Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kabul
Kabil (fars. کابل‎, ing. Kabul) — Əfqanıstanın paytaxtı və ən böyük şəhəri. Kabil çayı sahilində, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, avtomobil yolları ilə Qəznə, Qəndəhar, Herat və Məzari-Şərif şəhərləri ilə birləşən şəhər. == Coğrafi mövqeyi == Kabil Əfqanıstanın ən böyük şəhəridir. Qədim şəhər olan Kabil mühüm nəqliyyat qovşağında yerləşir. Eyniadlı çayın sahilində,1800–1900 metr yüksəklikdə yerləşir. Şəhərin məhəllələri Kabil çayının hər iki sahilini tutur. Şəhərin köhnə hissəsi Kabil çayının sağ sahilindədir və səciyyəvi Şərq simasını saxlamışdır. Çayın sol sahilindəki yeni hissədə keçmiş kral iqamətgahı, Məhəmməd Nadir şahın türbəsi, xarici səfirliklərin binası, parklar, iri yaşayış məhəllələri yerləşir.
Kabus
Kabus — ənənəvi təmsillərdə özünü real həyatda görünən və ya başqa bir şəklində (həm görünməz və qeyri-maddi həmçinin də real müşahidələr nəticəsində özünü bildirən) təqdim edən ruh və ya vəfat etmiş şəxsin ruhu. Vəfat etmış insanın ruhu ilə əlqə yaratmaq cəhdlərinə spiritik seans, və ya daha dəqiq nekromantiya deyilir. Kabuslara inanc insanlar arasında geniş yayılmışdır, və bir çox xalqların mədəniyyətlərində öz yerini tutur. Həmçinin, bir çox dinlərdə ölü insanlaırn ruhlarının sakit olması üçün xüsusi mərasimlər və dəfn ənənələri keçirilir. Kabusları əsasən insanlara aid etsələr də, heyvanlar, gamilət, təyyarələr, və hətta ordu və şəhərlərin kabusları haqqında inanc və əfsanələr var. Müasir elm qeyri-təbii hadisələri tanımır, və ənənəvi kabusların mövcudluğunu inkar edir. Xüsusi hallarda spesifik hadisələri, bir və ya digər təbii səbəblərdən yaranmaq ilə izah edillər: hallüsinasiyalar, illüziyalar, mirajlar, fotoplyonka deffekti və buna bənzər qüsurlar, mistifikasiyalar və əfsanələrə inancla. Kabuslar mədəniyyətdə özünə məxsus yer tutu. Məsələn, Oskar Uayldın “Kentervil kabusu” hekayəsi var, “Kabus ovçuları” filmi və s.
Jan Kabut
Jan Kabu (fr. Jean Cabut) — fransız karikaturist və jurnalist. "Charlie Hebdo" jurnalının əməkdaşı. 2015-ci il 7 yanvar tarixində "Charlie Hebdo" dərgisinə edilən silahlı hücum zamanı öldürülüb.
Kabul dovşandodağı
Kabul dovşandodağı (lat. Lagochilus cabulicus) - dovşandodaq cinsinə aid bitki növü.
Kabus-ada
Kabus ada — əvvəllər coğrafi xəritələrdə göstərilən, indi isə mövcud olmayan adalara deyilir. Kabus adalar mifik adalardan fərqləndirici cəhət ondan ibarətdir ki, mifik adalar kabus adalar kimi müzakirə edilməyib. Kabus adalara aysberqləri göstərmək olar. Bu adalar tədricən yox olmuşlar. == Bəzi kabus adalar haqqında == == Həmçinin bax == İtmiş şəhərlər == Ədəbiyyat == Henry Stommel Lost Islands: The Story of Islands That Have Vanished from Nautical Charts. University of British Columbia Press, 1984.
