerikalı sosioloq Peter Lüdviq Berger bu məsələ ilə bağlı olaraq belə demişdir: "Bu məzhəkə və komik davranışların, din və sehrbazıq kimi, insan cəmiyyətinin bəzi mühüm ehtiyaclarını yerinə yetirməsi məntiqli görünür".
Kuzun
Kuzun — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd ərazisində yaşayış məskənlərinin e.ə. II minillikdən movcud olması güman edilir. == Toponimikası == Kuzun oyk., sadə. Qusar rayonunun Zindanmuruq i.ə.v.-də kənd. Qusarçayın sahilində, dağətəyi ərazidədir. Tədqiqatçıların fikrincə, oykonim türk dillərində coğrafi termin kimi işlədilən kəzen (dağın beli, yayla, aşırım) sözündəndir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 847 nəfər, milliyətcə ləzgi olan əhali yaşayır.
Arpa Kavun
Sultan Müizəddünya vəl-Din Mahmud Arpa xan (? - ö. 1336) — Elxanilər dövlətinin 10-cu hökmdarı (1335-1336). == Həyatı == Arpa xan, Arıq Buğanın nəslindən olub, ailəsi 1308-ci ildə Elxanilər dövlətinə gəlmişdi. Əbu Səidin ölümündən sonra vəzir Qiyasəddin Məhəmmədin himayəsi altında elxanlığa yiyələnmişdi. O, 5 dekabr 1335-ci ildə Qarabağda taxta çıxmışdı. == Hakimiyyəti == Sultan Əbu Səidin ölüm xəbərini almış Özbək xan yenidən Azərbaycana soxuldu və Kür çayına qədər irəlilədi. Arpa xan, 45 gün qızılordalılarla vaxtaşırı vuruşaraq düşməni ölkədən qovmağa nail oldu. Hakimiyyətə gəldikdən sonra Sultan Satıbəy xatunla evlənmişdi. Əmir Həsənə əmir-i ulus titulu verilmişdi.
Karandaş (kloun)
Karandaş (tam adı: Mixail Nikolayeviç Rumyantsev ; d.1901, Sankt-Peterburq – ö.1983, Moskva) —Görkəmli sovet sirk artisti (kloun), aktyor. Sosialist Əməyi Qəhrəmanı (1979) SSRİ xalq artisti (1969). == Həyatı == Mixail Nikolayeviç Rumyantsev 1901-ci il noyabrın 27-də bəzi mənbələrdə 10 dekabrda Sankt-Peterburqda anadan olub. == Sovet çizgi filmində Karandaşın rolu == Sirk(Soyuzmultfilm,1942). Sirkdəki qız (Soyuzmultfilm, 1950).
Karun xəzinəsi
Karun Xəzinəsi — çoxu e.ə. 560-546-ci illər arasında Lidiya ölkəsini idarə edən Krezin dövrünə aid olan və Uşakın 25 km qərbində və İzmir Avtomobil Yolu üzərində yerləşən Gur qəsəbəsi yaxınlığındakı arxeoloji qazıqlardan 1960-cı illərdə çıxararaq ABŞ-yə qaçırılan və 1993-ci ildə uzun bir hüquqi proses nəticəsində geri alınan əsərlərin toplu adı. Bəzi mənbələrdə Lidiya Xəzinəsi kimi də qeyd olunur. Xəzinənin ələ keçirilən hissəsində təxminən 450 parça var idi. == Əsərlərin xaricə qaçırılması == Lidiya dövrünün ən görkəmli əsərləri sırasında yer alan bu xəzinə 1965-1966-1968-ci illərdə Türkiyədən qaçırılmışdır. İlk qarət 1965-ci ildə Toptəpə arxeoloji qazığında baş verdi. 5 nəfərlik qrup qazılmış tunelin məzar otağına gələrək, burada tapdıqları əsərləri 65,000 Türk lirəsinə satdılar. Daha sonra, 1966-cı ildə, İkiztəpə arxeoloji qazığı 11 nəfər tərəfindən soyuldu və otaq içərisindəki 150 hissə abidə bir müddət saxlanıb, daha sonra 160,000 Türk lirəsinə satılıb. Karun xəzinələrinin üçüncü qarəti 1968-ci ildə Ağtəpə arxeoloji qazığında keçirilib və olan şəkil və abidələr 40,000 Türk lirəsinə satılıb. Xəzinənin bütün oğurlanmış parçaları Nyu-Yorkdakı Metropoliten Muzeyində 1985-ci ildə bir sərgidə jurnalist Özgən Açır tərəfindən görülüb.
