Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Koldun
Cadugər — cadugərliklə bağlı fəaliyyətləri həyata keçirən şəxs. Fövqəltəbii gücləri olduğuna inanılır. Gecələri gəzərək və uçaraq pislik edir. Anadolu türkcəsində "cazı, cadı" olaraq da deyilər. == Sözün mənşəyi == Azərbaycanca "cadugər" və Hindcə "जादूगर" (jādūgar) Fars dilində جادوگر sözündən gəlirlər. Azərbaycanda "cadugər" adlanan bu şəxsləri Afrikanın cənubunda "kuaren deyro", qərbində "nqombo", mərkəzində "menduk", Yava adalarında "dikun", Qrenlandiyada "anqanok", Peruda "bruco", Rusiyada "çarodey", "koldun", Uzaq Şərqdə "yoq", "fakir" adlandırırlar. Albıs türklərdə cadugər bənzəri bir varlıq olaraq bilinər. Cadu, pis üsullara müraciət edərək bir insanın iradəsini əlindən almaq deməkdir. Müxtəlif yollarla, üsulları sui-istifadə edərək bir insanı idarə altına almağa, ona istənilənləri etdirməyə ümumi olaraq cadu deyilər. Cadu ilə insanı istəmədiyi şeylərə məcbur etmək, ona istəmədiyi hərəkətləri etdirmək mənasını verər.
Koulun
Koulun (ierd. 九龍, ing. Kowloon, hərfi mənası "9 əjdaha" deməkdir) — Honkonq şəhərinin yarımada hissəsində yerləşir (Yeni ərazi daxil olmamaq şərti ilə). Koulun və Yeni Koulun yarımadalarından ibarətdir. == Ümumi məlumat == Koulun şərq hissəsi Leyumun körfəzinə və Stounkatterz adasına, şimal hissəsi isə Teyta və Lvin daşlarına, cənub hissəsi isə Viktoriya buxtasına daxil olur. Əhalisi 2006-cı ilin məlumatına əsasən 2019533 nəfərdir. Əhalinin sıxlığı hər km²-də 43 nəfər/km² nəfərdir. Yarımadanın sahəsi 47 km²-dir. Honkonq adası ilə birlikdə Honkonq rayon adminstrasiyasının 47% təşkil edir. == Adminstrasiya == Buraya aşağıdakı adalar daxildir: Yau Tsim Mong (Yau Tsim Mong, 油尖旺區) — əhalisi 281 min nəfər, sahəsi 6,99 km².
Kyuduno
Kyuduno (it. Chiuduno) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 60 kilometr (37 mil) şimal-şərqində və Berqamodan təxminən 15 kilometr (9 mil) cənub-şərqdə, Berqamo düzənliyi ilə Valkalepio arasında orta yolda yerləşir. Əhalisi 6037 nəfərdir (2018-ci ilə görə), əhalinin sıxlığı 840 nəfər/km²-dir. Sahəsi 6.6 km² ərazini tutur. Poçt kodu — 24060. Telefon kodu — 035.
Kuzun
Kuzun — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd ərazisində yaşayış məskənlərinin e.ə. II minillikdən movcud olması güman edilir. == Toponimikası == Kuzun oyk., sadə. Qusar rayonunun Zindanmuruq i.ə.v.-də kənd. Qusarçayın sahilində, dağətəyi ərazidədir. Tədqiqatçıların fikrincə, oykonim türk dillərində coğrafi termin kimi işlədilən kəzen (dağın beli, yayla, aşırım) sözündəndir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 847 nəfər, milliyətcə ləzgi olan əhali yaşayır.
Tudun
{{}}Tudun — Xaqan soyundan olan və ölkədəki nəzarəti və oradaki vergi toplama işini təşkil edən valilərin ünvanıdır. Əsasən şəhərlərə təyin olunurdu və şəhərin hakimi tərəfindən ona təqdim edilən vergini xaqana aparırdı.