Kabus ada
Kabus ada — əvvəllər coğrafi xəritələrdə göstərilən, indi isə mövcud olmayan adalara deyilir. Kabus adalar mifik adalardan fərqləndirici cəhət ondan ibarətdir ki, mifik adalar kabus adalar kimi müzakirə edilməyib. Kabus adalara aysberqləri göstərmək olar. Bu adalar tədricən yox olmuşlar. == Bəzi kabus adalar haqqında == == Həmçinin bax == İtmiş şəhərlər == Ədəbiyyat == Henry Stommel Lost Islands: The Story of Islands That Have Vanished from Nautical Charts. University of British Columbia Press, 1984.
Kabus ağacqurbağası
Kabus ağacqurbağası (lat. Triprion) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin ağacqurbağaları fəsiləsinə aid heyvan cinsi.
Kabus gəmilər
Kabus gəmilər — XV əsrdən etibarən, dəniz səyahətləri zamanı görüldüyü iddia edilən gəmilərə verilən ümumi ad. Orta əsr salnamələrində, kabus gəmi ilə rastlaşmaq bir gəmi kapitanı üçün ən böyük uğursuzluq hesab olunurdu. Müxtəlif vaxtlarda, kabus gəmilərin mövcudluğu haqqında fikirlər səsləndirilmişdir. Əfsanələrə görə ən məşhur kabus gəmi Uçan Hollandiyalı hesab olunur. Gəmi haqqında rəvayətlər, XV-XVI əsrlərdə meydana gəlmişdir və onun müxtəlif variantları var. Bir neçə rəvayətlərə görə, gəminin kapitanı söz vermişdir ki, o, məhşər kimi vaxt lazım olarsa Ümid burnunu dolanıb keçəcək. Başqa rəvayətdə isə kapitanın Van der Straatenin günahlarına görə gəminin lənətləndiyi söylənilir. Kabus gəmilər haqqında olan rəvayətlər və əfsanələr əsasən, fantastik məzmun daşıyırdı. Gəmilərin uça bilməsi və ya suyun altına girib, yenidən suyun üzünə görünməsi kimi söyləntilər, insanların bütün bunları yalnız əfsanə kimi qəbul etməsinə səbəb olmuşdur. Ancaq 1872-ci ilin 4 dekabr tarixində, saat 13:00-da Dei Gartia gəmisinin, sonralar kabus gəmi adlandırılaçaq Meri Kalest gəmisi ilə qarşılaşması, kabus gəmilərin həqiqətən mövcud olması ehtimalını uzun müddət gündəmdə saxlamışdır.
Kabus ordu
Kabus ordusu (ing. The Ghost Army və ya rəsmi adı ing. 23rd Headquarters Special Troops, qısaca ing. 23rd Special Troops) — İkinci dünya müharibəsi zamanı Alman Ordusunu aktiv olaraq yanıltmaq üçün istifadə olunmuş ABŞ Ordusunun gizli hərbi birliyidir. Kabus ordusu 1100 nəfərdən ibarət olub və 1944-1945-ci illərdə 20-yə yaxın çaşdırıcı qurma döyüşlər hazırlayıblar.Kabus ordusu ilə bağlı məlumatlar 1996-cı ilə qədər gizli saxlanılıb. Sonradan bununla bağlı bir neçə sənədli film çəkilib.
Kabus ordusu
Kabus ordusu (ing. The Ghost Army və ya rəsmi adı ing. 23rd Headquarters Special Troops, qısaca ing. 23rd Special Troops) — İkinci dünya müharibəsi zamanı Alman Ordusunu aktiv olaraq yanıltmaq üçün istifadə olunmuş ABŞ Ordusunun gizli hərbi birliyidir. Kabus ordusu 1100 nəfərdən ibarət olub və 1944-1945-ci illərdə 20-yə yaxın çaşdırıcı qurma döyüşlər hazırlayıblar.Kabus ordusu ilə bağlı məlumatlar 1996-cı ilə qədər gizli saxlanılıb. Sonradan bununla bağlı bir neçə sənədli film çəkilib.
