Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Daruma (kukla)
Daruma (yap. だるま və ya 達磨) — yapon mifologiyasında xoşbəxtlik gətirən tanrı Bodhidharmanı təcəssüm etdirən yaponların ənənəvi hacıyatmaz kuklası. Bu kuklalar əlsiz və ayaqsız olur, ağac, papye-maşe, nadir hallarda kağızdan hazırlanır. Bu kuklaların belə hazırlanmasının səbəbi kimi əfsanəyə görə, tanrı Bodhidharmanın 9 il meditasiyadan sonra əl və ayaqlarının yox olması olmuşdur. Kuklalar adətən qırmızı rəngə boyanır. Nadir hallarda yaşıl, sarı və ağ rəngə boyanmışlara rast gəlinir. Bu kuklalar saqqallı və bığlı təsvir olunsa da, gözləri bəbəksiz olur. == Bodhidharma == Daruma (Bodaydaruma) dzen-buddist məktəbinin əsasını qoyan tanrı Bodhidharmanın adının yaponca tələffüzüdür. 510-cu ildə tanrı Bodhidharma Çinə yollanaraq Lyan sülaləsindən olan hökmdar U-dinin (502–556) hakimiyyəti dövründə Sunşan dağlarında Şaolin monastrının əsasını qoymuşdur. Deyilənə görə, bu monastrda o, ancaq divarı seyr etməklə 9 il meditasiyada olmuşdur.
Kukla Teatrı
Kukla teatrı, əksər hallarda insan və ya heyvan fiqurlarına bənzəyən, kukla adlandırılan cansız əşyaları və insan tərəfindən idarə edilən bir növ teatr və ya tamaşadır. Belə bir tamaşa kukla performansı kimi də tanınır. Kukla performansı ssenariyə əsasən kukla teatrı adlanır. Kuklaların bədəni, başı və bəzi hallarda kuklanın ağzını və gözlərini hərəkətə gətirmək və ya idarə etmək üçün çubuqlar və ya iplər kimi cihazlardan istifadə olunur. Kuklaçı bəzən kukla xarakterinin səsi ilə danışır və ya qeyd olunan səs musiqisi ilə çıxış edir. Kuklaların bir çox müxtəlif növü var və formasından və təyinatlı istifadəsindən asılı olaraq müxtəlif materiallardan hazırlanır. Quruluşlarında son dərəcə mürəkkəb və ya çox sadə ola bilər. Ən sadə kukla tək barmağa sığan kiçik kukla olan barmaq kuklaları və corabdan əmələ gələn və əlini çorabın içərisinə yerləşdirərək işlədilən corab kuklalarıdır. Panç və Judi kuklaları buna nümunə göstərilə bilən oxşar kaklalardır. Digər əl və ya əlcək kuklaları daha böyükdür və hər kukla üçün kuklaçı tələb olunur.
Kukla dövlət
Kukla dövlət — de-yure müstəqil olan, lakin de-fakto xarici bir dövlətdən asılı olan dövlət.
Kuzma Abramov
Kuzma Qriqoriyeviç Abramov (rus. Кузьма́ Григо́рьевич Абра́мов; 30 oktyabr (12 noyabr) 1914, Starıe Naymanı[d], Simbirsk quberniyası[d] – 4 avqust 2008, Saransk) — Rusiya və SSRİ yazıçısı, dramaturqu, redaktoru. O, Mordoviya mədəniyyətinə, o cümlədən erzyan ədəbiyyatına verdiyi töhfələr ilə tanınır. Abramov Mordoviya Əməkdar (1964) və Xalq (1985) yazıçısıdır, Mordoviyanın fəxri vətəndaşıdır (2000). == Həyat və fəaliyyəti == Kuzma Qriqoriyeviç Abramov 30 oktyabr 1914-cü ildə Rusiya imperiyasının Starıe Naymanı kəndində qarışıq etnik tərkibli bir kəndli ailəsində anadan olmuşdur. Atası milliyyətcə mordva və erzyan olan Qriqori Stepanoviç idi. Stepanoviç miqrant işçi və Birinci Dünya müharibəsinin iştirakçısı idi. Anası Anastasiya Maksimovna rus əsilli bir evdar qadın idi.1920-ci ildə Abramovlar ailəsi Molniya kəndinə köçmüşdür. Abramov uşaq ikən "həm rus, həm də mordov dillərində eyni dərəcədə pis idi" və kəndinin ucqar olduğu üçün sistemli şəkildə məktəbə gedə bilməmişdir. O, doqquz yaşına çatanda oxumağa, yazmağa və şeir yazmağa başlamışdır.
Kuzma Andrianov
Kuzma Andrianov – rus kimyaçısı, SSRİ EA akademiki (1964), Sosialist Əməyi Qəhrəmanı (1969), SSRİ Dövlət mükafatı (1943, 1946, 1950, 1953) və Lenin mükafatı laureatı (1963). Moskva Dövlət Universitetini bitirmişdir (1930). Ümumittifaq Elektronika İnstitutunda (1929–1954), Ümumittifaq Aviasiya Materialları İnstitutunda (1946–1953), SSRİ EA Element- Üzvi Birləşmələr İnstitutunda (1954-cü ildən) və Zərif Kimya Texnologiyası İnstitutunda (1959-cu ildən) işləmişdir. Tədqiqatları yeni sinif polimerlər – poliüzvi siloksanlar kimyasına aiddir. Andrianov silisium (IV) xloridin sənaye üsulu ilə sintezi metodunu, poliüzvi siloksanlar əsasında materialların alınma üsullarını işləyib hazırlamışdır.
