Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kunqu
Kunqu (Çin: 崑曲; pinyin: Kūnqǔ; Wade-Giles: k'un-ch'ü) Kunju, Kun operası və ya Kunqu Operası adı ilə də tanınır. Çin operasının günümüzə qədər gələn ən qədim formasıdır. Kunshan melodiyasından götürülmüşdür. XVI-XVIII əsrlərdə Çin teatrında üstünlük təşkil etmişdir. Təxminən 600 illik tarixi olan Kunqu yüzlərlə operanın “müəllimi” və ya “anası” sayılır; Buraya Pekin operası da daxildir. Kunqu, 2001-ci ildə UNESCO tərəfindən Bəşəriyyətin Şifahi İrsinin Şah əsərlərindən biri elan edilmişdir.
Karqo kultu
Karqo kultu (ing. Cargo cult; "cargo" – yük, "cult" – ayin, ibadət"; Mənası "daşınan yükə sitayiş etmə" kimi başa düşülür.) — qeyri-ənənəvi inanclardan biri; Sakit okeanın Melaneziya adalarında mövcud olan din. == Tarixi == Sakit okeanın Melaneziya adalarında İkinci dünya müharibəsi dövründə yaranmışdır.
Küllü söyüd
Külüg Bilgə
Külüg Bilgə xaqan - atası II Qutluqdan sonra taxta gəlmiş və cəmisi 3 il taxta qalmışdır. 806-cı ildə Çindəki Mani məbədi məhz onun istəyi ilə yenidən açılmışdı. 808-ci ildə vəfat etmişdi. Övladsız olduğu üçün yenidən seçki ilə hökmdar seçilmişdi.
Külüg Bəy
Külüg Bəy xan — əsl adı Xu olan xaqan əmisinin ölümündən sonra taxta çıxmışdı. Onun dövründə üsyanlar baş qaldırdı. Yuelouvu (掘羅勿) adlı sərkərdənin üsyana başlaması və özünə Şato türklərini kömək olaraq çağırması Uyğur xaqanlığının çöküşünü sürətləndirən xəbərlərdən idi. Şato türklərinin Ordu-Balıq şəhərini mühasirəyə aldığı zaman intihar etdi. Yerinə Uge xan keçdi.
Şəxsiyyət kultu
Şəxsiyyətə pərəstiş və ya liderə pərəstiş həmçinin şəxsiyyət kultu — bir hökumət tərəfindən, çox vaxt qeyd-şərtsiz yaltaqlıq və təriflər vasitəsilə ideallaşdırılmış və qəhrəmancasına lider obrazı yaratmaq üçün göstərilən səyin nəticəsidir. Tarixən o, kütləvi informasiya vasitələri, təbliğat, saxta xəbərlər, tamaşa, incəsənət, vətənpərvərlik, hökumətin təşkil etdiyi nümayiş və mitinqlər üsulları ilə inkişaf etmişdir. Şəxsiyyətə pərəstiş apofeoza bənzəyir, ancaq o, müasir sosial mühəndislik üsulları ilə, adətən bir partiyalı dövlətlərdə və dominant partiya dövlətlərində dövlət və ya partiya tərəfindən qurulur. Şəxsiyyət kultu çox vaxt totalitar və ya avtoritar ölkələrin liderini müşayiət edir. Bunu bəzi monarxiyalarda, teokratiyalarda və uğursuz demokratiyalarda da görmək olar. Tarix boyunca monarxlar və digər dövlət başçıları çox vaxt böyük ehtiramla qarşılanır və fövqəlbəşəri keyfiyyətlərə malik olduqları düşünülürdü. Kralların ilahi hüququ prinsipi ilə, xüsusən də orta əsrlər Avropasında hökmdarların Tanrının və ya tanrıların iradəsi ilə vəzifə tutduqları deyilirdi. Qədim Misir, Yaponiya imperiyası, İnk, Astek, Tibet, Siam (indiki Tayland) və Roma İmperiyası monarxları "tanrı-hökmdarlar" kimi yenidən təyin etmək üçün xüsusilə qeyd olunur. Bundan əlavə, Qədim Roma imperator kultu imperatorları və onların bəzi ailə üzvlərini Roma Dövlətinin ilahi icazəli səlahiyyətinə (auctoritas) aid edirdi. XVIII–XIX əsrlərdə Avropa və Şimali Amerikada demokratik və dünyəvi ideyaların yayılması monarxların bu auranı qoruyub saxlamasını getdikcə çətinləşdirirdi.