Kabus şəhər
Kabus şəhər (ing. Ghost town) — əksəriyyəti müvəffəqiyyətsiz iqtisadi quruluşu, təbii insan resurslarının azlığı və ya müharibələr səbəbindən boşaldılan şəhərlərə verilən ümumi addır. Şəhərlərin boşalmasının digər önəmli səbəbləri kimi kütləvi xəstəlikləri misal göstərmək olar. Termin kimi əhalinin sayı kütləvi şəkildə azalan şəhərlərə də aid edilir. Əsil kabus şəhər yerli əhali tərəfindən tamamilə boşaldılmış şəhərlərdir. Buna misal olaraq, Kaliforniyadakı Bodie şəhərini, ya Montana ştatında yerləşən Banak və İtaliyadakı Craco şəhərini göstərmək olar. Müasir dövrdə kabus şəhərləri turistlərin ən çox ziyarət etdikləri yerlərdəndir. Ancaq bəzi şəhərlərə girmək təhlükəli, hətta qanunlara zidd hesab olunur. Bunlara misal olaraq Ukrayna ərazində yerləşən Çernobıl və ya Pripyat şəhərlərini göstərmək olar. == Şəhərlərin boşalma səbəbləri == Şəhərlərin tərk edilməsinin əsas səbəbləri kimi azalan təbii qaynaqlar, su kimi əsas ehtiyacların təmin edilə bilməməsi, dəmiryolu və ya quru yolun yol dəyişikliyi və ya fəlakətləri (Çernobil) göstərmək olar.
Kabus şəhəri
Kabus şəhər (ing. Ghost town) — əksəriyyəti müvəffəqiyyətsiz iqtisadi quruluşu, təbii insan resurslarının azlığı və ya müharibələr səbəbindən boşaldılan şəhərlərə verilən ümumi addır. Şəhərlərin boşalmasının digər önəmli səbəbləri kimi kütləvi xəstəlikləri misal göstərmək olar. Termin kimi əhalinin sayı kütləvi şəkildə azalan şəhərlərə də aid edilir. Əsil kabus şəhər yerli əhali tərəfindən tamamilə boşaldılmış şəhərlərdir. Buna misal olaraq, Kaliforniyadakı Bodie şəhərini, ya Montana ştatında yerləşən Banak və İtaliyadakı Craco şəhərini göstərmək olar. Müasir dövrdə kabus şəhərləri turistlərin ən çox ziyarət etdikləri yerlərdəndir. Ancaq bəzi şəhərlərə girmək təhlükəli, hətta qanunlara zidd hesab olunur. Bunlara misal olaraq Ukrayna ərazində yerləşən Çernobıl və ya Pripyat şəhərlərini göstərmək olar. == Şəhərlərin boşalma səbəbləri == Şəhərlərin tərk edilməsinin əsas səbəbləri kimi azalan təbii qaynaqlar, su kimi əsas ehtiyacların təmin edilə bilməməsi, dəmiryolu və ya quru yolun yol dəyişikliyi və ya fəlakətləri (Çernobil) göstərmək olar.
Jan Kabu
Jan Kabu (fr. Jean Cabut) — fransız karikaturist və jurnalist. "Charlie Hebdo" jurnalının əməkdaşı. 2015-ci il 7 yanvar tarixində "Charlie Hebdo" dərgisinə edilən silahlı hücum zamanı öldürülüb.
Kabus (film, 2011)
Kabus (ing. The Darkest Hour) — Kris Qorak tərəfindən çəkilən ABŞ filmidir. Filmin tam tərcüməsi "Ən qaranlıq vaxtı" kimi səslənir. == Məzmun == 5 gənc amerikalı Moskvaya səyahət etmişdilər. Amma onların Moskva gəzintisi zamanı şəhər yadplanetlilərin işğalına məruz qalır. Adi gözlə görünməyən düşmən canlı-cansız hər şeyi məhv edir. İndi, səyahətləri alt-üst olmuş amerikalı gənclər də digərləri kimi həm sağ qalmağa çalışmalı, həm də yadplanetlilərə qarşı mübarizə aparmalıdırlar...