Kofun dövrü
Kofun dövrü (yaponca 古墳時代 kofun dziday, hərfən. "kurqanlar dövrü") — Kurqanlar mədəniyyəti ("Kofun") dövrü. 250 (300) — 538-ci illər. Yamato dövrünün ilk yarımdövrü. Bu dövrün əsas xüsusiyyəti kurqanlar mədəniyyətinin Yamato ərazisində meydana çıxmasıdır. == Haqqında == Kofun dövrü (古墳 — qədim kurqan) Yaponiyada 5 əsr ərzində yayılan kurqanlara görə belə adlanır. Bu kurqanların bir neçə tipi var. Kofun kurqanları 400 metr dərinlikdədir. Daş və ağac məzardan ibarətdir. Şaquli (縦穴 — tateana) və ya üfuqi (横穴 — yokoana) vəziyyətdə yerləşirlər.
Kulun bəy
Baymey xan Kulun bəy — İkinci Göytürk xaqanlığının VIII xaqanı. == Hakimiyyəti == Qardaşı Ozmış Teqin xanın öldürülməsindən sonra taxta çıxmışdı. Tan sülaləsinə tabe olmaqdan boyun qaçırmış və 2 ildən sonra Qutluq Bilgə Kül xaqan tərəfindən həbs olunaraq öldürülmüşdür. İkinci Göytürk xaqanlığının sonu gəlmişdir.
Kuqun-Arıta
Kuqun-Arıta — Olenyok körfəzində yerləşən ada. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ada körfəzin mərkəzində, Olenok çayının deltasında yerləşir. Qərbində Kyorsyase-Tyebyoleqe şərqində isə Kuqun-Tyebyoleqe qolları onun sahillərini yuyur. Şimslında Kasyan-Arıta, cənubunda isə Kyorsyase-Kumaqa adası yerləşir. Ada uzunsov formaya malikdir. Şimal-şərqdən cənub-qərbə uzanmışdır. Ada bataqlıqlaşmış ərazilərdən ibarətdir. Elədə böyük olmayan göllərə sahibdir.
Kutun mühasirəsi
Qut-ül Amarə mühasirəsi (Birinci Qut döyüşü) — I Dünya Müharibəsinin Mesopotamiya cəbhəsində, Osmanlı ilə Antanta qüvvələri arasında olan bir mühasirə döyüşüdür. 8.000 nəfərdən ibarət İngilis-Hind qarnizonu Bağdadın 160 km cənubunda Küt qəsəbəsində Osmanlı ordusu tərəfindən mühasirəyə alınır. 1915-ci ildə bu qəsəbənin əhalisi təxminən 6.500 nəfər təşkil etmişdir. 29 aprel, 1916-cı ildə qarnizonun təslim olmasından sonra mühasirə zamanı sağ qalanlar əsir olaraq Hələbə aparılmışdır. == Başlanğıc == General-leytenant Carlz Tounshend komandanlığındakı ingilis VI Poona birləşməsi ( Hind qrupu) Bağdada irəliləməyə çalışarkən 22-23 noyabr, 1915-ci ildə Salman-i Pak (Ktesifon) döyüşündə Saqqallı Nurəddin Paşa tərəfindən məğlub edilərək geri çəkildi və 3 dekabrda Qut qəsəbəsinə yerləşdilər. == Mühasirə == Yeni qurulan Osmanlı ordusu VI Ordusunun komandanlığına təyin edilərək 5 dekabrda Bağdada çatan marşal Kolmar Von der Qoltz Paşanın əmri ilə İraq valisi və komandanı Saqqallı Nurəddin Paşanın hərbi qüvvələri Qutu mühasirəyə aldı. === Kömək cəhdləri === İlk kömək cəhdi general-mayor Fenton Aylmer komandanlığındakı 19 min nəfərlik ordu tərəfindən oldu. Bu ordu 1916-cı ilin yanvarında, Əli Qərbi çayının mənsəbinə çatdılar. === Şeyx Səəd döyüşü === İngilislər Qutun mühasirəsini ləğv etmək üçün general-mayor Fenton Aylmer komandanlığındakı "Dəclə" ordu hissələri ilə hücuma keçsə də, Şeyx Səəd döyüşündə 4.262 nəfər itki verərək, geri çəkildi. Bu döyüşdə geri çəkilmə əmrini verən IX Ordu Korpusu komandanı Saqqallı Nurəddin Paşa vəzifəsindən alındı və yerinə Ənvər Paşanın özündən bir yaş kiçik olan əmisi genral-leytenant Xəlil Paşa təyin edildi.
