Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Calğan
Aşağı Calğan
Kalkan
Kalkan — Türk soyadı. Murad Kalkan — idmançı. Yaşayış məntəqələri Kalkan (Uçalı) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd.
Qalqan
Qalqan (fr. Galgan, oks. Galganh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12108. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 36 km şimal-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 349 nəfər təşkil edirdi. 2007-ci ildə 192 yaşda olan (15-64 yaş arasında) 145 nəfər iqtisadi fəal, 47 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75.5%, 1999-cu ildə 70.7%).
Kalğan (Bostanabad)
Kalğan (fars. كلغان‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 352 nəfər yaşayır (67 ailə).
Kalan
Kalan (Vərziqan) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. Kalan (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kalan (Kəleybər) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kalan məscidi — Buxaradakı (Özbəkistan) əsas cümə məscididir. Poi-Kalan — Kalan minarəsinin aşağısında yerləşən memarlıq ansamblıdır.
Kağan
Xaqan (q.türk 𐰴𐰍𐰣) — erkən orta əsrlərdə bir çox türkdilli xalqlarda dövlət başçısının titulu. "Xaqan" termininə ilk dəfə çin salnamələrində rast gəlinir. Sonralar Kiyev knyazları da bu titulu qəbul etdilər. Monqol imperiyası dövründə isə bu titul "imperator" mənasında işlədildi. Monqol imperiyasında kaan şəklində idi. == İstifadəsi == Bu titula ilk dəfə qədim çin mənbələrində rast gəlinir. Onlar III yüzillikdə yaşayan syanbilərin ulu xanını belə adlandırırlar. 402-ci ildə jujanlar hun titulu olan şanyünün əvəzinə xaqanı qəbul etmişdilər. 551-ci ildə avarlar və göytürklər bu titulu jujanlardan aldılar. Göytürk xaqanlığı çökdükdən sonra digər türk xalqları — xəzərlər, uyğurlar, qarluqlar, kiməklər və qırğızlar xaqan titulundan istifadə etdilər.
Aşağı Calğan
Aşağı Calğan - Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. 1886-cı ildə yuxarı və aşağı Calğanın toplam əhalisi 53 evdə 137 nəfəri kişilər, 134 nəfər isə qadınlar olmaqla 271 nəfər sünni islam etiqadlı Azərbaycan tatarından ibarət idi. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 2,139 nəfər azərbaycanlı yaşamaqda idi. Etiqad baxımından kənd əhalisi müsəlmanlardan ibarətdir.
Calğan dağı
Calğan dağı (Calğan-Tau, Calğan-Dağ) — Sabnova-Calğan silsiləsində, Böyük Qafqazda yerləşən zirvə. İnzibati cəhətdən Rusiya Federasiyası Dağıstan Respublikası Dərbənd rayonu ərazisində yerləşir. Hündürlüyü 585 metrdir. == Coğrafi yerləşmə == Dağ Dağıstan Öndağlığı ilə dəniz kənarı ovalıq arasında qərarlaşır. Dağdan aşağıda Dərbənd şəhəri yerləşir. == Geologi quruluşu == Calğan-Mekax antiklinalına daxildir. Üst-Miosen suxurları üstünlük təşkil edir. == Bitki örtüyü == Dağın ətəklərindən yarımsəhra lanşaftının birdən meşə lanşaftına keçməsini müşahidə etmək olur. Bu isə zirvəuə doğru yağıntının miqdarının artması ilə əlaqədardır (Dərbənd — 171 mm, Calğan — 262 mm). Burada palıd, heyva və digər bitkilər meşə əmələ gətirir.
Coşua Kallan
Coşua Kallan (8 aprel 1991) — Avstraliyalı peşəkar kişi BMX velosipedçisi. Coşua Kallan Avstraliyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Coşua Kallan 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.726 saniyəlik nəticəsi ilə 44-cü yeri tutdu.
Dalgan şəhristanı
Dalgan şəhristanı- — İranın Sistan və Bəlucistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Galmurti şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 52,419 nəfər və 9,894 ailədən ibarət idi.