Kabus filmlərinin siyahısı
Kabus filmlərinin siyahısı - bu siyahı dram, komediya, mistika, qorxu filmi, romantika janrında kabuslar haqqında çəkilən filmləri ehtiva edir.
Kabu-Branku burnu
Kabu-Branku burnu (port. Cabo Branco — «ağ burun») — Braziliya ərazisində, Juan-Pesoa şəhərindən şimal-şərqində yerləşən burun. Burun ilk dəfə 1500-ci ildə Dieqo Lepo tərəfindən kəşf edilmiş və Müqəddəs Avqustinin şərəfinə adlandırılmışdır. . Cənubi Amerika materikinin ucqsr şərq nöqtəsini təşkil edir. Burunda yerləşən mayakda onun qitənin ən ucqar şərq nöqtəsi olması barədə məlumat lövhəsi vardır. Ancaq Seyşas burnunun Cənubi Amerika materikinin ucqar şərq nöqtəsi olması rəsmən təstiqlənmişdir.
Kabus ata (film, 1990)
Kabus ata (ing. Ghost Dad) — Sidni Puatye tərəfindən 1990-cı ildə çəkilən filmdir. == Məzmun == Elliotun Denni, Amanda və Dayen adında övladları vardır. Övladlarının istədikləri arzulara vaxt ayırmayan Elliot cümə axşamı gününü gözləyir. Elliot həmin gündə taksilərdən birinə rast gəlir. Bu taksiçi avtomobilin sürətini artıraraq körpüdən aşır. Elliot koma vəziyyətinə düşür. Elliot keçmiş səhvlərini düzəltmək kabus halına dönür. Lakin onun çox az vaxtı vardır... == Xarici keçidlər == Kabus ata — Internet Movie Database saytında.
Kabus gəmi (film, 2002)
Kabus gəmi (ing. — Ghost ship) — rejissorluğunu Stiv Bekin üstləndiyi 2002-ci il amerikan qorxu filmi. Film Berinq dənizində 1962-ci ildə yoxa çıxmış gəminin tapan dəniz qurtarma-araşdırma komandasının sərgüzəştlərindən bəhs edir. Film 25 oktyabr 2002-də Şimali Amerikada göstərimə girdi və tənqidçilərdən böyük ölçüdə tənqidlər aldı. Dünya miqyasında 68 milyon dollardan çox gəlir əldə etdi. Adına rəğmən, filmin 1952-ci ildə çəkilmiş eyniadlı film ilə heç bir əlaqəsi yoxdur. == Süjet == 1962-ci ildə italyan okean gəmisi Antoni Grazada sərnişinlər rəqs edirlər. Balaca qız olan Keyti gəminin kapitanı ona rəqsə dəvət edənə qədər oturur. Bir əl makaradan məftili açan qolu qaldırır. Nəticədə makara qopur və məftil rəqs səhrəsinə sovruraraq sərnişinləri və ekipaji ikiyə bölür.
Kabus yarışçı (film, 2007)
Kabus yarışçı (ing. Ghost Rider) — 2007-ci ildə çəkilən ABŞ filmidir. == Məzmun == Con Bleyz atası ilə birlikdə motosiklet şoularında iştirak edən gənc oğlandır. Atasının xərçəng xəstəlindən əziyyət çəkdiyi örəndiyi müddətdə qəribə adamla rastlaşır. Həmin naməlum adam ona deyir ki, əgər ruhunu ona versə, qarşılığında atasınıı xəstəlikdən xilas edəcəkdir. Con bu sənədi oxumadan, əlindən damlanan qan ilə bu müqaviləni imzalamış sayılır. Həmin adam isə şeytan Mepistophelesdir. Mepistopheles Amerikada bir çox insan ruhunu bu vasitə ilə həp etmişdir... == İstinadlar == == Xarici keçidlər == Kabus yarışçı — Internet Movie Database saytında.
Kabus yazıçı (film, 2010)
Kabus yazıçı — 2010-cu ildə çəkilmiş olan Roman Polanskinin məşhur filmi.