Kuzma Kovaçiç
Kuzma Kovaçiç (d. 6 iyun, 1952, Hvar adası, Xorvatiya) — Xorvat mənşəli akademik heykəltaraş və professor. == Haqqında == Kuzma Kovaçiç 1952-ci il, iyun ayının 6-da Xorvatiyada, Hvar adasında anadan olub. Orada gimnaziyada təhsil alıb. 1976-cı ildə isə Zaqrebdə İncəsənət Akademiyasını bitirib. O Hvar Kafedralında altarın müəllifidir. Papa II Con Paulun Braç adasında Selcada inşa edilən heykəlinin müəllifidir. Şkabrinya və Zaqrebdəki Franyo Tucman, Omiş yaxınlığında Qatedə Antun Mihanoviç, Prozor-Rama yaxınlığındakı Diva Qrabovçeva heykəlləri də onun əsərləridir. Kovaçiç Xorvatiya kunalarını (1, 2, 5, 10, 20, 50 lipa və 1,2,̥ 5 və 25 kuna) da dizayn edib. Beynəlxalq səviyyədə əsərləri Zaqrebdəki Müasir Qalereyada və Splitdə İncəsənət qalereyasında sərgilənir.
Leonid Kuçma
Leonid Daniloviç Kuçma (ukr. Леонід Данилович Кучма; 9 avqust 1938, Çaykino[d], Çerniqov vilayəti) — Ukrayna Respublikasının 2-ci Prezidenti. == Həyatı == Leonid Kuçma 9 avqust 1938-ci ildə Ukraynanın Chaikyne şəhərində (Çerniqov vilayəti) anadan olmuşdur. 19 iyul 1994-cü ildən 23 yanvar 2005-ci ilə kimi Ukrayna Respublikasının 2-ci Prezidenti olmuşdur.
Pandora (kukla)
Pandora (kukla) — yunan mifologiyasında qəhrəman qadın olan Pandoranın (yunancadan-hamıya bəxş edilmiş deməkdir) şərəfinə adlanıb və geyim modellərinin nümayişi üçün yaradılmışdır. == Pandora kuklasının tarixi == 1640-cı illərdə Fransada modanın geniş yayılması ilə əlaqədar mumdan hazırlanan gözəl bir kukla ixtira etdilər. Bu kukla insan boyu ölçüsündə idi və yunan mifilogiyasının qadın qəhrəmanı olan Pandoranın şərəfinə adlanmışdı. Bu moda jurnallarının olmadığı və modanın düşünülmüş şəkildə yayılması üçün ilk cəhdlərdən biri olmuşdur. Düzdür həmin dövrdə “Zərif Merkuri (mifologiya)” adlı bir moda jurnalı olsa da, amma o, çox az tirajda nəşr olunurdu. Moda jurnalları ancaq XVI Lüdoviqin hakimiyyət illərinin sonlarında, daha doğrusu Böyük Fransa inqilabı zamanı tez satılmağa başlamışdı. Kuklanın özünün bütöv bir qarderobu, parfumeriya və aksessuarlar olan sandıqcaları vardı. Pandoralar 1860-cı illərə qədər mövcud olmuş və bundan sonra onları müasir manekenlər əvəz etmiş, moda jurnalları isə adi vətəndaşlar üçün də ələ keçilən olmuşdur. Pandora gəmilərdə, arabalarda, qayıqlarda bütüb avropa ölkələrini gəzmişdir. Buna görə, iki cür Pandora kuklası var idi: Böyük Pandora rəsmi geyindirilmiş və həmin dövrdə modada hakimlik edən; Balaca Pandora isə səhərlər geyinilən ev geyimini nümayiş etdirirdi.
Ken (kukla)
Kuma çayı
Kuma çayı (kab.-çərk. Гум,qaraç.-balk. Къум, çeç. ГӀум-хи, qum. Кум) — Şimali Qafqazda çay. Uzunluğu 802 km, hövzəsi 33,5 min km²-dir. Kuma çayının əsas qolları: sağ qoları — Podkumok, Zolka, Darya; sol qolları — Surkul, Suxoy və Sulu Karamık, Tomuzlovka, Buyvola çaylarıdır. == Etimologiyası == Çayın adı əsasən türkcə "kum" sözündən("qum") əmələ gəlmişdir. Kuma çayı şağı axarlarında, həqiqətən də qumların arasından axır. XI–XIII əsrlərdə Kumanların ərazisi boyunca axırdı, buna görə də bəziləri çayın adını Kumanların öz adı ilə-"Kumanlar" ilə eyniləşdirirlər.