Vulkan külü
Vulkan külü (rus. вулканический пепел, ing. volcanic ash, cinder) — vulkan partlayışı ilə sıyıq və bərk lavaların xırdalanmış və toz halına salınmış məhsulları. Toz və qum hissəciklərindən (diametri 2mm-ə qədər) təşkil olunur.
Roma imperator kultu
Roma imperator kultu — imperatorları və onların bəzi ailə üzvlərini Roma dövlətinin ilahi icazəli səlahiyyətə qaldıran kult. Onun özəyi Roma və yunan presedentlərinə əsaslanırdı və erkən Avqust prinsipatı dövründə formalaşdırılmışdır. Bu, lokal səviyyədə qəbulu və ifadəsində dəyişikliklərə məruz qalaraq imperiya və onun vilayətlərində sürətli şəkildə bərqərar olmuşdur. Bu, regional fərqliliklərin təsirlərini yumşaltmaqda ən vacib institutlardan biri idi. Bu konsepsiya e.ə. IV əsrdə, Makedoniyalı İsgəndərin fövqəlbəşər bir varlıq kimi titullar, simvollar və müraciət formaları ilə ilahiləşdirilməsi nəticəsində yaranmışdır. Onun Misirdəki müasirləri fironlara çoxdan tanrı kimi sitayiş edirdilər. Hətta yunanlar belə fikiri qəbul etmişdilər ki, fövqəladə nailiyyətləri olan insanlar "qəhrəman" kimi heç vaxt ölməyəcəklər, əksinə hansısa ali dünyaya yüksələcəklər. Onlar e.ə. IV əsrin ortalarında Axilles, Herakl, Pifaqor və Sirakuzalı Dion kimi qəhrəmanlar haqqında buna inanırdılar.
Tanrıya pərəstiş kultu
Tanrıya pərəstiş kultu — Cənub-Şərqi Asiyada, xüsusilə də Çində qeyri-ənənəvi inanclardan, təhlükəli hesab edilən dini cərəyanlardan biri. Tanrıya pərəstiş kultunun lideri Lyu Caquo əvvəllər "İlahidən göndərilmiş kral" sektasının üzvü olmuş, ancaq sektanın rəhbəri Van Yanminin adi insan olduğunu bildikdən sonra ondan ayrılmışdır. O, belə inancların kökündə fırıldaqçılığın durduğunu tez bir zamanda anlayaraq, 1993-cü ildə kral sektasının bir sıra davamçılarını öz tərəfinə çəkmiş və şəxsi kultunu yaratmışdır. Lyu iddia edirdi ki, o, Yer kürəsinin tanrısıdır. O, öz sektasından varlanmaq və ziyarətçilərlə intim əlaqəyə girmək məqsədilə istifadə edirdi. Sonralar Lyunu 40000 ABŞ dollarını mənimsəməkdə və sektanın 10 üzvünü, həmçinin iki 13 yaşlı qızı zorlamada ittiham etdilər. Həbsdə olan Lyu asanlıqla dələduzluğunu boynuna alaraq bildirdi: Lyu Caquo 1999-cu ildə ölüm hökmünə məhkum edilənədək Tanrıya Pərəstiş kultu Hunan əyalətində 10000-dən çox adamı təriqətə cəlb etməyə nail olmuşdu. Gülnar Seyidli. Asiyada təhlükəli 10 dini cərəyan. "Cəmiyyət və Din" qəzeti.
İl Külüg şad
İl Külüg şad — Göytürk xaqanlığında çox qısa dövrdə hakimiyyətdə olmuşdur. Tezliklə İrbis İşbara Yabqu xaqanla əvəz olunub.