Erotik Kabus hekayəsi (film, 1987)
Erotik Kabus hekayəsi (ing. Erotic Ghost Story) — 1987-ci ildə çəkilən filmdir. == İstinadlar == == Xarici keçidlər == Erotik Kabus hekayəsi — Internet Movie Database saytında.
On üç kabus (film, 2001)
On üç kabus - Stiv Bek tərəfindən rejissorluğu üstlənən 2001-ci il istehsalı olan qorxu filmi. 2001-ci il 26 oktyabrda sinemalarda göstərimə girdi. Film böyük tənqidlərə məruz qaldı və maliyyə cəhətdən böyük xəyal qırıqlığı oldu. Belə ki, 42 milyon dollar büdcəsi olan film cəmi 68 milyon dollar gəlir əldə edə bildi. Film ABŞ gişesində 10 həftə qaldı və sonda ölkədaxili 41.867.960 dollar, ölkəxarici isə 68.467.960 dollar qazandı. == Kabuslar == Filmdə, demək olar ki, heç bir kabusun həyatından bəhs olunmur. Amma DVD-nin xüsusi bir xüsusiyyəti olan "Kabus faylları"da bunlardan açıqca bəhs olunur. İlk doğulan oğul: Kovboy kimi davranmağı sevən Bili Maykılz adlı balaca oğlan uşağının kabusu. Bir gün başqa bir oğlan Bilini düelloya dəvət edir. Amma, əlbəttə ki, Bilini oyuncaq tapançası o biri uşağın dəmir uclu əsl oxu qabağında heç nə idi.
Çin Kabus hekayəsi (film, 1987)
Çin Kabus hekayəsi (ing. A Chinese Ghost Story) — 1987-ci ildə çəkilən filmdir. Film 3 mükafata və 6 Nominasiyaya layiq görülmüşdür.
Kabus yarışçı 2: İntiqam atəşi (film, 2012)
Kabus yarışçı 2: İntiqam atəşi (ing. Ghost Rider: Spirit of Vengeance) — Mark Neveldayn və Brayan Teylor tərəfindən çəkilən ABŞ filmidir. == Məzmun == Şərqi Avropada gizlənən Conni Bleyz gecələr onu kabusa çevirən lənətdən qurtulmağa çalışır. Lakin kilsənin gizli bir sektası tərəfindən köməyə çağırıldıqda kabus yarşçı həvəssiz olsa da, bu işə razılıq verir. İndi o, kiçik bir oğlanın bədənindən istifadə edərək insan forması almaq istəyən şeytani qüvvə ilə mübarizə aparmalı olacaq. Bu yolda Bleyz həm də onu narahat edən öz lənətindən də qurtula bilər...
Babur
Qazi Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد‎ ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) (14 fevral 1483 — 26 dekabr 1530) — Böyük Moğol İmperiyasının qurucusu və ilk hökmdarıdır. Baburun Çağatay türkcəsində yazdığı və həyatından xronoloji olaraq bəhs etdiyi Baburnamə əsəri Türk ədəbiyyatı tarixində önəmli yerə sahibdir. Xətti Babur deyilən yazı sistemini təkmilləşdirən Babur eyni zamanda Çağatay türkcəsində yazılmış ədəbiyyatın Əlişir Nəvaidən sonra ən böyük şairi hesab olunur. == Soyu və ailəsi == Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi.Baburun ata tərəfdən mənsub olduğu Teymurilər sülaləsinin əsasını qoyan Əmir Teymur əslən barlas boyundandı. Barlaslar Orta Asiyada yaşayan türkləşmiş monqol boyu idi. Monqolların gizli tarixi (rus. Монголын Нууц Товчоо) adlı əsərə görə barlaslar boruciginlərlə bir soydan gəlir.
Babül
Babül — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Babül şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və 287 ailədən ibarət idi.