Budapeşt kukla teatrı
Budapeşt kukla teatrı (mac. Budapest Bábszínház) — Budapeştdə yerləşən Kukla Teatrı, Mərkəzi Avropanın ən böyük kukla teatrı. 1949-cu ildə Dövlət Kukla Teatrı adı altında yaradılmış və uzun müddət Macarıstanda yeganə peşəkar kukla teatrı idi . Müasir adı 1992-ci ildə verildi Budapeşt Kukla Teatrı, memar Adolf Lanq layihəsi ilə 1875-1877-ci illərdə inşa edilmiş Andraşı prospekti 69-da keçmiş qədim incəsənət qalereyasının tarixi binasında Ferens List Musiqi Akademiyası yanında yerləşir. Kukla teatrından əvvəl kabaralar binada işləyirdi və Milli Teatr da burada kamera mərhələsində çıxış etdi. 9 mərtəbəli bir binada 403 yerlik zalı ilə müasir texnika ilə təchiz olunmuş əsas mərhələdən əlavə, Budapeşt Kukla Teatrı konfiqurasiyanın dəyişdirilməsi imkanı ilə beşinci mərtəbədə 99 yerlik kamera zalı ilə təchiz olunmuşdur. Budapeşt Kukla Teatrı yalnız Macarıstanda və xaricində şöhrət qazanmışdır, yalnız uşaqların çıxışları ilə deyil, böyüklər üçün çıxışları ilə. Budapeşt Kukla Teatrının repertuarında yalnız Macar müəllifləri tərəfindən deyil, "Midsummer Night's Dream" və "Fırtına" tamaşaları nümayiş etdirilir. Klassik musiqi Bela Bartok, Zoltan Kodaya, Çaykovski, Stravinski, Ravel və Prokofyevin əsərləri orkestri ilə böyük uğur qazanmışdır. Beləliklə, Budapeşt Kukla Teatrı kukla nümayişinin bərabərliyini sənətkarlığın digər sahələri ilə sübut edir.
Gəncə Kukla Teatrı
Gəncə Dövlət Kukla Teatrı — Gəncə şəhərində yerləşən teatr. Kukla teatrı 18 sentyabr 1986-cı il tarixində yaradılmışdır. == Tarixi == Gəncə Dövlət Kukla Teatrı Azərbaycan SSR Nazirlər Sovetinin 18 sentyabr 1986-cı il tarixli 299 saylı əmrinə əsasən yaradılmışdır. Bu müddət ərzində teatrda 100-ə yaxın tamaşa hazırlanmışdır. Teatrda ildə 250 tamaşa oynanılır. Hər il proqnoz üzrə 4 tamaşa hazırlanır. Repertuarda Azərbaycan yazıçıları ilə bərabər dünya xalqlarının əsərlərinə də üstünlük verilir.Gəncə Dövlət Kukla Teatrı bir çox Beynəlxalq festivallarda da iştirak edib. Teatrın kollektivi Şərq Xalqları Kukla Teatrları Festivalında (Almatı, 1994), Birinci Beynəlxalq Kukla Teatrları Festivalında (Kutaisi, 1996), Kukla və Kölgə Oyunları Festivalında (İzmir, 1999, 2001, 2003), "Ən Yaxşı Uşaq Tamaşaları" Festivalında (Bakı, 2000), Beynəlxalq Qaragöz Kukla və Kölgə Teatrları Festivalı (Bursa, 2001), "Sehrli pərdə" Uşaq Tamaşaları Festivalı (Torqoviş, 2005), "Milli Klassiklər Kukla Teatrlarının Səhnəsində" Festivalında (İvano-Frankovsk, 2005), Kukla Teatrları Həftəsi (Bakı, 2008) Azərbaycan Respublikasını təmsil etmişdir. === Teatr binası === Bina 1902-ci ildə Gəncə Kişi Gimnaziyasının rəhbərliyi tərəfindən rus pravoslav kilsəsi kimi inşa edilmişdir. Tikintidə əsasən bişmiş kərpicdən istifadə olunmuşdur.
Azərbaycan Dövlət Kukla Teatrı
Azərbaycan Dövlət Kukla Teatrı – 1931-ci ildə Bakıda uşaqlar üçün yaradılmışdır. Ayrı-ayrı illərdə (1931–1941; 1946–1950) müstəqil teatr kimi, müəyyən çağlarda isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (1941–1946) və Azərbaycan Dövlət Filarmoniyası yanında (1950 ildən) fəaliyyət göstərmişdir. 1965-ci ildən müstəqil teatrdır. == Ümumi məlumat == İndiki Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının əsasını 1931-ci ildə Mollağa Bəbirli qoymuşdur. Bu teatrın ilk tamaşası 1932-ci ildə ("Sirk" adlı tamaşa) göstərilmişdir. Müxtəlif illərdə (1931–1941-ci illər); (1946–1950-ci illər) müstəqil teatr kimi, müəyyən dövrlərdə isə Azərbaycan Gənc tamaşaçılar teatrı (1941–1946-cı illər) və Azərbaycan Dövlət Filarmoniyasının nəzdində (1950-ci ildə) fəaliyyət göstərmişdir. Azərbaycan və rus bölmələri var. 1964-cü il aprel ayının 15-də teatra "Dövlət" statusu verilib. 1975-ci ildən teatrda böyüklər üçün də tamaşalar göstərilir. == Tamaşalar haqqında == Azərbaycan Dövlət Kukla Teatrının azərbaycan dili və rus dili bölmələri var.