Düzgü
Düzgü — uşaq aləmi üçün maraqlı olan adların, hərəkətlərin, obrazların təkrar edildiyi və müstəqil məna ifadə etməyən, süjeti olmayan mətnlərdir. Lakin bu heç də o demək deyil ki, düzgülərdə yalnız forma var. Müşahidələr göstərir ki, ibtidai, primitiv şəkildə olsa da, düzgülərin hər birində pərakəndə şəkildə müəyyən məzmun nəzərə çarpır. Düzgülərin daha əvvəllərdə -alliterasiyalı poeziyanın meydana gəldiyi dövrlərdə yarandığını ehtimal edənlər var. Son vaxtlar düzgülər "Təkərləmə" adı ilə də təqdim olunur.
Güllü
Güllü — Azərbaycanlı qadın adı. Güllü Mustafayeva — Azərbaycan Respublikasının xalq rəssamı (1992) Güllü Əbilova — arxeoloq, tarix elmləri namizədi. Güllü Eldar Tomarlı — şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Güllü Yoloğlu — Dünya Türkologiya Mərkəzinin sədri Digər Güllü (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.
Güzgü
Güzgü — nisbətən hamar səth olub, qayıtma qanununa əsasən səthə düşən işığın paralleliyini təmin edərək səthdə əksin yaranmasına imkan verir. Buna görə də, səthin güzgü kimi işləməsi üçün onun kələkötürlüyü düşən işığın dalğa uzunluğunun yarısına bərabər olmalıdır. Ağ nahamar səth də işığı qaytarır, ancaq burada işıq nizamlanmamış şəkildə olduğundan heç bir əksi görmək olmur. Müstəvi güzgülər eyni ölçülü virtual şəkillər göstərirlər. Refleksion güzgülərdə isə yana dönmüş, başıüstə olan şəkilləri görmək olur. Müstəvi olmayan güzgülərdə əksin keyfiyyəti güzgünün xassələrindən asılı olur (qabarıq, çökük, dalğavari güzgü). Burada güzgüyə olan məsafə də rol oynayır. Beləliklə təhrif olunmuş əkslər alınır. Qabarıq güzgülərdə əkslər böyük, çökük güzgülərdə isə kiçik alınır. Ən geniş yayılmış güzgü növləri məişətdə, əsasən isə evlərdə işlədilən güzgülərdir.
Huluqu
Huluqu şanyü (v. e.ə. 84) — eramızdan əvvəl 96-cı ildə atasının yerinə taxta keçmişdi. Hakimiyyətə gələndə adı bilinməyən bir qardaşını vəliəhd təyin etsə də o tezliklə vəfat etmişdi. == Hakimiyyəti == Hakimiyyətinin ilk 6 ili sakit keçən Huluqu 90-cı ildə keçmiş düşmənləri olan qonşuları Vanqu və Vuhuanlardan çinlilərə qarşı böyük bir ordu qurmaqda yardım etməsi üçün əsgər istədi. Vuhuanlardan 70.000 əsgər gəldi. Hun şahzadəsi Çyueçen 30.000 əsgərlə, Mantun isə 40.000 əsgərlə gəldi. Şanyü Altay dağlarına çəkilərək döyüşə hazırlaşmağa başladı. Çin ordusu Hun dövlətinin içərilərinə daxil olub heç kimi tapmayandan sonra qayıdarkən Hun generalı Li Linin hücumuna məruz qalaraq geri çəkildi. Huluqu Çin ordusunu böyük bir məğlubiyyətə uğradaraq Çindən 600 litr şərab, 2 milyon litr düyü və 100.000 top ipək tələb etdi.