II Kalman
Kalman Asen — Çar, II İvan Asenin qardaşıoğlu. 1256-cı ildə I Mixaili öldürərək taxta çıxmışdı. Rostislav Mixayloviçin qızı ilə evlənmiş, lakin Rostislavın yürüşünə qarşı dayana bilməyərək paytaxtdan qaçmışdı. Yolda öz əsgərləri tərəfindən öldürülmüşdür. == Mənbələr == John V. A. Fine, Jr., The Late Medieval Balkans, Ann Arbor, 1987.
I Kalman
I Kalman — Çar, II İvan Asenin oğlu. == Hakimiyyəti == 7 yaşında taxta çıxmışdı. Onun dövründə monqolların hücumundan illik vergi ilə ölkə qorunmuşdu. 1246-cı ildə 12 yaşında xəstələnərək vəfat etmişdir.
Janna Kalman
Jeanne Calment (21 fevral 1875, Arl, Fransa – 4 avqust 1997[…], Arl, Fransa) — tarixdə dünyanın ən uzunömürlü sakinlərindən biri. Jeanne Calment 122 il 164 gün yaşayıb. Dünyada ən çox yaşamış insan adını alan Jeanne Calment vəfatına qədər siqaret və içkidən də istifadə edib. O, uzunömürlü olmasının sirrini zeytun yağından istifadə etməkdə görürmüş. Zeytun yağından həm yeməklərdə, həm içki, həm də bədən yağı kimi istifadə edirmiş.
Kalkan (Uçalı)
Içmanqol (başq. Ҡалҡан, rus. Калканово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Uçalı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 26 km, kənd sovetliyindən (Uçalı): 16 km. ən yaxın dəmiryol stansiyasından (Uçalı stansiyası): 18 km.
Kalman Miksat
Kalman Miksat (mac. Kálmán Mikszáth; 16 yanvar 1847[…] – 28 may 1910[…], Budapeşt) — böyük macar yazıçısı, jurnalist və siyasətçi. == Həyatı == Kalman Miksat 1910-cu ildə Slovakiyada anadan olmuşdur. 1866-1869-cu illərdə Budapeşt Universitetində hüquq fakültəsində təhsil almışdır, lakin son imtahanlarda iştirak etmədi və jurnalistika ilə maraqlanmağa başladı. Miksat Pesti Hírlap qəzeti də daxil olmaq bir sıra macar qəzetləri üçün məqalələr yazırdı. Miksatın ilk hekayələri kəndlilərin və sənətkarların həyatlarına həsr edilmişdir. İlk olaraq məzəli kiçik anekdotlar yazan yazıçı sonralar daha böyük əsərlər yazmağa başladı. Romanlarının bir çoxu sosial şərh və satiranı özündə cəmləşdirsə də, ömrünün sonlarına doğru öz əsərlərində aristokratiyadan və onun Macarıstan cəmiyyətində səbəb olduğu çətinliklərdən bəhs edirdi. Teodor Ruzvelt onun "Müq. Piterin çətiri" əsərini çox bəyənmiş və öz heyranlığını bildirmək üçün 1910-cu ildə Avropaya səyahəti zamanı Miksatla görüşmüşdür.
Kalran (Salmas)
Kalran (fars. كلران‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 202 nəfər yaşayır (30 ailə).
Kalvan (Urmiya)
Kalvan (fars. كلوان‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 43 nəfər yaşayır (11 ailə).
Kalyan (Miyanə)
Kalyan (fars. كليان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 155 nəfər yaşayır (42 ailə).