Dağıstan Dövlət Kukla Teatrı
Dağıstan Dövlət Kukla Teatrı — Dağıstanın paytaxtı Mahaçqala şəhərində dövlət kukla teatrı. == Tarixi == Kukla Teatrının açılışı Böyük Vətən müharibəsindən bir az əvvəl - 30 aprel 1941 -ci ildə baş tutdu. Həmin ilin avqust ayında Dağıstan Muxtar Sovet Sosialist Respublikası Hökumətinin Kukla Teatrının açılması haqqında Fərmanı verildi. 1944-cü ildə Rusiya xalq nağılı "Qoğal"a əsaslanan tamaşa ilə debüt edən Kumuk aktyor qrupunun yaradılması Teatr üçün əlamətdar oldu. 1940-cı illərin sonlarında Teatra yüksək rejissor təhsilli, yaradıcılıq sahəsində böyük təcrübəsi olan peşəkar rejissor Zitta Vyaçeslavovna Ladonkina rəhbərlik edirdi. Teatrın yaradıcı qrupunun işi nəzərəçarpacaq dərəcədə canlandı və uğurlu nəticələr verməyə başladı. 1950-1960-cı illərdə Teatrın repertuar siyasəti Dağıstan dramaturqları: A.Əcəmətov, A.İbrahimov, Ş.Abdullayev, A.Abakarov və başqaları ilə fəal əməkdaşlığa yönəlmışdi. Teatrın qastrol coğrafiyası da genişləndi. Dağıstan kukla teatrı Zaqafqaziya respublikalarına, Həştərxan vilayətinə, Krivoy Roq, Elista, Nalçik, Qroznı və s. bölgələrə səfərlər edirdi.
Gəncə Dövlət Kukla Teatrı
Gəncə Dövlət Kukla Teatrı — Gəncə şəhərində yerləşən teatr. Kukla teatrı 18 sentyabr 1986-cı il tarixində yaradılmışdır. == Tarixi == Gəncə Dövlət Kukla Teatrı Azərbaycan SSR Nazirlər Sovetinin 18 sentyabr 1986-cı il tarixli 299 saylı əmrinə əsasən yaradılmışdır. Bu müddət ərzində teatrda 100-ə yaxın tamaşa hazırlanmışdır. Teatrda ildə 250 tamaşa oynanılır. Hər il proqnoz üzrə 4 tamaşa hazırlanır. Repertuarda Azərbaycan yazıçıları ilə bərabər dünya xalqlarının əsərlərinə də üstünlük verilir.Gəncə Dövlət Kukla Teatrı bir çox Beynəlxalq festivallarda da iştirak edib. Teatrın kollektivi Şərq Xalqları Kukla Teatrları Festivalında (Almatı, 1994), Birinci Beynəlxalq Kukla Teatrları Festivalında (Kutaisi, 1996), Kukla və Kölgə Oyunları Festivalında (İzmir, 1999, 2001, 2003), "Ən Yaxşı Uşaq Tamaşaları" Festivalında (Bakı, 2000), Beynəlxalq Qaragöz Kukla və Kölgə Teatrları Festivalı (Bursa, 2001), "Sehrli pərdə" Uşaq Tamaşaları Festivalı (Torqoviş, 2005), "Milli Klassiklər Kukla Teatrlarının Səhnəsində" Festivalında (İvano-Frankovsk, 2005), Kukla Teatrları Həftəsi (Bakı, 2008) Azərbaycan Respublikasını təmsil etmişdir. === Teatr binası === Bina 1902-ci ildə Gəncə Kişi Gimnaziyasının rəhbərliyi tərəfindən rus pravoslav kilsəsi kimi inşa edilmişdir. Tikintidə əsasən bişmiş kərpicdən istifadə olunmuşdur.
Naxçıvan Dövlət Kukla Teatrı
Naxçıvan Dövlət Kukla Teatrı — 1989-cu ildə Naxçıvanda uşaqlar üçün yaradılmış teatr. == Tarixi == Azərbaycan Nazirlər Sovetinin 14 sentyabr 1989-cu il tarixli 383 saylı qərarı ilə yaradılmışdır. Teatr Naxçıvan Dövlət Filarmoniyasının binasında yerləşib. Onlara ayrılan salon teatr üçün yenidən qurulub. 2004-cü ildə müasir bina ilə təmin olunan kukla teatrının qonşu Türkiyə, Tacikistan və İrana səfərləri beynəlxalq mədəni əlaqələrin qurulmasında əhəmiyyətli rol oynayıb. 2004-cü il mart ayının 11-dən Məhəmməd Tağı Sidqinin adını daşıyır. Teatr uşaq və yeniyetmələrin milli, mənəvi-əxlaqi dəyərlər ruhunda tərbiyəsində, dünyagörüşlərinin formalaşmasında mühüm rol oynayan əsərləri tamaşaya qoymuşdur. Teatr Azərbaycanın digər bölgələrində, Türkiyə,,İran İslam Respublikası,Tacikistan Respublikalarında təşkil edilmiş kukla teatrı festivalında iştirak etmişdir. == Naxçıvan Dövlət Kukla Teatrının yaradıcı heyəti == Bədii rəhbər direktor -Şirzad Abutalıbov Əsəd oğlu(1999-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti,2005-2008-ci illərdə Prezident mükafatı,2008-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti Fəxri adlarına layiq görülmüşdür.) Quruluşçu Rejissor- Nadir Hüseynov Məmməd oğlu.Bədii Quruluş hissə müdiri- Fazil Bayramov Sabir oğlu.Musiqi hissə müdiri- Əli Məmmədov Kamil oğlu.Baş Rəssam - Rafael Qədimov Sabir oğlu.Ədəbi hissə müdiri- Durna Təhməzova Tofiq qızı.Pedaqoq - Fikrət Əliyev Səfər oğlu. Ulduz Süleymanova İbrahim qızı (Rejissor Assisenti).Aktyorlar Vəsmə Quliyeva Fətullaf qızı- (2009-cu il Azərbaycan Respublikasının Prezident mükafatçısı) Süleyman Süleymanov İman oğlu-(2013-cü il Tərəqqi medalı, 2017-ci il Azərbaycan Respublikasının Prezident mükafatçısı) İlham Babayev Hüseyn oğlu-(2016-cı il Azərbaycan Respublikasının Prezident mükafatçısı) İlqar Babayev Hüseyn oğlu.