Kargu
Kargu — Türkiyə istehsalı pilotsuz uçuş aparatı. Hazırlayan və istehsalçı - Türk Müdafiə Şirkəti (Savunma Teknolojileri Mühendislik ve Ticaret AŞ). == Ümumi məlumat == Kargu hekikopter tipli kamikaze dronudur. 2017-ci ildən bəri Türk ordusunun arsenalına daxildir. 2019-cu ildən STM, təkmilləşdirilmiş Kargu-2 dronlarının istehsalına başlamışdır. 2020-ci ilin əvvəlində Türkiyə hökuməti bu tip 356 PUA alınması üçün müqavilə imzalamışdır. Kargu-2-nin çəkisi 15 kq ağırlığındadır. Eyni zamanda, Kargu-2 havada 30 dəqiqəyə qədər qalma qabiliyyətinə malikdir. İdarəetmə operator tərəfindən yerdən həyata keçirilir. Bu səbəbdən dron hərəkətdə olan obyektlər də daxil olmaqla istənilən hədəfə tərəf yönəldilə bilər.
Kinqu
Kinqu — Akkad mifologiyasında kosmoqonik Enuma eliş poemaya əsasən, Tiamatın əri, bir əcaib, div, okeanın duzlu suyu, ilk nəsil tanrı. İlk tanrılar tərəfindən yeri əhatə edən şirin su dəryası - Apsu öldürüldükdən sonra Tiamat tale cədvəlini Kinquya etibar edərək onu özünə ər, həmhökmdar və onu tabesində olan tanrılar və on bir əcaib div ordusuna başçı edir. Marduk ox-kaman, dəyənək və torla silahlanaraq dörd külək və yeddi çovğunla on bir əcaib Timatın üzərinə hücum çəkərək döyüşə girir. Tiamat güclü küləyin təsiindən açıq ağzını yuma bilmir. Marduk dərhal onu öz oxu ilə öldürür və dünyaya sahib olmaq üçün Kinqunu ələ keçirir.Daha sonra Marduk dünyanı yaradır: Timatın bədənini ikiyə parçalayaraq, gövdəsinin aşağı hissəsindən yeri yuxarı hissəsindən göyü, kəlləsindən dağları, gözlərindənisə Dəclə və Fərat çaylarını yaratmış olur. Buna görə də Tiamat yerlə, Kinqu isə onu zərbələrdən qoruyan ayla xarakterizə olunur.
Kollu
Kollu (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Kollu (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd.
Ktulhu
Ktulhu - məşhur Amerika yazıçısı, qorxu janrının ən tanınmış simalarından olan Hovard Fillips Lavkraft -ın əsərlərində adı keçən mifik obraz, qədim tanrıdır. Əsərdə adı keçən Daqon, Ktulhu və digər tanrılar insanlığa xidmət etmir, uzaq ulduzlardan gəlib okeanın dibində yatırlar və öz qalxış vaxtlarını gözləyirlər. Ktulhu obrazı qorxu janrını sevənlər arasında çox məşhurdur və bir çox fantastika janrında filmlərdə yaradılmış obrazların formalaşmasında təsiri olub.
Kulab
Kulab (tac. Кӯлоб) — Tacikistanın Xatlon bölgəsində yerləçən şəhər. Yaxsu çayının vadisində (Pənc hövzəsi), Düşənbə şəhərindən 175 km cənub-şərqdə, Xəzratişox silsiləsinin ətəyində yerləşir. == Əhalisi == Əhalisinə görə respublikada dördüncü şəhərdir: əhalisi 1 yanvar 2015-ci il tarixinə 101.200 nəfər idi; 1 yanvar 2019-cu il tarixinə 105.500 nəfərdir. == Tarixi == Kulab, Xuttalyanın yeni paytaxtı olaraq XVI əsrdə ortaya çıxdı və Abdullah adına görə kiçik bir şəhər idi, lakin üç qapısı olan möhkəm qala vardı: Çarsu (şimal tərəfdə), İmam (qərbdə) və Darb əl-Xaivan (cənub tərəfdə). Şərq tərəfində şəhər dağlarla qorunurdu. 1504-1505-ci illərdə şəhər Özbək xanədanının qurucusu - Şeybani xan tərəfindən tutuldu və Şeybanilər dövlətinin bir hissəsi idi. Şeybani xanın ölümündən sonra, 1510-cu ildə tarixdə Xan Mirzə kimi tanınan Teymurlu Sultan Veys Mirzənin nəsilləri burada hakimiyyəti ələ keçirdi. 1584-cü ilə qədər Süleyman Şahın nəvəsi Şahrux Mirzə burada hökm sürdü və həmin ildə şəhər Şeybanidlərin Özbəklər sülaləsinin nümayəndəsi — II Abdullah Xan tərəfindən yenidən ələ keçirildi və birbaşa dövlətin mərkəzinə tabe edildi — Buxara. Nadir Məhəmməd Xanın (1642-1645) dövründə Kulab, Özbək Əştərxanilər sülaləsinin hakimiyyəti altındakı ikinci siyasi mərkəz olan Bəlxə təyin edildi.