Kudur-Laqamar
Kedorlaomer (q.yəh. כדרלעמר‎ , Kedor-Laomer; q.yun. Хοδολλογομόρ, Xodolloqomor) və ya Kudur-Laqamar (q.yəh. נדדלעמד‎, Kudur-Laomar) — Əhdi-ətiqdə personaj, Elam hökmdarı, patriarx İbrahimin müasiri. Yaradılış kitabının məzmununda təcəssüm edir. O, indiki Ölü dənizin yerində olan beş şəhərin (Sodom, Qomorra, Adma, Sevoim və Bela ) üsyankar padşahlarını cəzalandırmaq üçün Orta Şərqin digər üç padşahı ilə ittifaqda Fələstinə qarşı yürüşə başlamışdır. Kedorlaomerin adı sırf elamcadır və tanrı Laqamarın adı ilə əlaqələndirilir.
Kudüs TV
Kudüs TV — Türkiyədə fəaliyyət göstərən televiziya kanalı. == Haqqında == Kanal 2008-ci ildə Nurəddin Şirin tərəfindən qurulub və internet üzərindən yayımlanmağa başlayıb. Kudüs TV 13 avqust 2013-cü ildə peyk üzərindən də yayımlanmağa başlayıb. 1 noyabr 2016-cı ildə Türkiyə Radio və Televiziya Ali Qurumu tərəfindən kanalın yayımı dayandırılıb, binası möhürlənib və avadanlıqları müsadirə edilib. Kanal isə mətbuat açıqlaması verərək buna etiraz edib. TV 31 dekabr 2016-cı ildə yenidən fəaliyyətə başlayıb. Kanalın "kudustv.com" adlı rəsmi saytının domeni 2021-ci ilin iyulunda ABŞ Hökuməti tərəfindən 18 U.S.C. §§ 981, 982 və 50 U.S.C. 1701-1705 Sənaye və Təhlükəsizlik Bürosu, İxracın Mühafizəsi İdarəsi və Federal Təhqiqat Bürosu tərəfindən hüquq-mühafizə tədbirləri çərçivəsində bloklanıb.
Kulun bəy
Baymey xan Kulun bəy — İkinci Göytürk xaqanlığının VIII xaqanı. == Hakimiyyəti == Qardaşı Ozmış Teqin xanın öldürülməsindən sonra taxta çıxmışdı. Tan sülaləsinə tabe olmaqdan boyun qaçırmış və 2 ildən sonra Qutluq Bilgə Kül xaqan tərəfindən həbs olunaraq öldürülmüşdür. İkinci Göytürk xaqanlığının sonu gəlmişdir.
Kuqun-Arıta
Kuqun-Arıta — Olenyok körfəzində yerləşən ada. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ada körfəzin mərkəzində, Olenok çayının deltasında yerləşir. Qərbində Kyorsyase-Tyebyoleqe şərqində isə Kuqun-Tyebyoleqe qolları onun sahillərini yuyur. Şimslında Kasyan-Arıta, cənubunda isə Kyorsyase-Kumaqa adası yerləşir. Ada uzunsov formaya malikdir. Şimal-şərqdən cənub-qərbə uzanmışdır. Ada bataqlıqlaşmış ərazilərdən ibarətdir. Elədə böyük olmayan göllərə sahibdir.
Kutun mühasirəsi
Qut-ül Amarə mühasirəsi (Birinci Qut döyüşü) — I Dünya Müharibəsinin Mesopotamiya cəbhəsində, Osmanlı ilə Antanta qüvvələri arasında olan bir mühasirə döyüşüdür. 8.000 nəfərdən ibarət İngilis-Hind qarnizonu Bağdadın 160 km cənubunda Küt qəsəbəsində Osmanlı ordusu tərəfindən mühasirəyə alınır. 1915-ci ildə bu qəsəbənin əhalisi təxminən 6.500 nəfər təşkil etmişdir. 29 aprel, 1916-cı ildə qarnizonun təslim olmasından sonra mühasirə zamanı sağ qalanlar əsir olaraq Hələbə aparılmışdır. == Başlanğıc == General-leytenant Carlz Tounshend komandanlığındakı ingilis VI Poona birləşməsi ( Hind qrupu) Bağdada irəliləməyə çalışarkən 22-23 noyabr, 1915-ci ildə Salman-i Pak (Ktesifon) döyüşündə Saqqallı Nurəddin Paşa tərəfindən məğlub edilərək geri çəkildi və 3 dekabrda Qut qəsəbəsinə yerləşdilər. == Mühasirə == Yeni qurulan Osmanlı ordusu VI Ordusunun komandanlığına təyin edilərək 5 dekabrda Bağdada çatan marşal Kolmar Von der Qoltz Paşanın əmri ilə İraq valisi və komandanı Saqqallı Nurəddin Paşanın hərbi qüvvələri Qutu mühasirəyə aldı. === Kömək cəhdləri === İlk kömək cəhdi general-mayor Fenton Aylmer komandanlığındakı 19 min nəfərlik ordu tərəfindən oldu. Bu ordu 1916-cı ilin yanvarında, Əli Qərbi çayının mənsəbinə çatdılar. === Şeyx Səəd döyüşü === İngilislər Qutun mühasirəsini ləğv etmək üçün general-mayor Fenton Aylmer komandanlığındakı "Dəclə" ordu hissələri ilə hücuma keçsə də, Şeyx Səəd döyüşündə 4.262 nəfər itki verərək, geri çəkildi. Bu döyüşdə geri çəkilmə əmrini verən IX Ordu Korpusu komandanı Saqqallı Nurəddin Paşa vəzifəsindən alındı və yerinə Ənvər Paşanın özündən bir yaş kiçik olan əmisi genral-leytenant Xəlil Paşa təyin edildi.