Qax Dövlət Kukla Teatrı
Qax Dövlət Kukla Teatrı — Qax rayonu ərazisində yerləşən teatr. == Haqqında == 1971-ci ildən Qax rayon mədəniyyət evinin nəzdində dərnək, 1976-cı ildən isə xalq teatrı kimi fəaliyyət göstərən teatra 1992-ci ildə Dövlət Kukla Teatrı statusu verilib. Teatr 2005-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb. Qax teatrı dəfələrlə Azərbaycan Respublikasında keçirilən festivallarda iştirak etmişdir. Qax Dövlət Kukla Teatrı Türkiyə, Rusiya, Ukrayna, Estoniya və Gürcüstanda keçirilən beynəlxalq festivallarda Azərbaycanı təmsil etmişdir. == Mükafatlar == Teatr 2005-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb.
Rostov Dövlət Kukla Teatrı
V. S. Bılkov adına Rostov Dövlət Kukla Teatrı — Rostov-na-Donu şəhərində yerləşən teatr. Teatr 1935-ci ildə təşkil edilmişdir. == Teatrın tarixi == Rostov Dövlət Kukla Teatrı ölkə ərazisində mövcud olan ən qədim kukla teatrlarından biridir. Bu teatr trupbası hələ XX əsrin 20-ci illərindən fəaliyyət göstərir. Üstəlik kukla teatrının ilk aktyorları arasında: М. Kuşnarenko, N. Smirnova, А. Dora və s olmuşdur. Onların peşəkar fəaliyyəti sayəsində Azov-Qaradəniz komsomolları tərəfindən teatrın yaradılması haqqında qərar qəbul edilir. Teatr seyriciləri üçün 1935-ci ildə öz qapılarını açır. Onun göstəriləri ilə Don diyarının necə nəsli böyümüşdür. Artıq böyüyən nəsil öz övladlarını bu teatra gətir. Müəyyən zamanlarda teatrı idarə edən direktorlar: Boris Saxnoviç — Konstantin Sergeyeviç Stanislavskinin tələbəsi, Leonid Stelmaxoviç — Vsevolod Emileviç Meyerxoldun tələbəsi.
Salyan Dövlət Kukla Teatrı
Salyan Dövlət Kukla Teatrı – 1973-cü ildə Salyanda yaradılmışdır. == Tarixi == Salyan Dövlət Kukla Teatrı 1973-cü ildə yaradılıb. İlk illərdə bədii özfəaliyyət dərnəyi kimi fəaliyyət göstərən, sonralar hər yerdə tanınacaq bu kollektiv yaradıcılıq birliyi əslən Salyandan olan, Bakı Dövlət Kukla Teatrında aktyor işləmiş, mədəniyyət işçisi Cahangir Qaraşovun təşəbbüs və dəstəyi ilə yaradılıb. O, tez bir zamanda ətrafına istedadlı həvəskarları toplayaraq Əli Səmədlinin "Artıq tamah baş yarar" əsərini tamaşaya qoyub. İlk addımın uğurları davamlı olduğundan dərnək 1975-ci ildə " Xalq kollektivi " adına layiq görülüb. Teatrın kollektivi tezliklə festivallarda, müsabiqələrdə, şəhər və rayonlarda tamaşaçılar qarşısında layiqincə çıxış edərək müxtəlif mükafatlarla yanaşı geniş tamaşaçı auditoriyasının sevgisini də qazanıblar. Sənət aləmində özlərini kifayət qədər doğruldan kollektivə 1994-cü il iyulun 4 –də Dövlət Teatrı statusu verilib. Bu illər ərzində teatrın kollektivi Əli Səmədlinin "Artıq tamah baş yarar ", Mirmehdi Seyidzadənin "Ata məhəbbəti ", Rəhman Əlizadənin "Keçəlin toyu", Rafiq Savalanın "Qayğıkeş Nigar", "Tələ quran özü düşər ", Abdulla Şaiqin "Danışan Kukla", İsgəndər Coşqunun "Tülkü həccə gedir", Tofiq Kərimin "Quyruqlu ulağın sərgüzəştləri", Əli Əlizadənin "Keçəl Həmzənin hiyləsi", Həsənağa Hüseynovun "Ulamaqdan mələməyə", Firudin Ağayevin "Cırtdan və Sehrbaz", Rafiq Mirzənin "Yetim fatma", R. Kipinqin " Başlı başına gəzən pişik" və başqa 60 qədər əsərləri səhnələşdirərək tamaşaçıların zövqünü oxşayıblar. Bu tamaşalar təkcə Salyanda deyil, ətraf bütün rayonlarda nümayiş etdirilib. Teatr kollektivi rayonda keçirilən mədəni – kütləvi tədbirlərdə hər zaman yaxından iştirak edir.