Kulen
Kulen (Serb-Xorvat. kulen və ya kulin) paprika və digər ədviyyatlarla bol olan sous ilə hazırlanmış və hisə verilmiş donuz əti kolbasasıdır. Voyevodina (Serbiya), həmçinin Slavonya və Baranya(Xorvatiya) geniş yayılmışdır. “Sirem kuleni” və “Baran kuleni” coğrafi mənşə ilə əlaqəli olub, Avropa Birliyində qeydiyyatdan keçmiş məhsullardır. Slavonya kuleni isə 2007-ci ildən etibarən rəsmi olaraq Xorvatiyanın qeyri-maddi mədəni irsinin bir elementi olaraq tanınır. Kulen xüsusi bayramlarda süfrəyə verilir: Milad, Pasxa, toy, il dönümləri, uşaqların vəftiz edilməsi və s. Hər il Bački Petrovacda Kulen regional festivalı keçirilir. == Çeşidləri == === Sirem kuleni === Sirem kuleni, Serbiyanın Voyevodina bölgəsinin ənənəvi ev kolbasasıdır, hər bir ailə və hər bir sənaye istehsalçısı üçün (əsasən ədviyyat növləri və həcmi nisbətləri) fərqlidir. Bu növ haqqında ilk yazılı məlumat 1852-ci ildə Vyanada nəşr olunan kitabda yer alır. Sözün mənşəyi yunan dilində “κόλον” - kök bağırsaq mənasını verir.
Kuleş
Kuleş — əsasə təkibi buğda və sala olan şorbadır. Vilyam Poxlyobnikin kulinariya kitabında kuleş sala ilə bişirilən nadir kaşalardan biridir (Belarusiyanın milli şorbası). Bəzi ölkələrdə bu şorbaya soğan əlavə edilir (Ukrayna və Cənubi Rusiya). == Yayıdlığı regionlar == Kuleş əsasən cənubi Rusiya regionunda xüsusilə Ukrayna-Rusiya sərhəddində, Belqradda, Voronej əyalətində, Rostov əyalətinin qərb hissəsində və Stavropolda, həmçinin Rusiyanın cənub, cənub-şərq hissəsində, Ukraynanın Çernoqoriya və Bryanda yayılmışdır. == Şorbanın adının mənası == Əhalinin əksər hissəsi onu kuleş adlandırır. Ancaq əksər insanlar xüsusilə Ukrayna və Rus dilində onu "pereverteni" adlandırır. Hal-hazırda Ukrayna əhalisi bu sözün mənasını belə bilmir. Əslində bu söz Avstriya mənşəli sözdür. Kyoleş alman dilində "millət" deməkdir. == Ədəbiyyat == Азбука домашнього господарювання.
Kulfi
Kulfi (həmçinin xulfi və ya qulfi kimidə yazılır; Hindistanicə: क़ुल्फ़ी və ya قلفی) — Hindistan yarımqitəsində məşhur dondurulmuş süd məhsullarından hazırlanan desert. Adətən "Hindistan yarımqitəsinin ənənəvi dondurması" kimi təsvir olunur.