Külün təpə
Külün təpə, Külüng təpə və ya Hisamabad (fars. حسام‌آباد‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 2,023 nəfər yaşayır (557 ailə).
Pudun (rayon)
Pudun (çin. sadə. 浦东, pinyin: Pǔdōng), rəsmi adı Yeni rayon Pudun (çin. sadə. 浦东新区, pinyin: Pǔdōng Xīn Qū, hərfi mənası: "Pudun sintsyuy") — Çinin Şanxay şəhərində bölgə. Çin hökuməti yeni Pudun rayonuna XİR-lə müqayisədə daha geniş güzəştlər vermişdir. Belə ki, Pudunda nəinki XİR və texniki-iqtisadi istismar zonaları üçün hökumət tərəfindən işlənib hazırlanmış bütün qanun və müddəalar işləyir (məsələn, gömrük rüsumlarından və əlavə dəyər vergisindən qismən və tam azadolma), həmçinin yalnız Pudun ərazisində fəaliyyət göstərən güzəştlər müəyyənləşdirilmişdir. Məsələn, dövlət xarici investorların Pudunda üçüncü sənaye maliyyə idarələri və müəssisələr yaratmasıyla, Şanxayda fond birjası açmasıyla və səhmlər buraxmasıyla, hətta kapital qoyuluşunun təsdiqinə gorə onun səlahiyyətlərini artırmiş və banklara xarici kapitalın iştirakı ilə jenminbi ilə əməliyyatlar aparmağa icazə vermişdir. Hal-hazırda Pudunda xarici investisiyanın iştirakı ilə 70 maliyyə təsisatı qeydiyyatdan keçmişdir. Xarici kapitalı olan 18 banka jenminbi ilə əməliyyatlar aparmağa icazə verilmiş, 28 əyalət, mərkəz tabeliyində olan şəhər və muxtar rayon isə Pudunda öz ticarət kampaniyalarını yaratmışlar.
Rie Kudan
Rie Kudan (九段理江, Kudan Rie, 27 sentyabr 1990, Urava[d], Saytama prefekturası) – Yaponiya yazıçısı. 2024-cü ildə "Tokio Simpatiya Qülləsi" romanına görə Akutaqava mükafatının qalibi olmuşdur. Romanın bir hissəsinin süni intellektin köməyi ilə yazmışdır. Kudan 27 sentyabr 1990-cı ildə Saytama prefekturasının Urava şəhərində doğulmuşdur. Universitetdən məzun olduqdan sonra laboratoriya köməkçisi kimi işləməyə başlamışdır. İbtidai məktəbin 6-cı sinfində oxuyarkən yazdığı "Gözəl yapon dilindən istifadə edək" (美しい日本語を使おう, Utsukuşī nihonqo o tsukaou) adlı essesinə görə ilk ədəbi mükafatını qazanmışdır. 2021-ci ildə debüt romanı olan "Pis musiqi" (悪い音楽, Varui onqaku) romanı ilə 126-cı Ədəbi Dünyanın Yeni Gələni Mükafatının qalibi olmuşdur. Kudan 2024-cü ildə "Tokio Simpatiya Qülləsi" (東京都同情塔, Tokyo-to Doco To) romanına görə 170-ci Akutaqava mükafatının qalibi olmuşdur. Bundan öncə 2021-ci ildə "Məktəbli qız" əsərinə görə Akutaqava mükafatına namizəd göstərilsə də, qalib ola bilməmişdi. "Tokio Simpatiya Qülləsi" romanında hadisələr Zaha Hadidin Milli Stadion layihəsinin gerçək olduğu və süni intellektin gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi yaxın gələcəkdə baş verir.