Tatarıstan Dövlət Kukla Teatrı
Tatarıstan Respublikasının Dövlət Kukla Teatrı və ya "Ekiyat" teatrı (tatar. Татар дәүләт «Әкият» курчак театры) — Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində fəaliyyət göstərən mədəniyyət müəssisəsi. == Tarixi == Teatr 1934-cü ildən fəaliyyət göstərir. Teatrın ilk adı Birinci Dövlət Beynəlxalq Kukla Teatrı olmuşdur. Repertuarı olduqca zəngin olan teatr 1974-cü ildən Beynəlxalq Kukla Teatrları Təşkilatının üzvüdür. == Kollektivi == Teatrın kollektivi mütəmadi olaraq beynəlxalq festivalların iştirakçısıdır. Teatrın direktoru Roza Yapparova, baş rejissoru isə İldus Zinnurovdur.
Abdulla Şaiq adına Dövlət Kukla Teatrı
Azərbaycan Dövlət Kukla Teatrı – 1931-ci ildə Bakıda uşaqlar üçün yaradılmışdır. Ayrı-ayrı illərdə (1931–1941; 1946–1950) müstəqil teatr kimi, müəyyən çağlarda isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (1941–1946) və Azərbaycan Dövlət Filarmoniyası yanında (1950 ildən) fəaliyyət göstərmişdir. 1965-ci ildən müstəqil teatrdır. == Ümumi məlumat == İndiki Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının əsasını 1931-ci ildə Mollağa Bəbirli qoymuşdur. Bu teatrın ilk tamaşası 1932-ci ildə ("Sirk" adlı tamaşa) göstərilmişdir. Müxtəlif illərdə (1931–1941-ci illər); (1946–1950-ci illər) müstəqil teatr kimi, müəyyən dövrlərdə isə Azərbaycan Gənc tamaşaçılar teatrı (1941–1946-cı illər) və Azərbaycan Dövlət Filarmoniyasının nəzdində (1950-ci ildə) fəaliyyət göstərmişdir. Azərbaycan və rus bölmələri var. 1964-cü il aprel ayının 15-də teatra "Dövlət" statusu verilib. 1975-ci ildən teatrda böyüklər üçün də tamaşalar göstərilir. == Tamaşalar haqqında == Azərbaycan Dövlət Kukla Teatrının azərbaycan dili və rus dili bölmələri var.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı
Azərbaycan Dövlət Kukla Teatrı – 1931-ci ildə Bakıda uşaqlar üçün yaradılmışdır. Ayrı-ayrı illərdə (1931–1941; 1946–1950) müstəqil teatr kimi, müəyyən çağlarda isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (1941–1946) və Azərbaycan Dövlət Filarmoniyası yanında (1950 ildən) fəaliyyət göstərmişdir. 1965-ci ildən müstəqil teatrdır. == Ümumi məlumat == İndiki Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının əsasını 1931-ci ildə Mollağa Bəbirli qoymuşdur. Bu teatrın ilk tamaşası 1932-ci ildə ("Sirk" adlı tamaşa) göstərilmişdir. Müxtəlif illərdə (1931–1941-ci illər); (1946–1950-ci illər) müstəqil teatr kimi, müəyyən dövrlərdə isə Azərbaycan Gənc tamaşaçılar teatrı (1941–1946-cı illər) və Azərbaycan Dövlət Filarmoniyasının nəzdində (1950-ci ildə) fəaliyyət göstərmişdir. Azərbaycan və rus bölmələri var. 1964-cü il aprel ayının 15-də teatra "Dövlət" statusu verilib. 1975-ci ildən teatrda böyüklər üçün də tamaşalar göstərilir. == Tamaşalar haqqında == Azərbaycan Dövlət Kukla Teatrının azərbaycan dili və rus dili bölmələri var.
Burma
Burma — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Coğrafiyası == == Tarixi == Kənd 1918-ci ildə salınmışdır. == Əhalisi == Əhalisi 433 nəfərdir (2002). === Nəsillər === Cəfəroğluları — 1918-ci ildə kənddə ilk olaraq məskunlaşmış və kənddəki ən böyük nəsildir.