Kuliq
Kuliq (pol. kulig — kirşə qatarı) — Polşada atlara birləşdirilmiş kirşələrlə gəzmə adəti, hansındaki bir neçə kirşə qoşumu iştirak edir. Bu özünəməxsus əyləncə növü Böyük pəhrizdən əvvəl son həftədə keçirilir və çox vaxtı tonqal ətrafında musiqi, nəğmə və əyləncə ilə müşayiət olunur, bundan başqa adətə görə, bu vaxt ərzində ət yemək qadağan olunur. Axşamlar kirşə gəzmələri tez-tez məşəl ilə işığlandırılır. XVI əsrdən XX əsrin əvvəllərinə qədər kirşə gəzmələri həm maqnatlar, həm də zadəganlar arasında çox populyar əyləncə növü idi, bununla onlar Polşanın parçalanmasında sonra vətənpərvərlik mərasimini təmsil edirdilər, belə ki kuliqlər Polşa milli adət-ənənəsinin inkişafını simvolizə edərək, düşmənlərə qarşı təşkil olunurdu. Kirşə qatarına ənənəvi olaraq Arlekin adlandırılan bələdçi başçılıq edirdi, onun vəzifəsi marşrutu helə qurmaq idi ki, işğalçılara qarşı birgə silahlı qarşıdurma olarsa bir-biri ilə düşmənçilik edən zadəgan ailələri birləşə bilsinlər. Bu cür kirşə gəzintisi bir neçə gün də davam edə bilərdi. Kuliq zamanı krakovyak, mazurka, polonez və oberek ilə kuyaviyak kimi polyak xalq rəqsləri və polka və drabantlar kimi regional rəqslər oynanırdı. Ancaq vals və ya tanqo kimi xarici rəqslərin oynanılmasına icazə verilmirdi, bunu edən adamı qatardan ata bilərdilər, belə təhdid həmçinin frak geyinənlərə də şamil olunurdu. Müasir zamanda kuliq, bir-birinə ip və ya trosla birləşdirilmiş kirşə gəzintisinə də deyilir və at yerinə traktor və ya avtomobil istifadə olunur.
Kuliç
Kuliç Pasxa çörəyinin rus adıdır. == Tarixi == Şərq slavyanlarında bayram çörəyi hündür olub, üzəri bəzədilirdi.Silindrik formada olması onun kilsə ilə əlaqəsi ilə bağlıdır. == Təsviri == Bu mayalı xəmirdən hazırlanan çörək müxtəlif formalarda olub, yalnız həmişə hündür olmalıdır. Katoliklər mayalı kuliçlərdən başqa şəkərli kuliçlərdə hazırlayırdılar ki, bunu da "babı" adlandırırdılar.Üzəri bəzən kişmişlə, qlazurla və ya şəkər tozu ilə bəzədilir. Dadlandırıcılardan vanil, hind qozundan istifadə edilir. Rusiyanın müxtəlif əyalətlərində kuliçin forması fərqli olur.
Kölgə
Kölgə — işığın şəffaf olmayan bir obyekt tərəfindən qarşısının kəsilməsi ilə işıqlı bir yerdə meydana gələn qaranlıq sahədir. İşıq mənbəyindən çıxan işıq bir cismə dəydikdə, cisimin işıqlandırılmış üzünün əksi tərəfində formalaşan qaranlıq hissəyə kölgə deyilir. Bir nöqtəvi işıq mənbəyindən çıxan şüalar düz xətti bir yol izləyirlər. Mənbədən gələn bəzi şüalar qarşısında yerləşdirilən qeyri-şəffaf bir cismin arxasına keçə bilər, bəzi şüalar isə keçə bilmir. İşıq mənbəyindən çıxan heç bir işığın çata bilmədiyi cismin arxasındakı hissəyə tam kölgə deyilir. Bəzi şüaların çata bildiyi və bəzilərinin çata bilmədiyi hissədə meydana gələn qaranlığa isə yarı kölgə deyilir. Cismin kölgəsi obyektdən uzaqlaşdıqca böyüyür, yaxınlaşdıqca kiçilir. Belə hadisələrə insanlar kölgə deyir. Ən böyük kölgələr səhərlər və axşam qaranlıq düşməzdən əvvəl yaranır. Eyni zamanda, günəş saatı kölgə ilə göstərilən rəqəmə görə vaxtı göstərir.