Tom Kruzun filmoqrafiyası
Tom Kruzun filmoqrafiyası — ABŞ aktyoru və prodüseri Tom Kruzun yer alıdığı ekran işlərinin siyahısı. Tom Kruz 1981-ci ildə "Sonsuz sevgi" dram filmində kiçik rol alaraq film debütünü etdi. O, "Riskli biznes" (1983) komediya filmi ilə məşhurlaşdı, bu film Kruza "Ən yaxşı aktyor üçün Qızıl qlobus mükafatı — komediya və ya müzikl"a iki namizədlik qazandırdı. Kruz 1986-cı ildə rejissor Toni Skottun döyüş filmi "Top Qan"da (həm ilin ən çox gəlir gətirən filmi) dəniz pilotu rolunu canlandırdı, və rejissor Martin Skorsezenin dram filmi "Pulun rəngi"ndə Pol Nyumanla birlikdə göründü. İki il sonra Dastin Hoffmanla birlikdə "Ən yaxşı filmə görə Oskar mükafatı" qazanmış "Yağış adamı" (1986) dram filmində rol aldı və həmçinin "Ən pis filə görə Qızıl moruq mükafatı" qazanmış romantik dram filmi "Kokteyl"də (1988) yer aldı. Beləliklə Kruz 2014-cü ildə eyni ildə "Ən yaxşı filmə görə Oskar" və "Ən pis filmə görə Qızıl moruq" mükafatları qazanan ilk və tək şəxs oldu. Aktyorun növbəti rolu Kovikin eyniadlı memuarına əsaslanan "İyulun dördündə doğulub" (1989) filmində Ron Kovik oldu və bu rol görə o, "Ən yaxşı aktyor üçün Qızıl qlobus mükafatı — dram" əldə etdi. 1992-ci ildə Aaron Sorkinin eyniadlı pyesinə əsaslanan "Bir neçə yaxşı adam" dram filmində Cek Nikolsonla birlikdə rol aldı. Kruz ardınca Con Qrişamın eyniadlı filminə əsaslanan "Firma"da (1993) göründü və "Düşmüş mələklər" teleserialının bir seriyasının rejissoru olaraq rejissor debütünü etdi. Kruz 1993-cü ildə Pola Vaqnerlə birlikdə qurduğu Cruise/Wagner Productions-ın ilk layihəsi olan "Qeyri-mümkün missiya" (1996) adlı döyüş filmində casus Etan Hant rolunu canlandırdı.
Axey (Ksufun oğlu)
Axey ( q.yun. Ἀχαιός) — qədim yunan mifologiyasındakı personaj, Ksuf və Kreusanın oğlu. Axeylər onun adını daşıyırlar. Qəsdən qətl törətdikdən sonra Lakedemona qaçmışdır. Egiala və Afinadan həmkarlar toplayıb Fessaliyaya qayıtmış və atasının regionunu işğal etmişdir. Oğulları Arxandr və Arxitel olmuşdur. Onun təsvirlərinə Axeya İttifaqı şəhərlərində rast gəlmək olar.