Gabud
Gabud — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km cənub-şərqdə, Arpaçayın sol qolu olan Axtaçayın yaxınlığında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Kəndin adı ilk dəfə XIII əsrdən xatırlansa da, ərazidəki tarixi abidələr onun daha da qədim olduğunu göstərir. Belə ki, kəndin əsası X əsrdən əvvəl qoyulmuşdur. Erməni mənbələrində kəndin adı Gyabut, Gyabud formalarında verilir. Kəndin adı Azərbaycan dilində «qayalıqda keçən yol», «uçurum», «daşlıq» mənasında işlənən gab sözünə -ud şəkilçisinin artırılması yolu ilə düzəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq Kaput qoyulmuşdur.
Kabab
Kabab — əsasən şişə çəkilərək manqalda bişirilən ət yeməyi. Bununla belə tərəvəzlərdən, xüsusilə də pomidor, badımcan, bibər və kartofdan da kabab hazırlanır. Digər tərəfdən kabab tavada da bişirilir. Buna "tava-kababı" deyilir. Kababı hazırlayan aşpaz adətən kababçı adlandırılır. == Tarixi == Kabab rusca "şaşlık" adlanır. "Şaşlık" sözünün kökü "şişlik" türk sözündən götürülüb və "şiş üstündə" deməkdir. Hələ "Kitabi Dədə Qorqud"da "şişlik" sözünə dəfələrlə rast gəlinir. Əsrlər boyu kabab qafqazlıların ən sevimli yeməyi olmuşdur.
Kabar
Kabar — Xəzər tayfalarının tərkibinə daxil olan tayfa. Kabar tayfasının adı əsasında yaranmış etnotoponimlər Azərbaycan və indiki Ermənistan ərazisində kifayət qədər yayılmışdır. Bu tayfa haqqında ilk məlumatı Konstantin Baqranarodnı vermişdir. O, bu tayfanın xəzərlərdən çıxdığını bildirmişdir.Q.Qeybullayev bu etnonimin tərkibində ar sözünü ayırır. ar(ər) türk sözü kişi, ər, qəhrəman mənasındadır. Kabarlar Azərbaycanda kabarli və ya kəbirli adları altında yaşamışlar. Onların yaşadığı əsas areallardan biri də Qarabağ olmuşdur. Azərbaycanda Balakən və Tərtər rayonlarında Kəbirli adlı iki kənd vardır. Ermənistanın yeni Bəyazid uyezdində Kalar, Şərur-Dərələyəzdə Kəbirli (Kəbirlidağ), Dağlıq Qarabağda X1X əsrdə Kabirli –qışlaq adı, Kabarrı yeri toponimləri qeydəalınmışdır. Azərbaycan tarixçisi Mirzə Adıgözəl Bəy kabarları Qarabağın qədim sakinlərindən biri saymışdır.
Kabel
Kanal səviyyəsinin protokolları kabelin uyğun tipləri ilə əlaqələndirilirlər. Bu protokollar həm də kabel seqmentinin maksimal uzunluğunu müəyyən edirlər. Sizin kompüter şəbəkəniz üçün daha çox uyğun gələn protokolu müəyyən etdikdə nəzərə almaq lazımdır ki, hansı müvafiq kabel tipi istifadə edilməlidir və o, sizin şəbəkə qurduğunuz yer üçün nə qədər uyğun gəlir. Bundan başqa, bu tip kabelin və onunla əlaqəli komponentlərin – şəbəkə platalarının, konnektorların dəyərini, həmçinin bütün bu komponentlərin quraşdırılması üzrə işlərin tələb olunan həcmini nəzərə almaq lazımdır. Həmçinin müəyyən etmək lazımdır ki, verilən tipli hansı sort kabel sizin seçdiyiniz yer üçün daha çox uyğun gəlir. Kabelin sortu kateqoriya, ekranlamanın mövcud olması və naqilin qalınlığı kimi parametrlərdən asılıdır. Kompüter şəbəkəsində istifadə etmək üçün kabelin sortunu müəyyən etdikdə nəzərə almaq lazımdır ki, divarların bütün üzlük panelləri, kommutasiya panelləri və konnektorlar daha etibarlı şəbəkə mühitini təmin etmək üçün verilmiş kabel sortu ilə eyni kateqoriyaya malik olmalıdırlar. Üç əsas kabel tipi vardır: koaksial kabel, burulmuş cüt əsaslı kabel və optik lifli kabel. Koaksial kabel və burulmuş cüt əsaslı kabel elektrik siqnallarını keçirirlər və onların tərkibundə mis naqil olur. Optik lifli kabel işıq siqnallarını keçirir və şüşə və plastmas lifdən ibarətdir.