Külah
Külah — Azərbaycanda tarixən mövcud olmuş baş geyim formalarından biri. == Haqqında == Farsca "papaq" mənasını bildirən külah oğuzlar arasında hələ ilk orta əsrlərdən məlum idi. Kəndlilər, şəhər yoxsulları "kulah-namad" adlanan oval formalı keçə külah, orta və yuxarı zümrələr isə konusvarı formalı hündür külah geyirdilər. Kitabi Dədə Qorqud dastanlarında kişi baş geyim kimi külah haqqında qeyd olunur ki, "…altı ögəc dərisindən, külah etsə, qulaqlarını örtməyən, qolu-budı xaranca, uzun baldırları incə, Qazan bəgün dayısı At ağızlu Aruz qoca çapar yetdi". Bu mətndən bəlli olur ki, oğuzların külahı qoyun dərisindən, xüsusilə erkək qoyun dərisindən tikilərmiş. Külah tipli konusvarı baş geyiminə Təbriz miniatür məktəbinə mənsub olan incəsənət əsərlərində də tez-tez təsadüf edilir. Bu bir daha göstərir ki, XVI əsrdə Azərbaycan ərazisində külah kütləvi səciyyə daşımışdır. Hətta əsilzadə şəxslərə məxsus olan bəzi təsvirlərdə külahın ətrafına çalma sarındığı müşahidə olunur. Görünür, orta əsrlərdə külah parçadan tikilən baş geyimini də ifadə edirmiş. Son zamanlaradək Azərbaycanın bəzi etnoqrafik bölgələrində, xüsusilə Abşeronda "taskülah", yaxud "şəbkülah" adı ilə bəlli olan kişi baş geyimi hələ dəbdən düşməmişdi.
Külcə
Qulca (uyğ. غۇلجا /Ғулҗа, qaz. قۇلجا /Құлжа), yaxud Külcə və ya İnin (çin. sadə. 伊宁, pinyin: Yíníng) — Sintszyan-Uyğur Muxtar Rayonunda qəza, şəhər. == Tarixi == Göytürk xaqanlığı dönəmində dağüstü yaylalardan biri Külcə adlanırdı. Hindistan istiqamətində Qerman və Robert Şlaqintveyt qardaşları bu ərəfədə Mərkəzi Asiyaya doğru irələləməkdə idilər. Onlar Təkla-Məkan səhrasının cənubunda yerləşən Xotana qədər gələ bilsələr də Yarkəndə çata bilmədilər. 1865-ci ildə V.Q.Djonson Xotanda on altı gün qalmaqla şəhərin coğrafi koordinatlarını müəyyən etdi. Hindistan topoqrafiya idarəsinin nümayəndəsi Mirzə Şudça Amu-Dəryaya çatır, Çakmak-Kul gölünü aşkar etdikdən sonra Qaşqar istiqamət götürür.
Külək
Külək və ya Yel — havanın üfüqi istiqamətdə hərəkətidir. Külək nəticəsində istilik və rütubət bir sahədən digərinə aparılır. Barik qradiyentin təsiri altında əmələ gələn külək təzyiq yüksək olan sahədən təzyiq aşağı olan sahəyə doğru əsir, istiqaməti və sürəti ilə səciyyələnir. Havanın kütləsinin yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkətinə külək deyilir. Külək çox vaxt əsdiyi cəhətin adı ilə adlanır. Küləyin güc və istiqamətini flüger cihazı ilə, sürətini (m/san və ya km/saat) isə anemometrlə təyin edirlər. Küləyin gücü sürəti ilə düz mütənasibdir. Küləyin rumblar üzrə təkrarlanmasına "külək gülü" deyilir. Külək gülünə görə hakim küləyi təyin etmək olar. Küləyin əsdiyi təzyiq qurşaqları arasında təzyiq fərqi nə qədər böyük və mərkəzlər bir-birinə nə qədər yaxın olarsa, külək də bir o qədər güclü əsər.