Kalyan minarəsi
Kalyan minarəsi (fars. مناره کلان‎) — Özbəkistanın Buxara şəhərində yerləşən tarixi abidə. Abidə Pol Kalyan məscidinin tərkib hissəsidir. Memarının Bako olduğu minarə müsəlmanlığa keçən əhalini gündə beş dəfə namaza dəvət etmək üçün Qaraxani hökmdarı Arslan Xan Məhəmmədin sifarişi ilə 1127-ci ildə inşa olunub. Daha öncə tikilməkdə olan qüllə başa çatdırılmadan sökülür. Yeni tikilən qüllə yuxarıya doğru daralan şəkildə bişmiş kərpicdən tikilir. Uc nöqtəsinə qədər qüllənin hündürlüyü 48 metr, aşağıdan eni 9 metr, yuxarıdan isə 6 metrə bərabərdir. Minarənin daxilində yuxarısına qədər çıxan spiral şəklində pilləkənlər vardır. Minarənin səhti boyunca kərpiclərin düz və çarpaz yerləşdirilməsi nəticəsində naxış görkəmi yaranıb və yuxarı hissədə buna mavi işləmələr də əlavə olunub. Qüllənin yetərincə hündür olması səbəbindən döyüş vaxtlarında ətrafdan gələ biləcək düşməni müşahidə etmək üçün də şəhərdə yerləşən əsgərlər tərəfindən istifadə olunurdu.
Orta Çalğan
Orta Çalğan — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Yenikənd kənd Sovetinin Orta Çalğan kəndi Məşrif kənd Sovetinin tərkibinə verilmişdir. Yaşayış məntəqəsi eyniadlı digər kəndlərdən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. Kənd Baş Qafqaz silsilə­sinin ətəyində, dəniz səviyyəsindən 522 metr yüksəklikdə yerləşir. Əhalisinin sayı 54 nəfərdir.
Yaqub Kalqay
Əmir Hüseyn Yaqub Kalqay (1 yanvar 1887, Bağçasaray, Tavriya quberniyası[d] – 18 iyun 1955) – Türk siyasətçi və Türkiyə Böyük Millət Məclisinin VIII çağırış deputatı. Yaqub Kalqay 1 yanvar 1887-ci ildə Krımın Bağçasaray şəhərində dünyaya gəlmişdir. İlk təhsilini Mülkiyə məktəbində almışdır. İstanbul Şehremaneti Elm Heyəti mühəndisliyi, Samsun Sivas Dəmir Yolu İnşaat mühəndisliyi, Canik Sanjesi Yolu və Körpülər Baş mühəndisliyi, Mülki Dəmir Yolları və Limanları Hərbi Nəzarət Ümumi müdirliyi, Dəmiryol İnşaat Baş məsləhət və İnşaat və İstismar müdirliyi, Samsun Sivas Dəmiryol İnşaat və İstismar müfəttişi, Kayseri, İzmir Əməliyyatı Müfəttiş, Filyoz Zonquldağ Dəmiryol İnşaat müdirliyi, Nafifa Dəmiryolları İnşaat Elm Heyəti baş mühəndisliyində və.s kimi qurumlarda çalışmışdır. Türkiyə Böyük Millət Məclisinin VIII çağırış deputatı olmuşdur.
Yuxarı Calğan
Yuxarı Calğan - Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. 1886-cı ildə yuxarı və aşağı Calğanın toplam əhalisi 53 evdə 137 nəfəri kişilər, 134 nəfər isə qadınlar olmaqla 271 nəfər sünni islam etiqadlı Azərbaycan tatarından ibarət idi. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 746 nəfər azərbaycanlı yaşamaqda idi. Etiqad baxımından kənd əhalisi sünni müsəlmanlardan ibarətdir. Единый школьный портал Министерства образования и науки Республики Дагестан: средняя школа села Верхний Джалган Дербентского района Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine: История образования села Джалган.