Kaama
Kaama — bədən uzunluğu 2,3 m-ə qədərdir. Rəng açıq qəhvəyi-qəhvəyi rənglidir. Başın ön və ön tərəfi qəhvəyi, quyruğun bazasında bir ağ nöqtə var.Quyruqdakı fırça qara olur. Bu növ Cənubi Afrikada yayılıbr. Digər antilop növləri ilə yanaşı, gəzinti aparır.Bu heyvanıarın nəsli kəsilmə təhlükəsi altındadır, çünki sayı 130 min dənədir və artmağa davam edir.
Kaoma
Kaoma - Fransadan olan musiqi qrupdur. == Tarixi == "Kaoma" musiqi qrupu 1989-cu ildə Fransada yaranmışdır. Musiqi heyətləri Latın Amerikası ölkələrindən təşkil olunmuşdur. Onların 1989-cu ildə ifa etdikləri "Lambada" mahnılası böyük populyarlıq qazanmışdı. Bu mahnı bütün ölkələrin hit paradı olmuşdur. 1998-ci ildə musiqi heyətləri ayrılmışlar. 2006-ci ildə onlar yenidən birləşmişlər.
Karma
Karma, kamma (sanskr. कर्म — «hərəkət, fəaliyyət», sanskr. कर्मन् karmanIAST — «iş, əmək», karIAST — «etmək») — hinduizmin əsas mərkəzi anlayışlarından biri. == Karma qanunu == Karma (sanskr. कर्म, sanskr. कर्मन् karman - "etmək, eyləmək, bir hərəkətdə olmaq") - Hinduizm, Buddizm, Çaynizm, Siqhizmdə istifadə edilən bir termindir. Karma sözcüyü fərqli sözlərlə birlikdə istifadə edilərək, Karma qanunu, karmik plan, karmik kompensasiya kimi fərqli mənalara gələn terminlərin yaradılmasında istifadə edilmişdir. (Lakin karma fəlsəfəsi deyə bir termin yoxdur; karma, buddist fəlsəfəsindəki və hindu fəlsəfəsindəki bir anlayış və bir qanundur.) == Mənaları == Terminin dörd fərqli mənanı verməsi mənasının qərblilər tərəfindən yaxşı qavrana bilməməsinə və bəzən tək mənasıyla istifadə edilməsinə səbəb olmuşdur. Termini Şərqdə bu dörd mənada istifadə edirlər: Bədən hərəkətləri (söz, davranış) və ya zehni hərəkətlər (niyyət, düşüncə, imic meydana gətirmə). Bunlar "səbəb"dir.
Kauka
Kauka (isp. Cauca) — Kolumbiyanın departamentlərindən biri.
Kerma
Kerma — qədim Nubiyanın ən böyük arxeoloji yerlərindən biri. E.ə 2500-1450 -ci illərdə mövcud olmuşdur.Kerma indiki Sudanda Nil çayının Üçüncü Kataraktının üstündəki Dongola Reachında yerləşən qədim Kerma Krallığının keçmiş paytaxtıdır. Kerma Krallığı, böyük ehtimalla Yuxarı Nubiyanın cənub hissəsində, eramızdan əvvəl üçüncü minilliyin ortalarında meydana gələn yerli Nilotik bir mədəniyyət idi. Ən yüksək nöqtəsində, krallıq, Misir qonşularının ərazisi qədər geniş ərazini əhatə edən Nilin bir neçə kataraktını idarə edirdi. Misirin 18-ci sülaləsindən Firon I Tutmosun dövründə Misirlilər eramızdan əvvəl 1504-cü ildə Nubia'yı ilhaq etdilər və Kerma şəhərini dağıtdılar. Misirlilər keçmiş Kerma ərazilərində asayişi qorumaq üçün Kuşun bir canişini və ya 'Kuşun oğlu' qoyaraq bu gün Dokki Gel ("qırmızı kurqan" mənasını verir) olaraq bilinən Kermanın şimalında yeni bir yaşayış yeri qurdular. Qərbi Deffufası olan Kerma şəhəri, Nilin Üçüncü Kataraktanın 30 mil cənubunda, Yuxarı Nubiyada. Misir xaricindəki Afrikadakı ilk şəhərləşmiş kommunitlərdən biri olan Kerma, Yeni Krallıq Misirlilər tərəfindən istila edildikdə və məhv edildiyi zaman 2500 - 1450-ci illər arasında davamlı olaraq işğal edildi. == Arxeologiyası == 1920-ci illərdə Kerma ilk dəfə qazıldıqda, arxeoloqlar bunun əslində bir Misir valisinin qalası olduğunu ortaya çıxartdılar. Bununla birlikdə, arxeoloqlar indi Kermanın böyük ehtimalla Misirlə əlaqəli bir neçə karvan yolundakı strateji mövqeyi səbəbiylə ön plana çıxan ilk Afrika krallıqlarından (Orta Krallığın Kuş adı ilə Misir mətnlərində təsbit edilmiş) biri olduğuna inanırlar, Qırmızı dəniz, Afrika Buynuzu və Sahra altı Afrika.
Koxma
Koxma (rus. Кохма) — Rusiya Federasiyasında yerləşən şəhər, İvanovo vilayətinə daxildir.
Kukes
Kukes (alb. Kukësi) — Albaniyada şəhər. == Əhalisi == 2011-ci ildə şəhərin əhalisi 16,719 nəfər olmuşdur. == İdman == "Kukesi" futbol klubu bu şəhəri təmsil edir. Klub ev oyunlarını Kukesin 5000 tamaşaçı tutumuna malik "Zekir Emeri" stadionunda keçirir.