Külün təpə
Külün təpə, Külüng təpə və ya Hisamabad (fars. حسام‌آباد‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 2,023 nəfər yaşayır (557 ailə).
Nurcerən Akgün
Nurcerən Akgün (d. 20 iyun 1992) — Türkiyəni təmsil edən həndbolçu. Nurcerən Akgün, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. Nurcerən Akgün, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Patrisiya Kroun
Patrisiya Kroun (ing. Patricia Crone; 28 mart 1945 – 11 iyul 2015, Prinstom, ABŞ) — Amerika tarixçisi. Patrisiya Kroun 1945-ci ildə Danimarkada anadan olub. Patrisiya Kroun 11 iyul 2015-ci ildə ABŞ-də vəfat edib. Slaves on Horses : The Evolution of the Islamic Polity (1980) ISBN 0-521-52940-9 Meccan Trade and the Rise of Islam (1987) ISBN 1-59333-102-9 Roman, Provincial and Islamic Law : The Origins of the Islamic Patronate (1987, Paperback: 2002) ISBN 0-521-52949-2 Pre-Industrial Societies : Anatomy of the Pre-Modern World (2003) ISBN 1-85168-311-9 God's Rule : Government and Islam. Six Centuries of Medieval Islamic Political Thought (2004). Columbia University Press. ISBN 0-231-13290-5. Also ISBN 0-231-13291-3. Medieval Islamic Political Thought (2005).
İvan Kliun
İvan Vasilyeviç Kliun (rus. Иван Васильевич Клюн; 20 avqust (1 sentyabr) 1873 – 13 dekabr 1943, Moskva) — rus rəssam və heykəltəraşı. İvan Kliun 1873-cü ildə Moskva yaxınlığında, Bolşie Qorki kəndində anadan olmuşdur. 1881-ci ildə bütün ailəsi ilə Ukraynaya, 1890-cı ildə isə o zaman Rusiya imperiyasının bir hissəsi olan Polşaya köçmüşdür. İvan Kliun 1890-cı ildə Kiyev və Varşavada bədii təhsil almış, daha sonra Penza İncəsənət Məktəbində təhsilini dəvam etdirmişdir. 1889-1890-ci illərdə Varşavada İncəsənətə Həvəsləndirilmə Cəmiyyətinin məktəbində oxumuşdur. 1890-1905-ci illərdə o, Moskvada F.Rerberq, İ.İ.Mashkov və V.Fişerin studiyalarında incəsənət üzrə təhsil almışdır. İvan Kliun 1907-1914-cü illərdə Sankt-Peterburq Rəssamlıq Akademiyasında təhsil aldı. 1910-cu ildən 1914-cü ilə kimi o, David Burlyuk, Vladimir Burlyuk, Kazimir Maleviç, Pavel Filonov, Vladimir Tatlin, Yuri Annenkov və başqa rəssamlar ilə Gənclər Birliyi (Союз Молодежи) qrupunun sərgilərində iştirak etmişdir. İvan Kliun 1915-ci ildə Kazimir Maleviçin təsis etdiyi, avanqard rəssamların (Aleksandra Ekster, Liubov Popova, İvan Puni, Kseniya Boguslavskaya, Olqa Rozanova, Nina Genke və başqaları) olduğu, Supremus qrupuna qatıldı elə həmin il qurupun "Tramvay V" sərgisində iştirak etmişdir.