Koddun 12 qaydası
Koddun 12 qaydası (ing. Codd's 12 rules) — verilənlər bazası idarəetmə sistemlərində (VBİS) əlaqəli modelin keyfiyyətini və tamlığını təmin etmək üçün nəzərdə tutulmuş prinsiplər toplusudur. Onlar Edqar Frank Kodd tərəfindən təklif edilib və müasir əlaqəli verilənlər bazasının əsaslarını təşkil edir. Bu qaydalar verilənlər bazasının tam şəkildə əlaqəli (ing. relational) olmasını və istifadəçilər üçün çevik və güvənilir məlumat idarəetmə sistemləri təklif etməsini təmin edir. == Qaydalar == İnformasiya qaydası — verilənlər bazasında bütün məlumatlar cədvəllərdə saxlanılmalıdır və bütün məlumat vahidləri cədvəlin satır və sütunlarına uyğun olaraq yerləşdirilməlidir. Zəmanətli giriş qaydası — verilən məlumatlara birbaşa giriş təmin edilməlidir. İstifadəçilər hər hansı bir məlumat vahidinə cədvəl adı, sütun adı və satır dəyərləri ilə giriş edə bilməlidirlər. Sistematik məlumatların müstəqilliyi — məlumatlar fiziki saxlanılma üsulundan asılı olmamalıdır. Məlumatların fiziki saxlama üsulundakı dəyişikliklər tətbiqlərə təsir etməməlidir.
Budun dördbaşlı əzələsi
Budun düz əzələsi
Tudun Həbə rayonu
Tudun Həbə rayonu (Çincə: 头屯河区/頭屯河區; Pinyin: Tóutúnhé Qū; Uyğurca: تۇدۇڭخابا رايونى, Tudungxaba Rayoni, Tudunghaba Rayoni) — Çin Xalq Respublikasında Sincan-Uyğur Muxtar Rayonunun şimalında, Urumçiyə bağlı bir rayondur.
Böyük kudu
Böyük kudu (lat. Tragelaphus strepsiceros) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin meşə antilopu cinsinə aid heyvan növü.
Kiçik kudu
Kiçik kudu (lat. Tragelaphus imberbis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin meşə antilopu cinsinə aid heyvan növü. == Yayılması == Afrikanın hər yerində rast gəlinən böyük kududan fərqli olaraq, kiçik kudu çox da böyük olmayan ərazilərdə, — Tanzaniya, Keniya, Efiopiya və Somalinin bir hissəsində yaşayır. 1967-ci ildə gözlənilmədən kiçik kuduya Ərəbistan yarımadasında, daha doğrusu Yəməndə rast gəlindi.
Budun bayır dəri siniri
Ceyms Kukun üçüncü dünya səyahəti
Ceyms Kukun üçüncü dünya səyahəti 1776-1780-ci illərdə baş tutdu və Kral Cəmiyyətinin tövsiyəsi ilə Britaniya hökuməti tərəfindən təşkil edildi. Onun məqsədi şimal-qərb keçidini tapmaq idi. Ceyms Kuk Şimali Amerikanın Sakit okean sahillərinə çatdı, qitənin qərb sahilinin xəritəsini çəkdi və Berinq boğazından keçdi. Lakin buz onun həm şərqə, həm də qərbə üzməsinə mane olurdu. Gəmilər Sakit Okeana qayıtdılar və qış üçün Havay adalarına çatdılar. Yerlilərlə atışma oldu və 14 fevral 1779-cu ildə Kuk atışmada öldürüldü. Ekspedisiyanın komandanlığını şimal-qərb keçidini tapmağa cəhd edən Çarlz Klerk öz üzərinə götürdü. Ölümündən sonra ekspedisiyaya Con Qor rəhbərlik edirdi. Gəmilər 1780-ci ilin oktyabrında İngiltərəyə qayıtdı. Orada onlar təmkinli qəbulla qarşılaşdılar.
Honkonq və Koulun Həmkarlar İttifaqları Şurası
Honkonq və Koulun Həmkarlar İttifaqları Şurası — Honkonqun ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. == Tarixi == Şura 1984-cü ildə yaranıb. Şura yaranan vaxtdan bu günə kimi ölkədə yetərincə nüfuza malik olan bir qurumdur. == Tərkibi == Təşkilat əsasən xidmət, rabitə və səhiyyə işçilərini özündə birləşdirir. Şura 30 min üzvü özündə cəmləşdirir. == Rəhbərləri == Hazırda təşkilata Tonq Vun Fay rəhbərlik edir. == Beynəlxalq münasibətlər == Şura Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. == Mənbə == Afaq HÜSEYNOVA. Honq Konq və Koulun Həmkarlar İttifaqları Şurası Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine. "Ülfət" qəzeti, 24 noyabr 2012-ci il.