Kabil
Kabil (fars. کابل‎, ing. Kabul) — Əfqanıstanın paytaxtı və ən böyük şəhəri. Kabil çayı sahilində, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, avtomobil yolları ilə Qəznə, Qəndəhar, Herat və Məzari-Şərif şəhərləri ilə birləşən şəhər. == Coğrafi mövqeyi == Kabil Əfqanıstanın ən böyük şəhəridir. Qədim şəhər olan Kabil mühüm nəqliyyat qovşağında yerləşir. Eyniadlı çayın sahilində,1800–1900 metr yüksəklikdə yerləşir. Şəhərin məhəllələri Kabil çayının hər iki sahilini tutur. Şəhərin köhnə hissəsi Kabil çayının sağ sahilindədir və səciyyəvi Şərq simasını saxlamışdır. Çayın sol sahilindəki yeni hissədə keçmiş kral iqamətgahı, Məhəmməd Nadir şahın türbəsi, xarici səfirliklərin binası, parklar, iri yaşayış məhəllələri yerləşir.
Kabuki
Kabuki (yap. 歌舞伎) — ənənəvi Yaponiya teatr sənəti. Mahnı ifa etməyin, musiqinin, rəqsin və dramın sintezini özündə əks etdirir. Kabuki sənət ustaları ağır qrimdən və yüksək rəmzli geyimlərdən istifadə edirlər. “Kabuki” sözü yapon dilində üç heroqlifdən ibarətdir — 歌舞伎. Burada 歌舞 (kabu) simvolları “mahnı və rəqs”, 伎 (ki) işarəsi isə “ustalıq” mənasını daşıyır. Kabuki janrı XVII əsrdə Edo dövründə xalq mahnıları və rəqslərinin əsasında yaranıb. Bu janrın yaranması Okuni adlı İdzumi Taysya məbədinin qulluqçusu ilə əlaqəlidir. Belə ki, Okuni 1603-cü ildə Kioto çayının qurumuş qolundə və şəhərin küçələrində ayini rəqslər ifa etməyə başlayır. Müasir Yaponiyada kabuki ən məşhur teatr sənəti kimi tanınır.
Kakuy
Kakuy-i Sülfa (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kakuy-i Ülya (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Karum
Karum (ticarət qəsəbəsi, tacir koloniyası) — Yaxın Şərq tarixinin qədim dövrünə aid termin. Mövcud ticarət yollarından mənfəət əldə etmək və mal mübadiləsində iştirak etmək üçün xarici şəhərdə qəsəbə və ya ticarət rayonu. Karumda yaşayan tacirlər çox vaxt yerli özünüidarəetmə və xüsusi imtiyazlardan istifadə edirdilər. Ən tanınmış karum II minilliyin əvvəllərində Anadoluda assuriyalılar tərəfindən qurulmuş Kaneş karumudur.
Karun
Karun — İranın ən şax-budaqlı və yalnız naviqasiya edilə bilən çayı. İran-İraq müharibəsindən sonra naviqasiya üçün istifadə ola bilmir. Əhvaz şəhərinin içməli suyu bu çaydan təmin olunur.
Kazuo
Kazuo — ad. Kazuo Eçiqo — Yaponiya futbolçusu. Kazuo Ozaki — keçmiş Yaponiya futbolçusu. Kazuo Sayto — keçmiş Yaponiya futbolçusu. Kazuo İmanişi — keçmiş Yaponiya futbolçusu.