Kraun efirləri
Kraun efirlər (ingilis sözü crown – korona) – bir-birinin ardınca gələn etilen körpüləri -CH2-CH2- və oksigen atomlarından ibarət olan böyük tsiklik molekullardır (makrotsikllər). Bəzi hallarda O atomlarının bir hissəsi N və S atomları ilə əvəz edilib. Belə molekulların forması taca ("korona"ya) oxşayır ki, onların adı da buradan götürülüb (ingiliscə crown – korona). Kraun efirlərin makroheterotsiklində 11-dən çox atom olur ki, bunlardan ən azı 4-ü heteroatomdur. Kraun efirlərinin nomenklaturası: formula I — 12-kraun-4; (1,4,7,10-tetraoksatsiklododekan) formula II — 1,10-diaza-18-kraun-6; (4,7,13,16-tetraoksa-1,10-diazasikloоktadekan) formula III — 1,7-ditia-15-kraun-5 formula IV — dibenzo-18-kraun-6 formula V — tsikloheksano-15-kraun-5 == Kraun efirlərin xassələri == Formal olaraq bütün kraun efirləri heterotsiklik birləşmələr sinfinə aid etmək olar, lakin bu birləşmələrin qeyri-adi xassələri onların müstəqil sinfə ayrılmasına imkan verdi və bununla əlaqədar olaraq onların adılandırılması üçün xüsusi qaydalar təklif edildi. Addakı "kraun" sözün qarşısındakı rəqəm tsikldə olan atomların sayını, adın sonundakı rəqəm heteroatomların O, N və S sayını göstərir (şəkil 1). Adda tsikldə O atomlarının olması göstərilmir bu başa düşülür (nəzərdə tutulur), əgər tsikldə digər heteroatomlar (oksigendən başqa), məsələn azot yaxud kükürd varsa, onların sayı adın əvvəlinə di-, yaxud tri- söz önlüyü əlavə edilməklə, tsikldəki vəziyyəti rəqəm indeksləri ilə göstərilir, əvvəlcədən tsikldəki bütün atomlar nömrələnir. Kraun efirlərin tərkibində sadə efirlərə xas olan C-O-C fraqmenti olur, həmçinin onların tərkibində amin fraqmenti C-NH-C, yaxud tioefir frqmenti C-S-C ola bilir. == Kraun efirlərin qələvi metal kationları ilə kompleksləri == Bu sinif maddələrin xarakterik xüsusiyyəti tərkibindəki oksigen, azot və kükürdün bölünməmiş elektron cütünün hesabına kompleks əmələ gətirmək qabiliyyətidir. Bu xüsusiyyət kraun efirlərində tsikldə çox sayda heteroatomların olması hesabına dəfələrlə güclüdür.
Yunus Akgün
Yunus Akgün (7 iyul 2000, Küçükçekmece, İstanbul ili) — Super Liqada Türkiyənin "Lester Siti" klubunda cinah yarımmüdafiəçisi kimi çıxış edən türk peşəkar futbolçu. Akgün futbol karyerasına 2011-ci ildə Qalatasaray gənclər akademiyasına qatılaraq başlayıb. O, "Qalatasaray"da peşəkar debütünü 2018-ci il avqustun 5-də Türkiyə Super Kubokunda "Akhisar Bələdiyyəspor"a qarşı keçirilən və penaltilər seriyası nəticəsində 1–1 (5–4) hesabı ilə uduzduğu matçda edib. Akgün 29 yanvar 2019-cu ildə "Boluspor"la keçirilən Türkiyə Kuboku matçında het-trik edib və 4:1 hesabı ilə qalib gəlib. 6 sentyabr 2021-ci ildə Adana Dəmirspor ötən mövsüm oynamış Akgünü "Qalatasaray"dan yenidən icarəyə götürdü. O, 2017-ci ildə UEFA U-17 Avropa Çempionatında və 2017-ci ildə FIFA U-17 Dünya Kubokunda Türkiyə U-17-ni təmsil edib.
Korun Mahnısı (1961)
== Məzmun == Televiziya kinorolikində müğənni və aktyor Məmmədəli Əliyev Hüseyn Cavidin "Şeyx Sənan" tamaşasından Kor ərəbin mahnısını İçəri şəhərin fonunda ifa edir. == Film haqqında == Bu kinoçarx Azərbaycan klipinin ilkin variantıdır.
Zarıslıda Korun karvansarası
Zarıslıda Korun karvansarası — Şuşada karvansara. Səfərov qardaşlarının karvansarası İkimərtəbəli karvansara (Şuşa) Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası "Şuşanın tarixi və memarlıq abidələri". sia.az. İstifadə tarixi: 4 may 2022. "Şuşa Azərbaycanın alınmaz qalasıdır". www.movqe.az. İstifadə tarixi: 4 may 2022.
Zarıslıda Korun karvansarayı
Zarıslıda Korun karvansarası — Şuşada karvansara. Səfərov qardaşlarının karvansarası İkimərtəbəli karvansara (Şuşa) Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası "Şuşanın tarixi və memarlıq abidələri". sia.az. İstifadə tarixi: 4 may 2022. "Şuşa Azərbaycanın alınmaz qalasıdır". www.movqe.az. İstifadə tarixi: 4 may 2022.
Ziyilli kloun balıqları
Ziyilli kloun balıqları (lat. Antennariidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin tilovlukimilər dəstəsinə aid heyvan fəsiləsi.
Ziyilli kloun balığı
Ziyilli kloun balığı (lat. Antennarius) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin tilovlukimilər dəstəsinin ziyilli kloun balıqları fəsiləsinə aid heyvan cinsi.