Kalman Mesoy
Kálmán Mészöly (16 iyun 1941 – 21 noyabr 2022) macar keçmiş futbolçusu və meneceri idi . Futbolçu karyerasını Vasas SC- də keçirən Meszöly Macarıstan millisində futbolçu və məşqçi kimi uğur qazanıb. == Karyera == === Futbol karyerası === 11 yaşında futbola başlayan Meszöly , III. Kerületi TUE komandasında başladı . 1959-cu ildə Macarıstanın ən önəmli komandalarından olan "Vaşaş SC" yə keçdi və futbol həyatının sonuna kimi bu komandada çıxış etdi. Vasas tarixinin ən parlaq çağında o, bu uğurun memarlarından biri oldu. Macarıstan Liqasında 4 liqa çempionluğu görüb. O, həmçinin 4 dəfə Şərqi Avropa kuboklarından biri olan Mitropa Kubokunun qalibi olub. Çempion Klublar Kubokunda bir çox matça çıxan futbolçu Real Madrid, Feyenoord, Sporting CP, Internazionale kimi komandalara qarşı oynayıb və 1/4 finala çıxıb. Uğurlu karyerasını 1972-ci ildə başa vurdu. O, 1971-ci ildə Lev Yaşinin yubileyində çıxış edib və qol vurub.
Kálmán Mészöly
Kálmán Mészöly (16 iyun 1941 – 21 noyabr 2022) macar keçmiş futbolçusu və meneceri idi . Futbolçu karyerasını Vasas SC- də keçirən Meszöly Macarıstan millisində futbolçu və məşqçi kimi uğur qazanıb. == Karyera == === Futbol karyerası === 11 yaşında futbola başlayan Meszöly , III. Kerületi TUE komandasında başladı . 1959-cu ildə Macarıstanın ən önəmli komandalarından olan "Vaşaş SC" yə keçdi və futbol həyatının sonuna kimi bu komandada çıxış etdi. Vasas tarixinin ən parlaq çağında o, bu uğurun memarlarından biri oldu. Macarıstan Liqasında 4 liqa çempionluğu görüb. O, həmçinin 4 dəfə Şərqi Avropa kuboklarından biri olan Mitropa Kubokunun qalibi olub. Çempion Klublar Kubokunda bir çox matça çıxan futbolçu Real Madrid, Feyenoord, Sporting CP, Internazionale kimi komandalara qarşı oynayıb və 1/4 finala çıxıb. Uğurlu karyerasını 1972-ci ildə başa vurdu. O, 1971-ci ildə Lev Yaşinin yubileyində çıxış edib və qol vurub.
Kalqay (Krım)
Kalqay (krımtat. qalğa) — Krım xanlığında xanın vəliəhdinə verilən ünvan. Monqol dilindən tərcümədə "böyük qapı" mənasını verir. İlk dəfə 1486-cı ildə Krım xanı I Məngli Gəray tərəfindən oğlu Mehmed Gəray üçün təsis edilmişdir. Krım xanı təyin edilən şəxs dərhal qardaşları, oğulları və ya Gəray sülaləsindən olan bir digər xanzadəni kalqay təyin etməli idi. Kalqayların rəsmi iqamətgahı Ağməscid, indiki Simferopoldur. == Siyahı == == Həmçinin bax == Nurəddin (Krım) == İstinadlar == == Mənbə == Kırım Hanlığı’nda Kalgaylık ve Nureddinlik Üzerine Bir İnceleme. Furkan Cem Tosun. Yüksek Lisans Tezi. İzmir 2022 Münir Aktepe, Şem’dani-zade Fındıklılı Süleyman Efendi Tarihi Mür’i’t-Tevarih, İstanbul Üniversitesi Edebiyat Fakültesi Yayınları, 1978 Anonim Osmanlı Tarihi (1688-1704), Haz: Abdülkadir Özcan, Türk Tarih Kurumu, 2000 Kırım Hanlarına Namei Hümayun (2 Numaralı Name Defteri), Başbakanlık Devlet Arşivleri, İstanbul 2013 83 Numaralı Mühimme Defteri(1036-1037/1626-1628), T.C Başbakanlık Devlet Arşivleri Genel Müdürlüğü, 2001 Sadri Maksudi Arsal, Türk Tarihi ve Hukuk, Türk Tarih Kurumu, 2014 Ömer Bıyık, Kırım’ın idari ve Sosyo-Ekonomik Tarihi, Ötüken Yayınları, 2014 Evliya Çelebi, Evliya Çelebi Seyahatnamesi, Haz: Seyit Ali Kahraman, Yapı Kredi Yayınları, 2.