Kukur
Kukur — müxtəlif tərkibli və davamiyyətli süxurların növbələşməsi ilə səciyyələnən yüksək sahillərin yuyulması nəticəsində bərk süxurların sahil dayazlığında sütun, çılpaq qaya və s. Formada qalan abraziya qalıqlarına deyilir.
Kukuta
Kukuta (isp. Cúcuta, San Jose de Cúcuta) — Kolumbiyanın şimalında yerləşən və Venesuela ilə sərhəd olan şəhərlərdən biri. Şimali Santander departamentinin inzibati mərkəzidir. == Coğrafiyası == Kukuta dəniz səviyyəsindən 320 m yüksəklikdə, And dağlarının Şərq Kordilyer hissəsində yerləşir. Orta illik temperatur 28 °C təşkil edir. Şəhər Boqota şəhərindən təxminən 600 km məsafədə yerləşir. Şərqdə Venesuela və Puerto Santander, cənubda - Vilya del Rosario, Los Pasios, şimalda Tibu tərəfindən əhatə olunmaqdadır. == İqlimi == == Həmçinin bax == Kolumbiyanın inzibati bölgüsü Boqota Tunxa Monteriya Kibdo Florensiya (Kaketa) İnirida == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Cúcuta haqqında səyahət məlumatları var.
Kumja
Kumja (lat. Salmo trutta) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. == Yarımnövləri == Salmo trutta aralensis — Aral kumjası Salmo trutta labrax — Qara dəniz kumjası Salmo trutta fario — Qızılxallı kumja Salmo trutta ciscaucasicus — Önqafqaz kumjası Salmo trutta ezenami — Eyzenam kumjası ? Ancaq Dağıstandakı Eyzenam gölündə yaşayır.
Kunda
Kunda (est. Kunda) — Estoniyanın şimalındakı Lyaene-Virumaa bölgəsində şəhər. == Əhali == Əhali əsasən: estonlar — 58,55 %, ruslar — 32,78 %, digərləri — 8,67 %. == İqtisadiyyat == Kunda - şimali Estoniyanın mühüm sənaye və liman şəhəridir. Burada sement zavodu (2006-cı ildə 943 min ton), kommersiya portu (2007-ci ildə 1.7 milyon ton), 2006-cı ildə 140 min ton fəaliyyət göstərir.
Kurima
Kurima yap. 来間島 — Miyako qrupuna, Sakişima adalarına və Ryukyu arxipelaqına daxil olan kiçik ada. İnzibati cəhətdən Yaponiyanın Okinava prefekturası, Miyako qəzası və eyniadlı dairə ərazisinə daxildir. == Coğrafiya == Adanın sahəsi 2,84 км²,ən hündür nöqtəsi 47 metr təşkil edir. 2011-ci il məlumatına görə adada 168 nəfər adam yaşayır. Əsas yaşayış məntəqəsi Kurima qəsəbəsidir. Adanın ərazisi düzənlikdir. Ən hündür nöqtəsi 47 m təşkil edir. Miyakocima adası ilə körpü vastəsi birləşir.
Kurkuma
Kurkuma (lat. Curcuma) — zəncəfilkimilər fəsiləsinə aid bitki cinsi.Sarıkök yalnız plov üçün ideal ədviyyat deyil, həm də bioloji aktiv maddədir. Sarıkök diabetin müalicəsində istifadə edilir. İsti südün içərisinə 1 çimdik sarıkök əlavə edib içməklə aktiv şəkildə arıqlamaq və döşlərin ölçüsünü böyütmək mümkündür. Südlü sarıkök axşam içilərsə orqanizm üçün çox faydalı olar, həzm problemlərinin həllinə kömək edər, gecə rahat yuxunu təmin edər, immuniteti qaldırar, qanda xolesterinin miqdarını azaldar. Cəmi bir ay bu təbii ədviyatı qida rasionunuza daxil etsəniz, bədəniniz əhəmiyyətli dərəcədə dəyişəcək. Sarıköklə müalicə 1. Yeməyə sarıkık əlavə edəndə, mütləq ona bir çimdik də qara istiot da qatın. İstiot sarıkökün tamamilə mənimsənilməsinə kömək edəcək. 2.
Külmə
Külmə (lat. Pseudophoxinus) — Çəkilər fəsiləsinə aid cins. Bu cinsə aid balıq növlərinin böyük əksəriyyəti Aralıq dənizi akvatoriyasında yayılmışdır. Azərbaycan ərazisində bir çox növləri yayılmışdır. Bir necəsi isə endemikdir. Udlaq dişləri bir sırada yerləşir, sayı 6-5 və 5-5 və ya 5-4 olur. Öndəki dişlərin tacı konus şəkildə, arxadakl dişlərin ucu kəsik olur,bəzən dişlərin üzərində qırışıqlar aydın görünür. Pulcuqlar iri və ya orta böyüklükdə olub, sıx yerləşir. Yan xətdə 33-67 pulcuq olur. Qəlsəmə dişcikləri qısa və seyrəkdir.