Bilge Su Koyun
Bilge Su Koyun (3 iyul 1999, Bağçalıevlər) – azərbaycanlı peşəkar qadın futbolçu. Türkiyə Qadınlar Superliqasında oynayan "Fatih Vatan Spor" klubunun, həmçinin Azərbaycanın qadınlardan ibarət A Milli yığmasının yarımmüdafiəçisi == Həyatı və Karyerası == O, 3 iyul 1999-cu ildə Türkiyənin İstanbul vilayətinin Bahçelievler rayonunda anadan olub. Bilge Su Koyun, peşəkar futbola 30 may 2014-cü ildə Beşiktaşda başlayıb. 2014/2015-ci illərdə Türkiyə Qadınlar Üçüncü Liqasında oynamağa başlayıb. Onun komandası həmin mövsümün sonunda İkinci Liqaya yüksəlib. O, həmin mövsümü komandası ilə qalib kimi başa vurub komandasını Birinci Liqaya yüksəldib. 2018/2019 Birinci Liqa mövsümündə "Fatih Vatan Spor"a transfer olub. == Milli karyerası == === Türkiyə === O, 17 yaşadək qızlardan ibarət Türkiyə yığmasına qəbul edilib və 20 oktyabr 2015-ci ildə İrlandiya ilə 2016-cı il UEFA-nın 17 yaşadək qızlar arasında seçmə mərhələsi — Qrup 1 oyununda debüt edib. Bilge Su Koyun, çempion olan 2016 UEFA İnkişaf Turnirində oynamaq üçün Türkiyənin U-19 qadınlardan ibarət komandasına çağırılıb. O, 2017-ci il UEFA U-19 Çempionatının seçmə mərhələsində – 10-cu qrupda, 2017-ci il UEFA U-19 qadınlararası çempionatının seçmə mərhələsində – Elit raund 2-də, 2018-ci il UEFA U-19 Çempionatının seçmə mərhələsində – 10-cu qrupda və 2018-ci il UEFA U-19 Çempionatında iştirak etmişdir.
Akun adası
Akun (aleut. Akungan, ing. Akun Island) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Alyasaka ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Umnak adasından şimalda yerləşir. Əhalisi yoxdur. == Tarix == Bu ad 1830-cu ildə Veniaminov və Fyodor Litke tərəfindən verilmiş, hidroqraf Tebenkov 1852-ci ildə bu adı xəritəyə qeyd etmişdir. 1928-ci il mayın 22-də axşam saatlarında adanın sahillərində "Folklend ulduzu" yelkənli gəmisi qəzaya uğramışdır. Gəmi duman içində sahil daşlarına çırpəımışdır. Ertəsi gün sahil mühafizə gəmisi "Hayda" və "Kedr" mayak xidmət gəmisi qəzada zərərçəkənlərə yardım etmək üçün köməyə gəlir.
Takamura Koun
Takamura Koun (高村 光雲, 8 mart 1852 – 10 oktyabr 1934) – Yaponiya heykəltaraşı. Doğum adı Nakacima Kozodur. Tokiodakı Ueno parkında yerləşən və 1898-ci ildə tamamlanmış Sayqo Takamorinin bürüncdən heykəlini o hazırlayıb. Tokio İmperator Sarayının qarşısında dayanan Kusunoki Masahide heykəlinin də müəllifidir. Koun həmçinin şair və heykəltaraş Kotaro Takamuranın atasıdır.
Katun Dövlət Təbiət Qoruğu
Katun biosfer qoruğu — Rusiyanın dövlət təbiət qoruğu. 2000-ci ilin yanvarından biosfer statusunu almışdır. Qoruq 25 iyun 1991-ci ildə yaradılımış və Mərkəzi Altayın yüksək dağlıq ərazisində yerləşir. Sahəsi — 151 664 hektardır. Qoruğun idarə mərkəzi Ust-Koksa kəndindədir. Kutan və Alyat qoruqlarının ərazisi «Altayın Qızıl Dağları» adı altında UNESCO Ümumdünya irsinə daxil edilmişdir (1998). 2000-ci ildə qoruq UNESCO-un Ümumdünya biosfer ehtiyatları şəbəkəsinin «İnsan və biosfer» proqramına əlavə olunmuşdur. Altay-Sayan milli parkının və qoruqlar assosiasının tərkibə daxildir. == Fiziki-coğrafi xüsusiyyətləri == Katun qoruğu Mərkəzi Altay fiziki-coğrafi vilayətə aiddir. Qoruq özündə Katun silsiləsinin cənub, qismən şimal və Listvyaqa silsiləsini birləşdirir.